Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-49/2022 28.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri H.Əliyev küçəsi ev 33-də daimi qeydiyyatda olmaqla yaşayan, 13.01.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14.01.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi; xx.xx.1988-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, Dəmiryolu İdarəsində maşinist köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 59-də daimi qeydiyyatda olmaqla yaşayan, 13.01.2022ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14.01.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarında artıq miqdarda olmaqla, ümumi təmiz çəkisi 1,531 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 0,757 qram hissəsini iki ədəd bükümdə heç bir qazanc əldə etmədən və mənfəət güdmədən 13.01.2022-ci il tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs2 vermiş, metamfetaminin qalan 0,774 qram çəkidə olan hissəsini isə bir ədəd şüşə borucuqda əynində olan boz rəngli şalvarının sağ cibində daşıyaraq saxlamış, 13.01.2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhərində yerləşən “Bayraq Meydanı” adlanan ərazidə saxlanılaraq Hacıqabul rayon Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd olunan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq heç bir pul vəsaiti və ya maddi nemətlər vermədən 13.01.2022-ci il tarixdə saat 12 radələrində əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla, ümumi təmiz çəkisi 0,757 qram olan psixotrop maddə metamfetamini 0,511 qram və 0,246 qram olmaqla iki ədəd kağız bükümündə qablaşdırılmış halda, bükümün bir ədədini idarə etdiyi “VAZ-2107” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq oturacaqlar arasında olan qoltuqaltı kimi adlandırılan saxlanc yerində, bir ədədini isə avtomobilinin sürücü oturacağının ayaqaltı hissəsində daşıyaraq saxlamış, 13.01.2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhərində yerləşən “Bayraq Meydanı” adlanan ərazidə idarə etdiyi avtomobildə saxlanılaraq Hacıqabul rayon Polis şöbəsinə gətirilib, avtomobilinə baxış keçirilən zaman yuxarıda qeyd olunan iki ədəd bükümdə psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, psixotrop maddə olan metamfetamindən istifadə edir. Bundan əvvəl bir dəfə Hüseynlə birlikdə metamfetamin istifadə etmişlər. 13.01.2022-ci il tarixdə saat 09 radələrində yaşadığı Hacıqabul şəhəri H.Əliyev küçəsində gəzərkən yerdə 01 ədəd siqaret qutusu görmüş və dolu olduğunu hiss edib götürmüşdür. Həmin siqaret qutusuna baxan zaman görmüşdür ki, kiçik lampada, yəni borucuqda hazır vəziyyətdə içərisindəki narkotik maddə olan metamfetamin və 2 ədəd kağız kəsiyi bükümündə psixotrop maddə metamfetamin vardır. O, metamfetaminləri özü istifadə etmək məqsədi ilə götürüb cibinə qoymuşdur. 13.01.2022-ci il tarixdə saat 12 radələrində sinif yoldaşı Təqsirləndirilən şəxs2 zəng etmişdir ki, gəlib onu VAZ 2107 markalı avtomobili ilə işə aparsın. Hüseyn gəlib onu yaşadığı küçədən götürdükdən sonra Hacıqabul rayonu girişində yerləşən “Fədək” ailəvi istirahət mərkəzinə gedən zaman Hacıqabul şəhəri Bakı küçəsində yerləşən “Bayraq Meydanı”nın yanında Hüseynlə birlikdə psixotrop maddə olan metamfetamindən istifadə etmək qərarına gəlmişlər. O, Hüseynə psixotrop maddə metamfetamin tapdığını və sonuncuya 2 büküm verə biləcəyini bildirmiş və Hüseyn onunla razılaşdıqdan sonra o, 2 büküm metamfetamini Hüseynə vermişdir. Bundan sonra avtomobildə metamfetamini istifadə etmək istəyən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib üstlərində narkotik maddə olmasında şübhəli olduqlarını bildirib, onları Hacıqabul RPŞ-yə dəvət etmişlər. Onlar Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra, Müdafiəçi1 ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edilmişdir. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. O, boz rəngli şalvarının sağ cibində saxladığı içərisində metamfetamin və 1 ədəd 5 manatlıq pul əskinaz olan bir ədəd borucuğu polis əməkdaşlarına təqdim etmişdir. Həmin metamfetamini Hacıqabul şəhəri H.Əliyev küçəsindən yerdən tapdığını bildirmişdir. Ondan aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Təhqiqat zamanı həyəcanlı olduğu üçün izahatında Hüseynə 2 bükümdə psixotrop maddə vermədiyini göstərmişdir. O, Hüseynə metamfetamini pay vermişdir və əvəzində Hüseyndən heç bir şey almamışdır. O, narkotik vasitə qəbul etsə də, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmur. Hüseynlə bir sinifdə oxumuşdur. O, birinci dəfədir ki, Hüseynə metamfetamin vermişdir. Polis əməkdaşları tərəfindən ona və Hüseynə qarşı hər hansı bir zorakılıq edilməmişdir. Əməlində peşman olmuşdur. Öhdəsində üç azyaşlı uşağı olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, psixotrop maddə olan metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs1 tanıyır, onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Onlar biri sinifdə oxumuşlar, münasibətləri yaxşıdır. 13.01.2022ci il tarixdə saat 12.00 radələrində Elşən ona zəng etmişdir ki, avtomobili ilə gəlib onu işə aparsın. O, idarə etdiyi “VAZ-2107” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə Elşəni yaşadığı Hacıqabul şəhəri H.Əliyev küçəsindən götürüb işlədiyi “Fədək” restoranına aparan zaman Hacıqabul şəhərində yerləşən “Bayraq Meydanı”nın yanında Hüseyn cibindən borucuq çıxarıb, içərisində olan metamfetamini istifadə etmək istədiyini bildirmiş və ona da istifadə etməyi təklif etmişdir. Elşən özündə 2 ədəd bükümdə metamfetamin olduğunu və ona verə biləcəyini bildirmişdir. O, Elşənlə razılaşmış və 2 bükümdə psixotrop maddə metamfetamini Elşəndən alıb 1 bükümünü avtomobilinin saxlanc yeri sayılan qoltuq altına, bir bükümü isə ayaq altına atmışdır ki, Elşəni iş yerinə düşürdükdən sonra istifadə edər. Həmin vaxtı Hacıqabul RPŞ-nin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib, Elşənin üzərində, onun idarə etdiyi avtomobildə narkotik maddə olmasından şübhəli olduqlarını bildirib onları Hacıqabul RPŞ-yə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-yə gəlmişlər. Hacıqabul RPŞ-də müdafiəçi ilə təmin olunandan sonra, onun üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra o, idarə etdiyi VAZ 2107 markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilində 2 ədəd bükümdə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra o, Hacıqabul RPŞ-yə ərizə ilə müraciət edərək, idarə etdiyi VAZ 2107 markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Polis əməkdaşları onun və müdafiəçisi Müdafiəçi2, Elşənin və Elşənin vəkilinin iştirakı ilə ona məxsus avtomobilə baxış və götürmə keçirilməyə başlanılmış və avtomobilinin qoltuq altı olan saxlanc yerindən 01 ədəd kağız bükülüdə mütamfetamini, 2-ci bükümü isə öz oturduğu tərəfdə olan ayaq altından aşkar edərək götürmüşlər. Bundan başqa avtomobilindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Avtomobilindən aşkar edilmiş metamfetaminlər olan iki ədəd bükülü qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Avtomobilindən aşkar edilərək götürülən psixotrop maddə metamfetaminlər ona məxsusdur. Həmin metamfetaminləri 13.01.2022-ci il tarixdə sinif yoldaşı Təqsirləndirilən şəxs1 istifadə etməsi üçün ona pay vermişdir. Elşən ona psixotrop maddə hesab edilən metamfetamini pay vermiş və əvəzində ondan heç bir şey almamışdır. O, narkotik vasitə qəbul etsə də narkotik vasitənin alqı-satqısı ilə məşğul olmur. Elşənin metamfetamini haradan əldə etməsi barədə məlumatı yoxdur. Polis əməkdaşları tərəfindən ona və Elşənə qarşı hər hansı bir zorakılıq edilməmişdir. Əməlindən peşmandır. Öhdəsində iki azyaşlı uşağı olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 13.01.2022-ci il tarixdə xidmətdə olarkən ona məlumat daxil olmuşdur ki, Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 59-da yaşayan Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2107” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobildə və üzərində, o cümlədən onun avtomobilində sərnişin qismində olan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlayırlar. O, məlumatı yoxlamaq məqsədilə təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Daha sonra həmin qərarın icra olunması ilə bağlı ondan, Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 Abasxan oğlu, Hacıqabul RPŞ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar birlikdə 13.01.2022-ci il tarixdə saat 12 radələrində məlumatın yoxlanılması məqsədilə Hacıqabul şəhərinin girişindəki “Bayraq Meydanı” adlanan əraziyə getmişlər. Həmin ərazidə olarkən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs1 ilə görmüşlər və onların barəsində məlumat daxil olduğu üçün yaxınlaşaraq özlərini təqdim edib, barələrində narkotik vasitələr gəzdirmələri ilə bağlı məlumat daxil olduğunu bildirərək, onları polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili də polis şöbəsinə gətirmişdir. Polis şöbəsində olarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiçi verilmişdir. Bundan sonra əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd şüşə borucuqda psixotrop maddə metamfetaminə bənzər maddəni və həmin şüşə borucuğa əlavə edilmiş bir ədəd 5 manatlıq pul əskinazı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddənin psixotrop maddə metamfetamin olduğunu, onu küçədə yerdən tapdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi borucuqda psixotrop maddə metamfetamin və bir ədəd 5 manatlıq pul əskinazı götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Bütün iştirakçılar protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və ya predmet, o cümlədən maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs2 məxsus “VAZ-2107” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasında olan qolaltı saxlanc yerindən bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin avtomobilin sürücü oturacağının ayaqaltı hissəsindən bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş iki ədəd bükümlər götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş şüşə borucuqda və Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar olunmuş iki ədəd kağız bükümlərdə olan maddələr metamfetamindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamaları ilə bağlı heç bir məlumat əldə olunmamışdır. Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasında ifadə verərək, Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. Şəxsi axtarış və götürmə barədə 13.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ cibindən bir ədəd şüşə borucuqda psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd 5 manatlıq pul əskinazı aşkar olunaraq götürülmüşdür. Baxış keçirmə və götürmə barədə 13.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2107” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qarşı oturacaqların arasında olan qolaltı saxlanc yerindən bir ədəd kağız bükümdə, sürücünün oturacağının ayaqaltı hissəsindən bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 13.01.2022-ci il tarixli 18/48 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs1 üzərindən..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd şüşə borucuqda təmiz çəkisi 0,774 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd pul əskinazının üzərində metamfetamin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs2 avtomobilindən..» sözləri və imzalar olan kağız paketi açdıqda 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,511 qram, 0,246 qram, ümumi təmiz çəkisi 0,757 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd şüşə borucuqdakı metamfetaminlə Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş 02 ədəd kağız bükümdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (iş v. 54- 58) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 fevral 2022-ci il tarixli 552 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 fevral 2022-ci il tarixli 553 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 09.02.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 09.02.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş şəxsi istehlak miqdarında artıq miqdarda olmaqla, ümumi təmiz çəkisi 1,531 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlaması və həmin metamfetaminin 0,757 qram hissəsini iki ədəd bükümdə heç bir qazanc əldə etmədən və mənfəət güdmədən tanışı Təqsirləndirilən şəxs2 verməsi, metamfetaminin qalan 0,774 qram çəkidə olan hissəsini isə bir ədəd şüşə borucuqda özündə saxlamaqla cinayət törətməsi; həmçinin Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan narkotik vasitələrin siyahısına daxil edilmiş 0,757 qram psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib avtomobilində saxlamaqla cinayət törətməsi tamamilə sübuta yetirilmişdir. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağı olmasını, fərdi əməklə məşğul olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağı olmasını, ictimai faydalı əməklə məşğul olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı 13.01.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14.01.2022-ci il tarixdə saxlandıqları Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərinin cinayət törətməkdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 gün müddət onlara təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və onlar məhkəmə iclas zalında “həbs” edilməlidir. Təqsirləndirilən şəxslərin cəza çəkmə müddətinin əvvəli 28.04.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslərdən götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,381 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 13.01.2022-ci il tarixdən 14.01.2022-ci il tarixə kimi olan 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli 28.04.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 13.01.2022-ci il tarixdən 14.01.2022-ci il tarixə kimi olan 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli 28.04.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,381 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 məhkəmə baxışı zamanı iştirak etdiyi 22 saata görə 132 (yüz otuz iki) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi3 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə icraatı zamanı iştirak etdiyi 21 saata görə 126 manat olmaqla, cəmi 336 (üç yüz otuz altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-49/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-49/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver