Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-48/2024 27.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Abşeron rayonu Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, sürücü fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu Hökməli qəsəbəsi At yalı yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, sürücü fəaliyyəti ilə məşğul olan, Qubadlı rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd, əvəzsiz olaraq talamaq, yəni oğurlamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Mitsubishi” xüsusi təyinatlı səbət markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yanına gəlib aralarında olan razılaşmaya uyğun olaraq idarə etdiyi səbət qoşqusunu işə saldıqdan sonra Təqsirləndirilən şəxs2 Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində 1 ədəd 5 metr uzunluğunda 400 mm diametrlik 10 mm qalınlığında dəmir borunu iplə bağlayaraq birlikdə borunun avtomobilə yerləşdirilməsini təmin etmiş, daha sonra birlikdə oğurladıqları borunu həmin qəsəbədə yerləşən Şahid2 işlətdiyi metal qəbulu sexinə aparıb dəmir borunun oğurluq olmadığı barədə Şahid2 yalan məlumat verərək borunu 360 manat pulun qarşılığında sonuncuya satıb əldə etdikləri pul vəsaitini arlarında bölüşdürməklə Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Təqsirləndirilən şəxs2, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd, əvəzsiz olaraq talamaq, yəni oğurlamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 20 radələrində sonuncunun idarə etdiyi “Mitsubishi” xüsusi təyinatlı səbət markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yanına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi səbət qoşqusunu işə saldıqdan sonra o, Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində 1 ədəd 5 metr uzunluğunda 400 mm diametrlik 10 mm qalınlığında dəmir borunu iplə bağlayaraq birlikdə borunun avtomobilə yerləşdirilməsini təmin etmiş, daha sonra birlikdə oğurladıqları borunu həmin qəsəbədə yerləşən Şahid2 işlətdiyi metal qəbulu sexinə aparıb dəmir borunun oğurluq olmadığı barədə Şahid2 yalan məlumat verərək borunu 360 manat pulun qarşılığında sonuncuya satıb əldə etdikləri pul vəsaitini arlarında bölüşdürməklə Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Bakı şəhər sakini Natiq adlı şəxsə məxsus “Mitsubishi” səbət markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobilin qaldırıcı qurğusunun üzərində səbət olduğuna görə səbət adlanır. xx.xx.2023cü il tarixdə avtomobilin sahibi Natiqin göstərişi əsasında iş görmək üçün Hacıqabul rayonu Muğan qəsəbəsində təmir olunan orta məktəbə gəlmişdir. Muğan qəsəbəsində yerləşən məktəbdə işləyəndən sonra gecəni Hacıqabul rayonu Meyniman kəndində kirayə tutulmuş evdə qalmışdır. Orada işlədiyi müddət ərzində çörək yeməyə gedərkən sahibsiz torpaq sahəsində bir ədəd təxminən 5 metr uzunluğunda iri həcmli boru görmüşdür. xx.xx.2023-cü il tarixdə təmir olunan məktəbdə Bakı şəhər sakini və orada sürücü işləyən Təqsirləndirilən şəxs2 ilə həmin borunu oğurlayıb satmaq barədə razılaşmışlar. Həmin günü saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi avtomobilə əyləşib borunun olduğu yerə getmişlər. Ətrafa baxıb heç kimin olmadığını dəqiqləşdirəndən sonra avtomobilinin qaldırıcı qurğusunu işə salmış, Təqsirləndirilən şəxs2 ipləri boruya bağlamış və avtomobilin qaldırıcı qurğusu ilə borunu qaldırıb avtomobilə qoymuş, borunu avtomobilə yükləyən zaman arxa tərəfdə dəmir list qırılmış, Vəli ipləri açaraq avtomobilə əyləşmiş və qaldıqları Meyniman kəndindəki evə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları borunu Muğan qəsəbəsində metal qəbulu məntəqəsi işlədən İmran adlı şəxsin yanına apararaq borunu satmaq istədiklərini demişlər. İmran borunun oğurluq olub-olmadığını, kimə məxsus olmasını soruşmuş, onlar borunun oğurluq olmadığına İmranı inandırmışlar. Bundan sonra İmranla Vəlinin köməkliyi ilə borunu ölçmüş, həmin borunu 360 manata ala biləcəyini bildirmiş və razılaşaraq oğurladıqları borunu İmrana 360 manata satmışlar. Pulu İmrandan alandan sonra avtomobilin arxa yerindən dəmirin qırığını təmir etdirmək məqsədi ilə Muğan qəsəbəsində qaynaqçının yanına getmişlər. Qaynaq işləri görülən zaman İmrandan aldığı puldan 165 manatını Vəliyə vermişdir. Hadisədən bir neçə gün sonra Hacıqabul RPŞ-nə dəvət olunmuş və törətdiyi cinayət əməlini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu Muğan qəsəbəsində təmir olunan orta məktəbdə işləmişdir. Muğan qəsəbəsində yerləşən məktəbdə işləyəndən sonra gecəni Hacıqabul rayonu Meyniman kəndində kirayə tutulmuş evdə qalmışdır. xx.xx.2023-cü il tarixdə təmir olunan məktəbdə Bakı şəhər sakini və orada sürücü işləyən Təqsirləndirilən şəxs1 Muğan qəsəbəsində sahibsiz torpaq sahəsində bir ədəd təxminən 5 metr uzunluğunda boru gördüyünü və həmin borunu birlikdə oğurlayaraq satmağı ona təklif etmişdir. O, Təqsirləndirilən şəxs1la borunu oğurlayaraq satmaları barədə razılaşmışdır. Həmin günü saat 20 radələrində o, Təqsirləndirilən şəxs1 ilə onun idarə etdiyi “Mitsubishi” səbət markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib borunun olduğu yerə getmişlər. Ətrafa baxıb heç kimin olmadığını dəqiqləşdirəndən sonra Təqsirləndirilən şəxs1 avtomobilinin qaldırıcı qurğusunu işə salmış, o, ipləri boruya bağlamış və avtomobilin qaldırıcı qurğusu ilə borunu qaldırıb avtomobilə qoymuş, borunu avtomobilə yükləyən zaman arxa tərəfdə dəmir list qırılmış, o, ipləri açaraq avtomobilə əyləşmiş və qaldıqları Meyniman kəndindəki evə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə oğruladıqları borunu Muğan qəsəbəsində metal qəbulu məntəqəsi işlədən İmran adlı şəxsin yanına apararaq onu satmaq istədiklərini demişlər. İmran borunun oğurluq olub-olmadığını, kimə məxsus olmasını soruşmuş, onlar borunun oğurluq olmadığına İmranı inandırmışlar. Bundan sonra İmranla Mirəddinin köməkliyi ilə borunu ölçmüş, həmin borunu 360 manata ala biləcəyini bildirmiş və razılaşaraq oğurladıqları borunu İmrana 360 manata satmışlar. Pulu İmrandan alandan sonra avtomobilin arxa yerindən dəmirin qırığını təmir etdirmək məqsədi ilə Muğan qəsəbəsində qaynaqçının yanına getmişlər. Qaynaq işləri görülən zaman Mirəddin İmrandan aldığı puldan 165 manatını ona vermişdir. Hadisədən bir neçə gün sonra Hacıqabul RPŞ-nə dəvət olunmuş və törətdiyi cinayət əməlini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, onun Hacıqabul rayonu Muğan qəsəbəsinin sağ çıxışında 12 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində tikinti işləri aparılması üçün bəzi tikinti materiallarını ora yığmışdır. Atası Şahid1 2 il bundan əvvəl tanımadığı şəxsdən 5 metr uzunluğunda 400 mm diametrlik, 10 mm qalınlığında boru alıb istifadə etmək üçün ora qoymuşdur. Orada hər hansı bir tikinti işləri aparılmamışdır. xx.xx.2023-cü il tarixdə atası Ayaz həmin torpaq sahəsinə baxış keçirən zaman yuxarıda qeyd etdiyi borunun yerində olmadığını görüb onunla əlaqə saxlayaraq həmin borunun yerində olmadığını, məlumatının olub-olmamasını soruşmuş, o, məlumatının olmadığını bildirmişdir. Sonra atası Ayaz 1000 manat dəyərində borunun oğurlanması barədə ərizə ilə Hacıqabul RPŞnə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayonu Muğan qəsəbəsinin çıxışında oğlu Fuada məxsus 12 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində tikinti işləri aparılması üçün bəzi tikinti materialları alıb torpaq sahəsinə yığmışlar. Təxminən 2 il bundan əvvəl tanımadığı şəxsdən 5 metr uzunluğunda, 400 mm diametrlik, 10 mm qalınlığında boru alıb torpaq sahəsinə qoymuşdur. Fuad orada hər hansı tikinti işləri aparmamışdır. Fuad başqa rayonda işlədiyi üçün həmin torpaq sahəsinə tez-tez özü nəzarət etmişdir. 16 sentyabr 2023-cü il tarixdə torpaq sahəsinə gedib baxış keçirən zaman yuxarıda qeyd etdiyi borunun yerində olmadığını görmüş ətrafa baxarakən həmin borunu tapa bilməmişdir. Oğlu Fuadla əlaqə saxlamış, Fuadın da, borunun kim tərəfindən götürülməsindən xəbərinin olmadığını bilmişdir. Sonra borunun 2 nəfər şəxs tərəfindən oğurlandığı ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Hacıqabul rayonu Muğan qəsəbəsində metal tullantılarının alqı-satqısı ilə məşğul olur. 16 sentyabr 2023-cü il tarixdə səhər saatlarında adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri “Mitsubishi” səbət markalı avtomobillə iş yerinə gəlib avtomobildən bir ədəd iri borunu yerə qoyub satmaq istədiklərini bildirmişlər. O, həmin borunun kimə məxsus olmasını soruşmuş, Mirəddin və Vəli borunun oğurluq olmadığını, onlara məxsus olduqlarını bildirmişlər. Bundan sonra borunu ölçərkən onun 5 metr olması məlum olmuşdur. O, Vəlinin yanında Mirəddinə 360 manat pul vermişdir. Bundan sonra Mirəddin və Vəli gəldikləri avtomobilə əyləşərək getmişlər. Həmin borudan şübhələnib həmkəndlisi Şahid1 torpaq sahəsinə baxmış və orada əvvəldən gördüyü borunun orada olmadığını görmüş və Mirəddinlə Vəlinin ona satdıqları borunun oğurluq olması ona məlum olmuşdur. Avtomobilinə əyləşib onları axtararkən Muğan qəsəbəsində yol kənarında qaynaqçı sexinin qarşısında Mirəddinin avtomobilinin dayandığını görmüşdür. O, Mirəddinlə Vəliyə yaxınlaşaraq borunun oğurluq olduğunu bildirmiş, Mirəddin yenə də, and-aman edərək həmin borunu Vəli ilə birlikdə məktəbdən götürdüklərini deyib onu inandırmışlar. O, Mirəddinlə Vəliyə inanmayıb bu barədə sahə rəisinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş Şahid1 etdiyi müraciətə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Muğan qəsəbəsində Bakı-Qazax magistral yolunun Qazax istiqamətinin sağ tərəfində yerləşir. Oğurluq hadisəsi baş verən ərazi boş torpaq sahəsidir. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 15:45-dan azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 17:30-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-90/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Təqdim olunan əşyanın götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid2 tərəfindən təqdim edilmiş 1 ədəd 5 metr uzunluğunda, 400 diametrlik, 10 mm qalınlığında dəmir boru götürülmüşdür. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 5 metr uzunluğunda, 400 diametrlik, 10 mm qalınlığında dəmir boru maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 16:23-dan azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 18:15-də Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əhmədov X5 rayonu Hökməli qəsəbəsi At yalı yolu massivində ailə üzvləri – atası X6, anası X12, həyat yoldaşı X1, övladı – 2023-cü il təvəllüdlü X7 ilə birlikdə yaşayır. Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-96/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, ev dustaqlığı qətimkan tədbirinin müddəti 03 ay müddətinə seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. Bakı şəhər Nərimanov rayon İHB-nın 35 saylı MKİS-i tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yaşayır. ünvan 2siyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli ********* saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd 5 metr uzunluğunda, 400 mm diametrlik, 10 mm qalınlığında dəmir borunun orta istismar intensivliyi və orta istismar müddəti parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 350 manat müəyyən olunur. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, oğurlanmış 01 ədəd 5 metr uzunluğunda, 400 mm diametrlik, 10 mm qalınlığında dəmir boru ona qaytarılmış və bu səbəbdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxsn məxsus oğurlanmış əmlakın dəyəri ekspert rəyində 350 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 1000 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində oğurlanmış 01 ədəd 5 metr uzunluğunda, 400 mm diametrlik, 10 mm qalınlığında dəmir borunun qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxs isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiyindən, oğurlanmış 01 ədəd 5 metr uzunluğunda, 400 mm diametrlik, 10 mm qalınlığında dəmir borunun dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilən qiymət, yəni 350 manat əsas götürülməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yerində müsbət xarakterizə edilməsini və himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM-nin 59.1.4, 59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır (CM-nin 61.1.3). Təqsirləndirilən şəxs1 barəsində Hacıqabul rayon məhkəməsinin 4(071)-90/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Hacıqabul rayon məhkəməsinin 4(071)-96/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri həmin müddətlə məhdudlaşmaqla ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və xx.xx.2023-cü il tarixdə qətimkan tədbirinin müddəti başa çatmışdır. Qeyd edilən cinayət işi xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı cinayət işi üzrə ibtidai araşdırma zamanı prosessual pozuntulara yol verildiyi müəyyən edilmiş və Hacıqabul rayon məhkəməsinin 1(071)-22/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə ********* saylı cinayət işinin baxılmasına xitam verilərək iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Cinayət işi məhkəmənin icraatında olarkən, habelə baxışa xitam verilərək geri qaytarılarkən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbirinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş və nəticədə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixdə sona çatmışdır. Hacıqabul rayon məhkəməsinin 1(071)-22/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon məhkəməsinin Hacıqabul RPŞ-nə ünvanladığı 1(071)-22/22024 saylı xx.xx.2024-cü il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə könüllü olaraq Hacıqabul rayon məhkəməsinə gəlmişdir. Bununla əlaqədar şəxs barəsində açılmış axtarış işinə xitam verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri icra edilməmişdir. Hacıqabul RPŞ-nin İB-nin baş müstəntiqi Bəxtiyar Qurbanov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqıbda iltizam qətimkan tədbiri seçilmişdir. Yuxarıda qeyd edilənlərin ümumiləşdirilmiş təhlilindən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qəti olaraq 3 ay müddətinə əvvəlcə həbs, sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, sonradan həbs qətimkan tədbirinin seçilməsi məhkəmə tərəfindən qərara alınsa da, həmin qətimkan tədbiri faktiki olaraq icra edilməmiş, təqsirləndirilən şəxs barəsində faktiki olaraq cəmi 3 ay müddətinə həbs və ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yerində müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM-nin 59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır (CM-nin 61.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsiri nəzərə alınmalı və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən barəsində tətbiq edilmiş həbs və ev dustaqlığı qətimkan tədbirinin müddəti həbsdə saxlamanın azadlığın məhdudlaşdırılması cəzasının müddətinin bir günə iki gün hesabı ilə nəzərə alınaraq təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən şübhəli şəxs qismində tutulduğu müddət tutulmanın azadlığın məhdudlaşdırılması cəzasının müddətinin bir günə iki gün hesabı ilə nəzərə alınaraq təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa onların üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 5 metr uzunluğunda, 400 mm diametrlik, 10 mm qalınlığında dəmir borunun qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 38 saat, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 hesabına 228 manat məbləğində,X8 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçiyə münasibətdə 96 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbs və ev dustaqlığı qətimkan tədbiri seçilmiş 3 ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsin (ev dustaqlığının) bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 6 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 5 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd 5 metr uzunluğunda, 400 mm diametrlik, 10 mm qalınlığında dəmir borunun qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) 228 manat pul, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 96 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-48/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-48/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver