Məhkəmə qərarları › İş №1(071)-69/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-69/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-69/2022 20.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5, Təqsirləndirilən şəxs4 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1995-ci ildə Hacıqabul rayonu Talış kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Talış kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi; xx.xx.1996-ci ildə Hacıqabul rayonu Abdulabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, fərdi qaydada usta işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Abdulabad kəndində daimi qeydiyyatda olmaqla, Hacıqabul rayonu Talış kəndində yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi; xx.xx.2003-cü ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 11 mənzil 37-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi; xx.xx.1991-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Şirvan şəhəri Vidadi küçəsi 76-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 00:25 radələrində Təqsirləndirilən şəxs2 vasitəçiliyi ilə tanışı Təqsirləndirilən şəxs3 Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən su matorunun yaxınlığında şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla ümumi çəkisi 0,549 qram təşkil edən psixotrop maddə hesab edilən metamfetamini 20 manata satın almaqla qanunsuz olaraq əldə edib, qara rəngli şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Ağacanlı kəndində yerləşən su kanalının yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək barədə ondan xahişi əsasında satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat 00:25 radələrində Hacıqabul rayonu Ağacanlı kəndində yerləşən su matorunun yaxınlığında tanışı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 məxsus olan 20 manata satın almaqla əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla ümumi çəkisi 1,203 qram olmaqla psixotrop maddə hesab edilən metamfetaminin 0,549 qram çəkidə olan hissəsini 1 ədəd pilietilen kəsiyi bükümdə qablaşdırılmış halda dərhal həmin yerdə Təqsirləndirilən şəxs1 vermiş, qalan 0,654 qram çəkidəki hissəsi isə daşıyaraq əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində saxlamış və həmin gün Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Ağacanlı kəndində yerləşən su matorunun yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhəri Vidadi küçəsi 76 nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs4 40 manata satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi çəkisi 1,832 qram psixotrop maddə olan metamfetaminin 1,203 qram çəkidə olan hissəsini xx.xx.2022-ci il tarixdə saat 00:25 radələrində Hacıqabul rayonu Ağacanlı kəndində yerləşən su matorunun yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 vasitəçiliyi ilə 20 manata Təqsirləndirilən şəxs1 satmış, qalan 0,629 qram çəkidə olan hissəsi isə 1 ədəd polietilen kəsiyi bükümündə qablaşdırılmış halda xx.xx.2022-ci il tarixdə saat 00:30-da Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Ağacanlı kəndində yerləşən su matorunun yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X2 məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1,989 qram çəkidə psixotrop maddə olan metamfetaminin 1 bükümdə 1,832 qram çəkidə olan hissəsini xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhəri Vaqif küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs3 40 manata qanunsuz olaraq satmış, xx.xx.2022-ci il tarixdə saat 10:28 dəqiqədə Hacıqabul rayon PŞnin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şirvan şəhəri Vidadi küçəsi 76 nömrəli evin yaxınlığından saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman əldə etdiyi psixotrop maddə olan metamfetaminin qalan 0,157 qramı isə onun əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibindəki bir ədəd sellofan kəsiyi bükülünün içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2 ilə telefon əlaqəsi yaradaraq psixotrop maddə metamfetamin istəmiş, Rəhman da neçə manatlıq istədiyini soruşmuş, 70 manatlıq psixotrop maddə metamfetamin almaq istədiyini bildirdikdə, Rəhman da Vahid adlı tanışında olduğunu, Hacıqabul rayonu Ağacanlı kəndində Avtandilin işlədiyi su matorlarının yanında görüşmələri barədə razılaşmışlar. Həmin günü saat 23 radələrində Avtandilin yanında Rəhmanla onun yanında “Malış” ləqədi ilə tanıdığı Şirvan şəhər sakini Təqsirləndirilən şəxs3 görmüş, onlarla oturub söhbət edəndən sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 00:25 radələrində Rəhman ondan hansı məbləğdə pul gətirdiyini soruşmuşdur. O, üzərində 20 manat pul olduğunu, 50 manat pulu sonra verəcəyini bildirmişdir. Rəhman razılaşmayıb 20 manatlıq psixotrop maddə metamfetamini Vahiddən alıb verəcəyini demişdir. O, 20 manat pulu Rəhmana vermiş, Rəhman də 20 manatı Vahidə vermiş və bir büküm mefamfetamini Vahiddən alıb bir qismini özünə götürmüş və qalan hissəsini ona vermişdir. O, 1 ədəd 10 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinazları olmaqla cəmi 20 manat pulu Rəhmana, Rəhman da həmin pulu «Malış» ləqəbli Vahidə vermişdir. Həmin gün saat 00:30 radələrində polis əməkdaşları onları Avtandilin işlədiyi yerdə saxlayaraq Hacıqabul RPŞ-yə gətirmişlər. Hacıqabul RPŞ-də hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı və videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, əynində olan qara rəngli şalvarın qabaq sağ cibində saxladığı 1 ədəd sellofan kəsiyi bükümü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu və 20 manata Rəhmanın vasitəsilə Vahiddən aldığını bildirmişdir. Aşkar olunmuş maddə poçt zərfinə qoyularaq möhürlənmiş, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Polis şöbəsində ona heç bir təzyiq edilməmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Evli, öhdəsində 2 azyaşlı uşağı var, fərdi əməklə məşğuldur. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2022ci il tarixdə saat 23 radələrində Şirvan şəhər sakini Təqsirləndirilən şəxs3 ilə gəzərkən Hacıqabul rayonu Talış kəndində yaşayan tanıdığı Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi yaradaraq psixotrop maddə metamfetamin istəmiş, neçə manatlıq psixotrop maddə metamfetamin lazım olduğunu Elnurdan soruşmuş, Elnur da 70 manatlıq lazım olduğunu bildirmişdir. O, Elnura Vahiddən ala biləcəyini və Ağacanlı kəndində bəndin kənarında yerləşən su matorunu işlədən Avtandilin yanında görüşməyi təklif etmişdir. Həmin günü saat 23:30 radələrində idarə etdiyi avtomobillə Vahidlə birlikdə Ağacanlı kəndində su kanalının kənarında su matorlarına nəzarət edən Avtandilin yanına getmişdir. Sonra Elnur da onların yanına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:25 radələrində Elnur ona 20 manat pul verərək psixotrop maddə metamfetamin istəmiş, qalan 50 manatı sonra verəcəyini demişdir. O, Elnurdan aldığı 20 manat pulu Vahidə vermiş, Vahiddən bir büküm psixotrop maddə metamfetamin almış, bir qismini özü istifadə etmək üçün götürmış, qalanını isə Elnura vermişdir. Aradan təxminə 5 dəqiqə keçmiş, yəni saat 00:30 radələrində polis əməkdaşları onlara yaxınlaşaraq üzərində narkotik və psixotrop maddə olmasında şübhəli olduğu üçün onu, Elnuru, Vahidi və Avtandili Hacıqabul rayon PŞ-yə dəvət etmişlər. Hacıqabul rayon PŞdə ona müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuşdur. O, əynindəki göy rəngli şalvarının qabaq sağ cibindən 1 ədəd kağız bükümdə içərisində psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Polis əməkdaşları həmin psixtrop maddə olan metamfetamini haradan və kimdən əldə etməsini soruşmuşdur. O, Şirvan şəhər sakini və hal-hazırda onunla birgə Hacıqabul RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş psixtrop maddə olan metamfetamin ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq ondan götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. O, protokola imza etmişdir. Evlidir, öhdəsində üç azyaşlı uşağı var, fərdi qaydada usta işləyir. Əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi, özünü Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 21 fevral 2022-ci il tarixdə saat 17 radələri olardı, Şirvan şəhəri «Demanlılar» məhəlləsində yaşayan uzun müddətdir ki, tanıdığı «Poni» ləqəbli Təqsirləndirilən şəxs4 yaşadığı Şirvan şəhəri Vidadi küçəsi nömrəsini xatırlamadığı evə gedərək 70 manat pul verib ondan 2 büküm miqdarında psixotrop maddə olan metamfetamin istəmiş, Elşadda təşkil edə biləcəyini deyib pulu istəmiş, əynində olan qara rəngli şalvarının cibindən 2 ədəd 20 manatlıq, 40 manat pulu Elşada vermiş, qalan 30 manat pulu verəcəyini demişdir. Elşad ona küçədə gözləməsini, gətirib psixotrop maddəni küçədə ona verəcəyini demişdir. O, Elşadı küçədə gözləsə də, Elşad ona narkotik maddə gətirməmişdir. O, ibtidai istintaq zamanı narkotik vasitəni Elşaddan aldığını bildirsə də, həmin psixotrop maddəni küçədən tapmışdır. 23 fevral 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 ilə Şirvan şəhərində görüşmüş, özündə olan psixotrop maddə metamfetamini Rəhmana göstərib birlikdə istifadə etmək üçün yer axtarmışlar. Rəhmanla birlikdə metamfetamini istifadə etmək üçün Ağacanlı kəndinə su motorlarının olduğu yerə Avtandilin yanına getməyə razılaşmışlar. Bu zaman Elnur Rəhmana zəng edərək, ona narkotik maddə tapmasını xahiş etmişdir. Rəhman ona təklif etmişdir ki, onda olan metamfetaminin bir hissəsini Elnura satsın. Lakin o, Elnuru tanımadığı üçün razı olmamışdır. O, Rəhmanla birlikdə Ağacanlı kəndinə getmiş, orada Avtandillə görüşmüş və narkotik maddəni istifadə etməyə hazırlaşmışlar. Bu zaman Elnur həmin yerə gəlmişdir. Rəhman Elnura oturmağı təklif etmişdir. Elnur gələndən bir qədər keçəndən sonra polis əməkdaşları onların olduqları yerə gəlmişdir. Polislər onu, Rəhmanı, Avtandili və Elnuru Hacıqabul RPŞ-yə gətirmişlər. Orada müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla onun üstündə axtarış aparılmışdır. Onun cibindən metamfetamin aşkar edilmişdir. Həmin vaxt o, ifadəsində bildirmişdir ki, 21 fevral 2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhəri «Demanlılar» məhəlləsində yaşayan uzun müddətdir ki, tanıdığı «Poni» ləqəbli Təqsirləndirilən şəxs4 yaşadığı Şirvan şəhəri Vidadi küçəsindəki evinə gedərək 70 manat pul verib Təqsirləndirilən şəxs4 2 büküm miqdarında prisxtorop maddə olan metamfetamin istəmiş, Elşadda təşkil edə biləcəyini deyib pulu istəmiş, əynində olan qara rəngli şalvarının cibindən 2 ədəd 20 manatlıq, 40 manat pulu Elşada vermiş, qalan 30 manat pulu verəcəyini demiş, Elşad da onu küçədə gözləməsini, gətirib psixtrop maddəni küçədə ona verəcəyini demişdir. Küçəyə çıxmış, təxminən 1 saat yaxın gözləyəndən sonra Elşad küçəyə çıxıb bir sellofan bükümdə prisxtorop maddə olan metamfetamini vermiş, Elşaddan aldığı metamfetamini cibinə qoyub çıxıb getmişdir. Əslində isə o, metamfetamini bir-iki gün əvvəl küçədən tapmışdır. Polis şöbəsində ona bildirmişlər ki, metamfetamini Elşaddan aldığını desin. Bu səbəbdən o, metamfetamini Elşaddan aldığını bildirmişdir. O, Elşaddan metamfetamin almamış və Elnura satmamışdır. O, özünü metamfetamini üstündə saxladığına görə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilir, metamfetamin satmaqda təqsirli bilmir. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi, özünü Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 fevral 2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhəri Vidadi küçəsi ilə piyada gedərkən asfalt örtüyünün üzərində bir sellofan bükümü görmüş, bükülünü götürüb içərsinə baxarkən orada psixotrop maddə metamfetaminin olduğunu bilmiş, qəbul etmək məqsədi ilə əynində olan göy rəngli cins şalvarımın sağ yan cibinə qoyub yoluna davam etmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhərində Təqsirləndirilən şəxs3 ilə görüşmüş, o, psixotrop maddə olan metamfetamin istəmiş, ona nə qədər pulunun olduğunu soruşmuş, Vahiddə 70 manatlıq metamfetamin istəmiş və cibindən 40 manat pulu çıxardıb vermiş, qalan 30 manatını sonra verəcəyini demiş, həmin vaxtı pula ehtiyacı olduğu üçün Vahidin verdiyi 2 ədəd 20 manatlıq pul əskinazı olan 40 manat pulu alıb ona psixotrop maddə metamfetamin verəcəyini deyib küçədə gözləməsini deyib Vahidi yola salmış, özü isə uzaqlaşıb çıxıb getmiş, Vahidə hər hansı bir narkotik tərkibli və psixotrop maddə olan metamfetamin verməmiş, 40 manat pulu da öz şəxsi işləri üçün xərclmişdir. 27 fevral 2022-ci il tarixdə saat 12 radələrində Şirvan şəhəri, Vidadi küçəsi 76 №-li evin yaxınlığında olan zamanı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib Şirvan şəhər sakini Təqsirləndirilən şəxs3 pisxotrop maddə metamfetamini satmaqda şübhəli olduğu üçün Hacıqabul RPŞ-nə dəvət olunmuşdur. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Hacıqabul rayon PŞ-də müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış və götürmə aparılarkən üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuşdur. O, əynindəki boz rəngli cins şalvarının qabaq sağ yan cibində 1 ədəd sellofan bükümdə içərisində psixotrop maddə metamfetamini təqdim etmişdir. Onun təqdim etdiyi metamfetamin ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. O, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdar. Özünü narkotik maddətini üzərindəsaxlamaqda təqsirli bilir. Əməlindən peşman olmuşdur. Ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 fevral 2022-ci il tarixdə Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə olması barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs1 ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmişdir. 24 fevral 2022-ci il tarixdə saat 00:30 radələrində rayon PŞ-nin PPXB-nün polis nəfərləri, Şahid2 və Şahid3 iştirakı ilə Hacıqabul Hacıqabul rayonu, Ağacanlı kənd ərazisində yerləşən su matorunun yerləşdiyi ərazidə yollanmış, orada Təqsirləndirilən şəxs1 Nuruddin oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid5 rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə və videkamera ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 da üzərində olan göy rəngli şalvarının qabaq sağ cibindən 1 ədəd kağız bükümdə içərisində psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmiş,həmin psixtrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə saat 00:25 radələrində Ağacanlı kəndində bəndin kənarında Avtandilin işlətdiyi matorunun yanında Elnur 70 manatlıq psixotrop maddə metamfetamin istədiyini, 20 manat pul yəni, 50 manatı da sonra verəcəyini, 20 manat pulu Vahidə vermiş, Vahiddən bir büküm psixotrop maddə metamfetamini alıb bir qismini özü üçün götürüb qalanını Elnura verdiyini, onlar arasında olan razılaşmaya görə ona hər hansı bir pul verilməmişdir. Daha sonra, Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı və videkamera ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs3 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs3 da üzərində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd sellofan bükümdə içərisində psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Psixtrop maddə olan metamfetaminin bir qismini Rəhmanın vasitəsi ilə Elnura 20 manata satdığını, qalanın üstündə saxladığını bildirmişdir. Daha sonra, Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı və videkamera ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 da üzərində olan qara rəngli şalvarın qabaq sağ cibində gizlətdiyi 1 ədəd sellofan kəsiyi bükümü təqdim edərək həmin 1 ədəd sellofan kəsiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixtrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə saat 00:25 radələrində Hacıqabul rayonu Ağacanlı kəndində Avtandilin işlədiyi su matorunun yanında 20 manata Rəhmanın vasitəsi ilə Vahiddən aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş psixtrop maddə olan metamfetamin ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, tərtib edimliş protokla imza etmişdir. Həmçinin Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 aşkar olunmuş psixotrop maddə metamfetamini Şirvan şəhəri Vidadi küçəsində olan «Demanlılar» məhəlləsində yaşayan «Poni» ləqəbli Təqsirləndirilən şəxs4 40 manata aldığını, Təqsirləndirilən şəxs4 müəyyən edilməsi və istintaq orqanına təqdim olunması üçün icraatına əməliyyat tapşırığı daxil olumuşdur. 27 fevral 2022-ci il tarixdə Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ilə birlikdə Rüstəmov X3 RPŞyə gətirilərək təqdim olunmuşdur. Təqsirləndirilən şəxs4 Qurba oğlunun hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı və videkamera ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs4 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs4 əynindəki boz rəngli cins şalvarının qabaq sağ yan cibində saxladığı 1 ədəd sellofan kəsiyi bükümünü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu və yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs4 təkdim etdiyi maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. İştirakçılar protokola imza etmişlər. Təqsirləndirilən şəxslərə hər hansı bir fiziki və psixi təzyiq etməmişlər. Şahid Hacıqabul rayon PŞ-nin PPXB-nin polis nəfərləri Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. Şahid5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul Quşçuluq şirkətinə məxsus yaşadığı Ağacanlı kəndində yerləşən su nasoslarına nəzarət etmişdir. Bəzi vaxtlarda gündüz və bəzi vaxtlarda isə gecə növbəyə çıxmışdır. Su nasoslarının olduğu yerdə iki otaqdan ibarət bina var. Hacıqabul rayonu Abdulabad kənd sakini Təqsirləndirilən şəxs2, Talış kənd sakini Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanımış, onlarla münasibəti normaldır. Şirvan şəhər sakini Vahid adlı şəxsi isə xx.xx.2022-ci il tarixdə tanımışdır. 23 fevral 2022-ci il tarixdə işlədiyi idarəyə məxsus su nasosunun olduğu binada olarkən, saat 23:15 radələrində Rəhman və Vahid, saat 23:30 radələrində isə Elnur onun yanına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:25 radələrində Elnur 20 manat pulu Rəhmana verərək ondan psixotrop maddə metamfetamin istəmiş, Rəhman da Vahiddən bir büküm alıb Elnura vermiş, Rəhman da Elnurdan 20 manat pulu alıb Vahidə vermişdir. Onlara iradını bildirərək belə bir alış-verişiniz varsa kənarda etmələrini, buna görə onun yanına gəlməmələrini demişdir. Həmin gün saat 00:30 radələrində polis əməkdaşları gələrək onları Hacıqabul RPŞ-yə aparmışlar. Hacıqabul RPŞ-də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində metamfetamin aşkar olunması barədə məlumatı olmuşdur. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarının qabaq sağ cibindən 1 ədəd sellofan kəsiyi bükümünün içərsindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd sellofan kəsiyi bükülünün içərsindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd politelin sellofana bükülmüş bükülünün içərsindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli cins şalvarının qabaq sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükülmüş bükülünün içərsindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən 4 ədəd diskə məhkəmə iclasında baxış keçirildi və təqsirləndirilən şəxslər həmin vaxt verdikləri ifadələrində, etdikləri əməlləri səmimi etiraf etmişlər. Həmçinin üzləşmə protokollarında da bu hal öz təsdiqini tapmışdır. Aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs4 üzünə qarşı tam təsdiq etmiş və üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini 40 manata Təqsirləndirilən şəxs4 aldığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, 24 fevral 2022-ci il tarixli 18/242 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən» sözləri və imzalar olan kağız paketdəki 01 ədəd politelin kəsiyi bükümündə təmiz çəkisi - 0,549 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs2 üzərindən» sözləri və imzalar olan kağız paketdəki 01 ədəd politelin kəsiyi bükümündə təmiz çəkisi - 0,654 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs3 üzərindən» sözləri və imzalar olan kağız paketdəki 01 ədəd politelin kəsiyi bükümündə təmiz çəkisi - 0,629 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş cəmi 3 ədəd bükümdə ümumi çəkisi 1,832 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komronentlərinə görə eyni tərkiblidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli 18/263 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs4 üzərindən» sözləri və imzalar olan kağız paketdəki 1 ədəd politelin kəsiyi bükümündə təmiz çəkisi - 0,157 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs4 götürülmüş 1 bükümdə olan metamfetamin ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş cəmi 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komronentlərinə görə eyni tərkiblidir. Metamfetamin 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikası Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı»na daxildir (1 siyahı). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1401 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatlrların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1402 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin, kannabinoidlərin və psixostimulyatolrların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1659 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 psixotrop maddə olan metamfetamindən qəbulu nəticəsində asılılıq sindromu nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikiya əlamətlərinin olmamasını nəzərə alaraqa, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmaması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtyiacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1799 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 opioidlərin, kannabinoidlərin və psixostimulyatolrların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(032)-247/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 1247/10-7 nömrəli məktubundan müəyyən edilir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(032)-247/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(032)-89/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs3 Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(032)-247/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 01 il 11 ay 26 gün hissəsi 1 (bir) il azaldılmışdır) xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 09 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs4 Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(032)-153/2019 nömrəli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxslərin özlərinin ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də maddi sübutlar, iş materialinda olan DVD diskə əlavə edilmiş audio və video yazı və işdəki digər sənədlərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma cinayətini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 satış məqsədləri ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etmələri, saxlama, daşıma və satma cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi; Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi; Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi; Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar ittiham olunduqları maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərini Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilməməsini və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 metamfetamin satmadığına, Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs1 metamfetamin satmadığına dair məhkəmə iclasında ifadələrində göstərdikləri xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onların məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir. Çünki, məhkəmə iclasında şahidlər və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 üzünə qarşı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamin satdığını söyləmişlər. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrində və üzləşmə zamanı Təqsirləndirilən şəxs4 üzünə qarşı, ondan psixotrop maddə olan metamfetamini 40 manata aldığı söyləmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə iclasında verdikləri ifadələri özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, öhdəsində 2 azyaşlı uşağı olmasını, fərdi əməklə məşğul olması cəza yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, evli, öhdəsində üç azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayəti qismən etiraf etməsini, əməlindən peşman olmasını cəza yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(032)-247/2021 nömrəli hökmü ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(032)-247/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(032)-89/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs3 Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(032)-247/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 01 il 11 ay 26 gün hissəsi 1 (bir) il azaldılmışdır) xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 09 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, qəti olaraq Təqsirləndirilən şəxs3 müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 törətdiyi cinayəti qismən etiraf etməsini, əməlindən peşman olmasını cəza yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 61.1.1ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, üç ədəd bükümdə olan ümumi təmiz çəkisi - 1,532 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs4 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi - 0,107 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 49,74 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 49,74 manat Təqsirləndirilən şəxs4 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(032)-247/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(032)-89/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs3 Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(032)-247/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 01 il 11 ay 26 gün hissəsi 1 (bir) il azaldılmışdır) xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 09 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs3 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, üç ədəd bükümdə olan ümumi təmiz çəkisi - 1,532 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs4 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi - 0,107 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs4 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 38 saata görə 228 manat olmaqla, cəmi 348 (üç yüz qırx səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmə baxışı zamanı iştirak etdiyi 38 saata görə 228 (iki yüz iyirmi səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********** **********, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 məhkəməyədək icraat zamanı iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi alt) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 38 saata görə 228 manat olmaqla, cəmi 354 (üç yüz əlli dörd) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi5 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 38 saata görə 228 manat olmaqla, cəmi 348 (üç yüz qırx səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar