Məhkəmə qərarları › İş №1(071)-68/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-68/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-68/2022 14.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Balakən rayonu Hənifə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 3-cü qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, xx.xx.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd “P-51173” nömrəli, 16 kalibrli olmaqla keçmiş SSRİ dövlətində, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, “İJK” modelli, çaxmaqlı, tək hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngini, həmçinin milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan soyuq silah hesab edilməklə istifadəyə yararlı, əldə düzəltmə üsulu ilə kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik beşbarmağı və soyuq silah hesab edilməklə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edib, idarə etdiyi “Kia Forte” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və salonunda saxlayaraq daşımış, 22 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayon polis şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının Yol Patrul xidmətinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Nəvahi kəndi ərazisində yerləşən 720 saylı Yol Patrul Xidməti Postunda saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib idarə etdiyi “Kia Forte” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 01 ədəd odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngi, avtomobilin salonundan isə soyuq silah hesab edilən 01 ədəd beşbarmaq və 01 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Balakən rayonu Hənifə kəndində daimi qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri Əlibəyli küçəsi ev 13-də yaşamışdır. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Balakən rayonunda “Rentacar”dan icarəyə götürüb idarə etdiyi “Kia Forte” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ona məxsus 1 ədəd lüləsi kəslilmiş ov silahı və 3 ədəd patronları gizlətmişdir. Bundan başqa avtomobilin salonunda isə 1 ədəd tapança, 1 ədəd beşbarmaq və 1 ədəd ov bıçağı gizlətmişdir. Həmin gün yəni, 22 dekabr 2021-ci il tarixdə saat 09:30 radələrində Balakən rayonundan Abşeron rayonuna yola düşmüşdür. 22 dekabr 2021-ci il tarixdə Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən dövlət yol polisi postunda avtomobilə saxla işarəsi vermişlər. O, avtomobili yolun kənarına çəkib saxlamışdır. Özünü şübhəli apardığı üçün polis üzərində və idarə etdiyi “Kia Forte” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildə lüləsi kəsilmiş ov silahı (abrez) saxlamaqda şübhəli olduğunu bildirirək, onu Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış aparan zaman üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və idarə etdiyi avtomobildə lüləsi kəsilmiş ov silahı olduğunu bildirmişdir. Bundan sonra, video çəkilişdən istifadə edilməklə onun, iştirakçıların və müdafiəçinin iştirakı ilə idarə etdiyi “Kia Forte” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin yük yerindən 1 ədəd üzərində “P 51173” nömrəsi yazılmış 1 ədəd tək lüləli lüləsi kəsilmiş ov silahı, 3 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, avtomobilin salonundan isə 1 ədəd üzərində “BLOW NAGNUM” sözləri yazılmış tapança (idman silahı), həmin tapançanın darağı və içərisində 1 ədəd patron, 1 ədəd beşbarmaq və 1 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Avtomobildən aşkar edilmiş əşyalar ona məxsusdur. Lüləsi kəsilmiş ov silahı mərhum babası X2 qalmışdır. 3 ədəd patronları isə təxminən tutulmamışdan 3-4 ay bundan əvvəl Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən ovçular mağazasından almışdır. Beşbarmağı Balakən rayonu Hənifə kəndində küçədən tapmışdır. Bıçağı Bakı şəhərində metronun 20 Yanvar metrostansiyasının giriş hissəsində yerləşən mağazadan 30 manata almışdır. Tapançanı isə şəhid olan bibisi oğlu X4 2019-cu ildə ona vermişdir. Ov bıçağını və beşbarmağı həmişə üzərində gəzdirmişdir. Onları üzərində gəzdirməkdə heç bir məqsədi olmamışdır. “P 51173” nömrəsi yazılmış 1 ədəd tək lüləli lüləsi kəsilmiş ov silahı, 3 ədəd patronları, 1 ədəd üzərində “BLOW NAGNUM” sözləri yazılmış tapançanı (idman silahı), həmin tapançanın darağı və içərisində 1 ədəd patron Balakən rayonunda evlərində olmuşdur. Evdə körpə uşaqlar olduğuna görə, o, həmin əşyaları idarə etdiyi avtomobilə qoyub yaşadığı Abşeron rayonu Xırdalan şəhərindəki evə aparmaq istəmişdir ki, uşaqlar həmin əşyalara əl vurmasınlar. Bədbəxt hadisə baş verməsin. O, silahdan istifadə etməmişdir. Onun ovçuluq bileti yoxdur. O, törətdiyi əməldən peşman olmuşdur. 3-cü qrup əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyir. 22 dekabr 2021-ci il tarixdə xidmətdə olarkən icraatına məlumat daxil olmuşdur ki, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri Əlibəyli küçəsi ev 13-də yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi Kia Forte markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq odlu silah saxlamaqla məşğul olur və hazırda Balakən rayonundan Bakı şəhəri istiqamətində hərəkətdədir. Təqsirləndirilən şəxs cinayətinin ifşa olunması ilə bağlı təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Daha sonra həmin qərarın icra olunması ilə bağlı ondan, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının Yol Patrul xidməti inspektorları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 10 radələrində əməliyyat qrupu ilə birlikdə Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən 720 saylı YPX postuna getmişlər. Həmin postda olarkən saat 11 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Kia Forte markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşdıqda, YPX inspektorları tərəfindən həmin avtomobil saxlanılmış və Təqsirləndirilən şəxs bildirilmişdir ki, avtomobilində qanunsuz olaraq silah saxlamaqda şübhəli olduğu üçün onlarla birlikdə Hacıqabul RPŞ-yə gəlməlidir. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlar Hacıqabul RPŞ-yə gəlmişlər. O, raportla Hacıqabul RPŞ rəhbərliyinə müraciət etmişdir. Hacıqabul RPŞ-də olarkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs razılığı və ərizəsi ilə idarə etdiyi Kia Forte markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 1 ədəd tək lüləli üzərində “P51173” nömrəsi olan lüləsi kəsilmişov tüvəngi, 3 ədəd ov silahına aid patronlar, avtomobilin salonundan isə 1 ədəd üzərində “BLOW NAGNUM” sözləri yazılmış tapança (idman silahı), həmin tapançanın darağı və içərisində 1 ədəd patron, 1 ədəd beşbarmaq və 1 ədəd ov bıçağı aşkar edilmiş və götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışlar. Şahid Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının Yol Patrul xidməti inspektorları Şahid3 və Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. Şahid4 Abdulhəmin oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndində qeydiyyatda olsa da, Abşeron rayonu Xırdalan şəhərində onunla birlikdə yaşamışdır. 22 dekabr 2021-ci il tarixdə səhər saatlarında oğlu Təqsirləndirilən şəxs Balakən rayonunda olan «Renta car» şirkətindən icarəyə «Kia» markalı avtomobil götürüb həmin avtomobilə mərhum babası X3 məxsus tüfəngi, özünün Bakı şəhərindən aldığı patronları və digər əşyaları götürüb avtomobilə qoymaqla Bakı şəhərinə yola düşmüşdür. Həmin gün məlumat almışlar ki, oğlu Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmışdır. Sonradan onlara məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən tüfənglə patrondan başqa, beşbarmaq, bıçaq və idman tapançası aşkar olunmuşdur. Bu məsələ ilə bağlı oğlu Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş, oğlu barəsində cinayət işi başlanılaraq həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Oğlu Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş tüfəng mərhum atası X3 məxsus olmuş, həmin tüfəngin lüləsi elə həmin vaxtlar da kəsilmiş vəziyyətdə olmuş, atası vəfat etdikdən sonra isə tüfəng oğlu Təqsirləndirilən şəxs olmuş, avtomobildən aşkar olunmuş patronlar, bıçaq, beşbarmaq və idman tapançası isə oğlunun olmuş, həmin əşyalardan idman tapançasını oğluna mərhum bibisi oğlu X4 vermiş, bıçağı oğlunun deməsindən Bakı şəhərindən hansısa mağazadan almasını bilir, beşbarmağı isə oğlu Murad tapdığını demişdir. O, oğlu Təqsirləndirilən şəxs tutulandan sonra onun həmin qanunsuz əşyaları saxlamasından xəbəri olmuşdur. Oğlu 3-cü qrup gözdən əlildir. Digər oğlu Şahid5 da 3-cü qrup gözdən əlildir. Oğlu Təqsirləndirilən şəxs cəza təyin edərkən bunları nəzərə almağı məhkəmədən xahiş etdi. Şahid5 məhkəmə iclasında şahid atası Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Baxış keçirilməsi və götürmə aparılması haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Forte” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə Hacıqabul RPŞ-də baxış keçirilərkən avtomobilin yük yerindən 1 ədəd tək lüləli üzərində “P51173” nömrəsi olan lüləsi kəsilmiş ov tüvəngi (abrez), 3 ədəd ov silahına aid patronlar, avtomobilin salonundan isə 1 ədəd üzərində “BLOW NAGNUM” sözləri yazılmış tapança (idman silahı), həmin tapançanın darağı və içərisində 1 ədəd patron, 1 ədəd beşbarmaq və 1 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 23 dekabr 2021-ci il tarixli 21/720R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş lüləsinin uc hissəsi kustar üsulla kəsilmiş hal-hazırda lüləsinin uzunluğu 353 mm, ümumi uzunluğu 766 mm olan 01 ədəd P-51173 №-li silah keçmiş SSRİ dövlətində 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İjk modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatlarıdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm kalibrli BLOW MAGNUM modelli qaz tapançasıdır və odlu silah hesab edilmir. Həmin silah texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli BLOW MAGNUM modelli qaz tapançalarının komplekt hissəsidir darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli səs-siqnal patronudur, döyüş sursatı hesab edilmir və istifadə üçün yararlıdır. DİN-nin KTİ-də yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarda qeyd olunan “Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Forte” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtombildən aşkar edilmiş 1 ədəd tək lüləli üzərində P51173 nömrəsi olan lüləsi kəsilmiş ov tüvəngi (abrez) və 1 ədəd üzərində “BLOW MAGNUM” sözləri yazılmış tapançadan əvvələr hər hansı bir cinayətdə istifadə edilib edilməməsi müəyyən edilsin.” 6-cı suala cavab verilmədi. DİN-in KTİ-də “məhkəmə soyuq silahların” ekspertizası aparılmadığından qərarda qeyd olunan “Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Forte” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtombildən aşkar edilmiş 1 ədəd beşbarmaq və 1 ədəd ov bıçağı soyuq silahdırmı?” 7-ci suala cavab verilməmişdir. (i.v. 44-52). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022ci il tarixli 3/185, 3/186 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd seriya nömrəsi silinmiş tapança zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, “BLOW MAGNUM” modelli səs patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş səs tapançasıdır, istifadəyə yararlıdır, odlu, qaz, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet 9 mm kalibrli patronun tutumuna malik olan, “BLOW MAGNUM” modelli səs tapançasında istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet əldə düzəltmə üsulu ilə kastet (beşbarmaq) tipində hazırlanmış vurucu - əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. (iş v. 95-98). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. (iş v. 82-83). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq 01 ədəd “P-51173” nömrəli, 16 kalibrli olmaqla keçmiş SSRİ dövlətində, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, “İJK” modelli, çaxmaqlı, tək hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngini, həmçinin milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan soyuq silah hesab edilməklə istifadəyə yararlı, əldə düzəltmə üsulu ilə kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik beşbarmağı və soyuq silah hesab edilməklə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 3-cü qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd “P-51173” nömrəli, 16 kalibrli olmaqla keçmiş SSRİ dövlətində, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, “İJK” modelli, çaxmaqlı, tək hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngi və xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 03 ədəd 16x70 kalibrli ov patronu Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinə təhvil verilməlidir. Soyuq silah hesab edilən 01 ədəd beşbarmaq və 01 ədəd ov bıçağı və maddi sübut olmayan 01 ədəd üzərində “BLOW MAGNUM” sözləri yazılmış tapança, həmin tapançanın darağı və içərisindəki 1 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 06 (altı) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd “P-51173” nömrəli, 16 kalibrli olmaqla keçmiş SSRİ dövlətində, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, “İJK” modelli, çaxmaqlı, tək hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngi və xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 03 ədəd 16x70 kalibrli ov patronu Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinə təhvil verilsin. Soyuq silah hesab edilən 01 ədəd beşbarmaq və 01 ədəd ov bıçağı və maddi sübut olmayan 01 ədəd üzərində “BLOW MAGNUM” sözləri yazılmış tapança, həmin tapançanın darağı və içərisindəki 1 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 saata görə 360 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar