Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-52/2024 01.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Xızı rayonu Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu Türkoba kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Şahid1 etibarnamə ilə idarə etdiyi "Opel Astra" markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Şahid1 və Şahid2 birlikdə kənar şəxslər gəldiyi halda ona xəbər vermək məqsədilə avtomobildə gözləmiş, o isə küçədə otlayan Zərərçəkmiş şəxs2 fərdi təsərrüfatına məxsus 120 manat dəyərində 01 baş yerli cinsə aid, erkək cinsindən, 7-8 aylıq, diri çəkisi təxmini 12-14 kiloqram olan toğlu - xırda buynuzlu heyvanı (qoyunu) oğurlayaraq avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 01 baş xırda buynuzlu heyvanı (qoyunu) birlikdə avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 120 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2023cü il tarixdə saat 16 radələrində Şahid1 etibarnamə ilə idarə etdiyi "Opel Astra" markalı **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayon, Meyniman kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Şahid1 kənar şəxslər gəldiyi halda Şahid2 və ona xəbər vermək məqsədilə avtomobildə gözləmiş, o küçədə otlayan Zərərçəkmiş şəxs1 fərdi təsərrüfatına məxsus 415 manat dəyərində 01 baş yerli cinsə aid, erkək cinsindən, 1 yaşlı, diri çəkisi təxmini 50-55 kiloqram olan qoçu, Şahid2 isə 300 manat dəyərində 01 baş yerli cinsə aid, dişi cinsindən, 3 yaşlı, diri çəkisi təxmini 40-45 kiloqram olan ana qoyunu və 270 manat dəyərində 01 baş yerli cinsə aid, dişi cinsindən, 1 yaşlı, diri çəkisi təxmini 32-35 kiloqram olan toğlunu, yəni xırda buynuzlu heyvanları (qoyunları) oğurlayaraq avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 03 baş xırda buynuzlu heyvanları (qoyunları) birlikdə avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 məxsus cəmi 985 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurlamış, yəni gizli olaraq talamışdır. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin olaraq ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində münasibət saxladığı qadınla görüşmək məqsədilə Şəmkir rayonuna getmək üçün yol maşınına minmək qərarına gəlmişdir. Bu səbəbdən həmkəndlisi Şahid2 və onun dostu Şahid1 müraciət etmiş, onlarla danışıb onlara məxsus avtomobilə Şəmkirə getmək üçün minmişdir. O, avtomobilə mindikdə artıq içərisində 4 ədəd qoyun (quzu) olmasını görmüşdür. Onlar saat 17 radələrində Xızı-Bakı-Şəmkir istiqamətində hərəkətdə olarkən Navahı DYP postuna çatdıqda polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan sonra qoyunların oğurluq olmasını bilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilkin olaraq sərbəst şəkildə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılanadək avtomobildəki qoyunların oğurluq olması barədə məlumatının olmadığını bildirməsinə baxmayaraq, daha sonra verilmiş suallara əsasən o, bildirmişdir ki, avtomobilə mindikdən sonra Tural və Ceyhunun öz aralarında apardıqları söhbətlərdən anlamışdır ki, avtomobildəki qoyunlar oğurluqdur, lakin o, oğurluq əməlinin törədilməsində iştirak etməmişdir. İbtidai istintaq dövründə ona qarşı hər hansı formada təzyiq olmamasına baxmayaraq qorxduğu üçün istintaq zamanı verdiyi ifadəsində ona verilmiş ittihamda özünü təqsirli bilib etirafa dair sənədlərə imza etmişdir. Həmçinin onlar Navahı postunda DYP-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra oraya Sabirabad RPŞ-nin əməliyyatçıları dəvət edilmiş, bundan sonra barələrində inzibati xəta haqqında protokol tərtib edilərək Sabirabad rayon Məhkəməsinə aparılmışlar, həmin məhkəmənin qərarına əsasən barələrində 20 gün müddətinə inzibati həbs tənbeh tədbiri seçilmişdir. Daha sonra qorxduğu üçün istintaqdan yayınmış və barəsində axtarış verilmişdir. Təqsirləndirilən şəxs Şakat oğlunun ifadəsində qeyd olunan ziddiyyətli xüsusatların araşdırılması zərurəti ilə bağlı məhkəmənin təşəbbüsü ilə Şahid1 və Şahid2 şahid qismində dəvət edilib dindirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların yoxlanılması məqsədilə şahidlərlə üzləşdirmə zamanı məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq o, cinayətin törədilməsində iştirak etməməsinə dair məlumatları məntiqi olaraq əsaslandıra bilməmiş, bunun əksinə olaraq təqsirini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs Şakat oğlu ona verilmiş ittiham üzrə cinayət əməlinin törədilməsində iştirak etdiyini təsdiqləmişdir. Daha sonra Təqsirləndirilən şəxs son sözündə məsuliyyətə cəlb olunmaq qorxusu ilə yalan ifadə verməklə əvvəlki ifadəsində təqsirini etiraf etməməsini bildirərək onun yalan ifadə verməsinin üzrlü hesab edilməsini, hazırda təqsirini etiraf etdiyini, özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olduğunu, evli olmaqla himayəsində azyaşlı övladının olmasını, əvvəllər məhkum olmamasını nəzərə alaraq barəsində yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Pirsaat qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Evi magistral yoldan təxminən 100 metr kənarda yerləşir. O, şəxsi təsərrüfatında 7 baş xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanları otlamaq və su içmək üçün hər gün yaşadıqları küçəyə buraxırlar. Adətən arvadı küçədə kənarda oturub heyvanlara nəzarət edir. xx.xx.2023-cü il tarixdə həmin heyvanları otlamaq üçün yaşadığı küçəyə buraxmışlar, sonra arvadı öz işləri ilə məşğul olmaqla üçün qısa müddətdə heyvanları nəzarətsiz qoymuşdur. Bundan sonra təxminən 14 radələrindən 1 baş qoyunun oğurlanmasını aşkar etmişlər. Ətrafı xatarsalar da tapa bilməmişlər. Bundan sonra bir neçə gün sonra o, Hacıqabul RPŞ-nə ərizə ilə müraciət edərək bir baş xırda buynuzlu qoyunun oğurlanması barədə məlumat vermişdir. Qısa müddətdə oğurluq əməlini törədən şəxslər saxlanılmış və ona məxsus qoyun Sabirabad RPŞ-də polis əməkdaşları tərəfindən qaytarılmışdır. Qoyun təqdim edildikdə onun qırmızıya çalan rəngli olması və xırda buynuzlarına əsasən ona məxsus olmasını dəqiq bilmişdir. İstintaq orqanı tərəfindən aparılan ifadənin yerində yoxlanılması zamanı qoyunun oğurlanması yerini göstəmiş və tərtib edilmiş protokolun həqiqiliyini təsdiq edərək imzalamışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, ona məxsus 1 baş xırdabuynuzlu heyvan olan qoyun yerli cinsə aid olmaqla, erkək cinsindən, 7-8 aylıq, diri çəkisi təxminən 12-14 kiloqram olan toğlu olmuş və həmin qoyunun oğurlanması nəticəsində ona təxminən 150-200 manat maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənildiyi üçün yəni heyvan qaytarıldığı üçün təqsirləndirilən şəxsdən hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olmaqla yaşayır və kəndin icra nümayəndəsi vəzifəsində işləyir. Şəxsi təsərrüfatında 3 baş iribuynuzlu və 9 baş xırdabuynuzlu heyvanlar saxlayır. 3 baş iribuynuzlu heyvanları həyətində bağlı vəziyyətdə saxlayır, 9 baş xırdabuynuzlu heyvanları isə bəzən otlamaq və su içmək üçün evinin yanında yerləşən su arxının kənarına çıxarır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işdən evə gələn zaman 6 baş xırdabuynuzlu heyvanların evin yanındakı su arxının kənarında olmasını, lakin 3 baş xırdabuynuzlu heyvanların orada olmamasını görmüşdür. Ətrafı axtarmağa başlamış, lakin heyvanları tapa bilməmişdir. O, anlamışdır ki, 3 baş heyvan naməlum şəxslər tərəfindən oğurlanmışdır. Elə bu vaxt Hacıqabul RPŞ-dən ona kəndin nümayəndəsi kimi zəng edərək maraqlanmışlar ki, kənddə hər hansı şəxsin heyvanları arasında oğurluq olmuşdurmu. O da özünə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat vermiş və Hacıqabul RPŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Həmin gün oğurluq əməlini törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq heyvanlar ona geri qaytarılmışdır. Ona məxsus 3 baş xırdabuynuzlu heyvan olan qoyunların biri yerli cinsə aid, erkək cinsində, 1 yaşlı, diri çəkisi təxminən 50-55 kiloqram olan qoç və təxmini 350 manat dəyərində olmuşdur. Digər yerli cinsə aid, dişi cinsindən, 3 yaşlı, diri, çəkisi təxminən 40-45 kiloqram olan ana qoyun isə təxmini 300 manat dəyərində olmuşdur. Sonuncu isə yerli cinsə aid, dişi cinsindən, 1 yaşlı, diri çəkisi 32-35 kiloqram olan toğlu olmuş, təxmini 250 manat dəyərində olmuşdur. Həmin qoyunların oğurlanması nəticəsində ona ümumilikdə təxminən 800-900 manat maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənildiyi üçün, yəni heyvanlar qaytarıldığı üçün təqsirləndirilən şəxsdən hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Tanışı Şahid2 ilə “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə icarə götürüb növbəlilik əsasında idarə edib Bakı şəhəri ərazisində taksi kimi fəaliyyət göstərirlər. Onlar borcları olduğu üçün və avtomobilin icarə haqqını ödəməkdə çətinlik çəkdikləri üçün oğurluq etmək qərarına gəlmişlər. Buna görə də, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Şahid2la birlikdə Bakı şəhərindən Sabirabad rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Gəldiyi yol kənarında heyvan görmədiyi üçün Sabirabad rayonu Nərimankənd kəndinə getmişlər. Təxminən saat 13 radələrində kəndin içərisində yolun kənarında 4-5 baş qoyun otladığını görmüşlər. Onlar qoyunlardan birini tutub avtomobilin yük yerinə qoymuş və avtomobili sürüb irəli getmişlər. Təxminən 1 km yol getdikdən sonra yolun kənarında təxminən 20-30 baş qoyunun otladığını görmüşlər. Həmin qoyunlardan da birini tutub avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra Şahid2 yaşadığı Xızı rayonu Şorabad kəndinə geri qayıdıb qoyunları satıb pulunu bölmüşlər. xx.xx.2023-cü il tarixdə onunla birlikdə yalnız Şahid2 olmuş Təqsirləndirilən şəxs olmamışdır. O, Təqsirləndirilən şəxs Turalın qonşusu kimi tanımışdır. xx.xx.2023-cü il tarixdən sonra iki gün ərzində avtomobildə texniki nasazlıq olduğundan təmir üçün ustada qalmışdır. Bu günlər ərzində o, Şahid2la danışıb qərarlaşdırmışdır ki, yenidən əvvəlki qaydada qoyun oğurlasınlar, lakin məsləhətləşmişlər ki, onlara yaxşı heyvanın seçilməsində köməklik etməyə digər şəxs lazımdır. Bunun üçün Şahid2 Təqsirləndirilən şəxs təklif etmiş, o da razılaşmışdır. Onlar hesab etmişlər ki, Təqsirləndirilən şəxs kənd uşağı olduğu üçün heyvanın yaxşısını tanımaqla, onlara cavan və keyfiyyətli heyvan seçməkdə köməklik edə bilər. Bunun üçün o, xx.xx.2023-cü il tarixdə səhər radələrində Tural və Osmanının yaşadıqları Xızı rayonunun Şorabad kəndinə getmiş, avtomobili o özü idarə etmiş, Tural ön sərnişin oturcağında, Osman isə arxa oturacaqda əyləşmişlər. Hər üçü arasında aparılmış danışıqlar arasında əldə edilmiş razılaşmaya əsasən təsadüf nəticəsində qarşılarına çıxacaq sahibsiz heyvaları oğurlayıb, satılacaq hər heyvandan əldə ediləcək gəlirdən 20-30 manat Osmana veriləcəkdi. Onlar Xızı-Bakı-Hacıqabul istiqamətində hərəkət etmişlər və “Nasosnu” deyilən ərazidən keçməklə hərəkət istiqamətlərini seçmişlər. Sonradan adının Hacıqabul rayonu Pirsaat qəsəbəsi olduğunu bildiyi ərazidə yolun kənarında 4-5 baş qoyunun otladığını görmüşdür. O, avtomobili saxlamış, Osman isə avtomobildən düşüb qoyunun birini tutmuş və avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra o, avtomobili işə salıb irəli hərəkət etməyə başlamışdır. Təxminən 30 km məsafə getdikdən sonra saat 16 radələrində sonradan adının Hacıqabul rayonu Meyniman kəndi olduğunu bildiyi ərazidə yolun kənarında təxminən 10-12 baş qoyunun otladığını görmüşlər. O, yenə də avtomobili saxlamış, hər üçü avtomobildən düşüb hərəyə bir baş qoyunu tutub avtomobilin yük yerinə qoymuşlar. Oğurladıqları hər qoyunun təxmini çəkisi 10-12 kq təşkil etmişdir. Bundan sonra onlar Bakı istiqamətinə hərəkət etməyə başlamışlar. Onlar qoyunlardan hər birini 100-150 manata satacaqlarını, ümumi gəlirdən 80-100 manat isə Osmana verməyi düşünmüşlər. Lakin Hacıqabul rayonu Navahi DYP-nin postunda polis əməkdaşı ona saxla əmrini vermişdir. O, avtomobili saxlamış və sənədləri təqdim etmək üçün avtomobildən düşmüşdür. Bu zaman 3-4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşmış polis əməkdaşları olduqlarını, onların oğurluq cinayətində şübhəli olduqlarını və bu səbəbdən Sabirabad RPŞ-nə getməli olduqlarını bildirmişlər. Orada törətdikləri əməli etiraf etmişlər, oğurlanmış qoyunlar isə sahiblərinə qaytarılmışdır. Daha sonra barələrində Sabirabad Rayon Məhkəməsinin qərarına əsasən 20 gün müddətinə inzibati həbs seçilmişdir. Verilmiş suallara əsasən Şahid1 bir daha əminlikdə Təqsirləndirilən şəxs üzünə qarşı bildirdi ki, xx.xx.2023-cü il tarixdə ona Şahid2la birlikdə qoyunların oğurlanmasında Təqsirləndirilən şəxs köməklik etmişdir. Təqsirləndirilən şəxs həmin gün onlara məxsus avtomobilə mindiyi vaxt qoyunlar avtomobilin içərisində olmamış, həmin qoyunları onlar hər üçü birlikdə Hacıqabul rayon ərazisində oğurlayıb avtomobilə qoymuşlar, satmaq üçün geri qayıtdıqda polis əməkdaşları tərəfindən saxlanılmışlar. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs şüurlu surətdə hüquqazidd hərəkət etdiklərini dərk etmiş və ona qarşı hər hansı şəxs tərəfindən təzyiq göstərilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən nə ona, nədə digər şəxslərə qarşı hər hansı formada təzyiq göstərilməmişdir. Verilmiş suallara əsasən Şahid1 bir daha qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsində Təqsirləndirilən şəxs iştirak etməmiş və onun tərəfindən zərərçəkmiş şəxslər X3 və X6 münasibətdə zərər vurulmamışdır. Həmin oğurluq faktlarında yalnız onunla Şahid2 iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsində isə onunla birlikdə, Şahid2 və Təqsirləndirilən şəxs iştirak etməklə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus qoyunlar oğurlanmaqla zərər vurulmuşdur. Qeyd olunan xüsusatları isə ifadəsinin yerində yoxlanılması zamanı təsdiq etmiş, zərərçəkmiş şəxsləri orada görmüşdür. Bütün zərərçəkmiş şəxslərə münasibətdə vurulmuş zərər ödənilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. O, bir daha Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onlarla birlikdə oğurluq məqsədi ilə getdiyini bilmiş və onlara kömək etməyə razılıq vermişdir. Hətta qoyunları Osman özü də tutub avtomobilin baqaj hissəsinə qoymuşdur. Osmanla danışıqlarından anlamışdır ki, Şəmkirdə yaşayan xanımla görüşməsi üçün pula ehtiyacı olduğundan onlarla birlikdə oğurluq etməyə razılıq vermişdir. Bundan başqa verilmiş suallara əsasən Şahid2 bir daha qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsində Təqsirləndirilən şəxs iştirak etməmiş və onun tərəfindən zərərçəkmiş şəxslər X3 və X6 münasibətdə zərər vurulmamışdır. Həmin oğurluq faktlarında yalnız onunla Şahid1 iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsində isə onunla birlikdə, Şahid1 və Təqsirləndirilən şəxs iştirak etməklə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus qoyunlar oğurlanmaqla zərər vurulmuşdur. Qeyd olunan xüsusatları isə ifadəsinin yerində yoxlanılması zamanı təsdiq etmiş, zərərçəkmiş şəxsləri orada görmüşdür. Bütün zərərçəkmiş şəxslərə münasibətdə vurulmuş zərər ödənilmişdir. Məhkəmə istintaqı zamanı ittiham aktında adları zərərçəkmiş şəxs qismində qeyd edilmiş X3 və X8 ifadələrində onlara məxsus xırda buynuzlu heyvanların xx.xx.2023-cü il tarixdə oğurlanmasını, vurulmuş zərər tam şəkildə ödənildiyindən hər hansı şikayət və mülki iddia tələblərinin olmadığını bildirmişlər. Verilmiş suala əsasən onlar ayrı-ayrılıqda hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs münasibətdə zərərçəkmiş şəxs qismində iştiraklarına məhkəmə tərəfindən xitam verilməsinə etirazlarının olmadığını bildirmişlər və buna dair yazılı ərizələrini məhkəməyə təqdim etmişlər. Beləliklə, məhkəmə baxışı zamanı ittiham aktında adları zərərçəkmiş şəxs qismində qeyd edilməsinə baxmayaraq, lakin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslər X3 və X6 münasibətdə ittiham verilmədiyi müəyyən edilmişdir. Həmçinin zərərçəkmiş şəxslər X3 və X5, eləcə də şahidlərin ifadələri ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan qrupun digər iştirakçıları Şahid2 və Şahid1lə birgə xx.xx.2023-cü il tarixdə oğurluq faktının törədilməsində hər hansı formada iştirakı olmamışdır. Həmçinin Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)- 43/2024 saylı qanuni qüvvəyə minmiş hökmündən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə törədilmiş fakta görə Şahid1 və Şahid2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinmişlər. Həmin hökmlə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə oğurluq epizodları üzrə zərərçəkmiş şəxslər X3 və X6 münasibətdə cinayət əməlinin törədilməsində iştirak etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 66.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi hüquqi qüvvəyə malik olduğundan qeyd olunan xüsusat məhkəmə tərəfindən sübut edilmiş hesab edilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə baxışı zamanı qəbul edilmiş qərarla zərərçəkmiş şəxslər X8 və X1 hazırki cinayət işi üzrə proses iştirakçısı qismində iştiraklarına xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayət əməlinə münasibətdə məhkəmə baxış iclasında verdiyi ilkin ifadəsində özünü təqsirli bilməyərək göstərdiyi xüsusatları məsuliyyətdən yayınmaq məqsədi daşıyan özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, eyni zamanda şahidlərin ifadələri və işin digər halları ilə Təqsirləndirilən şəxs ifadəsindəki məlumatlar tam şəkildə təkzib edilmişdir. Həmçinin o, sonrakı ifadəsində də məsuliyyətdən yayınmaq üçün onda yaranan qorxu hissi nəticəsində yalan ifadə verdiyini bildirmiş və ona verilən ittiham üzrə təqsirini etiraf etməklə səmimi peşmançılığını ifadə etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: Sabirabad RPŞ-nin CBA-ın əməliyyat müvəkkili Amid Seyfalıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da Şahid1 və Şahid2 ilə birgə idarə etdikləri **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayon ərazisindən (Navahi postunun yaxınlığından) keçən hissəsində olarkən Sabirabad RPŞ-nə dəvət edilmişlər. Həmin vaxt Şahid1 idarə etdiyi avtomobilin yük yerindən 4 baş xırdabuynuzlu heyvan aşkar edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 müraciətinə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Meyniman kəndində yolun kənarı və fərdi yaşayış evlərinin qarşısıdır. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 müraciətinə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Pirsaat qəsəbəsində yolun kənarı və fərdi yaşayış evlərinin qarşısıdır. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 14 radələrində tanışları Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Pirsaat qəsəbəsinə gələrək yolun kənarında otlayan 4-5 baş qoyun gördüklərini, özünün avtomobildə qaldığını, Təqsirləndirilən şəxs isə avtomobildən düşərək bir baş xırdabuynuzlu heyvanı (qoyunu) tutaraq avtomobilin yük yerinə qoyaraq oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Şahid1 göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 14 radələrində tanışları Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Pirsaat qəsəbəsinə gələrək yolun kənarında otlayan 4-5 baş qoyun gördüklərini, Şahid1 avtomobildə qaldığını, Təqsirləndirilən şəxs isəavtomobildən düşərək bir baş xırdabuynuzlu heyvanı (qoyunu) tutaraq avtomobilin yük yerinə qoyaraq oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Şahid2 göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 14 radələrində tanışları Şahid2 və Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Pirsaat qəsəbəsinə gələrək yolun kənarında otlayan 4-5 baş qoyun gördüklərini, onun özünün avtomobildən düşərək bir baş xırdabuynuzlu heyvanı (qoyunu) tutaraq avtomobilin yük yerinə qoyub oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 16 radələrində tanışları Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Meyniman kəndinə gələrək yolun kənarında otlayan 10 baş qoyun gördüklərini, 03 baş qoyunu tutaraq avtomobilin yük yerinə qoyub oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Şahid1 göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 16 radələrində tanışları Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Meyniman kəndinə gələrək yolun kənarında otlayan 10 baş qoyun gördüklərini, 03 baş qoyunu tutaraq avtomobilin yük yerinə qoyub oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Şahid2 göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 16 radələrində tanışları Şahid2 və Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Meyniman kəndinə gələrək yolun kənarında otlayan 10 baş qoyun gördüklərini, digərilərlə birlikdə özünün də 01 baş qoyunu tutaraq avtomobilin yük yerinə qoyaraq oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8307 saylı rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 1695,00 manat müəyyən edilir. O cümlədən, X2 məxsus – 01 baş yerli cins ağ rəngli, 5-6 aylıq, diri çəkisi təxmini 25 kiloqram olan erkək cinsli toğlu – 200 manat; X6 məxsus – 01 baş yerli cins qara rəngli, bir dəfə bala vermiş, dişi cinsli diri çəkisi 45-50 kiloqram olan toğlu – 390 manat; Zərərçəkmiş şəxs1 məxsus – 01 baş erkək cinsindən olmaqla diri çəkisi 50-55 kiloqram olan qoç – 415 manat, eyni zamanda 01 baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 40-45 kiloqram olan qoyun – 300 manat və 01 baş dişi cinsli, 1 yaşlı, diri çəkisi təxminən 32-35 kiloqram olan toğlu – 270 manat; Zərərçəkmiş şəxs2 oğluna məxsus – 01 baş yerli cinsli, 7-8 aylıq, diri çəkisi təxminən 12-14 kiloqram olan erkək cinsli toğlu – 120 manat qiymətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs1 münasibətdə oğurlanmış əmlakın dəyəri ekspert rəyində 985 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 800- 900 manat göstərilmiş, Zərərçəkmiş şəxs2 münasibətdə oğurlanmış əmlakın dəyəri ekspert rəyində 120 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 150-200 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində oğurlanmış xırdabuynuzlu heyvanların qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxslər isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiklərindən, oğurlanmış xırdabuynuzlu heyvanların dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilən qiymət əsas götürülməlidir. Həmçinin iş materiallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğurluq faktına dair müraciətləri əsasında xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞnin İB-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış, daha sonra xx.xx.2023-cü il tarixli qərarla cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmiş, xx.xx.2023-cü il tarixli qərarla X3 və X5 oğurluq faktına dair müraciətləri əsasında Sabirabad RPŞ-də istintaq edilən cinayət işi aidiyyəti üzrə Hacıqabul RPŞ-nə göndərilmiş və bir icraatda birləşdirilmişdir. İstintaq gedişatında iş üzrə Təqsirləndirilən şəxs isintaq orqanının çağırışlarına gəlməməsi və onun olduğu yerin müəyyən edilməməsi səbəbindən xx.xx.2024-cü il tarixdə barəsində məcburi gətirmə haqqında qərar qəbul edilmiş, eyni tarixli qərarla onun təqsirləndirilməsinə dair hazırkı cinayət işi materialları ayrıca icraata ayrılmış, daha sonra xx.xx.2024-cü il tarixli qərarla barəsində axtarış verilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. Şahid2 və Şahid1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair icraatı ayrılmış digər cinayət işinin materialları isə baxılması üçün aidiyyəti üzrə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs tutularaq istintaqa cəlb edilmiş və bundan sonra icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 1(071)-43/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilir ki, Şahid1 və Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, hər biri ayrı-ayrılıqda 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərlərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar.cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd olunmuş hüquqi mövqeyə əsasən “preyudisiya” - daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Plenum Qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Plenum Qərarının 18-ci bəndinə əsasən şəxs tövsifedici əlamətlər olmadan özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Beləliklə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; və təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın məqsədindən bəhs edən həmin Məcəllənin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan Sabirabad RPŞ-nin CBA-ın əməliyyat müvəkkili Amid Seyfalıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da Sabirabad RPŞ-nə dəvət edilmiş, daha sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(056)-1134/2023 saylı qərarından isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək barəsində 20 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş və inzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il saat 16:50-dən hesablanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə deyil, barəsində həmin vaxt başlanmış inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində inzibati qaydada tutulmuşdur. 16 sentyabr 2023-cü il tarixdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin gün saat 00:05-də şübhəli şəxs qismində tutulmuş və onun tutulduğu vaxt azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il saat 19:00 müəyyən edilmişdir. 17 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra 17 sentyabr 2023-cü il tarixli digər qərarla Hacıqabul RPŞ-nin müvəqqəti saxlama yerindən həmin gün saat 15:00-da azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da Sumqayıt şəhər ərazisində saxlanılaraq saat 22:35-də Hacıqabul RPŞ-nin növbətçi hissəsinə təhvil verilmiş, saat 22:50 isə qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuşdur. Daha sonra 17 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərədə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(071)-12/2024 saylı qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatət əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət etmiş, lakin məhkəmə tərəfindən vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi materialları xx.xx.2024-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzrlü səbəb olmadan gəlmədiyi üçün məhkəmə tərəfindən onun barəsində məcburi qaydada gətirilməsinə dair xx.xx.2024-cü il tarixli 1(071)-52/2024 saylı qərar qəbul edilmiş, daha sonra xx.xx.2024-cü il tarixli qərarla axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Hacıqabul RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-78/2-9709/24 saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-17/42/2-2003/2024 saylı məktublarından müəyyən edilir ki, məhkəmənin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-52/2024 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı cinayət iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün müddətinə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 (bir) gün müddətində təqsirləndirilən şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdən hazıradək isə həbsdə saxlanılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair 23 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi” məlumatlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il təvəllüdlü X7 ilə rəsmi nikahda olmaqla evlidir və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı övladları var. Xızı rayon İcra Hakimiyyəti Başçısının Şorabad Qəsəbə Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Türkoba kəndində qeydiyyatda olmaqla yaşayır və nümayəndəliyə onun barəsində hər hansı ərizə və ya şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Mustar oğlu tərəfindən istintaq orqanına təqdim edilmiş xx.xx.2023-cü il tarixli və məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, oğurluq cinayət əməli nəticəsində onlara dəymiş maddi ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbləri yoxdur. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Zərərçəkmiş şəxs1 məxsus 03 baş qoyunlar, Zərərçəkmiş şəxs2 məxsus 01 baş qoyun maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanın tam ödənilməsini, evli olmaqla himayəsində azyaşlı övladının olmasını, əvvəllər məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. 59.2-ci maddəyə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitlərinə təsiri nəzərə alınmalı və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdən 17 sentyabr 2023-cü il tarixədək, 16 fevral 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək tutulduğu 3 (üç) gün və 14 may 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 18 (on səkkiz) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 2 (iki) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Xızı rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, qətimkan tədbirinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə rayon polis şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəyə əsasən zzadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəyə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 04 baş qoyunun qanuni sahiblərinə qaytarılması və Hacıqabul Rayon Məhkəməsinin 1(071)-43/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Şahid1 və Şahid2 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 17 (on yeddi) saata görə 102 (yüz ik) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdən 17 sentyabr 2023-cü il tarixədək, 16 fevral 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək tutulduğu 3 (üç) gün və 14 may 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 18 (on səkkiz) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Xızı rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və qətimkan tədbirinin icrası Xızı Rayon Polis Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 17 (on yeddi) saata görə 102 (bir yüz iki) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-52/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-52/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver