Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-63/2025 14.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Şamaxı rayonu Məlikçobanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Məlikçobanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək sonuncunun oğlu Ənvər Xəlilovu buna səlahiyyəti və imkanları olmadığı halda həbsdən azadlığa buraxdıracağı barədə yalan vəd verib onu aldadaraq, həmin məqsədlə 18 fevral 2023-cü il tarixdə, saat 21:12-də Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Al Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun göndərdiyi "xxxx" ASC-yə məxsus 416973******0783 rəqəmli plastik kart hesabına 2750 (iki min yeddi yüz əlli) manat, 19 fevral 2023-cü il tarixdə, saat 10:54-də Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Al Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun göndərdiyi "xxxx" ASC-yə məxsus 416973******9601 rəqəmli plastik kart hesabına 3250 (üç min iki yüz əlli) manat pul vəsaitinin göndərilməsinə nail olduqdan sonra ilkin niyyətinin davamı olaraq 23 fevral 2023-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı Hacıqabul şəhəri, Xudu Məmmədov küçəsi, ev 1-də yerləşən fərdi yaşayış evində 14.000 (on dörd min) manat nağd pul vəsaitini, 2023-cü ilin may ayının əvvələrində dəqiq məlum olmayan tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində 5000 (beş min) manat nağd pul vəsaitini şəxsən almış, 08 iyun 2023-cü il tarixdə, saat 18:40-da Hacıqabul şəhəri, H.Həmidov küçəsi 7-də yerləşən “MPay” ödəmə terminalı vasitəsilə onun göndərdiyi "xxxx" ASC-yə məxsus 416973******0783 rəqəmli plastik kart hesabına 2500 (iki min beş yüz) manat, 14 iyun 2023-cü il tarixdə, saat 20:15-də Hacıqabul şəhəri, H.Həmidov küçəsi 7-də yerləşən “MPay” ödəmə terminalı vasitəsilə onun göndərdiyi "xxxx" ASC-yə məxsus 416973******0783 rəqəmli plastik kart hesabına 800 (səkkiz yüz) manat, 07 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən ödəmə terminalı vasitəsilə onun göndərdiyi "xxxx" ASC-yə məxsus 416973******0783 rəqəmli plastik kart hesabına 200 (iki yüz) manat, 08 dekabr 2023-cü il tarixdə, saat 09:24-də Hacıqabul şəhəri, H.Həmidov küçəsi 7-də yerləşən “MPay” ödəmə terminalı vasitəsilə onun göndərdiyi "xxxx" ASC-yə məxsus 416973******0783 rəqəmli plastik kart hesabına 300 (üç yüz) manat pul vəsaitinin göndərilməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat pul vəsaitini aldatma və etibardan suiistifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz ehtiyacları üçün xərcləməklə dələduzluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. O, Şahid2 təqribən 8 ildir ki, tanıyır. O, Tunarla birlikdə Bakı şəhəri, Binəqədi rayonunda usta işləmişdir. Şahid2 ilə aralarında hər hansı düşmənçilik ədavəti olmamışdır, münasibətləri normaldır. Şahid2 təqribən 2020-ci ildə Yasamal rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılarkən o, onun yanına gedib-gəlmişdir. Həmin vaxt Tunara vəkil tutmaqda köməklik göstərmiş və onun qazi olması barədə məhkəmədə bildirməklə ona yügül cəza təyin olunmasına köməklik göstərmişdir. Lakin, həmin işin qarşılığında heç bir məbləğdə pul vəsaiti almamışdır. Sırf Tunar ilə olan münasibətinə görə ona köməklik göstərmişdir. Təqribən 2023-cü ilin fevral ayında tanışı Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Söyüdlü qəsəbəsində onların fərdi yaşayış evində oturan zaman Tunar ona qohumu X2 Bakı şəhəri, Yasamal rayonunda narkotik vasitələlərin dövriyyəsinə görə saxlanılmasını bildirmişdir. Şahid2 ona necə kömək edə biləcəyi barədə ondan soruşmuşdur. Həmin vaxt maddi vəziyyətində sıxıntıları olmuşdur. Çünki, heç bir yerdə işləmirdi. Ona görə də, düşünmüşdür ki, Tunarın tanışını azadlığa buraxdıracağını deyərək müəyyən məbləğdə pul vəsaiti əldə edə bilər. Daha sonra, imkanı düzələn zaman pulu geri qaytarmağı və şikayət etməyə imkan verməməyi planlaşdırmışdır. Bu səbəbdən Tunara cavab olaraq tanışlarının olmasını və Ənvər Xəlilovu azadlığa buraxdıra biləcəyini bildirmişdir. Şahid2 ona tanışları ilə əlaqə saxlamasını və bu barədə ona məlumat verməsini bildirmişdir. O, Tunara bu işlər üçün onların müəyyən qədər xərclərinin çıxacağını bildirmişdir. Şahid2 anası Şahid3 öz istifadəsində olan nömrə ilə qohumu İradə Xəlilovun istifadəsində olan mobil nömrəyə yığaraq, onun Tunarı Yasamal rayon Polis idarəsindən azadlığa buraxdırmağa köməklik göstərdiyini və Ənvəri pul müqabilində azadlığa çıxarmaq üçün tanışlarının olmasını bildirirək, onlara kömək edə biləcəyini bildirmişdir. Şahid3 onun istifadəsində olan ***-***-**-** mobil nömrəni Şahid1 vermişdir. 2023-cü ilin fevral ayının əvvəllərində saat 21 radələrində onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***- ***-**-** mobil nömrədən zəng gəlmiş və ona nömrəni Şahid3 verdiyini bildirmişdir. O, həmin an onun kim olduğunu bilmişdir. Şahid1 və yoldaşı kimi tanıdığı Zərərçəkmiş şəxs oğlu Ənvərin tutulmasını bildirmiş və ondan kömək istəmişlər ki, oğullarını azadlığa buraxdırsın. O, onlara Ənvəri azadlığa buraxdıracağına dair vəd edib bunun müqabilində pul lazım olduğunu bildirmişdir. O, səhəri gün Yasamal rayon Polis İdarəsinə getmiş və Ənvər Xəlilovun tutulma səbəbini öyrənmişdir. O, Polis İdarəsindən çıxdıqdan sonra istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə yığmış və Ənvər Xəlilovu azadlığa buraxdırmağı üçün işin başlamasına görə ilk öncə onlardan 6000 manat pul istəmişdir. Onlar ona maddi durumlarının zəif olmasını bildirirək ondan zaman istəmişlər. O, Şahid1 cavab olaraq işin həyata keçirilməsi üçün pulu tez zamanda tanışlarına verməli olduğunu bildirmişdir. O, “Whatsapp” ani mesajlaşma sistemindən Şahid1 "xxxx" ASC-yə məxsus 16 rəqəmli 4169 7388 7301 0783 nömrəli plastik kart hesabını göndərmişdir. 18 fevral 2023-cü il tarixdə, saat 21:12-də onun kart hesabına ilk öncə 2750 manat pul gəlmişdir. Daha sonra o, Şahid1 tanışı olan Günelin "xxxx" ASC-yə məxsus 16 rəqəmli 4169 7388 1255 9601 nömrəli kart hesabını göndərmişdir. 19 fevral 2023-cü il tarixdə, saat 10:54-də ikinci dəfə 4169 7388 1255 9601 nömrəli plastik kart hesabına 3250 manat pul gəlmişdir. O, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəng vurmuş, pulun karta gəldiyini bildirmiş, 2-3 gün sonra Hacıqabul şəhərinə gəlib onlardan iş üçün əlavə 14.000 manat pul götürəcəyini bildirmişdir. Şahid1 ona hal-hazırda pullarının olmamasını bildirmiş, qohumlardan borc alacağını demişdir. O, 23 fevral 2023cü il tarixdə, saat 10 radələrində Şahid2 və anası Şahid3 ilə görüşərək Şahid1 Hacıqabul şəhərində yaşadıqları fərdi yaşayış evinə getmişdir. O, onların evinə girəndə yoldaşı Zərərçəkmiş şəxs evdə olmamış, Şahid1 yoldaşının işdə olmasını bildirmişdir. O, təqribən 30-40 dəqiqə onların evində oturduqdan sonra 14.000 manat pulu Şahid1 götürmüşdür. Şahid1 işin nə yerdə olmasını soruşduqda, o, onlara səbrli olmalarını bildirmiş, oğlu Ənvər Xəlilovu azadlığa buraxdıracağını vəd etmişdir. O, pulu aldıqdan sonra yenidən Bakı şəhərinə qayıtmışdır. Həmin pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləmişdir. O, təqribən 2023-cü ilin may ayının əvvələrində istifadəsində olan ***-***-**-** mobil nömrədə olan “Whatsapp” ani mesajlaşma sistemi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə yığmış, işin gedişatı üçün yenidən 5000 manat pul istəmişdir. Şahid1 ona indiyə qədər verdiyi 20.000 manat pulun borc olmasını bildirmiş, durumlarının yaxşı olmadığını demişdir. O, onlara əlavə məsələlərin olduğunu bildirmiş və Ənvərin azadlığa çıxmağı üçün əlavə 5000 manatı ona vermələrini bildirmişdir. Təqribən həmin söhbətdən bir neçə gün sonra, yəni 2023-cü ilin may ayının əvvələrində saat 16 radələrində Şahid1 ona mobil nömrədən yığaraq, pulun hazır olmasını bildirmişdir. O, Şahid1 pulu kart hesabına atmasını bildirəndə, o, ona cavab olaraq onunla üzbəüz görüşmək və işlə bağlı danışmaq istədiyini bildirmişdir. Ona “Whatsapp” ani mesajlaşma sistemindən göndərəcəyi məkana gəlməyini istəmişdir. Həmin gün təqribən 1 saat sonra o, Şahid3 ilə Bakı şəhəri, 20 Yanvar dairəsindən hal-hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Bakı şəhərindən çıxaraq Şahid1 “Whatsapp” ani mesajlaşma sistemindən göndərdiyi məkana doğru getmişdir. O, təqribən 1 saat sonra göndərilən məkana çatmışdır. Həmin yer Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Evə daxil olduqda Şahid1 və hal-hazırda adını xatırlamadığı qızının orada olmasını görmüşdür. O, Şahid1 ilə bir müddət söhbət etdikdən sonra onu Ənvər Xəlilovun azadlığa buraxılmasına inandırmış və 5000 manat pulu ondan almışdır. Şahid1 işin nə yerdə qalmasını, bu qədər pul verdiklərinə baxmayaraq nə üçün hələ də ortada bir irəliləyişin olmamasını soruşmuşdur. O, isə Şahid1 işin məhkəmədə həllini tapacağını ona görə də, biraz da səbrli olmalarını bildirmişdir. O, artıq onların onun yalanlarından şübhələndiyini hiss eləmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs dəfələrlə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemindən onun istifadəsində olan ***- ***-**-** mobil nömrəyə zəng vurmuş, məsələnin nə yerdə qalmasını soruşduqda, o, hər dəfə ona müxtəlif vədlər verərək oğlu Ənvər Xəlilovu azadlığa buraxdıracağı barədə yalanlar demişdir. Həmin zamanlar onun özünün maddi cəhətdən sıxıntıları, həmçinin müxtəlif yerlərə borcları çox olmuşdur. Buna görə də, onlardan yenidən pul istəmək qərarına gəlmişdir. 07 iyun 2023-cü il tarixdə saat 14 radələrində yenidən Şahid1 yığmış, işin həll olması üçün yenidən 5000 manat pula ehtiyac olduğunu bildirmişdir. Şahid1 ona cavab olaraq artıq pullarının qalmadığını və borc götürmək üçün də kiminsə olmadığını bildirmişdir. O, ona artıq işin sonuna yaxınlaşdıqlarını 5000 manatı həmin adamlara verməli olduğunu bildirmişdir. Onlar ondan 1 gün möhlət istəmişlər. O, Şahid1 ilk vaxtlarda “Whatsapp” ani mesajlaşma sistemindən atdığı "xxxx" ASC-yə məxsus 16 rəqəmli 4169 7388 7301 0783 nömrəli plastik kart hesabını yenidən göndərərək 5000 manatı oraya atmalarını bildirmişdir. 08 iyun 2023-cü il tarixdə saat 18:40-da onun kart hesabına 2500 manat pul gəlmişdir. O, bundan sonra Şahid1 pulun qalan hissəsini istədikdə pullarının olmadığını və bir neçə gün gözləməyini ona bildirmişdir. 14 iyun 2023-cü il tarixdə saat 20:15-də onun kart hesabına 800 manat pul gəlmişdir. Şahid1 onu yığaraq pulun qalan hissəsini tapa bilmədiyini bildirmişdir. Bundan sonra, Şahid1 və Zərərçəkmiş şəxs onu dəfələrlə zəng edib, işin nə yerdə qalmasını soruşduqda, o, onlara həmişəki kimi məsələnin həll olacağını və məhkəməni gözləmələrini bildirmişdir. O, Ənvər Xəlilovun məhkəməsinin 12 dekabr 2023-cü il tarixdə olmasını öyrəndikdə, yenidən 07 dekabr 2023cü il tarixdə saat 17 radələrində “Whatsapp” ani mesajlaşma sistemi ilə Şahid1 yığaraq məhkəmənin tarixini demiş, əlavə 500 manat lazım olduğunu bildirmişdir. Şahid1 ona cavab olaraq 200 manat pulu 1-2 saata atacaqlarını, pulun qalan hissəsini isə 08 dekabr 2023-cü il tarixdə saat 12 radələrinə qədər atacağını bildirmişdir. Onun Şahid1 ilk vaxtlarda “Whatsapp” ani mesajlaşma sistemindən atdığı "xxxx" ASC-yə məxsus 16 rəqəmli 4169 7388 7301 0783 nömrəli plastik kart hesabına 07 dekabr 2023-cü il tarixdə saat 23 radələrində 200 manat pul gəlmişdir. 08 dekabr 2023-cü il tarixdə saat 09:24-də isə 4169 7388 7301 0783 nömrəli plastik kart hesabına 300 manat pul gəlmişdir. O, Şahid1 yığıb 12 dekabr 2023-cü il tarixdə saat 09:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında olması bildirmişdir. 12 dekabr 2023-cü il tarixdə saat 09:00-da o, Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Məhkəmə iclası başlamış və yekunda Ənvər Xəlilovun həbs olunması ilə bağlı hökm oxunmuşdur. Zərərçəkmiş şəxs ondan niyə görə oğlunun tutulmasını soruşduqda, o, ona Ənvərin müdafiəçisi ilə danışıb, bir yol tapıb Ənvəri azadlığa buraxdıracağını bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi “Chevrolet Cruze” markalı hal-hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilində əyləşmişdir. O, Zərərçəkmiş şəxs ona sonuncu atdığı 500 manat pulu qaytarmış və Vamiq ona həmin puldan 100 manat pul vermiş, yol xərci üçün istifadə etməsini bildirmişdir. Bundan sonra o, artıq məsələnin alına bilməyəcəyini bilmiş, artıq Vamiq və Şahid1 telefon zənglərini açmamışdır. O, həmin pulu maddi durumunun zəif olması və borclarının olmasına görə xərcləmişdir. Ona görə də, həmin pulu onlara qaytara bilməmişdir. Daha sonra ona məlumat verilmişdir ki, Zərərçəkmiş şəxs Hacıqabul rayon Polis şöbəsinə onunla bağlı şikayət ərizəsi yazmışdır. Onu Polis şöbəsindən dəvət etdikdə, həbs olunmaqdan qorxduğu üçün polis əməkdaşlarının çağırışlarından boyun qaçırmış, həmin çağırışlara gəlməmişdir. Təqsirləndirilən şəxs son sözündə hazırda təqsirini etiraf etdiyini, özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olduğunu, evli olmaqla himayəsində azyaşlı övladının olmasını, əvvəllər məhkum olmamasını nəzərə alaraq barəsində yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu Ənvər xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə saxlanılmışdır. Arvadı Şahid1 bacısı X4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Ənvəri görmək üçün Yasamal Rayon Polis İdarəsinə getmişlər. Ondan sonra yoldaşı Hacıqabul şəhərinə qayıtmışdır. O, ondan oğlu barəsində soruşanda ağır cinayət törətdiyini və cəzasının ağır olacağını ona bildirmişdir. Onlar əvvəllər qohumlardan yoldaşının bibisi qızı Şahid3 oğlu Şahid2 Yasamal Rayon Polis İdarəsində tutulması və Təqsirləndirilən şəxs adlı tanışlarının Ənvərin azadlığa buraxılmasında kömək etdiyini eşitmişlər. Arvadı bunu dəqiqləşdirmək məqsədi ilə 2023-cü ilin fevral ayının əvvəllərində öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Şəfaqətin istifadəsində olan mobil telefona zəng vurmuşdur. Yoldaşı oğullarının tutulması ilə bağlı şəfaqətə demiş və onun oğlu Tunarın Yasamal Rayon Polis İdarəsindən necə çıxarılmasını soruşmuşdur. Şəfaqət yoldaşı İradəyə, oğlu Tunarın Təqsirləndirilən şəxs adlı dostunun olmasını və Tunar tutulduqdan sonra Ələsgərin dəfələrlə onun yanına getdiyini, daha sonra Tunara vəkil tutulmasında onlara köməklik göstərdiyini bildirmişdir. X1rı Ənvərə köməklik göstərməsi üçün Ələsgərin mobil nömrəsini istəmişdir. Təqribən 5 dəqiqə sonra Şəfaqət İradəni “Whatsapp” ani mesajlaşma sistemi ilə yığmış və Ələsgərin onun yanında olmasını bildirmişdir. Ələsgər öz istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi ilə yoldaşının istifadəsində olan ***-***-**-** nömrə ilə “Whatsapp”la əlaqə saxlamış, bu işi həll edəcəyini və tanışları vasitəsi ilə tez zamanda Ənvəri azadlığa buraxdırmağı vəd edərək pul müqabilində həll edəcəyini bildirmişdir. Ələsgər yoldaşına demişdir ki, atacağı kart hesabına 6000 manat pulu atsın ki, o da işi başlamaq üçün tanışları ilə əlaqə saxlasın. O, 1-ci dəfə xx.xx.2023cü il tarixdə saat 21:12-də Ələsgərin onlara göndərdiyi 4169 7388 7301 0783 nömrəli kart hesabına Hacıqabul şəhəri, “Al Market”in qarşısında yerləşən “Milliön” aparatı vasitəsi ilə 2750 manat pulu göndərmişdir. İkinci dəfə xx.xx.2023-cü il tarixdə, saat 10:54-də Ələsgərin onlara göndərdiyi 4169 7388 1255 9601 nömrəli kart hesabına Hacıqabul şəhərində “Al Market”in qarşısında yerləşən “Milliön” aparatı vasitəsi ilə 3250 manat pul göndərmişdir. Təqribən 2-3 gün sonra Ələsgər arvadı İradə ilə əlaqə saxlayaraq işin gedişatı üçün 14.000 manat pul lazım olduğunu demişdir. Onların həmin zaman o qədər pullarının olmadığı üçün ondan möhlət istəmiş, həmin pulu qohumlardan borc aldıqdan sonra Ələsgər ilə danışıb pulun hazır olmasını bildirmişdirlər. 2023-cü ilin fevral ayının sonlarında Ələsgər Şəfaqət və Tunar ilə Hacıqabul şəhərində yerləşən fərdi yaşayış evlərinə gəlmişdir. Lakin o, həmin zaman işdə olduğundan evdə olmamışdır. Yoldaşı İradə 14.000 manat pulu Ələsgərə vermişdir. Pulu verən zaman yanında Şəfaqət və oğlu Tunar olmuşdur. Təqribən 2023-cü ilin mart ayının əvvələrində Ələsgər istifadəsində olan ***-***- **-** mobil nömrəli telefonla yoldaşı İradənin ***-***-**-** nömrəsinə yığaraq işin gedişatı üçün yenidən əlavə 5000 manat pul istəmişdir. Yoldaşı Ələsgərə həmin vaxt pullarının olmadığını, indiyə qədər verdikləri 20.000 manat puluda borc alıb verdiyini bildirmişdir. Ələsgər yoldaşına biraz da səbrli olmaqlarını və tez zamanda Ənvərin azadlığa buraxılacağı barədə vəd vermişdir. Təqribən 2023-cü ilin mart ayında yoldaşı İradə qızı Səkinənin yaşadığı Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən evində Ələsgər ilə görüşərək 5000 manat pulu ona vermişdir. Bundan sonra, onlar onu yığıb işi maraqlandıqda səbrli olmaqlarını Ənvərin tezliklə azadlığa buraxılacağını demişdir. xx.xx.2023-cü il tarixdə yenidən Ələsgər onları yığaraq 5000 manat pul istəmiş və onlar ondan 1 gün möhlət istəmişdirlər. xx.xx.2023-cü il tarixdə, saat 18:40-da Ələsgərin onlara göndərdiyi 4169 7388 7301 0783 nömrəli kart hesabına Hacıqabul şəhərində “Al Market”in qarşısında yerləşən “Milliön” aparatı vasitəsi ilə 2500 manat pulu göndərmiş, sonra xx.xx.2023-cü il tarixdə, saat 20:15-də Ələsgərin onlara göndərdiyi 4169 7388 7301 0783 nömrəli kart hesabına yenidən Hacıqabul şəhərində “Al Market”in qarşısında yerləşən “Milliön” aparatı vasitəsi ilə 800 manat pulu göndərmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayının 8-də Ələsgər onları yığaraq 4-5 gün sonra Ənvərin məhkəməsinin olacağını və yenidən 300 manat pul lazım olduğunu bildirmişdir. 08 dekabr 2023-cü il tarixdə saat 09:24-də isə 4169 7388 7301 0783 nömrəli plastik kart hesabına 300 manat atmışdır. xx.xx.2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində 07 il 06 ay hökm oxunmuşdur. Ələsgər də onlar ilə birlikdə məhkəmədə iştirak etmişdir. O, ona verdiyi vədlər qarşısında hökm oxunduğunu dedikdə yenidən ona səbrli olmağını, onu həkimə göndərib ordan azadlığa çıxaracağını bildirmişdir. Daha sonra onlar Ələsgəri dəfələrlə zəng etsə də, onların telefonlarına cavab verməmişdir. Bundan sonra o, Ələsgərin onları aldadaraq 28.600 manat dələduzluqla aldığı pulları qaytarması üçün Şəfaqətə yığdıqda, onlar dalaşaraq telefonlarına cavab verməmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində “Whatsapp” ani mesajlaşma sistemi ilə yoldaşı Şahid1 istifadəsində olan mobil nömrəsinə zəng edərək, məhkəmənin tarixini bildirib yenidən 500 (beş yüz) manat pul vəsaiti istəmişdir. Həmin vaxt onun əlində pul olmadığından o, qızı Səkinəyə yığaraq göndərəcəyi kart hesabına 200 manat pul göndərməsini və həmin pulu sabah ona qaytaracağını bildirmişdir. Şahid4 Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 16 rəqəmli 4169 7388 7301 0783 nömrəli plastik kart hesabına 200 (iki yüz) manat pul vəsaitini göndərmişdir. 08 dekabr 2023-cü il tarixdə, saat 09 radələrində o, tanışlarından 500 manat borc alaraq, həmin puldan 200 manatını qızına qaytarmışdır. 08 dekabr 2023-cü il tarixdə, saat 09:24-də Ələsgər Əlxan oğlunun “Whatsapp” ani mesajlaşma sistemi ilə göndərdiyi "xxxx" ASC-yə məxsus 16 rəqəmli 4169 7388 7301 0783 nömrəli plastik kart hesabına 300 (üç yüz) manat pul vəsaiti göndərmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan heç bir ödəniş edilməmiş, sonuncu ilə onun arasında barışıq əldə olunmamışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbi yoxdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X3 və Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq şahidlər Şahid3 və Şahid2 məhkəmə iclaslarına gəlməmiş, onların ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmişdir. Müdafiə tərəfinin şahid ifadəsinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. İfadələr elan edilərkən şahidlərin ifadələrində göstərilən xüsusatların digər ifadələrlə eynilik təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmünə əsasən Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsmiş, 24 iyun 2021-ci il tarixdən tutularaq hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablanmışdır. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan “MPAY” və “MilliÖn” ödəniş terminalından həyata keçirilmiş pul köçürmə əməliyyatı qəbzlərindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdı 3250 manat, xx.xx.2023-cü il tarixdə 2750 manat, xx.xx.2023-cü il tarixdə isə 300 manat və 200 manat pul vəsaiti Təqsirləndirilən şəxs kart hesabına köçürülmüşdür. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X7 verilmiş 28 noyabr 2024-cü il tarixli, 18-1- 72/2-1830/2024 saylı məktuba əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X7 verilmiş 25 noyabr 2024-cü il tarixli, 18- 1-41/2-1000/2024 saylı məktuba əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs xəstəxananın psixoloji kabinetində qeydiyyatda deyildir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin qeyd edir ki, 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirtməkdə olan şəxs tərəfindən bilə-bilə, həqiqətə uyğun olmayan məlumatların düzəldilməsi və ya dəyişdirilmiş məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəldilmiş qəsdən törədilmiş başqa hərəkətlərin edilməsi, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma təsvirinin yaradılması və sair başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun və ya gizlədilmiş məlumatlar kimi keyfiyyətli hallar, olmayan hüquqi faktlar, əmlakın dəyərinə və təqsirkarın şəxsiyyətinə, onun idarələrinə və nəzarətinə dair məlumatlar mövcud ola bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmədən, əmlakı təsdiqləmək və ya əmlaka olan hüquq əldə etmək məqsədi güdən şəxsə məxsus əmlakın sahibi, bu əmlaka sahiblik edən və ya hüquq vermək hüququ olan şəxslə yaranmış sağlam münasibətlərdən istifadə edilməsi başa düşülür. Etibardan əlavə olaraq özünün və ya üçüncü şəxslərin xeyriyyə əmlakı və ya ona olan hüququ əldə etmək məqsədi ilə götürdüyü hər hansı öhdəliyi yərinə yetirmək üçün nəzərdə tutulmayan şəxs, kredit təşkilatlarından sui-istifadə və ya üçüncü şəxslərə borc götürmə, bərpa etmək məqsədi güdmədiyi, hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini hər hansı bir şəkildə götürüb bunun üçün avans kimi əldə etməkdə pul yaratmaq işi görmədiyi (xidmət) görünüşünü göstərmədiyi və görmək (xidmət) görünüşünü göstərməsi də baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka aid işləri kimi idarə etmək və ya onlardan istifadə etmək imkanının yarandığı andan çatmış hesab edilir. X11 31-ci maddəsinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş cinayət işi materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vədlər verərkən həmin vaxt verdiyi vədləri yerinə yetirmək kimi niyyəti olmamış, təqsirləndirilən şəxsin qəsdi birbaşa zərərçəkmiş şəxsin pullarını ələ keçirməyə yönəlmişdir. Məhz bu səbəbdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Ənvər Xəlilovun barəsində olan cinayət işinə xitam verilməsi adı ilə vəd verib, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində nağd pul vəsaitlərini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ələ keçirmişdir. Beləliklə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz ehtiyyacları üçün xərcləməklə dələduzluq cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın məqsədindən bəhs edən həmin Məcəllənin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Camaləddin Rzayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Camaləddin Rzayev tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-9/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 03 mart 2025-ci il tarixdən saat 14:00-dan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-15/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinədək uzadılmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)- 63/2025 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, məhkəmənin icraatında olan 1(071)-63/2025 nömrəli cinayət işi üzrə məhkəmə hazırlıq iclasının müddəti uzadılmış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)- 63/2025 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Məlikçobanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 noyabr 2024cü il tarixli, 5-75-41/2-290/2024 saylı arayışa və həmin tarixli 5-75-41/2-292/2024 saylı xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Şamaxı rayon, Məlikçobanlı kəndində qeydiyyatda olmaqla yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailəlidir və himayəsində 2 azyaşlı övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, evli olmaqla himayəsində azyaşlı övladının olmasını, əvvəllər məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, qeyd olunanları həmçinin hazırkı cinayətin törədilməsi üsulunu, yəni hüquq mühafizə orqanlarının və məhkəmənin nüfuzuna xələl gətirə bilən üsuldan istifadə edilməsini, eləcə də hazıradək dəymiş zərərin ödənilməməsini nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə onlara təyin ediləcək cəzanı “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı cəzaçəkmə müddətinin əvvəli onların azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 03 mart 2025-ci il tarixdən hesablamalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlu hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ**********4619570251, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-63/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-63/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver