Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-6/2025 27.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı – X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində azyaşlı uşaqlar olan, orta təhsilli, fərdi sürücülüklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Soltanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Sumqayıt yolu 6 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 22 yanvar 2023-cü il tarixdə saat 22:37 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X4 məxsus “Mersedes Benz” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı “Axor1824L” modelli furqon soyuducu lift tipli yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 137-ci kilometrliyində Bakı istiqamətində sağ hərəkət zolağında 70-75 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşısısnda onunla eyni istiqamətdə avtomobilin hərəkətdə olmasını nəzərə alaraq onunla təhlükəsiz ara məsafəsi saxlamalı və yaxud hərəkətin təhlükəsizliyini təmin etmək imkanı olduğu halda, bunu etməyib diqqətini avtomobilin idarə olunmasından ayırmaqla avtomobilin təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün yerinə yetirmədiyindən idarə etdiyi avtomobilin qabaq hissəsi onunla eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə və çay daşı ilə yüklü olan Kamaz-5511 markalı 09BX-769 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən Kamaz-5511 markalı **-BX- *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili aşaraq kabinə hissəsi tamamilə əzilmiş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən yol-hərəkət qaydalarının pozulması ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs kəllə qapağı sümüklərinin açıq qəlpəli sınıqları, beyinin yumşaq toxumasının qansızmalar, qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, sol baldır sümüklərinin açıq qəlpəli sınığı, sağ baldır sümüklərinin açıq qəlpəli sınığı kimi xəsarətlərlə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “BC” kateqoriyalı sürücüdür, sürmə etibarnaməsi ilə “Mersedes Benz” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı “Axor1824L” modelli furqon soyuducu lift tipli yük avtomobilini idarə edir. Həmin avtomobillə Bakı şəhərindən rayonlara ərzaq məhsulları daşıyır. 22 yanvar 2024-cü il tarixdə saat 09:11 radələrində Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüş, Gəncə şəhərində ərzaq məhsullarını paylaşdırdıqdan sonra təxminən 130 kq müddəti keçmiş ərzaq məhsullarını avtomobilə yükləyərək Gəncə şəhərindən Bakı şəhərinə yola düşmüşdür. Avtomobildən tək olmuşdur. Ucar şəhərində axşam yeməyini yedikdən sonra yoluna davam etmişdir. Saat təxminən 22:37 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı “Axor1824L” modelli furqon soyuducu lift tipli yük avtomobili ilə qaranlıq və yağmurlu hava şəraitində nəm yolda Bakı istiqamətində sağ hərəkət zolağında 70-75 km/saat sürətlə hərəkətdə olmuşdur. Avtomobili yaxın məsafəyə vuran fara işıqları ilə idarə etmiş, yaxın məsafəyə vuran fara işıqları təxminən 25-30 metr məsafəni tam işıqlandırmış, hərəkət üçün heç bir maneə olmamışdır. Hərəkətdə olarkən avtomobildən qarşıda eyni istiqamətdə eyni zolaqda düzünə hərəkətdə olan çay daşı ilə dolu Kamaz markalı yük avtomobilinin hərəkət etdiyini görmüş, yük avtomobilini görən an əyləcdən istifadə etmiş, yol nəm və ara məsafəsi yaxın olduğundan avtomobilinin qabaq hissəsi Kamaz markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Kamaz markalı yük avtomobili zərbənin təsirindən sağ ehtiyat hissəyə çıxaraq torpaq sahəyə aşmış, onun avtomobili isə qarşıya gedərək sağa istiqamətlənib yoldan çıxmışdır. O, avtomobilin kabinəsində sıxılıb qalmış, yolda olan adamlar onu avtomobilin kabinəsindən çıxarmışlar. Avtomobildən çıxdıqdan sonra Kamaz markalı avtomobilin sürücünə kömək etmək məqsədilə Kamaz markalı yük avtomobilinə yaxınlaşmış, sürücünü avtomobilin kabinəsində görməmiş, yolda olan adamlar ona Kamazın yan tərəfində bir cavan oğlanın meyidinin olduğunu göstərmişlər. Meyid Kamaz avtomobilinin sürücünün meyidi olmuş, toqquşma zamanı aldığı xəsarətlərdən ölmüşdür. Hadisə yerinə gələn TTTY maşını ilə meyidi Şirvan xəstəxanasının meyidxanasına yola salmış, ağrıları olsa da, hadisə yerində qalaraq hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, toqquşma yerini göstərərək tərtib edilmiş protokolla tanış olmuşdur. Hadisə onun diqqətsizliyi nəticəsində baş vermişdir. Kamaz markalı avtomobilin sürücüsünü tanımır. Yaxın qohumları yas mərasimində iştirak etmiş, yas mərasimi üçün mərhumun qohumlarına 10000 (on min) manat maddi köməklik etmişdir. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Bərdə rayonu, Muğanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun kiçik oğludur. Zərərçəkmiş şəxs özünə məxsus Kamaz markalı **- BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olmuşdur. O, həmin avtomobillə yük daşıyaraq qazanc əldə etmişdir. Nurlan 22 yanvar 2024-cü il tarixdə Bərdə rayonu ərazisindən avtomobilə çay daşı yükləyərək Bərdə rayonundan Bakı şəhəri Qaradağ rayonuna yola düşmüşdür. Saat təxminən 22:00 radələrində oğlu ilə telefon əlaqəsi saxlayaraq Nurlan yolunun az qaldığını bildirmişdir. Oğlunun idarə etdiyi avtomobilin arxasında digər yük avtomobilinin vurması nəticəsində oğlunun avtomobilinin aşması zamanı ağır xəsarət aldığı barədə məlumat almış, qohumlarının avtomobilinə əyləşib hadisənin baş verdiyi Hacıqabul rayonunun ərazisindən keçən Bakı-Qazax yoluna gəlmiş və hadisə yerində avtomobillərin əzildiyini görmüşdür. Hadisə yerində oğlu Zərərçəkmiş şəxs Şirvan şəhər xəstəxanasına aparıldığı barədə məlumat alan kimi Şirvan şəhər xəstəxanasına getmiş və xəstəxanada ona məlum olmuşdur ki, oğlu Zərərçəkmiş şəxs hadisə nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Meyid ekspert tərəfindən müayinə edildikdən sonra qohumları tərəfindən yaşadıqları ünvana aparılmış və səhəri gün 23 yanvar 2024-cü il tarixdə Muğanlı kənd qəbiristanlığında dəfn edilmişdir. Hadisəni törədən sürücünü tanımır, onunla heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. Yas mərasimində təqsirləndirilən şəxsin qohumları iştirak etsə də, heç bir maddi yardım etməmişlər, sürücü barəsində qanuni tədbir görülməsini xahiş etdi. Mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən yas mərasiminə və qəbirüstü abidəyə xərclədiyi 25000 manatın, Kamaz markalı yük avtomobilinə vurulmuş 12867 manat maddi ziyanın və 20000 manat məbləğində mənəvi zərərin ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. Nurlanın özünə məxsus Kamaz-5511 markalı **- BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olmuş, həmin avtomobillə Bakı şəhər Qaradağ rayonundan müxtəlif rayonlara mişar daşı daşımışdır. Nurlan 22 yanvar 2024-cü il tarixdə avtomobilə çay daşı yükləyib Bərdə rayonundan Bakı şəhər Qaradağ rayonuna yola düşmüşdür. Saat 23 radələrində Nurlanın idarə etdiyi avtomobili arxadan gələn “X15” markalı yük avtomobilinin vurması nəticəsində aşdığı, Nurlanın hədisə nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə məlumat alıb öz avtomobilini Qarada rayonu ərazisində saxlayıb geri qayıtmışdır. Saat 03 radələrində hadisə yerinə çatmış, yeznəsi İlham və qardaşı Faiq Şirvan şəhər xəstəxanasına getmiş olduqları üçün o da, xəstəxanaya getmişdir. Hadisə yerində olarkən tanımadığı adamlar meyidi təcili yardım maşınına mindirərkən qolunda və boynunda gümüş sep olduğunu bildirmişlər. Nurlanın meyidi müayinə olunduqdan sonra onlara təhvil verilmiş, meyidi rayona aparıb 23 yanvar 2024-cü il tarixdə Muğanlı kənd qəbiristanlığında dəfn etmişlər. Hadisəni törədən sürücünü tanımır. Hadisəni törədən sürücünü yaxınları yas mərasiminə yardım etmək istəsələr də, yardımı qəbul etməmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” 22 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 137-ci kilometrliyidir. Hadisə yerində hərəkət hissəsi düz, hamar və asfalt örtüklüdür. Asfalt örtük nəmdir. Bakı istiqamətində hərəkət hissəsi bir tərəfli olmaqla iki hərəkət zolağından ibarət olub eni 7,5 metr, sağ ehtiyat hissənin eni 3,5 metrdir. Sol ayrıcı zolaqda 90 santimetr hündürlükdə deton sədd verdır. Bakı istiqamətində hərəkət hissəsinin sol kənarından beton səddə qədər olan məsafə 2,4 metrdir. Hadisə baş verən yer yaşayış zonası daxilində deyil, maksimal sürət həddi 110 km/saatdır. Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarında ehtiyat hissəsindən sağa istiqamətlənmiş 14,2 metr uzunluğunda təkər izləri müşahidə olunur. Müşahidə olunan eşmə izlərinin sonunda arxa hissəsi əzilmiş, kabina hissəsi əzilməklə defotmasiyaya uğramış Kamaz-5511 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili müşahidə olunur. Avtomobildən Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarına kimi olan məsafə 11,4 metrdir. Avtomobildən qarşıda 5,9 metr məsafədə Kamaz markalı yük avtomobilinin hərəkət hissəsindən sağa çıxaraq aşması nəticəsində torpaqda yaranmış torpaq çuxuru müşahidə edilir. Kamaz markalı yük avtomobilindən Bakı istiqamətinə doğru 7,9 metr məsafədə boş torpaq sahədə arxa hissəsi ehtiyat hissəsi olan qabaq kabinası tamamilə əzilmiş Mersedes Benz markalı **- BU-*** markalı dövlət qeydiyyat nişanlıl yük avtomobili müşahidə olunur. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, X6 özünə məxsus “Mersedes Benz” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı “Axor1824L” modelli furqon soyuducu lift tipli yük avtomobili idarə etmə səlahiyyətini xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci ilə qədər Təqsirləndirilən şəxs vermişdir. 013903 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyası verilmişdir. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 zərərçəkmişim hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cəbrayıl rayonu İHB-nın Soltanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu üzrə bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, Orucov X7 rayonundan məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt yolu 6 saylı inzibati binada ailə üzvləri həyat yoldaşı X9, övladları – 2016-cı il təvəllüdlü X11, 2022-ci il təvəllüdlü X10, 2018-ci il təvəllüdlü X13 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BC 013903 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 02 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – döş və qarın nahiyyəsinin sıyrıqları, hər iki sarğı nahiyyəsinin əzilib-didilmiş yarası, hər iki qulaq seyvanlarının əzilib-didilmiş yarası, göbək halqası nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol budun və sağ budun əzilmiş-cırılmış yarası, sağ əlin ovuc nahiyyəsinin əzilmiş-cırılmış yarası, başın sol gicgah ənsə nahiyyəsinin yarası, sol baldır sümüklərinin açıq qəlpəli sınığı, sağ baldır sümüklərinin açıq qəlpəli sınığı, qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, kəllə qarağı sümüklərinin açıq qəlpəli sınıqları, beynin yumşaq toxumasına qansızmalar, açıq qapalı kəllə beyin travması. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Xəsarətlər həyatı olmaqla ölümündən bir qədər əvvəl əmələ gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə qapağı sümüklərinin sınıqları, beynin yumşaq toxumasına və eləcə də, mədəciklərinə qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümündən əvvəl spirtli içki və ya narkotik maddə qəbul etməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/387 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes- Benz Axor 1824L” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən tədqiq olunan şəraitdə Kamaz 5511 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərinin “Yol hərələti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də, nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. xx.xx.2024-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, Kamaz 5511 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 12867 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16-2-9/7540/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1985-ci il buraxılışlı “Kamaz 5511” yük markalı avtomobilin ehtiyat hissələrinin satışına və qymətinə dair yerli internet saytlarında məlumat mövcud olmadığına görə qeyd edilən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsindən imtina edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Mercedes-Benz Axor 1824L” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən təqdim edilmiş iddia ərizəsindən görünür ki, mülki iddiaçı yas mərasiminə və qəbirüstü abidəyə xərclədiyi 25000 manatın, Kamaz markalı yük avtomobilinə vurulmuş 12867 manat maddi ziyanın və 20000 manat məbləğində mənəvi zərərin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissənin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz Axor 1824L” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi avtomobilin qabaq hissəsi onunla eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə və çay daşı ilə yüklü olan Kamaz-5511 markalı 09BX-769 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən Kamaz-5511 markalı **-BX- *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili aşaraq kabinə hissəsi tamamilə əzilmiş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən yol-hərəkət qaydalarının pozulması ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş vermişdir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmə iclasında zərərçəkmişin hüquqi varisi Dursunov İlhamTahir oğlu məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs qəbirüstü abidəsinə və yas mərasiminə görə xərclənmiş 25000 (iyirmi beş min) manat maddi ziyanın, Kamaz markalı yük avtomobilinə vurulmuş 12867 (on iki min səkkiz yüz altmış yeddi) manat maddi ziyanın və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin alınaraq ona verilməsini dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Verilmiş mülki iddia ərizəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, mülki iddiada mərhumun qəbirüstü abidəsinə və yas mərasiminə görə 25000 (iyirmi beş min) manat məbləğində pulun xərclənildiyi qeyd edilmişdir. Mülki iddiaçı həmin məbləğin xərclənməsini təsdiq edən hər hansı mötəbət sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin, mərhumun dəfn edilməsi və bununla bağlı yas mərasinin keçirilməsi işin mübahisəsiz halıdır. Odur ki, məhkəmə hesab edir ki, mərhumun qəbirüstü abidəsinə və yas mərasiminə görə görə çəkilmiş xərclərə münasibətdə mülki iddia qismən təmin edilməli, 5000 (beş min) manat pul təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməlidir. İş üzrə verilmiş mülki iddiada baş vermiş cinayət hadisəsi ilə əlaqədar mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pulun təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, mənəvi zərərə münasibətdə iddia qismən təmin edilməli, 2000 (iki min) manat pul təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməlidir. İş üzrə verilmiş mülki iddiada baş vermiş cinayət hadisəsi ilə əlaqədar Kamaz markalı yük avtomobilinə vurulmuş 12867 (on iki min səkkiz yüz altmış yeddi) manat məbləğində pulun təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq “Kamaz 5511 yük” markalı avtomobilin ehtiyat hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumatın mövcud olmaması ilə əlaqədar iş üzrə məhkəmə-əmtəəşünalıq ekspertizasının keçirilməsindən imtina edilmişdir. Avtomobillərin satışını özündə əks etdirən “Turbo.az” rəsmi internet səhifəsində buraxılış ili 1985-ci il olan “Kamaz 5511” markalı yük avtomobillərinin orta satış qiyməti 12000-13000 manat civarındadır. Odur ki, avtomobilə dəymiş ziyana münasibətdə mülki iddia qismən təmin edilməli, 8000 (səkkiz min) manat pul təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə verilmiş mülki iddia qismən təmin edilməli, cinayət işi üzrə vurulmuş maddi ziyana görə 8000 manat, mərhumun dəfn mərasiminə çəkilmiş xərclərə görə 5000 manat, vurulmuş mənəvi ziyana görə 2000 olmaqla, ümumilikdə 15000 (on beş) min manat pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Mercedes-Benz Axor 1824L” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət işi üzrə vurulmuş maddi ziyana görə 8000 manat, mərhumun dəfn mərasiminə çəkilmiş xərclərə görə 5000 manat, vurulmuş mənəvi ziyana görə 2000 olmaqla, ümumilikdə 15000 (on beş) min manat pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-6/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-6/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver