Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-64/2025 11.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Hacıqabul rayonu Navahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Navahi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgəsinə məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 2024-cü il dekabr ayının əvvələrində istintaqa dəqiq məlum olmayan tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Hacıqabul rayonu Navahi kəndində yerləşən fərdi yaşayış evinin yanına gələrək heç kimin onu görmədiyinə tam əmin olub sonuncuya məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra həmin həyətdə yerləşən fərdi yaşayış evinin giriş qapısının yanında olan pəncərəni əli ilə itələyib açaraq həmin pəncərədən fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmuş, evin qonaq otağında yerləşən 1 ədəd 1980-cı il Gəncə şəhər istehsalı olan 1 metr 80 sm enində, 2 metr 50 sm uzunluğunda dəyəri 2000 manat olan xalçanı, 1 ədəd 1970-ci ildə əldə toxunma 3 metr uzunluqda 2 metr enində dəyəri 3000 manat olan xalçanı, 2 ədəd hər birinin dəyəri 30 manat olan balıncı, 4 ədəd hər birinin dəyəri 20 manat olan döşəkcəni, 1 ədəd dəyəri 200 manat olan 2.2x1.8 metr böyüklükdə taxt döşəyini, 4 ədəd hər birinin dəyəri 40 manat olan 2.2x1.8 metr böyüklükdə taxt örtüyünü, 1 ədəd dəyəri 50 manat olan 2.7x2.5 metr pərdəni, 6 ədəd işlənmiş hər birinin dəyəri 25 manat olan taxta oturacaqları, 1 ədəd dəyəri 130 manat olan 90x40sm böyüklükdə üç rəfli dolabı, 1 ədəd dəyəri 30 manat olan 40x140 sm böyüklükdə güzgünü, 1 ədəd dəyəri 30 manat olan “Sony” markalı ütünü, 2 ədəd hər birinin dəyəri 70 manat olan plastik vannanı, 1 ədəd dəyəri 15 manat olan plastik səbəti, 1 ədəd dəyəri 10 manat olan “Panasoud” markalı kasetli maqnitafonu, 1 ədəd dəyəri 100 manat olan LG markalı ikili (DVD və VSD) maqnitafonu, 1 ədəd sadə metaldan hazırlanmış dəyəri 60 manat olan 16 çeşiddən ibarət kəfkir və çömçə dəstini, 1 ədəd sadə metaldan hazırlanmış dəyəri 80 manat olan 20 çeşiddən ibarət bıçaq dəstini, 6 ədəd xrustal hər birinin dəyəri 60 manat olan duz qabını, 35 ədəd sadə şüşədən hazırlanmış hər birinin dəyəri 1 manat olan duz qabını, 18 ədəd sadə şüşədən hazırlanmış hər birinin dəyəri 2 manat olan qənd qabını, 4 ədəd hər birinin dəyəri 15 manat olan qənd qabını, 4 ədəd xrustal hər birinin dəyəri 100 manat olan kanfet qabını, 1 ədəd xrustal dəyəri 200 manat olan meyvə qabını, 1 ədəd sadə şüşədən hazırlanmış dəyəri 20 manat olan meyvə qabını, 3 ədəd xrustal hər birinin dəyəri 150 manat olan güldanları, 5 ədəd boqema hesab olunan hər birinin dəyəri 10 manat olan fujerləri, 6 ədəd nəlbəki ilə birlikdə yaşıl rəngli hər birinin dəyəri 10 manat olan stəkanları, 1 ədəd altı balıq formasında olan stəkanları ilə birlikdə dəyəri 100 manat olan balıq formasında olan içki qabı, 4 ədəd xrustal hər birinin dəyəri 20 manat olan ləpə qabını, 9 ədəd hər birinin dəyəri 2 manat olan çörək qabını, 1 ədəd dəyəri 200 manat olan tünd göy rəngli 28 predmetdən ibarət servizi, 1 ədəd ağ qırmızı güllü dəyəri 70 manat olan 38 predmetdən ibarət servizi, 1 ədəd dəyəri 50 manat olan ağ rəngli sümbül şəkilli 46 predmetdən ibarət servizi, 1 ədəd sadə şüşə dəyəri 10 manat olan yaşıl qapaqlı bankanı, 1 ədəd dəyəri 30 manat olan sadə şüşədən qırmızı rəngli 5 predmetdən ibarət mürəbbə qabını, 1 ədəd dəyəri 500 manat olan 66 predmetdən ibarət servizi, 30 ədəd hər birinin qiyməti 5 manat olan sadə şüşədən hazırlanmış kasanı, 6 ədəd 1940-cı ilin dəyəri 40 manat olan kasanı, 1 ədəd rəngli şüşədən hazırlanmış dəyəri 10 manat ayaqqabı formasında əşya qabı, 1 ədəd dəyəri 10 manat olan 50x40 sm çamadanı və 2 ədəd hər birinin dəyəri 35 manat olan masa üstü örtüyü oğurlayaraq əl arabası vasitəsilə daşıyıb özünün yaşadığı Hacıqabul rayonu Navahi kəndində yerləşən fərdi yaşayış evində gizlətməklə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus cəmi xeyli miqdar təşkil edən 9504 manat dəyərində yuxarıda sadalanan əmlakları yaşayış evinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə oğurlamış, yəni gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, anası X5 rəhmətə getmiş, atası X3 isə başqa qadınla ailə həyatı quraraq onlardan ayrılmışdır. Anası rəhmətə gedəndən sonra o, babası Şahid2 ilə birlikdə ona məxsus Hacıqabul rayonu Navahı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin evdə dayısı Şahid3, həyat yoldaşı Şahid4 və azyaşlı uşaqları yaşayır. Heç bir yerdə işləmir yalnız dayısı Şahid3 kənd ərazisində taxıl əkməkdə köməklik edir və yaşadıqları evin həyətyanı sahəsində toyuq saxlayır. Təxminən 2024-cü ilin dekabr ayının əvvələrində (dəqiq vaxt yadında deyil) o, Hacıqabul rayonu Navahi kəndində yaşadığı evdən bir qədər kənarda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yanından keçən zaman evin həyətyanı sahəsinin darvazasının çöl hissəsində kilid asıldığını görmüş və həmin evdə heç kimin olmadığını başa düşmüşdür. O, Zərərçəkmiş şəxs fərdi yaşayış evinə girib oradan oğurluq etmək qərarına gəlmiş, lakin gündüz vaxtı olduğundan onu kiminsə görməsindən narahat olub axşam saatlarında qaranlıq vaxtı gəlib oğurluq etməyi düşünmüşdür. Həmçinin onun dayısı Şahid3 ailəsi ilə birlikdə xəstəxanada olduğu üçün o, gecə vaxtı gəlib oğurluq edib oğurladığı əşyaları yaşadığı evdə gizlətməyə əlverişli şərait olmuşdur. Həmin günü axşam saatlarında təxminən saat 01 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı evin yanına gəlmiş və heç kimin onu görmədiyindən əmin olub çəpərdən fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmuşdur. Sonra o, evin pəncərəsini əli ilə itələmiş və pəncərə açılmışdır. O, pəncərədən evin içərsinə daxil olmuş, evdə otaqlara nəzər salmış və evdə çoxlu sayda əşyaların olduğunu görmüşdür. O, həmin əşyaları əlində apara bilməyəcəyini düşünmüş və yaşadığı evdən əl arabası götürüb həmin araba ilə əşyaları aparmaq qərarına gəlmişdir. O, əl arabasını gətirmək üçün yaşadığı evə getmək istəyərkən əli boş getməmək üçün evdə otaqların birində olan 6 ədəd oturacaqları evin pəncərəsindən çıxarıb evin həyətinə yığmış, sonra o, həmin 6 ədəd oturacaqları iki-iki çəpərdən keçirib yaşadığı evə aparmışdır. Yaşadığı evdən əl arabasını götürüb Zərərçəkmiş şəxs yaşadığı evə gedərək orada arabanı küçədə divarın yaxınlığında saxlamış özü isə çəpərdən həyətə daxil olmuşdur. Sonra evə pəncərədən daxil olub otaqdakı qab-qacaq olan dolabdan 6 ədəd yaşıl rəngli stəkan və nəlbəki, 3 ədəd qırmızı gülləri olan boşqab, bir ədəd balıq formasında olan içki qabı, 6 ədəd stəkan və nəlbəki, 7 ədəd balaca ağ rəngli sarı gülləri olan boşqab, 6 ədəd ağ rəngli sarı gülləri olan stəkan, 5 ədəd fujer, 3 ədəd meyvə qabı, 3 ədəd xrustal ləpə qabı, 2 ədəd qənd qabı, 8 ədəd ortası mavi rəngli boşqabı, 7ədəd mavi rəngli boşqabı, 1 ədəd gül qabı, 2 ədəd taxt üstü örtük, 1 ədəd “Sonony” markalı ütünü, 5 ədəd plastik çörək qabı və bir ədəd köhnə Panasoud maqnitafonunu götürüb evdən çıxarıb həyətə yığmışdır. Sonra 3 rəfli 90x40sm ölçüdə olan dolabı götürüb evdən həyətə çıxartmış, əvvəlcə evdən həyətə çıxartdığı dolabı arabaya qoymuş, daha sonra sadaladığı qabları və maqnitafonu həmin dolabın içərsinə və yanına yığıb yaşadığı evə aparmışdır. O, Mehbarə Tapdıqovanın yaşadığı evdən apardığı əşyaları yaşadığı evə qoyub yenindən arabanı götürüb Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir. Arabanı yenə də, küçədə saxlayıb çəpərdən həyətə daxil olmuş, pəncərədən evə daxil olaraq evin mətbəxində olan dolablardan 2 ədəd bıçağı, 1 ədəd çömçəni, 1 ədəd plastik zənbili, 3 ədəd xrustal kül qabını, 10 ədəd güllü boşqabı, 10 ədəd mavi rəngli boşqabı, 1 ədəd qırmızı rəngli mürəbbə qabını, 6 ədəd balaca mürəbbə qabını, 5 ədəd kasanı, 1 ədəd böyük kasanı, 1 ədəd çaydanı, 1 ədəd şüşə yaşıl qapaqlı bankanı, 1 ədəd xrustal qənd qabını, 6 ədəd göy rəngli nəlbəkini, 4 ədəd duz qablarını, 2 ədəd gül qabını, 1 ədəd 1.8x2.5 metr böyüklükdə xalçanı, 1 ədəd plastik vannanı, 5 predmetdən ibarət kəfkir dəstini və 1 ədəd taxt döşəyini götürüb evdən həyətə çıxartmışdır. Sonra həmin əşyaları çəpərdən keçirib arabaya yığıb yaşadığı evə aparmışdır. Növbəti gün yenə də, oğurluq etmək qərarına gəlmiş, lakin dayısı Şahid3 və ailə üzvləri yaşadıqları evə qayıtdıqları üçün oğurluq etmək fikrindən daşınmışdır. O, oğurladığı qabları dayısı Şahid3 yaşadıqları evdə olan otaqda həyat yoldaşı Şahid4 qablarının arasında, taxt döşəyini onlara məxsus döşəklərin arasında gizlətmişdir. Məqsədi oğurluq etməsindən heç kimin məlumatı olmaması olmuşdur. Dayısı Şahid3 və həyat yoldaşı Şahid4 ona oturacaqları və xalçanı haradan aldığını soruşduqda, həmin əşyaları pul yığıb kənddə səyyar şəkildə köhnə işlənmiş əşya satan şəxslərdən aldığını yalan olaraq bildirmişdir. Oğurluq edən zaman bəzi qabları yaşadığı evə gətirərkən yolda sındığı üçün onları atmışdır. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə gəlmiş və onun tərəfindən oğurlanmış əşyaları aşkar etmişlər. Bundan sonra həmin əşyalar siyahıya alınaraq götürülmüş və Zərərçəkmiş şəxs təhvil verilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, oğrurlanmış əşyaların zərərçəkmiş şəxsə qaytarıldığını, əvvəllər məhkum olunmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Şahid1 Əlisəfa oğlu onun oğludur. O, Hacıqabul rayonu Navahi kəndində yerləşən fərdi yaşayış evinin darvazasını qıfıllayıb qızı X1 ilə birlikdə Bakı şəhərində yaşayır. Mütamadi olaraq gəlib özünə məxsus Hacıqabul rayondakı evinə nəzarət etmişdir. Sonuncu dəfə həmin evə 2024-cü ilin sentyabr ayının axırlarında (dəqiq vaxt yadında deyil) gəlmiş və evdə olan əşyaların yerində olmuğunu görmüşdür. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində oğlu Şahid1 və qızı Gülər Tapdıqova ilə birlikdə Hacıqabul rayonunda yerləşən fərdi yaşayış evinə nəzarət etmək üçün gəlmişdir. Onlar fərdi yaşayış evinin həyətinə daxil olduqda evin pəncərəsinin açıq olduğunu görmüşlər. Onlar fərdi yaşayış evinə daxil olmuş və evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş və evində olan əşyaların oğurlandığını başa düşmüşdür. Həmin vaxt oğlu dərhal bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Sonra Hacıqabul rayon polis şöbəsinə gəlib baş vermiş oğurluq hadisəsi barədə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. Ona məxsus Hacıqabul rayonu Navahi kəndində yerləşən fərdi yaşayış evindən 1 ədəd 1980-cı il Gəncə şəhər istisah olan 1 metr 80 sm enində 2 metr 50 sm uzununda dəyəri 2000 manat olan xalça, 1 ədəd 1970-ci ildə əldə toxunma 3 metr uzunluqda 2 metr enində dəyəri 3000 manat dəyərində olan xalça, 2 ədəd hər birinin dəyəri 30 manat olan balınc, 4 ədəd hər birinin dəyəri 20 manat olan döşəkçə, 1 ədəd dəyəri 200 manat olan 2.2X1.8 metr böyüklükdə taxt döşəyi, 4 ədəd hər birinin dəyəri 40 manat olan 2.2X1.8 metr böyüklükdə taxt örtüyü, 1 ədəd dəyəri 50 manat olan 2.7X2.5 metr pərdə, 6 ədəd işlənmiş hər birinin dəyəri 25 manat olan taxta oturacaqlar, 1 ədəd dəyəri 130 manat 90X40sm böyüklükdə üç rəfli dolab, 1 ədəd dəyəri 30 manat olan 40X140 sm böyüklükdə güzgü, 1 ədəd dəyəri 30 manat olan “Sonony” markalı ütü, 2 ədəd hər birinin dəyəri 70 manat olan plastik vanna, 1 ədəd dəyəri 15 manat olan plastik səbət, 1 ədəd işlənmiş dəyəri 10 manat olan “Panasoud” markalı kasetli maqnitafon, 1 ədəd işlənmiş dəyəri 100 manat olan LG markalı ikili (DVD və VSD) maqnitafon, 1 ədəd təzə sadə metaldan hazırlanmış dəyəri 60 manat içərsində 16 çeşiddə olan kəpkir və çömçə dəsti, 1 ədəd təzə sadə metaldan hazırlanmış dəyəri 80 manat olan içərsində 20 çeşitdə bıçaqlar, 6 ədəd xrustal hər birinin dəyəri 60 manat olan duz qabı, 35 ədəd sadə şüşədən hazırlanmış hər birinin dəyəri 1 manat olan duz qabları, 18 ədəd sadə şüşədən hazırlanmış hər birinin dəyəri 2 manat olan qənd qabı, 4 ədəd hər birinin dəyəri 15 manat olan qənd qabı, 4 ədəd xrustal hər birinin dəyəri 100 manat olan konfet qabı, 1 ədəd xrustal dəyəri 200 manat olan meyvə qabı, 1 ədəd sadə şüşədən hazırlanmış dəyəri 20 manat olan meyvə qabı, 3 ədəd xrustal hər birinin dəyəri 150 manat olan güldan, 5 ədəd boqema hesab olunan hər birinin dəyəri 10 manat olan fujer, 6 ədəd yaşıl rəngli hər birinin dəyəri 10 manat olan stəkan və 6 nəlbəkisi ilə birlikdə, 1 ədəd dəyəri 100 manat olan balıq formasında olan içki qabı, altı balıq formasında olan stəkanları ilə birlikdə, 4 ədəd xrustal hər birinin dəyəri 20 manat olan ləpə qabı, 9 ədəd hər birinin dəyəri 2 manat olan çörək qabı, 1 ədəd dəyəri 200 manat olan tünd göy rəngli içərsində 28 alətdən ibarət serviz, 1 ədəd ağ qırmızı gülləri olan dəyəri 70 manat olan 38 alətdən ibarət serviz, 1 ədəd dəyəri 50 manat olan ağ rəngli sümbül şəkli olan 46 altı predmet ibarət serviz, 1 ədəd sadə şüşə dəyəri 10 manat olan yaşıl qapaqlı banka, 1 ədəd dəyəri 30 manat olan sadə şüşədən qırmızı rəngli içərsində 5 alət ibarət mürəbbə qabı, 1 ədəd dəyəri 500 manat olan 66 alətdən ibarət serviz, 30 ədəd hər birinin qiyməti 5 manat olan sadə şüşədən hazırlanmış kasa, 6 ədəd 1940-cı ilin dəyəri 40 manat olan kasa, 1 ədəd rəngli şüşədən hazırlanmış dəyəri 10 manat ayaqqabı formasında əşya qab, 1 ədəd dəyəri 10 manat olan 50X40 sm çamadan və 2 ədəd stol üstü hər birinin dəyəri 35 manat olan masa üstü örtük oğurlanmış, oğurluq hadisəsi nəticəsində 9504 manat maddi ziyan vurulmuşdur. İfadəsinin sonunda zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın qismən ödənildiyini, təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 Əlisəfa oğlu Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Nəvəsi Təqsirləndirilən şəxs balaca olanda anası ilə atası ayrılmışdır. Onun qızı, yəni Təqsirləndirilən şəxs anası Asimə Əliyeva rəhmətə gedəndən sonra nəvəsi Təqsirləndirilən şəxs o, böyütmüş və nəvəsi hal-hazırda ona məxsus Hacıqabul rayonu Navahı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evdə həmçinin oğlu Şahid3, gəlini Şahid4 və azyaşlı nəvələri yaşayırlar. O, fəhləlik edərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs tanıyır, onlar eyni kənddə yaşayır. Nəvəsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etməsindən, habelə oğurlanmış əşyaların ona məxsus evə yığılmasından məlumatı olmamışdır. Yalnız polis əməkdaşları onun yaşadığı evə gələrək baxış keçirmək istədiklərini bildirdikləri zaman oğurluq hadisəsi ona məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Hacıqabul rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bundan sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirməyə başlamışlar. Baxış zamanı gəlini Şahid4 otağında olan əşyaların arasından 6 ədəd taxta oturacaqları, 6 ədəd yaşıl rəngli stəkan və nəlbəkiləri, 3 ədəd qırmızı gülləri olan boşqabı, bir ədəd balıq formasında olan içki qabını, 6 ədəd stəkan və nəlbəkiləri. 7 ədəd balaca ağ rəngli sarı gülləri olan boşqabıları, 6 ədəd ağ rəngli sarı gülləri olan stəkanı, 5 ədəd fujeri, 3 ədəd meyvə qabını, 3 ədəd xrustal ləpə qabını, 2 ədəd qənd qabını, 8 ədəd orta böyüklükdə mavi rəngli boşqabını, 7 ədəd mavi rəngli boşqabını, 1 ədəd gül qabını, 2 ədəd taxt üstü örtüyünü, 5 ədəd plastik çörək qabını, 1 ədəd köhnə “Panasoud" markalı maqnitafonu, 3 rəfli 90x40sm böyüklükdə olan dolabı, 2 ədəd bıçağı, 1 ədəd çömçəni, 1 ədəd plastik zənbili, 3 ədəd xrustal kül qabını, 10 ədəd güllü boşqabı, 10 ədəd mavi rəngli boşqabı, qırmızı rəngli mürəbbə qabını, 6 ədəd balaca mürəbbə qabını, 5 ədəd kasanı, 1 ədəd böyük kasanı, 1 ədəd çaydanı, 1 ədəd şüşə yaşıl qapaqlı bankanı, 1 ədəd xrustal qənd qabını, 6 ədəd göy rəngli nəlbəkiləri, 4 ədəd duz qabılarını, 2 ədəd gül qabını, 1 ədəd 1980-cı ilin Gəncə şəhərində istehsal olunan 1.8x2.5 metr böyüklükdə xalçanı, 5 predmetdən ibarət kəfkir dəstini və 1 ədəd taxt döşəyini aşkar edərək götürmüşlər. Sonradan ona məlum olmuşdur ki nəvəsi Təqsirləndirilən şəxs həmin əşyaları Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlayaraq onun, oğlunun və onun ailə üzvlərinin evdə olmamasından istifadə edərək ona məxsus evdə gəlininə məxsus əşyaların arasında gizlətmişdir. Onun, oğlu Şahid3 və gəlini Şahid4 bu barədə heç bir məlumatları olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış polis əməşdaşları tərəfindən siyahıya alınaraq götürülmüş və Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 fadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısı qızıdır. Təqsirləndirilən şəxs balaca olanda anası ilə atası ayrılmışdır. Onun bacısı, yəni Təqsirləndirilən şəxs anası Asimə Əliyeva rəhmətə gedəndən sonra Təqsirləndirilən şəxs atası Şahid2 böyütmüş və Şəbinə Əliyeva halhazırda onun atasına məxsus Hacıqabul rayonu, Navahı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evdə həmçinin o, arvadı Şahid4 və azyaşlı uşaqları yaşayırlar. O, təsərrüfat işləri ilə məşğul olur, səhər saatlarında evdən çıxıb axşam saatlarında evə qayıdır. Bu səbəbdən Təqsirləndirilən şəxs gün ərzində nə işlə məşğul olduğunu bilmir. Zərərçəkmiş şəxs tanıyır, onlar eyni kənddə yaşayır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etməsindən, habelə oğurlanmış əşyaların onun yaşadığı evdə olmasında məlumatı olmamışdır. Yalnız polis əməkdaşları onların yaşadığı evə gələrək atası Şahid2 yaşadığı evə baxış keçitmək istədiklərini bildirdikləri zaman oğurluq hadisəsindən məlumatı olmuşdur. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Hacıqabul rayon polis şöbəsinin əməkdaşları onların yaşadığı evə gələrək atası Şahid2 yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Atası Şahid2 polis əməkdaşlarına yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bundan sonra polis əməkdaşları onların yaşadığı evə baxış keçitməyə başlamışlar. Baxış zamanı polis əməkdaşları arvadı Şahid4 otağında olan əşyaların arasında 6 ədəd taxta oturacaqları, 6 ədəd yaşıl rəngli stəkan və nəlbəkiləri, 3 ədəd qırmızı gülləri olan boşqabı, bir ədəd balıq formasında olan içki qabını, 6 ədəd stəkan və nəlbəkiləri, 7 ədəd balaca ağ rəngli sarı gülləri olan boşqabları, 6 ədəd ağ rəngli sarı gülləri olan stəkanı, 1 ədəd “Sonony” markalı ütünü, 5 ədəd fujeri, 3 ədəd meyvə qabını, 3 ədəd xrustal ləpə qabını, 2 ədəd qənd qabını, 8 ədəd orta böyüklükdə mavi rəngli boşqabı, 7 ədəd mavi rəngli boşqabı, 1 ədəd gül qabını, 2 ədəd taxt üstü örtüyü, 5 ədəd plastik çörək qabını, 1 ədəd köhnə "Panasoud" markalı maqnitafonu, 3 rəfli 90x40sm böyüklükdə olan dolabı, 2 ədəd bıçağı, 1 ədəd çömçəni, 1 ədəd plastik zənbili, 3 ədəd xrustal kül qabını, 10 ədəd güllü boşqabı, 10 ədəd mavi rəngli boşqabı, 1 ədəd qırmızı rəngli mürəbbə qabını, 6 ədəd balaca mürəbbə qabını, 5 ədəd kasanı, 1 ədəd böyük kasanı, 1 ədəd çaydanı, 1 ədəd şüşə yaşıl qapaqlı bankan, 1 ədəd xrustal qənd qabını, 6 ədəd göy rəngli nəlbəkiləri, 4 ədəd duz qabılarını, 2 ədəd gül qabını, 1 ədəd 1980-cı ilin Gəncə şəhərində istehsal olunan 1.8x2.5 metr böyüklükdə xalçanı, 5 predmetdən ibarət kəfkirləri və 1 ədəd taxt döşəyini aşkar edərək götürmüşlər. Sonradan ona məlum olmuşdur ki, bacısı qızı Şəbinə Əliyeva 2024-cü ilin dekabr ayının əvvəllərində həmin əşyaları Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlayaraq onun, atasının və arvadının evdə olmamasından istifadə edərək onların yaşadığı evdə onunla arvadına məxsus otaqda arvadının əşyalarının arasında gizlətmişdir. Belə ki, həmin vaxt o, arvadı və azyaşlı uşaqlarının səhhətləri ilə bağlı problemləri olduğu üçün onlar yaşadığı evdə olmamışdır. Yalnız o, və arvadı Şahid4 yaşadığı evə qayıtdıqdan sonra evdə oturacaqların və xalçanın olduğunu görüb Təqsirləndirilən şəxs həmin oturacaqları və xalçanı haradan aldığını soruşmuş, Təqsirləndirilən şəxs pul yığıb kənddə səyyar şəkildə köhnə işlənmiş əşya satan şəxslərdən aldığını bildirmişdir. Adı çəkilən əşyalardan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən nə oğurladığını və həmin əşyaları neylədiyini bilmir. Məhkəmə istintaqı zamanı Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirmə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Navahi kəndində yerləşə Zərərçəkmiş şəxs məxsus yaşayış evidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış Hacıqabul rayonu Navahi kəndində yerləşən vətəndaş Şahid2 məxsus fərdi yaşayış evidir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin girişindən düz istiqamətdə solda yerləşən otağı təqdim edərək Zərərçəkmiş şəxs məxsus əşyaları oğurlayın təqdim etdiyi otaqda özlərinə məxsus əşyaların arasında gizlətdiyini bildirdi. Həmin otağa baxış keçirilərkən otağın girişindən düz istiqamətdə və girişi qapısının sol tərəfində çox sayda müxtəlif əşyaların yığılmış olduğu görünür. Baxış zamanı Təqsirləndirilən şəxs 6 ədəd yaşıl rəngli stəkan və nəlbəkiləri, 3 ədəd qırmızı gülləri olan boşqabları, bir ədəd balıq formasında olan içki qabını, 6 ədəd stəkanı, 7 ədəd sarı gülləri olan boşqabı, 6 ədəd sarı gülləri olan stəkanı, 5 ədəd fujer, 3 ədəd meyvə qabı, 3 ədəd xrustal ləpə qabı, 2 ədəd qənd qabı, 8 ədəd mavi rəngli boşqab, 7 ədəd mavi rəngli boşqab, 1 ədəd güldan, 2 ədəd taxt üstü örtük, 5 ədəd plastik çörək qabı, 1 ədəd köhnə "Panasoud" markalı maqnitafonu, , 3 rəfli 90x40sm böyüklükdə olan dolabı, 2 ədəd bıçağı, 1 ədəd çömçəni, 1 ədəd plastik zənbili, 3 ədəd xrustal gül qabını, 10 ədəd güllü boşqabı, 10 ədəd mavi rəngli boşqabı, 1 ədəd qırmızı rəngli mürəbbə qabını, 6 ədəd balaca mürəbbə qabını, 5 ədəd kasanı, 1 ədəd böyük kasanı, 1 ədəd çaydanı, 1 ədəd xrustal qənd qabını, 6 ədəd göy rəngli nəlbəkini, 2 ədəd gül qabını, 1 ədəd 1980-cı ilin Gəncə şəhərində istehsal olunan 1.8x2.5 metr böyüklükdə xalçanı, 5 predmetdən ibarət kəfkirləri və 1 ədəd taxt döşəyini özünə məxsus əşyaların içərisindən çıxarıb təqdim etmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Əşyanın maddi sübut kimi tanınmasına dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 6 ədəd taxta oturacaq, 6 ədəd yaşıl rəngli stəkan və nəlbəki, 3 ədəd qırmızı gülləri olan boşqab, bir ədəd balıq formasında olan içki qabı və 6 ədəd stəkanlar, 7 ədəd balaca ağ rəngli sarı gülləri olan boşqab, 6 ədəd sarı gülləri olan stəkan, 1 ədəd “Sonony” markalı ütü, 5 ədəd fujer, 3 ədəd meyvə qabı, 3 ədəd xrustal ləpə qabı, 2 ədəd qənd qabı, 8 ədəd mavi rəngli boşqab, 7 ədəd mavi rəngli boşqab, 1 ədəd güldan, 2 ədəd taxt üstü örtük, 5 ədəd plastik çörək qabı, 1 ədəd köhnə "Panasoud" markalı maqnitafon, 3 rəfli 90x40sm böyüklükdə olan dolab, 2 ədəd bıçaq, 1 ədəd çömçə, 1 ədəd plastik zənbil, 3 ədəd xrustal kül qabı, 10 ədəd güllü boşqab, 10 ədəd mavi rəngli boşqab, 1 ədəd qırmızı rəngli mürəbbə qabı, 6 ədəd balaca mürəbbə qabı, 5 ədəd kasa, 1 ədəd böyük kasa, 1 ədəd çaydan, 1 ədəd şüşə yaşıl qapaqlı banka, 1 ədəd xrustal qənd qabı, 6 ədəd göy rəngli nəlbəki, 4 ədəd duz qabı, 2 ədəd gül qabı, 1 ədəd 1980-cı ilin Gəncə şəhərində istehsal olunan 1.8x2.5 metr böyüklükdə xalça, 5 predmetdən ibarət kəfkir dəsti və 1 ədəd taxt döşəyi maddi sübut kimi tanınmışdır. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il saat 19:45-dən olmaqla, saat 20:25-də Hacıqabul RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Cənub Qiymətəndirici MMC”dən daxil olmuş xx.xx.2025-ci il tarixli “Daşınar əşyaların qiymətləndirmə hesabatından” görünür ki, oğurlanmış əşyaların ümumi qiyməti 5606 manat dəyərində qiymətləndirilmişdir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 18-1-41/2-234/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Navahi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əliyeva X2 rayonu Navahi kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona dəymiş ziyanın 1/3 hissəsinin ödənildiyini, onə dəymiş ziyanla əlaqədar mülki məhkəmə icraatı qaydasında mülki iddia verəcəyini bildirmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 6 ədəd taxta oturacaq, 6 ədəd yaşıl rəngli stəkan və nəlbəki, 3 ədəd qırmızı gülləri olan boşqab, bir ədəd balıq formasında olan içki qabı və 6 ədəd stəkanlar, 7 ədəd balaca ağ rəngli sarı gülləri olan boşqab, 6 ədəd sarı gülləri olan stəkan, 1 ədəd “Sonony” markalı ütü, 5 ədəd fujer, 3 ədəd meyvə qabı, 3 ədəd xrustal ləpə qabı, 2 ədəd qənd qabı, 8 ədəd mavi rəngli boşqab, 7 ədəd mavi rəngli boşqab, 1 ədəd güldan, 2 ədəd taxt üstü örtük, 5 ədəd plastik çörək qabı, 1 ədəd köhnə "Panasoud" markalı maqnitafon, 3 rəfli 90x40sm böyüklükdə olan dolab, 2 ədəd bıçaq, 1 ədəd çömçə, 1 ədəd plastik zənbil, 3 ədəd xrustal kül qabı, 10 ədəd güllü boşqab, 10 ədəd mavi rəngli boşqab, 1 ədəd qırmızı rəngli mürəbbə qabı, 6 ədəd balaca mürəbbə qabı, 5 ədəd kasa, 1 ədəd böyük kasa, 1 ədəd çaydan, 1 ədəd şüşə yaşıl qapaqlı banka, 1 ədəd xrustal qənd qabı, 6 ədəd göy rəngli nəlbəki, 4 ədəd duz qabı, 2 ədəd gül qabı, 1 ədəd 1980-cı ilin Gəncə şəhərində istehsal olunan 1.8x2.5 metr böyüklükdə xalça, 5 predmetdən ibarət kəfkir dəsti, 1 ədəd taxt döşəyi və 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” xx.xx.2025-ci il tarixli 2744 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən qeyd edilmiş dəyəri ilə “Daşınar əşyalarında qiymətləndirmə hesabatında” göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs münasibətdə oğurlanmış əmlakın dəyəri qiymətləndirmə hesabatında 5606 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 9504 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, qiymətləndirmə hesabatında oğurlanmış əşyaların qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxs isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiyindən, oğurlanmış əşyaların dəyəri müəyyən edilərkən qiymətləndirmə hesabatında göstərilən ümumi qiymət, yəni 5606 manat əsas götürülməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı qismən ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olumamasını cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı göründüyünü, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alınmaqla, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 180 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Cinayət işi üzrə maddi sübut olan 6 ədəd taxta oturacağın, 6 ədəd yaşıl rəngli stəkanın və nəlbəkinin, 3 ədəd qırmızı gülləri olan boşqabın, bir ədəd balıq formasında olan içki qabı və 6 ədəd stəkanların, 7 ədəd balaca ağ rəngli sarı gülləri olan boşqabın, 6 ədəd sarı gülləri olan stəkanın, 1 ədəd “Sonony” markalı ütünün, 5 ədəd fujerin, 3 ədəd meyvə qabının, 3 ədəd xrustal ləpə qabının, 2 ədəd qənd qabının, 8 ədəd mavi rəngli boşqabın, 7 ədəd mavi rəngli boşqabın, 1 ədəd güldanın, 2 ədəd taxt üstü örtüyün, 5 ədəd plastik çörək qabının, 1 ədəd köhnə "Panasoud" markalı maqnitafonun, 3 rəfli 90x40sm böyüklükdə olan dolabın, 2 ədəd bıçağın, 1 ədəd çömçənin, 1 ədəd plastik zənbilin, 3 ədəd xrustal kül qabının, 10 ədəd güllü boşqabın, 10 ədəd mavi rəngli boşqabın, 1 ədəd qırmızı rəngli mürəbbə qabının, 6 ədəd balaca mürəbbə qabının, 5 ədəd kasanın, 1 ədəd böyük kasanın, 1 ədəd çaydanın, 1 ədəd şüşə yaşıl qapaqlı bankanın, 1 ədəd xrustal qənd qabının, 6 ədəd göy rəngli nəlbəkinin, 4 ədəd duz qabının, 2 ədəd gül qabının, 1 ədəd 1980-cı ilin Gəncə şəhərində istehsal olunan 1.8x2.5 metr böyüklükdə xalçanın, 5 predmetdən ibarət kəfkir dəstinin, 1 ədəd taxt döşəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 330 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 6 ədəd taxta oturacağın, 6 ədəd yaşıl rəngli stəkanın və nəlbəkinin, 3 ədəd qırmızı gülləri olan boşqabın, bir ədəd balıq formasında olan içki qabı və 6 ədəd stəkanların, 7 ədəd balaca ağ rəngli sarı gülləri olan boşqabın, 6 ədəd sarı gülləri olan stəkanın, 1 ədəd “Sonony” markalı ütünün, 5 ədəd fujerin, 3 ədəd meyvə qabının, 3 ədəd xrustal ləpə qabının, 2 ədəd qənd qabının, 8 ədəd mavi rəngli boşqabın, 7 ədəd mavi rəngli boşqabın, 1 ədəd güldanın, 2 ədəd taxt üstü örtüyün, 5 ədəd plastik çörək qabının, 1 ədəd köhnə "Panasoud" markalı maqnitafonun, 3 rəfli 90x40sm böyüklükdə olan dolabın, 2 ədəd bıçağın, 1 ədəd çömçənin, 1 ədəd plastik zənbilin, 3 ədəd xrustal kül qabının, 10 ədəd güllü boşqabın, 10 ədəd mavi rəngli boşqabın, 1 ədəd qırmızı rəngli mürəbbə qabının, 6 ədəd balaca mürəbbə qabının, 5 ədəd kasanın, 1 ədəd böyük kasanın, 1 ədəd çaydanın, 1 ədəd şüşə yaşıl qapaqlı bankanın, 1 ədəd xrustal qənd qabının, 6 ədəd göy rəngli nəlbəkinin, 4 ədəd duz qabının, 2 ədəd gül qabının, 1 ədəd 1980-cı ilin Gəncə şəhərində istehsal olunan 1.8x2.5 metr böyüklükdə xalçanın, 5 predmetdən ibarət kəfkir dəstinin, 1 ədəd taxt döşəyinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və bir ədəd CD formalı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 180 manat (yüz səksən manat) pul Təqsirləndirilən şəxs tutulub "xxxx" MMC-nin (büdcə təsnifatının kodu: Bank Respublika Lənkəran filialı Kod 504357, VÖEN **********, Müxbir hesab AZ80NABZ********************, SWİFT BİK: BRESAZ22, İBAN AZ11BRES********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ********************, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-64/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-64/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver