Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-53/2025 03.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Meyniman kəndinə daşımış, 11 yanvar 2025-ci il tarixdə, saat 18:20-də Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Meyniman kəndində saxlanılaraq üzərində yoxlama və götürülmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,15 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, işləmək üçün Şuşa şəhərinə getmişdir. 15 dekabr 2024-cü il tarixdə saat 14 radələrində Şuşa şəhərində fəhlə kimi işlədiyi binanın yanında narkotik tərkibli əkilmiş kolu görmüş, həmin kola baxarkən onun narkotik vasitə marixuana olduğunu və kolun qurumuş vəziyyətdə olmasını görmüş, ətrafa baxıb onu heç kimin görməməsindən istifadə edib həmin koldan bir az yığıb sonra istifadə etmək məqsədi ilə bir ədəd 1 ədəd kibrit qutusuna qablaşdırmış, kibrit qutusunu cibinə qoyub yoluna davam etmişdir. Axşam qaldığı evə gəlib kibrit qutusunda olan marixuananı sonra qəbul etmək məqsədi ilə özünə məxsus əl çantasında gizlətmişdir. Yaşadığı evinə gələndən sonra kibrit qutusunda olan marixuana çantada qalmışdır. 11 yanvar 2025-ci il tarixdən sonra başqa yerə işləməyə gedəcəyi üçün əl çantasına əşyalarının bir qismini yığarkən əl çantasında gizlətdiyi 1 ədəd kibrit qutusunda olan marixuananı görmüşdür. O, həmin kibrit qutusunda olan marixuananı götürüb əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Meyniman kəndində yaşayan Soltan ilə Bakı şəhərinə işləməyə gedəcəyi üçün onunla telefon əlaqəsi yarada bilmədiyinə görə həmin günü Meyniman kəndinə getmək məqsədi ilə qonşusu və taksi fəaliyyəti ilə məşğul olan Şahid4 yaşadığı evə gedib çağıraraq onu Meyniman kəndinə aparıb və geri gətirməsini xahiş etmişdir. Şahid4 etiraz etməyib yol haqqı kimi 15 manat pul istəmişdir. Bundan sonra Şahid4 idarə etdiyi «Vaz-2107» markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib saat 17:30 radələrində yola düşərkən qonşusu Şahid5 oğlunun gəldiyini görmüş, Namiq ilə salamlaşandan sonra yol yoldaşı kimi Meyniman kəndinə gedib-gəlməsini demiş, Namiq buna etiraz etməmişdir. Həmin günü saat 18 radələrində Hacıqabul rayonu Meyniman kəndində Vüqara avtomobili saxlamasını və Soltan ilə görüşmək üçün gedəcəyini demiş, Vüqar avtomobili saxlamış, avtomobildən aşağı düşəndən sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib video çəkilişdən istifadə edilməklə üzərində yoxlama aparacaqlarını bildirmiş, o, polis əməkdaşlarına etiraz etməmişdir. Hüquq və vəzifələri izah etdikdən sonra video çəkilişdən istifadə edilməklə üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, əynində olan qara rəngli gödəkçənin sol yan cibində gizlətdiyi 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən 9,70 qram çəkidə olduğu müəyyən edilmişdir. Üzərində yoxlama aparılsa da, qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunan qurudulmuş marixuana poçt zərfinə qoyularaq qablaşdırılaraq poçt zərfin üzərinə imza etmişdir. Bundan sonra rayon PŞ-nə dəvət edilmişdir. RPŞ-də hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, Hacıqabul rayonu Meyniman kəndində üzərindən aşkar edilib götürülmüş qurudulmuş marixuana müdafiəçinin yanında və videoçəklişdən istifadə edilməklə baxış keçirildikdən sonra başqa bir poçt zərfinə qablaşdırlaraq möhürlənmişdir. Yoxlama aparılması və əşyaya təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra protokola imza etmişdir. Şahid4 və Şahid5 onun üzərində olan narkotik vasitədən heç bir məlumatı olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi «Vaz-2107» markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşımaqla məşğu olur. 11 yanvar 2025-ci saat 17:30 radələrində yaşadığı evdə olan zamanı əvvəldən tanıdığı Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək onu bayıra çağırmışdır. O, bayıra çıxdıqdan sonra Təqsirləndirilən şəxs onu Hacıqabul rayonu Meyniman kəndinə aparmasını xahiş etmiş, o, buna görə yol haqqı kimi 15 manat pul alacağını ona bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ tərəfində əyləşib yoluna davam edərkən qonşu Şahid5 oğlunun gəldiyini görmüş, Elməddin Namiqə yol yoldaşı kimi Meyniman kəndinə gedib-gəlməyi demiş, Namiq etiraz etməyib avtomobilin arxa oturacağına əyləşmiş və yollarına davam etmişlər. Yolda Təqsirləndirilən şəxs Meyniman kəndinə niyə getməsini soruşmuş, Elməddin iş yoldaşının olduğunu, onun telefon nömrəsini bilmədiyini, birgə Bakı şəhərində işləməyə gedəcəklərini və dəqiqləşdirmək məqsədi ilə Meyniman kəndinə getdiyini demişdir. Həmin günü saat 18 radələrində Hacıqabul rayonu Meyniman kəndində avtomobili idarə edərkən Təqsirləndirilən şəxs ona avtomobili saxlamasını demiş, o, avtomobili yolun kənarında saxlamış, Təqsirləndirilən şəxs avtomobildən aşağı düşmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşəndən sonra Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığını görmüşdür. Polis əməkdaşları videoçəklişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir kibrit qutusunda marixuana aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından onun məlumatı olmamışdır. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 videokonfrans vasitəsilə şahid qismində dindirilmiş və o, Şahid4 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 yanvar 2025-ci il tarixdə Şirvan şəhəri H.Əliyev prospekti 1 nömrəli evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və rayon PŞnin PPXB-nün manqa komandiri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat müşahidə qrupu yaradılmışdır. Həmin günü saat 18:20-də Hacıqabul rayonu Meyniman kəndində Təqsirləndirilən şəxs avtomobildən düşərkən saxlanılıb üzərində narkotik vasitə saxlamasında şübhəli bilinərək videoçəklişdən istifadə edilməklə üzərində yoxlama aparacaqlarını bildirmiş, Təqsirləndirilən şəxs üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibində gizlətdiyi 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən 9,70 qram olduğu müəyyən edilmiş, aşkar olunan qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Bədəlov X2 rayon Polis Şöbəsinə dəvət olunmuş, rayon PŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zamanı aşkar olunub götürülmüş narkotik vasitə marixuana onun müdafiəçisinin iştirakı ilə zərf açılıb baxış keçirildikdən sonra başqa zərfə qablaşdırılaraq rayon PŞ-nin 80 saylı möhürülü ilə möhürlənmişdir. Yoxlama və maddi sübutun götürülməsi və kütləyə təkrar baxış keçirilməsi barədə tərtib olunmuş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusu içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 9,7 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusu içərisində 9,7 qram olan maddənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/23 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,02 qramı sərf edildikdən sonra 6,13 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 5 qram, külli miqdarın həddinin 500 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin CAB–nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 6,13 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. ünvan 3iş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. ünvan 3iş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yerində müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə baxmayaraq, təyin edilmiş cəzanın islahedici təsirinin yetərli olmaması səbəbindən o, narkotik vasitələrin istifadəsi kimi zərərli vərdişdən uzaqlaşmamış və nəticə etibarı ilə təyin edilmiş cəzanın məqsədlərinə nail olunmamışdır. Yuxarıda qeyd edilən xüsusatlara əsasən məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs barəsində hazırki vəziyyətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əvvəllər analoji xarakterli cinayəti törətməyə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilməsinə baxmayaraq, yenidən şəxsi istehlak miqdarından narkotik vasitə əldə etməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət etməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında həbs edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 6,13 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edildiyinə görə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 6,13 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 90 (doxsan) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-53/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-53/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver