Məhkəmə qərarları › İş №1(071)-66/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-66/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-66/2024 22.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 185.1, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində Bakı-Ələt- Qazax-Gürcüstan magistral avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Qədir-Xum” restoranının qarşısında dayanmış Zərərçəkmiş şəxs mülkiyyətində olan “Opel Omega minik” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək, yəni qaçırmaq qərarına gəlib avtomobilə yaxınlaşaraq istifadə etmək üçün icazəsi olmadığı halda sol ön qapını açmaqla avtomobilin sükanı arxasında əyləşib mühərriki işlək vəziyyətində olan avtomobili hərəkətə gətirərək Şirvan şəhəri istiqamətində idarə edib həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış, həmin vaxt avtomobilin salonuna quraşdırılmış maqnitafonun yanında nağd pul vəsaitinin olduğunu gördüyü üçün Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəlib avtomobilin salonuna quraşdırılmış maqnitafonun yanında olan sonuncuya məxsus 900 (doqquz yüz) manat nağd pul vəsaitini oğurlamışdır. Bundan başqa, o, istintaq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisinə daşımış, 24 yanvar 2024-ü il tarixdə saat 19 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Muğan qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd selofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 145 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan ağ rəngli qolsuz gödəkcənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, narkotik vasitələr əldə etdiyinə görə əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsində fərdi əməklə məşğul olub çörək pulu qazanır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən yaşadığı Muğan qəsəbəsinə gəlmək məqsədilə Lökbatan dairəsi adlanın yerə gəlmişdir. Saat 18 radələrində yanında qara rəngli “Reno” markalı avtomobil dayanıb ona hara getdiyini soruşmuşdur. O, avtomobilin sürücüsünə Muğan qəsəbəsinə gedəcəyini bildirmişdir. Həmin şəxs ona gedəcəyi ünvana apara biləcəyini demişdir. O, razılaşaraq avtomobilin arxa sərnişin oturacağına əyləşmişdir. Həmin gün saat 19:10-da Hacıqabul şəhəri ərazisində yerləşən Bakı-Qazax magistral yolunun kənarında olan “Qədir-Xum” adlanan istirahət mərkəzinə məxsus marketin qarşısına gəlmişlər. Orada o, avtomobildən düşmüşdür. Mağazanın qarşısında gəzərkən orada mühərriki işlək vəziyyətdə olan “Opel Omeqa” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, avtomobildə heç kimin olmadığını və ərtafa baxıb onu heç kimin görmədiyini dəqiqləşdirəndən sonra əlində olan ağ rəngli selofanları avtomobilin qabaq oturacağına qoyub avtomobili idarə edərək oradan qaçırmış Şirvan şəhər istiqamətinə getmişdir. O, həmin avtomobillə Şirvan şəhərində bir az gəzəndən sonra su içən zaman tutduğu əməldən peşman olub geriyə, yəni “Qədir-Xum” adlanan restoranın qarşısına gəlmişdir ki, avtomobili sahibinə qaytarsın. Orada dayanandan bir neçə dəqiqə sonra törətmiş olduğu cinayət əməlinə görə polis əməkdaşları tərəfindən rayon PŞ-nə dəvət olunmuşdur. O, RPŞ-nə gələndən sonra törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Bundan başqa, uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə edir. Həmin narkotik vasitəni tanımadığı şəxslərdən müxtəlif vaxtlarda və məbləğdə almışdır. 24 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən yaşadığı evdən çıxıb ərzaq almaq məqsədi ilə qəsəbənin mərkəzinə getmək qərarına gəlmişdir. Lakin ərzaq almaq üçün üzərində nağd pul olmadığına görə yaşadığı Muğan qəsəbəsi ərazisində yerləşən Muğan Petrol adlanan yanacaq doldurma məntəqəsinin həyətində quraşdırılmış bankomatdan pul çıxarmaq qərarına gəlmişdir. Buna görə də, yaşadığı evdən çıxıb piyada şəklində yaşadığı evə tərəf hərəkət etməyə başlamışdır. Təxminən saat 19 radələrində yaşadığı evə çatmağa bir qədər qalmış hərəkətdə olduğu küçədə yolun kənarında 01 ədəd selofan torbanın olduğunu görmüşdür. Həmin torba diqqətini cəlb etdiyi üçün yaxınlaşaraq əlinə götürmüşdür. Selofan torbanı açıb baxan zaman içərisində istifadəçisi olduğu üçün əvvəldən nəşə kimi tanıdığı marixuana olduğunu görmüşdür. Bu zaman ətrafa nəzər salıb onu müşahidə edən başqa şəxlərin olmadığını gördükdən sonra tapdığı selofan torbada olan marixuananı əynində olan ağ rəngli qolsuz gödəkcənin sol iç cibinə qoymuşdur. Bundan sonra yaşadığı evə doğru hərəkət etmişdir. Yaşadığı küçədə hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxslərin ona tərəf yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməsi üçün əlverişli şəraitin olmadığını görüb onlarla birlikdə polis şöbəsinə gəlməyini bildirmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Natiq Ağayev kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona izah edib yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı ondan üzərində və idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olub-olmadığını soruşmuş, o, əynində olan ağ rəngli qolsuz gödəkcənin sol iç cibində saxladığı bir ədəd selofan kəsiyini torbanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 154 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflər onu imzalamışlar. Sonda təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışdığını ona dəymiş ziyanı tamamilə ödədiyini, törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, “Opel Omeqa” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. O, ev ustasıdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri “Varovski” adlanan ərazidə bir evdə işləmək üçün getmişdir. xx.xx.2023-cü il tarixdə o, 1000 (min) manat zəhmət haqqı pulunu almışdır ki, yaşadığı evə gəlsin. O, yaşadığı evə getmək məqsədilə hazırlıq görüb saat 17 radələrində idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin vaxt üzərində olan 1000 (min) manat puldan 100 (yüz) manatını götürüb 900 (doqquz yüz) manatını isə avtomobildə olan maqnitafonun sol tərəfindəki boş yerə qoyub yola düşmüşdür. Həmin günü saat 19:20-də yolda gələndə Hacıqabul şəhər ərazisində yerləşən “Qədir-Xum” adlanana restoranın qarşısındakı mağazanın yanında avtomobilini saxlamışdır ki, su alsın. Mağazaya daxil olub təxminən 5 dəqiqəyə kimi mağazada alver edəndən sonra mağazadan çölə çıxanda özünə məxsus “Opel Omeqa” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yerində olmadığını görmüşdür. Ətrafı axtarsa da, avtomobili tapa bilməmiş, mağazaya daxil olub orada işləyən şəxsə avtomobilinin oğurlandığını bildirmiş, quraşdırılmış videokameraya baxmaq istədiyini bildirmişdir. Mağazada satıcı işləyən şəxs buna etiraz etməmiş, onlar kamera görüntülərinə baxdıqda ağ gödəkçə geyinmiş cavan oğlanın avtomobilə yaxınlaşaraq ətrafa baxdığını, sonra isə avtomobilə əyləşib onu idarə edərək çıxıb getdiyini görmüşlər. Bundan sonra istifadə etdiyi mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək özünə məxsus avtomobilin oğurlanması barədə məlumat vermişdir. Həmin avtomobilin buraxılış ili 1994-cü ildir. Təxminən 6 ay əvvəl həmin avtomobili 2500 manata almış, təmirinə isə 3000 manat pul xərcləmişdir. Hazırda ona məxsus olan “Opel Omeqa” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 5000 manatdır. Avtomobildə olan 900 manat pulda oğurlanmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 yanvar 2024-cü il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, eləcədə Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etmə mənbəyinin ifşa edilməsi, üzərində şəxsi axtarış aparılması ilə əlaqədar təxirəsalınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar tərəfindən qərar qəbul edilmişdir. Həmin gün onun və CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində yerləşən yaşadığı evin yaxınlığındakı küçədə piyada şəklində hərəkətdə olmasını görmüşlər. Həmin vaxt onlar birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə olub-olmamasını soruşan zaman o, davranışları ilə bir daha şübhə yaratmışdır. Onlar orada axtarışın aparılması üçün şəxsi axtarışın aparılması üçün əlverişli şəraitin olmadığını görüb Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nə dəvət etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə Hacıqabul RPŞ-nin inzibati binasına gəlib TB-nin təhqiqatçısı Natiq Ağayevin xidməti otağına daxil olmuşlar. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunduqdan sonra təhqiqatçı Natiq Ağayev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin başlanıldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki ağ rəngli qolsuz gödəkcənin sol iç cibindən 01 ədəd selofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək, həmin narkotik vasitəni 24 yanvar 2024-cü il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində piyada şəklində hərəkət edən zaman yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilən zaman 154 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qurudulmuş marixuanaya oxşar maddə bir ədəd poçt zərfinə qoyularaq möhürlənmiş, daha sonra şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə faktiki olaraq azadlığı saat 18:25-dən məhdudlaşdırılmaqla, saat 19:00-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd selofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/106 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış polietilen torbada təmiz çəkisi 145 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,10 qramı sərf edildikdən sonra 144,90 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 5 qram, küllü miqdarın həddinin 500 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin NMQ–nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. “Tutulmuş şəxsin azad edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:50-də Hacıqabul RPŞ-nin MSY-dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs Hacıqabul RPŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində Hacıqabul şəhərində yerləşən “Qədir-Xum” adlanan istirahət mərkəzinin qarşısından ona məxsus “Opel Omega” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobildə olan 900 manat məbləğində pul və digər sənədlər naməlum şəxslər tərəfindən oğurlanmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə faktiki olaraq azadlığı saat 21:50-dən məhdudlaşdırılmaqla, saat 22:30-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. AD № 379310 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Opel Omega” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. ƏN-Vİ – 572898 saylı “nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamadən” görünür ki, X4 tərəfindən Opel Omega” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək səlahiyyəti Zərərçəkmiş şəxs verilmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir. “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin və Zərərçəkmiş şəxs iştirakları ilə “Opel Omega” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə hər hansı əzilmə, sürtünmə yerləri aşkar olunmamış, zərərçəkmiş şəxs avtomobilin salonunun qabaq hissəsində maqnitafonun yanına qoyduğu, lakin sonradan oğurlanmış 900 manat pulun olduğu yeri göstərdi. Zərərçəkmiş şəxslə birlikdə avtomobilə baxış keçirilən zaman 900 manat pul aşkar edilməmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul şəhər ərazisindən keçən Bakı-Qazax magistral yolunun sağ tərəfində yerləşən “Qədir-Xum” istirahət mərkəzinə məxsus mağazanın qarşısında yerləşir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1, 185.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-116/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 389 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəninin müayinəsi zamanı hər hansı travmatik zədə və onun obyektiv izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, etibarnamə əsasında idarə etdiyi “Opel Omega” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili saz və işlək vəziyyətdə təhvil almışdır. Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli 3458 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 185.1, 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 144,99 qram qalan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Xanəliyev X3 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Göründüyü kimi hazırki, cinayət əməllərinin törədilməsi zamanı Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən ediilmiş qaydada ödənilmişdir. Hacıqabul rayon İHB-nın Muğan qəsəbə İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Xanəliyev X3 rayonu Muğan qəsəbəsində yaşayır. Hacıqabul rayon İHB-nın Muğan qəsəbə İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 28 fevral 2024-cü il tarixli, 1342 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Hazırki, cinayət işində Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusunun olması müəyyən edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 5-ci bəndində qeyd olunur ki, şəxs digər cinayət xarakterli əməllər törətməklə (oğurluluq, soyğunçuluq, quldurluq yolu ilə və sair cinayətlər), habelə talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirdikdən sonra onu idarə edərkən həm də yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını və ya döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozduqda onun əməli cinayətlərin məcmusu üzrə müvafiq olaraq CM-nin 263, 263-1 və 351-ci maddələri ilə yanaşı özgə əmlakını qanunsuz ələ keçirməyə görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddələri ilə (CM-nin 177, 180, 181, 185ci və sair maddələri ilə) tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 4-cü bəndində qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazır ki, cinayət işində təqsirləndirilən şəxs zərərşəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə etməsi və üzərində daşıyaraq saxlaması, habelə Zərərçəkmiş şəxs etibarnamə ilə məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməsi və avtomobildə olan 900 manat pulu oğurlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1777.1, 234.1 və 185.1-ci maddələrilə tövsif edilmişdir. Lakin, məhkəmə iclasında təqsirləndirilən şəxs zərərşəkmiş şəxslə barışaraq ona vurulmuş ziyanı tamamilə ödədiyi üçün Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlini könüllü etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə, təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları, Məcəllənin 177.1-ci maddəsinin sanksiyasında 4 növ cəza, yəni üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə münasibətdə təqsirləndirilən şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (iyirmi doqquz dəfə) narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə münasibətdə təqsirləndirilən şəxsə həmin maddəlnin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, maddədə qeyd edilən cinayətlər böyük ictimai törətməyən cinayətlər kateqoriyasına aiddir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-2-ci bəndinə əsasən cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Cəzalar toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının bir günü islah işləri və ya hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının iki gününə, ictimai işlər cəzasının isə dörd saatına bərabər tutulur. Həmin Qərarın 14-cü bəndinə əsasən cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaların tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.1-ci maddələri ilə təqsirli bilinərək, Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə münasibətdə həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası, Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə münasibətdə həmin maddənin sanksiyası çərçivəsində ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə Məcəllənin 68-ci maddəsində nəzərdə tutulmuş qayda tətbiq edilməklə azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmalı, şübhəli şəxs qismində tutulduğu müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından həbs edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 144,99 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan “Opel Omega” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 39 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 234 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 144,99 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan “Opel Omega” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 234 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar