Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-63/2022 07.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1997-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Hacıqabul şəhəri S.Vurğun küçəsi ev 24-də daimi qeydiyyatda olmaqla yaşayan, 15.12.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16.12.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri; xx.xx.1996-cı ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 150də daimi qeydiyyatda olmaqla yaşayan, 15.12.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16.12.2021ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, Hacıqabul şəhəri Nəsimi küçəsi ev 3/1-də yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətindən oğurluq etməklə bağlı razılığa gəldikdən sonra 10 dekabr 2021-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin yanına gələrək, həmin həyətyanı sahədə olan bağın qapısını açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, həmin həyətdən bir ədəd 300 manat dəyərində «Daevoo Nexia» markalı avtomobilin motor blokunu, bir ədəd 10 manat dəyərində alüminium materialdan olan tavanı, bir ədəd 30 manat dəyərində su motoronu, bir ədəd zərər çəkmiş şəxsin qiymətləndirdiyi 50 manat dəyərində hidroforu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 390 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, Hacıqabul şəhəri Babək küçəsi ev 1 mənzil 4-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus binanın birinci mərtəbəsində yerləşən saxlanc yeri hesab edilən otaqdan oğurluq etməklə bağlı razılığa gəldikdən sonra 14 dekabr 2021-ci il tarixdə saat 19 radələrində qeyd olunan binanın yanına gələrək, birinci mərtəbədəki Zərərçəkmiş şəxs2 məxsus otağın qapısında olan qıfılı dartıb açmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub, həmin saxlanc yerindən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 30 manat dəyərində su motoronu, bir ədəd 30 manat dəyərində plastik boru birləşdirmək üçün ütü aparatını, bir ədəd 5 manat dəyərində baltanı, bir ədəd 2 manat dəyərində çəkici, bir ədəd 5 manat dəyərində mismar çıxaranı, bir ədəd 5 manat dəyərində rezin çəkici, bir ədəd 3 manat dəyərində qaz açarını, bir ədəd 2 manat dəyərində vintaçanı, zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 10 manat dəyərində mişarı, bir ədəd 30 manat dəyərində 50 metrlik perenoska kabeli, bir ədəd 120 manat dəyərində açar dəstini gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 242 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, Hacıqabul şəhəri Nəsimi küçəsi ev 3/1-də yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətindən oğurluq etməklə bağlı razılığa gəldikdən sonra 10 dekabr 2021-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin yanına gələrək, həmin həyətyanı sahədə olan bağın qapısını açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, həmin həyətdən bir ədəd 300 manat dəyərində «Daevoo Nexia» markalı avtomobilin motor blokunu, bir ədəd 10 manat dəyərində alüminium materialdan olan tavanı, bir ədəd 30 manat dəyərində su motoronu, bir ədəd zərər çəkmiş şəxsin qiymətləndirdiyi 50 manat dəyərində hidroforu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 390 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, Hacıqabul şəhəri Babək küçəsi ev 1 mənzil 4-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus binanın birinci mərtəbəsində yerləşən saxlanc yeri hesab edilən otaqdan oğurluq etməklə bağlı razılığa gəldikdən sonra 14 dekabr 2021-ci il tarixdə saat 19 radələrində qeyd olunan binanın yanına gələrək, birinci mərtəbədəki Zərərçəkmiş şəxs2 məxsus otağın qapısında olan qıfılı dartıb açmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub, həmin saxlanc yerindən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 30 manat dəyərində su motoronu, bir ədəd 30 manat dəyərində plastik boru birləşdirmək üçün ütü aparatını, bir ədəd 5 manat dəyərində baltanı, bir ədəd 2 manat dəyərində çəkici, bir ədəd 5 manat dəyərində mismar çıxaranı, bir ədəd 5 manat dəyərində rezin çəkici, bir ədəd 3 manat dəyərində qaz açarını, bir ədəd 2 manat dəyərində vintaçanı, zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 10 manat dəyərində mişarı, bir ədəd 30 manat dəyərində 50 metrlik perenoska kabeli, bir ədəd 120 manat dəyərində açar dəstini gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 242 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onunla qonşu və dostudur. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. O, Hümmətlə 09.12.2021-ci il tarixdə binanın qarşısında metal torla hasara alınmış bağ sahəsinin içərisində dəmir metallar və digər əşyalar olmasını görmüşlər. Hümmətlə birlikdə 10.12.2021-ci il tarixdə saat 08 radələrində həmin yerə getmişlər. Təqsirləndirilən şəxs1 məxsus bağın qapısını açmışlar, oradan bir ədəd avtomobil mühərrikinin blokunu, 01 ədəd su matorunu üzərində hidroforla birlikdə və 01 ədəd tavanı oğurlamışlar. Onların oğurladıqları əşyaları küçədə olan işıq transformatoru ilə zibilxananın yanında gizlətmişlər. Hümmətlə razılaşmışlar ki, həmin əşyaları səhər aparıb satarlar. 11.12.2021-ci il tarixdə Hümməti axtarmış və tapa bilmədiyi üçün oğurladıqları əşyaları gizlətdikləri yerə gəlmiş, görmüşdür ki, avtomobil bloku orada yoxdur. Bilmişdir ki, Hümmət həmin bloku satmaq üçün götürüb aparmışdır. Bir qədər vaxt keçdikdən sonra Hümmət gəlmiş və avtomobil blokunu Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə aparıb satdığını bildirmişdir. Həmin bloku 15 manata satdığını bildirmişdir. Bundan sonra 13.12.2021-ci il tarixdə Hümmətlə birlikdə Seyid adlı qonşularına aparıb hidroforla birlikdə su matoru və 01 ədəd tavanı ümumilikdə 10 manata satmışlar. Bundan sonra əldə etdikləri pulu Hümmətlə aralarında bölmüşlər və şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa, 14.12.2021-ci il tarixdə dostu Hümmətlə birlikdə olan zaman yaşadıqları evin yaxınlığında yerləşən binanın pilləkanının altında olan otağa girərək əllərinə keçən əşyaları oğurlayıb satmaqla pul əldə etmək barədə fikirləşmişlər. Hümmətlə həmin gün saat 19 radələrində həmin binaya girmişlər. Həmin otağın qapısında balaca kilid olmuşdur. Hümmət kilidi bərk dartdıqda kilid açılmış və qapını açaraq içəri daxil olmuşdur. O, çöldə dayanmışdır. Otaqdan 1 ədəd su motoru, 1 dəst usta açarları, 1 ədəd plastik boru birləşdirmək üçün ütü aparatı, 1 bağlama kabel, 1 ədəd mişar, 1 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd mismar çıxaran, 1 ədəd rezin çəkic, 1 ədəd qaz açarı, 1 ədəd vint açan aləti oğurlayıb çıxarmışdır. O, Hümmətə kömək etmişdir. Sonra Hümmət qapının kilidini bağlamışdır. Həmin əşyaları kolluqda gizlətmişlər. Motorun içərisindən misi, ütünün mis hissəsini və kabelin mis hissəsini yandırıb çıxarmışlar. Qalan əşyaları sonra satmaq üçün Hümmət yaşadığı evə aparmışdır. Həmin misləri Şirvan şəhərində metal qəbul sexində satmış və ona 5 manat pul vermişdir. Əldə etdikləri pulları siqaret və başqa tələbatlarına xərcləmişlər. Hümmət metal qəbulu sexində metalları satanda o, orada olmamışdır. Oğurluq etdiyi evin kimə məxsus olmasından heç bir məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etmiş, ikisindən başqa heç kim olmamışdır. Seyidin hidroforla birlikdə su matoru və 01 ədəd tavanın oğurluq olmasından məlumatı olmamışdır. Onlar tutulduqdan sonra usta alətlərini sahibi Zərərçəkmiş şəxs2 qaytarmışlar. Dəymiş maddi zərər ödənilmişdir. Törətdikləri əməldən peşman olmuşdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Kamranı uzun müddətdir ki, tanıyır, qonşusu və dostudur. Kamranla 09.12.2021-ci il tarixdə axşam saatlarında küçədə gəzən zaman küçədə olan binanın qarşısında metal torla hasara alınmış sahəsinin içərisində dəmir metallar və digər əşyalar olmasını görmüşlər. Maddi ehtiyacları olduğuna görə Kamranla birlikdə 10.12.2021-ci il tarixdə saat 08 radələrində bağ sahəsinin qapısını açıb həyətə daxil olmuş, Kamran da çöldə həmin əşyaları götürüb verməyini gözləmişdir. O, içəridən avtomobilin mühərrik blokunu, 01 ədəd su matoru üzərində hidroforla birlikdə və 01 ədəd də tavanı gətirib Kamrana vermişdir. Sonra həyətdən çıxıb birlikdə yaşadıqları ev istiqamətində getmişlər. Onların küçəsində olan işıq transformatoru ilə zibilxananın yanında oğurladıqları əşyaları gizlətmişlər. Kamranla razılaşmışlar ki, həmin əşyaları səhər aparıb satarlar. Səhər açılanda, yəni 11.12.2021-ci il tarixdə o, bloku götürərək Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə aparıb Laçına 15 manata satmışdır. 13.12.2021-ci il tarixdə isə Kamranla birlikdə Seyid adlı qonşularına aparıb hidroforla birlikdə su matoru və 01 ədəd tavanı ümumilikdə 10 manata satmışlar. Bundan sonra əldə etdikləri pulu Kamranla aralarında bölmüşlər və şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa, 14.12.2021-ci il tarixdə dostu Kamranla birlikdə olan zaman yaşadıqları evin yaxınlığında yerləşən binanın pilləkanların altında olan otağa girərək əllərinə keçən əşyaları oğurlayıb satmaqla pul əldə etmək barədə fikirləşmişlər. Kamranla həmin gün saat 19 radələrində həmin binaya girmək barədə qərarlaşmışlar. Həmin otağın qapısında balaca kilid vardır. O, kilidi bərk dartdıqda kilid açılmış və qapını açaraq içəri daxil olmuşdur. Kamran isə çöldə dayanmışdır. Otaqda 1 ədəd su motoru, 1 dəst usta açarları, 1 ədəd plastik boru birləşdirmək üçün ütü aparatı, 1 bağlama kabel, 1 ədəd mişar, 1 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd mismar çıxaran, 1 ədəd rezin çəkic, 1 ədəd qaz açarı, 1 ədəd vint açan aləti oğurlayıb çıxmışlar. Sonra o, qapının kilidini bağlamışdır. Həmin əşyaları kolluqda gizlətmişlər. Motorun içərisindən misi, ütünün mis hissəsini və kabelin mis hissəsini yandırıb çıxarmışdır. Qalan əşyaları sonra satmaq üçün yaşadığı evə aparmışdır. Həmin misləri Şirvan şəhərində metal qəbul sexində 10 manata satmış, açar dəstini və vintaçanı isə Şirvan şəhərində tanımadığı şəxsə 20 manata satmışdır. Həmin puldan 5 manatını Kamrana vermişdir. Əldə etdikləri pulları siqaret və başqa tələbatlarına xərcləmişlər. Metal qəbulu sexində metalların oğurluq olması barədə məlumatları olmamışdır. Onda olan əşyaları isə polisə təqdim etmişdir. Oğurluq etdiyi evin kimə məxsus olmasından məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmiş, ikisindən başqa heç kim olmamışdır. Seyidin hidroforla su matoru və 01 ədəd tavanın oğurluq olmasından məlumatı olmamışdır. Şahid2 mühərrikin blokunun oğurluq olmasından məlumatı olmamışdır. Əməlindən peşman olmuşdur. Dəymiş maddi zərər ödənilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 10 dekabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Hacıqabul şəhəri Nəsimi küçəsindəki 3/1 nömrəli evdən çıxaraq Bakı şəhərinə xəstəxanaya müayinə olunmaq üçün getmişdir. Həmin vaxt evdə heç kim olmamış, arvadının ayaqları sındığı üçün xəstəxanada olmuşdur. Həmin gün saat 20 radələrində yaşadığı evə qayıtdıqda görmüşdür ki, həyətin qapısı açıqdır. O, həyətə daxil olduqda görmüşdür ki, həyətyanı sahədə olan avtomobil ehtiyyat hissələri və digər əşyalar yoxdur. Həmin vaxt müəyyən etmişdir ki, evin həyətindən bir ədəd hidroforla birlikdə su motoru, bir ədəd «Daevoo» markalı avtomobilin mühərrik bloku və bir ədəd alüminium tava oğurlanmışdır. Bu səbəbdən Hacıqabul RPŞ-yə gəlib ərizə ilə müraciət etmişdir. Hadisə günü arvadı evdə olmamış, yəqin izahatını alan təhqiqatçı onun sözünü səhv başa düşdüyü üçün izahatında arvadının hadisə günü evdə olduğunu qeyd etmişdir. Hadisə günü arvadı xəstəxanada olmuşdur. Ona məxsus oğurlanmış hidroforla birlikdə su motoru 350 manat, avtomobilin motor bloku 500 manat, alüminium tava isə 50 manat dəyərində olmuşdur. Ekspert rəyində qoyulmuş qiymətlərlə razıdır. O, təqsirləndirilən şəxslərin cavanlığını və səhvlərini başa düşmələrini nəzərə alaraq, onlardan maddi ziyanın əvəzinin ödənilməsini tələb etmir. Onları bağışlayır. Heç bir şikayəti və tələbi yoxdur. Bunun nəzərə alınmasını xahiş edir və məhkəməyə ərizə təqdim edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 teleqramını nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, onun yaşadığı bina ikimərtəbəlidir və yaşadığı mənzil ikinci mərtəbədə yerləşir. Həmçinin binanın birinci mərtəbəsində özünə məxsus saxlanc yeri kimi istifadə etdiyi, qapısı olan kiçik otaqda vardır ki, həmin yerdə usta alətləri, balon və sair əşyalar saxlayır. Həmin otağın qapısı taxtadandır və qapı qıfılla bağlanır. 17 dekabr 2021-ci il tarixdə saat 21 radələrində usta açar dəsti lazım olduğu üçün həmin otağa yaxınlaşmış və otağın kilidini özündə olan açarla açmışdır. Otaqda açar dəstini axtardıqda, tapa bilməmiş və diqqət etdikdə həmin otaqdan bir ədəd su motoru, bir dəst usta açarı, bir ədəd plastik boru yapışdırmaq üçün olan ütü, bir ədəd 50 metrlik perenoska kabel, bir ədəd mişar, bir ədəd balta, bir ədəd çəkic, bir ədəd mismar çıxaran, bir ədəd rezin çəkic, bir ədəd qaz açarı, bir ədəd vintaçanın oğurlandığını aşkar etmişdir. O, dərhal oğurluq olması barədə DİN 102 xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirdikdən sonra birlikdə Hacıqabul RPŞ-yə gəlmişlər. Polis şöbəsində o, baş vermiş hadisə ilə bağlı ərizə və izahat vermişdir. Həmin otağa sonuncu dəfə 13 dekabr 2021-ci il tarixdə baxmış və əşyalara fikir vermədiyi üçün orada olub-olmadıqlarını bilmir. Ona məxsus oğurlanmış əşyaların hər birinin dəyərini bilməsə də, hadisə nəticəsində ona təxminən 450 manat ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 əlavə ifadəsində göstərmişdir ki, əvvəlki ifadəsində göstərdiyi kimi o, otaqdan oğurlanmış əşyaların hər birinin dəyərini bilmir. Bu səbəbdən də ekspertiza rəyində göstərilən qiymətlərə heç bir etirazı yoxdur. Bir ədəd mişarı 10 manata, bir ədəd 50 metrlik perenoska kabeli 30 manata, bir dəst açarları isə 120 manata qiymətləndirir. Dəst açarlar bahalı açarlar olmuşdur. Şahid X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən metal qəbulu sexində iş icraçısı işləyir. Həmin məntəqə yeni fəaliyyətə başlamışdır. Mütəmadi olaraq həmin məntəqəyə vətəndaşlar tərəfindən dəmir və əlvan metal gətirilir, onlar da həmin metallar çəkib çəkisinə görə vətəndaşlara pul verib yola salırlar. Məntəqədə Şahid2 fəhlə kimi işləyir və yuxarıda qeyd olunan işlərə Laçın baxır. 11 dekabr 2021-ci il tarixdə o, işdə olmamış və bu səbəbdən də həmin gün məntəqəyə avtomobil motor blokunun gətirilməsini görməmişdir. Lakin sonradan polis əməkdaşları bu barədə bildirdikdə, müəyyən olunmuşdur ki, həmin bloku Laçın almış və həmin blok sonradan Bakı şəhərində olan metal sexinə təhvil verilmişdir. Sonuncu dəfə sexdə olan metalları 13 dekabr 2021-ci il tarixdə Bakı şəhərinə göndərmişlər. Laçının motor blokunu neçəyə almasını bilmir. Şahid2 ibtidai istintaq zamanı ifadə verərək bildirdi ki, 4 aydır ki, Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən metal qəbulu sexində fəhlə işləyir. Həmin məntəqə yeni fəaliyyətə başlamışdır. Mütəmadi olaraq həmin məntəqəyə vətəndaşlar tərəfindən dəmir və əlvan metal gətirilir, onlar da həmin metallar çəkib çəkisinə görə vətəndaşlara pul verib yola salırlar. 11 dekabr 2021-ci il tarixdə saat 17 radələrində bir nəfər cavan oğlan markasını xatırlamadığı taksi avtomobillə məntəqəyə gələrək satmaq üçün avtomobil motor bloku gətirdiyini bildirmişdir. Sonra həmin oğlan avtomobilin arxa yük yerində bloku ona göstərmiş və onlar köməkləşib bloku avtomobilin arxa yük yerindən çıxarmışlar. Sonra o, bloku tərəzi vasitəsilə ölçmüş, blok təxminən 30 kiloqrama yaxın çəkidə olmuşdur. O, blokun çəkisini bildirən qəbzi oğlana vermiş və oğlan həmin qəbz vasitəsilə məntəqədən pulunu alıb çıxıb getmişdir. Sonradan polis şöbəsində 15 dekabr 2021-ci il tarixdə olarkən həmin oğlanı görmüş və adının Hümmət olduğunu öyrənmişdir. Hümmət ona avtomobil motoru blokunun oğurluq olmasını deməmişdir. Həmçinin 15 dekabr 2021-ci il tarixdə saat 10 radələrində bir nəfər cavan oğlan markasını xatırlamadığı taksi avtomobillə məntəqəyə gələrək satmaq üçün mis gətirdiyini bildirmişdir. Sonra həmin oğlan avtomobilin arxa yük yerindən misləri çıxarıb ona təqdim etmişdir. O, tərəzi vasitəsilə misləri ölçmüş, təxminən 1 kiloqrama yaxın çəkidə olmuşdur. O, mislərin çəkisini bildirən qəbzi oğlana vermiş və oğlan həmin qəbz vasitəsilə məntəqədən pulunu alıb çıxıb getmişdir. Həmin misləri ona satan oğlan məhz 15 dekabr 2021-ci il tarixdə polis şöbəsində gördüyü Hümmət adlı oğlan olmuşdur. Sadəcə olaraq ilk dəfə izahat verən zaman ondan bu barədə soruşulmadığı üçün ilk dəfə verdiyi izahatda Hümmətin ona mis satdığını deməmişdir. Hümmətin satdığı misləri elə həmin gün Bakı şəhərinə yola saldıqları üçün həmin mislər hazırda məntəqədə yoxdur. Həmçinin Hümmət ona mislərin oğurluq olmasını deməmişdir. Şahid X5 oğlu ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 13 dekabr 2021-ci il tarixdə küçədə olarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüb sonuncularla salamlaşdıqda, Hümmət bildirmişdir ki, onda satdıq hidroforla birlikdə bir ədəd alüminium tava vardır. O, həmin əşyaları neçəyə satdığını soruşduqda, Hümmət 10 manata satdığını demişdir. O, Hümmətə həmin əşyaların kimə məxsus olduğunu və onları haradan əldə etdiyini soruşduqda, Hümmət demişdir ki, əşyalar özünə məxsusdur. O da razılaşmış və Hümmət evinin həyətindən bir ədəd hidroforla birlikdə su motoru və bir ədəd alüminium tavanı gətirmişdir. O, 10 manat pul verib həmin əşyaları almışdır. Növbəti gün həmin əşyaları 25 manata satmışdır. O, həmin əşyaların oğurluq olmasını bilməmiş, Hümmət ona həmin əşyaların özünə məxsus olduğunu demişdir. Baxış keçirilməsi və götürmə haqqında 17.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən sonuncunun təqdim etdiyi zərər çəkmiş Zərərçəkmiş şəxs2 məxsus axlanc yerindən oğurlanmış bir ədəd çəkic, bir ədəd rezin çəkic, bir ədəd balta, bir ədəd qaz açarı, bir ədəd mişar və bir ədəd mismar çıxaran alət götürülərək qablaşdırılmışdır. Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim olunan bir ədəd çəkic, bir ədəd rezin çəkic, bir ədəd balta, bir ədəd qaz açarı, bir ədəd mişar və bir ədəd mismar çıxaran aləti tanıyaraq, saxlanc yerindən oğurlanmış əşyaların məhz həmin əşyalar olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.03.2022-ci il tarixli 9/1213 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: - 01 ədəd “Daevoo Nexia” markalı avtomobil motor bloku - 300 manat; - 01 ədəd alüminium materialından olan tava - 10 manat; - 01 ədəd su motoru - 30 manat (2-ci cild iş v. 21). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.03.2022-ci il tarixli 9/1324 nömrəli ekspert rəyində göstərilmişdir ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 8 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 82,0 manat müəyən edilir. Digər 3 adda mallar haqqında ətraflı məlumat (marka, model, sayı, ölçüsü, diametri və sair) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (2-ci cild iş v. 24-25) Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 11.03.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 11.03.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki Təqsirləndirilən şəxs1 əvvəllər Hacıqabul rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hacıqabul rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 7(071)-15/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 Hacıqabul rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 1(071)-110/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 01 il 05 ay 11 gün hissəsi 01 (bir) il azaldılmışdır. Təqsirləndirilən şəxs1 15.12.2021-ci il tarixə çəkilməmiş qalan cəzası 04 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təşkil edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər iş materialları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs kimi, təkrarən, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini törətmələri tamamilə sübuta yetirildi. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar ittiham olunduqları maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını, himayəsində “şəxsiyyətin emosional davamsız pozğunluğu, sayıqlama fikirləri ilə müşahidə olunan kəskin ifadəli emosional-davamsız tip şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, özünü kəsmələrlə” diaqnozu ilə üçüncü qrup əlil olan qardaşı X2 olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxslərin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslərə ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 15.12.2021-ci il tarixdən 07.06.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 05 ay 23 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 15.12.2021-ci il tarixdən 07.06.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 05 ay 23 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 1(071)-110/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 01 il 06 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Hacıqabul rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 7(071)-15/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 Hacıqabul rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 1(071)-110/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 01 il 05 ay 11 gün hissəsi 01 (bir) il azaldılmışdır) 15.12.2021-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 04 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, yeni hökm üzrə təyin edilən cəzaya qismən birləşdirilməlidir. Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxslərin üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onlar məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidirlər. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 təqdim etdiyi zərər çəkmiş Zərərçəkmiş şəxs2 məxsus saxlanc yerindən oğurlanmış bir ədəd çəkic, bir ədəd rezin çəkic, bir ədəd balta, bir ədəd qaz açarı, bir ədəd mişar və bir ədəd mismar çıxaran alət saxlanılması üçün zərər çəkmiş şəxsə qaytarılmışdır. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndilən şəxslərə qarşı heç bir şikayət və maddi tələblərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 15.12.2021-ci il tarixdən 07.06.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 05 ay 23 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 15.12.2021-ci il tarixdən 07.06.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 05 ay 23 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 1(071)-110/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 01 il 06 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Hacıqabul rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 7(071)-15/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 Hacıqabul rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 1(071)-110/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 01 il 05 ay 11 gün hissəsi 01 (bir) il azaldılmışdır) 15.12.2021-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 04 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, yeni hökm üzrə təyin edilmiş 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs1 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 21 saata görə 126 manat; Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə baxışı zamanı iştirak etdiyi 21 saata görə 126 manat dövlət büdcəsi dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-63/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-63/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver