Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-67/2025 07.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh X4 və onun müdafiəçisi Şirvan Regional vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Hacıqabul rayonu Meyniman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Hacıqabul rayonu İkinci Paşalı kəndində qeydiyyatda olmaqla, Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yaşayan hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.4 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 16 fevral 2025-ci il tarixdə, saat 13 radələrində X5 məxsus Hacıqabul rayonu, Talış kəndində yerləşən fərdi yaşayış evinə sonuncunun arvadı Şahid1 icazəsi əsasında daxil olub təmizlik işləri görən zaman Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəlib həmin gün təxminən saat 16 radələrində evin zal hissəsindəki tavana yerləşdirilmiş çantanı qoyulduğu yerdən götürərək, kilidini açdıqdan sonra çantanın içərisində olan 3400 Azərbaycan manatı ekvivalentində 2000 ABŞ dolları məbləğində pul vəsaitini, 01 ədəd 4000 (dörd min) manat dəyərində 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saatı və 01 ədəd 3000 (üç min) manat dəyərində 22 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan qızıl üzüyü çantanın içərisindən çıxarmaqla oğurlamış, nəticədə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 10400 (on min dörd yüz) manat dəyərində yuxarıda sadalanan xeyli miqdarda əmlakı çantadan oğurlamış, yəni gizli olaraq talamışdır. Beləliklə, X8 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Belə ki, o, 2015-ci il tarixdə ailə həyatı qurmuşdur. Həmin nikahdan iki övladı dünyaya gəlmiş və hər ikisi azyaşlıdır. 2023-cü ildə rəsmi olaraq boşanmış və övladları hazırda onunla birlikdə Hacıqabul rayonu, Axtaçı- Şirvan kəndində yaşayırlar. 14 fevral 2025-ci il tarixdə Hacıqabul rayonu, Talış kəndində yaşayan Şahid1 istifadəsində olan mobil nömrəyə zəng edərək, yaşadığı evin işlərini görməsi üçün yaşadığı evə gəlib gələ bilməyəcəyini ondan soruşmuşdur. O, evlərə gedərək xadiməçi işlədiyi üçün təklif etdiyi işi görə biləcəyini bildirmişdir. Bundan sonra Rəbiyə ilə danışmışlar və günlük 30 manat qarşılığında razılaşmışlar. 16 fevral 2025-ci il tarixdə saat 13 radələrində Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində yaşadığı ata evindən təmizlik əşyalarını rəngli sellofana yığaraq Rəbiyənin yaşadığı evə getmişdir. Rəbiyə onu qarşılayaraq yaşadığı evə dəvət etmiş və evin içərisində görməli olduğu işləri izah etmişdir. Bundan sonra təmizlik işlərinə başlamışdır. Təmizləyəcəyi ev iki mərtəbəli olmuşdur. Rəbiyə ona bildirmişdir ki, səhhəti ilə əlaqədar onun yanında dayana bilməyəcək, rahat şəkildə evin ikinci mərtəbəsinə qalxaraq orada olan otaqlara daxil olub işini görmüşdür. O, evin ikinci mərtəbəsinə qalxaraq həmin mərtəbədə yerləşən otaqlarda təmizlik işlərini görməyə başlamışdır. Təxminən saat 16 radələrində otaqlardakı bir sıra işləri görüb qurtardıqdan sonra evin zal hissəsinə keçmişdir. Həmin vaxt görmüşdür ki, Rəbiyə mətbəxdə nəsə işlə məşğuldur. Zal hissədə işə başlayan zaman gözü həmin hissədə yerləşən asma tavana rastlamışdır. Həmin vaxt görmüşdür ki, asma tavanın boşluq hissəsində çanta vardır. Asma tavanda gizlədilmiş çanta diqqətini çəkdiyi üçün zalda olan stuldan istifadə edərək, həmin çantanı gizlədildiyi yerdən götürmüşdür. İlk başda görmüşdür ki, çantanın ağzı bağlıdır və kodla açılır. O, həmin çantanı içərisində dəyərli əşya olmasını güman etdiyi üçün açmaq qərarına gəlmişdir. Buna görə də, zala qoyulmuş stolun üzərində olan bıçağı götürərək, çantanı açmağa çalışmışdır. Bir-iki dəfə sınadıqdan sonra bıçağı ucu ilə çantanın ağzını kiliddən açmışdır. Həmin vaxt həm də, gözü mətbəxdə olmuşdur ki, Rəbiyə gəlib onun çantanı gizlədilmiş yerdən götürərək kilidini açmasını görməsin. Çantanın içərisinə nəzər yetirdikdə görmüşdür ki, müəyyən məbləğdə dollar, o cümlədən bir sıra sənədlər vardır. O, həmin pulları borcları olduğundan və övladlarını dolandıra bilmədiyindən oğurlamaq qərarına gəlmişdir. Bundan sonra çantanın içərisində olan pulları götürüb, özü ilə birlikdə gətirdiyi rəngli sellofanın içərisində gizlətmişdir. Həmin an Rəbiyənin ayaq səslərini eşitdiyi üçün çantanı dərhal götürüb, yataq otaqlarının birinin içərisinə daxil olmuşdur ki, çantanı gizlətsin. Yataq otağına daxil olan zaman qarşısına dolab çıxmışdır. O, əlindəki çantanı dolabın üstünə atmağa çalışmışdır. Çantanı əli ilə itələyən zaman çantanın ağzı açıq olduğundan içərisindən 01 ədəd qızıl saat yerə, çanta isə dolabın arxasına düşmüşdür. O, həmin vaxt qızıl saatıda oğurlamaq qərarına gəlmiş və yerdən götürərək cibinə, daha sonra aparıb pulları qoyduğu rəngli sellofanın içərisinə qoymuşdur ki, işini qutardıqdan sonra özü ilə birlikdə rahat aparsın. Belə də olmuş pulları və qızıl saatı götürdüyü vaxtdan təxminən 30 dəqiqə sonra ev işlərini görüb qutardıqdan sonra Rəbiyə ilə sağollaşıb, yaşadığı evə getmişdir. Evdə yatdığı otaqda oğurladığı pulları saydıqda 2000 dollar olduğunu görmüşdür. Bundan sonra evdə kiminsə görməməsi üçün 2000 dollar pulu və 01 ədəd qızıl saatı özünə məxsus pul kisəsinə yerləşdirmişdir ki, harasa gedəndə üzərində olsun. Təxminən iki gün sonra pula ehtiyacı olduğundan oğurladığı dollarları manata dəyişdirmək qərarına gəlmişdir. O, eşitmişdir ki, Hacıqabul şəhəri mərkəzi bazar ərazisində dollar dəyişirlər. Buna görə də, bazar ərazisinə getmişdir. Həmin vaxt tanımadığı bir nəfər şəxsin dollar dəyişməsini uzaqdan gördüyü üçün həmin şəxsə yaxınlaşmış və özünə məxsus olan 900 dolları dəyişmək istədiyini bildirmişdir. Tanımadığı şəxsdə dollarların ona məxsus olmasına inanıb 900 dollar pul vəsaitini ondan alaraq qarşılığında ona 1521 manat pul qaytarmışdır. O, pulu dəyişdikdən sonra həmin hissədən uzaqlaşıb getmişdir. Dəyişdirdiyi pullardan 450 manatını ayıraraq övladları üçün ehtiyac olduqda xərcləmək məqsədi ilə pul kisəsində saxlamışdır. Daha sonra övladları üçün 350 manat dəyərində Hacıqabul şəhərində yerləşən mərkəzi bazardan geyimlər almışdır. 50 manatını borcu olduğu üçün Günel adlı padruqasına, 150 manatını borc kimi, təxminən 6 ay əvvəl tanış olduğu Hacıqabul rayonu, Talış kəndində yaşayan Xəyal adlı tanışına, 50 manatını borcu olduğu üçün Babaxan adlı tanışına vermiş, 40 manatını istifadəsində olan mobil nömrələrə internet almış, 431 manatını isə yeməyə, taksiyə və digər ehtiyaclarına xərcləmişdir. İstər Xəyalın, istər adlarını qeyd etdiyi digər şəxslərin pulları haradan əldə etməsindən heç bir məlumatları olmamış, hər bir şəxsə ayrı-ayrılıqda aliment pulunu aldığını bildirmişdir. Oğurladığı 01 ədəd qızıl saatı, 1100 dollar və 450 manat pul vəsaitlərini təqdim etmişdir. Zərərçəkmiş şəxs əvvəldən tanımır, Rəbiyə adlı şəxsi qonşu kənddə yaşadığı üçün əvvəldən tanıyır, Rəbiyə və Elvinlə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Əvvəldən pulların və qızıl saatın kimə məxsus olmasından məlumatı olmayıb. O, həmin evdə xidmətçi işləməyə başlamış və tək olmuş, pulları oğurlayan zamanda onunla birlikdə başqa şəxslər olmamışdır. Evdə yalnız Rəbiyə olduğundan o, pulları və qızılları oğurlayan zaman hər hansı şəxsin, o cümlədən Rəbiyənin onu görmədiyinə əmin olmuş, oğurluq edən zaman onu görən şəxsin olub-olmamasına əmin olmaq üçün tez-tez ətrafa nəzər yetirmişdir. O, çantanın içərisindən yalnız 2000 dollar və 01 ədəd üzəri briliant qaşlarla bəzədilmiş qızıl saat oğurlamış, çantanın içərisində ümumiyyətlə qızıl üzük görməmişdir. O, Günel, Babaxan və Xəyal adlı tanışlarına oğurluq etməyi barədə heç bir məlumat verməmiş, həmin şəxslərdən Günel və Babaxana hər birinə 50 manat borcu olmuş, həmin borcu qaytarmış, Xəyal adlı tanışı isə ondan borc istədiyi üçün 150 manat pul vermiş, çünki vaxt olub ki, oda həmin şəxslərdən borc almışdır. Heç kimə oğurluq etməyi barədə məlumat verməmiş, yaşadığı evdə ailə üzvlərindən hər hansı birinin görməsindən qorxduğu üçün pulları və qızıl saatı pul kisəsində saxlamış və üzərində gəzdirmişdir. Bildirmişdir ki, ilk dəfə olmuşdur ki, belə bir hərəkətə yol vermiş, çünki övladlarını dolandıra bilməmiş, borcları günü gündən çoxalmış buna görə də, pulları və qızılı görən kimi oğurlamaq qərarına gəlmişdir. O, əvvəldən iş görəcəyi evdə hər hansı əşya oğurlamağı fikirləşməmiş, pulları və qızılları gördükdən sonra bu fikri yaranmışdır. Təqsirləndirilən şəxs X11 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda ittiham aktında qeyd olunan əşyaları, yəni 11 ədəd 100 ABŞ dolları, 03 ədəd 50 manantlıq, 03 ədəd 100 manatlıq pul əskinaslarının və 01 ədəd, 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş, 583 əyyarlı, Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saatı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarmışdır. Lakin, 01 ədəd 3000 manat dəyərində 22 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan qızıl üzüyü oğurlamamış, həmin üzüyün harada olması barədə ümumiyyətlə məlumatı yoxdur. Həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ilə onun arasında barışıq əldə olunmuş, iddia tələbi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyandan ödənilməmiş qalan 2000 manat məbləğində pul vəsaitini ödəməyə razıdır. Odur ki, iddia tələbini 2000 manat hissədə qəbul edir və iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Daha sonra X1 sözündə hazırda təqsirini etiraf etdiyini, özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını, əvvəllər məhkum olmamasını, eyni zamanda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmasını və mülki iddia tələbini qəbul etməsini nəzərə alaraq barəsində yüngül cəza növünün təyin edilməsini, məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olsa da, iş yeri ilə bağlı Bakı şəhərində yaşayır. Subaydır. Atası Səlim, anası Rəbiyə və qardaşı Murad uzun müddətdir ki, işlə bağlı Rusiya Federasiyasında yaşayırlar. Belə ki, qardaşı Murad fərdi sahibkarlıqla məşğul olur. Anası və atası qardaşı ilə birlikdə yaşayır. Bacısı Aynur isə ailə həyatı qurub və Bakı şəhərində yaşayır. Atası Səlim və anası Rəbiyə Azərbaycan Respublikasına qayıtdıqda Hacıqabul rayonu, Talış kəndində yerləşən ata evlərində yaşayırlar. O, isə işdən məzuniyyətə çıxdıqda istirahət etmək məqsədilə Rusiya Federasiyasına gedir. Özü nişanlıdır və yaxın müddətdə toy etməyi düşünür. Sonuncu dəfə 2024-cü ilin iyul ayında istirahət etmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Təxminən 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə Bakı şəhərində yerləşən “Moskva” adlı ticarət mərkəzindən toy etdikdən sonra nişanlısına hədiyyə etmək məqsədilə çəkisi 29 qram, üzəri brilliant qaşlarla bəzədilmiş 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saat almışdır. Bundan əlavə təxminən 7 il bundan öncə Bakı şəhərində yerləşən “Moskva” adlı ticarət mərkəzindən çəkisi 22 qram, üzəri brilliant qaşlarla bəzədilmiş 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan üzük almışdır. Onun Abşeron rayonu, Xırdalan şəhərində özünə məxsus təmirsiz mənzili vardır. Həmin mənzili təxminən 3 il bundan öncə almışdır. Mənzil təmirsiz olduğu üçün toyun vaxtınadək onu təmir etməyi düşünürdü. Hazırda Bakı şəhərində tanışları ilə kirayədə qaldığı üçün əmək haqqından yığdığı pul vəsaitlərini və özünə məxsus olan qızıl-zinət əşyalarını saxlamaq üçün Hacıqabul rayonu, Talış kəndində yerləşən evə göndərirdi və qeyd etdiyi qızıl-zinət əşyalarını və 2000 ABŞ dolları məbləğində pul vəsaitini evin zal hissəsində olan asma tavanın yuxarısında olan boşluğda kodla bağlanan çantanın içərisində gizlədirdi. 08 fevral 2025-ci il tarixdə atası Səlim və anası Rəbiyə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışlar. Qayıtmaqlarına səbəb atası Səlimin səhhətində olan narahatçılıq olmuşdur. Həmin tarixdən sonra anası Rəbiyə Hacıqabul rayonu, Talış kəndində yerləşən evə gəlmiş və bir neçə dəfə infakt keçirdiyi üçün ev işlərini görməkdə köməklik etmək məqsədilə həmkəndliləri X9 günlük 30 manat qarşılığında evə dəvət etmişdir. Bundan onun məlumatı olmamışdır. Atası Səlimin ürəyində nasazlıq olduğundan onu əməliyyat etdirmək qərarına gəlmişlər. 17 fevral 2025-ci il tarixdə atası Səlim Bakı şəhərində yerləşən Mərkəzi klinikada açıq ürək əməliyyatı olunmuş, bu səbəbdən onun başı qarışıq olmuşdur. 22 fevral 2025-ci il tarixdə səhər saatlarında anası Rəbiyə ilə danışan zaman ona Aysun adlı həmkəndlisinin evdə işlədiyini bildirmişdir. O, Aysunun anasının xəstəliyindən istifadə edə biləcəyini düşünmüş və narahat olmuşdur. 22 fevral 2025-ci il tarixdə saat 13 radələrinə Bakı şəhərindən çıxmış və Hacıqabul rayonu, Talış kəndində yerləşən evlərinə gəlmişdir. Evə daxil olduqdan dərhal sonra qızıl-zinət əşyalarını və 2000 ABŞ dolları məbləğində pul vəsaitini gizlətdiyi yerə baxmış və heç birinin yerində olmadığını görmüşdür. Anası Rəbiyədən əşyaların harada olmasını soruşmuş, lakin bundan məlumatının olmadığını demişdir. O, artıq evlərindən oğurluq olduğunu bilmiş və bu barədə Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları gəlib müvafiq sənədləşmə işlərini aparmışlar. Polis əməkdaşları evdə olan zaman oğurlanmış pul vəsaitinin və qızılların olduğu çamadanın evdə olan şkafın arxasında olması müəyyən olunmuşdur. Həmin çamadana baxan zaman ağzının açılaraq içərisində olan pul vəsaitinin və qızılların orada olmadığını görmüşlər. Oğurluq edən şəxs kodla bağlanmış çamadanı açaraq pul vəsaitini və qızılları oğurlamışdır. O, oğurluq cinayəti ilə bağlı Aysun İmanovadan şübhələnir. Belə ki, Aysun anası Rəbiyənin narahat olduğunu bilir. Özü də kənd sakini olduğundan Aysunu tanıyır və oğurluq edə biləcəyini təxmin edirdi. Rayona qayıdıb evi yoxlamağına səbəb həmin mövzu ilə bağlı keçiridiyi narahatlıq olmuşdur. X11 ilə onun və ya ailə üzvlərinin arasında hər hansı bir düşmənçilik, ədavət və ya narazılıq olmamışdır. O, evə nəzər yetirəndə evdə heç bir dağıntı olmadığını görmüşdür. Yəni oğurluq edən şəxs evə rahat daxil olmuş, bu səbəbdən Aysunla bağlı şübhələri daha çox olmuşdur. Anası Rəbiyə 13 fevral 2025-ci il tarixdə rayona qayıtmış və həmin tarixdən sonra Aysun İmanovanı evə dəvət etmişdir. Düşünür ki, oğurluq hadisəsi bundan sonra baş vermişdir. Anası Rəbiyə evdə işləmək məqsədilə Aysun İmanovaya evə daxil olmaq icazəsi vermişdi. Onun evindən 2000 ABŞ dolları məbləğində nağd pul vəsaiti, 1 ədəd çəkisi 29 qram, üzəri brilliant qaşlarla bəzədilmiş 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı 4000 manat dəyərində qızıl saat və 1 ədəd çəkisi 22 qram, üzəri brilliant qaşlarla bəzədilmiş 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan 3000 manat dəyərində üzük oğurlanmışdır. Ona oğurluq nəticəsində təxminən 10400 manat maddi ziyan dəymişdir. O, ilkin müraciətində qızıl-zinət əşyalarının dəyərinin 10000 manat olduğunu bildirmişdir. Həmin vaxt qızıl-zinət əşyalarının təxmini dəyəri barədə məlumat vermişdir. Lakin hazırda dəqiq qiymət barədə məlumat verir. Onun evindən əvvəllər oğurluq olmamış, ilk dəfə idi ki, evindən oğurluq olmuşdur. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda ittiham aktında qeyd olunan əşyalar, yəni 11 ədəd 100 ABŞ dolları, 03 ədəd 50 manantlıq, 03 ədəd 100 manatlıq pul əskinaslarının və 01 ədəd, 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş, 583 əyyarlı, Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saat ona qaytarılmışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs X11 ilə onun arasında barışıq əldə olunmuş, odur ki, təqsirləndirilən şəxsin barəsində yüngül cəza tədbirinin seçilməsinə etirazı yoxdur. Hazırda ona dəymiş maddi ziyandan 2000 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. Odur ki, məhkəməyə təqdim etdiyi iddianın təmin olunmasını, təqsirləndirilən şəxs və mülki cavabdeh X3 ona dəymiş maddi ziyandan ödənilməmiş qalan 2000 manat məbləğində pul vəsaitinin tutulmasını və mülki iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid1 Bulu qızı eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, heç bir yerdə işləmir. Hacıqabul rayonu, Talış kəndində yerləşən fərdi yaşayış evində dırnaq ustası kimi fəaliyyət göstərir. 2004-cü il tarixdə ailə həyatı qurmuşdur. Həmin nikahdan üç övladı dünyaya gəlmiş, onlardan biri azyaşlıdır. 2016-cı il tarixdə həyat yoldaşı vəfat etdiyindən Hacıqabul rayonu, Talış kəndində uşaqları ilə birlikdə yaşayır. X9 əvvəldən tanıyır. Onunla həmkəndlidir. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Aysun İmanova ayda bir dəfə yaşadığı evə gələrək ona dırnaqlarını düzəltdirir. Sonuncu dəfə 2025-ci ilin yanvar ayının sonları ona dırnağını düzəltdirmək istədiyini, lakin pulu olmadığını bildirmişdir. O, daha sonra pulunu vermək şərti ilə dırnağını düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Aysun yaşadığı evə gəlmiş və onun dırnaqlarını düzəltmişdir. Aysun hər dəfə ona dırnaqlarını düzəltdiyinə görə 50 manat pul vermişdir. 20 fevral 2025-ci il tarixdə saat 13 radələrində Aysun “Whatsapp” vasitəsi ilə ona mesaj yazaraq dırnağını düzəltdiyinə görə verməli olduğu 50 manatı ödəmək istədiyini bildirmişdir. O, istifadəsində olan kart hesabının nömrəsini Aysuna göndərmişdir. Daha sonra Aysun ona qəbzin fotoşəklini ataraq pulu istifadəsində olan hesaba göndərdiyini bildirmişdir. O, istifadəsində olan hesabı yoxladıqdan sonra görmüşdür ki, hesabına həqiqətən də 50 manat məbləğində pul göndərilmişdir. Aysun İmanovanın ona göndərdiyi 50 manat pulun oğurluq olmasından məlumatı olmamış, Aysun ona həmin pulu hardan əldə etdiyini bildirməmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, X9 Hacıqabul rayonu, Meyniman kəndində bostanda birlikdə işlədiyi üçün əvvəldən tanıyır. Aysun İmanova yaşadığı kəndə qonşu olan Axtaçı-Şirvan kəndində yaşayır. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Aysun İmanova ilə bir neçə dəfə birlikdə bostanda işlədiyindən aralarında yaxşı münasibət yaranmışdır. Aysun İmanova ilə tanış olduğu vaxtdan etibarən bir neçə dəfə Aysun ondan borca pul istəmişdir. O, Aysunun iki azyaşlı övladı olduğunu və heç yerdən gəlir əldə etmədiyini bildiyi üçün hər dəfəsində ona dediyi məbləğdə borca pul vermişdir. Sonuncu dəfə 20 fevral 2025-ci il tarixdə idarə etdiyi avtomobili təmir etdirmək üçün pula ehtiyacı olmuşdur. Bir neçə tanışından borca pul istəməsinə baxmayaraq, pul tapa bilməmişdir. Əlacsız olduğundan Aysun İmanova ilə əlaqə saxlayaraq ondan 150 manat məbləğində borc pul istəmişdir. Çünki Aysunun ay sonları aliment pulu aldığını bilmişdir. Həmin vaxt Aysun ona aliment pulunu aldığını, lakin 4-5 gün müddətinə borcu qaytarmasını xahiş etmişdir. O, Aysun İmanova ilə razılaşmışdır. Bundan sonra Aysunla Hacıqabul şəhəri ərazisində görüşərək Aysundan əlbəəl 150 manat pulu almışdır. Bir neçə gündən sonra Aysun İmanovanın polis əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanıldığını öyrənmişdir. Bundan başqa Aysun İmanovanın ona borc verdiyi 150 manat pulun oğurluq olmasından əvvəldən məlumatı olmamışdır. Belə ki, Aysun ona bu barədə heç bir söz deməmişdir. Hətta ona bildirmişdir ki, borca verdiyi 150 manat pul alimentdən aldığı puldur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Hacıqabul rayonu, Meyniman kəndində yaşayır. Hazırda heç bir yerdə işləmir. Hacıqabul rayonu, Meyniman kəndində arabir fəhlə işləyir. X9 birlikdə bostanda işlədiyi üçün əvvəldən tanıyır. Yaşadığı kəndə qoşu olan Axtaçı-Şirvan kəndində yaşayır. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Aysun İmanova ilə əvvəllər birlikdə kənd ərazisində bostana işləməyə getmiş və həmin vaxtdan etibarən aralarında yaxşı münasibət olmuşdur. Sonuncu dəfə 3 ay bundan əvvəl Aysun İmanova ona zəng edərək 50 manat pula ehtiyacı olduğunu bildirmişdir. O, həmin pulu Aysunun ona göndərdiyi kart hesabına göndərmişdir. Aysun İmanova ona bildirmişdir ki, alimenti alan kimi ona olan borcunu qaytaracaqdır. Həmin vaxtdan sonra o, Aysun İmanovadan heç vaxt borca verdiyi 50 manat pulu istəməmişdir. 19 fevral 2025-ci il tarixdə Aysun İmanova onunla telefon əlaqəsi saxlayaraq 50 manat borcunu qaytarmaq istədiyini bildirmişdir. O, istifadəsində olan kart hesabının nömrəsini Aysuna göndərmişdir. Daha sonra Aysun İmanova ona qəbzin foto şəklini ataraq pulu istifadəsində olan hesaba göndərdiyini bildirmişdir. İstifadəsində olan hesabı yoxladıqdan sonra görmüşdür ki, hesabına həqiqətən də 50 manat pul köçmüşdür. Aysun İmanovanın ona göndərdiyi 50 manat pulun oğurluq olmasından əvvəldən məlumatım olmamış, Aysun ona həmin pulu hardan əldə etdiyini bildirməmişdir. Aysun İmanova 50 manat pulu ondan borc aldığı üçün kart hesabına göndərmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X9, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Emil Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, 16 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Hacıqabul rayonu, Talış kənd sakini Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evində saxladığı 2000 ABŞ dolları məbləğində pul vəsaitini və 7000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs və ya şəxslərin müəyyən edilməsi ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon X10 Bölməsinin müstəntiqi Toğrul Hüseynov tərəfindən əməliyyat tapşırığı verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Talış kənd sakini Zərərçəkmiş şəxs məxsus 2000 ABŞ dolları məbləğində pul vəsaiti və 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində yaşayan X4 şübhəli olması müəyyən edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs müraciətinə əsasən Hacıqabul rayon X10 Bölməsinin müstəntiqi Toğrul Hüseynov tərəfindən tərtib edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, fərdi yaşayış evi Hacıqabul rayonu, Talış kəndində yerləşir. Fərdi yaşayış evinin ətrafı bağlıdır. Hadisə yerinin baxışının aparılması haqqında protokola əsasən fərdi yaşayış evinin zal hissəsində olan çantanın içərisindən Zərərçəkmiş şəxs məxsus 2000 dollar pul vəsaiti və qızıl-zinət əşyaları oğurlanmışdır. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokoldan müəyyən edilmişdir ki, götürmə zamanı Aysun İmanova əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cebindən çıxardığı qara rəngli pul kisəsinin içərisindən 01 ədəd qızıl saat, 11 ədəd 100 X7 dolları, 03 ədəd 100 manatlıq və 03 ədəd 100 manat və 03 ədəd 50 manatlıq pul əskinasları təqdim etmişdir. “Götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk məhkəmə iclasında tədqiq edildiyi zaman müəyyən edilmişdir ki, Hacıqabul RPŞ-nin müstəntiqi Toğrul Hüseynov tərəfindən xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmiş, 11 ədəd 100 ABŞ dolları, 03 ədəd 50 manantlıq, 03 ədəd 100 manatlıq pul əskinasları və 01 ədəd, 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş, 583 əyyarlı, Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saat X3 götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X11 əvvəl verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Protokola əlavə edilmiş 01 ədəd DVD diskdəki videogörüntü məhkəmə iclasında tədqiq edilən zaman müəyyən edildi ki, X11 16 fevral 2025-ci il tarixdə, saat 13 radələrində X5 məxsus Hacıqabul rayonu, Talış kəndində yerləşən fərdi yaşayış evinə sonuncunun arvadı Şahid1 icazəsi əsasında daxil olub təmizlik işləri görən zaman Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəlib həmin gün təxminən saat 16 radələrində evin zal hissəsindəki tavana yerləşdirilmiş çantanı qoyulduğu yerdən götürərək, kilidini açdıqdan sonra çantanın içərisində olan 2000 ABŞ dolları məbləğində pul vəsaitini, 01 ədəd 4000 (dörd min) manat dəyərində 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saatı çantanın içərisindən çıxarmaqla oğurladığını bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul Rayon Polis Şöbəsinə verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən müəyyən edilir ki, Hacıqabul RPŞ-nin İB-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınmış 11 ədəd 100 ABŞ dolları, 03 ədəd 50 manantlıq, 03 ədəd 100 manatlıq pul əskinasları və 01 ədəd, 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş, 583 əyyarlı, Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saatı Zərərçəkmiş şəxs təhvil almış və həmin əşyaların mühafizəsinin təmi edilməsi sonuncuya izah edilmişdir. Zərərçəkmiş şəxs Hacıqabul RPŞ-nin İB-nin rəisi Elton Ağayevə müraciətlə yazdığı xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, 11 ədəd 100 ABŞ dolları, 03 ədəd 50 manantlıq, 03 ədəd 100 manatlıq pul əskinasları və 01 ədəd, 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş, 583 əyyarlı, Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saat ona qaytarılmış, Lakin, 01 ədəd 3000 manat dəyərində qızıl üzük ona geri qaytarılmamışdır. Yekunda ona dəymiş maddi ziyandan 7400 manat ödənilmişdir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X14 verilmiş 07 mart 2025-ci il tarixli, 18-1- 41/2-212/2025 nömrəli məktuba əsasən X11 xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X14 verilmiş 07 mart 2025-ci il tarixli, 18-1- 41/2-210/2025 nömrəli məktuba əsasən Zərərçəkmiş şəxs xəstəxananın konsultativpoliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. İbtidai istintaq zamanı "xxxx" MMC-dən alınmış xx.xx.2025-ci il tarixli, 05/2025 nömrəli daşınar əşyaların qiymətləndirilmə rəyinə dair mütəxəssis rəyindən görünür ki, təqdim olunan “Yaşma” markalı ümumi çəkisi 29,0 qram, əyyarı 583 olan brilliant qaşlı qadın qol saatının orta bazar qiyməti 3400 manat, təqdim olunan ümumi çəkisi 22,0 qram, əyyarı 583 olan brilliant qaşlı üzüyün orta bazar qiyməti 3000 manatdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. X4 16 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Hacıqabul rayonu, Talış kənd sakini Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evində saxladığı 2000 ABŞ dolları məbləğində pul vəsaitini və 7000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlaması maddənin dispozisiyasında göstərilən “xeyli miqdar”ı təşkil edir. Bununla da törədilmiş cinayət əməli nəticəsində Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin də tərkibi yaranır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla özgənin əmlakını gizli olaraq talama cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi Ímanova Aysun Eldar qızı Zərərçəkmiş şəxs məxsus 2000 ABŞ dolları məbləğində pul vəsaitini və 7000 manat dəyərində qızıl-zinət əşyalarını fərdi yaşayış evinin zal hissəsində olan asma tavana yerləşdirilmiş çantanın içərisindən heç bir icazəsi olmadan kilidinin açılması yolu ilə əldə etmişdir. Ona görə də, X4 çantanın kilidini heç bir icazəsi olmadan açaraq 2000 ABŞ dolları məbləğində pul vəsaitini və 7000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması zərərçəkmiş şəxsin çantasından çıxarılmaqla özgənin əmlakını gizli olaraq talama kimi qiymətləndirilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Plenum Qərarının 3 və 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tōvsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli səxs Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. X15 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. X15 20-ci bəndində göstərilmişdir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da, müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasindan asili olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. X15 21-ci bəndinə göstərilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxsi cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdəolması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Məhkəmə təqsirləndirilən şəxs Aysun İmanovanın qızıl üzüyü oğurlamamasına dar məhkəmədə verdiyi ifadəsini özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir və sübut olaraq qəbul etmir. Beləliklə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla talama cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X4 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X11 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 177.2.4 və 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə; zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın məqsədindən bəhs edən həmin Məcəllənin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan 23 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən X11 həmin gün saat 10:30-da şübhəli şəxs qismində tutulmuş və onun tutulduğu vaxt azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2025-ci il saat 10:00 müəyyən edilmişdir. İş materiallarında olan 25 fevral 2025-ci il tarixli qərarla X11 Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra 25 fevral 2025-ci il tarixli digər qərarlarla Hacıqabul RPŞ-nin müvəqqəti saxlama yerindən həmin gün saat 09:55-də azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)-67/2024 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, X11 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair 03 mart 2025-ci il tarixdə verilmiş tələbnamədən müəyyən edilir ki, X4 əvvəllər məhkumluğu olmamışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi” məlumatlarından müəyyən edilir ki, X4 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 adlı övladları vardır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Meynimad kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən müəyyən edilir ki, X11 ailə üzvləri ilə birlikdə Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. “Əşyanın maddi sübut kimi tanımasına dair” xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, 11 ədəd 100 ABŞ dolları, 03 ədəd 50 manantlıq, 03 ədəd 100 manatlıq pul əskinasları və 01 ədəd, 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş, 583 əyyarlı, Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saat maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanın qismən ödənilməsini, himayəsində azyaşlı övladlarının olmasını, əvvəllər məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X6 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. 59.2-ci maddəyə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitlərinə təsiri nəzərə alınmalı və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-nin 177.2.4 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X4 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən X4 üzərinə Hacıqabul rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, X11 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəyə əsasən zzadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəyə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Maddi sübutlar bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qızıl-zinyət əşyaların – 11 (on bir) ədəd 100 (yüz) ABŞ dolları, 03 (üç) ədəd 50 (əlli) manantlıq, 03 (üç) ədəd 100 (yüz) manatlıq pul əskinaslarının və 01 ədəd, 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş, 583 əyyarlı, Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saatın qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, X8 göstərilmiş hüquqi xidmətə görə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs X11 barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia tələbini cinayət işi üzrə topalanmış sübutlar əsasında araşdırıb hesab edir ki, mülki iddia əsaslı olmaqla təmin edilməlidir. Belə ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh X8 qarşı “cinayət nəticəsində vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, cinayət əməli nəticəsində ona vurduğu ziyana görə 01 ədəd 3000 manat dəyərində 22 qram çəkidə üzəri brilliant qaşla bəzədilmiş 583 əyyarlı Rusiya istehsalı olan qızıl üzüyün qaytarılmasını, bu olmadığı təqdirdə onun dəyərini və iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun X3 alınmasını xahiş etmişdir. Daha sonra məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, onunla təqsirləndirilən şəxs və mülki cavabdeh X11 arasında barışıq əldə olunmuşdur. Belə ki, tərəflər dəymiş ziyanın 2000 manat məbləğində müəyyən olunmasına dair aralarında şifahi şəkildə razılaşmış, həmin razılaşmaya əsasən X11 ona dəymiş zərəri, yəni 2000 mamat məbləğində pulu hər ay 100 manat miqdarında ödəniş etməklə qaytaracaqdır. Odur ki, mülki iddia tələbinin azaldılaraq 2000 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə münasibətdə təqsirləndirilən şəxs və mülki cavabdeh X11 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, onunla zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuşdur. O, iddia tələbini 2000 manat hissəsini qəbul edir. İddianın təmin olunmasına və Zərərçəkmiş şəxs dəymiş maddi zərərə görə ondan 2000 manat məbləğində pulun tutulmasına etiraz etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2-ci maddətyə əsasən Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh X3 2000 (iki min) manat pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X4 üzərinə Hacıqabul rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası X4 yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh X3 2000 (iki min) manat pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut olan qızıl-zinyət əşyaların – 11 (on bir) ədəd 100 (yüz) ABŞ dolları, 03 (üç) ədəd 50 (əlli) manantlıq, 03 (üç) ədəd 100 (yüz) manatlıq pul əskinaslarının və 01 ədəd, 29 qram çəkidə, üzəri brilliant qaşlarla bəzədilmiş, 583 əyyarlı, Rusiya Federasiyası istehsalı olan “Yaşma” markalı qızıl saatın qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs X8 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-67/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-67/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver