Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-53/2022 13.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, öhdəsində iki azyaşlı uşağı olan, ünvan 1-da daimi qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmamış, 11.02.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 13.02.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 23.05.2022-ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, barəsində “həbs” qəti imkan tədbiri seçilmiş və axtarış elan edilmiş, 25.05.2022-ci il tarixdə könüllü özünü təqdim etmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,355 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq «Audi-4» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış, 11 fevral 2022-ci il tarixdə saat 22:30 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Bakı küçəsində yerləşən «Bayraq» meydanının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib idarə etdiyi «Audi- 4» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilən zaman qeyd olunan psixotrop maddə avtomobilin ön oturacaqlarının ortasında olan boşluqda kağız bükümün içərsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 11.02.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 13.02.2022-ci il tarixdə saxlanıldığı Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon Məhkəməsinin 12.05.2022-ci il tarixli 1(071)-53/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilmiş, qərar icra edilməsi üçün Hacıqabul rayon Polis Şöbəsinə və Mingəçevir şəhər Polis Şöbəsinə göndərilmişdir. 23.05.2022-ci il tarixə saat 09:00-a təxirə salınmış məhkəmə baxışında Təqsirləndirilən şəxs iştirakı məcburi təmin edilməsi qərara alınmışdır. Lakin Hacıqabul rayon Polis Şöbəsinin 23.05.2022-ci il tarixli 154-8077-1222 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanda aşkar olunmadığına görə, Hacıqabul rayon Məhkəməsinin 12.05.2022-ci il tarixli 1(071)- 53/2022 nömrəli qərarınını icra etmək mümkün olmamışdır. Hacıqabul rayon Məhkəməsinin 23.05.2022-ci il tarixli 1(071)-53/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “həbs” qəti imkan tədbiri seçilmiş və axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. Qərar icra edilməsi üçün Hacıqabul rayon Polis Şöbəsinə və Mingəçevir şəhər Polis Şöbəsinə göndərilmişdir. Qərarın surəti onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs tapılana kimi cinayət işi üzrə icraat dayandırılmışdır. Hacıqabul rayon Polis Şöbəsinin 25.05.2022-ci il tarixli 159-8349-1222 nömrəli məktubundan və axtarışda olan şəxsin könüllü özünü təqdim etməsi haqqında 25.05.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, axtarışda olan Təqsirləndirilən şəxs 25.05.2022-ci il tarixdə könüllü olaraq Hacıqabul rayon Polis Şöbəsinə gəlmiş və özünü təqdim etmişdir. Hacıqabul rayon Məhkəməsinin 31.05.2022-ci il tarixli 1(071)-53/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası 13.06.2022-ci il tarixə saat 09:00-a təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, idarə etdiyi «Audi-4» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıyıb pul qazanır. 21 yavnar 2022ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxıb Mingəçevir şəhəri Nizami prospektində yol ayrıcı ilə piyada gedərkən 01 ədəd kağız bükümün içərsində psixotrop maddə metamfetaminə oxşar maddənin olduğunu tapmış, qəbul etmək üçün şalvarının qabaq sağ yan cibinə qoyub idarə etdiyi avtomobilə əyləşmiş, tapıb özündə saxladığı psixotrop maddə metamfetaminə oxşar maddəni avtomobilin ön oturacaqlarının ortasında olan boşluğa qoymuşdur. 11 fevral 2022-ci il tarixdə Mingəçevir şəhərindən Bakı şəhərinə sərnişin aparmış, sərnişin düşürdəndən sonra saat 21 radələrində Bakı şəhərindən Mingəçevir şəhərinə getmək məqsədi ilə yola düşmüşdür. Həmin günü saat 22:30 radələrində Bakı-Qazax magistral yolda çaşaraq Hacıqabul şəhərində «Bayraq» meydanından Hacıqabul şəhərinə daxil olmuş, avtomobilimi yolun kənarında saxlamışdır. Bir az vaxt keçdikdən sonra Hacıqabul rayon PŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və şübhəli olduğunu deyərək onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Onlar Hacıqabul RPŞ-yə gəlmişlər. Orada müdafiəçi dəvət olunmuş, müdafiəçinin, polis əməkdaşlarının iştirakı və videoçəkliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərində qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra onun razılığı əsasında müdafiəçinin və videoçəkliş aparılmaqla idarə etdiyi «Audi-4» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin ön oturacaqlarının ortasında olan boşluğa qoyduğu psixotrop maddə metamfetamin aşkar edib götürmüşlər. Aşkar olunmuş metamfetamini polis əməkdaşları zərfə qoyaraq möhürləmiş, bu barədə protokol tərtib etmişlər. O, protokolun məzmunu ilə tanış olduqdun sonra protokolu imzalamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Onun evli, öhdəsində iki azyaşlı övladı və xəstə atasının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 11 fevral 2022-ci il Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə olması barədə əməliyyat məlumat almış, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 22:30 radələrində Hacıqabul rayon PPXB-nün polis nəfəri Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri Bakı küçəsinə getmişlər. Orada Bayraq meydanın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi «Audi-4» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə dayandığını görmüş və onu üzərində axtarış aparılması üçün Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı əsasında müdafiəçinin iştirakı və videoçəkliş aparılmaqla Təqsirləndirilən şəxs idarə etdiyi «Audi-4» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön oturacaqlarının ortasında olan boşluqdan bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni aşkar edib götürmüşlər. Aşkar olunmuş maddə bir ədəd poçt zərfinə qoyularaq möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. O, protokolun məzmunu ilə tanış olduqdun sonra protokolu imzalamışdır. Şahid Hacıqabul rayon PPXB-nün polis nəfəri Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 11.02.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Röyal Məmmədov tərəfindən tərtib edilmiş baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Müxtəsər oğlunun idarə etdiyi «Audi-4» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilən zaman psixotrop maddə olan metamfetaminə oxşar kütlə avtomobilin ön oturacaqlarının ortasında olan boşluqda kağız bükümün içərisindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 12 fevral 2022-ci il tarixli 18/180 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs Müxtəsər oğlunun avtomobilindən …» sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,355 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22.02.2022-ci il tarixli 866 ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 04.03.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş 0,355 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, öhdəsində iki azyaşlı övladı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Cəza çəkmə müddətinin əvvəli 25.05.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,305 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 11.02.2022-ci il tarixdən 13.02.2022-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 25.05.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,305 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 23 saata görə 138 manat, məhkəmə baxışı zamanı iştirak etdi 27 saata görə 162 manat olmaqla, cəmi 300 (üç yüz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-53/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-53/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver