Məhkəmə qərarları › İş №1(071)-65/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-65/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-65/2025 08.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Hacıqabul rayonu, Qızılburun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Qızılburun kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair 03 aprel 2025-ci il tarixli yekun protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində sonuncunu qəsdən döyərək burun yəhəri üzərinin sıyrıqı, sol göz almasının alt hissəsinin qançırı, sağ gözün üst göz qapağı üzərinin qançırı, sol əlin arxa səthinin əzilmiş-cırılmış yaraları kimi müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurma cinayətini törətmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinlənilmələr keçirilməklə məhkəməyədək sadələşdirilmiş icraat materialları nəzərdən keçirilərkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Belə ki, məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatət verərək məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəməyə təklif etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraatın açılmasına dair tərtib olunmuş 03 aprel 2025-ci il tarixli yekun protokol ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən təsdiq olunmadan baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini təklif edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı verilmiş olduğu yazılı vəsatətin təmin olunmasını, məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etirazının olmadığını bildirdi. O, əlavə olaraq qeyd etdi ki, zərərçəkmiş şəxslə barışmış, vurulmuş zərəri tam şəkildə ödənilmiş və icraata xitam verilməsi üçün ibtidai araşdırmanı aparan orqana müraciət etməsinə baxmayaraq müraciəti nəzərə alınmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etirazının olmadığını bildirdi. Verilmiş suallara əsasən o, əlavə olaraq qeyd etdi ki, ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, bu barədə ibtidai istintaq orqanına məlumat vermiş, qeyd olunan hallara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış materiala xitam verilməsini və məhkəməyə göndərilməməsini xahiş etmişdir. Bununla belə, onun xahişi ibtidai istintaq orqanı tərəfindən nəzərə alınmamış və həmin material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə, iş üzrə dövlət ittihamçısının yazılı vəsatətində qeyd edilən dəlilləri əsaslı hesab edərelə qənaətə gəlir ki, vəsatət təmin edilməlidir. Belə ki, CPM-in 297.0.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduqdan sonra o, materiallara dərhal baxmaq və böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin baxılması zamanı təhqiqatçının hərəkətlərinin və həmin şikayət üzrə aparılmış məhkəməyədək sadələşdirilmiş icraatın qanuniliyini və əsaslılığını yoxlamaq hüququ vardır. Həmin Məcəllənin 297.0.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror toplanılmış sübutlar və təhqiqat zamanı araşdırılmış hallar ittihamın irəli sürülməsinə imkan verdikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsini təsdiq etmək və bütün materialları məhkəməyə göndərmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarınınbaxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, prokurorun təsdiqindən keçməyən yekun prosessual sənədin (məsələn, ittiham aktı və ya yekun protokol) məhkəməyə təqdim edilməsi cinayət-prosessual qanunvericiliyin ciddi şəkildə pozulmasıdır. Cinayət Prosessual Məcəlləsinin 303.3.5-ci maddəsinə əsasən, iş məhkəməyə yalnız müvafiq səlahiyyətli prokurorun təsdiqlədiyi ittiham aktı və ya digər yekun sənədlə göndərilə bilər. Prokurorun yekun protokolu təsdiq etməsi onun bu sənədlə razılaşdığını ifadə edir. Əgər bu təsdiq yoxdursa, yekun protokol hüquqi cəhətdən formalaşmamış sayılır və belə sənəd əsasında məhkəmə baxışı keçirmək hüquqi əsasdan məhrumdur. Digər tərəfdən, Cinayət Prosessual Məcəlləsinə əsasən, məhkəmə yalnız qanuni qüvvəyə malik ittiham aktı və ya yekun protokol və ona əlavə olunmuş materiallar əsasında işin baxılmasına başlaya bilər. Prokurorun təsdiqi olmadıqda, təqdim edilən sənəd və iş materialları prosessual sənəd statusuna malik olmur və bu, məhkəmə baxışının başlanmasına maneə yaradır. Belə bir sənəd əsasında iş üzrə məhkəmə baxışının keçirilməsi müdafiə hüququnun, ittiham və müdafiə tərəfləri arasında bərabərlik prinsipinin və məhkəmənin obyektivlik və qanunauyğunluq prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən, prokurorun təsdiqindən keçməyən yekun sənəd əsasında məhkəməyə təqdim edilmiş cinayət işi üzrə icraata başlanmamalı, bu ciddi prosessual pozuntu aradan qaldırılmaq üçün iş ibtidai araşdırma orqanına qaytarılmalıdır. Belə hallar hüququn aliliyinə zidd olmaqla yanaşı, sonradan iş üzrə çıxarıla biləcək hər hansı qərarın (xüsusilə hökmün) ləğv olunmasına səbəb ola bilər. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraatın açılmasına dair tərtib edilmiş 03 aprel 2025ci il tarixli yekun protokolda irəli sürülmüş ittiham Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən tarix qeyd olunmasına baxmayaraq imza edilərək təsdiq edilməmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Hacıqabul rayon prokurorluğundan məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 5 (beş) saata görə 55 (əlli beş) manat pul köçürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, kobud prosessual pozuntuya yol vermiş məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Taryel Səfərov barəsində xüsusi qərar qəbul edilməli və müvafiq təsir tədbirlərin görülməsi üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti struktur bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 300.1.5 və 303.3.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmasına xitam verilsin və material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 5 (beş) saata görə 55 (əlli beş) manat, pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar