Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-47/2025 31.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Şirvan şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri İsmət Qayıbov küçəsinə daşımış, 07 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd polietilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 1,305 qram xeyli miqdarda kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əvvəllər dəfələlərlə cinayət məsuliyyətinə cəlb edilmişdir. 07 dekabr 2024-cü il tarixdə saat 18 radələrində əvvəldən tanımadığı adının daha sonra Elçin olduğunu öyrəndiyi taksi sürücüsünün avtomobilinə Şirvan şəhərinə getmək məqsədi ilə əyləşmişdir. Avtomobillə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsi ilə Şirvan şəhəri istiqamətinə hərəkətdə olan zaman YPX-nin əməkdaşı avtomobili dayandırmaq işarəsi vermişdir. Elçin adlı şəxs avtomobili İsmət Qayıbov küçəsində saxladıqdan sonra mülki geyimdə olan şəxslər onun əyləşdiyi sağ ön sərnişin oturacağının yerləşdiyi hissəyə tərəf yaxınlaşmışdır. Həmin şəxslər Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu digər avtomobilə aparmış və üzərində videoçəkiliş aparılmadan yoxlama aparmışlar. Yoxlama zamanı onun üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra o, təxminən 1 saata yaxın həmin avtomobilin içərisində qalmışdır. Təxminən 1 saatdan sonra Hacıqabul RPŞ-nin rəis müavini Rüfət adlı polis əməkdaşı hadisə yerinə gəlmiş və onun üzərində yoxlama aparan əməkdaşlar hər hansı narkotik vasitə və psixotrop maddə tapmadıqlarını ona bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onun əynində olan boz rəngli gödəkçəsinin yan cibinə selofan bükümdə psixotrop maddə olan metamfetamin qoyulmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla onun əynində olan gödəkcənin sağ yan cibindən polis əməkdaşları tərəfindən qoyulmuş psixotrop maddə aşkar edilərək götürülmüşdür. O, həmin vaxt aşkar edilmiş psixotrop maddənin ona aid olmadığını, polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu bildirmişdir. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. O, polis şöbəsində olarkən daha ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunacağından ehtiyat edərək yalandan etirafedici ifadələr vermiş və zəruri sənədləri imzalamışdır. Sonda təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin ona aid olmadığını, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi yazılı ifadə ilə ziddiyyət təşkil edən ifadə verdiyinə görə onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı törətdiyi cinayət əməlində özünü təqsirli bilməklə ifadə verərək bildirmişdir ki, uzun müddətdir narkotik vasitə və psixotrop maddələrin aludəçisi olmuş, nəşə və patı kimi kimi tanıdığı narkotik vasitə marixuanadan və psixotrop maddə metamfetamindən istifadə edir. Üzərində qanunsuz olaraq narkotik vasitə saxladığına görə 2023-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2024-cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün bəzi orqanları zədələnmiş, buna görə də, bədənində şiddətli ağrılar yaranmışdır. Həmin ağrıları azaltmaq məqsədilə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra arabir patı kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Metamfetamindən bir neçə dəfə istifadə etdikdən sonra ağrıları azaldığından hər gün olmasada, ağrıları olan zaman arabir istifadə etmişdir. 07 dekabr 2024-cü il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində yerləşən mərkəzi dairənin yaxınlığına dostu ilə görüşmək məqsədi ilə gəlmişdir. Həmin dairədə bir qədər gözlədikdən sonra bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq Bakı şəhərinə gedən taksilərin harada olmasını soruşmuşdur. O, həmin taksilərin dayandığı yeri göstərmişdir. Həmin vaxt tanımadığı şəxsin narkotik vasitələrin istifadəçisi olduğunu hiss etmişdir. Buna görə də, həmin şəxslə bir qədər söhbət etmiş və nə üçün Hacıqabul rayonuna gəldiyini soruşduqda, həmin şəxs ona metamfetamin əldə etmək üçün gəldiyini, hazırda üzərində metamfetamin olduğunu həmin metamfetamini ona verə biləcəyini bildirmişdir. O, üzərində olan 20 manat pulu tanımadığı şəxsə təqdim edib, üzərində olan metamfetamini ona verməsini istəmişdir. Həmin şəxs onunla razılaşmış və 20 manat pulu ondan alıb üzərində olan metamfetamini ona vermişdir. O, içərisində metamfetamin olan bükümü həmin şəxsdən alıb əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibinə qoymuş və həmin yerdən uzaqlaşıb getmişdir. 01 ədəd bükümdə metamfetamini əldə etməkdə məqsədi istifadə etmək olmuşdur. 07 dekabr 2024-cü il tarixdə saat 18 radələrində əvvəldən tanımadığı adının daha sonra Elçin olduğunu öyrəndiyi taksi sürücüsünün avtomobilinə Şirvan şəhərinə getmək məqsədi ilə əyləşmişdir. Avtomobillə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsi ilə Şirvan şəhəri istiqamətinə hərəkətdə olan zaman bir nəfər mülki geyimdə olan şəxsin avtomobili dayandırmağa işarə etdiyini görmüşdür. Elçin adlı şəxs avtomobili İsmət Qayıbov küçəsində saxladıqdan sonra mülki geyimdə olan şəxslərin onun əyləşdiyi sağ ön sərnişin oturacağının yerləşdiyi hissəyə tərəf yaxınlaşdığını görmüşdür. Mülki geyimdə olan şəxslər ona tərəf yaxınlaşmış və Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini ona elan etmişlər. Lakin o, bir neçə dəfə məhkumluq həyatı yaşadığı və üzərində metamfetamin olduğu üçün əvvəlcə üzərində yoxlama aparılmasına maneə yaratmışdır. Buna görə də, polis əməkdaşları qoluna qandal vuraraq üzərində yoxlama aparmağa başlamışlar. Əməliyyatçı onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat verərək üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. O, üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Əməliyyatçı üzərində yoxlama aparmağa başlamışdır. Əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində yoxlama aparan zaman həmin gün tanımadığı şəxsdən aldığı metamfetamin həmin cibindən aşkar olunaraq götürülmüşdür. Əməliyyatçı Şahid1 tərəfindən əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüş içərisində patı kimi tanıdığı, psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1,43 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra əməliyyatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. O, üzərindən aşkar olunan kütlənin nə olduğunu bilmədiyini, cibində olmasından məlumatının olmadığını, həmin kütlənin polis əməkdaşları tərəfindən tutulan zaman üzərinə qoyulduğunu bildirmişdir. O, əvvəl bir neçə dəfə məhkum olunduğu üçün məsuliyyətdən necə yayına biləcəyini bildiyindən üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, cibində olmasından məlumatının olmadığını, həmin kütlənin polis əməkdaşları tərəfindən tutulan zaman üzərinə qoyulduğunu bildirmişdir. Lakin, görmüşdür ki, əməliyyatçı onun dediklərinə məhəl qoymayaraq sənədləşməyə davam etmişdir. Bu zaman anlamışdır ki, yalan danışmağının mənası yoxdur. Bundan sonra üzərində yoxlama davam etdirilmiş və əynindəki boz rəngli gödəkçəsinin sağ iç yan cibindən ona məxsus olan 01 ədəd Samsung A25 markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar, ona qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X3 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun üzərində yoxlama aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, sadəcə olaraq istifadə etmişdir. Üzərindən aşkar olunan psixotrop maddədən sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü Şahid4 məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Hacıqabul şəhəri M.Əsədov küçəsində qeydiyyatda olmaqla yaşayır. Təxminən 12 ilə yaxındır ki, etibarnamə əsasında idarə etdiyi VAZ 21099 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Şirvan istiqaməti üzrə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəldən tanımır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 07 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri İsmət Qayıbov küçəsi ilə Şirvan şəhəri istiqamətinə idarə etdiyi avtomobillə hərəkət edərək, Şirvan şəhərinə aparmaq üçün müştəri axtarırdı. Həmin vaxt daha sonra adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin ona işarə etdiyini görmüşdür. Təqsirləndirilən şəxs Şirvan şəhərinə getdiyini düşündüyü üçün yolun kənarında avtomobili dayandırmışdır. Ramil avtomobilin ön sərnişin oturacağının qapısını açaraq ondan hara getdiyimi soruşmuşdur. O, Şirvan şəhərinə getdiyini bildirdikdən sonra Ramil ön sərnişin oturacağına əyləşmişdir. İsmət Qayıbov küçəsi ilə bir qədər hərəkət etməklərinə baxmayaraq Şirvan şəhərinə gedən başqa müştəri tapa bilməmiş və sürətlənərək Şirvan şəhərinə doğru hərəkət etməyə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra YPX-nin əməkdaşının avtomobilə işarə etdiyini görmüşdür. O, avtomobili yolun hərəkətsiz hissəsində saxlamışdır. Bu zaman mülki geyimdə olan şəxslərin Ramilin əyləşdiyi ön sərnişin oturacağına tərəf hərəkət edərək, qapını açdıqlarını görmüşdür. Həmin şəxslər Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək, Ramilə avtomobildən yerə düşməsini bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də üzərində yoxlama aparılacağını, ona isə avtomobilini idarə edib hadisə yerindən uzaqlaşmağını bildirmişlər. O, polis əməkdaşlarının göstərişini yerinə yetirib avtomobilini idarə edərək, hadisə yerindən uzaqlaşıb getmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyim olmamış, polis əməkdaşları tərəfindən onlara qarşı heç bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasından əvvəldən məlumatı olmamış, o cümlədən hərəkətdə olduqları müddət ərzində Ramil ona bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon X2 Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 dekabr 2024-cü il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 07 dekabr 2024-cü il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Hacıqabul RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Şahid4 idarə etdiyi VAZ 21099 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşdiyini və Hacıqabul şəhəri İsmət Qayıbov küçəsindən Şirvan şəhəri istiqamətinə hərəkətdə olmasını aşkar etmişlər. Həmin vaxt avtomobilin sürücüsünə avtomobili saxlamasını işarə etmişlər. Sürücü avtomobili İsmət Qayıbov küçəsində saxlayan zaman onlar birlikdə avtomobilin sağ ön tərəfində sərnişin oturacağında əyləşən Təqsirləndirilən şəxs tərəf yaxınlaşmışlar. Bundan sonra özlərini təqdim edib Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini ona elan edib, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs əvvəlcə üzərində yoxlama aparılmasına maneə olmağa çalışmışdır. Onlar maneə yaratmağa çalışdığı üçün Təqsirləndirilən şəxs qoluna qandal vuraraq üzərində yoxlama aparmağa başlamışlar. O, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə məlumat vermiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1,43 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə şifahi sual vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin nə olduğunu bilmədiyini, cibində olmasından məlumatının olmadığını bildirmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçəsinin sağ iç yan cibindən 01 ədəd Samsung A25 markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Mübaşir Heybətovun xidməti otağına daxil olmuşlar. Mübaşir Heybətov Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Şirvan Regional Vəkil Bürosunun vəkili X3 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə şifahi sual vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər kütləni tutulmamışdan əvvəl tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, üzərində yoxlama aparılan zaman həyəcanlı və əsəbi olduğu üçün üzərindən aşkar olunan kütlənin nə olduğunu bilmədiyini, cibində olmasından məlumatının olmadığını dediyini, əsl həqiqətdə üzərindən aşkar olunan kütlənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs heç bir ədavət və düşmənçiliyi olmamış, saxlanılan zaman və üzərində yoxlama aparılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Bundan başqa sürücü Şahid4 sərnişin qismində avtomobilində əyləşən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasından əvvəldən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd selofan bükülü içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1,43 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd selofan bükümdə içərisində 1,43 qram olan maddənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/953 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi – 1,305 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7793 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Vətəndaş Şahid4 Bahadır oğlunun Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasından məlumatı olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 1,255 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 18:55-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Toğrul Hüseynov tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək 6 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay 01 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. ünvan 2 İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2 İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Şirvan şəhər məhkəməsinin 4(032)-39/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə səbəb hazırki cinayət işi ilə əlaqədar deyil, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş digər cinayət əməli ilə əlaqədardır. Hacıqabul rayon məhkəməsinin 1(071)-47/2025 saylı xx.xx.2025-ci il tarixli qərarla cinayət işi məhkəmə baxışına təyin edilərkən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhər məhkəməsinin 1(032)-80/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Şirvan şəhər məhkəməsindən daxil olmuş 1(032)-80/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şirvan şəhər məhkəməsinin 1(032)-80/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və müvafiq olaraq icraya yönəldilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluq ödənilməmişdir. Bu səbəbdən hazırki, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması məlum olur. Eyni zamanda, Şirvan şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə təqsirli bilindiyi cinayət əməlini hazırki cinayət işi üzrə məhkəmə istintaqının aparıldığı müddət ərzində törətmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı qeyd edilən cinayətdə təqsirli olmasını etiraf etsə də, məhkəmə istintaqı zamanı aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən ona verildiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmişdir. Baxmayaraq ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və Şahid4 hadisə zamanı idarət etdiyi avtomobilin YPX-nin əməkdaşı tərəfindən saxlanıldığını, digər şahidlər isə (polis əməkdaşları) avtomobilin onlar tərəfindən saxlanıldığını bildirmişlər. Qeyd edilən ifadələr arasında kiçik ziddiyyətin olmasına baxmayaraq, məhkəmə hesab edir ki, həmin ziddiyyət təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlində təqsirli olmasını aradan qaldırmır və ittihamın həllində əhəmiyyət kəsb edən hal kimi iştirak etmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən videoçəkiliş olmadan üzərində yoxlama aparılması, həmin yoxlama zamanı üzərindən qadağan olunmuş heç bir maddənin aşkar edilməməsi, aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə verdiyi ifadələrə məhkəmə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən qeyd edilən hallar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda (səkkiz dəfədən artıq) psixtorop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər dəfələrlə cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq əvvəlki cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Eyni zamanda, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 1(032)-80/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan şəhər məhkəməsinin 1(032)-80/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, habelə hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il Qərarının 16-cı bəndinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-in eyni maddəsi ilə (məsələn, CM-in 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri ilə) tövsif olunmuşdursa, qəti cəza CM-in 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən çox ola bilməz. Qərarın qeyd edilən tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsini 66.5-ci maddəsinə əsasən cəza təyin edilərkən təyin ediləcək cəza Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən artıq olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsi istelak miqdarından dəfələrlə artıq midarda psixotrop maddə metamfetamin əldə etməsini, onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq islah olunmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə sanksiyanın yuxarı həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və digər cinayət işi üzrə Şirvan şəhər məhkəməsinin 4(032)-39/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin icra olunması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,255 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edildiyinə görə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 8 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 88 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən həmin cəza Şirvan şəhər məhkəməsinin 1(032)-80/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və Şirvan şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının icra olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1,255 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 8 (səkkiz) saata görə 88 (səksən səkkiz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-47/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-47/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver