Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-52/2025 05.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmuş, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 47-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin açıq baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokola əsasən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 18 fevral 2025-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs sağ əlinə yumruqla vuraraq sonuncuya sağ əlin arxa səthinin hematoması, sıyrığı və əzilməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurma cinayətini törətmişdir. Məhkəmə iclasında Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onunla düşmənçiliyi və ədavəti olmamışdır. 18 fevral 2025-ci il tarixdə saat 13 radələrində Hacıqabul şəhərində dəmiryol vağzalının yaxınlığında yerləşən kafedə yemək yeyən zaman 0,5 litr spirtli içki qəbul etmişdir. İçkinin təsirindən sərxoş vəziyyətdə olmuşdur. 18 fevral 2025-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evə getmişdir. Sərxoş vəziyyətdə olduğu üçün stolun üzərində olan qabları vurub sındırmış və əsəbləşib Fəridənin sağ əlinə bir yumruq zərbəsi vurmuşdur. Oğlu Fərid araya girib onları aralaşdırmışdır. Özünü təqsirli bilir, səmimi peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, vurulmuş zərər ödənilmiş və ona qarşı hər hansı tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs bu barədə ərizəsini yazılı şəkildə məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirdi ki, o, 18 fevral 2025-ci il tarixdə saat 20 radələrində faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən evdə olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlmişdir. Şahin sərxoş vəziyyətdə olduğu üçün stolun üzərində olan stəkanları, qənd qabını və şüşə su qabını ona atmışdır. Qarışıqlıq olduğu üçün Şahini atdığı nəsə onun başına dəymişdir. Sonra Şahin yumruqla sağ əlinə bir zərbə vurmuşdur. Həmin vaxtı yanında olan oğlu Şahid araya girib onları aralaşdırmışdır. Hazırda Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Hətta hazırda bir ailə olaraq münasibətləri davam edir. Zərərçəkmiş şəxs bu barədə ərizəsini yazılı şəkildə məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dövlət ittihamşısı Dövlət ittihamçısı çıxışında bildirmişdir ki, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən Müdafiəçi çıxışında tərəflərin barışması, vurulmuş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması hallarının nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş Şahid qanuni nümayəndəsinin iştirakı ilə yaxın qohumu olan atası Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. Odur ki, məhkəmə şahidin imtinasını qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “şifahi şikayətin qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, Nəcəfova X4 Rayon Polis Şöbəsinə müraciət edərək 18 fevral 2025-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə həyat yoldaşı Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini bildirərək onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan “X1” PHŞ Təcili və X3 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 49 saylı tibbi müayinə protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisədən bilavasitə sonra müayinə olunan zaman onun spirtli içki qəbul etdiyi (sərxoş olduğu) aşkar olunmuşdur. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. İş materiallarında olan Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 212 və 213 nömrəli arayışlardan görünür ki, Nəcəfov X5 şəhəri, H.Z.Tağıyev küçəsi, ev 71 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə yaşayır. İş materiallarında olan Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə edilir. İş materiallarında olan Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-nin xx.xx.2025-ci il tarixli, 63 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin arxa səthinin hematoması, sıyrığı və əzilməsidir. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən törədilməsi zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. İş materiallarında olan “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X9 28 fevral 2025-ci il tarixli, 18-1-41/2-190/2025 nömrəli məktubundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. Lakin, Təqsirləndirilən şəxs konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində “F19.2 qarışıq maddələrin qəbulundan yaranan psixi və davranış, asılılıq sindromu” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən qeydiyyatdadır. İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının 03 mart 2025-ci il tarixli, 669 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınmaq barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Nəcəfov X5 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 10 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, o, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 7 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa, o, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmışdır. Bundan başqa o, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 10 (on) saata görə 110 (yüz on) manat pul köçürülməlidir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 175.2, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 110 (yüz on) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-52/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-52/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver