Məhkəmə qərarları › İş №1(071)-47/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-47/2022

11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-47/2022 11.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2; Təqsirləndirilən şəxs4 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4; Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri; Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 210240073 nömrəli cinayət işi 16.06.2021-ci il tarixdə Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Bəxtiyar Qurbanov tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilərək ibtidai istintaq aparılmışdır. Təqsirləndirilən şəxs4 16.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18.06.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin 29,177.2.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 16.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18.06.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin 29,177.2.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 02.03.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin 177.2.1,177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 10.01.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Hacıqabul rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli 4(071)-7/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti 01 (bir) ay 15 (on beş) gün həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 08.01.2022-ci il 15:48-dən hesablanmışdır. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 08.02.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə 5 ayadək, 19.02.2022-ci ildən 19.04.2022-ci il tarixə kimi uzadılmışdır. Hacıqabul rayon Məhkəməsinin 16.02.2022-ci il tarixli 4(071)-30/2022 nömrəli qərarı ilə ********* nömrəli cinayət işi üzrə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri ilə Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 01 ay 27 gün müddətində, yəni 19.04.2022-ci il tarixə kimi uzadılmışdır. Təqsirləndirilən şəxs1 əməli 02.03.2022-ci il tarixdə CM-nin 29,177.2.1-ci maddəsindən həmin məcəllənin 177.2.1,1 77.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-ci maddələrinə tövsüf edilmiş və ona həmin maddələrlə yenidən ittiham verilmişdir. Təqsirləndirilən şəxs4 əməli 04.03.2022-ci il tarixdə CM-nin 29,177.2.1-ci maddəsindən həmin məcəllənin 177.2.1,1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-ci maddələrinə tövsüf edilmiş edilmiş və ona həmin maddələrlə yenidən ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 əməli 05.03.2022-ci il tarixdə CM-nin 29,177.2.1-ci maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələrinə tövsüf edilmiş və ona həmin maddələrlə yenidən ittiham verilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 06 iyun 2021-ci il tarixdə saat 12 radələrindən 07 iyun 2021-ci il tarixdə saat 13:30 radələrinə kimi olan müddət ərzində vahid niyyətlə X4 məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 100 manat dəyəri olan 7 ədəd dəmir materialdan düzəldilmiş heyvan yemləmək üçün qalotları, hər birinin 30 manat dəyəri olan dəmir materialdan 30 ədəd dəmir barmaqlıqları, hər birinin 15 manat dəyəri olan 15 ədəd dəmir boruları, hər birinin 40 manat dəyəri olan 4 ədəd kiçik tutumlu su çənlərini, 150 manat dəyərində bir ədəd dəmir materialdan düzəldilmiş qutunu, digər saxlanc yeri hesab edilən dama qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin 200 manat dəyəri olan 2 ədəd odun sobaları gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 2535 manat ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin o, təkrarən maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 09 iyun 2021-ci il tarixdə saat 12 radələrində X1 məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq oradan 500 manat dəyərində dəmir materialdan su çənini, digər saxlanc yeri hesab edilən dama qapsını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin 100 manat dəyəri olan 4 ədəd dəmir materialdan olan borular gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 900 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmçinin o, təkrarən maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 09 iyun 2021-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq oradan hər birinin 20 manat dəyərində 9 ədəd dəmir materialdan düzəldilmiş dəmir barmaqlıqlar, hər birinin 15 manat dəyərində 8 ədəd dəmir qalotları, digər saxlanc yeri hesab edilən dama qapsını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 30 manat dəyərində bir ədəd list dəmiri,100 manat dəyərində bir ədəd əl arabasını,150 manat dəyərində 50 metr armaturu, hər birinin 100 manat dəyərində 3 ədəd dəmir sobanı, hər birinin 150 manat dəyərində 3 ədəd generatorları gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1180 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmçinin o, təkrarən maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Etibar oğlu və xx.xx.1993-cü il təvəllüdlü olmaqla on səkkiz yaşına çatmış şəxs olaraq xx.xx.2003-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxs olduğunu bildiyi tanışı Təqsirləndirilən şəxs2 ilə söhbət əsnasında sonuncunu ələ alıb oğurluğa getməyi təklif etdiyini, onun üçün hər-hansı bir təhlükənin olmadığına inandırmağa nail olaraq aldadıb, sonuncuda həmin cinayətin törədilməsində iştirak etmək arzusu yaradıb razılığını almaqla yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edib onunla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşdikdən sonra aralarında əldə edilmiş razılaşmaya əsasən qrupun üzvüləri ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 12 iyun 2021-ci il tarixdə saat 21 radələrində "xxxx" MMC-yə məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq digər saxlanc yeri hesab edilən dama qapsını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1760 manat dəyərində 28 ədəd dəmir materialdan düzəldilmiş qapıları gizli olaraq talamaqla zərər çəkmiş şəxsə 1760 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmçinin o, təkrarən maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Etibar oğlu və xx.xx.1993-cü il təvəllüdlü olmaqla on səkkiz yaşına çatmış şəxs olaraq xx.xx.2003-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxs olduğunu bildiyi tanışı Təqsirləndirilən şəxs2 ilə söhbət əsnasında sonuncunu ələ alıb oğurluğa getməyi təklif etdiyini, onun üçün hər-hansı bir təhlükənin olmadığına inandırmağa nail olaraq aldadıb, sonuncuda həmin cinayətin törədilməsində iştirak etmək arzusu yaradıb razılığını almaqla yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edib onunla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşdikdən sonra aralarında əldə edilmiş razılaşmaya əsasən qrupun üzvüləri ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 15 iyun 2021-ci il tarixdə saat 22 radələrində "xxxx" MMC-yə məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq, orada yaşayış məntəqəsi hesab edilən evə qanunsuz daxil olaraq hər birinin 40 manat dəyəri olan 12 ədəd plastik materialdan olan qapılarını və hər birinin 30 manat dəyəri olan 15 ədəd plastik materialdan olan pəncərələrini və 300 manat dəyərində bir ədəd dəmir qapını oğurlayarkən qoyunçuluq fermasının gözətçisi Şahid1 gəlməsini görərək öz iradəsindən asılı olmayan səbəblərə görə zərər çəkmiş şəxsə 1230 manat ziyan vurmaqla təkrarən oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2. və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2. və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, cinayət törədərkən xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Etibar oğlu ilə ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 13 iyun 2021-ci il tarixdə saat 21 radələrində "xxxx" MMC-yə məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq digər saxlanc yeri hesab edilən damın qapsını açmaq yolu ilə dama qanunsuz daxil olaraq oradan 1760 manat dəyərində 28 ədəd dəmir materialdan düzəldilmiş qapıları gizli olaraq talamaqla, zərər çəkmiş şəxsə 1760 manat ziyan vurmaqla oğurluq etmişdir. Həmçini o, təkrarən maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Etibar oğlu ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 15 iyun 2021-ci il tarixdə saat 22 radələrində "xxxx" MMC-yə məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq, orada yaşayış məntəqəsi hesab edilən evə qanunsuz daxil olaraq hər birinin 40 manat dəyəri olan 12 ədəd plastik materialdan olan qapılarını və hər birinin 30 manat dəyəri olan 15 ədəd plastik materialdan olan pencərələrini və 300 manat dəyərində bir ədəd dəmir qapını oğurlayarkən qoyunçuluq fermasının gözətçisi Nəriman Xəlil oğlunun gəlməsini görərək öz iradəsindən asılı olmayan səbəblərə görə zərər çəkmiş şəxsə 1230 (min iki yüz otuz) manat ziyan vurmaqla təkrarən oğurluğa yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 Etibar oğluna CM-in 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri; Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı 28.03.2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroru, ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən təsdiq edilərək, iş baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında yazılı vəsatət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin Hacıqabul RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs3 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısının vəsatətinin rədd edilməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Həmçinin, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5 müdafiəçisi olduğu Təqsirləndirilən şəxs3 daimi yaşayış yerinin olmasını, törətdiyi cinayəti səmimi etiraf etməsini, öhdəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə X1, X4, Zərərçəkmiş şəxs3, zərər çəkmiş şəxs "xxxx" MMC-yə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-in 299.11-ci maddəsinin tələbinə uyğun olaraq zərər çəkmiş şəxslərin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə ittiham və müdafiə tərəfi dinləyib, iş materiallarını araşdırıb, dövlət ittihamçısının vəsatətinin dəlilləri ilə razılaşır və hesab edir ki, vəsatət təmin edilməli, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, məhkəmə dövlət ittihamçısı vəsatətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntulara yol verildikdə çıxarılır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud pozuntulara yol verildikdə çıxarılır. CPM-in qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Belə ki, CPM-in 91.1-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. CPM-in 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. CPM-in 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. CPM-in 223.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. CPM-in 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində qərarı qəbul etmək səlahiyyətində olan prosessual şəxs tərəfindən nələrin əks etdiriməli olması göstərilmişdir. Həmin məlumatların içərisində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi də nəzərdə tutulmuşdur. Habelə CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar elə bir prosessual sənəddir ki, bu qərar yalnız cinayətin həmin şəxs tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutlar mövcud olduqda qəbul edilir və mütləq şəkildə bu qərarı qəbul edən şəxs tərəfindən əsaslandırılır. Çünki, özü-özlüyündə bu qərarın qəbul edilməsi ilə təqsirləndirilən şəxsin bir sıra konstitusion hüquq və azadlıqları məhdudlaşdırlır (məs: sərbəst hərəkət etmək və s.) Odur ki, qanunverici bu qərarın qəbul edilməsini bir sıra şərtlərdən asılı edir. O cümlədən də nəzərdə tutulur ki, qəbul edilən bu qərarda Cinayət Prosessual Məcəllənin 223.3-cü maddəsində göstərilən digər məlumatlarla yanaşı cinayətin baş vermə mexanizmi (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) ətraflı şəkildə göstərilsin. Qanunvericinin sözügedən qərarda bu tələbləri nəzərdə tutmaqda məqsədi istintaq orqanına barəsində cinayət təqibi aparılan, həmçinin bu və ya başqa formada cinayət təqibinin aparılmasında iştirak edən istənilən şəxsin konstitusion hüquq və azadlıqlarının hər hansı formal əsaslara görə məhdudlaşdırılması üçün deyil, məhz konkret araşdırma aparılmaqla əsaslandırılmış formada irəli sürülmüş ittihamla bağlı məhdudlaşdırılması üçün qərar qəbul etmək səlahiyyətinin verilməsini göstərməkdr. Belə ki, bu barədə qərar qəbul edilməklə cinayət təqibində artıq həmin şəxsin təqsirləndirilən şəxs qismində prosessual statusu müəyyən edilir, ona cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən ittiham irəli sürülür. Bu hal isə artıq onun müəyyən hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Ona görə də sözügedən tələblərin qeyd edilən qərarda əks etdirilməsi yolu ilə qanunverici bir növ hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən qəbul edilən “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1 -ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin həmin qərara diqqət yetirəndə görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, qərar qanunvericiliyin tələbləri nəzərə alınmaqla əsaslandırılmamışdır. Bundan başqa, müstəntiq tərəfindən yol verilən pozuntular bununla bitməmiş, qəbul edilən qərara səthi yanaşılmış, qanunvericiliyin tələblərinin nəzərə alınmaması ilə yanaşı, qərarda təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham işin faktiki halları ilə ziddiyyət yaratmış, Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsində israr edilən cinayət əməlinin tövsifedici əlaməti konkret olaraq ittihamda öz əksini tapmamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməklə tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq cinayətlərini törətmişlər. Hacıqabul RPŞ-nin İŞ-nin baş müstəntiqi tərəfindən xx.xx.2003-cü il təvəllüdlü (cinayət törədərkən yetkinlik yaşına çatmayan) Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təhriki ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 birlikdə oğurluq cinayətlərini törətməsi qənaətinə gəlinməsinə baxmayaraq, Təqsirləndirilən şəxs3 CM-in 170.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsində - bu Məcəllənin 170.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmə nəzərdə tutulmuşdur. Lakin qeyd olunan qərara diqqət yetirəndə görünür ki, Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməklə tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq cinayətlərini törətməsi epizodu üzrə ibtidai istintaq orqanı tərəfindən həmin epizod üzrə ona “yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmə” ilə bağlı CM-nin 170.3-cü maddəsində nəzərdə tutulan ittiham irəli sürülməmişdir. Göründüyü kimi, hazırkı halda cinayət prosessual qanunvericiliyin tələbləri baxımından bütün bunlara kifayət qədər hərtərəfli diqqət yetirilməli olduğu halda, belə bir diqqət yetirilməmiş, nəticədə yarımçıq ittiham irəli sürülməklə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bu isə bariz şəkildə təqsirləndirilən şəxsin müdafiə hüqunun pozulması ilə nəticələnmişdir ki, şəxs nədə ittiham olunduğunu dərk etməmiş, ittihamın mahiyyəti ona aydın olmamışdır. Həmçinin, müstəntiq tərəfindən yol verilən pozuntular bununla bitməmiş qanunvericiliyin tələblərinin nəzərə alınmaması ilə yanaşı, qərarda təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın məzmununa daxil olan əməllər üzrə verilmiş ittiham faktiki olaraq anlaşılmaz olmuşdur. Belə ki, 05 mart 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 həmçinin təkrarən maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 09 iyun 2021-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq oradan hər birinin 20 manat dəyərində 9 ədəd dəmir materialdan düzəldilmiş dəmir barmaqlıqları, hər birinin 15 manat dəyərində 8 ədəd dəmir qalotları, digər saxlanc yeri hesab edilən damın qapsını açmaq yolu ilə dama qanunsuz daxil olaraq oradan 30 manat dəyərində bir ədəd list dəmiri,100 manat dəyərində bir ədəd əl arabasını,150 manat dəyərində 50 metr uzunluqda armaturu, hər birinin 100 manat dəyərində 3 ədəd dəmir sobanı, hər birinin 150 manat dəyərində 3 ədəd generatorları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 1180 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, həmin ittihamda Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ümumilikdə 1330 manat olmasına baxmayaraq, ittiham üzrə məbləğ 1180 manat göstərilmişdir. Qeyd edilən yanlışlıq Təqsirləndirilən şəxs1 verilmiş ittihamda da eyni ilə öz əksini tapmışdır. Bu hal onu göstərir ki, müstəntiq öz işinə diqqətsiz yanaşmış, kifayət qədər diqqət göstərməmiş və nəticədə də belə bir yanlışlığa yol vermişdir. Halbuki, elan edilən ittihamda bu kimi hallara xüsusi diqqət yetirilməli, hansı məbləğdə ziyanın vurması göstərilməli və təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham dəqiq və anlaşılan olmalı idi. Lakin hazırkı halda cinayət prosessual qanunvericiliyin tələbləri baxımından bunlara kifayət qədər hərtərəfli diqqət yetirilməli olduğu halda, belə bir diqqət yetirilməmiş, nəticədə yarımçıq ittiham irəli sürülməklə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar bununla da bitməmiş, həmin yarımçıq ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq CPM-in 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla, yekunda CPMnin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ibtidai istintaq zamanı işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamış, nəticədə cinayətin tövsifedici əlamətləri ilə bağlı zəruri hallar göstərilməsi təmin edilməyərək ittihamın mahiyyəti dəqiqləşdirilməmişdir. CPM-in 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri - əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. CPM-in 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mattoçia İtaliyaya qarşı” işi üzrə 25 iyul 2000-ci il tarixli qərarının 59-cu paraqrafına əsasən 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları”, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir. Məlumatın “ətraflılıq” dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham kifayət qədər aydın olmamış, onun törətdiyi cinayət əməli əsaslandırılmamış, bununla da CPM-in 223.3.2-ci maddələrinin tələbləri və Təqsirləndirilən şəxs3 müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı cinayət işinin öyrənilməsi zamanı isə iş üzrə ibtidai istintaq zamanı CPM-in sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinə dair tələblərinin pozulması müəyyən olunmuşdur ki, həmin pozuntular məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edir. Belə ki, CPM-in 85.2.1-ci maddəsinə əsasən cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, həmin Məcəllənin 85.2.14-cü maddəsinə əsasən isə bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək müstəntiqin vəzifəsidir. CPM-in 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını, toplanmış sübutların eyni qaydada yoxlanılmasını, bir-biri ilə müqayisə edilib təhlil olunmasını və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün sübutların qanunu rəhbər tutub öz daxili inamına uyğun düzgün qiymətləndirilməsinin həyata keçirilməsini müstəntiqin vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifə törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxılması və cinayət işi üzrə ilkin araşdırmanın başlamasından iş üzrə yekun qərarın qəbul edilməsi, ittiham aktının tərtib edilib işin aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsinədək olan müddətdə müstəntiqin əsas tutmalı olduğu qanuni tələbdir. Lakin hazırkı cinayət işinin öyrənilməsi zamanı iş üzrə ibtidai istintaq aparan müstəntiq tərəfindən qeyd edilən tələblərə tam riayət olunmadığı müəyyən olunmuşdur. Bu isə CPM-in 303-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edir. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və onun həbsdə saxlama müddəti 01 (bir) ay müəyyən edilməklə 19.05.2022-ci il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası CPM-in 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Azərbaycan Respublikası CPM-in 306.1.3-cü maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 159.10, 299, 300, 300.1.5, 303, 303.3.1, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və qərarda qeyd olunan nöqsanların aradan qaldırılması və hüquqi qiymət verilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və onun həbsdə saxlama müddəti 01 (bir) ay müəyyən edilməklə 19.05.2022-ci il tarixədək uzadılsın. Qətimkan tədbiri ilə bağlı hissədə qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar