Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-65/2024 07.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxx 1991-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair və 01 avqust 1995-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda yaşamış hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xeyli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi olmadan şəxsi istifadələri üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşıma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq sonuncunun vasitəsilə şəxsiyyəti məlum olmayan şəxslə danışaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddələri məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib qabaqcadan razılaşdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə özünün yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-nə məxsus olan “Chevrolet Camaro minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən “Qədirxum” istirahət mərkəzinin qarşısına daşımış, 28 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı- Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən “Qədirxum” istirahət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Hacıqabul rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədi olmadan şəxsi istifadələri üçün birlikdə əldə etdikləri 04 (dörd) ədəd sayda ümumi təmiz çəkisi 0,16 qram xeyli miqdarda narkotik vasitə olan metadon tərkibli təsiredici həblər, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram və 0,141 qram olmaqla, ümumi təmiz çəkisi 0,279 qram xeyli miqdarda kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı “sobranie” markalı siqaret paketinin içərisindən aşkar olunaraq götürülmüş, onun idarə etdiyi “Chevrolet Camaro minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılan zaman 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,811 qram xeyli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,182 qram və 0,193 qram olmaqla, ümumi təmiz çəkisi 0,375 qram xeyli miqdarda kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli tozşəklli narkotik vasitə heroin avtomobilin yük yerində olan Təqsirləndirilən şəxs2 məxsus çantadan aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 xeyli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi olmadan şəxsi istifadələri üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşıma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq şəxsiyyəti məlum olmayan şəxslə danışaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddələri məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib qabaqcadan razılaşdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-nə məxsus olan “Chevrolet Camaro minik” markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən “Qədirxum” istirahət mərkəzinin qarşısına daşımış, 28 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən “Qədirxum” istirahət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq Hacıqabul rayon polis şöbəsinin inzibati binasına gətirilib Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədi olmadan şəxsi istifadələri üçün birlikdə əldə etdikləri 04 (dörd) ədəd sayda ümumi təmiz çəkisi 0,16 qram xeyli miqdarda narkotik vasitə olan metadon tərkibli təsiredici həblər, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram və 0,141 qram olmaqla, ümumi təmiz çəkisi 0,279 qram xeyli miqdarda kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı “sobranie” markalı siqaret paketinin içərisindən aşkar olunaraq götürülmüş, “Chevrolet Camaro minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılan zaman 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,811 qram xeyli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,182 qram və 0,193 qram olmaqla, ümumi təmiz çəkisi 0,375 qram xeyli miqdarda kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli tozşəklli narkotik vasitə heroin avtomobilin yük yerində olan ona məxsus çantadan aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özü hərdən «Metadon 40» deyilən həb və narkotik vasitə heroin qəbul edir. O, Bakı şəhərində ticarətlə məşğul olur. Təqsirləndirilən şəxs2 tanıyır, yerlisidir. İntiqamla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə yaşadığı Kürdəmir şəhərinə toy məclisinə getməli idi. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən saat 11:00 radələrində İntiqamla “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdırlar. İntiqama bildirib ki, ona istifadə etmək üçün heroin lazımdır və ona köməklik etməsini xahiş etmişdir. İntiqam isə ona İran İslam Respublikası vətəndaşı olan tanışı olmasını və həmin şəxsin kartına pul atdıqları halda narkotik vasitə heroin əldə edə biləcəklərini bildirmişdir. Sonra İntiqam ona kart atmışdır. O da Bakı şəhərində aeroport yolunda olan Bolmart marketində olan terminaldan 30 manat həmin karta pul köçürtmüşdür. Həmin gün saat 20 radələrində İntiqam ilə əlaqə saxlamış və idarə etdiyi Chevrolet Camaro markalı ** PV *** dövlət nömrə nişanlı avtomobili ilə Babək prospektinə gedib İntiqamı götürmüşdür. İntiqam onu Babək prospektində yerləşən Azpetrol YDM-nin yanına sürdürmüşdür. O, yol kənarında saxlamışdır. İntiqam maşından düşmüşdür. Təxminən 5 dəqiqə keçdikdən sonra əlində bir ədəd bükülü gətirmiş və heroin olduğunu bildirib həmin bükümü ona vermişdir. Bundan əlavə də 4 ədəd Metadon 40 həbləri verərək İran İslam Respublikası vətəndaşının həmin həbləri pay verdiyini bildirmişdir. Bundan sonra İntiqamla ayrılmışdırlar. O, evə gəlmiş İntiqamın ona verdiyi bükümü açmışdır və baxıb ki, içərisində olan narkotik vasitə heroindir. Sonra o evdə həmin heroini iki yerə bölmüşdür. O, yaşadığı evdə 4 ədəd Metadon həblərini və iki bükümə ayırdığı heroin bükümlərini boş Sobranie siqaret qutusuna qoymuşdur. İntiqam bilirib ki, o, səhər Kürdəmir şəhərinə dostunun toy məclisinə gətməlidir və ona demişdir ki, gedəndə İntiqamı da aparsın. xx.xx.2023-cü il tarixdə axşamçağı idarə etdiyi Chevrolet Camaro markalı ** PV *** dövlət nömrə nişanlı avtomobili ilə Kürdəmir rayonundan gələndə Lökbatan dairəsindən İntiqamı da götürmüşdür. İntiqamın əlində çantaları var idi. Çantaları arxa yük yerinə qoymuşdur. Onlar birlikdə Kürdəmir şəhərinə gedərkən yolda Hacıqabul şəhər ərazisində Bakı-Qazax magistral yolunun kənarında olan Qədirxum restoranının yanında saxlamışdır. Orada olan mağazaya girib ki, dostunun kartına pul göndərsin. Mağazada terminaldan pul atmışdır. Avtomobilə oturanda polis əməkdaşları kimi özlərini təqdim edən şəxslər onu saxlamışdırlar. Onunla sorğu-sual etmişlər. O, fikir yayındırıb maşında olan Siqaret qutusundakı narkotik vasitə heroin bükümlərini və 4 ədəd Metadon həblərini siqaret qutusu qarışıq gödəkçəsinin cibinə qoymuşdur. Sonra onları Hacıqabul RPŞ-yə dəvət etmişdirlər. Polis şöbəsində özünü təqhiqatçı kimi təqdim edən Mübaşir Heybətov ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğumu bildirib ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra müdafiəçi dəvət olunmuşdur. Üzərində gəzdirdiyi hər hansı bir qanunsuz əşya və ya predment olub-olmaması soruşulmuşdur. O da əynində olan şalvarın sağ ön cibində olan ona məxsus Samsung A32 markalı mobil telefonunu və əynində olan qara rəngli dəri gödəkçəsinin cibində saxladığı bir ədəd siqaret qutusunda içərisində 4 ədəd Metadon 40 və iki bükülüdə olan heroinləri təqdim etmişdir. Bundan başqa üzərində keçirilən şəxsi axtarış zamanı ona məxsus olan sənədlər, bank kartı, idarə etdiyi avtomobilin açarı və bir qutu Sobranie siqareti aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş 1-ci büküm 0,21 qram, 2-ci büküm isə 0,23 qram olmuşdur. Aşkar olunmuş 4 ədəd Metadon 40 həbləri və 2 bükülüdə olan narkotik vasitə heroinlər zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Chevrolet Camaro markalı ** PV *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilin yük yerində ona məxsus çantada narkotik vasitə saxladığını bildirmiş və çantadan götürürək təqdim etmişdir. Həmin bükümlərin iki bükümü narkotik vasitə heroin və bir bükümü isə psixotrop maddə matemfetamin olduğunu bildirmişdir. Həmin kütlələr də elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq möhürlənmişdir. Bu barədə də protokol tərtib olunmuş, ucadan oxunmuş və doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Üzərindən aşkar olunan narkotik vasitələr ona aiddir. Həmin vasitələrin əldə edilməsində İntiqam sadəcə köməklik etmiş, tanışı olan İran İslam Respublikasının nömrəsini hazırda xatırlamadığı kart hesabına pul köçürmüşdür. İntiqam bununla hər hansı formada gəlir əldə etməmişdir. O, özü narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş və kiməsə hədiyyə vermək niyyətində olmamışdır. Eləcə də, İntiqam ona narkotik vasitə və ya psixotrop maddəni satmamış və hədiyyə etməmişdir. Eyni zamanda məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özü narkotik vasitə metomfetamin və heroin qəbul edir. O, Bakı şəhərində xırda ticarətlə məşğul olur. Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs1 uzun illərdi tanıyır və dosluq edir. Şükranla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Şükranla bir neçə dəfə birlikdə heroin qəbul etmişdir. O yaxın vaxtlarda “İnstagram” sosial şəbəkəsində İran İslam respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxsin adını və ya şəxsiyyətini bilmir. Aralarında narkotik vasitə göndərməsi barədə söhbətləri olmuşdur. Bundan sonra həmin şəxs ona “Whatsapp” nömrəsini vermişdir. O uzun müddətdir ki, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” programı vasitəsilə həmin İran İslam Respublikası vətəndaşı ilə danışmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 onunla “Whatsapp” vasitəsi ilə əlaqə saxlamış və özü istifadə etmək üçün narkotik vasitə heroin istəmişdir. O da Şükrana özü istifadə etmək üçündə narkotik vasitə almaq istədiyini bildirmişdir. O bildirib ki, onun tanışı İran İslam Respublikası vətəndaşı var onunla danışıb deyər. O İran İslam respublikası vətəndaşı ilə əlaqə saxlamış, bildirib ki, 60 manatlıq heroin və metamfetamin lazımdır. Həmin şəxsdə bildirib ki, təşkil edər. İran İslam Respublikası vətəndaşından xahiş etmişdir ki, miqdarını biraz artıq etsin. Həmin şəxs də bildirib ki, üzərində pay olaraq 4 ədəd Metadon 40 həbləri verə bilər və o da həmin şəxslə razılaşmışdır. O bundan sonra Şükranla danışmış, Şükranla razılaşmışdır. İran İslam respublikası vətəndaşı ona plastik kart nömrəsini atmışdır. O da Şükrana kart nömrəsini demişdir. Şükranla belə danışmışlar ki, cəmi 60 manatlıq narkotik vasitə və psixotrop maddədir, 30 manat Şükranın, 30 manat da onun və Şükran verdiyi kart nömrəsinə 30 manat pul köçürtmüşdür. O da 30 manat İran İslam Respublikası vətəndaşının kartına terminal vasitəsilə pul atmışdır. Həmin gün saat 20 radələrində İran İslam respublikası vətəndaşının dediyi yerə getmək üçün Şükranla əlaqə saxlamışdır. Şükranın idarə etdiyi Chevrolet Camaro markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində görüşmüşlər və həmin vaxt İran İslam respublikası vətəndaşının konum atdığı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Azpetrol YDM-nin yanına gəlmişlər. Konumla və atdığı şəkillə Azpetrol YDM-nin yaxınlığında olan zibil qabının altında olan bir ədəd selofanda olan heroini, 4 ədəd Metadon 40 həblərini və bir ədəd özü üçün sifariş verdiyi bir ədəd selofanda olan metamfetamini götürüb avtomobilə gəlmişdir. Şükran onu avtomobildə gözləmişdir. O həmin heroinin yarısını Şükrana vermiş və yarısını da özü götürmüşdür. Metamfetaminidə özü götürmüşdür. Metadon 40 həblərini də o istifadə etmədiyi üçün Şükrana vermişdir. Sonra Şükranla ayrılmışlar. O, axşam evdə heroini bir az qəbul etmiş, qalanını da iki yerə yəni iki bükümə ayırmışdır. O, həmin narkotik vasitələri «Kinder şokalad»ın sarı rəngli plastik qabına qoyub çantasının cibinə qoymuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə yaşadıqları Kürdəmir rayonuna gedəcəyini bildiyi üçün onu da aparmasını ondan xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Şükranla əlaqə saxlamış və axşamçağı Şükran avtomobillə onu Lökbatan dairəsindən götürmüşdür. O özü ilə narkotik vasitə və psixotrop maddə saxladığı həmin çantanı götürmüşdür. Çantanı avtomobilin yük yerinə qoymuşdur. Kürdəmir şəhərinə gələrkən saat 21 radələrində Hacıqabul şəhər ərazisində Qədirxum restoranının yanında Şükran avtomobili saxlayıb mağazaya getmişdir. Şükran gəlib maşına oturanda polis əməkdaşları onlara yaxınlaşmışdır. Sorğu sual etmişdirlər və onları avtomobillə birlikdə Hacıqabul RPŞ-yə gətirmişlər. Polis şöbəsində özünü təqhiqatçı kimi təqdim edən Mübaşir Heybətov ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu bildirib ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra müdafiəçi dəvət olunmuşdur. Üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı bir narkotik vasitə olmasada avtomobildə çantada narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etmişdir. Sonra avtomobilə baxış keçirilmiş və çantada plastik qabda saxladığı iki bükümdə narkotik vasitə olan heroini və bir bükümdə olan metamfetamini təqdim etmişdir. Həmin vasitələr elektron tərəzidə çəkilmiş, metamfetamin 0,94 qram, 1-ci bükülüdə olan heroin 0,25 qram, 2-ci bükülüdəki heroin isə 0,22 qram çəkidə olması müəyyən olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq möhürlənmiş, protokol tərtib olunmuş və doğruluğu imzaları ilə təsdiq edilmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Çantasından aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ona aiddir. Şəxsi istifadə üçün İran İslam Respublikası vətəndaşından almışdır. O narkotik vasitə satmır, sadəcə olaraq istifadə edir. Verilmiş suallar əsasında Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, o, Şükrana narkotik vasitə əldə etmək üçün köməklik göstərməkdə hər hansı maddi marağı olmamışdır. Hər biri ayrıayrılıqda 30 manat qoymaqla, cəmi 60 manat pul vəsaitini tanımadığı İİR-nın vətəndaşının nömrəsini hazırda xatırlamadığı kart hesabına köçürmüş və birgə əldə edilmiş narkotik vasitəni öz aralarında Şükranla bölüşdürmüşlər. O, Şükrana hədiyyə narkotik vasitə verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin X3 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri, M.Abdullayev küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsi ev 1/5-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 üzərində və avtomobildə narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun, Hacıqabul RPŞnin PPXB-nin manqa komandiri Şahid2 və Hacıqabul RPŞ-nin İTB-nin sahə polis nəfəri smayılov Rabil Rəfail oğlunun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-ci il tarixdə saat 21:00-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hacıqabul rayonunda yerləşən Qədirxum istirahət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs1 idarə etdiyi Chevrolet Camaro markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq üzərlərində şəxsi axtarış və avtomobilə baxış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Mübaşir Heybətov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd Sobranie siqaret qutusun içərisindən 4 ədəd metadon həblərinə və 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Həmin heroinə bənzər kütlələrin olduğu bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Bundan başqa onun üzərindən Samsung markalı mobil telefon, bir ədəd plastik bank kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, vergi uçot haqqında şəhadətnamə, xarici pasportu, bir ədəd plastik kart, və ümumilikdə 12 manat pul aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr və digər əşyalar təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar olunmuş kütlələrin narkotik vasitə heroin və Metadon 40 həblərinin olduğunu, tanışı İntiqam vasitəsilə İran İslam Respublikası vətəndaşının kartına pul göndərməklə əldə etdiyini və özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O da həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Bundan sonra TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Video çəkilişdən istifadə edilməklə Mübaşir Heybətov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı onun üzərindən Samsung markalı mobil telefon, 3 manat pul və bujuteriya sep aşkar olunmuşdur. Aşkar olunmuş əşyalar təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə İran İslam Respublikası vətəndaşından sosial şəbəkə vasitəsilə pul göndərməklə şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yük yerində olan çantada gizlətdiyini bildirmişdir. TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O da həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi Chevrolet Camaro markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin yük yerində olan Təqsirləndirilən şəxs2 məxsus boz rəngli çantadan aşkar olunan sarı rəngli qabın içərisində 3 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərin iki bükümü narkotik vasitə heroinə, digər bir büküm isə psixotrop maddə metamfetaminə bənzər maddələr idi. Aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Bundan əlavə olaraq çantadan aşkar olunmuş bir ədəd Kapital Bank kartı, bir ədəd Leobank kartı və Araz marketə məxsus bir ədəd kart, həmçinin avtomobilin içərisindən aşkar olunmuş Samsung markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O da həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 və Hacıqabul RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid3 Rəfail oğlu iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özlərinin etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 idarənin rəisi Anar Xəlilova müraciət edərək Kürdəmir şəhəri M.Abdullayev küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsi ev 1/5-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və idarə etdiyi avtomobildə daşıması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş 3-13-78/Ə530/2023 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 və Hacıqabul RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid3 Rəfail oğlu daxil edilməklə, qrupa rəhbərlik baş əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2023-cü il tarixli 1405 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Hacıqabul rayonunda yerləşən “Qədirxum ailəvi istirahət mərkəzi”nin qarşısında Təqsirləndirilən şəxs1 idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro" markalı avtomobildə saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün RPŞ-nin TB-nin təhqiqatçısı Mübaşir Heydərov tərəfindən onlara təqdim edilmiş müdafiəçilərin iştirakları ilə şübhəli şəxslər qismində tutulmuşlar. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli dəri gödəkçəsinin sağ cibindən bir ədəd “Sobranie” siqaret qutusu təqdim etmiş, həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən 4 ədəd methadone 40 həbləri, iki ədəd bükülü aşkar olunmuş və həmin iki ədəd büküm açılan zaman içərisində narkotik maddə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, ƏN-nin MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün RPŞ-nin 80 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxladığı əşya və ya predmet olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan bir ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülmə barədə xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi **- PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro" markalı avtomobilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə daşınması qadağan olunan hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Mahmudzadə Íntiqam İlham oğlu bildirmişdir ki, avtomobilin yük yerində ona aid olan çantasında İran İslam Respublikası vətəndaşından aldığı narkotik vasitə vardır. Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə avtomobilin yük yerində olan boz rengli çantasını açaraq bir ədəd sarı plastik qabın içərisində 3 ədəd selofan bükülünü çıxarlb təqdim etmiş, həmin bükülüyə baxış keçirildikdə iki bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 1 bükümdə metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, metamfetamin bənzər kütlə 0,94 qram, narkotik vasitə heroinə bənzər kütlə birinci büküm 0,25 qram, ikinci büküm isə 0,22 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 çantasından Leobanka məxsus üzərində 4098 58449769 6813 nömrəsi olan, Kapital Banka məxsus üzərində 4169 7388 6690 5817 nömrəsi olan plastik kartlar, 1 ədəd Araz supermarketə məxsus kart aşkar olunmuşdur. Həmçinin avtomobilin salonunda qabaq oturacaqlar arasında yerləşən saxlanc yerindən bir ədəd “Samsung Duos” markalı mobil telefon aşkar olunaraq iş üçün əhəmiyyət kəsb olunduğu üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokolların məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro" markalı avtomobilə baxış keçirilməsi və götürülmə aparılması zamanı qeydə alınmış və videogörüntünün olduğu 1 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, baxış keçirilməsi və götürülmə barədə xx.xx.2023-cü il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 29 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6590 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş (imza) Təqsirləndirilən şəxs2.” yazısı və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,811 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmiş psixotrop maddə metamfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,182 qram və 0,193 qram, ümumi təmiz çəkisi 0,375 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş..(imza)Təqsirləndirilən şəxs1" yazısı və imzalar olan zərfdəki üzərində "Methadone 40” markalanma göstəricisi olan konvalyutda üzərində “F/M40” yazısı həkk olunmuş 4 ədəd həb metadon tərkibli həblərdir və 4 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə və təmiz çəkisi 0,141 qram qəhvəyi rəngli tozşəkilli maddə, ümumi təmiz çəkisi 0,279 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd olunan rəydən həmçinin müəyyən edilir ki, X1 aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlər və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,138 qram olan heroin xarici əlamətlərinə görə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər, digər bükümdə təmiz çəkisi 0,141 qram olan heroin isə həmin heroinlərdən xarici əlamətlərinə görə və kimyəvi komponent tərkibinə görə fərqlidir. Rəyə əlavə edilmiş aktdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 0,375 qram olmaqla, 0,1 qram tədqiqat üçün sərf edilmiş və 0,275 qram qalıq qalmışdır. Metamfetaminin isə ümumi təmiz çəkisi 0,811 qram olmaqla, 0,05 qram tədqiqat üçün sərf edilmiş və 0,761 qram qalıq qalmışdır. Ş. Hüseynlinin üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 0,279 qram olmaqla, 0,1 qram tədqiqat üçün sərf edilmiş və 0,179 qram qalıq qalmışdır. Metadon həbləri isə 4 ədəd olmaqla, 1 həb tədqiqat üçün sərf edilmiş və 3 həb qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair ekspert komissiyasının 27 yanvar 2024-cü il tarixli 499 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair ekspert komissiyasının 27 yanvar 2024-cü il tarixli 494 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 276 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) hesab olunur. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmaya meyillilik aşkar olunur. Əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 277 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) hesab olunur. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmaya meyillilik aşkar olunur. Əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-49/2- 43/2024 saylı məktuba əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kürdəmir rayon Narkoloji xəstəxanasında narkoloji və ruhi əsəb dispanserində qeydiyyatda deyillər. Məhkəmə Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, yəni satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitələr olan heroin, metadon 40 və metamfetamini əldə edərək özlərində saxlamaqla daşımaları məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin məhkəmə baxışı zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik hesab edilən heroin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Həmin Qanunun 1-ci siyahının 13-cü bəndinə əsasən metodon həbinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,02 qram təşkil edir. Həmin Qanunun 2-ci siyahının 67-ci bəndinə görə metamfetamin adlı psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram və 0,141 qram olmaqla, heroinin ümumi təmiz çəkisi 0,279 qram, “Metadon 40” həbləri isə 4 ədəd olmaqla, ümumi çəkisi 0,16 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Həmçinin, cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs2 aşkar edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,182 qram və 0,193 qram olmaqla, heroinin ümumi təmiz çəkisi 0,375 qram, 1 ədəd bükümdə olan metamfetaminin ümumi çəkisi isə 0,375 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il saat 21:15-dən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il saat 22:00-dan hesablanmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, cinayət işi üzrə əməl AR CM-nin 234.4.1-ci maddəsinə tövsif edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-122/2024 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 28 dekabr 2023-cü il tarixdən saat 21:00-dan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-122/2024 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 28 dekabr 2023-cü il tarixdən saat 21:00-dan hesablanması müəyyən edilmişdir. Daha sonra ibtidai istintaq gedişatında xx.xx.2024-cü il tarixli qərarla əməl yenidən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddədə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir . İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-65/2024 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon İH-nin Başçısının Kürdəmir şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-56-12/2-04 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Hüseynli X6 şəhəri M.Abdullayev küçəsi ev 8-də qeydiyyatdadır. Subay olmaqla himayəsində azyaşlı uşağı yoxdur. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon İH-nin Başçısının Kürdəmir şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-56-12/2-04-1 saylı arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanda qeydiyyatdadır. Subay olmaqla himayəsində azyaşlı uşağı yoxdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH-nin Başçısının Kürdəmir şəhər İƏDüzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə mənfi rəy daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH-nin Başçısının Kürdəmir şəhər İƏDüzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə mənfi rəy daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixli Xətai rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilirinərək barəsində 1300 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə “8 Noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.11 bəndinə əsasən amnistiya aktının tətbiq edilməsi barədə cəzadan azad edilmiş və qeydiyyatdan çıxarılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmalarını və məhkumluqlarının olmamasını onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən hazırkı cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Odur ki, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal və həmçinin cəzasını ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlinin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona təyin edilən cəzanın həddi Təqsirləndirilən şəxs1 münasibətdə daha ağır təyin edilməlidir. Həmçinin məhkəmə CPM-nin 318-ci maddəsinin tələblərini və bu barədə dövlət ittihamçısının diqqətinə çatdırılması ilə bağlı xüsusatı nəzərə alır. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırki hökmlə onlara təyin ediləcək cəzaları “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı cəzaçəkmə müddətinin əvvəli onların azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 dekabr 2023-cü il tarixdən hesablamalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 0,454 qram heroin, ümumi çəkisi 0,16 olan 3 ədəd metadon həbləri və 0,761 qram psixotrop maddə metamfetam predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması zaman və nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülmə barədə qeydə alınmış videogörüntünün olduğu ümumilikdə 3 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,454 qram heroin, ümumi çəkisi 0,16 olan 3 ədəd metadon həbləri və 0,761 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması zaman və nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülmə barədə qeydə alınmış videogörüntünün olduğu ümumilikdə 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri cəmi 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 0,454 qram heroin, ümumi çəkisi 0,16 olan 3 ədəd metadon həbləri və 0,761 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-65/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-65/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver