Məhkəmə qərarları › İş №1(071)-6/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-6/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-6/2022 18.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd nəfər ailə üzvü olan, 2-ci qrup əlil olan, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri Şirvan küçəsi ev 50-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «COVİD-19» tipli koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tədbiq edildiyi dövr ərzində «COVİD-19» tipli koronavirus infeksiyasının daşıyıcısı olduğunu və həmin infeksiyanın daşıyıcısı olmaqla müalicə olunduğu müddət (14 gün) ərzində yaşadığı evi tərk etməməli olduğunu, həmin virusa başqa şəxsləri yoluxdurması üçün real təhlükə yaratdığını bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi və təcrid olunma» Qaydalarının mənzili (evi) tərk etməməsinə dair karantin rejiminin tələblərini qəsdən, kobud şəkildə pozub 22.08.2021-ci il tarixdə saat 12:40 radələrində idarə etdiyi «Vaz-21014» makalı ** BU *** dövlət qeydiyyat nişanılı avtomobillə yaşadığı Hacıqabul şəhəri, Şirvan küçəsi 50 №-li evi tərk edib insanların sıx toplaşdığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “Kaspi” adlı YDM-nə getməklə «COVİD-19» koronavirus tipli xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, «COVİD 19» virusuna yoluxub-yoluxmadığını müəyyən etmək məqsədi ilə 10.08.2021-ci il tarixdə Hacıqabul rayon Mərkəzi Xəstəxanasında test üsuli ilə yaxma vermişdir. 11.08.2021-ci tarixdə Hacıqabul rayon GEM-in əməkdaşı Şahid4 onunla telefon əlaqəsi yaradaraq onda «COVİD 19» virusu aşkar edilməsini, yaşadığı evdən çölə çıxmamasını, ev şəraitində «COVİD 19» virusunadan müalicə almasını bildirmişdir. Bununla bağlı Hacıqabul rayon MX-da həkim Gülşən Qəmbərovaya müraciət etmiş və həkim tərəfindən müayinə olunmuş və ev şəraitində müalicəsini davam etdirmişdir. 22 avqust 2021-ci il tarixdə və «COVİD 19» virusuna yoluxduğu dövr ərzində yaşadığı evi tərk etməmişdir. «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil onun əmisi oğlu Şahid5 Səyyaf oğluna məxsusdur. Şahid5 Səyyaf oğlu avtomobilə dair onun adına etibarnamə vermişdir. «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində olsa da, 22.08.2021-ci il tarixdə o, evdən çıxmamış və avtomobili idarə edərək Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “Kaspi” adlı YDM-nə getməmişdir. Avtomobil onun evinin qarşısında olmuşdur, avtomobili ondan başqa Şahin və Ruslan idarə edirlər. 22.08.2021-ci ildə polis əməkdaşları iki dəfə gəlib onu evdə yoxlayıb getmişlər. O, karantin müddətində evdə olmuş və heç bir cinayət törətməmişdir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Şahid X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul şəhərində yerləşən «Kaspi» YDM-də operator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Hacıqabul şəhər sakini tanımış, münasibəti normaldır. 22 avqust 2021-ci il tarixdə səhər saat 09 radələrində işlədiyi Hacıqabul şəhərində yerləşən «Kaspi» YDM-nə gəlib növbəni təhvil almışdır. Həmin günü YDM-də olan zaman təxminən saat 12:45 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə YDM-ə gəlib avtomobilinə 2 manatlıq Aİ-92 markalı yanacaq almışdır. Həmin vaxtı YDM-də dayanan Hacıqabul şəhər sakini kimi tanıdığı Rauf adlı şəxs Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşib birgə çıxıb getmişlər. Aradan bir neçə dəqiqə keçəndən sonra Hacıqabul RPŞ-nin əməkdaşları YDM-ə gəlib ondan Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə YDM-ə gəlib-gəlmədiyini soruşmuşlar. O, da Xəyyamın idarə etdiyi avtomobillə YDM-ə gəldiyini və 2 manatlıq Aİ-92 benzini alıb Raufla birgə getdiyinmi demişdir. Səbəbi ilə maraqlananda polis əməkdaşları ona Təqsirləndirilən şəxs «COVİD 19» virusuna yoluxduğunu və xəstə olduğu halda evdən çölə çıxdığını bildirmişlər. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhər sakini tanımış, onunla münasibəti normaldır. 22 avqust 2021-ci il tarixdə Hacıqabul şəhərində yerləşən «Kaspi» YDM-də olan zaman tanışı Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilinə yanacaq götürmək məqsədi ilə YDM-ə gəldiyini görmüşdür. Xəyyama yaxınlaşıb onu evə aparmasını xahiş etmişdir. Xəyyam etiraz etmədiyi üçün avtomobilə minərək yaşadığı Hacıqabul şəhəri Ü.Hacıbəyov küçəsi 5 №-li evin küçəsinə gəlmiş və küçədə avtomobildən düşüb evinə getmişdir. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayon Polis Şöbəsində xitmət üzrə rəis müavini vəzifəsində işləyir. 10 avqust 2021-ci il tarixdə Hacıqabul şəhəri Şirvan küçəsi 50 №-li evdə yaşayan Təqsirləndirilən şəxs «COVİD 19» virusuna yoluxub-yoluxmamaması barədə yaxma analiz vermiş, 11 avqust 2021-ci il tarixdə Hacıqabul rayon X1 rayon PŞ-nə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdə test üsulu ilə götürülmüş yaxmanın cavabı pozitiv yəni «COVİD 19» virusuna yoluxması aşkar edilmişdir. 25 avqust 2021-ci il tarixdə məlumat daxil olaraq Təqsirləndirilən şəxs 22 avqust 2021-ci il tarixdə 12:44 radələrində yaşadığı Hacıqabul şəhəri Şirvan küçəsi 50 №-li evi tərk edərək idarə etdiyi «Vaz-21014» makalı ** BU *** dövlət qeydiyyat nişanılı avtomobillə Hacıqabul şəhərində yerləşən «Kaspi» adlı YDM-ə getmiş, orada operator işləyən X2 yanacağın pulunu ödəmişdir. Bu zaman orada Təqsirləndirilən şəxs avtomobilinə Hacıqabul şəhər sakini Şahid2 əyləşmiş və hər ikisi oradan çıxıb getmişlər. Hacıqabul şəhərində yerləşən «Kaspi» adlı YDM-də operator işləyən İlqar Qəhrəmanov ilə Hacıqabul şəhər sakini Şahid2 Hacıqabul RPŞ-yə dəvət olunmuş, onlarla şifahi söhbət edilərkən hər ikisi 22.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz-21014» makalı ** BU *** dövlət qeydiyyat nişanılı avtomobillə Hacıqabul şəhərində yerləşən YDM-ə gələrək avtomobilə yanacaq almasını və sonradan Raufun onun avtomobilinə əyləşərək çıxıb getmələrini təsdiq etmişlər. Şahid5 Səyyaf oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs Əliaqdir oğlu onun əmisi oğludur. Təqsirləndirilən şəxs avtomobili idarə etmək məqsədi ilə etibarnamə vermişdir. Özü ev təmiri ustası işlədiyi üçün, bəzi vaxtlarda avtomobili yaşadığı evin həyətində olur və bəzi vaxtlarda isə Xəyyamın işi olanda avtomobili idarə edir. Çox vaxt avtomobili idarə etmir, yəni avtomobilə ehtiyacı olmur. 22.08.2021-ci il tarixdə ev təmirində olduğu üçün, avtomobilini idarə etməmişdir. Ona təqdim olunan fotoşəkillərdə olan şəxs, yəni 22.08.2021-ci il tarixdə saat 12:45 radələrində olan görüntüdə və fotoşəkildəki avtomobili idarə edən şəxs o, deyildir. Şahid6 məhkəmə iclasında Şahid5 Səyyaf oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi və 22.08.2021-ci il tarixdə Şahinə məxsus olan «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmədiyini bildirdi. Azərbaycan Respublikası İcbari X5 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin 31.08.2021-ci il tarixli 147 №-li məktubunda qeyd edilmişdir ki, Hacıqabul şəhəri Şirvan küçəsi 50 №-li evdə qeydiyyatda olan 10.04.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdə «Covid- 19» virusuna görə «Hacıqabul Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsində «PZR» müayinəsindən keçmiş, 11.08.2021-ci il tarixdə müayinə nəticəsi pozitiv olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzindən 03.09.2021-ci il tarixdə daxil olmuş 108 №-li məktubunda qeyd edilmişdir ki, Hacıqabul şəhəri Şirvan küçəsi 50 №-li evdə qeydiyyatda olan 10.04.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yoluxma barədə məlumatı 11.08.2021-ci il tarixdə kompyuter operatoru Şahid4 tərəfindən verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 03.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratması, yəni Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyyd edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nın 139-1.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onun məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir. Çünki, Təqsirləndirilən şəxs istifadəsində olan «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili 22.08.2021-ci il tarixdə idarə etmədiyini, evdən çıxmadığını, YDM-ə getmədiyini bildirsə də, həmin avtomobili digər şəxslər Şahin və Ruslan tərəfindən idarə edildiyini sübukuta yetirə bilməmişdir. Çünki, Şahin və Ruslan ifadələrində 22.08.2021-ci il tarixdə «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmədiklərini bildirmişlər. Belə olan halda həmin avtomobili Təqsirləndirilən şəxs özünün idarə etdiyi sübuta yetirilir, həmçinin şahid X3 onun üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs 22 avqust 2021-ci il tarixdə saat 12:45 radələrində «Kaspi» YDM-ə gəlib idarə etdiyi «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə 2 manatlıq Aİ-92 markalı yanacaq almışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində dörd nəfər ailə üzvünün olmasını, 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək, yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 saata görə 90 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 210 (iki yüz on) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 saata görə 90 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 210 (iki yüz on) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar