Məhkəmə qərarları › İş №1(071)-5/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-5/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-5/2024 21.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X19 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 52, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1994-cü il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 48, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2, özgəsinə məxsus əmlakı oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 15 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən həyətyanı sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gəldiyi halda ona xəbər vermək və Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən götürüləcək əşyaları çıxarmaqda köməklik göstərmək məqsədi ilə sonuncuya məxsus həyətyanı sahə ilə qonşuluqda yerləşən özünə məxsus həyətin mişar daşından inşa olunan hasarın kənarında dayanıb gözləmiş, o, həmin hasarı aşmaqla saxlanc yeri hesab olunan ətrafı hasarla əhatələnmiş Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə qanunsuz daxil olub oradan 1800 manat dəyərində 4-5 metr uzunluqda 40 ədəd 2,5-3 diametrlik dəmir borular, 440 manat dəyərində 3-4 metr uzunluqda 24 ədəd dəmir künclükləri, 60 manat dəyərində alminium qazanı, 150 manat dəyərində 2 ədəd “Markus” markalı və 1 ədəd “Aqadel” markalı su motorları, 200 manat dəyərində taxta kəsən aparatını gizli yolla talayıb, yəni oğurladıqdan sonra həmin əşyaları Təqsirləndirilən şəxs1 köməkliyi nəticəsində Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən çıxarıb satmış və əldə olunan gəliri aralarında bölüşdürmüş, beləliklə o, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus 2650 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla oğurlamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs məxsus əmlakı təkrar oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1-də yerləşən həyətyanı sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gəldiyi halda ona xəbər vermək və Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən götürüləcək əşyaları çıxarmaqda köməklik göstərmək məqsədi ilə sonuncuya məxsus həyətyanı sahə ilə qonşuluqda yerləşən özünə məxsus həyətin mişar daşından inşa olunan hasarın kənarında dayanıb gözləmiş, o, həmin hasarı aşmaqla saxlanc yerı hesab olunan ətrafı hasarla əhatələnmiş Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə qanunsuz daxil olub oradan 180 manat dəyərində oksigen balonu, 80 manat dəyərində “VAZ 21011” markalı avtomobilə aid kardan(ötürücü val), 30 manat dəyərində çaşqa-feredo, 120 manat dəyərində akkumulyatora enerji verən aparatı gizli yolla talayıb, yəni oğurladıqdan sonra həmin əşyaları Təqsirləndirilən şəxs1 köməkliyi nəticəsində Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən çıxarıb satmış və əldə olunan gəliri aralarında bölüşdürmüş, beləliklə o, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus 410 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla təkrar oğurlamışdır. Təqsirləndirilən şəxs1 özgəsinə məxsus əmlakı oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o, kənar şəxslər gəldiyi halda Təqsirləndirilən şəxs2 xəbər vermək və Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən götürüləcək əşyaları çıxarmaqda köməklik göstərmək məqsədi ilə sonuncuya məxsus həyətyanı sahə ilə qonşuluqda yerləşən özünə məxsus həyətin mişar daşından inşa olunan hasarın kənarında dayanıb gözləmiş, Təqsirləndirilən şəxs2 isə həmin hasarı aşmaqla saxlanc yeri hesab olunan ətrafı hasarla əhatələnmiş Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə qanunsuz daxil olub oradan 1800 manat dəyərində 4-5 metr uzunluqda 40 ədəd 2,5-3 diametrlik dəmir borular, 440 manat dəyərində 3-4 metr uzunluqda 24 ədəd dəmir künclükləri, 60 manat dəyərində alminium qazanı, 150 manat dəyərində 2 ədəd “Markus” markalı və 1 ədəd “Aqadel” markalı su matorları, 200 manat dəyərində taxta kəsən aparatını gizli yolla talayıb, yəni oğurladıqdan sonra həmin əşyaları onun köməkliyi nəticəsində Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən çıxarıb satmış və əldə olunan gəliri aralarında bölüşdürmüş, beləliklə o, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus 2650 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla oğurlamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs məxsus əmlakı təkrar oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1-də yerləşən həyətyanı sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o, kənar şəxslər gəldiyi halda ona xəbər vermək və Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən götürüləcək əşyaları çıxarmaqda köməklik göstərmək məqsədi ilə sonuncuya məxsus həyətyanı sahə ilə qonşuluqda yerləşən özünə məxsus həyətin mişar daşından inşa olunan hasarın kənarında dayanıb gözləmiş, Təqsirləndirilən şəxs2 isə həmin hasarı aşmaqla saxlanc yeri hesab olunan ətrafı hasarla əhatələnmiş Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə qanunsuz daxil olub oradan 180 manat dəyərində oksigen balonu, 80 manat dəyərində “VAZ 21011” markalı avtomobilə aid kardan(ötürücü val), 30 manat dəyərində çaşqa-feredo, 120 manat dəyərində akkumulyatora enerji verən aparatı gizli yolla talayıb, yəni oğurladıqdan sonra həmin əşyaları onun köməkliyi nəticəsində Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən çıxarıb əldə olunan gəliri aralarında bölüşdürmüş, beləliklə o, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus 410 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla təkrar oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, X9 onun qonşusudur. Vəligilin həyətlərinin qarşısında Bahram Ələkbərovun yaşayış olmayan həyətyanı sahəsi vardır. 15 iyun 2023-cü il tarixdə Vəli onu axşam vaxtı küçəyə çağırıb, qonşusu Bəhramın həyətində köhnə metalların olmasını və onları satıb pul əldə edə biləcəklərini bildirmişdir. 15 iyun 2023-cü il tarixdə saat 23 radələrində onlar Vəligilin həyətlərindən Bəhramın həyətinin arasında olan 7 daş hündürlüyündə olan hasardan Bəhramın həyətinə keçmişdir. Oradan müxtəlif dəmir boru, uqolnik, köhnə su matorları, qazanı və taxtakəsən aparatı Bəhramın həyətindən hasardan Vəliyə vermişdir. Vəli də alıb öz həyətində saxladığı ona məxsus “Opel Vectra” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yığmışdır. Həmin gecə maşın Vəligilin həyətində qalmış və səhər oğurladıqları əşyaları Hacıqabul rayonu Muğan qəsəbəsində metal qəbul edən İmranın yanına aparmış və ona satmış və bunun müqavilində 88 manat pul almışlar. Həmin pulun 5 manatına yanacaq vurmuş qalan pulu isə bölmüşlər. Bundan bir neçə gün sonra 20 iyun 2023-cü il tarixdə saat 15 radələrində Vəli ilə Bəhramın həyətindən eyni qayda ilə köhnə avtomobil kardanı, çaşqa feredo, oksigen balonu, akkumulyator zaryadka qoyan aparatı, oğurlamışlar və həmin əşyaları bu dəfə Vəliyə məxsus “Vaz 2107” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb, elə həmin gün də yenə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən İmranın metal qəbulu məntəqəsinə aparıb təhvil verməklə satmışlar. Bunun müqabilində 53 manat pul əldə etmişlər və həmin pulu aralarında bölüşdürmüşlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamışdır. Təqsirləndirilən şəxs2 tanıyır və onunla həmişə normal münasibətləri olmuşdur. Onun evinin həyətinin qarşısında Bahram Ələkbərovun yaşayış olmayan həyətyanı sahəsi var. Bəhram həmin həyətə köhnə əşyalar yığırdı. Həmin həyətyanı sahə ilə onun həyətinin arasında 7 daş hündürlükdə hasar vardır. Demək olar ki, Bəhramın həyəti görünür. 15 iyun 2023-cü il tarixdə İbrahimlə birlikdə küçədə olan zaman pulları olmadığından Bəhramın həyətində olan dəmir, köhnə əşyalardan götürək, metall qəbulu məntəqəsinə satıb və pul əldə etmək qərarına gəlmişlər. 15 iyun 2023-cü il tarixdə saat 23 radələrində İbrahim gecə vaxtı onun həyətinin hasarından Bəhramın həyətinə keçmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. İbrahim Bəhramın həyətindən müxtəlif dəmir boru, uqolnik, köhnə su matorları, qazan və taxta kəsən aparatı götürüb vermiş, o da öz həyətindən həmin əşyaları almış və İbrahimin “Opel” markalı avtomobilinə yığmışdır. Səhəri gün oğurladıqları əşyaları Hacıqabul rayonu Muğan qəsəbəsində metal qəbul edən İmranın yanına aparmışlar. Həmin metalları İmrana satmış və bunun müqavilində 88 manat pul almışlar. Bundan bir neçə gün sonra 20 iyun 2023-cü il tarixdə saat 15 radələrində İbrahimlə Bəhramın həyətindən eyni qayda ilə köhnə avtomobil kardanı, çaşqa feredo, oksigen balonu, akumlyatora enerji verən aparatı, oğurlamış və həmin əşyaları bu dəfə ona məxsus “VAZ 2107” markalı avtomobilə yığmış, elə həmin gün də yenə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən İmranın metal qəbulu məntəqəsinə aparıb təhvil verməklə satmış və 53 manat pul almış və aralarında pulu bölmüşlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ev 24-də yaşayır. Onun ünvan 2 ünvanında yerləşir. Həmin evdə yaşamasada bəzi özünə məxsus əşyaları həmin evin həyətinə yığır. Hərdən vaxtı olanda həyətinə baş çəkməyə gedir. xx.xx.2023-cü il tarixdə həmin ünvana gedərkən həyətə yığdığı 550 manat dəyərində oksigen balonu, 250 manat dəyərində “VAZ 21011” markalı avtomobilə aid kardan, 150 manat dəyərində çaşqa-feredo, 190 manat dəyərində akumlyatora enerji verən aparat, 1800 manat dəyərində 4-5 metr uzunluqda çoxlu sayda 2,5-3 düyməlik borular, 520 manat dəyərində 3-4 metr uzunluqda çoxsaylı dəmir uqolniklər, 90 manat dəyərində alminium qazan teşt, 450 manat dəyərində 3 ədəd su matorları, 600 manat dəyərində taxta kəsən aparatın oğurlandığını görmüş və bu barədə polisə məlumat vermişdir və polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Sonradan müəyyən edilmişdir ki, oğurluq hadisələrini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmişdir. Sonda zərər çəkmiş şəxs oğurlanmış əşyaların bir qisminin ona qaytarıldığını, qalan ziyanın dəyərinin isə təqsirləndirilən şəxslərin valideynləri tərəfindən ona ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, ailəsini dolandırmaq məqsədilə həyətyanı sahəsində dəmir və metal qəbul edib sonra həmin qəbul etdiyi malları sataraq pul qazanıb ailəsini dolandırır. Hacıqabul şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. 2023-cü ilin iyun ayının 16-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Opel” markalı avtomobil ilə onun yanına gəlmişlər və onlarda dəmir, metal malları olduğunu həmin malları satmaq istədiklərini bildirmişlər. O da baxıb və görüb ki, onlar satmaq üçün dəmir borular, dəmir uqolniklər, köhnə su matorları, qazan-teşt və taxta kəsən aparat gətiriblər. Həmin malları çəkib və onlara malların qarşılığında 88 manat pul vermişdir. Bundan bir neçə gün sonra, yəni 20 iyun 2023-cü il tarixdə yenidən İbrahim və Vəli onun yanına gəlib müəyyən əşyalar satmaq istədiklərini bildirmişlər. O da onlardan həmin günü köhnə avtomobil kardanı, çaşqaferedo, kislarod balonu, akumllyator enerji verən aparat qəbul etmiş və çəkdikdən sonra həmin malların qarşılığında onlara 53 manat pul vermişdir. Bundan sonra onlar uzaqlaşıb getmişdirlər. Əşyaları satan zaman Vəli və İbrahim ona həmin əşyaların öz həyətlərindən olmasını bildirmişlər. Əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Sonradan polis əməkdaşları onun ünvanına gələrək oğurluq əmlak aldığını bildirmiş və həyətyanı sahəsinə baxış keçirmişlər. Həmin baxış zamanı əşyaların bir qismini satdığı üçün onları təqdim edə bilməmiş, lakin satmadığı həyətində qalan kislarod (oksigen) balonu, iki ədəd su matoru, dəmir boruları, dəmir künclükləri, çaqa-feredo və avtomobil kardanını polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 məxsus ünvan 3 ünvanda yerləşən həyətyani sahəsinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Baxış keçirmə və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Hacıqabul rayon Muğan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs həyətindən oğurlanan 8 ədəd dəmir borular, 4 ədəd dəmir künclüklər, 2 ədəd “Markus” markalı su motorları, “VAZ 21011” markalı avtomobilə aid kardan (ötürücü val), çaşqa-feredo, 1 ədəd oksigen balonu aşkar edilərək götürülmüşdür. Götürmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Əşyanın maddi sübut kimi tanınması” haqqında xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 8 ədəd dəmir borular, 4 ədəd dəmir künclüklər, 2 ədəd “Markus” markalı su motorları, “VAZ 21011” markalı avtomobilə aid kardan (ötürücü val), çaşqa-feredo, 1 ədəd oksigen balonu maddii sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-5363/2023 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən, malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun orta bazar qiyməti ilə aşağıdakı qaydada müəyyən olunur.

1. 1 ədəd oksigen balonu-ümumi dəyəri 180,00 manat,

2. 1 ədəd “Vaz 21011” markalı avtomobilə aid kardan-ümumi dəyəri 80,00 manat,

3. 1 ədəd çaşqa-feredo- ümumi dəyəri 30,00 manat,

4. 1 ədəd akkumlyatora enerji verən aparat- ümumi dəyəri 120,00 manat,

5. 150 metr uzunluğunda 2,5 mm-lik boru -ümumi dəyəri 1500,00 manat,

6. 50 metr uzunluğunda 3 mm-lik boru- ümumi dəyəri 650,00 manat,

7. 80 metr uzunluğunda 3-lük dəmir künclük-ümumi dəyəri 240,00 manat,

8. 40 metr uzunluğunda 5-lik dəmir künclük-ümumi dəyəri 200,00 manat,

9. 1 ədəd aliminium qazan –teşt ümumi dəyəri 60,00 manat,

10. 1 ədəd “Markus” markalı su motoru- ümumi dəyəri 100,00 manat,

11. 1 ədəd “Aqadel” markalı su motoru- ümumi dəyəri 50,00 manat,

12. 1 ədəd taxta kəsən aparat-ümumi dəyəri 200,00 manat. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanda yerləşən həyətdən oğurladıqları əmlakları hadisə yerində əyani şəkildə göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən həyətdən oğurladıqları əmlakları hadisə yerində əyani şəkildə göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubundan (raportdan) görünür ki, Zərərçəkmiş şəxs məxsus həyətyani sahədən əşyaları oğurlayan şəxslərin xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-57/2023 saylı xx.xx.2023-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-56/2023 saylı xx.xx.2023-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Hacıqabul rayon İcra Hakimiyyəti MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 360 saylı arayışdan görünür ki, Şirinov X1 şəhəri, Ə.Vahid küçəsi bina 52, mənzil 1-də qeydiyyatda olmaqla, 1957-ci il təvəllüdlü anası X6, 1984-cü il təvəllüdlü bacısı X7 və 1993-cü il təvəllüdlü bacısı X4 ilə birlikdə yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Əlövsət oğlu yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Hacıqabul rayon İcra Hakimiyyəti MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 363 saylı arayışdan görünür ki, Zayidov X5 şəhəri, Ə.Vahid küçəsi bina 48, mənzil 2-də qeydiyyatda olmaqla, 1961-ci il təvəllüdlü anası X8 və 1990-cı il təvəllüdlü qardaşı X10 ilə birlikdə yaşamışdır. Hacıqabul rayon İcra Hakimiyyəti MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Zayidov X5 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, bundan sonra Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 08 gün hissəsi, hazırki hökmlə təyin edilən 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edildiyindən, onun həmin hökm və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə yaranmış məhkumluğun ödənilmə müddətləri cəzadan azad edildiyi xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Belə olan vəziyyətdə, Təqsirləndirilən şəxs1 cəzadan azad edildiyi vaxtdan iki il keçməmiş, yəni məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətin təhlükəli residivi yaranır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən (qəbzdən) görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarda həmçinin qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. X16 27-ci bəndində qeyd olunur ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış əmlakların zərər çəkmiş şəxs tərəfindən müəyyən edilmiş ayrı-ayrılıqda və ümumi dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlər arasında ziddiyyətlər mövcuddur. Belə ki, ekspertiza rəyində ittihamda göstərilən 12 adda əşyaların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ayrı-ayrılıqda göstərilmiş və ümumi dəyəri 3410 manat müəyyən edilmiş, zərər çəkmiş şəxs isə oğurlanmış əşyalar barədə məlumat verərək, onların ümumi dəyərini təxmini olaraq 4600 manat qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs tərəfindən oğurlanmış əşyaların dəyəri ilə bağlı göstərilmiş qiymətlər həddən artıq şişirdildiyindən və ağlabatan olmadığından, ekspertiza rəyində isə oğurlanmış bütün əşyaların qiymətləri orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada müəyyən edildiyindən, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halı kimi oğurlanmış əşyaların dəyəri ilə bağlı zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətlər deyil, ekspertiza rəyində göstərilən qiymətlər əsas götürülməlidir. Bununla belə məhkəmə qeyd edir ki, oğurlanmış 4-5 metr uzunluqda 40 ədəd 2,5-3 diametrlik dəmir boruların ümumi dəyərinin ekspertiza rəyində 2150 manat (1500+650) göstərilməsinə baxmayaraq, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda həmin əşyaların ümumi dəyəri 1800 manat göstərildiyindən və zərər çəkmiş şəxs də həmin dəmir boruların ümumi dəyərinin 1800 manat olması ilə razılaşdığından, ittihamdan kənara çıxmadan oğurlanmış dəmir boruların ümumi dəyəri 1800 manat kimi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olaraq təkrar oğurluq cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır; 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə dəymiş maddi zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.1.13). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsə dəymiş maddi zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.1.13). Onun əməlində cinayətin təhlükəli residivinin olması isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə Təqsirləndirilən şəxs1 həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi iki epizoddan ibarət cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsində iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması, əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, islah olunmamasını və yenidən qəsdən cinayət törətməsi, məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməsi, lakin məsuliyyəti ağırlaşdıran hal kimi əməlində cinayətin təhlükəli residivinin olması nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmənin qənaətinə görə, digər Təqsirləndirilən şəxs2 isə cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq cinayət əməlinin törədilməsi nəticəsində dəymiş ziyan zərər çəkmiş şəxsə ödənilmiş, cinayətin ictimai-təhlükəli nəticəsi aradan qaldırılmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin məhkumluğu yoxdur. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsindəki rolu, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ev dustalığında olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ev dustalığında saxlanıldığı 07 ay 20 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış əşyaların zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat və Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ev dustaqlığında olduğu 7 ay 20 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 3 ay 10 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 8 ədəd dəmir boruların, 4 ədəd dəmir künclüklərin, 2 ədəd “Markus” markalı su motorlarının, Vaz 21011 markalı avtomobilə aid kardan (ötürücü val), çaşqa feredo və 1 ədəd oksigen balonunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun Rabitəbank” ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan, Təqsirləndirilən şəxs1 münasibətdə isə ona təqdim edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar