Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-65/2023 30.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, N.Mustafayev adına Kürçülü kənd ümumi orta məktəbin direktoru X3 iştirakları ilə, xx.xx.2009-cu il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hacıqabul rayonu Kürçülü ümumi orta məktəbinin 8-ci sinifində oxuyan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bu məqsədlə 11 fevral 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs yaşadığı Hacıqabul rayon Atbulaq kəndindəki evinə pəncərədən və qapıdan qanunsuz daxil olaraq orada olan ümumilikdə 800 manat pulu, hər birinin dəyəri 5 manat olan 12 ədəd 60 manat dəyərində 0.7 litrlik «Oryol» adlı spirtli içkini və 40 manat dəyərində Çin istehsalı olan «Mİ-360» markalı, «MJSXJ10SM» modelli kameranı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 900 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Atbulaq kəndindən keçən magistral yolunun sağ tərəfində Mehmanın özünə məxsus kafesi vardır. Mehmanın bir oğlu Kəlbəcər rayonunda işləyir. Digər oğlu Səddamhüseyn isə onunla qalmaqla yaşadığı kənddə yolun kənarında «Lukoil» YDM-də olan avtoyuma sexində işləyir. xx.xx.2023-cü il tarixdə Mehmanın kafedə, onun oğlu Səddamhüseynin isə avtoyuma sexində olduqlarını gördükdə, evdə heç kimin olmamasını bildiyi üçün onların yaşadıqları evdən oğurluq etmək istəmişdir. Bu məqsədlə həmin tarixdə saat 15 radələrində Mehmanın yaşadığı evə gəlib, arxa tərəfdə taxtadan olan qapını açıb həyətə daxil olmuş, evin qarşı tərəfinə keçmiş, evə daxil olan nərdivanın sol tərəfində, evin zirzəmisinin qapısını üst tərəfində olan evin pencərəsinin açıq olduğunu görüb zirzəminin qapısının üstünə ayağını qoyub pəncərədən evə daxil olmuşdur. Evi axtarandan sonra otağın birində stolun üstündə 4 manat 50 qəpik pulun olduğunu görmüşdür. Həmin pulu oğurlayıb cibinə qoyub orada qabda olan fındıq-qoz ləpəsindən bir qismini yeyib gəldiyi yerdən çölə çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə səhər vaxtlarında Mehmanın kafeyə və Səddamhüseynin isə avtoyuma sexinə getdiklərini görmüşdür. Evdə heç kimin olmadığını bildiyindən həmin evdən oğurluq etmək məqsədi ilə evin həyətinə daxil olmuş və evin qarşısında nərdivanın sağ tərəfində olan zirzəminin qapısının üstünə və orada olan mişar daşının üstünə ayağını qoyub pəncərəni açmaq istəyəndə pəncərənin bağlı olduğunu görmüşdür. Nərdivanın yanında olan bir ədəd göy rəngdə olan bıçağı götürüb həmin bıçaq ilə pəncərəyə vurulmuş mismarları yerindən çıxartmış, şüşəni yerə qoyub evə daxil olmuşdur. Yataq otağında olan şkafları axtarmış və şkafın sürməsinin birindən yarım kiloluq şüşə bankaya yığılan qəpik pulları banka ilə birlikdə götürüb gəldiyi yerdən çölə çıxmış, pəncərənin şüşəsini yerinə qoyub küçəyə çıxıb evdən uzaqlaşmışdır. Sonra oğurladığı şüşə bankanı açıb qəpik pulları sayanda orada 25 manat 50 qəpik pul olduğunu görmüşdür. Şüşə balonu dərəyə atıb pulları da cibinə qoyub çıxıb getmişdir. Əldə etdiyi pulları mağazada özünə içəcək, kontur və s. alaraq xərcləmişdir. xx.xx.2023-cü il tarixdə magistral yolun kənarında Mehmanın kafedə, Səddamhüseyni isə avtoyuma sexində olduğunu görüb yenə də onların evindən oğurluq etmək istəmişdir. Həmin günü saat 14:30 radələrində həyətin arxa tərəfində olan taxta qapıdan həyətə daxil olmuşdur. Evin qarşısını gəldikdə qapını yoxlamış və açıq olduğunu görüb içəri daxil olmuşdur. Evə daxil olan masanın üzərində kamera olduğunu görmüş və qorxduğundan kameranı götürüb evdən çıxıb getmiş və kameranı küçələrin birində hasarın dibinə atıb çıxıb getmişdir. Aradan bir neçə saat keçəndən sonra Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuş və orada Mehmanın evindən oğurluq etməsini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Atbulaq kəndində magistral yolunun sağ tərəfində özünə məxsus olan kafeni işlədir. Kafeyə aldığı ərzaq məhsullarını, spirtli içkiləri və sair əşyaları öz evində saxlayır, gündəlik lazım olan qədər götürüb kafeyə aparıb istifadə edir. Oğlu Səddamhüseyn onunla bir evdə qalır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində oğlu Səddamhüseyn avtoyuma sexinə, özü isə saat 16 radələrində kafeyə getmişdir. Həmin günü saat 20 radələrində evə qayıdıb yataq otağına baxarkən qablarda olan fındıq-qoz ləpəsindən bir qisminin yeyildiyini görüb bu barədə oğlundan soruşmuş, lakin oğlu Səddamhüseyn bundan məlumatlı olmadığını deyəndə evə kiminsə girməsini bilmiş, lakin qoz fındığa görə şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə kafeyə gedərkən qapını bağlayıb açarı pilləkənin sağ tərəfində maz qabının altına qoymuşdur ki, oğlu evə gələndə qapını açıb evə girsin. Həmin günü saat 21 radələrində evə gələndə həmin ləpə qabında olan ləpənin yeyildiyini, evi axtaran zaman oğlu Şaməddinin yataq otağında olan bankaya yığılan 200 manat qəpik pulların və öz yataq otağında kiçik ölçülü masanın üstündə portretin altına qoyduğu 4 ədəd 100 manatlıq və 1 ədəd 200 manatlıq pulun yerində olmadığını görüb oğlu Səddamhüseynlə telefon əlaqəsi yaratmış, onun da məlumatının olmadığını biləndən sonra yaşadığı evdən oğurluq olunduğunu bilmişdir. Oğurluq kimin etməsini dəqiq bilmədiyinə grə bu barədə polisə şikayət etməmişdir. Səhəri günü Səddamhüseyn Bakı şəhərinə gedərək 120 manat dəyərində bir ədəd kamera alaraq evə gətirib stolun üzərinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində evin qapısını açıq qoyub kafeyə getmişdir. Həmin günü saat 15 radələrində evə qayıdanda, evdə olan boş otağa yığdığı 24 ədəd 0.7 litr «Orylo» adlı araqlardan 12 ədədinin yerində olmadığını görmüş, kameraya baxmaq istəyərkən kameranın da yerində olmadığını, onun da oğurlandığını bilmişdir. Dərhal oğlu Səddamhüseyni evə çağırmışdır. O da gəlib oğurluq edilməsini görüb küçəyə çıxıb ətrafa baxarkən hasarın kənarında kameranı tapmışdır. Oğurluq hadisəsi nəticəsində onun 200 manat dəyərində qəpik pullarının, 600 manat kağız pullarının, 5 manat olan 12 ədəd 60 manat dəyərində 0.7 litrlik «Oryol» adlı arağın və 120 manat dəyərində kameranın oğurlanmasına görə şikayət etmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs və ya onun valideynləri tərəfiindən ona ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. X6 kəndində magistral yolunun sağ tərəfində özünə məxsus kafesi vardır. Atası Mehman kafeyə aldığı ərzaq məhsullarını, spirtli içkiləri və sair əşyaları öz evində saxlayır, gündəlik lazım olan qədər götürüb kafeyə aparıb istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində avtoyuma sexinə getmiş, atası isə günorta vaxtlarında kafeyə gəlmişdir. Kafe ilə avtoyuma sexi yaxın yerlərdə yerləşir. Saat 23 radələrində isə evə getmişdir. Evdə olarkən atası Mehman evə kiminsə oğurluq etmək məqsədi ilə girdiyini, qablarda olan fındıq-qoz ləpəsini yediyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər avtoyuma sexinə getmiş, həmin günü saat 21 radələrində atası Mehman onunla telefon əlaqəsi yaradaraq yataq otağında olan bankaya yığılan 200 manat qəpik pulların və öz yataq otağında kiçik ölçülü masanın üstündə portretin altına qoyduğu 4 ədəd 100 manatlıq və 1 ədəd 200 manatlıq pulun yerində olmadığını, onları götürübgötürmədiyini soruşmuşdur. Atasına bu barədə məlumatının olmadığını bildirmişdir. Sonra yaşadığı evə gəlib baxarkən həqiqətəndə evdən oğurluq olduğunu görmüşdür. Lakin, kimin oğurluq etdiyini bilmədikləri üçün heç kimə şikayət etməmişlər. Səhəri günü Bakı şəhərinə gedərək 120 manat dəyərində bir ədəd kamera alaraq evə gətirib stolun üzərinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə səhər vaxtlarında avtoyuma sexinə getmişdir. Həmin günü saat 15 radələrində atası Mehman onunla telefon əlaqəsi yaradaraq evdə olan boş otağa yığdığı 0.7 litr «Oryol» adlı araqlardan 12 ədədinin və masanın üstünə qoyduğu kameranın yerində olmadığını demişdir. Dərhal evə gəlmiş və evdən oğurluq olduğunu görmüşdür. Küçəyə çıxıb ətrafa baxarkən, evdən 200 metr kənarında hasarın kənarında kameranı tapmışdır. Bundan sonra atası Mehman polisə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Hacıqabul rayonu Atbulaq kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək, evindəki 1 kg şüşə balonda qəpiklərin, 600 manat pulunun, 30 manat dəyərində jurnal masasına qoyduğu qəpiklərin və müşahidə kameralarının oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. “Baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşaığı Hacıqabul rayonu Atbulaq kəndindəki evində yerləşir. Baxış keçirilən zamanı oğurluq hadisəsinin baş verdiyi ev mişar daşından tikilmiş, üstü dəmirlə örtülmüşdür. Ev 3 otaq, bir eyvan, bir mətbəxdən ibarətdir. Evin qarşı tərəfində bir ədəd qapı və 3 ədəd taxtadan düzəlmiş pencərələr vardır. Oğurluq hadisəsi yəni, pullar ilə araqlar evin otaqlarından və kamera isə evin eyvanından oğurlanmışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Hacıqabul rayon Polis Şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan (raportdan) görünür ki, Hacıqabul rayonu Atbulaq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı Atbulaq kəndindəki evindən ümumilikdə 800 manat pul ( 600 manat nağd kağız pul əskinaslar və şüşə balonda olan 200 manat dəyərində qəpik), xx.xx.2023-cü il tarixdə saat 15 radələrində isə Hacıqabul rayonu Atbulaq Kəndində yaşadığı evdə olmadığı müddət ərzində naməlum şəxs(lər) tərəfindən evdə olan 12 ədəd 0.7 litr ’’Oryol” markalı spirtli içkinin(araqları) oğurlayan şəxs(lər)in şəxsiyyətini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli olan xx.xx.2009-cu il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkum olunmayan, Hacıqabul rayonu Atbulaq kəndində yaşayan Əbilov X1 ərazisində saxlanılaraq RPŞ-yə gətirilmiş və qeyd edilən hər üç oğurluq hadisəsini törətdiyini etiraf etmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/225 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Hacıqabul rayonu Atbulaq kəndində Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş tədqiqata təqdim edilmiş 5 kağız parçasının üzərinə yapışdırılmış 5 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 6 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 6 ədədi xx.xx.2009-cu il tarixdə Hacıqabul rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, şəhadət, orta, adsız, çeçelə və sol əlinin böyük barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 may 2023-cü il tarixli, 9/2667 nömrəli rəyinə əsasən, Çin istehsalı olan, «Mİ-360» markalı, «MJSXJ10SM» modeli kamera cəryan qidalandırıcısı ilə birlikdə 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 40 manad müəyyən edilmişdir. Zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Qaimə- Fakturadan görünür ki, zərər çəkmiş şəxs hər birinin dəyəri 5 manat olan 24 ədəd 0,7 lt-lik “Oryol” adlı spirtli içki almışdır. Kürçülü kənd ümumi orta məktəbin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2015-ci il tarixdən Kürçülü kənd ümumi orta məktəbin birinci sinfinə qəbul edilmişdir. Hal-hazırda məktəbin Vİİİ sinfində təhsil alır. Oxuduğu müddət ərzində özünü zəif şagird kimi göstərmiş, dərslərində müntəzəm davam etməyən, tez-tez dərslərini buraxan şagirddir. Dərslərindən əsasən kafi və qeyri-kafi qiymətlər alır. Sinif şagirdləri və kollektiv ilə qarşılıqlı münasibəti zəifdir. Dəfələrlə onun valideyni ilə söhbət aparılmış və davranışı ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsinə və məhkum edilməsinə dair məlumatlar yoxdur. Hacıqabul rayon Atbulaq kənd İƏD-i üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əbilov X4 rayonu Atbulaq kəndində yaşayır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, talamanın predmeti olmuş Təqsirləndirilən şəxs oğurladığı Çin istehsalı olan, «Mİ-360» markalı, «MJSXJ10SM» modelli cərəyan qidalandırıcısı ilə birlikdə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materialları ilə tanış edildikdən sonra zərər çəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin təkbaşına zərər çəkmiş şəxsə məxsus fərdi yaşayış evinin qarşısında olan nərdivanın sağ tərəfində olan pəncərənin şüşəsini çıxarması və oradan evə daxil olmasının mümkünlüyünü yoxlamaq məqsədi ilə istintaq eksperimenti keçirilmişdir. İstintaq eksperimenti zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Hacıqabul rayon Atbulaq kəndindəki evin qarşısında nərdivanın sağ tərəfində olan zirzəminin qapısının üstünə və orada olan mişar daşının üstünə ayağını qoyub əlində olan bıçaqla pəncərəyə vurulmuş mismarları əymiş, şüşəni çıxararaq yerə qoymuş və həmin pəncərədən evə daxil olmuşdur. Daha sonra o, həmin pəncərədən çölə çıxaraq, pəncərənin şüşəsini yerdən götürərək yerinə taxmış və şüşəni saxlayan mismarları yerinə bərkitmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək ifadəsində zərər çəkmiş şəxsə məxsus evə üç dəfə daxil olduğunu, birinci dəfə evdən 4 manat 50 qəpik xırda pul oğurladığını, ikinci dəfə şüşə balonun içərisində olan 25 manat 50 qəpik xırda pulları oğurladığını, üçüncü dəfə evə daxil olduqda isə masanın üzərində kamera olduğunu görüb qorxduğunu və kameranı götürərək evdən çıxdığını bildirmişdir. Lakin, təqsirləndirilən şəxsin bu ifadəsi zərər çəkmiş şəxsin ifadələri və işin tədqiq edilmiş digər halları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərər çəkmiş şəxs həm DİN-in 102 xidmətinə şifahi qaydada məlumat verərkən, həm cinayət barədə ərizə ilə Hacıqabul rayon Polis Şöbəsinə müraciət edərkən, həm də ibtidai istintaq və məhkəmə istintaq zamanı ifadələrində bir mənalı olaraq onun yaşadığı fərdi yaşayış evindən şüşə balonda 200 manat qəpik pulların, 600 manat nağd (4 ədəd 100 manatlıq, 1 ədəd 200 manatlıq əskinas) pulun, 12 ədəd 0,7 litrlik “Oryol” adlı spirtli içkinin və bir ədəd kameranın oğurlandığını bildirmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlar daha ağlabatan görünür. Odur ki, məhkəmə hesab edir ki, oğurlanmış əşyalarla bağlı zərər çəkmiş şəxsin ifadəsi daha inandırıcı və mötəbərdir. Təqsirləndirilən şəxsin ifadəsi isə məsuliyyəti azaltmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarında izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.2, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun yetkinlik yaşına çatmaması, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, maddi sübut kimi tanınmış bir ədəd kameranın zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) ilə birlikdə yaşayır və qanuni nümayəndəsi 14 yaşı yeni tamam olmuş uşağına lazımi nəzarəti həyata keçirmədiyindən hazırki iş üzrə cinayət hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsin qanuni nümayəndəsindən tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 20:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(071)-65/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-65/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver