Məhkəmə qərarları › İş №1(071)-61/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-61/2022

16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-61/2022 16.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, öhdəsində bir azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri M.Mirağaoğlu küçəsi ev 69B-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.12.2021-ci il tarixdə saat 10:30 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, Zərərçəkmiş şəxs3 məxsus «Kia Rio» markalı **-LK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Hacıqabul- Meyniman yolunun Abdulabad kəndindən keçən hissəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə zidd olaraq diqqətini daim dəyişən yol şaraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında həyata keçirməklə avtomobilin yolun hərəkət hissəsində dayanıqlılığını təmin etməli olduğu halda, bunları etməyib avtomobili Hacıqabul rayonu Meyniman kəndində yolun sol hissəsində yerləşən su kanalına arxası (banı) üstə aşırmışdır. Nəticədə ehtiyatsızlıqdan onun idarə etdiyi «Kia Rio» markalı **-LK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişinlər, Zərərçəkmiş şəxs1 üzün sıyrılmış yaraları, alın nahiyyəsinin çapılmış yarası, sağ gözün hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, Zərərçəkmiş şəxs4 sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, alının və sifətin çox saylı səthi sıyrılmış yaraları, İİ dərəcə travmatik şok ilə müşayət edilən sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya, X3 baldır sümüyü proksimal epifizinin yerinidəyişməmiş oynaqdaxili sınıqı xəsarəti sağlamlğın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs3 məxsus «Kia Rio» markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.830 (iki min səkkiz yüz otuz) manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Sabirabad şəhəri M.Mirağaoğlu küçəsi ev 69B-də qeydiyyatda olmaqla yaşayır. 14.12.2021-ci il tarixdə Hacıqabul rayonu Meyniman kəndində yas mərasiminə getmək üçün 13.12.2021-ci il tarixdə saat 21:30 radələrində dostu və sinif yoldaşı Zərərçəkmiş şəxs3 avtomobilini istəmişdir. Peyman razı olub idarə etdiyi “KİA RİO” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili ona vermişdir. 14.12.2021-ci il tarixdə səhər saat 09 radələrində “KİA RİO” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Sabirabad şəhərindən Hacıqabul rayonu Meyniman kəndinə anası Yeganə, həyat yoldaşı Xədicə, baldızı Elvira və əmisi oğlu Toğrul ilə birlikdə yola düşmüşlər. Həmin günü, yəni 14.12.2021-ci il tarixdə saat 10:30 radələrində Hacıqabul rayonu Meyniman kənd ərazisində avtomobili 70 km/saat sürətlə idarə etdikdə qarşıda yol sərt döngəli olduğu üçün avtomobilin əyləcindən istifadə etmiş və idarəetməni itirmiş, həmin vaxt avtomobil asfalt yoldan çıxaraq yolun sol kənarında yerləşən su kanalına arxası (banı) üstə aşmışdır. Hadisə yerinə gələn kənd sakinləri onu avtomobildən çıxarmış və oradan taksi ilə Hacıqabul rayon MX-na getmişdir. Həkimlər ona ilkin tibbi yardım gösdərib müayinə etdikdən sonra evə buraxmışlar. X2, baldızı X8, əmsi oğlu Zərərçəkmiş şəxs4 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 avtomobilinə maddi zərər dəymişdir. O, zərər çəkmiş şəxslərin müalicəsinə köməklik etmişdir, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 avtomobilinə dəymiş zərərin əvəzini ödəmişdir. Zərər çəkmiş şəxslərlə barışmışdır. Zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxslər bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişlər. Əməlindən peşman olmuşdur. Zərər çəkmiş şəxslərlə barışmasını və dəymiş zərəri tam ödəməsini, öhdəsində bir azyaşlı övladı olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxslər X7, X8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Zərər çəkmiş şəxslər X7 05.05.2022-ci il tarixdə, X8 05.05.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs4 04.05.2022-ci il tarixdə və Zərərçəkmiş şəxs3 04.05.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələrlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri olmadığını bildirmişlər. İşə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Şahid3 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, himayəsində azyaşlı övladı olmasını nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə zərər çəkmiş şəxslərin ərizələrini və şahidin teleqramını nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərər çəkmiş şəxs X7 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır və onunla birlikdə yaşayır. 14.12.2021-ci il tarixdə saat 09 radələrində Hacıqabul rayonu Meyniman kəndində yaşayan qohumunun yas mərasimində iştirak etmək üçün Bayramın idarə etdiyi “KİA” markalı **-LK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Sabirabad şəhərindən çıxıb Hacıqabul rayonu Meyniman kəndinə yola düşmüşlər. Həmin günü yəni 14.12.2021-ci il tarixdə saat 10:30 radələrində Hacıqabul rayonu Abdulabad kənd ərazisində oğlu Bayram idarə etdiyi “KİA” markalı **-LK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarəetməsini itirərək avtomobili yolun sol kənarında olan su kanalına aşırmışdır. Hadisə zamanı o, baş və üz nahiyyəsindən xəsarət almış, bundan sonra o, aldığı xəsarətə görə Hacıqabul şəhər MXna və oradan Şirvan şəhər MX-na müraciət etmiş, Xəstəxanada həkimlər ona tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs X8 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının həyat yoldaşıdır. 14.12.2021-ci il tarixdə saat 09 radələrində Sabirabad şəhərindən Bayramın idarə etdiyi “KİA” markalı **-LK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Hacıqabul rayonu Meyniman kəndində yas mərasimində iştirak etmək üçün yola düşmüşlər. O, avtomobilin salonunda yerləşən arxa oturacaqda ortada əyləşmişdir. Həmin günü yəni 14.12.2021ci il tarixdə saat 10:30 radələrində Hacıqabul rayonu Abdulabad kənd ərazisində Bayram idarə etdiyi “KİA” markalı **-LK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarəetməsini itirərək avtomobili yolun sol kənarında olan su kanalına aşırmış, həmin vaxt onları avtomobildən orada olan kənd sakinləri çıxarmış və taksi ilə bir hissələrini Hacıqabul rayon MX-na onunla Bayram Şirvan şəhər MX-na müraciət etmiş və xəstəxanada həkimlər onun sol ayağına tibbi yardım göstərdikdən sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3ı ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, “KİA RİO” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsusdur və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 13.12.2021-ci il tarixdə saat 21:30 radələrində dostu və sinif yoldaşı Təqsirləndirilən şəxs ona avtomobil lazım olduğu üçün ondan avtomobilini istəmişdir. O, Bayramın sözünü yerə salmayıb onunla razı olub avtomobilini Bayrama idarə etmək üçün vermişdir. 14.12.2021-ci il tarixdə saat 11:08 radələrində Bayramın həyat yoldaşı Xədicə onun mobil telefonuna zəng edərək, Bayramın ona məxsus avtomobillə Hacıqabul rayonu Abdulabad kənd ərazisində avtomobili su kanalına aşıraraq yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Bundan sonra o, hadisə yerinə gəlmiş və avtomobilinin Abdulabad kəndində su kanalının içərsində arxası (banı) üstə aşmış vəziyyətdə olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, avtomobildə Bayramdan başqa onun anası Yeganə, əmisi oğlu Toğrul, həyat yoldaşı Xədicə və baldızı Elvira olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. 14.12.2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “KİA RİO” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad şəhərindən Hacıqabul rayonu Meyniman kəndinə yas mərasimində iştirak etmək üçün yol düşmüşlər. 14.12.2021-ci il tarixdə saat 10:30 radələrində Hacıqabul rayonu Abdulabad kənd ərazisində hərəkətdə olarkən, yolda sərt döngə olduğu üçün Bayram idarəetməni itirmiş və “KİA RİO” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol hissəsində olan su kanalının içərisinə arxası (banı) üstə aşırmış, həmin vaxt oraya gələn kənd sakinlərinin köməkliyi ilə onlar avtomobildən çıxarılaraq və xəsatəxanaya aparılmışlar. Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir. 14.12.2021-ci il tarixdə səhər saat 09:00-da Hacıqabul RPŞ-nin YPX-nin inspektoru polis baş serjantı Şahid2 ilə xidmətə başlamışdır. Həmin günü saat 11 radələrində Polis şöbəsinin növbətçi hissəsindən onlara Hacıqabul rayonu Abdulabad kəndində avtomobilin su kanalına aşması barədə məlumat daxil olmuş və onlar dərhal xidməti avtomobillə qeyd olunan əraziyə getmişlər. Orada “Kia Rio” markalı **-LK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Hacıqabul rayonu Abdulabad kəndində yolun sol hissəsində yerləşən su kanalı arxası üsdə aşmasını görmüşlər. Bundan sonra TB-nin təhqiqatçısı Z.Salahov tərəfindən baxış keçirilməsi protokoluna imza edib avtomobili Hacıqabul RPŞ-nin duracağına gətirmişlər. Şahid2 məhkəmə iclas zalında Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə verdi. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Hacıqabul rayonu Meyniman kəndində qohumlarının yas mərasimində iştirak etmək məqsədilə 14.12.2021-ci il tarixdə saat 09 radələrində Bayramın idarə etdiyi “KİA RİO” markalı **- LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad şəhərindən Hacıqabul rayonu Meyniman kəndinə yola düşmüşlər. 14.12.2021-ci il tarixdə saat 10:30 radələrində Hacıqabul rayonu Abdulabad kəndi ərazisində olan zaman Bayram avtomobilin idarə etməsini itirərək, avtomobili yolun sol kənarında olan su kanalına arxası (banı) üsdə aşırmışdır. Bundan sonra orada olan kənd sakinləri onları avtomobildən çıxarmışlar. O, hadisə zamanı heç bir xəsarət almamışdır. O, hadisə barədə Bayramın idarə etdiyi “KİA RİO” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 telefonla məlumat vermişdir. “Hacıqabul rayon Xəstəxanası” PHŞ Təcili və X6 şöbəsi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli 1003A nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, “Kia Rio” markalı **-LK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuş, spirtli içki qəbul etməmişdir. (iş v.29). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X12 şəxsi tərəfindən verilmiş 29.12.2021-ci il tarixli 436 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Şahid3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. (iş v.75-76). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 29.12.2021-ci il tarixli 437 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində eyni zamanda bel-oma nahiyyəsində hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. (iş v.77-78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 29.12.2021-ci il tarixli 438 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərindəki xəsarətlər - üzün sıyrılmış yaraları, alın nahiyyəsinin çapılmış yarası, sağ gözün hemotoması. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə 14.12.2021-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (iş v.79-81). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 29.12.2021-ci il tarixli 439 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bud sümüyünün 1/3-nin qapalı yerdəyişən sınığı. Alının və sifətin çoxsaylı səthi sıyrılmış yaraları. Travmatik şok İİ dərəcə. Sol bud sümüyünün intrameduliyar osteosintez əməliyyatından sonrakı vəziyyət. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə 14.12.2021-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (iş v.82-85). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 29.12.2021-ci il tarixli 440 nömrəli ekspert rəyindən müəyyən edilir ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sol baldır sümüyü proksimal epifizinin yerini dəyişməmiş oynaqdaxili sınıqı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə 14.12.2021-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətəpozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (iş v.86-87). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.01.2022-ci il tarixli 8/3346 nömrəli ekspertiza rəyindən müəyyən edilir ki, “Kia Rio” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü B.X13 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. (iş v.90-93). AD 939547 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Kia Rio minik markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil 03.08.2020-ci il tarixdən Sabirabad şəhəri E.Nadirov küçəsi ev 32-də qeydiyyatda olan Zərərçəkmiş şəxs3 məxsusdur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Şirvan RQİ və TBŞ 14.01.2022-ci il tarixli 306-151-1222 nömərli məktubla Nacıqabul RPŞ-nin 11.01.2022-ci il tarixli 159-477-1222 nömrəli sorğusuna cavab verərək bildirmişdir ki, Sabirabad şəhəri M.Mirağaoğlu küçəsi ev 69B-də yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi və istifadəsində nəqliyyat vasitəsinin olması barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumatın mövcüd deyildir. (iş v. 94) Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 27.12.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 109). Beləliklə, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və X1 az ağır zərər vurulmasına səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, zərərçəkmiş şəxslərin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, evli, öhdəsində bir azyaşlı övladı olması, hadisədən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün onların xəstəxanaya aparmasını təmin etməsini, müsbət xasiyyətnaməyə malik olmasını, zərər çəkmiş şəxslərlə barışmasını və onun ailə üzvləri və qohumları olmasını, dəymiş zərəri tamamilə ödəməsini, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətlərinin olmadığını, işin digər hallarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia ərizəsi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 22 saata görə 132 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 21 saata görə 126 manat olmaqla, cəmi 258 (iki yüz əlli səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar