Məhkəmə qərarları › İş №1(071)-65/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-65/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-65/2022 07.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, 26.02.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 28.02.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd “P-10078” nömrəli 12 kalibrli olmaqla keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda istehsal olunmuş “TOZ-34EP” modelli, çaxmaqlı, qoşa hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfəngini əynində olan qara rəngli qış gödəkçəsinin iç hissəsində daşıyaraq gəzdirmiş, 26 fevral 2022-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Həmidov küçəsində saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan odlu silah üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, mərhum atası Əlişirin Zayidova məxsus qoşa lüləli ov tüfəngi ona qalmışdır. O, 26.02.2022-ci il tarixdə axşam saatlarında evdə darıxdığı üçün evdən küçəyə çıxıb piyada gəzmək, hava almaq qərarına gəlmişdir, həmin vaxt evdə olan silahı da üstündə götürmüşdür. Hacıqabul şəhəri H.Həmidov küçəsi ilə gedən zaman mülki geyimdə olan Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində silah saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul RPŞ-də ona müdafiəçi dəvət edilərək, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç hissəsində saxladığı 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini (abrezi) polis əməkdaşlarına təqdim etmiş və silahin mərhum atası Əlişirin Zayidovdan ona qaldığını bildirmişdir. Polis şöbəsində olarkən və şöbədən kənarda polislər tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq edilməyib. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 26 fevral 2022-ci il tarixdə Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 48/2-də yaşayan Təqsirləndirilən şəxs üzərində odlu silah saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 26 fevral 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsində 48 saylı evin yaxınlığında saxlayaraq üzərində odlu silah saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin baş təhqiqatçısı, polis mayoru Zahid Salahov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Zahid Salahov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin iç hissəsində sellofan torbada saxladığı 01 ədəd odlu silah olan lüləsi və qundağı kəsilmiş ov tüfəngini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi odlu silahın ov tüfəngi olduğunu, həmin odlu silahın ona mərhum atası Əlişirin Zayidovdan yadigar qaldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi odlu silah həmin sellofan torbaya qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı Zahid Salahov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışlar. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 26.02.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, qara rəngli gödəkçə, qara rəngli ayaqqabı, göy rəngli köynək var və qara rəngli gödəkçəsinin iç hissəsində 01 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi (abrez) aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 27.02.2022-ci il tarixli 22/182R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 10078 nömrəli silah, keçmiş SSRİ dövlətində Tula zavodunda istehsal olunmuş, 12 kalibrli TOZ-34EP modelli, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir. (iş v. 36-40). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 25.03.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul Rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli 1(071)-94/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli 7(001)-550/2021 nömrəli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli 1(071)-94/2019 nömrəli hökmü ilə məhkum olunaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasınnın çəkilməmiş hissəsi “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən əsasən 6 ay azaldılmışdır. 28.12.2021-ci il tarixdə cəzasının sonu ilə 11 saylı cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs 01 ədəd “P-10078” nömrəli 12 kalibrli olmaqla keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda istehsal olunmuş “TOZ-34EP” modelli, çaxmaqlı, qoşa hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfəngini qanunsuz olaraq əldə etmə, saxlama və gəzdirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 26.02.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut - Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan - 01 ədəd “P-10078” nömrəli, 12 kalibrli olmaqla keçmiş SSRİ dövlətində, “Tula” silah zavodunda istehsal olunmuş, “TOZ-34EP” modelli, çaxmaqlı, qoşa hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfəngi (abrez) Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 26.02.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan - 01 ədəd “P-10078” nömrəli, 12 kalibrli olmaqla keçmiş SSRİ dövlətində, “Tula” silah zavodunda istehsal olunmuş, “TOZ-34EP” modelli, çaxmaqlı, qoşa hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfəngi (abrez) Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 21 saata görə 126 manat olmaqla, cəmi 326 (üç yüz altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar