Məhkəmə qərarları › İş №1(071)-46/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-46/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-46/2025 31.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkən, Goranboy rayonu Əhmədabad kəndində qeydiyytada olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 15 aprel 2022-ci il tarixdə saat 01 radələrində tanışı Şahid2 ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində piyada şəkildə gəzən zaman həmin küçədə dayanmış qeydiyyat şəhadətnaməsi ilə X2 mülkiyyətində olan və etibarnamə ilə faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili gördükdən sonra birlikdə həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək, yəni qaçırmaq qərarına gəlib Şahid2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb istifadə etmək üçün icazəsi və idarə etmək üçün hüququ olmadığı halda avtomobilin sol ön qapısını açmaqla avtomobilin salonuna daxil olduqdan sonra sürücü oturacağında əyləşib avtomobili açarsız işə salmaq məqsədilə kontakları uzlaşdırıb avtomobili hərəkətə gətirərək idarə etməklə etibarnamə ilə faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus olan “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz ələ keçirmiş, yəni qaçırmışdır. Bundan başqa o, özgəsinə məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 15 aprel 2022-ci il tarixdə saat 01 radələrində Şahid2la birlikdə talama məqsədi olmadan qanunsuz ələ keçirdikləri Zərərçəkmiş şəxs2 məxsus olan “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən hissəsində yolun sağ hissəsində yerləşən "Kola" adlı mağazasının yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq birlikdə mağazanın girişinin dəmir barmaqlıqlarının kilidini mismarçıxaran alətlə sındırmaqla mağazaya qanunsuz daxil olaraq, oradan 35 manat dəyərində 01 ədəd 1 litirlik "Nemirof" markalı arağı, cəmi 104 manat dəyərində 02 ədəd 1 litirlik "Absalut" markalı araqları, cəmi 60 manat dəyərində 6 ədəd kişi üçün qol saatlarını, cəmi 34 manat 20 qəpik dəyərində 9 qutu ağ rəngli nazik "Kent" markalı siqaretləri, cəmi 26 manat 60 qəpik dəyərində 7 qutu qırmızı rəngli nazik "Kent" markalı siqaretləri, cəmi 40 manat 50 qəpik dəyərində 15 qutu "Vinçestr kompakt" markalı siqaretləri, cəmi 28 manat 80 qəpik dəyərində 8 qutu nazik "Vinston" markalı siqaretləri, cəmi 19 manat dəyərində 5 qutu qalın "Kent 4" markalı siqaretləri, cəmi 15 manat əyərində 5 qutu "LD kompakt" markalı siqaretləri, cəmi 14 manat 40 qəpik dəyərində 4 qutu "Vinston kompakt" markalı siqaretləri, cəmi 17 manat 60 qəpik dəyərində 8 qutu sarı rəngli "Senat" markalı siqaretləri, cəmi 27 manat dəyərində 10 qutu boz rəngli qalın "Vest" markalı siqaretləri, cəmi 13 manat 50 qəpik dəyərində 5 qutu nazik "Palmalİ" markalı siqaretləri, cəmi 31 manat 20 qəpik dəyərində 12 şüşə "Baltika 9" markalı pivələri, cəmi 44 manat dəyərində 20 ədəd 10 faizli "Əfsanə" markalı pivələri, cəmi 36 manat dəyərində 20 ədəd "Xırdalan" markalı pivələri, cəmi 8 manat 50 qəpik dəyərində 5 ədəd "Jaguar" markalı spirtli enerji içkilərini, cəmi 38 manat 50 qəpik dəyərində 5 ədəd "Kuller" markalı pivələri, cəmi 17 manat 50 qəpik dəyərində 5 ədəd "Kaster" markalı pivələri, cəmi 12 manat dəyərində 5 ədəd 2.5 litirlik "Coca-Cola" markalı suları, cəmi 120 manat dəyərində 40 ədəd kişi üçün və cəmi 50 manat dəyərində 25 ədəd uşaq üçün corabları, 35 manat dəyərindəl ədəd kişi üçün gödəkcəni, cəmi 28 manat 80 qəpik dəyərində 24 ədəd böyük "Bizon" markalı enerji içkilərini, cəmi 6 manat dəyərində 5 ədəd 0.5 litirlik "Cappy" markalı meyvə şirələrini, cəmi 10 manat 80 qəpik dəyərində 6 ədəd şüşə qabda "Frumba" markalı şirələri və 5000 manat nağd pulu birlikdə oğurlayıb onun idarə etdiyi “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək aparmaqla Zərərçəkmiş şəxs1 məxsus cəmi xeyli miqdar təşkil edən 5873,90 manat dəyərində yuxarıda sadalanan əmlakları saxlanc yerinə qanunsuz daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin aprel ayının ortalarında tanışı Şahid2 ilə əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayədə yaşadığı evdə olarkən tanışı Şahid1 da orada olmuşdur. Söhbət vaxtı Hümmətlə o, Gəncə şəhərinə getməyi qərarlaşdırmışlar. Belə ki, o, fermada işləməyə gedəcəyini, Hümməti də, özü ilə birlikdə aparacağını bildirmişdir. Hümmət də, onunla razılaşmışdır. Bundan sonra Gəncə şəhərinə getmək üçün Hümmətlə birlikdə bir avtomobil qaçırmaları barədə qərar qəbul etmişlər. Vasif isə həmin vaxtı yatmışdır. 15 aprel 2022-ci il tarixdə saat 01:30 radələrində Hümmətlə birlikdə evdən çıxıb Zabrat qəsəbəsi ərazisində gəzərkən Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin arxasında VAZ-21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Ətrafa baxıb hər hansı bir şəxsin olmadığını görüb avtomobilə yaxınlaşmış, Hümmət özündə olan balaca qatlanan dırnaq tutan bıçağı çıxarıb həmin bıçağı avtomobilin sürücü tərəfdən qapısının açarla açılan hissəsinə salaraq oynatmağa başlamış və qapısını açmışdır. Avtomobilə əyləşib avtomobilin sükanının alt hissəsində naqilləri biri birinə vurmaqla avtomobili işə salmış və avtomobili idarə edib kirayə yaşadıqları evə gələrək tanışları Şahid1 yuxudan oyadıb onu da götürərək Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Avtomobili o,özü idarə etmişdir. Onlar Gəncə şəhərində qalacaqları müddətdə özləri ilə ərzaq almaq məqsədilə pul əldə etmək qərarına gəlmişlər. Həmin gün təxminən saat 04 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayou Muğan qəsəbəsi ərazisindən keçən hissəsində olarkən yolun kənarında "Kola" adlı mağazanı görərək həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Mağazanın yanında avtomobili saxlamış, Vasiflə Hümmət avtomobildən düşərək mağazanın dəmir barmaqlıqlarını avtomobildən götürdükləri dəmir açarla sındırmışlar. Avtomobili yoldan çıxardıb aşağıdan döndərərək mağazanın qarşısında saxlamış və avtomobildən düşərək mağazaya daxil olmuşdur. Onlar hər üçü mağazadan müxtəlif markalı siqaretlər, müxtəlif markalı spirtli içkilər, enerji içkiləri, qazlı və qazsız içkilər götürmüşlər. Hümmət isə dəqiq sayını və markalarını bilmədiyi qol saatları götürmüşdür. Bundan sonra vitrində olan bir ədəd gödəkcəni və bir neçə ədəd corabları, Vasiflə kassada olan pulları da, götürmüşlər. Lakin həmin vaxt nə qədər pul götürmələrini bilməmişlər. Mağazadan oğurluq edəndən sonra avtomobili idarə edib Gəncə şəhər istiqamətinə yola düşmüşlər. Biraz getdikdən sonra avtomobili yolun kənarında saxlamış və oğurladıqları pulları bölmüşlər. Pulları bölərək Hümmətə və özünə 800 manat ayırmışdır. Vasifə isə nə qədər pul ayrıldığını bilməmişdir. Oğurluq cinayətini törətdikləri gündən uzun müddət keçdiyinə görə konkret mağazadan nə qədər pul oğurlandığını dəqiq deyə bilmir. Vasif bundan sonra yolda avtomobildən düşərək Bakı şəhərinə gedəcəyini bildirmişdir. Onlar bundan sonra yol boyu heç bir oğurluq etməmişlər və Gəncə şəhəri istiqamətində hərəkətdə olmuşlar. Gəncə şəhərində yolun kənarında avtomobili saxlayaraq Hümmətlə avtomobildən düşüb getmişlər. Oğurladıqları məhsulları isə avtomobilin içərisində saxlamış, avtomobili və oğurladıqları məhsulları daha sonra gəlib götürmək istəmişlər. Gəncə şəhərində biraz gəzdikdən sonra avtomobili qoyduqları yerə gəldikdə avtomobilin yerində olmadığını görmüşlər. Bundan sonra o, Samux rayonuna getmiş, Hümmət isə oradan Şəki şəhərinə getmişdir. 05 may 2022-ci il tarixdə günorta saatlarında Samux rayonunda olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluq etməkdə şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə öz razılığı ilə Hacıqabul rayon polis şöbəsinə gedib etmiş olduğu cinayət əməllərini etiraf etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, avtomobili qaçırmaqda məqsədləri Gəncə şəhərinə getmək olmuşdur. Avtomobili və içərisində olan hər hansı bir əşyanı oğurlamaq məqsədləri olmamışdır. Şahid1 həmin avtomobilin qaçırılmasında heç bir iştirakı olmamışdır və əvvəlcədən məlumatı da, olmamışdır. Həmin avtomobili yalnız Şahid2 Niyamət oğlu ilə qaçırmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, idarə etdiyi «Vaz-21033» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı küçədə saxlayır. 14 aprel 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi avtomobillə yaşadığı evə gələrək avtomobili həmişəki yerdə saxlamışdır. 15 aprel 2022-ci il tarixdə təxminən saat 04:00 radələrində Gəncə şəhərinə getmək məqsədi ilə avtomobili işə salmaq üçün küçəyə çıxmış və avtomobili saxladığı yerdə olmadığını aşkar etmişdir. Bundan narahat olaraq DİN-in “102” Xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət olunmuş, orada avtomobilinin qaçırılması ilə bağlı ərizə yazmışdır. Daha sonra hadisə yerinə baxış keçirilmiş, hadisə baş verdikdən təxminən 15-20 gün sonra Hacıqabul RPŞdən ona telefon zəngi gəlmiş və avtomobilin Gəncə şəhərində yolun kənarından tapıldığı bildirilmişdir. 04 may 2022-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinə getmiş, orada avtomobilini təhvil almışdır. Avtomobili nəzərindən keçirdikdə ona məlum olmuşdur ki, avtomobilini qaçırmış şəxslər avtomobilə ziyan vurmuşlar. Belə ki, sol qabaq qapısı əzilmiş, ön şüşəsi çatlamış, qapının nəfəsliklərinin sancaqları qırılmış, mühərrikin işə salınan hissəsi və naqillər yerindən çıxarılaraq kəsilmiş, habelə avtomobilin mühərriki, feredo, çaşka və digər ehtiyyat hissələri zədələnmişdir. Cinayəti törətmiş şəxslər tərəfindən avtomobilini zədələmələri nəticəsində ona 852 manat maddi ziyan dəymişdir. Bundan başqa avtomobildə ona məxsus 20 manat dəyərində komlekt açar dəsti və 20 manat dəyərində çəliyini aşkar etməmişdir. Hacıqabul rayon polis şöbəsinin əməkdaşları ona bildirmişlər ki, avtomobilini qaçırmış 2 nəfər şəxslər həmin avtomobil ilə Hacıqabul rayon ərazisində mağazadan oğurluq etmişlər. Lakin həmin şəxsləri tanımır və onların harada olmaları barədə məlumatı yoxdur. İfadəsinin sonunda zərərçəkmiş şəxs avtomobilin ona qaytarıldığını, lakin ümumilikdə ona dəymiş 1100 manat ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən evindən təxminən 100 metr kənarda Bakı-Qazax magistral avtomobil yolunun kənarında “Kola” adlı marketi vardır. Həmin marketdə ərzaq məhsulları və paltarlar satılır. Mağaza mişar daşlarından tikilmişdir. Bundan başqa mağazanın giriş qapısının ətrafı dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Mağazanın giriş qapısı plastik qapıdır. Giriş qapısının ətrafı dəmir barmaqlıqlardan ibarətdir. Mağaza hər gün səhər saat 05 radələrində açır və axşam isə müştəri olan vaxta və yaxud saat 23 radələrinə kimi işləyir. 14 aprel 2022-ci il tarixdə saat 23 radələrində mağazanın qapısını kilidlə bağlayaraq evə getmişdir. 15 aprel 2022-ci il tarixdə saat 05 radələrində mağazaya gəldikdə qapısının açıq olduğunu görüb içəri keçmişdir. Həmin vaxt mağazanın içərisinin dağınıq vəziyyətdə olduğunu görmüşdür.Bundan sonra mağazada quraşdırılmış təhlükəsizlik kameralarının qeydlərinə baxmış və mağazadan oğurluq olduğunu görmüşdür. Bu barədə Hacıqabul rayon polis şöbəsinə müraciət etmişdir. Daha sonra polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşmələr etmişlər. Marketdə yoxlama aparan zamanı oradan 35 manat dəyərində 1 ədəd 1 litirlik Nemirof araq, hər biri 52 manat dəyərində 2 ədəd 1 litirlik absalut araq, hər biri 10 manat dəyərində 6 ədəd kişi üçün qol saatı, hər biri 3,80 manat dəyərində 9 paket ağ rəngli nazik kent siqareti, hər biri 3,80 manat dəyərində 7 paket qırmızı rəngli nazik kent siqareti, hər biri 2,70 manat dəyərində 15 paket vinçestr kompakt siqaret, hər biri 3,60 manat dəyərində 8 paket nazik vinston siqareti, hər biri 3,80 manat dəyərində 5 paket qalın kent 4 siqareti, hər biri 3 manat dəyərində 5 paket LD kompakt siqareti, hər biri 3,60 manat dəyərində 4 paket kompakt vinston siqareti, hər biri 2,20 manat dəyərində 8 paket sarı rəngli senat siqareti, hər biri 2,70 manat dəyərində 10 paket boz rəngli qalın vest siqareti, hər biri 2,70 manat dəyərində 5 paket palmal nazik siqaret, hər biri 2,60 manat dəyərində 12 şüşə baltika 9 pivə, hər biri 2,20 manat dəyərində 20 ədəd əfsanə 10 % pivə, hər biri 1,80 manat dəyərində 20 ədəd xırdalan pivəsi, hər biri 1,70 manat dəyərində 5 ədəd jaguqar spirtli enerji içkisi, hər biri 7,70 manat dəyərində 5 ədəd kuller pivəsi, hər biri 3,50 manat dəyərində 5 ədəd kaster pivəsi, hər biri 2,40 manat dəyərində 5 ədəd 2.5 litirlik kola, hər biri 3 manat dəyərində 40 ədəd kişi üçün və hər biri 2 manat dəyərində 25 ədəd uşaq üçün corab, 35 manat dəyərində 1 ədəd kişi üçün gödəkcə, hər biri 1,20 manat dəyərində 24 ədəd böyük bizon enerji içkisi, hər biri 1,20 manat dəyərində 5 ədəd 05 litirlik cappy şirəsi, hər biri 1,80 manat dəyərində 6 ədəd şüşə qabda frumba şirəsi və 5000 manat nağd pul oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 5873 manat 90 qəpik dəyərində maddi ziyan dəymişir. İfadəsinin sonunda zərərçəkmiş şəxs ona dəymiş ziyanın tamilə ödənildiyini, zərərçəkmiş şəxslər barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildir və bu barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. İş üzrə şahid qismində iştirak edən şəxs Penitensiar xidmətdin Müalicə Müəssisəsində saxlanılan Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyədək verdiyi ifadəsini təsdiq etdiyini və əvvəllər verdiyi yazılı ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxjur. Şahid2 onunla Təqsirləndirilən şəxs tanış etmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Zabrat qəsəbəsində olarkən "Ayxan" marketin yaxınlığında Hüseynin kirayə yaşadığı evində qalan zaman X8 şəhərinə getməyi qərarlaşdırmış və ona da, onlarla birlikdə getməyi təklif ettmiş, o, buna etiraz etməmişdir. Lakin, onlara 2-3 saat dincəlmək istədiyini demişdir. Hüseynlə Hümmət həmin müddət ərzində harasa gedib gələcəklərini demişlər. Saat təxminən 23 radələrindən saat 02 radələrinədək yatdığı müddət ərzində Hüseyn və Hümmət harasa gedib VAZ-21033 markalı **-BB-*** qeydiyyat nişanlı avtomobillə geri qayıtmışlar. Hüseyndən həmin avtomobil barədə maraqlandıqda sonuncu Hümmətlə birlikdə Zabrat qəsəbəsi ərazisində dəmir yolu yaxınlığından küçədə dayanıqlı vəziyyətdə olarkən Gəncə şəhərinə getmək məqsədilə avtomobili qaçırdığını bildirmişdir. Bundan sonra üçü birlikdə həmin avtomobilə əyləşib Gəncə şəhəri istiqamətinə yola düşmüşlər. Avtomobili Hüseyn idarə etmişdir. Bakı- Qazax avtomobil yolunun Hacıqabul rayou Muğan qəsəbəsi ərazisindən keçən hissəsində olarkən yolun kənarında mağazanı görərək həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Hümmətlə birlikdə avtomobildən düşərək mağazanın dəmir barmaqlıqlarını avtomobildən götürdükləri mismarçıxaran ilə sındırmışlar. Hüseyn isə avtomobili aşağıdan döndərərək mağazanın qarşısında saxlamış, sonra Hüseyn də, avtomobildən düşərək mağazaya daxil olmuşdur. Üçü mağazadan müxtəlif markalı siqaret, müxtəlif markalı qazlı və qazsız, həmçinin spirtli içkilər, Hümmət də qol saatlarını götürmüş, bundan sonra sonuncu vitrində olan paltarı götürərək əyninə geyinmiş, həmçinin Hümmət corabları götürmüşdür. Hüseynlə özü kassadan pulları götürmüşlər. Mağazadan ərzaq məhsulları və pulu oğurladıqdan sonra avtomobilə əyləşib Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Avtomobili yenə də, Hüseyn idarə etmişdir. Biraz getdikdən sonra avtomobilə yanacaqdoldurma məntəqəsindən yanacaq vurub yola düşmüşlər. Hüseyn avtomobili yolun kənarında saxlayıb pulları bölməyə başlamışlar. Əldə etdiyi pulları xərcləmək üçün Bakı şəhərinə getmək barədə qərar vermiş, bundan sonra avtomobildən düşərək Bakı şəhərinə gedəcəyini bildirmiş və yol keçən tanımadığı avtomobillə Bakı şəhərinə yola düşmüşdür. Hümmətlə Hüseyn isə Gəncə şəhəri istiqamətinə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, 14 aprel 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində kirayə yaşadığı evində oturan zaman orada Hüseynin tanışı olan sonradan adını bildiyi Şahid1 da, olmuşdur. Söhbət vaxtı onlar Gəncə şəhərində fermada işləməyə getmək barədə söhbətlər etmiş və Gəncə şəhərinə getmək üçün birlikdə avtomobil qaçırmaq barədə razılaşmışlar. Vasif isə həmin zaman evdə yatmışdır. 15 aprel 2022-ci il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxsla birlikdə evdən çıxıb Zabrat qəsəbəsi ərazisində gəzərkən «Ayxan” marketin arxasında VAZ-21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Ətrafa baxıb hər hansı bir şəxsin olmadığı görüb avtomobilə yaxınlaşmış, o, özündə olan balaca qatlanan dırnaq tutan bıçaqla avtomobilin sürücü tərəfdən qapısını açmışdır. Təqsirləndirilən şəxs isə avtomobilin sükanının alt hissəsində naqilləri biri-birinə vurmaqla avtomobili işə salmışdır. Bundan sonra avtomobili Təqsirləndirilən şəxs idarə etmiş və evə gedərək Şahid1 yuxudan oyadıb onu da götürüb Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Yol boyu avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Gəncə şəhərində qalacaqları müddətdə özlərinə ərzaq almaq məqsədilə pul əldə etmək niyyətində olmuşlar. Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən hissəsində olarkən yolun kənarında "Kola" adlı mağazanı görərək həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Vasiflə birlikdə avtomobildən düşərək mağazanın dəmir barmaqlıqlarını avtomobildən götürdükləri dəmir açarla sındırmışlar. Hüseyn isə avtomobili aşağıdan döndərərək mağazanın qarşısında saxlamış və avtomobildən düşərək mağazaya onların yanına gəlmişdir. Hər üçü mağazadan müxtəlif markalı siqaretlər, müxtəlif markalı spirtli içkilər, enerji içkiləri, qazlı və qazsız içkilər və özü isə dəqiq sayını və markalarını bilmədiyi qol saatları, vitrində olan bir ədəd gödəkcəni və bir neçə ədəd corabları götürmüş, Hüseynlə Vasif isə kassadan pulları götürmüşlər. Lakin, nə qədər pul götürmələrini bilməmişdir. Mağazadan oğurluq edəndən sonra avtomobilə əyləşib Təqsirləndirilən şəxs avtomobili Gəncə şəhəri istiqamətində idarə etmişdir. Biraz getdikdən sonra avtomobili yolun kənarında saxlayıb pulları bölməyə başlamışlar. Təqsirləndirilən şəxs oğurladqları pulları bölərək ona və özünə 800 manat pul ayırmışdır. Vasifə isə nə qədər pul ayrıldığını bilməmişdir. Vasifə verilən pulların içərisində 1 manatlıq əskinaslar çox idi. Konkret mağazadan nə qədər pul oğurlandığını bilməmişdir. Yol gedən zaman Vasif avtomobildən düşərək Bakı şəhərinə gedəcəyini bildirmiş, daha sonra yol boyu heç bir oğurluq etməmişlər və Gəncə şəhəri istiqamətində hərəkətdə olmuşlar. Hüseyn avtomobili Gəncə şəhərində yolun kənarında saxlayaraq avtomobildən düşüb getmişlər. Oğurladıqarı məhsulları isə avtomobilin içərisində saxlamışlar. Belə ki, avtomobili və oğurladıqları məhsulları daha sonra gəlib götürmək istəmişlər. Gəncə şəhərində biraz gəzdikdən sonra avtomobili qoyduqları yerə gəldikdə avtomobilin yerində olmadığını görmüşlər. Bundan sonra Hüseyn Samux rayonuna getmiş, özü də, Şəki şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Şəki şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluq etməkdə şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayon polis şöbəsinə gedib etmiş olduğu cinayət əməllərini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Muğan qəsəbəsində Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yoldan 50 metr kənarda yerləşən “Kola” adlı marketdir. Mağaza 1 mərtəbəli giriş hissəsi dəmir barmaqlıqlarla əhatə olunmuş mişad daşından ibarət tikilidir. Mağazanın giriş qapısı kənar təsir nəticəsində sınıdırılmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. “ Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış aşkar edilmiş “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilir. Avtomobil qəhvəyi rəngdədir. Avtomobilin mühərrikinin işə salınması üçün nəzərdə tutulmuş açar hissəsi sındırılmışdır. Avtomobilin salonunda müxtəlif içkilər, siqaretlər və geyim əşyaları aşkar olunmuşdur. Avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-66/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “Şübhəli və ya təqsirləndirilən şəxslərin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları cinayətin törədilmə yerində bir daha təsdiq etmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-102/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay 13 gün müddətinə, yəni ibtidai istintaq müddətinin bitdiyi xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı istintaq təcridxanasından azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6808 saylı rəyindən görünür ki, qərarda göstərilən Zərərçəkmiş şəxs1 məxsus məğazadan oğurlanmış əşyaların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 599,70 manat müəyyən edilir. AA №093811 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. ƏN-İİİ № 235341 saylı etibarnamədən görünür ki, “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmə səlahiyyəti xx.xx.2038-ci ilə qədər Zərərçəkmiş şəxs2 vermişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.2.1, 221.1, 66.2, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 300 manat cərimə edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli hökm üzrə Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələri xaric edilmiş, xx.xx.2021-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1, 69-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlindən əvvəl törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən hazırki, cinayət əməlini törədilərkən Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə məhkumluq ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada onun üzərindən götürülməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması müəyyən edilir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu ərazisində saxlanılaraq Bakı şəhər Sabunçu rayon 15-ci PB-nə gətirilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Goranboy rayon İHB-nın Yolpaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Nəcəfov X3 rayonunun Yolpaq İƏD-nin Əhmədabad kəndində qeydiyyatsız şəkildə dayısı oğluna məxsus fərdi yaşayış evində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Hacıqabul rayon məhkəməsinin 1(071)46/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. 3 saylı istintaq təcridxanasından daxil olmuş 3-16-17/42/2-2946/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş və xx.xx.2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Goranboy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 513/2023 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək azadlığın məhdudlaşdırılması növündə cəzanın 01 il 09 ay 09 gününü çəkmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 31312/2-356383/25 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başlanılmış ********* saylı cinayət işinin hansı məhkəməyə göndərilməsi və məhkəmə baxışının nəticəsi barədə məlumat İnformasiya sisteminə daxil edilməmişdir. Daxili İşlər Nazirliyinin Baş İstintaq Təhqiqat İdarəsindən daxil olmuş 3-13-5/2- 7620/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair olan ********* və ********* nömrəli cinayət işləri ********* saylı cinayət işinə birləşdirilmiş, yekun cinayət işi xx.xx.2016-cı il tarixdə ittiham aktı ilə məhkəməyə göndərilmiş və həmin iş üzrə yalnız X6 barəsində ittiham hökmü çıxarılmışdır. Gəncə Şəhər Baş Polis İdarəsindən daxil olmuş 57/2-11153/2025 saylı xx.xx.2025ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* və ********* saylı cinayət işləri ********* nömrəli cinayət işinə birləşdirilmiş, ********* saylı cinayət işi xx.xx.2016-cı il tarixdə ittiham aktı ilə məhkəməyə göndərilmişdir. ********* və ********* saylı cinayət işləri üzrə Təqsirləndirilən şəxs əməli kifayət qədər sübutlarla təsdiq edilmədiyindən barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir. Gəncə şəhər məhkəməsindən daxil olmuş xx-xx/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 2016-cı il ərzində Gəncə şəhər Nizami rayon məhkəməsində və Gəncə şəhər Kəpəz rayon məhkəməsində cinayət işinə baxılmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurlanmış əşyalar, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 10 və 11-ci bəndlərinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 27-ci bəndinə əsasən özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs X7 tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, X5 münasibətdə oğurlanmış əmlakın dəyəri ekspert rəyində 599 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 500 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində oğurlanmış əmlakın qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxs isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiyindən, oğurlanmış əşyaların dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilən ümumi qiymət, yəni 599 manat əsas götürülməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ittihamda irəli sürülmüş cinayət əməllərini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin birinə münasibətdə vurulmuş ziyanı tam ödəyərək onunla barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları, Cinayət Məcəlləsinin 185.2-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hər iki cinayət əməli üzrə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, bundan sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin müddəti ibtidai istintaq müddətinin bitdiyi xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Goranboy rayonu ərazisində tutulmuş, qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərə əsasən məlum olur ki, təqsirləndirilən şəxs ümumilikdə 4 ay 19 gün şübhəli şəxs qismində tutulmuş və ya həbsdə saxlanılmışdır. Bundan başqa,Goranboy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 513/2023 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək azadlığın məhdudlaşdırılması növündə cəzanın 01 il 09 ay 09 gününü çəkmişdir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması nəzərə alınmaqla Təqsirləndirilən şəxs tərəfindən cəzanın faktiki olaraq çəkilmiş hissəsi 10 ay 20 gün təşkil edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası çərçivəsində hər bir cinayət əməlinə münasibətdə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulması nəzərə alınmaqla Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki təyin olunmuş cəza ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə nəzərə alınmaqla) həmin cəzanın çəkilmiş hissəsi, habelə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurlanmış əşyaların bir qisminin və Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21033” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 31 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 186 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 4 il 6 ay müddətinə azadlıq məhrumetmə cəzasına məhkum edilsin. Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablamaqla 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablamaqla Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkildiyi 10 ay 20 gün habelə onun həbsdə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu 04 ay 19 gün müddət olmaqla, ümumilikdə 1 il 3 ay 9 gün müddət ona təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 il 8 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 29 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurlanmış əşyaların bir qisminin, digər Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın və bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat (yüz) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 31 (otuz bir) saata görə 186 (yüz səksən altı) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar