Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-50/2024 01.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonu Bala-Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Sabirabad rayonu Bala-Həşimli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu ərazisinə daşımış, 03 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd selofan kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 37,946 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, bir ilə yaxın müddətdir əsasən narkotik vasitə olan tiryəkdən istifadə edir. Həmin narkotik vasitəni müxtəlif şəxslərdən əldə etmişdir. Hazırda özünə məxsus “Mersedes Benz E 240” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Sabirabad rayonundan Bakı şəhərinə sərnişin daşımaqla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı Sabirabad rayonu Bala-Həşimli kəndində yerləşən yaşadığı evdən çıxaraq kəndin mərkəzinə doğru piyada şəkildə hərəkət etmişdir. Hərəkətdə olduğu küçədə yolun kənarında yerdə olan selofan kəsiyi diqqətini cəlb etmiş, buna görə də, selofan kəsiyini açıb içərisinə baxmışdır. Selofan kəsiyinə baxan zaman əvvəlcədən istifadə etdiyi üçün tanıdığı narkotik vasitə olan tiryəkin olmasını görmüşdür. Ətrafda onu başqa şəxslərin görmədiyinə tam əmin olduqdan sonra yerdən tapdığı narkotik vasitə olan tiryəki istifadə etmək məqsədilə əynində olan boz rəngli cins şalvarın cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə əmisioğlu Natiq Mehdiyev istifadəsində olan mobil telefonla ona zəng edərək Hacıqabul rayonunda baş tutacaq toy məclisinə aparmasını, toy qurtardıqda sonra isə onu Sabirabad rayonuna geri qaytarmasını xahiş etmişdir. O, Şahid4 öz razılığını bildirmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, Şahid4 yaşadığı Sabirabad rayonu Bala-Həşimli kəndində yerləşən evinə getmişdir. Şahid4 onun idarə etdiyi “Mersedes Benz E 240” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşmiş və onlar Hacıqabul rayonu istiqamətinə hərəkət etmişlər. Həmin vaxt yerdən tapdığı 01 ədəd selofan kəsiyində olan narkotik vasitə tiryək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olmuşdur. Narkotik vasitə olan tiryəki üzərində saxlamaqda məqsədi Şahid4 toy mərasimində iştirakını gözləyən zaman istifadə etmək olmuşdur. Lakin Şahid4 toy mərasimində cəmi bir saat iştirak edəcəyini bildirdikdən sonra o, narkotik vasitədən istifadə etmək fikrindən daşınmışdır. Çünki narkotik vasitədən istifadə edəcəyi təqdirdə Şahid4 ondan şübhələnə bilərdi. Təxminən saat 15 radələrində Şahid4 iştirak etdiyi toy məclisindən çıxmış, bundan sonra onlar çay içmək məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən Qədirxum restoranına gəlmişlər. Həmin restoranda çay içdikdən sonra yaşadıqları Sabirabad rayonu Bala-Həşimli kəndinə getmək qərarına gəlmişlər. Təxminən saat 17 radələrində idarə etdiyi “Mersedes Benz E 240” markalı **- GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu istiqamətinə hərəkət edərkən Hacıqabul rayonu ərazisində yerləşən “Sever yolu” adlanan ərazidə avtomobilin təkərindən səs gəldiyini eşitmiş, avtomobili dayandıraraq təkərlərə baxmışdır. Həmin vaxt mülki geyimdə olan şəxslərin ona tərəf yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. O, Şahid4lə birlikdə idarə etdiyi avtomobillə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Zahid Salahov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona izah edib yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil X4 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı ondan üzərində və idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olub-olmadığını soruşmuş, o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd selofan kəsiyini təqdim edərək içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. X9 tərəfindən onun təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 38,73 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflər onu imzalamışlar. Bundan sonra təhqiqatçı idarə etdiyi “Mersedes Benz E 240” markalı **-GF- *** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olub-olmadığını soruşmuş, o, avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və maddənin olmadığını bildirmişdir. Daha sonra idarə etdiyi “Mersedes Benz E 240” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis şöbəsinin həyətində baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişlər. O, bildirmişdir ki, avtomobildə sərnişin kimi əyləşmiş Şahid4 aşkar edilmiş narkotik vasitədən xəbəri olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, yaşadığı kənd ərazisində fəhlə kimi işləməklə çörək pulu qazanır. Təqsirləndirilən şəxs onun əmisioğludur, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, Hacıqabul rayonunda baş tutacaq toy məclisinə dəvət almışdır. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 10 radələrində ona zəng edərək toy məclisində iştirak etmək üçün onu Hacıqabul rayonuna aparmasını, toy məclisi qurtardıqdan sonra isə onu yenidən Sabirabad rayonuna qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 13 radələrində İlqar Mehdiyev onun yaşadığı Sabirabad rayonu Bala-Həşimli kəndinə gəlmişdir. O, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz E 240” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləmiş və onlar Hacıqabul rayonu istiqamətinə hərəkət etmişlər. O, Təqsirləndirilən şəxs toy məclisində cəmi bir saat iştirak edəcəyini bildirmişdir. Təxminən saat 15 radələrində iştirak etdiyi toy məclisindən çıxmış və onlar çay içmək üçün Hacıqabul rayonunda yerləşən Qədirxum restoranına getmişlər. Həmin restoranda çay içdikdən sonra Sabirabad rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Hacıqabul rayonunda yerləşən “Sever yolu” adlanan ərazidə avtomobilin təkərindən səs gəlmiş, Təqsirləndirilən şəxs avtomobili saxlayaraq təkərlərə baxmışdır. Həmin vaxt mülki geyimdə olan şəxslərin onlara tərəf yaxınlaşdığını görmüş, həmin şəxslər Təqsirləndirilən şəxs yaxınlaşaraq Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. O, polis şöbəsində bir qədər gözlədikdən sonra məlum olmuşdur ki, İ.Mehiyevin üzərindən narkotik vasitə aşkar edilmişdir. Onun Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitədən məlumatı olmamış, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 yanvar 2024cü il tarixdə Sabirabad rayonu Bala-Həşimli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, Hacıqabul rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə isə baxış keçirilməsi ilə əlaqədar “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul RPŞ-nin rəisinin əmri əsasında onun rəhbərliyi ilə qrup üzvü kimi CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 03 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində idarə etdiyi “Mersedes Benz E 240” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandığını görmüşlər. Həmin vaxt onlar birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və və avtomobildə sərnişin kimi əyləşmiş Sabirabad rayonu Bala-Həşimxanlı kənd sakini Şahid4 Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində X9 tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Ağabba Qədirov dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara məlumat vermişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan kəsiyinə bükülmüş narkotik vasitə olan tiryəki təqdim edərək, həmin narkotik vasitəni 01 yanvar 2024-cü il tarixdə Sabirabad rayonu Bala-Həşimxanlı kəndində piyada hərəkət edən zaman yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 38,73 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz E 240” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin qanunla qadağan olunan hər hansı predmet, əşya aşkar edilməmişdir. Bundan sonra Z.Salahov tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid3 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd selofan kəsiyi bükümü aşkar edilmiş, həmin selofan kəsiyi bükümünə baxış keçirilən zaman içərsində narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/05 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd ağ rəngli selofan kəsiyi bükümdə təmiz çəkisi 37,946 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Ekspertiza tədqiqatına həmin maddənin 0,1 qramı sərf edildikdən sonra, 37,846 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,5 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 50 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsi, həmin narkotik vasitənin satmaq məqsədinin olmadığı, habelə avtomobildə sərnişin qismində olmuş Şahid4 Təqsirləndirilən şəxs üzərində natkotik vasitə olmasından xəbərinin olmadığı müəyyən olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 37,846 qram qalan narkotik vasitə tiryək maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Sabirabad rayon İcra Hakimiyyətinin Moranlı kənd İ.Ə.D. üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Mehtiyev X2 rayonu Bala-Həşimli kəndində anası X7, arvadı X3, övladları – 2009-cu il təvəllüdlü X10, 2007-ci il təvəllüdlü X8, 2011-ci il təvəllüdlü X5 ilə bir yerdə yaşayır. Sabirabad rayon Moranlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X6 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (yetmiş beş dəfəyə yaxın miqdarda) narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə X6 azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 37,846 qram olan narkotik vasitə hesab edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi, lakin müalicəyə ehtiyacının olmaması müəyyən olunduğundan Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 37,846 qram olan narkotik vasitə tiryək məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-50/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-50/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver