Məhkəmə qərarları › İş №1(071)-54/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-54/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-54/2024 03.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Salyan rayonu Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Qubalıbalaoğlan kəndinin ərazisinə daşımış, 19 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd selofan bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 1,491 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən cinayətdə özünü təqsirli bilməsə də, göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, təxminən on beş ilə yaxın müddətdir narkotik vasitə istifadə edir. Son vaxtlar narkotik vasitə istifadə etmir. 19 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhərindən Hacıqabul rayonu Qubalabalaoğlan kəndində yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra atası Qubalıbalaoğlan kəndinin sahə müvəkkili Zaur Səlimovun onunla maraqlandığını bildirmişdir. Bundan sonra o, yaşadığı evdən çıxaraq yaşadığı kəndin mərkəzi istiqamətinə gedərək orada Zaur Səlimova yaxınlaşmış və nə səbəbdən onunla maraqlandığını soruşmuşdur. X14 RPŞ-nin əməliyyat NMQ-nun müvəkkili Şahid2 onu axtardığını bildirmiş və onun yanında Şahid2 gözləməyini tapşırmışdır. Təxminən 40 dəqiqə sonra Şahid2 və Samid Misirxanov avtomobillə onlara yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. O, bununla razılaşıb Şahid2 və S.Misirxanovla birlikdə polis şöbəsinə getmişdir. Hacıqabul RPŞ-nin inzibati binasında olarkən onu xidməti otağa dəvət etmişlər. Orada polis əməkdaşları ona hədəqorxu gəlmiş, üzərində aparılacaq şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olmasını bildirməsini tapşırmışlar. O, qorxduğu üçün şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Qubalıbalaoğlan kəndində Şahid2 gözləyərkən orada olan marketin əməkdaşı bunun şahidi olmuşdur. Övladı İİ Qarabağ müharibəsinin iştirakçısıdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitənin olmadığını, qeyd edilən cinayəti törətmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edən ifadələr verdiyinə görə onun məhkəməyədək verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qeyd edilən cinayətdə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 5 ilə yaxındır narkotik vasitələrdən istifadə edir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmişdir. 19 mart 2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad edilmişdir. Cəzadan azad edildikdən sonra bədənində ağrılar yaranmış və bu səbəbdən narkotik vasitə olan heroindən istifadə etmişdir. Həmin narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 19 yanvar 2024-cü il tarixdə saat 15 radələrində siqaret almaq məqsədilə Hacıqabul rayon Qubalıbalaoğlan kəndində yerləşən yaşadığı evdən çıxıb kəndin mərkəzində yerləşən mağazaya tərəf piyada hərəkət etməyə başlamışdır. Yaşadığı evdən bir qədər kənarlaşdıqdan sonra yerdə 01 ədəd büküm olduğunu görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün yaxınlaşıb götürən zaman içərisində kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra selofan kəsiyində olan narkotik vasitəni əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoyub kəndin mərkəzinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş, onun narkotik vasitələr əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirərək rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində o, müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı üzərində hər hansı qadağan olunmuş və ya maddə olmasını ondan soruşmuş, o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd selofan kəsiyi bükümündə olan narkotik vasitə heroini təqdim etmişdir. Təqdim edilmiş bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 1,6 qram olması müəyyən edilmişdir. Bundan sonra protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 yanvar 2024-cü il tarixdə Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, Hacıqabul rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul RPŞ-nin rəisinin əmri əsasında onun rəhbərliyi ilə qrup üzvü kimi CAB-nin əməliyyat müvəkkili Qulu Cəfərovdan ibarət əməliyyat qrupu yaradılmışdır. 19 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Hacıqabul rayonu Qubalıbalaoğlan kəndinin mərkəzinə doğru piyada şəklində hərəkət etdiyini görmüşlər. Həmin vaxt onlar birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı Natiq Ağayev tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X12 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara məlumat vermişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroinə oxşar maddəni təqdim edərək, həmin narkotik vasitəni 19 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 1,60 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində polis sahə müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Qubalıbalaoğlan kəndinin sakini kimi tanıyır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edildiyinə görə onun tərəfindən profilaktiki nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs atası İsmayılov Həsənxan dəfələrlə onunla telefon əlaqəsi yaradaraq oğlu Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsindən şikayət etmişdir. O, bununla əlaqədar dəfələrlə Təqsirləndirilən şəxsla profilaktiki söhbətlər apararaq ona qanunvericiliyin tələblərini izah etmişdir. 19 yanvar 2024-cü il tarixdə o, Qubalıbalaoğlan kəndində olarkən Təqsirləndirilən şəxs kənd ərazisində görmüşdür. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməsi ilə əlaqədar Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutularaq rayon polis şöbəsinə aparılmışdır. O, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxsla heç bir söhbət etməmiş, sonuncuya Hacıqabul RPŞ-nin əməliyyat NMQ-nun müvəkkili Şahid2 onu axtarmasını bildirməmişdir. Həmin gün o, digər vaxtlarda olduğu kimi Şahid2la telefon əlaqəsi saxlamışdır. Lakin, o, Şahid2la xidməti işlərlə əlaqədar telefon əlaqəsi saxlamışdır. Bundan başqa, aradan uzun müddət keçdiyinə görə o, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs atası Həsənxan İsmayılovla telefon əlaqəsi saxlamasını dəqiq xatırlamır. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İsmayılov Həsənxan ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun övladıdır. 2024-cü ilin yanvar ayında polis sahə müvəkkili X8 onun yaşadığı evə gələrək oğlu İsmət barədə maraqlanmışdır. O, Z.Səlimova bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs hazırda Bakı şəhərində işləyir. Bundan bir gün sonra Z.Səlimov yenidən onun oğlu barədə maraqlanmışdır. Övladı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Hacıqabul rayon Qubalıbalaoğlan kəndində yerləşən evinə gəldikdən sonra Z.Səlimovun yanına getmişdir. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd selofan kəsiyi bükümü aşkar edilmiş, həmin selofan kəsiyi bükümünə baxış keçirilən zaman içərsində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/84 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen bükümündə təmiz çəkisi 1,491 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 1,441 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 83-cü bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 908 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə təyin edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsi, həmin narkotik vasitənin satmaq məqsədinin olmadığı, həmin maddədən kənar şəxslərə vermədiyi müəyyən olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 1,441 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, İsmayılov X2 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, 19 mart 2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır. Hacıqabul rayon İcra Hakimiyyətinin Qubalıbalaoğlan kənd İ.Ə.D. üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İsmayılov X2 rayonu Qubalıbalaoğlan kəndində arvadı X5, övladları – 1999-cu il təvəllüdlü X9, 2001-ci il təvəllüdlü X4 ilə bir yerdə yaşayır. Hacıqabul rayon İcra Hakimiyyətinin Qubalıbalaoğlan kənd İ.Ə.D. üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 18-1-41/2-75/2024 saylı xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər mərkəzi xəstəxanasının narkoloji kabinetində xx.xx.2019-cu ildən qeydiyyatdadır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X7 azad edilmişdir. İş materiallarında olan sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs övladı X1 Müharibəsində iştirak etmiş və “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək bildirmişdir ki, ibtidai araşdırma orqanları tərəfindən prosessual pozuntulara yol verilmiş, nəticədə o, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verildiyini və polis əməkdaları tərəfindən ona hədə-qorxu gəlindiyini bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmiş, bundan başqa üzərində şəxsi axtarış aparılarkən tədbirin keçirilməsində iştirak edən müdafiəçiyə bu barədə heç bir məlumat verməmişdir. Baxmayaraq ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, onun İİİ qrup əlil olmasını və övladının Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (on dəfəyə yaxın miqdarda) narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə X7 azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,441 qram olan narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkir, lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə təyin edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1,441 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasına baxmayaraq, İİİ qrup əlil olması nəzərə alınmaqla barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsin və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar