Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-60/2025 21.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri İ.Qayıbov küçəsinə daşımış, 18 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində sərnişin qismində əyləşdiyi X1 idarə etdiyi VAZ 21074 markalı **-FF-*** dövlət nömrə nişanlı avtomobildə saxlanılaraq üzərinə yoxlama aparılarkən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,283 qram, 0,394 qram, 0,534 qram və 0,302 qram, ümumi təmiz çəkisi 1,513 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən və xüsusi olaraq psixotrop maddə metamfetamini istifadə etmək üçün nəzərdə tutulmuş şüşə əşya isə əynində olan qara rəngli gödəkçənin sol iç cibindən aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 10 ildən çoxdur ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 18 yanvar 2025-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxıb Şirvan şəhərinə öz işləri ilə əlaqədar olaraq getmişdir. İşlərini görəndən sonra siqaret almaq üçün Şirvan şəhərində ‘‘köhnə bazar” adlanan yerin yaxınlığında yerləşən mağazaya getmişdir. Həmin vaxt mağazanın yaxınlığında bir ədəd polietilen kəsiyi bükümünün olduğunu görmüş, həmin polietilen kəsiyi bükümü onun diqqətini çəkdiyi üçün onu yerdən götürüb içərisinə baxmışdır. Polietilen kəsiyinin içərisinə nəzər saldıqda orada 4 ədəd bükümün olduğunu, bükümlərin içərisinə baxan zaman isə onların içərisində psixotrop maddə olan metafetamin olduğunu görmüşdür. O, psixotrop maddələrin istifadəçisi olduğu üçün bükümlərin içərisindəki psixotrop maddəni dərhal tanımışdır. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra 4 ədəd polietilen kəsiyi bükümündə olan psixotrop maddəni əynində olan qara rəngli gödəkçənin sağ cibinə qoymuşdur. Bir qədər sonra Şirvan şəhərindən tapdığı 4 ədəd polietilen kəsiyi bükümündə olan psixotrop maddədən üzərində olan xüsusi olaraq psixotrop maddəni istifadə etmək üçün hazırladığı bir hissəsi şüşədən (avtomobil lampasından), bir hissəsi isə adi boru olan əşyanın vasitəsi ilə tapdığı psixotrop maddədədən istifadə etmişdir. Psixotrop maddə olan metamfetamindən istifadə etdikdən sonra yaşadığı evə getmək qərarına gəlmişdir. O, Şirvan şəhəri H.Əliyev prospektində yerləşən “Şirvan dayanacağı” adlanan yerə gəlmiş və orada Şirvan-Hacıqabul şəhərlərarası sərnişin daşıması ilə məşğul olan tanıdığı X1 idarə etdiyi VAZ 21074 markalı **-FF-*** dövlət nömrə nişanlı minik avtomobil ilə dayanacaqda dayanıb sərnişin gözlədiyini görmüşdür. O, Şahmar İbrahimovun idarə etdiyi avtomobilin ön oturacağında əyləşib onu Hacıqabul şəhərinə aparmasını bildirmiş, Ş.İbrahimov onunla razılaşıb əlavə sərnişin gəlməsi üçün bir neçə dəqiqə gözləmələrini bildirmişdir. Bir qədər sonra sərnişinin gəlmədiyini görən Şahmar İbrahimov idarə etdiyi avtomobili sürmək istəyən zaman tanıdığı Şahid8 gəlib avtomobilin arxa oturacağında əyləşmiş və Şahmar İbrahimova onu Hacıqabul şəhərinə aparmasını xahiş etmişdir. Bundan sonra Ş.İbrahimov avtomobilini Hacıqabul şəhəri istiqamətində sürməyə başlamış, onlar Hacıqabul şəhəri İ.Qayıbov küçəsində hərəkətdə olarkən Şahmar İbrahimovun idarə etdiyi avtomobilə arxadan xidməti avtomobili ilə hərəkət edən YPX-nin əməkdaşları dayan işarəsi vermişlər. Şahmar İbrahimov idarə etdiyi VAZ 21074 markalı **-FF-*** dövlət nömrə nişanlı minik avtomobilini yolun kənarında saxlamış, bu zaman qəflətən avtomobilə mülki geyimdə olan şəxslər yaxınlaşmışlar. Həmin şəxslər Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun, avtomobildə olan Şahid8 və avtomobilin sürücüsü Şahmar İbrahimovun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onların üzərinə yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini onlara elan etmişlər. Özünü Hacıqabul rayon polis şöbəsinin X4 baş əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən polis əməkdaşı onların üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra əməliyyatçı ilk öncə X1 üzərində yoxlama keçirmiş, lakin Ş.İbrahimovun üzərindən hər hansı bir qadağan olunmuş predmet və ya əşya aşkar olunmamışdır. Sonra əməliyyatçı Şahid8 üzərinə yoxlama keçirməyə başlamış və Şahid8 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd kağız kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Əməliyyatçı tərəfindən həmin iki ədəd kağız kəsiyi bükümlərinə baxış keçirilmiş və kağız kəsiyi bükümlərinin içərisində ağımtıl rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Əməliyyatçı Şahid1 tərəfindən Şahid8 üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər iki ədəd kağız kəsiyi bükümü ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və bir kağız bükümünün çəkisinin 0,39 qram, digərinin isə 0.45 qram olduğu müəyyən edilmişdir. Həmin iki ədəd bükümlər zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyatçı onun üzərinə yoxlama keçirməyə başlamış və onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən siqaret qutusunun içərisində saxladığı xüsusi olaraq psixotrop maddəni istifadə etmək üçün hazırladığı əşyanı aşkar edərək götürmüşdür. Əməliyyatçı ondan aşkar olunan əşyanın nə olduğunu soruşduqda o, həmin əşyanın psixotrop maddə olan metamfetamini istifadə etmək üçün əşya olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş xüsusi olaraq psixotrop maddəni istifadə etmək üçün hazırladığı əşya əməliyyatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Sonra əməliyyatçı onun üzərinə yoxlama keçirməyi davam etdirmiş və əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 4 ədəd polietilen kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Əməliyyatçı tərəfindən həmin 4 ədəd bükümə baxış keçirilmiş və bükümlərin içərisindən ağımtıl rəngli kristal formada psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Əməliyyatçı Şahid1 tərəfindən onun üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər 4 ədəd polietilen kəsiyi bükümü ayrıayrılıqda elektron tərəzidə çəkilmiş və bükümlərin 0,58 qram, 0,42 qram, 0,32 qram, 0,33 qram olduğu müəyyən edilmişdir. Həmin 4 ədəd polietilen kəsiyi bükümləri zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra onun və Şahid8 üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Taryel Səfərov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Taryel Səfərov qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyimi bildirmişdir. Vəkil X8 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun və Şahid8 üzərində yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Onun üzərində yoxlama aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, uzun müddətdir psixotrop maddə metamfetamindən istifadə edir. 18 yanvar 2025-ci il tarixdə saat 16 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Şirvan şəhərinə getmişdir. Həmin gün Şirvan şəhərində “köhnə bazar” adlanan yerdə piyada hərəkət edən zaman yolun kənarında 02 ədəd kağız bükümü görmüş və həmin kağız bükümləri onun diqqətini çəkdiyi üçün o, həmin kağız bükümlərini götürmüşdür. O, həmin kağız bükümlərin içinə baxmış və orada əvvəllər istifadə etdiyi üçün tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüş və tapdığı psixotrop maddə metafetamini istifadə etmək üçün əynində olan gödəkçənin sol yan cibinə qoymuş və öz işləri ilə əlaqədar olaraq getmişdir. Həmin gün saat 19 radələrində Şirvan şəhərində yerləşən dayanacağa gəlmiş və Hacıqabul şəhərinə qayıtmaq üçün taksi gözləmişdir. Təqribən 4-5 dəqiqə sonra göy rəngli VAZ 21074 markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanacağa yaxınlaşmış və o, həmin avtomobilin sürücüsünün Hacıqabul şəhərində taksi fəaliyyəti ilə məşğul olduğunu xatırlamışdır. O, taksinin sürücüsü olan, adını sonradan bildiyi Şahid7 yaxınlaşıb Hacıqabul şəhərinə getmək istədiyini bildirmiş, sonuncu 1 manat pulun müqabilində onu Hacıqabul rayonuna aparacağı barədə onunla razılaşmışdır. O, avtomobilin arxa oturacağına əyləşən zaman avtomobilin ön sərnişin oturacağında əvvəllər tanıdığı, keçmişdə bir yerdə məhkum olduğu Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyini görmüşdür. Bundan sonra Şahid7 avtomobilini Hacıqabul şəhəri istiqamətində sürməyə başlamışdır. Onlar Hacıqabul şəhəri İ.Qayıbov küçəsində Şirvan şəhəri istiqamətində hərəkətdə olarkən Şahid7 idarə etdiyi avtomobilə arxadan xidməti avtomobili ilə hərəkət edən YPX-nin əməkdaşları dayan işarəsi vermişlər. Şahid7 idarə etdiyi VAZ 21074 markalı **-FF-*** dövlət nömrə nişanlı minik avtomobilini yolun kənarında saxlamış, bu zaman qəflətən Şahid7 idarə etdiyi avtomobilə mülki geyimdə olan şəxslər yaxınlaşmışlar. Həmin şəxslər Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs, onun və avtomobilin sürücüsü Şahid7 qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onların üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini onlara elan etmişlər. Özünü Hacıqabul rayon polis şöbəsinin X4 baş əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən polis əməkdaşı onların üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra əməliyyatçı ilk öncə Şahid7 üzərində yoxlama keçirmiş, lakin Şahid7 üzərindən hər hansı bir qadağan olunmuş predmet və ya əşya aşkar olunmamışdır. Sonra əməliyyatçı onun üzərinə yoxlama keçirməyə başlamış və onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd kağız kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Əməliyyatçı tərəfindən həmin iki ədəd kağız kəsiyi bükümlərinə baxış keçirilmiş və kağız kəsiyi bükümlərinin içərisində ağımtıl rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Əməliyyatçı Şahid1 tərəfindən onun üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər iki ədəd kağız kəsiyi bükümü ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və bir kağız bükümünün çəkisinin 0,39 qram, digərinin isə 0.45 qram olduğu müəyyən edilmişdir. Həmin iki ədəd bükümlər zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyatçı Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyə başlamış və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən siqaret qutusunun içərsindən xüsusi olaraq psixotrop maddəni istifadə etmək üçün hazırladığı əşyanı aşkar edərək götürmüşdür. Əməliyyatçı Təqsirləndirilən şəxs aşkar olunan əşyanın nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs ona həmin əşyanın psixotrop maddə olan metamfetamini istifadə etmək üçün əşya olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş xüsusi olaraq psixotrop maddəni istifadə etmək üçün hazırladığı əşya əməliyyatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Sonra əməliyyatçı Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyə davam etmiş və onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetaminə oxşar olan 4 ədəd politelen kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Əməliyyatçı tərəfindən həmin 4 ədəd politelen kəsiyi bükümünə baxış keçirilmiş və politelen kəsiyi bükümlərin içərisindən ağımtıl rəngli kristal formada psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Əməliyyatçı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər 4 ədəd politelen kəsiyi bükümü ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və bir politelen kəsiyi bükümlərinin çəkisinin 0.58 qram, 0,42 qram, 0.32 qram, 0.33 qram olduğu müəyyən edilmişdir. Həmin 4 ədəd polietilen kəsiyi bükümləri zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra onun və Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Taryel Səfərov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Taryel Səfərov qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyimi bildirmiş, vəkil X5 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun və Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə onun üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. O, həmçinin qeyd etmişdir ki, onun üzərindən aşkar olunan psixotrop maddədən heç kimin məlumatı yox olmamışdır. Təqsirləndirilən şəxs və Şahid7 onun üzərində psixotrop maddə metamfetaminin olması barədə məlumatları olmamışdır. Eləcə də, onun Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddələrdən xəbəri olmamışdır. Tam təsadüf nəticəsində onlar bir avtomobildə əyləşmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid8 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 yanvar 2025-ci il tarixdə Hacıqabul şəhər sakinləri Şahid8 və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçiləri olmaları, psixotrop maddələri əldə edərək üzərlərində saxlamaları və hazırda birgə hərəkət etmələri ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Şahid8la Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, üzərlərinə müvafiq qaydada yoxlama keçirilməsi və Hacıqabul rayon polis şöbəsinə gətirilmələri ilə əlaqədar "təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə qrup üzvü kimi onun, Hacıqabul rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, Şahid2 və Şahid5 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 18 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Şahid8la Təqsirləndirilən şəxs Hacıqabul şəhəri İ.Qayıbov küçəsində “№1” adlanan kafenin yaxınlığında Şahid7 idarə etdiyi VAZ 21074 markalı **- FF-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olmaları barədə məlumat daxil olmuş, həmin gün saat 18 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində “№1” adlanan kafenin yaxınlığında Hacıqabul rayon PŞ-nin DYPB-nin inspektoru polis baş serjantı Şahid6 Şahid7 idarə etdiyi VAZ 21074 markalı **-FF-*** dövlət nömrə nişanlı minik avtomobilinə “saxla” işarəsi vermişdir. Şahid7 idarə etdiyi VAZ 21074 markalı **-FF-*** dövlət nömrə nişanlı minik avtomobilini saxlamış, onlar Şahid8, Təqsirləndirilən şəxs və Şahid7 Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onların narkotik vasitə və psixotrop maddə istifadəçiləri olmalarında və psixotrop maddələri əldə edərək üzərlərində saxlamalarımda şübhəli olduqlarını bildirmişlər. Bundan sonra o, onların üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini onlara elan etmişdir. O, həmçinin onların üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra o, əvvəlcə sürücü Şahid7 üzərinə yoxlama keçirmiş, lakin Ş.İbrahimovun üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra o, Şahid8 üzərinə yoxlama keçirməyə başlamış və Şahid8 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd kağız kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Onun tərəfindən həmin iki ədəd kağız kəsiyi bükümünə baxış keçirilmiş və iki ədəd kağız kəsiyi bükümünün içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şahid8 üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan iki ədəd kağız kəsiyi bükümü onun tərəfindən ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və bir kağız bükümünün çəkisinin 0.39 qram, digərinin isə 0.45 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra Şahid8 üzərinə onun tərəfindən yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyə başlamış və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindəki siqaret qutusunun içərsindən 1 ədəd xüsusi olaraq psixotrop maddəni istifadə etmək üçün “Lampıçka” adlanan əşyanı aşkar edərək götürmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni istifadə etmək üçün nəzərdə tutulmuş əşya onun tərəfindən zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Sonra o, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyi davam etdirmiş və T.Babeyevin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd politelen kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Onun tərəfindən həmin 4 ədəd polietilen kəsiyi bükümünə baxış keçirilmiş və 4 ədəd polietilen kəsiyi bükümünün içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 4 ədəd polietilen kəsiyi bükümü onun tərəfindən ayrıayrılıqda elektron tərəzidə çəkilmiş və bir politelen kəsiyi bükümünün çəkisi 0,58 qram, bir politelen kəsiyi bükümünün çəkisi 0,42 qram, bir politelen kəsiyi bükümünün çəkisi 0.32 qram və bir politelen kəsiyi bükümünün çəkisi isə 0.33 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 4 ədəd polietilen kəsiyi bükümləri və 1 ədəd psixotrop maddəni istifadə etmək üçün əşya zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun tərəfindən yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Şahid8la Təqsirləndirilən şəxs barələrində prosessual sənədləşdirilmə aparılması məqsədi ilə onlar Şahid8la Təqsirləndirilən şəxs Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra Şahid8la Təqsirləndirilən şəxs üzərlərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra onlar birlikdə X7un xidməti otağına gəlmiş, X7 Şahid8la Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçiləri olmalarında və psixotrop maddələri əldə edərək üzərlərində saxlamalarında şübhəli olduğundan tutulduqlarını bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini onlara elan edib bu barədə yazılı bildiriş vermişdir. Şahid8 və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanları olmadıqlarına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiklərini bildirmişlər. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X8 və Şirvan Regional Vəkillər bürosunun vəkili X5 dəvət olunmuşlar. X7 Şahid8la Təqsirləndirilən şəxs üzərlərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid8, müdafiəçilərin və onun iştirakı ilə Şahid8la Təqsirləndirilən şəxs üzərlərindən aşkar olunan və qablaşdırılan əşyalara X7 tərəfindən yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid6, Şahid3, Şahid4, Şahid2 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol ön cibindən 1 ədəd psixotrop maddə metamfetamin istifadə etmək üçün nəzərdə tutulmuş “lamıçka” adlandırılan vasitə, gödəkcənin sağ cibindən isə 4 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək çəkilərinin 0.58, 0.42, 0.32, 0.33 qram olduqları müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol ön cibindən 1 ədəd psixotrop maddə metamfetamin istifadə etmək üçün nəzərdə tutulmuş “lamıçka” adlandırılan vasitə, gödəkcənin sağ cibindən isə hər biri 0.58, 0.42, 0.32, 0.33 çəkidə olan 4 ədəd selofan bükümün qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/48 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ...” sözləri yazılmış kağız paketdə 04 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,283 qram, 0,394 qram, 0,534 qram, 0,302 qram olmaqla, ümumi çəkisi – 1,513 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd əşyanın şüşə hissəsinin içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş cəmi bükümlərdə olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 633 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, , Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 1,313 qram qalan psixotrop maddə metamfetamin və psixotrop maddə metamfetaminin istifadə edilməsi üçün nəzərdə tutulmuş əşya maddi sübut kimi tanınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:33-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 20:30-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Tutulmuş şəxsin azad edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 18-1-41/2-119/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində 2015ci ildən “F 12.2 asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Cinayət təqibi üzrə icraatın dayandırılması və qətimkan tədbirinin şərtlərini pozduğu üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:02-də Hacıqabul rayonu ərazisində saxlanılmışdır. Hacıqabul rayon məhkəməsinin 4(071)-12/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək 4 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Qaradağ rayon məhkəməsinin qərarı ilə 01 ay 25 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 2 gün ərzində Hacıqabul RPŞ-nin MSY-də saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün xx.xx.2025-ci il tarixdə saxlanılmış, Hacıqabul rayon məhkəməsinin 4(071)-12/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edildiyi üçün o, xx.xx.2025-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluq ödənilməmişdir. Bu səbəbdən hazırki, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması məlum olur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda (on dəfədən çox) psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər dəfələrlə cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq əvvəlki cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 gün və qətimkan tədbiri şərtlərini pozduğu üçün tutulduğu 2 gün müddət olmaqla, ümumilikdə 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri tətbiq edilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,313 qram qalan narkotik vasitə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edildiyinə görə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 96 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu dörd gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 21 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1,313 qram qalan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 16 (on altı) saata görə 96 (doxsan altı) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-60/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-60/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver