Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-49/2023 05.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Ağamməməd oğlunun iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Quruzma kəndində qeydiyyatda olan, Zərdab rayonu, Lələağacı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Qəzli kəndində Araz adlı şəxsdən 270 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq satın almaqla əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 37,56 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın 1,56 qram çəkidə olan hissəsini 1 ədəd sellofan torbacıqda, qalan hissəsini isə 4,58 qram, 3,84 qram, 4,60 qram, 3,34 qram, 3,97 qram, 4,58 qram, 4,26 qram, 4,12 qram, 2,71 qram olmaqla 9 ədəd kibrit qutusunda qablaşdırılmış əlində olan bir ədəd sellofan torbada daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Qarasu kəndindən keçən Bakı-Qazax yolunun kənarında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılarkən 1 ədəd sellofan torbada qeyd olunan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Araz adlı şəxsi uzun müddətdir ki, tanıyır və onların münasibəti vardır. Arazın atasının vəfat etməsini biləndə baş sağlığı vermək üçün xx.xx.2023-cü il tarixdə Arazın yaşadığı Sabirabad rayonu, Qəzli kəndinə getmişdir. O, Arazla mobil telefonla əlaqə saxlamış və baş sağlığı vermək üçün gəldiyini bildirmişdir. Araz onunla mobil telefonla danışan zaman avtomobilinin mühərrikində nasazlıq olduğunu, avtomobilini Hacıqabul rayonunda “Qədirxum” adlanan restoranın yaxınlığında yerləşən avtomobil təmiri sexlərinin birində təmir etdirdiyini bildirmiş və ona maddi yardım göstərməsini ondan xahiş etmişdir. O da Arazdan onun üçün marixuana təşkil etməsini xahiş etmiş, Araz da ona bu məsələdə köməklik edəcəyini bildirmişdir. Həmin günü Araz onu Hacıqabul rayonu, Qarasu kəndində qarşılayaraq idarə etdiyi avtomobil ilə yaşadığı Sabirabad rayonu, Qəzli kəndinə aparmışdır. O, Arazın ailəsinə baş sağlığı verəndən sonra avtomobilini təmir etdirməsi üçün Araza 270 manat pul vermişdir. Bir qədər sonra o, Araza Zərdab rayonuna gedəcəyini bildirmişdir. Həmin vaxt Araz onu Zərdab rayonuna özünün yola salacağını bildirmişdir. Araz onu Zərdab rayonuna yola salmamışdan öncə onun xahişini yerinə yetirib onun verdiyi 270 manat pulun əvəzində içərisində 9 kibrit qutusunda və bir ədəd sellofan bükümdə marixuana olan sellofan torbanı vermişdir. Bundan sonra Araz onu Zərdab rayonuna yola salmaq üçün idarə etdiyi avtomobil ilə Hacıqabul rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Onlar hərəkət edən zaman saat 23:50 radələrində Araz idarə etdiyi avtomobili Sabirabad rayonu, Qəzli kəndində yerləşən çayxananın yaxınlığında dayanan Ramal adlı şəxsin yanında saxlamış və Ramala onu Zərdab rayonuna yola salacağını bildirib avtomobilə əyləşməsini təklif etmişdir. Ramal Arazla razılaşıb avtomobilin arxa oturacağında əyləşmişdir. X13 adlı şəxsə zəng etmiş və onlarla getməsini təklif etmişdir. Bundan sonra Araz idarə etdiyi avtomobili Ramilin yaşadığı evin darvazasının qarşısında saxlamış və Ramil avtomobilə əyləşmişdir. Onlar söhbət etməyə başlamışdır. Araz idarə etdiyi avtomobili Hacıqabul rayonu, Qarasu kəndindən keçən Bakı-Qazax yolunun kənarında saxlamışdır. O, Arazın ona verdiyi içində marixuana olan sellofan torbanı götürüb avtomobildən düşmüş və həmin vaxt oraya polis əməkdaşları gəlmişlər. O, Polis əməkdaşlarını gördükdə qorxusundan əlindəki torbanı yerə atmışdır. Sonra polis əməkdaşları onu yerdəki sellofan torba ilə birlikdə Hacıqabul RPŞ-yə dəvət etmişlər. Polis Şöbəsində o, əlindəkki sellofan torbanı təqdim edərək torbanın içərisində marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları marixuananı hardan əldə etdiyini ondan soruşan zaman o, marixuananı xx.xx.2023-cü il tarixdə Araz adlı şəxsdən aldığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ailə vəziyyətini və yaşının çox olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və onun Hacıqabul rayon ərazisinə gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ifşa olunması üçün həmin günü saat 07:00 radələrində o və Hacıqabul rayon PŞ-nin PPXB-nün polis nəfəri işləyən X1 Hikmət Xanbala oğlunun Hacıqabul rayonu, Qarasu kənd ərazisində olma ehtimalı olduğu yerə yollanmışlar. Onlar Hacıqabul rayonu, Qarasu kənd ərazisində yolun kənarında Opel Omega markalı avtomobilin yolun kənarında dayanmış vəziyyətdə olduğunu və Təqsirləndirilən şəxs həmin avtomobildən düşdüyünü görmüşdür. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs və avtomobildə olan digər şəxsləri Hacıqabul rayon PŞ-nə dəvət etmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə video kamera ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd sellofan torbanı təqdim edərək içərsində 9 kibrit qutusunda və 1 ədəd sellofan kəsiyi bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 9 kibrit qutusunda və 1 ədəd sellofan bükümdə olan marixuananı tanışı Araz adlı şəxsdən 270 manata aldığını və istifadə etmək məqsədilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr poçt zərfinə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Sabirabad rayonu, Qəzli kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində o, yaşadığı evdə olan zaman tanışı Araz ona zəng edərək tanıdığı Təqsirləndirilən şəxs Zərdab rayonuna yola salmaq üçün Hacıqabul rayonu, Qarasu kəndinə idarə etdiyi avtomobil ilə getdiyini bildirmiş və ona birlikdə getməyi təklif etmişdir. O, Arazla razılaşmış və bir qədər sonra Araz idarə etdiyi “Opel Omeqa” markalı avtomobili ilə onun yaşadığı evə gəlmişdir. O, küçədə onları gözləmiş, Araz idarə etdiyi avtomobillə onun yaşadığı evin darvazasının qarşısında dayanan zaman o, avtomobildə tanışları Hikməti, Arazı və Ramalı görmüşdür. O, avtomobilin arxa oturacağında əyləşmiş, onlar söhbət etməyə başlamışdır. Araz Hacıqabul rayonu, Qarasu kənd ərazisindən keçən Bakı-Qaxaz yolunun kənarında avtomobili saxlamış və Hikmət avtomobildən düşmüşdür. Həmin vaxt polis əməkdaşları gələrək onları Hacıqabul rayon Polis Şöbəsinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Araz Hikmətə 9 kibrit qutusundad marixuana vermişdir. Onun bu barədə yalnız polis şöbəsinə gəldikdən sonra məlumatı olub. O, Arazın Hikmətə marixuananı verdiyini görməmiş, yalnız Hikmət avtomobildən düşən zaman əlində sellofan torbanın olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əlində olan sellofan torbadan içərisində 9 ədəd kibrit qutusu və 1 ədəd sellofan kəsiyi narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələri təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 9 ədəd kibrit qutusunda və 1 ədəd sellofan kəsiyində olan maddəni xx.xx.2023-cü il tarixdə Araz adlı şəxsdən 270 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/67 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki ümumi təmiz çəkisi 37,56 qram, ayrı-ayrılıqda 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 1,56 qram və 9 ədəd kibrit qutusunda təmiz çəkiləri 4,58 qram, 3,84 qram, 4,60 qram, 3,34 qram, 3,97 qram, 4,58 qram, 4,26 qram, 4,12 qram, 2,71 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,2 qramı (hər ob-0,02qr) sərf edildikdən sonra 37,36 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 5 qram olması, külli miqdarı daxil olmaqla aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1010 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkololi dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı nə vaxt, hansı mənbədən əldə etməsi və onun əvvəllər narkotik alqı-satqısı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tanışı Araz adlı şəxsdən yaşadığı Sabirabad rayonu Qəzli kəndində 270 manat müqabilində 9 ədəd kibrit qutusunda qurudulmuş marixuananı almışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr satması və ya alqı-satqısı ilə məşğul olması təsdiqini tapmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 37,36 qram qalan narkotik vasitə hesab edilən marixuana maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, cinayət işinin materiallarından X8 və X2 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli başqa cinayət işi ayrılaraq istintaq aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə aidiyyəti üzrə Sabirabad rayon Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. Sabirabad rayon İcra Hakimiyyətinin Quruzma İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev X3 rayonu Quruzma kəndində qeydiyyatdadır. Ailəli olmaqla himayəsində 2009-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Sabirabad rayon İcra Hakimiyyətinin Quruzma İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07:00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 18:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X6 azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolu və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (CM 59.1.4, 59.2) Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların isə müəyyən edilməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 37,36 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilərə narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Odur ki, məhkəmə qanunvericiliyin həmin tələbinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsin yaşı 60dan yuxarı olduğundan onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Lakin, o, yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Ağamməməd oğlu tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Ağamməməd oğlunun işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməsinə və yaşadığı Zərdab rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Zərdab rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 37,36 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Ağamməməd oğlunun işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(071)-49/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-49/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver