Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-59/2022 25.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2; Təqsirləndirilən şəxs3 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx.xx.1972-ci ildə Salyan rayonu Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri H.Aslanov küçəsi ev 1 mənzil 1-də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 37 mənzil 3-də yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi; xx.xx.1994-cü ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti ev 40-da qeydiyyatda olmaqla, Şirvan şəhəri İ.Qayıbov küçəsi ev 28-də yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi; xx.xx.1985-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş, Şirvan şəhəri 1 May küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şirvan şəhəridə yerləşən Su kanal idarəsinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 35 manata şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 7 ədəd kağız bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri-0,085 qram, 0,090 qram, 0, 081 qram, 0,074 qram, 0,103 qram, 0,072 qram, 0,074 qram, ümumi çəkisi-0,579 olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satın almaqla əldə edib əynində olan qara rəngli gödəkçənin sol yan cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Aslanov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs3 qanunsuz olaraq 30 manata ümumi çəkisi 0,862 qram olan narkotik vasitə hesab edilən heroini və 20 manata ümumi təmiz çəkisi 0,425 qram olan psixotrop maddə hesab edilən metamfetamini əldə edib daşıyaraq saxlamış, daha sonra narkotik vasitə hesab edilən heroinin 0,579 qram çəkidə olan hissəsini xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şirvan şəhərində yerləşən “Su kanal” idarəsinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 35 manata satmış, heroinin qalan 0,283 qram çəkidə olan hissəsi və 0,425 qram çəkidə olan psixotrop maddə hesab edilən metamfetamin isə 18 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri İ.Qayıbov küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi və tamah niyyəti ilə istintaq məlum olmayan vaxta və mənbədən ümumi çəkisi 0,862 qram narkotik vasitə olan heroini və ümumi çəkisi 0,817 qram psixortop maddə hesab edilən metamfetamini əldə edib dayşıyaraq saxlamış, daha sonra narkotik vasitə hesab edilən heroini 30 manata və metamfetaminin 0,425 qram çəkidə olan hissəsini isə 20 manata xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şirvan şəhəri 1 May küçəsində yerləşən yaşadığı evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, metamfetaminin 0,392 qram çəkidə olan hissəsi isə xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri 1 May küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində bildirdi ki, o, Hacıqaul şəhəri H.Aslanov küçəsi ev 1 mənzil 1-də daimi qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 37 mənzil 3-də yaşayır. Uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 dayısı Natiqlə 1 saylı Cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmişlər. Natiq həbsdən çıxmışdı. O, xx.xx.2022-ci il tarixdə Natiqə baş çəkməyə getmişdir. Natiqlə görüşmüşdür. Geri qayıdanda Rövşən onu yola salmışdır. Yuxarıdan Niva maşını gəldiyini görmüş və polis əməkdaşları olduğunu anlamış və cibində olan heroini yerə atmışdır. Arxadan gələn maşındakı polis əməkdaşları onun narkotik maddə heroini yerə atmasını görmüşlər. Polis əməkdaşları onlara yaxınlaşmış və yerdəki heroini də götürüb, onları Hacıqabul RPŞ-yə gətirmişlər. O, polis əməkdaşlarına heroinin ona məxsus olduğunu bildirmişdir. Bir yerə bükülmüş yeddi büküm idi. O, heroini xırda bükümlərə özü ayırmışdı. Polis şöbəsində onun üstündə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla axtarış aparılmışdır. Üstündən mobil telefonu və 2,30 manat pul və yolun kənarına atdığı heroin çıxmışdır. Polis əməkdaşları onu saxlayandan sonra yerə atdığı heroini götürüb cibinə qoymuşdur. Polis əməkdaşlarına heroini Hacıqabul şəhərində yerdən tapdığını bildirmişdir. Ona sual vermişlər ki, heroini Rövşəndən alıbsan? Bu zaman o, heroini 35 manata Rövşəndən aldığını etiraf etmişdir. Əməlindən peşman olmuşdur. Ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti ev 40-da qeydiyyatda olmaqla, Şirvan şəhəri İ.Qayıbov küçəsi ev 28-də yaşayır. O, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Əvvəllər AR CM-nin 127.2.3, 221.3, 1772.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. Anası və dayısı da narkomandır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun dayısı Natiqə baş çəkməyə gəlmişdir. O, Təqsirləndirilən şəxs1 gedəndə yola salmışdır. Yolda onları polis əməkdaşları Şirvan kanalın yanında saxlamış və narkotik maddə saxlamaqda şübhəli olduqlarını bildirərək, onları Hacıqabul RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs1 üstündə narkotik maddə var idi. Hacıqabul RPŞ-də müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üstündə axtarış aparılmışdır. Polis şöbəsində onu qorxutmuşlar ki, anasını və dayısını da tutacaqlar. Onun üzərindən bir ədəd mobil telefon, 2 ədəd siqaret kağızı kəsiyi bükümündə heroin və metamfetamin aşkar olundu. Onu qorxutduqlarına görə bildirmişdir ki, Mənsimdən 35 manat pul alıb tanışı Təqsirləndirilən şəxs3 Şirvan şəhəri 1 May küçəsində görüşüb 30 manat verərək bir bükümdə narkotik vasitə olan heroin və 5 manatın üzərinə özünün 15 manat pulunu qoyaraq 20 manatı Təqsirləndirilən şəxs3 verib ondan bir büküm də metamfetamin almışdır. Yolda Mənsim üçün aldığı narkotik vasitə olan heroinin üzərindən öz istifadəsi üçün bir büküm götürdükdən sonra gətirib Mənsimə həmin narkotik vasitə heroini Şirvan şəhəri “Su kanal” idarəsinin yanında vermişdir. O, üzərində narkotik maddə saxlamağa görə CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yaşayır. O, uzun müddətdir ki, narkotik vasitə marixuana və metamfetamindən istifadə edir. Əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır, o narkotik vasitə aludəçisidir və onun ailə üzvüləridə məhkum olunmuşlar siyahısındadır. xx.xx.2022-ci il tarixdə saat 16-radələrində Şirvan şəhərinə yaşadığı evin yaxınlığından yerdən bir kağız bükümü tapmış və içərisini açıb baxanda görmüşdür ki, içərsində psixotrop maddə metamfetaminə oxşar kütlədir. Bundan sonra o, tapdığı psixotrop maddəni əynində olan boz rəngli qış gödəkcənin sağ yan cibinə qoymuşur ki, sonra istifadə edər. Həmin günü axşam saat 20 radələrində yaşadığı küçədə dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq, onun Rövşən adlı şəxsə narkotik vasitə satmaqda və üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Hacıqabul rayon polis şöbəsinə gətirilmiş və dərhal Müdafiəçi3 ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edildikdən sonra müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuş o, isə onlara əynində olan boz rəngli gödəkçəsinin sağ cibində saxladığı 1 ədəd kağız kəsiyinin içərsində, psixotrop maddə metamfetamin və 80 manat pul olduğunu bildirərək təqdim etdikdən sonra əynində olan boz rəngli qış gödəkçəmin sol cibində saxladığı 1 ədəd “Nokia” markalı və 1 ədəd “Mİ” markalı mobil telfonlar aşkar edilmişdir. Bundan başqa üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmiş və bu barədə protokol tərtib olunduqdan sonra protokolu imzalamışdır. Ona Hacıqabul RPŞ-də heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. O, Rövşənə narkotik maddə satmamışdır. Xəstə olmasını, anasının xəstəliyini, atasının vəfat etməsini nəzərə alaraq ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili işləyir. xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri H.Aslanov küçəsi ev 1 mənzil 1-də qeydiyyatda olmaqla Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 37 mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etdikdən sonra daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 əvəllər yaşadığı Hacıqabul şəhəri H.Aslanov küçəsində yerləşən evin yaxınlığında saxlayaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş, bundan sonra video çəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkçəsinin sol cibində saxladığı 1 ədəd kağız kəsiyinin içərsində 7 ədəd kağız kəsiyində narkotik maddə heroinə bənzər maddəni və 1 ədəd qara rəngli üzərində “f” yazısı olan mobil telefonu təqdim edərək etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni xx.xx.2022-ci ildə Şirvan şəhərində “Su Kanal” idarəsinin yaxınlığında tanışı Rövşən adlı şəxsdən 35 manata almasını özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə olan heroinə oxşar maddələr bir ədəd poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürləndi. TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra o, həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Bundan sonra Hacıqabul RPŞ TB-nin təhqiqatçısı, polis mayoru Natiq Ağayev tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında qrupun üzvü ilə birlikdə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini satan şəxs Təqsirləndirilən şəxs2 müəyyən edilməsi istiqamətində keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri İ.Qayıbov küçəsində yerləşən evinin yaxınlğında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qış gödəkçəsinin sol cibində saxladığı 1 ədəd “Samsung” markalı mobil telefon 2 ədəd kağız kəsiyini təqdim edərək, həmin kağız kəsiylərinin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sol cibindən 1 ədəd 10 manatlıq pul əskinazı aşkar edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop metamfetamini tanışı Təqsirləndirilən şəxs3 Şirvan şəhəri 1 May küçəsində almasını, tanışı Təqsirləndirilən şəxs1 1 bükümdə narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində “Su Kanal” idarəsinin yaxınlığında 35 manata satdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr bir ədəd poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş və TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra oda həmin protokolun məzmunu ilə tanış olaraq protokolu imzalamışdır. Bundan sonra Hacıqabul RPŞ TB-nin təhqiqatçısı, polis mayoru Natiq Ağayev tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında qrupun üzvü ilə birlikdə Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satan şəxs Təqsirləndirilən şəxs3 müəyyən edilməsi istiqamətində keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri 1 May küçəsində yerləşən evinin yaxınlğında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs3 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılarkən onun əynində olan boz rəngli gödəkçənin sağ cibindən 1 ədəd kağız kəsiyinin içərsində psixotrop maddə metamfetamin və 80 manat pul və boz rəngli gödəkçəsinin sol cibindən 1 ədəd “Mİ” markalı mobil telefon və 1 ədəd “Nokia” markali mobil telefonlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə yaşadığı 1 may küçəsindən tapmasını özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 götürülmüş psixotrop maddə metamfetaminə oxşar maddə bir ədəd poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürləndi. TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra oda protokolu imzalamışdır. Onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir yerdə saxlamamış, əvvəlcə Təqsirləndirilən şəxs1 saxlamışlar. Sonradan Təqsirləndirilən şəxs1 narkotik maddəni Təqsirləndirilən şəxs2 aldığını bildirdiyinə görə, təhqiqatçının tapşırığına əsasən Təqsirləndirilən şəxs2 saxlamışlar. Daha sonra isə Təqsirləndirilən şəxs2 narkotik maddəni Təqsirləndirilən şəxs3 aldığını və bir hissəsini Təqsirləndirilən şəxs1 satdıqdan sonra, təhqiqatçının tapşırığına əsasən Təqsirləndirilən şəxs3 saxlayaraq Hacıqabul RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təzyiq olmamış, hədə-qorxu gəlməmişlər. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Şahid X4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, o, Şirvan şəhəri İ.Qayıbov küçəsi, ev 28-də qeydiyyatda olmaqla yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 onun oğludur, oğlunun narkotik vasitə qəbul etməsindən xəbəri olmamışdır. Rövşən tutulduğu gün bilmişdir ki, o, narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs3 onunla qonşudur, Təqsirləndirilən şəxs1 isə tanımır. Təqsirləndirilən şəxs3lə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs3 onun ailə üzvlərinin narkotik vasitə satması barədə dedikləri doğru deyil. Təqsirləndirilən şəxs3 oğlu Rövşənə onların barəsində elə deməsini güman edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 məxsus qara rəngli “Nokia” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus qara rəngli “Nokia” markalı mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrənin olması, həmin mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə gələn zənglər, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 06:56 radələrində 49 saniyə telefon danışığı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 məxsus qara rəngli “Mİ” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus qara rəngli “Mİ” markalı mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə gedən və gələn zənglər, xx.xx.2022-ci il tarixdə saat 08:11-də, xx.xx.2022-ci il tarixdə saat 11:59da, xx.xx.2022-ci il tarixdə 11... 9 dəqiqə 38 saniyə, xx.xx.2022-ci il tarixdə saat 17:53-də 20 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:27-də, xx.xx.2022-ci il tarixdə saat 12:28-də, xx.xx.2022-ci il tarixdə saat 12:41-də, xx.xx.2022-ci il tarixdə saat 12:43-də 40 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:12-də 10 dəfə təkrar zənglər, xx.xx.2022-ci il tarixdə saat 16:13-də 56 saniyə telefon danışığı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 məxsus qara rəngli “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus qara rəngli “Samsung” markalı mobil telefonun üzərində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olması müəyyən olundu. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı nömrəyə və Allahverdiyevə məxsus ***-***-**-** saylı nömrəyə gedən və gələn zənglər, xx.xx.2022-ci il tarixdə saat 08:11-də, xx.xx.2022-ci il tarixdə saat 11:59-da, xx.xx.2022-ci il tarixdə 11... 9 dəqiqə 38 saniyə, xx.xx.2022-ci il tarixdə saat 17:53-də 20 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:27-də, xx.xx.2022-ci il tarixdə saat 12:28-də, xx.xx.2022-ci il tarixdə saat 12:41-də, xx.xx.2022-ci il tarixdə saat 12:43-də 40 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:12də 10 dəfə təkrar zənglər, xx.xx.2022-ci il tarixdə saat 16:13-də 56 saniyə telefon danışığı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 məxsus qara rəngli “f” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus qara rəngli “f” markalı mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrənin olmasına baxmayaraq mobil telefonun ekran görüntüsü sındığı üçün baxış keçirilməsi mümkün olmamışdır. Cinayət işində olan 18 yanvar 2022-ci il tarixdə saat 18:35-də tərtib edilmiş protokoldan görünür ki, X2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyinə bükülmüş 7 ədəd kağız kəsiyində narkotik vasitə olan heroin, 1 ədəd qara rəngli üzərində “F” yazısı olan mobil telefon aşkar edilmişdir. Cinayət işində olan 18 yanvar 2022-ci il tarixdə saat 19:37-də tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 2 ədəd kağız kəsiyində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd 10 manatlıq əskinaz aşkar edilmişdir. Cinayət işində olan 18 yanvar 2022-ci il tarixdə saat 21:35-də tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyində psixotrop maddə metamfetamin 80 manat pul, 1 ədəd “Mİ” markalı, 1 ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilmişdir. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar heroin və psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən 3 ədəd diskə məhkəmə iclasında baxış keçirildi və təqsirləndirilən şəxslər həmin vaxt verdikləri ifadələrində, Təqsirləndirilən şəxs1 narkotik maddəni Təqsirləndirilən şəxs2 aldığını, Təqsirləndirilən şəxs2 narkotik maddəni Təqsirləndirilən şəxs3 aldığını və bir hissəsini Təqsirləndirilən şəxs1 satdığını səmimi etiraf etmişlər. Həmçinin üzləşmə protokollarında da bu hal öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/76 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd ağ rəngli kağıza kəsiyi bükülü 7 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri - 0,085 qram, 0,090 qram, 0,081 qram, 0,074 qram, 0,103 qram, 0,072 qram, 0,074 qram olmaqla, ümumi çəkisi - 0,579 olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - kağıza bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,283 qram maddə kustar üsulla hazırlanmış narkotik vastə heroindir. - 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,425 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Tədqiqata təqdim olunmuşn üzərində “Təqsirləndirilən şəxs3 üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1ədəd kağız bükümdə təmiz çəkisi - 0,392 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 7 bükümdə və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 ədəd bükümdə, cəmi 8 ədəd bükümdə ümumi çəkisi 0,862 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə və Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 1 ədəd bükümdə, cəmi 1 ədəd bükümdə, cəmi 2 ədəd bükümdə ümumi çəkisi 0,817 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir(1 siyahı) Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (1 siyahı) (İş v. 1-ci cild 82-85). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1058 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İş v. 2-cild 49-50). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İş v. 2-cild 51-52). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1061 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (iş v. 2-cild 53-54). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Bağırov X3 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(071)-56/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-264/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələrinə əsasən 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cəzasını çəkməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 1(032)-241/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.4, 69.3-cü maddələrinə əsasən 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxslərin özlərinin ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də maddi sübutlar, iş materialinda olan DVD diskə əlavə edilmiş audio və video yazı və işdəki digər sənədlərlə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma cinayətini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroini əldə etmələri, saxlama, daşıma və satma cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi; Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi; Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar ittiham olunduqları maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilməməsinə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 heroin satmadığına, Təqsirləndirilən şəxs3 metamfetamin və heroin almadığına, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 metamfetamin və heroin satmadığına dair məhkəmə iclasında ifadələrində göstərdikləri xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onların məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir. Çünki, məhkəmə iclasında şahidlər və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı ondan heroin aldığını söyləmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində və üzləşmə zamanı Təqsirləndirilən şəxs2 üzünə qarşı, ondan heroini 35 manata aldığı söyləmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində və üzləşmə zamanı Təqsirləndirilən şəxs3 üzünə qarşı, ondan metamfetamin və heroin aldığı söyləmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdikləri ifadələri özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəza yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-264/2021 nömrəli hökmü ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-264/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilən cəzaya qismən birləşdirilməli və ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 1(032)-241/2020 nömrəli hökmü ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,622 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,717 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 49,74 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-264/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs2 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,622 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,717 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 300 (üç yüz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 (iki qırx) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altımış) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 41 saata görə 246 (iki yüz qırx altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi3 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-59/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-59/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver