Məhkəmə qərarları › İş №1(071)-5/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-5/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-5/2025 30.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Zərəçəkmiş şəxs – Zərərçəkmiş şəxs Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum edilməmiş, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, barəsində “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum edilməmiş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivində nömrəsi verilməyən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanışı Şahid1 onunla kobud rəftarından sonra qisas motivi əsasında Zərərçəkmiş şəxs məxsus olan və Şahid1 yaşadığı Hacıqabul şəhəri M.F.Axundov küçəsində yerləşən tikilini qəsdən yandırmaqla məhv etmək qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin tarixdə saat 21 radələrində sonuncu ilə birlikdə aralarında olan razılaşmaya uyğun olaraq Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “Kaspi” adlı yanacaq doldurma məntəqəsindən 02 litr həcmində benzin alıb Hacıqabul şəhərində taksi fəaliyyəti ilə məşğul olan və cinayətin törədilməsinə aiddiyəti olmayan Şahid2 idarə etdiyi, özünə məxsus VAZ 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yuxarıda qeyd olunan tikilinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs2la cinayətin törədilməsi barədə aralarında olan ilkin razılaşmanı həyata keçirmək üçün sonuncu aldıqları 02 litr həcmində benzini tikilinin döşəmə hissəsinə boşaltdıqdan sonra o, əlində olan alışqanı işə salıb döşəməyə vurmuş, tikilinin kənarından düşən od mənbəyinin təsirindən yanması nəticəsində içərisində olan 1800 manat dəyərində üstü parçadan hazırlanmış künc divanı, 150 manat dəyərində bir ədəd çarpayı, 350 manat dəyərində üç qapılı güzgülü dolab, 250 manat dəyərində şüşə yazı masası, 1500 manat dəyərində 155 diaqonal “LG” markalı televizor, 400 manat dəyərində 3,5*2,2 metr xalça, 15 manat dəyərində yağla işləyən “MAXPOVER” markalı qızdırıcı, 440 manat dəyərində böyük həcmli direl, 25 manat dəyərində kiçik həcmli direl, 35 manat dəyərində akkumlyatorlu direl, 280 manat dəyərində pərdə olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 5245 manat dəyərində məişət əşyaları məhv olmuş və tikiliyə ümumilikdə 4239 manat ziyan dəymişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus olan tikilini qəsdən yandırmaqla sonuncuya məxsus ümumilikdə 9484 manat dəyərində əmlakı qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxs2, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 qarşı Şahid1 kobud rəftarından sonra qisas motivi əsasında Zərərçəkmiş şəxs məxsus olan və Şahid1 yaşadığı Hacıqabul şəhəri M.F.Axundov küçəsində yerləşən tikilini qəsdən yandırmaqla məhv etmək barədə Təqsirləndirilən şəxs1 təklifindən sonra onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin tarixdə saat 21 radələrində aralarında olan razılaşmaya uyğun olaraq Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “Kaspi” adlı yanacaq doldurma məntəqəsindən 02 litr həcmində benzin alıb Hacıqabul şəhərində taksi fəaliyyəti ilə məşğul olan və cinayətin törədilməsinə aiddiyəti olmayan Şahid2 idarə etdiyi, özünə məxsus VAZ 21074 markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yuxarıda qeyd olunan tikilinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 ilə cinayətin törədilməsi barədə aralarında olan ilkin razılaşmanı həyata keçirmək üçün aldıqları 02 litr həcmində benzini tikilinin döşəmə hissəsinə boşaltdıqdan sonra Təqsirləndirilən şəxs1 əlində olan alışqanı işə salıb döşəməyə vurmuş, tikilinin kənarından düşən od mənbəyinin təsirindən yanması nəticəsində içərisində olan 1800 manat dəyərində üstü parçadan hazırlanmış künc divanı, 150 manat dəyərində bir ədəd çarpayı, 350 manat dəyərində üç qapılı güzgülü dolab, 250 manat dəyərində şüşə yazı masası, 1500 manat dəyərində 155 diaqonal “LG” markalı televizor, 400 manat dəyərində 3,5*2,2 metr xalça, 15 manat dəyərində yağla işləyən “MAXPOVER” markalı qızdırıcı, 440 manat dəyərində böyük həcmli direl, 25 manat dəyərində kiçik həcmli direl, 35 manat dəyərində akkumlyatorlu direl, 280 manat dəyərində pərdə olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 5245 manat dəyərində məişət əşyaları məhv olmuş və tikiliyə ümumilikdə 4239 manat ziyan dəymişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus olan tikilini qəsdən yandırmaqla sonuncuya məxsus ümumilikdə 9484 manat dəyərində əmlakı qəsdən məhv etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Hacıqabul şəhərində yaşayır, subaydır, himayəsində iki övladı var. Şahid1 tanıyır, onunla yaxın münasibətdə olmuşdur. Şahid1la münasibətdə olduğu müddətdə Şamxal mütəmadi olaraq onu döyüb münaqişələr yaratmışdır. O, dəfələrlə bu barədə Hacıqabul RPŞ-nə müraciətlər etmiş və onun müraciəti əsasında Hacıqabul RPŞ-də araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə işlədiyi Hacıqabul rayonu Xilə adlanan ərazidə yerləşən kafedə spirtli içki qəbul etmişdir. Həmin günü saat 20 radələrində Şahid1 onun ***-***-**-** mobil nömrəsinə zəng edərək onunla işi olduğunu bildirib ona özünə məxsus Hacıqabul rayonunda yerləşən fermaya gəlməsini bildirmişdir. O, Şahid1 etirazını bildirdikdə Şamxal ona gəlmədiyi təqdirdə onun işlədiyi kafeyə gəlib orada münaqişə yaradacağını bildirmişdir. O, Şamxalın kafeyə gələrək münaqişə yaradacağından ehtiyat edərək Şahid1 məxsus fermaya getmək qərarına gəlmiş və bu məqsədlə tanıdığı taksi sürücüsü Şahid2 zəng edərək onu Şamxalın fermasına aparmasını xahiş etmişdir. Bir qədər sonra Şahid2 idarə etdiyi VAZ 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun işlədiyi kafeyə gəlmiş və onu Şahid1 fermasına aparmışdır. Orada Şahid1 onu qarşılamış, o, Şahid2 onu gözləməsini bildirmiş və Şamxalla birlikdə fermada yerləşən birmərtəbəli tikiliyə daxil olmuşdur. O, tikiliyə daxil olduqda sonra Şahid1 ona kafedə işləməməsini və heç kimlə ünsiyyət qurmamasını bildirib onunla sözlə mübahisə etmişdir. O, Şahid1 öz iradını bildirəndə sonuncu onun baş nahiyyəsinə əli ilə yumruq və sol ayağına ayağı ilə zərbə vurmuşdur. Şahid1 onu vurandan sonra o, tikilidən çıxıb onu çöldə gözləyən Şahid2 avtomobilinə minib işlədiyi kafeyə qayıtmışdır. Şahid2 onu kafedə düşürtmüş və çıxıb getmişdir. O, kafeyə daxil olduqda orada tanıdığı Təqsirləndirilən şəxs2 Şahid1 məxsus avtomobilin benzinin qurtardığını bildirərək benzin alaraq Şahid1 verilməsi üçün onunla birlikdə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşmış və bu məqsədlə tanıdığı taksi sürücüsü Şahid2 zəng edərək onu Şamxalın fermasına aparmasını xahiş etmişdir. Bir qədər sonra Şahid2 idarə etdiyi VAZ 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun işlədiyi kafeyə gəlmişdir. Şahid2 kafeyə gələndən sonra o, Şahid2 Şahid1 fermada idarə etdiyi avtomobilin yanacağının qartardığından onun üçün yanacaq gətirməsini ondan xahiş etməsini bildirmiş və onu Şahid1 fermasına aparmasını xahiş etmişdir. Şahid2 onunla razılaşandan sonra o, avtomobilin ön oturacağında, Təqsirləndirilən şəxs2 isə avtomobilin arxa oturacağında əyləşmişdir. O, avtomobilə əyləşəndən sonra Şahid2 ona yanacaq doldurmaq üçün qab lazım olduğunu və ondan plastik qabın olub-olmamasını soruşmuş, Qorxmaz ona plastik qabın olmadığını bildirəndə o, ona yanacaq doldurma məntəqəsinə getməyini və orada qab tapacağını bildirmişdir. O, yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən kafedən 2 litr həcmində plastik qab götürərək avtomobilə əyləşmişdir. Şahid2 avtomobili yanacaq doldurma məntəqəsinə sürmüş, yanacaq doldurma məntəqəsində 2 litr benzin almışdır. Bundan sonra Şahid2 Şahid1 fermasına sürməsini xahiş etmiş, həmin vaxt Şahid2 ondan təkrar olaraq dəqiqləşdirmək üçün həqiqətən də, Şahid1 avtomobilinin yanacağının qurtardığı barədə sual vermişdir. O, Şahid2 narahat olmamasını, həqiqətən də, Şahid1 avtomobilinin benzininin qurtardığı barədə yalan olaraq bildirmişdir. Bundan sonra Şahid2 avtomobili Şahid1 məxsus fermaya sürmüş, Şahid1 fermasına təxminən 15 metr qalmış o, Şahid2 avtomobili saxlamasını xahiş etmişdir. Avtomobil dayandıqdan sonra o, və avtomobildə olan Təqsirləndirilən şəxs2 avtomobildən düşmüş o, Şahid2 yanacağı Şahid1 verib qayıdacaqlarını bildirmişdir. O, Təqsirləndirilən şəxs2la birlikdə Şahid1 məxsus fermaya daxil olduqdan sonra əlində olan yanacaqla dolu plastik qabı açıb ətrafa səpələmiş və alışqanla yandırmışdır. O, yanğının baş verdiyini gördükdən sonra çölə çıxmış, Təqsirləndirilən şəxs2 isə onun arxasınca çölə çıxmışdır. Təqsirləndirilən şəxs2 çölə çıxdıqdan sonra onlar birlikdə Şahid2 avtomobilinə tərəf getmiş və avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmışlar. Yanğın baş verənə qədər Təqsirləndirilən şəxs2 və Şahid2 onun Şahid1 məxsus fermada olan tikilini yandırmaq niyyətinin olmasından xəbərləri olmamışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi yazılı ifadə ilə ziddiyyət təşkil edən ifadə verdiyinə görə onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı törətdiyi cinayət əməlində özünü təqsirli bilməklə ifadə verərək bildirmişdir ki, Şahid1 tanıyır, onunla yaxın münasibətdə olmuşdur. Şahid1la münasibətdə olduğu müddətdə Şamxal mütəmadi olaraq onu döyüb münaqişələr yaratmışdır. O, dəfələrlə bu barədə Hacıqabul RPŞ-nə müraciətlər etmiş və onun müraciəti əsasında Hacıqabul RPŞ-də araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə işlədiyi Hacıqabul rayonu Xilə adlanan ərazidə yerləşən kafedə spirtli içki qəbul etmişdir. Həmin günü saat 20 radələrində Şahid1 onun ***-***-**-** mobil nömrəsinə zəng edərək onunla işi olduğunu bildirib ona özünə məxsus Hacıqabul rayonunda yerləşən fermaya gəlməsini bildirmişdir. O, Şahid1 etirazını bildirdikdə Şamxal ona gəlmədiyi təqdirdə onun işlədiyi kafeyə gəlib orada münaqişə yaradacağını bildirmişdir. O, Şamxalın kafeyə gələrək münaqişə yaradacağından ehtiyat edərək Şahid1 məxsus fermaya germək qərarına gəlmiş və bu məqsədlə tanıdığı taksi sürücüsü Şahid2 zəng edərək onu Şamxalın fermasına aparmasını xahiş etmişdir. Bir qədər sonra Şahid2 idarə etdiyi VAZ 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun işlədiyi kafeyə gəlmiş və onu Şahid1 fermasına aparmışdır. Orada Şahid1 onu qarşılamış, o, Şahid2 onu gözləməsini bildirmiş və Şamxalla birlikdə fermada yerləşən birmərtəbəli tikiliyə daxil olmuşdur. O, tikiliyə daxil olduqda sonra Şahid1 ona kafedə işləməməsini və heç kimlə ünsiyyət qurmamasını bildirib onunla sözlə mübahisə etmişdir. O, Şahid1 öz iradını bildirəndə sonuncu onun baş nahiyyəsinə əli ilə yumruq və sol ayağına ayağı ilə zərbə vurmuşdur. Şahid1 onu vurandan sonra o, tikilidən çıxıb onu çöldə gözləyən Şahid2 avtomobilinə minib işlədiyi kafeyə qayıtmışdır. Şahid2 onu kafedə düşürtmüş və çıxıb getmişdir. O, kafeyə daxil olduqda orada tanıdığı Təqsirləndirilən şəxs2 və kafenin sahibi Şahid7 olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs2 Şahid1 onu döydüyünü və ondan intiqam almaq üçün Şahid1 məxsus fermada olan tikilini yandırmaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona həmin günü Şahid1la aralarında mübahisə baş verdiyini və bu səbəbdən sonuncuya məxsus fermada olan tikilini yandırmaqda ona kömək edəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 ona yanacaq doldurma məntəqəsindən yanacaq almasını, özünün isə həmin tikilini yandıracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs2la razılaşandan sonra təkrar Şahid2 kafenin sahibi Əliniyaz Əkbərovun mobil telefonu ilə zəng edib kafeyə gəlməsini xahiş etmiş, Şahid2 kafeyə gələndən sonra o, Şahid2 Şahid1 fermada idarə etdiyi avtomobilin yanacağının qartardığından onun üçün yanacaq gətirməsini ondan xahiş etməsini ondan xahiş etdiyini bildirmiş və onu Şahid1 fermasına aparmasını xahiş etmişdir. Şahid2 onunla razılaşandan sonra o, avtomobilin ön oturacağında, Təqsirləndirilən şəxs2 isə avtomobilin arxa oturacağında əyləşmişdir. O, avtomobilə əyləşəndən sonra Şahid2 onu yanacaq doldurmaq üçün qab lazım olduğunu və ondan plastik qabın olub-olmamasını soruşmuş, Qorxmaz ona plastik qabın olmadığını bildirəndə o, ona yanacaq doldurma məntəqəsinə getməyini və orada qab tapacağını bildirmişdir. O, yanacaq doldurma məntəsinin yaxınlığında yerləşən kafedən 2 litr həcmində plastik qab götürərək avtomobilə əyləşmişdir. Şahid2 avtomobili yanacaq doldurma məntəqəsinə sürmüş, yanacaq doldurma məntəqəsində 2 litr benzin almışdır. Bundan sonra Şahid2 Şahid1 fermasına sürməsini xahiş etmiş, həmin vaxt Şahid2 ondan təkrar olaraq dəqiqləşdirmək üçün həqiqətən də, Şahid1 avtomobilinin yanacağının qurtardığı barədə sual vermişdir. O, Şahid2 narahat olmamasını, həqiqətən də, Şahid1 avtomobilinin benzininin qurtardığı barədə yalan olaraq bildirmişdir. Bundan sonra Şahid2 avtomobili Şahid1 məxsus fermaya sürmüş, Şahid1 fermasına təxminən 15 metr qalmış o, Şahid2 avtomobili saxlamasını xahiş etmişdir. Avtomobil dayandıqdan sonra o, və avtomobildə olan Təqsirləndirilən şəxs2 avtomobildən düşmüş o, Şahid2 yanacağı Şahid1 verib qayıdacaqlarını bildirmişdir. O, Təqsirləndirilən şəxs2la Şahid1 məxsus fermaya yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 yanacaq dolu qabı ona verməsini bildirmiş, o, əlində olan yanacaqla dolu qabı Təqsirləndirilən şəxs2 vermiş və onlar fermada Şahid1 məxsus tikilinin qapısını açıb içəri girmişlər. Həmin tikilinin qapısı həmişə açıq olur. Onlar tikiliyə daxil olandan sonra Təqsirləndirilən şəxs2 əlində olan yanacaqla dolu plastik qabı açıb ətrafa səpələmiş, o isə alışqanla yandırmışdır. O, yanğının baş verdiyini gördükdən sonra çölə çıxmış, Təqsirləndirilən şəxs2 isə onun arxasınca çölə çıxmışdır. Təqsirləndirilən şəxs2 çölə çıxdıqdan sonra onlar birlikdə Şahid2 avtomobilinə tərəf getmiş və avtomobilə əyləşəndən sonra o, Şahid2 avtomobili Hacıqabul rayonunda yerləşən “Hacıqabul marketin” qarşısına sürməsini bildirmişdir. Şahid2 onları Hacıqabul marketin qarşısında düşürtmüşdür. Bunda sonra o, Təqsirləndirilən şəxs2la birlikdə yaşadığı evə getmiş və evə gedən zaman yolda Şahid1 Təqsirləndirilən şəxs2 zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Şahid1la danışandan sonra o, yaşadığı evə getmiş Təqsirləndirilən şəxs2 isə Şahid1la görüşməyə getmişdir. O, evə gələndən təxminən 10 dəqiqə sonra Şahid1 onun yaşadığı evə gələrək onun yaşadığı mənzilin qapısını möhkəm döyməyə başlamışdır. Anası Şahid3 ona mənzilin qapısını açmamasını bildirmiş, onlar mənzilin qapısını açmamış və Şahid1 onların yaşadığı mənzilin yaşayış binasının birinci mərtəbəsində yerləşməsindən istifadə edib pəncərədə olan barmaqlığı aralayıb pəncərədən mənzilə daxil olmuşdur. Şahid1 ondan nə səbəbə ona məxsus fermada olan tikilini yandırdığını soruşub onunla mübahisə etmiş və yaxasından tutub əli ilə onu vurmuşdur. Sonra isə qolundan tutub mənzildən çölə çıxartmağa çalışmış, həmin vaxt bacısı Şahid4 Şahid1 onu buraxmasını, buraxmayacağı təqdirdə onu bıçaqla vuracağı ilə hədələmişdir. Anası Şahid3 pols şöbəsinə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər Hacıqabul rayonu ərazisində yerləşən Daxili Qoşunlara məxsus hərbi hissədə müddətdən artıq xidmət etmiş, sonra öz xahişi ilə xidmətdən kənarlaşdırılmışdır. Təqsirləndirilən şəxs1 tanıyır onunla araların dostluq münasibətləri olmuşdur. O, Dünyaxanımın bacısı Aydan Abdullayevlə sevgili olmuşdur. Şahid1 tanıyır. Şahid1 Təqsirləndirilən şəxs1 ilə ar-arvad münasibətlərində olmuşlar. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Şahid1 özünə məxsus fermada olan avtomobilinin benzini qurtarmışdır və bu səbəbdən ona benzin almaq lazımdır. Dünyaxanım Babayeva onunla birlikdə Şahid1 fermasına getməsini ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 ilə razılaşmışdır. Onlar birlikdə onun tanımadığı taksi avtomobilinə əyləşmiş və Hacıqabul şəhərinin ərazisində yerləşən adını bilmədiyi yanacaq doldurma məntəqəsinə daxil olmuşlar. Dünyaxanım avtomobildən düşərək 2 litrlik plastik qabda benzin almışdır. Bundan sonra onlar Şahid1 məxsus fermaya getmişlər. Şahid1 məxsus fermaya çatanda avtomobildən düşmüşlər. Dünyaxanım içərisində benzin olan plastik qabı əlində tutaraq fermada olan tikiliyə daxil olmuş, bir neçə dəqiqədən sonra tikili yanmağa başlamışdır. O, yalnız həmin vaxt Dünyaxanımın benzin əldə etməkdə məqsədinin Şahid1 məxsus fermanı yandırmaq olması olduğunu bilmişdir. Yanğın baş verdikdən sonra o, və Dünyaxanım həmin yerdən uzaqlaşmışdır. Bundan bir qədər sonra Şahid1 ona mobil telefon vasitəsi ilə zəng edərək ona məxsus fermada olan tikilinin yanmasını bildirmişdir. O, həmin vaxt Şamxala tikilinin Dünyaxanım tərəfindən yandırılmasını bildirməmişdir. O, həmin tikilinin yandırılmasında iştirak etməmişdir. Dünyaxanımın benzin almaqda məqsədinin Şahid1 məxsus fermada olan tikilini yandırmaq olması ona əvvəldən məlum olmamışdır. Hadisə günü günorta saatlarında o, Şahid1la birlikdə Şirvan şəhəri yaxınlığında dəqiq xatırlamadığı yerdə məclisdə olmuşdur. Onun Şahid1la heç bir ziddiyyətli münasibəti yoxdur. O, dəfələrlə Şahid1 Təqsirləndirilən şəxs1 döyməsini görmüşdür. Hadisədən sonra ona məlum olmuşdur ki, Dünyaxanım Şamxaldan intiqam almaq məqsədilə ona məxsus fermada olan tikilini yandırmışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi yazılı ifadə ilə ziddiyyət təşkil edən ifadə verdiyinə görə onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı törətdiyi cinayət əməlində özünü təqsirli bilməklə ifadə verərək bildirmişdir ki, 2022-ci ilin yanvar ayından 2023-cü ilin sentyabr ayınadək Hacıqabul rayonunda yerləşən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində müddətdən artıq xidmət etmişdir. Həmin vaxt o, Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs1 və onun bacısı Şahid4 ilə tanış olmuşdur. Onunla Şahid4 arasında yaxın münasibətlər olmuşdur. O, Təqsirləndirilən şəxs1 tanıyanda Şahid1 Dünyaxanımla yaxın münasibətlərinin olduğunu öyrənmişdir. 2023-cü ilin sentyabr ayında o, öz istəyi ilə Daxili Qoşunlarda xidmətinə son qoyub işdən çıxmışdır. Həmin müddət ərzində o, Şahid7 məxsus Hacıqabul rayonu M.Hüseynzadə küçəsində “Rahat Kafe” adlanın kafeni icarəyə götürüb işlətmişdir. 10 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Şahid1 ona zəng edərək onu özünə məxsus Hacıqabul rayonunda yerləşən balıq məntəqəsinə birlikdə nahar etməyə dəvət etmişdir. Təxminən 40 dəqiqə sonra o, Şahid1 tanışı Vitka adlı şəxslə birlikdə Şahid1 məxsus balıq məntəqəsinə getmiş və onlar orada yemək yeyib spirtli içki qəbul etmişlər. O, söhbət əsnasında Şahid1 300-400 manat borc pul istəmiş, Şahid1 ona hazırda həmin məbləği borc verə bilməyəcəyini bildirmişdir. Onlar söhbət etməyə davam etmiş və təxminən saat 18 radələrində o, işlədiyi kafeyə qayıtmışdır. O, qayıdıb gələndən bir qədər sonra onun işlədiyi kafeyə Şahid1 gəlmiş və orada pivə içmişlər. Şahid1 pivə içdikdən sonra kafeni tərk edərək getmiş, bundan sonra kafeyə Təqsirləndirilən şəxs1 gəlmişdir. O, Təqsirləndirilən şəxs1 yerişindən və danışığından onun içkili halda olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxs1 kafedə əyləşib bir bakal pivə içmiş, həmin vaxt kafedə o, Dünyaxanım və kafenin sahibi Şahid7 olmuşdur. Saat 21 radələrində o, kafeni Şahid7 təhvil verib getmək istəyən zaman Təqsirləndirilən şəxs1 ona Şahid1 onu fermada döydüyünü və ondan intiqam almaq üçün Şahid1 məxsus fermada olan tikilini yandırmaq istədiyini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 onun ora tək getməsini istəmədiyi üçün Şahid1 məxsus fermada olan tikilini yandırmaqda ona kömək edəcəyini bildirmişdir. Onlar razılaşandan sonra Təqsirləndirilən şəxs1 kafenin sahibi Şahid7 məxsus mobil telefon vasitəsilə tanıdıqları taksi sürücüsü Şahid2 zəng edib kafeyə gəlməsini bildirmişdir. O, həmin vaxt kafenin qarşısında dayanıb siqaret çəkmiş, bir qədər sonra Şahid2 idarə etdiyi VAZ 21074 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə onun işlədiyi kafeyə gəlmiş, o, Şahid2 məxsus avtomobilin arxa oturacağında, Təqsirləndirilən şəxs1 isə qabaq oturacağında əyləşmişdir. Onlar avtomobilə əyləşəndə Təqsirləndirilən şəxs1 Şahid2 Hacıqabul rayonu İ.Qayıbov küçəsində yerləşən kafenin yanına sürməsini bildirmiş və Şahid2 aldadaraq Şahid1 ona özünə məxsus avtomobilinin yanacağının qurtardığını və yanacaq alaraq Şahid1 üçün aparmasını xahiş etdiyini demişdir. Şahid2 idarə etdiyi avtomobili yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlamış, Təqsirləndirilən şəxs1 avtomobildən düşmüş və kafeyə daxil olmuşdur. Həmin vaxt o, avtomobildə əyləşib Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, bir neçə dəqiqə sonra Dünyaxanım əlində bir ədəd 2 litr həcmində üzərində “Coca Cola” yazısı olan plastik qabla qayıtmışdır. Təqsirləndirilən şəxs1 avtomobilə əyləşəndən sonra Şahid2 avtomobili yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinə sürməsini bildirmiş, sonuncu avtomobili yanacaq doldurma məntəqəsinə sürdükdən sonra Təqsirləndirilən şəxs1 avtomobildən düşüb yanacaq alaraq əlində olan plastik qabı doldurmuşdur. Sonra Təqsirləndirilən şəxs1 avtomobilə əyləşib Şahid2 avtomobili Şahid1 məxsus fermaya sürməsini bildirmiş, həmin vaxt sonuncu Təqsirləndirilən şəxs1 dəqiqləşdirmək üçün həqiqətən də, Şahid1 avtomobilinin yanacağının qurtardığı barədə sual vermiş, Təqsirləndirilən şəxs1 ona narahat olmamasını, həqiqətən də, Şahid1 avtomobilinin benzinin qurtarması barədə yalan olaraq bildirmişdir. Bundan sonra Şahid2 avtomobili Şahid1 məxsus fermaya sürmüş, Şahid1 fermasına təxminən 15 metr qalmış Təqsirləndirilən şəxs1 Şahid2 avtomobili saxlamasını xahiş etmişdir. Avtomobil dayandıqdan sonra o, və avtomobildə olan Təqsirləndirilən şəxs1 avtomobildən düşmüş, Dünyaxanım Şahid2 yanacağı Şahid1 verib qayıdacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə birlikdə Şahid1 məxsus fermaya yaxınlaşan zaman o, yanacaq dolu qabı ona verməsini bildirmiş, Təqsirləndirilən şəxs1 əlində olan yanacaqla dolu qabı ona vermiş və onlar fermada Şahid1 məxsus tikilinin qapısını açıb içəri girmişlər. Həmin tikilinin qapısı həmişə açıq olur. Onlar tikiliyə daxil olandan sonra o, əlində olan yanacaqla dolu plastik qabı açıb ətrafa səpələmiş, Təqsirləndirilən şəxs1 isə alışqanla yandırmışdır. Təqsirləndirilən şəxs1 yanğının baş verdiyini gördükdən sonra çölə çıxmış, sonra isə o, Dünyaxanımın arxasınca çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra onlar birlikdə Şahid2 avtomobilinə tərəf getmiş və avtomobilə əyləşəndən sonra Təqsirləndirilən şəxs1 Şahid2 avtomobili Hacıqabul rayonunda yerləşən “Hacıqabul marketin” qarşısına sürməsini bildirmişdir. Şahid2 onları Hacıqabul marketin qarşısında düşürtmüşdür. Bunda sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. O, hərbi şəhərciyin yaxınlığında Şahid1 zəng etmiş, Şahid1 ona yanğın baş verən fermanın yanına getdiyini bildirəndə o, Şahid1 onu da, yaxınlıqda yerləşən “Oba marketin” qarşısından götürməsini və onunla bir yerdə getmək istədiyini bildirmişdir. Bir qədər sonra Şahid1 həmin yerə gəlib onu götürmüş və onlar birlikdə yanğın baş verən fermaya getmişlər. Onlar ora çatan zaman Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri fermada yanan tikilini söndürmüşlər. Bundan sonra Şahid1 ondan heç bir söz soruşmadan Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən kafeyə gəlmiş və onu orada gözləməyini bildirib çıxıb getmişdir. Bir qədər sonra Şahid1 həmin yerə taksi sürücüsü Şahid2la birlikdə gəlmiş və sonuncuya baş vermiş hadisə barədə suallar versə də, Qorxmaz bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra o, yaşadığı evə getmək istədiyini bildirib Şahid1 idarə etdiyi avtomobilə əyləşmiş, Şamxal onu hərbi şəhərciyin girişində düşürtmüş, o, yaşadığı evə getmək istəyəndə Şahid1 ona birlikdə getməyi təklif etmişdir. Belə ki onun Təqsirləndirilən şəxs1 bacısı Şahid4 ilə münasibəti olduğundan Aydanla eyni mənzildə birlikdə yaşayır. Şahid1 Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş və sonuncunun küçəyə çıxmasını tələb etmişdir. O, Şamxalla Dünyaxanım arasında münaqişənin baş verməsindən narahat olub Şamxalın ardınca mənzilə daxil olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs1 üstünə getmək istəyərkən o, buna mane olmuşdur. Şahid3 bununla əlaqədar polis şöbəsinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışdır. Sonuncu məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 son sözlə çıxış edərkən baş vermiş cinayət hadisəsinin törədilməsində təqsirli olmasını etraf etmiş, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şahid1 onun oğludur. Mərhum əri Əli Əbilov 2002-ci ildə vəfat etmişdir. Onun ərinə məxsus Hacıqabul şəhəri M.F.Axundov küçəsinin sonunda boş sahədə yerləşən ferma və tikililər vardır. Əri vəfat etdikdən sonra həmin ferma və tikililər vərəsəlik qaydasında ona qalmışdır. Oğlu Şahid1 həmin fermada olan birmərtəbəli tikilidə yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman gecə saatlarında oğlu Şahid1 ona zəng edərək polis əməkdaşları tərəfindən Hacıqabul RPŞ-nə aparıldığını bildirmişdir. O, məsələyə aydınlıq gətirmək üçün polis şöbəsinə getmiş, orada oğlu Şahid1 fermanın kənar şəxslər tərəfindən yandırıldığını və bu səbəbdən burda olduğunu bildirmişdir. O, oğlu Şahid1 fermanın kimlər tərəfindən yandırıldığını soruşmuş, Şamxal şübhələndiyi şəxslərin olduğunu, lakin onların kim olmasını dəqiq bilmədiyini demişdir. Bir gün sonra ona məlum olmuşdur ki, ona məxsus fermada olan tikilini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yandıraraq tamamilə məhv etmişlər. Yanğın nəticəsində ona 10000 manat maddi ziyan dəymişdir. Belə ki, həmin tikilidə olan əşyaları öz vəsaiti hesabına almış və oğlu Şahid1 orada qaldığı üçün həmin əşyaları ona vermişdir. Həmin tikili 1 mərtəbəli, mişar daşından inşa olunmuş tikilidir. Tikilinin eni 4, uzunluğu 4,8 metr, hündürlüyü isə 2,4 metrdir. Təxminən 7-8 ay bundan əvvəl həmin tikilidə təmir işləri aparmışdır. Tikilidə 1800 manat dəyərində üstü parçadan hazırlanmış künc divanı, 150 manat dəyərində bir ədəd çarpayı, 350 manat dəyərində üç qapılı güzgülü dolab, 250 manat dəyərində şüşə yazı masası, 1500 manat dəyərində 155 diaqonal “LG” markalı televizor, 400 manat dəyərində 3,5*2,2 metr xalça, 15 manat dəyərində yağla işləyən “MAXPOVER” markalı qızdırıcı, 440 manat dəyərində böyük həcmli direl, 25 manat dəyərində kiçik həcmli direl, 35 manat dəyərində akkumlyatorlu direl, 280 manat dəyərində pərdə olmuşdur. Yanğın nəticəsində yuxarıda qeyd edilən əşyaların hamısı yanaraq yararsız vəziyyətə düşmüşdür. Bundan əlavə tikilidə oğlu Şahid1 avtomobilinə aid, həmçinin həmin tikiliyə və fermaya məxsus sənədlər olmuş, yanğına nəticəsində sənədlərin hamısı yanmışdır. Ona məxsus tikilini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yandırmışlar. İfadəsinin sonunda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onlarla barışdığını və onlara qarşı heç bir şikayət tələbinin olmamasını bildirdi. Şahid1 məhkəmədə şahid qismində ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 təxminən 2 ilə yaxındır tanıyır, onunla yaxın münasibətləri var. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində təxminən 2 aya yaxın tanıdığı, lakin yaxın münasibətdə olmadığı Təqsirləndirilən şəxs2 onun ***-***-**-** mobil nömrəsinə zəng edərək onunla işinin olduğu üçün görüşmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 hazırda özünə məxsus Hacıqabul rayonu ərazisində yerləşən balıq məntəqəsində olduğunu və avtomobili olmadığı üçün gələ bilmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 onunla görüşmək üçün balıq məntəqəsinə dostu Vitka adlı şəxslə gələ biləcəyini bildirmiş, onun bu sözlərindən sonra Təqsirləndirilən şəxs2 onunla razılaşmış və dostu Vitka adlı şəxslə birlikdə ona məxsus balıq məntəqəsinə gələcəyini bildirmişdir. Bundan sonra o, dostu Vitka adlı şəxsə zəng edərək Təqsirləndirilən şəxs2la birlikdə balıq məntəqəsinə gəlməsini xahiş etmişdir. Təxminən 40 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 dostu Vitka ilə birlikdə ona məxsus balıq məntəqəsinə gəlmiş, onlar orada yemək yeyib spirtli içki qəbul etmişlər. Təqsirləndirilən şəxs2 söhbət əsnasında ondan 300-400 manat borc pul istəmiş, o, Təqsirləndirilən şəxs2 yaxın vaxtlarda onun istədiyi məbləğdə pulu borc verə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ondan evə gedib-getmədiyini soruşmuş, o, Fuada balıq məntəqəsində qalacağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edilmiş və o, zəng edən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu eşitmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 gec olduğunu və gəlməsini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 spirtli içkinin təsirindən onunla mübahisə edərək ünvanına nalayiq ifadələr işlətmişdir. O, Təqsirləndirilən şəxs2 fikir verməyib onunla sonra bu barədə danışa biləcəklərini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onu Dünyaxanımın işlədiyi Hacıqabul rayonu Xilə adlanan ərazidə yerləşən kafeyə aparmasını bildirmişdir. O, dostu Vitka adlı şəxsə məxsus “VAZ 2106” markalı avtomobillə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 işlədiyi kafeyə aparmış, orada Fuad və Dünyaxanımla birlikdə pivə içmiş, sonra onlara balıq məntəqəsinə gedəcəyini bildirib masadan qalxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 geri qayıdıb-qayıtmayacağını soruşmuş o, geri qayıtmayacağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona aralarında yaranmış mübahisənin sonunadək gedəcəyini bildirmişdir. Bundan sonra o, özünə məxsus balıq məntəqəsinə qayıtmışdır. O, balıq məntəqəsinə çatdıqdan sonra saat təxminən 21 radələrində Hacıqabul şəhərində işlərinin olduğu yadına düşdüyü üçün təkrar geri qayıtmış və dostu Vitkaya məxsus avtomobilin suyu qurtardığı üçün yenidən Təqsirləndirilən şəxs1 işlədiyi kafeyə qayıtmışdır. O, kafedə Dünyaxanım və Fuadı görmədiyi üçün kafenin sahibi Əliniyaz adlı şəxsdən onların harda olduğunu soruşmuş, Əliniyaz adlı şəxs Fuadla Dünyaxanımın birlikdə Şahid2 idarə etdiyi avtomobillə getdiklərini bildirmişdir. O, Fuadın mobil telefonuna zəng edərək onun harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus mənzilə getdiyini, Dünyaxanımın özünün isə taksi ilə harasa getdiyini bildirmişdir. Bu söhbətdən təxminən 10 dəqiqə sonra o, idarə etdiyi avtomobillə Hacıqabul şəhərində yerləşən “Hacıqabul Marketin” qarşısından keçən zaman yolun kənarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görmüş, onlar onu görən kimi Dünyaxanıma məxsus evə tərəf qaçmışlar. O, avtomobili saxlayıb onların nə səbəbə qaçmasını müəyyən etmək istəmiş, həmin vaxt Dünyaxanım qaça-qaça ona məxsus fermanı yandırdığını bildirərək yaşadığı evə tərəf qaçmışdır. O, Təqsirləndirilən şəxs1 məxsus mənzilə gəlmiş, qapını döymüş, lakin qapını açan olmamışdır. Bundan sonra özünə məxsus fermaya getmiş, fermaya çatanda Təqsirləndirilən şəxs2 ona mobil telefon vasitəsilə zəng edərək Təqsirləndirilən şəxs1 ona məxsus fermanı yandırdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 onu “Oba Marketin” qarşısında gözlədiyini bildirmişdir. O, fermada olarkən artıq tikilinin tamamilə yandığını görmüş, FHN-nin 112 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermiş, FHN-nin əməkdaşlarını gözləməyib Təqsirləndirilən şəxs2 onu gözlədiyi yerə getmişdir. O, Təqsirləndirilən şəxs2 “Oba Marketin” qarşısından götürüb təkrar fermaya qayıtmış, orada FHN-nin əməkdaşlarının yanğını söndürdüklərini görmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs2la birlikdə Hacıqabul şəhərində yerləşən yanacaq doldurma məntəqəsinin yanında olan kafeyə gəlmiş, orada FHN-nin əməkdaşı Aslan adlı şəxs yanğının tikilinin içərisinə benzin tökülməsi səbəbindən baş verdiyini bildirmişdir. O, Aslandan yanğının kim tərəfindən törədildiyini soruşmuş, Aslan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hacıqabul şəhərində olan yanacaq doldurma məntəqəsinin yaxınlığındakı kafedən bir ədəd 2 litr həcmində plastik qab götürdüklərini bildirmişdir. Bundan sonra o, Şahid2 mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş, Qorxmaz yaşadığı evdə olduğunu bildirmişdir. O, Şahid2 yaşadığı evə gedib onu oradan idarə etdiyi avtomobillə götürüb yenidən yanacaq doldurma məntəqəsinin yanında olan kafeyə qayıtmışdır. Kafedə olarkən Şahid2 Təqsirləndirilən şəxs2 üzünə Təqsirləndirilən şəxs1 ilə birlikdə onun anasına məxsus fermada olan tikilini yandırmağa getdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona Dünyaxanım tərəfindən tikilinin yandırmağının qarşısını almaq istədiyini yalan olaraq bildirmişdir. Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyana görə köməklik edəcəyini bildirib ona 3000 manat pul təklif etmiş və ondan şikayətçi olmamağı xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 məsələyə aydınlıq gətirmək üçün Dünyaxanımın yaşadığı evə getmək lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 məxsus evə getmiş, sonuncu 1-ci mərtəbədə yaşadığı üçün onu pəncərədən çağırmış, Dünyaxanım onu nalayiq sözlərlə təhqir etmişdir. Həmin vaxt Dünyaxanımın bacısı Şahid4 evin qapısını açaraq onları evə dəvət etmişdir. Aydan bacısı ilə münaqişə yardacağı təqdirdə onu bıçaqla vuracağı ilə hədələmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 anası Şahid3 polis şöbəsinə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yandırılmış tikili atası Əbilov Əliyə məxsus olmuş, atası vəfat etdikdən sonra həmin ferma və tikili anası Zərərçəkmiş şəxs vərəsəlik qaydasında keçmişdir. Yanğın nəticəsində ümumilikdə 10000 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, özünə məxsus VAZ 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində taksi fəaliyyəti ilə məşğul olur. O, Şahid1 təxminən 6 aya yaxındırki tanıyır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən 2 aya yaxındırki tanıyır, lakin onlarla hər hansı münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 bir neçə dəfə sərnişin qismində işlədiyi kafeyə aparmışdır. Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında mövcud olan münasibətlərdən məlumatı yoxdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən dairənin yaxınlığında dayanıb sərnişin gözləyən zaman Təqsirləndirilən şəxs1 ona zəng edərək işlədiyi kafeyə gəlməsini xahiş etmişdir. O, Hacıqabul rayonu Xilə adlanan ərazidə yerləşən Təqsirləndirilən şəxs1 işlədiyi kafeyə getmişdir. O, kafedə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid7 masa ətrafında əyləşdiklərini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs1 Şahid1 avtomobilinin yanacağı qurtardığı üçün ona yanacaq alıb aparmalı olduğunu və bu səbəbdən Şahid1 məxsus fermaya getməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 da, Təqsirləndirilən şəxs1 sözlərini təsdiq edərək Şahid1 idarə etdiyi avtomobilin yanacağının qurtardığını bildirmişdir. O, avtomobili hərəkətə gətirərkən Təqsirləndirilən şəxs1 ondan yanacaq almaq üçün plastik qabın olub-olmadığını soruşmuş, o, plastik qabın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Hacıqabul şəhər İ.Qayıbov küçəsində yerləşən yanacaq doldurma məntəqəsinə sürməsini bildirmişdir. O, avtomobilini Hacıqabul şəhəri İ.Qayıbov küçəsində olan yanacaq doldurma məntəqəsinin yaxınlığında olan çayxananın qarşısında saxlamışdır. Təqsirləndirilən şəxs1 çayxanaya daxil olmuş, Təqsirləndirilən şəxs2 isə çayxananın girişində gözləmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 əlində 2 litr həcmində plastik qabı tutaraq Təqsirləndirilən şəxs2la birlikdə avtomobilə əyləşmişdir. O, avtomobili yanacaq doldurma məntəqəsinə sürmüş, orada Dünyaxanım məntəqədə işləyən şəxsə plastik qabı verərək benzinlə doldurmasını xahiş etmişdir. Həmin şəxs plastik qabı benzinlə doldurub Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobili Şahid1 məxsus fermaya sürməsini bildirmişdir. O, Dünyaxanımın hərəkətlərindən narahat olub ondan yalan deməməsini xahiş edib həqiqətən də, Şahid1 avtomobilinin yanacağının qurtardığını dəqiqləşdirmək üçün ona sual vermiş, Təqsirləndirilən şəxs1 ona Şahid1 avtomobilinin yanacağının qurtardığını aqressiv şəkildə bildirmişdir. O, bundan sonra avtomobili Şahid1 məxsus fermaya sürmüş, fermaya təxminən 15-20 metr qalmış Təqsirləndirilən şəxs1 ona avtomobili saxlamasını bildirmişdir. O, avtomobili saxlayandan sonra Təqsirləndirilən şəxs1 ona onları orada gözləməsini, yanacağı Şahid1 verib qayıdacaqlarını bildirərək avtomobildən düşüb Təqsirləndirilən şəxs2la birlikdə fermanın yerləşdiyi yerə iti addımlarla getmişdir. Təxminən 2-3 dəqiqə sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gəlib avtomobilə əyləşmiş və onları Hacıqabul şəhərində yerləşən “Hacıqabul Marketin” qarşısına aparmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin “Hacıqabul Marketin” yanına aparmış, onlar avtomobildən düşdükdən sonra yaşadığı evə getmişdir. Bir neçə saatdan sonra evdə olarkən FHN-nin Aslan adlı əməkdaşı ona zəng edərək Şahid1 məxsus fermada yanğın olduğunu, həmin vaxt ona məxsus avtomobilin həmin ərazidə olduğunu bildirərək, həmin əraziyə nə məqsəd üçün getdiyini soruşmuşdur. Şahid2 əlavə olaraq onuda bildirdi ki, Şahid1 məxsus fermanın kim tərəfindən yandırılmasını görməmişdir. O, avtomobili fermadan 15-20 metr məsafədə saxladıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək ferma tərəfə getmişlər. Həmin ərazidə uyğun kolları olduğu üçün konkret olaraq fermanın kim tərəfindən yandırılmasını görə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, 10 ilə yaxındır Fövqəladə Hallar Nazirliyinin Muğan Regional X14 İdarəsinin X14 Şöbəsinin inspektoru vəzifəsində işləyir. Şahid1 və Təqsirləndirilən şəxs1 Hacıqabul rayon sakinləri kimi tanıyır, onlarla heç bir münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində FHN-nin 101 çağırış zəng xidmətindən Hacıqabul şəhəri M.F.Axundov küçəsində yerləşən fermada olan tikilinin yanması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan sonra yanğıdan mühafizə hissəsinin əməkdaşları xidməti avtomobillərdə hadisə yerinə getmişlər. Yanğından mühafizə hissəsinin əməkdaşları yanğın baş verdiyi yerə getdikdən sonra dispeçer ona zəng edərək yanğın baş verməsi barədə məlumat vermiş və hadisə yerinə getməsini bildirmişdir. O, hadisə baş verən yerə, yəni Hacıqabul şəhəri M.F.Axundov küçəsində yerləşən fermaya getmiş, orada yanğından mühafizə hissəsinin əməkdaşları artıq yanğını söndürməyə başlamışlar. O, orada olarkən ona məhlum olmuşdur ki, yanan tikili Şahid1 məxsusdur. Sonra oradan uzaqlaşmış və Hacıqabul şəhərində yerləşən “Kaspi Petrol” yanacaq doldurma məntəqəsinə getmişdir. Orada olarkən Şahid1 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs1 zəng edərək ona məxsus fermanın yandıracağı ilə hədələdiyini bildirmişdir. Həmin vaxt yanacaq doldurma məntəqəsində işləyən tanımadığı şəxs Təqsirləndirilən şəxs1 bir qədər əvvəl yanacaq doldurma məntəqəsindən 2 litr plastik qabda yanacaq aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdən 2024 ilin yanvar ayına kimi Hacıqabul şəhərində İ.Qayıbov küçəsində yerləşən “Kaspi Petrol” yanacaq doldurma məntəqəsində operator işləmişdir. O, Təqsirləndirilən şəxs1, Şahid1 və Şahid2 Hacıqabul şəhər sakinləri kimi tanıyır, onlarla heç bir münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə iş yerində növbədə olmuşdur. Həmin gün saat 21 radələrində Şahid2 idarə etdiyi VAZ 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun işlədiyi yanacaq doldurma məntəqəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 Şahid2 idarə etdiyi avtomobilin ön oturacağında, adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 isə Şahid2 idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Şahid2 avtomobili yanacaq doldurma aparatının yanına sürmüş, Təqsirləndirilən şəxs1 avtomobildən düşərək bir ədəd 2 litr plastik qabı verərək Şahid1 avtomobilinin yanacağının qurtardığını, onun yolda qaldığını bildirərək həmin plastik qabı yanacaqla doldurmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 verdiyi plastik qabı yanacaqla doldurmuşdur. Bundan sonra Şahid2 avtomobillə oradan uzaqlaşaraq getmişdir. Həmin gün saat 23 radələrində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 məxsus fermada olan tikilini yandırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, milliyyətcə rus olsa da, Azərbaycan Respublikasında anadan olmuşdur və azərbaycan dilində tam sərbəst yazır. Hamı onu Vitka kimi tanıyır. O, Şahid1 uzun müddətdir tanıyır, onunla yaxın münasibəti var. Onun etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şahid1 ona zəng edərək tanıdığı Təqsirləndirilən şəxs2 Hacıqabul rayonunda “Rahat” adlanan kafedən götürüb Şahid1 məxsus Hacıqabul rayonunda yerləşən balıq məntəqəsinə gətirməyi xahiş etmişdir. O, Şahid1 xahişini yerinə yetirərək Təqsirləndirilən şəxs2 balıq məntəqəsinə aparmışdır. Orada onlar spirtli içki qəbul edib yemək yemişlər. Orada Təqsirləndirilən şəxs2 ona məlum olmayan səbəblərdən qəflətən Şahid1la mübahisə etmişdir. O, münaqişənin baş verməməsi üçün Təqsirləndirilən şəxs2 sakitləşdirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 mobil telefonuna sms məlumat gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 getmək istədiyini bildirmişdir. Həmin vaxt Şahid1 içkili olmasına baxmayaraq Təqsirləndirilən şəxs2 “Rahat” kafeyə aparmaq istədiyini bildirmiş, o, özünə məxsus avtomobili Şahid1 vermişdir. Şahid1 Təqsirləndirilən şəxs2 aparmış o, isə balıq məntəqəsində qalmışdır. Bir qədər sonra Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs2 düşürtdüyünü və balıq məntəqəsinə qayıtdığını bildirmişdir. O, Şahid1 balıq məntəqəsində gözləyən zaman sonuncu ona zəng edərək gələ bilməyəcəyini, ailəsinə məxsus fermada olan tikilinin yandığını bildirmişdir. O, balıq məntəqəsinin sahibsiz qalmaması üçün orada gecələmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Şahid1 məxsus fermada olan tikilini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yandırmışlar. Təqsirləndirilən şəxs2la Şahid1 arasında olan mübahisənin səbələri ona məlum deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 onun doğma qızıdır. Onlar eyni ünvanda yaşayırlar. Qızı Təqsirləndirilən şəxs1 uzun müddət Şahid1la yaxın münasibətləri olmuşdur. Qızı Təqsirləndirilən şəxs1 Şahid1 ayrılmasına baxmayaraq onlar arasında mütəmadi münaqişələr baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində qızı Təqsirləndirilən şəxs1 yaşadıqları evə gəlmiş, bir qədər sonra isə onun yaşadığı evə Şahid1 və qızı Şahid4 ilə yaxın münasibəti olan Təqsirləndirilən şəxs2 gəlmişlər. Şahid1 Təqsirləndirilən şəxs1 onunla işinin olduğunu bildirmiş və qapını açmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 Şahid1 onunla münaqişə yaradacağından qorxub yaşadıqları mənzilin qapısını açmamış, Şahid1 Təqsirləndirilən şəxs1 mənzilin qapısını açmamasını görüb mənzilin birinci mərtəbədə yerləşməsindən istifadə edib mənzilin pəncərəsində olan dəmir barmaqlıqdan sallanaraq onu sındırmış və pəncərədən mənzilə daxil olmuşdur. Onun arxasınca pəncərədən Təqsirləndirilən şəxs2 mənzilə daxil olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs1 ünvanına nalayiq sözlər işlədərək qolundan tutub onunla getməsini tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 Şahid1 mənzildən çıxmasını tələb etmiş, qızı Şahid4 mənzildən çıxamaycağı təqdirdə Şahid1 bıçaqla vuracağı ilə hədələmişdir. Lakin, Şahid1 buna məhəl qoymayaraq Təqsirləndirilən şəxs1 qolundan tutaraq onu mənzildən çıxarmağa çalışmış, o, Şahid1 hərəkətlərinin qarşısını almaq üçün polis şöbəsinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş və Şahid1 polis şöbəsinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 ailəsinə məxsus fermada olan tikilini yandırmışlar. Buna səbəb isə Şahid1 D.Xanabayevanı həmin gün fermada olan tikilidə döyməsi olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, özünə məxsus Hacıqabul şəhəri M.Hüseynzadə küçəsində “Rahat kafe” adlanan kafesi vardır. O, Təqsirləndirilən şəxs1 və Şahid1 tanıyır, lakin onlarla heç bir yaxın münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 ona məxsus kafeda təxminən 10 gün işləmişdir. xx.xx.2023cü il tarixdə saat 21 radələrində özünə məxsus kafenin qarşısında olan zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb zəng etmək üçün mobil telefonunu istəmiş, o, mobil telefonu ona vermiş və bir qədər sonra Şahid2 özünə məxsus avtomobillə kafenin qarşısına gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs1 övladları ilə bağlı vacib işinin olduğunu bildirib ona icazə verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 icazə vermiş, sonuncu həmin vaxt kafedə əyləşmiş Fuad adlı şəxslə birlikdə Şahid2 avtomobilinə minib getmişdir. Bir qədər sonra Şahid1 onun işlədiyi kafeyə gəlmiş, ondan Təqsirləndirilən şəxs1 və Fuad adlı şəxsin harda olduqlarını soruşmuş, o, Təqsirləndirilən şəxs1 və Fuad adlı şəxsin taksi ilə harasa getdiklərini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Fuad adlı şəxslə birlikdə Şahid1 məxsus fermada olan tikilini yandırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Hacıqabul şəhəri ərazisində yerləşən fermanın ərazisində olan otaq yanmışdır. Bununla əlaqədar hadisə yerinin fotoşəkilləri çəkilmişdir. AC № 417172 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, VAZ 21074 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil Şahid2 məxsusdur. “Şifahi şikayətin qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 şifahi şəkildə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid1 ona məxsus mənzilin pəncərində olan dərmir barmaqlaqları sındırmaqla maddi ziyan vurmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 274 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 obyektiv müayinəsi zamanı qeyd olunan xəsarətlər aşkar edilmişdir – başın təpə nahiyəsinin hematoması, sol budun yan səthinin qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlanlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Muğan Regional X14 İdarəsinin 3-18-78/2-3201/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri M.F.Axundov küçəsində yerləşən vətəndaş Şahid1 məxsus yardımçı tikilidə baş vermiş yanğın hadisəsi, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi nəticəsində deyil, qəsdən törədildiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin əlamətləri vardır. Məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi, tikinti-texniki obyektlərin tədqiqi, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 3- 16-16/2-10/7966-9/7897 nömrəli rəyindən görünür ki, ünvan 5 ünvanında yaşayan Şahid1 məxsus tikilinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi tikilinin daxilində döşəmə səviyyəsində olmuşdur. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitinə, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcə də, mənbə zonasında yanğını şərtləndirə bilən digər amillərin (öz-özünə alışan, alışqan və s. maddələrin) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən yanğın nəticəsində Şahid1 məxsu tikiliyə tikinti üzrə dəymiş ziyan 4239 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda göstərilən 9 adda malların orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4525 manat müəyyən edilir. 2 adda mallar (400 manat qiymətidə olan drel, 280 manat dəyərində olan pərdə) haqqında ətraflı məlumat olmadığından (markası, modeli, texniki göstəriciləri və sair) həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Şahid1 məxsus 2002-ci il buraxılışlı Rusiya Federasiyasının dövlət nömrə nişanı ilə idarə etdiyi VAZ 2109 markalı avtomobilə məxsus sənədlər və ona məxsus 1994-cü il buraxılışlı “BMW 318” markalı avtomobilin sənədləri, sürücülük vəsiqəsi, həmin tikiliyə və fermaya məxsus sənədlərin qiymətləndirilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivindən verilmiş 3-48-17RA/2-16/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X12 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə vətəndaş X8 fərdi yaşayış evinin tikintisi üçün Hacıqabul şəhəri M.F.Axundov küçəsindən 05 sot torpaq sahəsi verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AA № 747329 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, VAZ 2106 markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 məxsusdur. Azərbaycan Respublikasının Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş 3-13- 14-2/2-148/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətəndaş Şahid3 tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə onun yaşadığı mənzilin pəncərəsini və dəmir barmaqlıqlarını sındırmışdır. Lakin, bununla əlaqədar onun Şahid1 qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Hacıqabul rayon 01 saylı MİS-si tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8əti yaşayır. Hacıqabul rayon 01 saylı MİS-si tərəfindən verilən xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8əti yaşayır. Subaydır, iki övladı var. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Hacıqabul rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 10arı – 2017-ci il təvəllüdlü X9 və 2020-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır. Vətəndaş Təqsirləndirilən şəxs1 tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə onu döyərək xəsarət yetirmişdir. Lakin, bununla əlaqədar onun Şahid1 qarşı heç bir şikayət və tələbi yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 131 saylı MKİS-si tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 131 saylı MKİS-si tərəfindən verilən xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 382287/24-5 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 Dünyaxanım Abbas qızından alınaraq X5 verilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində ona dəymiş ziyan tamamilə ödənilmiş, onlarla barışmış və onlardan heç bir şikayət, tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ekspertiza rəyində qiymətləndirmə aparmaq mümkün olmayan 2 adda malın qiyməti zərəçəkmiş şəxsin ifadəsi əsas götürülməklə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ilkin ifadə verərkən təqsirini etiraf etməyərək digər Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 məxsus fermada olan tikilinin yandırılması zamanı Təqsirləndirilən şəxs1 cinayətkar niyyəti haqqında məlumatlı olmamasını, həmin vaxt sonuncunun xahişi ilə Şahid1 məxsus avtomobilin yanacağının qurtarması ilə əlaqədar ona məxsus fermaya getdiklərini, fermada olan tikilidə olarkən Təqsirləndirilən şəxs1 tərəfindən yanğının törədilməsində iştirak etməməsini və yanğın hadisəsindən sonra qorxduğu üçün həmin yerdən uzaqlaşmasını bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsindən məlum olur ki, hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 saat 17 radələrindən etibarən Şahid1 məxsus balıq evində olmuş, orada spirli içki içmiş və sonuncu ilə mübahisə etmişdir. Həmin gün saat 21 radələrində Şahid1 idarə etdiyi Şahid6 məxsus olan avtomobillə Təqsirləndirilən şəxs2 Hacıqabul rayonu Xilə adlanan ərazidə yerləşən Təqsirləndirilən şəxs1 işlədiyi kafeyə gətirmişdir. Bir qədər sonra Şahid1 oranı tək edərək getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid6 ifadəsindən məlum olur ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şahid1 ona məxsus mobil telefona zəng edərək Təqsirləndirilən şəxs2 Hacıqabul rayonunda yerləşən “Rahat” adlanan kafedən götürüb ona məxsus balıq məntəqəsinə gətirməsini ondan xahiş etmişdir. O, Şahid1 xahişini yerinə yetirərək Təqsirləndirilən şəxs2 Şahid1 məxsus balıq məntəqəsinə gətirmişdir. Orada onlar spirtli içki qəbul etmişlər. Təqsirləndirilən şəxs2 spirtli içki qəbul etdikdən sonra ona məlum olmayan səbəblərdən Şahid1la mübahisə etmişdir. Sonra Şahid1 Təqsirləndirilən şəxs2 ona məxsus avtomobillə Hacıqabul rayonunda “Rahat” adlanan kafeyə aparmışdır. Bundan başqa, təqsirləndirilən şəxslərin və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadələrindən məlum olur ki, xx.xx.2023-cü il tarixdə sonuncu özünə məxsus avtomobillə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 məxsus fermanın yanına aparmış, fermaya 15-20 metr qalmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək fermada olan tikiliyə daxil olmuşlar. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tikilidən çıxaraq avtomobilə əyləşmiş və həmin ərazidən uzaqlaşmışlar. Həmin vaxt orada hər hansı bir digər avtomobil olmamışdır. Şahidlərin və təqsirləndirilən şəxslərin verdikləri ifadələrin ümumiləşdirilmiş təhlilindən belə məlum olur ki, Təqsirləndirilən şəxs2 hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə Şahid1la bir neçə saat ərzində bir yerdə olmuş, həmin gün onun özünə məxsus avtomobili idarə etmədiyini və hadisənin baş verdiyi zaman, yəni saat 21 radələrində Şahid1 fermada olan tikilidə deyil özünə məxsus balıq məntəqəsində olduğunu əvvəlcədən bilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 ilə birlikdə Şahid2 idarə etdiyi avtomobildən düşərək Şahid1 məxsus fermada olan tikiliyə yaxınlaşan zaman həmin ərazidə hər hansı avtomobilin olmadığını görmüş, Təqsirləndirilən şəxs1 içərisində yanacaq olan 2 litr həcmində plastik qabla nə məqsədlə ora gəlməsi ona məlum olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs2 hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə Şahid1la balıq məntəqəsində mübahisə etməsi, sonra isə kafedə olarkən onunla mübahisənin sona çatdıracağını bildirməsi, habelə Təqsirləndirilən şəxs1 Şahid1 tərəfindən təhqir edilməsi və Təqsirləndirilən şəxs1 sonuncudan qisas almaq niyyətində olmasından məlumatlı olması və bu məsələdə Təqsirləndirilən şəxs1 tərəfdar çıxması nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 Şahid1 məxsus fermada olan tikiliinin yandırılmasında iştirak etməsində özünün kifayət qədər maraqlarının olduğu məlum olur. Lakin, Təqsirləndirilən şəxs2 sonuncu məhkəmə iclası zamanı son sözlə çıxış edərək qeyd edilən cinayətin törədilməsində iştirak etdiyini etiraf edərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ilkin məhkəmə iclaslarında qeyrisəmimilik nümayiş etdirərək baş vermiş cinayətdə iştirakını könüllü etiraf etməsə də, sonuncu məhkəmə iclasında son sözlə çıxış edərkən təqsirini etiraf etməsi baş vermiş cinayətdə iştirakın könüllü etirafı kimi qiymətləndirilməli və şəxs barəsində cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadə verərkən onun tərəfindən Şahid1 məxsus fermada olan tikilinin yandırılması niyyətindən digər Təqsirləndirilən şəxs2 məlumatlı olmamasını, həmin vaxt onun xahişi ilə Şahid1 məxsus avtomobilin yanacağının qurtarması ilə əlaqədar Şahid1 məxsus fermaya getdiklərini, fermada olan tikilidə olarkən yanğının törədilməsində Təqsirləndirilən şəxs2 iştirak etməməsini bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək məqsədilə uydurma ifadələr kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi cəzanı ağırlaşdıran haldır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il Qərarına əsasən Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallara aiddir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun qeyd edilən normalarından məlum olur ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsində qeyd edilən qayda yalnız cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq edilir. Hazır ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsində nəzərdə tutulmuş “cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi” növündə cəzanı ağırlaşdıran hal mövcuddur. Odur ki, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal olduğu üçün barəsində cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsində qeyd edilən halların nəzərə alınması istisna olunur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri, yəni zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla ona məxsus əmlakı yandıraraq məhv etmələri Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs2 cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini onun cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayətdə iştirakını könüllü etiraf etməsini, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır (CM 59.1.12, 59.1.13, 59.2). Məhkəmə, Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs1 cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini onun cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, azyaşlı övladlarının faktiki olaraq onun himayəsində yaşamasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır (CM 59.1.4, 59.1.12, 59.1.13, 59.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyasında yalnız bir növ cəza, yəni üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş Hacıqabul rayon məhkəməsinin 2(071)-449/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X4 birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 ataları X4 himayəsinə verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-453/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Hacıqabul rayon məhkəməsinin 2(071)-449/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 anaları Təqsirləndirilən şəxs1 himayəsinə verilmişlər. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3070/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-453/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qərarı ilə xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 ataları X4 himayəsinə verilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020ci il təvəllüdlü X7 faktiki olaraq Təqsirləndirilən şəxs1 himayəsində qalmışlar. Məhkəmə Təqsirləndirilən şəxs1 haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də, islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, kriminogen mühitin üzvü olmayaraq qanunların tələblərinə riayət edən vətəndaş olmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı Hacıqabul şəhərində yaşadığı müddət ərzində müsbət xarakterizə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 faktiki olaraq himayəsində iki azyaşlı övladı vardır. Bundan başqa “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndinə əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının real olaraq cəzaçəkmə müəssisəsində çəkmələrini əsaslandırmaq mümkün deyil və bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul Rayonu İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəza şərti icra edilməli, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində barəsində sınaq müddəti təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də, islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, kriminogen mühitin üzvü olmayaraq qanunların tələblərinə riayət edən vətəndaş olmuş, yaşadığı yer üzrə müsbət xarakterizə edilmiş, habelə hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı baş vermiş cinayət hadisəsində təqsirləndirilən şəxslərin hər birinin iştirakının xarakter və dərəcəsi müəyyən edilmişdir. Məlum olmuşdur ki, qeyd edilən cinayət hadisəsi Təqsirləndirilən şəxs1 təklifi ilə baş vermişdir. Məhz Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə məxsus fermanın yandırılması təklifini vermiş, sonuncu isə Təqsirləndirilən şəxs1 tərəf durmaq niyyəti ilə həmin təkliflə razılaşmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. İştirakçılığın növü baxımından hər iki təqsirləndirilən şəxs cinayətin birgə iştirakçısı olmuş, yəni cinayətin obyektiv tərəfini birgə icra etmişlər. İştirakçılığın forması baxımından isə təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən cinayəti törətmişlər. Lakin yuxarıda qeyd edildiyi kimi, baş vermiş cinayətin törədilməsinə təklif məhz Təqsirləndirilən şəxs1 gəlmiş, habelə cinayətin törədilməsi zamanı istifadə olunan maddə (benzin) onun tərəfindən əldə edilmiş və yanmış fermaya yandırıcı maddənin səpələnməsini o, həyata keçirmişdir. Təqsirləndirilən şəxs2 isə həm avtomobillə hadisə yerinə gedərkən, həm də, hadisənin baş verməsi zamanı D.Xanababayeva ilə müqayisədə daha az aktivlik nümayiş etdirmiş, cinayətin obyektiv tərəfinin icra edilməsində, yəni yanğının törədilməsində fəal iştirak etməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, cinayətin törədilməsində daha aktiv şəkildə iştirak etmiş Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun şərti məhkum etmə institutunun tətbiq edilməsi halında, cinayətin törədilməsində faktiki iştirakın xarakter və dərəcəsi, vurulmuş zərərin həcminə və xarakterinə təsiri nəzərə alınmaqla daha az aktiv iştirak etmiş digər Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə cəzasının real şəkildə icra olunmasını məhkəmə məqsədəuyğun hesab etmir. Belə ki, Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Qanunvericiliyin qeyd edilən normasından göründüyü kimi cinayət törətməkdə təqsirli bilinən şəxsə təyin ediləcək cəza ədalətli olmalıdır. Yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, əməllərində cəzanı yüngülləşdirən halların kifayət qədər olması, habelə cinayətin törədilməsi zamanı onun faktiki iştirakının xarakter və dərəcəsi, vurulmuş zərərin həcminə və xarakterinə bu iştirakın təsiri nəzərə alınmaqla barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının isə müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün müdafiəçilərin hər biri tərəfindən 40 saat vaxt sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 240 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 240 manat pul ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi, tikinti-texniki obyektlərin tədqiqi, ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 165 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə dəymiz ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Cinayət işi üzrə keçirilmiş məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi, tikintitexniki obyektlərin tədqiqi, ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 165 manat (bir yüz altımış beş manat) pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar