Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-60/2024 01.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd yivli odlu silahı, bir ədəd odlu silahın komplekt hissəsi olan darağı və 29 ədəd döyüş sursatını (patronları) üzərində saxlayıb gəzdirməklə Hacıqabul şəhəri ərazisinə daşımış, 30 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Muğan-Hacıqabul avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, 5,45 mm kalibrli, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, ******* nömrəli bir ədəd yivli odlu silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45*39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan atəş açmaq üçün yararlı 29 ədəd döyüş sursatı (patron) və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45*39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların darağı olan texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd odlu silahın komplekt hissəsi sağ əlində saxladığı bir ədəd ağ rəngli torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 10 ilə yaxın müddət ərzində narkotik vasitələr qəbul etmiş və buna görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Göygöl rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə 07 ay 18 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdən çıxıb piyada şəkildə Muğan qəsəbəsi istiqamətində olan avtomobil yolunun kənarı ilə hərəkət etmişdir. Həmin istiqamətdə hərəkət etməkdə məqsədi tanıdığı şəhər sakinləri ilə söhbət edərək vaxtını keçirmək olmuşdur. Lakin, havanın soyuq olması ilə əlaqədar heç kimi görməmiş və yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Təxminən saat 17 radələrində gəldiyi yolu piyada şəkildə geri qayıdan zaman Muğan-Hacıqabul avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində yerləşən Hacıqabul şəhər qəbiristanlığının yaxınlığındakı ağacın arasında 01 ədəd ağ rəngli torbanın olduğunu görmüşdür. Torbanın xarici görünüşü onun diqqətini çəkmiş və torbanı götürərək içərisinə baxmışdır. Torbanın içərisinə baxan zaman əvvəldən tanıdığı 01 ədəd avtomat silahın, 01 ədəd içərisində güllələr olan darağın olduğunu görmüşdür. Əvvəldən odlu silahdan xoşu gəldiyindən həmin torbada olan silahı və içərisində güllələr olan darağı saxlamaq qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin onu görmədiyinə tam əmin olduqdan sonra silahı və içərisində güllələr olan darağı qoyulduğu torbaya bükərək əlində saxlayıb yaşadığı evə doğru piyada şəklində hərəkət etmişdir. Hacıqabul şəhər qəbiristanlığının yanından keçən Muğan-Hacıqabul avtomobil yolunun kənarı ilə hərəkətdə olan zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq odlu silah əldə edərək üzərində daşımaqda şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən onun üzərində şəxsi axtarış aparılan zaman o, əlində olan 01 ədəd ağ rəngli torbanı təqdim edərək içərisində silah olduğunu bildirmişdir. Tədqiqatçı tərəfindən həmin torba açılaraq içərisinə baxış keçirilmiş və torbanın içərisindən 01 ədəd silah və içərisində 29 ədəd güllə olan 01 ədəd daraq aşkar olunaraq götürülmüşdür. Əvvəldən odlu silaha marağı olduğu üçün silahı özündə saxlamaq qərarına gəlmişdir, başqa heç bir məqsədi olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Muğan-Hacıqabul avtomobil yolunun kənarında yerləşən Hacıqabul şəhər qəbiristanlığına yaxın boş kolluq sahədə Təqsirləndirilən şəxs əlində 01 ədəd ağ rəngli torba ilə piyada şəklində hərəkətdə olmasını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun qanunsuz odlu silah saxlamasında şübhəli olduğunu bildirib rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı o, əlində olan 01 ədəd ağ rəngli torbanı təqdim edərək içərisində silah olduğunu bildirmişdir. Tədqiqatçı tərəfindən həmin torba açılaraq içərisinə baxış keçirilmiş və torbanın içərisindən 01 ədəd silah və içərisində 29 ədəd güllə olan 01 ədəd daraq aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş avtomat silah, avtomat silahın darağı və 29 ədəd güllə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara şifahi olaraq bildirmişdir ki, əvvəldən odlu silaha marağı olduğu üçün tapdığı silahı özündə saxlamaq qərarına gəlmişdir, başqa heç bir məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki xx.xx.2024-cü il tarixdə saat 17:10-dan məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə saat 17:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış aparılan zaman o, sağ əlində saxladığı ağ rəngli torbada olan 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı təqdim etmişdir. Həmin odlu silaha baxış keçirilən zaman silahın tərkib hissəsi olan sandıqda 29 ədəd patron aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silahı xx.xx.2024-cü il tarixdə Muğan-Hacıqabul avtomobil yolunun kənarından taparaq üzərində saxlamış və yaşadığı evə aparmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/238 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 29 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir – darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-7/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu silahın haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvəllər odlu silahın alqı-satqısı ilə məşğul olması və odlu silahı satış məqsədi ilə üzərində saxlaması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Hacıqabul rayon İHB-nin Hacıqabul şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Hacıqabul rayon İHB-nin Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-41/2-140/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs konsultativpoliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Azərbaycan Respublikası “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 420 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamış, hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib qablaşdırılmış 01 ədəd ******* №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli odlu, texniki cəhətdən saz və atəş üçün yararlı olan silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan 29 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 5 dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 7 ay 18 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə yaranmış məhkumluğu ödənilmədən o, yenidən qəsdən cinayət törətdiyindən, bu hal onun əməlində cinayətin residivini yaradır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 ədəd 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan, texniki cəhətdən sazr və atəş üçün yararlı olan AKS-74 modelli avtomatı, texniki cəhətdən saz və atəş üçün yararlı olan silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan 29 ədəd patronu və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı qanunsuz olaraq əldə etməsi və üzərində saxlayaraq gəzdirməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətdə səmimi etirafını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Belə ki, Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan mərum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 7 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra cəzanın çəkilməmiş hissəsi ərzində, yəni xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması qənaətinə gəlir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 19-cu bəndinə əsasən çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən çəkilməsi təxirə alınmış cəza müddəti aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən məhkum cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-7/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən (7 ay 18 gün) şərti olaraq vaxtından əvvəl azad edilməsi Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, cəzanın çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qanunvericliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Hacıqabul şəhər Polis şöbəsində saxlanılan 01 ədəd ******* №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli odlu, texniki cəhətdən saz və atəş üçün yararlı olan silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan 29 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat 30 dəqiqə vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 75 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 7(003)-1406/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 7 ay 18 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ******* №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli odlu, texniki cəhətdən saz və atəş üçün yararlı olan silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan 29 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 75 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-60/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-60/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver