Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-5/2022 11.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1984-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 11 mənzil 19-da qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 158-də yaşayan, 28.12.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri; xx.xx.1986-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 150-də daimi qeydiyyatda olmaqla yaşayan, 28.12.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışı X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2021-ci ilin iyul ayının sonlarında axşam saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus və yaşayış sahəsi hesab edilən Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 93 nömrəli fərdi yaşayış evinə və evinin həyətinə qanunsuz olaraq daxil olub oradan diametri 36 sm, hündürlüyü isə 31 sm, nerjavika materialından olan istifadə olmuş 1 ədəd dəyəri 15 manat olan qazanı, istifadədə olmamış vəziyyətdə olan 200 ədəd hər birinin dəyəri 2 manat olan ümumi dəyəri 400 manat olan boşqabları, ümumi dəyəri 60 manat olan istifadədə olmamış vəziyyətdə olan yemək dəsdi (1 ədəd supnik, 8 ədəd orta ölçülü bulud, 1 ədəd böyük ölçülü bulud və 6 ədəd) boşqabları, dəyəri 150 manat olan 1 ədəd istifadə olunmuş paltaryuyan maşın, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd dəmir tava, 50 manat dəyərində 1 ədəd soba (maşınka), 100 manat dəyərində 1 ədəd nikel suçəni, 20 manat dəyərində elektirik naqilini vahid niyyətlə aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 995 (doqquz yüz doxsan beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2021-ci ilin iyul ayının sonlarında axşam saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus və yaşayış sahəsi hesab edilən Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 93 nömrəli fərdi yaşayış evinə və evinin həyətinə qanunsuz olaraq daxil olub oradan diametri 36 sm, hündürlüyü isə 31 sm, nerjavika materialından olan istifadə olmuş 1 ədəd dəyəri 15 manat olan qazanı, istifadədə olmamış vəziyyətdə olan 200 ədəd hər birinin dəyəri 2 manat olan ümumi dəyəri 400 manat olan boşqabları, ümumi dəyəri 60 manat olan istifadədə olmamış vəziyyətdə olan yemək dəsdi (1 ədəd supnik, 8 ədəd orta ölçülü bulud, 1 ədəd böyük ölçülü bulud və 6 ədəd) boşqabları, dəyəri 150 manat olan 1 ədəd istifadə olunmuş paltaryuyan maşın, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd dəmir tava, 50 manat dəyərində 1 ədəd soba (maşınka), 100 manat dəyərində 1 ədəd nikel suçəni, 20 manat dəyərində elektirik naqilini vahid niyyətlə aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 995 (doqquz yüz doxsan beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 11 mənzil 19-da qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 158-də yaşayır. 2018-ci ildə məhkum edilmişdir. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun ata tərəfdən qohumudur, aralarında heç bir ədavət və ya düşmənçik yoxdur. 2021-ci ilin iyul ayının sonlarında axşam saat təxminən 21-22 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə yaşadığı küçədə görüşmüş və söhbət əsnasında o, maddi vəziyyətinin yaxşı olmadığını və pula ehtiyacı olduğunu bildirdikdə, Ziyafət onun da maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra o, bildirmişdir ki, qonşuluqda yaşayan Narıncın həyətinə daxil olub oradan oğurluq etsinlər. Bundan sonra o, Ziyafətlə birlikdə saat 22 radələrində Narıncın yaşadığı ev istiqamətində gedib Zərərçəkmiş şəxs məxsus evin həyətində o, daş hasarı keçmək yolu ilə həyətə daxil olmuşdur. Ziyafət isə çöldə dayanmışdır ki, gəlib-gedən olsa ona məlumat versin. Bundan sonra o, oradan 1 ədəd köhnə paltaryuyan maşın, 2 ədəd dəmir materialından olan tava, 1 ədəd mis qazan, 1 ədəd qab-qacaq dəsdi, 1 ədəd qaz sobası maşınka, 1 ədəd dəmir materialından olan balaca su cəni, təxminən 20 metr uzunluğunda elektirik naqili və sayını xatırlamadığı boşqabları daş hasarının üzərindən Ziyafətə vermişdir. Sonra daş hasarı keçərək Ziyafətin yanına qayıtmışdır. Bundan sonra onlar birlikdə Zərərçəkmiş şəxs evindən oğurladıları məişət avadanlıqlarını və əşyaları köməkli gətirib onun yaşadığı evin həyətinə qoymuşlar. O, həmin əşyaları həyətdə gizlədəcəyini bildirdikdən sonra Ziyafət oradan uzaqlaşıb öz evinə getmişdir. Həmin günün səhəri Ziyafət onun yaşadığı evə gəlib Zərərçəkmiş şəxs evindən oğurladıqları 1 ədəd nerjavika materialından qazanı pula ehtiyacı olduğu üçün ona verməsini bildirmişdir. O, 1 ədəd nerjavika materialından olan qazanı Ziyafətə vermişdir ki, aparıb satsın. Bundan bir neçə gün sonra eşitmişdir ki, Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən Ziyafət saxlanılıb və barəsində İXM-nin 227-ci maddəsi ilə Hacıqabul rayon Məhkəməsi tərəfindən 1 ay müddətinə inzibati həbs edilmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs evindən oğurladıqları əşyalardan 1 ədəd qab-qacaq dəsdini Hacıqabul şəhər sakini kimi tanıdığı Mübariz Məmmədova 35 manata, yerdə qalan əşyaları isə tanımadığı şəxslərə müxtəlif qiymətlərə satıb əldə olunan pulu öz şəxsi tələbatına xərcləmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi barədə Hacıqabul RPŞ-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ərizəsi əsasında onu polis əməkdaşları saxlayaraq Hacıqabul rayon PŞ-yə aparmışlar. Orada o, etdikləri cinayəti etiraf etmişdir. Dəymiş ziyanı tam ödəmişlər. Öhdəsində bir azyaşlı uşağı olmasını, əməlindən peşman olmasını, zərəri tam ödəmələrini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 150-də daimi qeydiyyatda olmaqla yaşayır. 07.02.2019cu il tarixdə məhkum edilmişdir. Zərərçəkmiş şəxs onun qonşusudur, aralarında heç bir ədavət və ya düşmənçik yoxdur. 2021-ci ilin iyul ayının sonlarında axşam saat təxminən 21-22 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə yaşadığı küçədə görüşmüşlər. Söhbət əsnasında Fərid ona maddi vəziyyətinin yaxşı olmadığını və pula ehtiyacı olduğunu bildirmişdir. O, da maddi vəziyyətinin yaxşı olmadığı Fəridə bildirmişdir. Bundan sonra Fəridlə qərara gəlmişlər ki, qonşuluqda yaşayan Narıncın həyətinə daxil olsunlar və oradan oğurluq etsinlər. Bundan sonra o, və Fərid saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus evin həyətinə gəlmişlər. Fərid daş hasarı keçərək həyətə daxil olmuşdur. O, isə çöldə dayanmışdır ki, gəlib-gedən olsa Fəridə məlumat versin. Fərid oradan 1 ədəd köhnə paltaryuyan maşın, 2 ədəd dəmir materialından olan tava, 1 ədəd mis qazan, 1 ədəd qab-qacaq dəsdi, 1 ədəd qaz sobası (maşınka), 1 ədəd dəmir materialından olan balaca su cəni, təxminən 20 metr uzunluğunda elektirik naqili və sayını xatırlamadığı boşqabları daş hasarının üzərindən ona vermişdir. Sonra Fərid daş hasarı keçərək onun yanına qayıtmışdır. Onlar birlikdə Zərərçəkmiş şəxs evindən oğurladıqları məişət avadanlıqlarını köməkli gətirib Fəridin yaşadığı evin həyətinə qoymuşlar. Fərid ona həmin avadanlıqları özünün həyətdə gizlədəcəyini bildirmişdir. O, oradan uzaqlaşıb öz evinə qayıtmışdır. Həmin günün səhəri o, Fəridin yaşadığı evə gedib pula ehtiyacı olduğunu və Zərərçəkmiş şəxs evindən oğurladıqları 1 ədəd dəmir nerjavika materialından olan qazanı aparıb satmaq istədiyini bildirmişdir. Fərid 1 ədəd nerjavika materialından olan qazanı ona vermiş və o, həmin qazanı İradə Şükürovaya 2 manata satmışdır. Bundan bir neçə gün sonra o, Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və Hacıqabul rayon Məhkəməsi tərəfindən İXM-nin 227-ci maddəsi ilə ona 1 ay müddətinə inzibati həbs verilmişdir. 03.09.2021-ci il tarixdə bir ay inzibati həbs müddəti bitdikdən sonra Hacıqabul rayon PŞ-nin MSY-dən azad edilmişdir. Ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi barədə ərizə ilə Hacıqabul RPŞ-yə müraciət etmişdir. Onu polis əməkdaşları saxlayaraq Hacıqabul rayon PŞ-yə dəvət etmişlər. O, törətdiyi cinayəti etiraf etmişdir. Dəymiş ziyanı tam ödəmişlər. Öhdəsində iki azyaşlı uşağı olmasını, əməlindən peşman olmasını, zərəri tam ödəmələrini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Ziyafətlə qonşu olsa da, Təqsirləndirilən şəxs1 onun qohumdur. Onlarla arasında heç bir düşmənçilik və ədavət yoxdur. O, 23.07.2021-ci il tarixdə Bakı şəhərində yaşayan qızının yanına getmişdir. Təxmin 1 aya yaxın müddətdə qızının evində qaldıqdan sonra, 23.08.2021-ci il tarixdə yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 93 nömrəli fərdi yaşayış evinə qayıtmışdır. Həmin bir ay müddətində onun evində heç kəs yaşamamışdır. Evinə qayıdan zaman onun evindən və həyətindən müxtəlif növ məişət əşyalarının oğurlanmasını aşkar etmişdir. Onun evindən dəyəri 150 manat olan 1 ədəd qədimi köhnə paltaryuyan maşın, hər birinin dəyəri 100 manat olan 2 ədəd dəmir tava, 80 manat dəyərində 1 ədəd mis qazan, 150 manat dəyərində 1 ədəd qab-qacaq dəsdi, hər birinin dəyəri 1 manat olan ümumi dəyəri 200 manat olan boşqablar, 50 manat dəyərində 1 ədəd soba (maşınka), 100 manat dəyərində 1 ədəd nikel su çəni, 20 manat dəyərində elektirik naqili oğurlanmışdır. Bundan sonra o, bu barədə Hacıqabul rayon PŞnə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona dəymiş 950 manat ziyanın ödənilməsi barədə ibtidai istintaq zamanı 18.11.2021-ci il tarixdə yazılı ərizə vermişdir. (iş v.89) Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili işləyir. Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 93-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq olması və həmin şəxslərin müəyyən edilməsi məqsədilə rayon Hacıqabul rayon PŞ-nin Təhqiqat bölməsindən əməliyyat tapşırığı daxil olmuşdur. Həmin şəxsin müəyyən edilməsi məqsədilə Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birgə bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirmişdir. Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 11 mənzil 19-da qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 158-də yaşayan Təqsirləndirilən şəxs1 və Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 150-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməkdə şübhəli olduqlarına görə 07.09.2021-ci il tarixdə Hacıqabul şəhəri ərazisində saxlayaraq polis şöbəsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etdiklərini etiraf etmişlər. Şahid Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli 9/6971 nömrəli ekspert rəyindən görünür ki, diametri 36 sm hündürlü isə 31 sm, nerjavika materialından olan istifadədə olmuş qazan 1 ədəd dəyəri 15 manat, istifadə olmamış vəziyyətdə olan boşqablar 65 ədəd bir ədədinin qiyməti 2 manat olmaqla ümumi dəyəri 130 manat, istifadədə olmamış vəziyyətdə olan yemək dəsdi(1 ədəd supnik, 8 ədəd orta ölçülü bulud, 1 ədəd böyük ölçülü bulud və 6 ədəd boşqab) ümumi dəyəri 60 manat olmaqla, ekspertizaya təqdim olunmuş əşyaların ümumi qiyməti 205,0 manat təşkil edir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 13.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Şükürov X4 rayon Məhkəməsinin 06.09.2018-ci il tarixli 1(071)-79/2018 nömrəli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 08.05.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 13.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Rəhmanov X2 rayon Məhkəməsinin 07.02.2019-cu il tarixli 1(071)-19/2019 nömrəli hökümü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, 29.10.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi və eləcə də maddi sübut, iş materialinda olan digər sənədlərlə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında və yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Hacıqabul rayon Məhkəməsinin 07.02.2019-cu il tarixli hökümü ilə yaranmış məhkumluğu (azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə) Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətlərinin əvvəli 28.12.2021ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 995 (doqquz yüz doxsan beş) ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 28.12.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X5 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 300 (üç yüz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h **********6301695163, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 995 (doqquz yüz doxsan beş) ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-5/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-5/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver