Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-69/2023 12.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonu, Meyniman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, xx.xx.1991-ci il tarixdə Hacıqabul rayonu, Meyniman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 12 mart 2023-cü il tarixdə, saat 12 radələrində Hacıqabul rayonu Meyniman kəndi ərazisində Təqsirləndirilən şəxs3 yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs3 ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı qəsdən Təqsirləndirilən şəxs3 fiziki güc tətbiq edərək bıçaq ilə qol və sinə nahiyyələrinə vuraraq sonuncuya sol bazunun, sol dirsək nahiyyəsinin kəsilmiş yarası və döş qəfəsinin ön səthində sol hissəsinin sıyrılmış yarası xəsarəti ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 12 mart 2023-cü il tarixdə, saat 12 radələrində Hacıqabul rayonu Meyniman kəndi ərazisində öz yaşadığı evin yaxınlığında qardaşı Təqsirləndirilən şəxs3 və həmkəndlisi Təqsirləndirilən şəxs1 aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı qəsdən Təqsirləndirilən şəxs1 fiziki güc tətbiq edərək ağac parçası ilə qol və baş nahiyyələrinə vurarq sonuncuya başın təpə nahiyyəsinin çapılmış yarası, sol qulaq seyvanı üzərinin cırılmış yarası, alın nahiyyəsinin ön səthinin sıyrığı, təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ bazunun orta 1/3 hissəsinin qançırı, sol saidin arxa səthinin yuxarı 1/3 hissəsinin əzilmiş –cırılmış yarası, sol saidin 1/3 hissəsinin yan səthinin sıyrığı müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs3 12 mart 2023-cü il tarixdə, saat 12 radələrində Hacıqabul rayonu Meyniman kəndi ərazisində öz yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı qəsdən Təqsirləndirilən şəxs1 fiziki güc tətbiq edərək ağac parçası ilə qol və baş nahiyyələrinə vurarq sonuncuya başın təpə nahiyyəsinin çapılmış yarası, sol qulaq seyvanı üzərinin cırılmış yarası, alın nahiyyəsinin ön səthinin sıyrığı, təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ bazunun orta 1/3 hissəsinin qançırı, sol saidin arxa səthinin yuxarı 1/3 hissəsinin əzilmiş –cırılmış yarası, sol saidin 1/3 hissəsinin yan səthinin sıyrığı müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 08 mart 2023-cü il tarixdə oğlu Həbib Hüseynov məktəbə gedən zaman Təqsirləndirilən şəxs3 və atası Şahid küçədə oğlu ilə rastlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs3 oğlu Həbib Hüseynova “atan səni belə saxlayacaq?” deyərək həmçinin barəsində təhqiredici sözlər işlətmişdir. Bundan sonra oğlu Həbib gəlib bu barədə evdə söhbət etmişdir. O da bunu eşitdikdən sonra yəni 10 mart 2023-cü il tarixdə onların yaşadığı ünvana getmişdir. Həyətə giriş qapısının qarşısında Şahidla rastlaşıb və ona bildirib ki, “oğlun Məmədi o nə sözlərdir mənim barəmdə demişdir”. Nurağa da oğlu Məmədinin həyətdə olmasını nə sözü varsa girib həyətdə deyə biləcəyini bildirmişdir. O isə Nurağaya “mən oğlun Məmədiyə özüm sözü necə demək lazımdır bilirəm, amma bilin ki, mən oğlumu sizi kimi nəşə satıb böyütmürəm” demişdir. Bundan sonra oradan uzaqlaşıb getmişdir. 12 mart 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı ünvandan çıxıb evə ərzaq almaq üçün mağazaya gedərkən, həmin vaxtı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxs3 ona “dədəmə nə demisən ayə” deyərək təhqiredici söz işlətmişdir. Tez qaçıb hasarın yanından hərəsi bir ədəd ağac parçası götürərək üzərinə gəlmişdirlər. Bundan sonra heyvandarlıqla məşğul olduğu üçün həmişə üzərində gəzdirdiyi qatlanan cib bıçağını cibindən çıxarıb və onların üstünə getmişdir. Məmədigil onu ağac parçası ilə vurmağa başlamış və o həmin vaxtı əllərini başına tutduğu üçün qollarından xəsarətlər almışdır. Məmədi və Kamil onu vurduğu üçün o da bıçaqla Təqsirləndirilən şəxs3 bir neçə dəfə xəsarətlər yetirmişdir. Kamil və Məmədi onu ağacla vurmağa davam etmişdirlər. Həmin vaxtı o qollarından və başından xəsarətlər almışdır. Səs-küyə Məmədi və Kamilin atası Şahid çıxmış və Nurağa övladlarını ayırıb evə aparmışdır. O da həmin yerdən uzaqlaşıb evə gəlmişdir. Hazırda o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la barışmışlar və bir-birilərinə qarşı şikayəti və tələbləri yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Məmədi oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olmaqla yaşayır. 12 mart 2023-cü il tarixdə saat 12 radələrində qardaşı Təqsirləndirilən şəxs3 yaşadığı küçəni süpürdüyünü görüb və o da həyətdən bir süpürgə götürüb qardaşına kömək etməyə başlamışdır. Küçəni süpürüb qurtardıqdan sonra süpürgələri kənara qoyub küçədə oturub siqaret çəkib qardaşı ilə söhbət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 küçədən keçirdi. Məmədi Həsənin gəldiyini görüb “atama o nə sözlərdir demisən, qurtarmadı ki, bu söhbət?” demişdir. Bu sözdən sonra Təqsirləndirilən şəxs1 dərhal əlini belinə atmış və belindən qara rəngli dəstəyi olan bıçaq çıxarıb qardaşı Məmədinin üstünə hücum çəkmişdir. Həmin vaxtı Məmədi dərhal süpürgənin üzərində olan ağacların birini çıxarıb ona vermiş və birini də özü götürmüşdür. Özlərini müdafiə etmək üçün Həsəni ağacla vurmağa başlamışdırlar. Həmin vaxtı o Həsənin qollarına və ayaq nahiyyələrinə zərbələr vurmuşdur. Qardaşı Məmədi də həmçinin Həsəni ağacla vurmuşdur. Onun Həsəni ağacla vurmaqda məqsədi Həsənin əlindəki bıçağı yerə salmaq olmuş, bıçaq yerə düşsə də Həsən təkrar bıçağı götürüb hücum etmişdir. Təqsirləndirilən şəxs1 bıçağı dəfələrlə qardaşı Məmədiyə tərəf atmış və qardaşının qol, sinə nahiyyəsinə bir neçə xəsarətlər yetirmişdir. Sonra Həsənin başından qan gəlmiş və Həsən öz-özünə onlardan uzaqlaşmışdır. Bundan sonra səs-küyə atası Nurağa çıxmışdır. Atası onlara gəlib çatana qədər isə onlar aralaşmışdırlar. Təqsirləndirilən şəxs1 küçənin başında dayanıb onları öldürəcəyi ilə hədələmiş və sonra uzaqlaşıb getmişdir. Qardaşı qolundan bıçaqla xəsarətlər aldığı üçün xəstəxanaya müraciət etmiş və ona orada tibbi yardım göstərilmişdir. O isə hadisə zamanı heç bir xəsarət almamışdır. Hazırda o, Təqsirləndirilən şəxs1la barışmışdır və Təqsirləndirilən şəxs1 ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 mart 2023-cü il tarixdə saat 12 radələrində qardaşı Təqsirləndirilən şəxs2la birlikdə küçəni süpürüb qurtardıqdan sonra süpürgələri kənara qoyub küçədə oturub siqaret çəkib qardaşı ilə söhbət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 küçədən keçirdi. O Həsənin gəldiyini görüb “atama o nə sözlərdir demisən, qurtarmadı ki, bu söhbət?” demişdir. Bu sözdən sonra Təqsirləndirilən şəxs1 dərhal əlini belinə atmış və belindən qara rəngli dəstəyi olan bıçaq çıxarıb onun üstünə hücum çəkmişdir. Həmin vaxtı o dərhal süpürgənin üzərində olan ağacların birini çıxarıb Kamilə vermiş və birini də özü götürmüşdür. Özlərini müdafiə etmək üçün Həsəni ağacla vurmağa başlamışlar. Həmin vaxt o Həsənin qollarına və baş nahiyyələrindən zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs1 bıçağı dəfələrlə ona tərəf atmış və onun sol qol, sinə nahiyyəsinə bir neçə xəsarətlər yetirmişdir. Sonra Həsənin başından qan gəlmiş və Həsən öz-özünə onlardan uzaqlaşmışdır. Bundan sonra atası Nurağa onlara yaxınlaşmışdır. Atası onlara gəlib çatana qədər isə onlar aralaşmışlar. Hazırda Təqsirləndirilən şəxs1la barışmışdır və onların bir-birilərinə qarşı şikayəti və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 13 mart 2023-cü il tarixli, 64 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın təpə nahiyyəsinin çapılmış yarası, sol qulaq seyvanı üzərinin cırılmış yarası, alın nahiyyəsinin ön hissəsinin sıyrığı, təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ bazunun orta 1/3 hissəsinin qançırı, sol saidin arxa səthinin yuxarı 1/3 hissəsinin əzilmiş-cırılmış yarası, sol saidin orta 1/3 hissəsinin yan səthinin sıyrığı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 mart 2023-cü il tarixli, 67 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol bazunun və sol dirsək nahiyyəsinin kəsilmiş yaraları. Döş qəfəsinin ön səthində sol hissəsinin sıyrılmış yarası. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2023-cü il tarixli, 73 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı- müayinə olunanın bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. Məhkəmə-ballistik ekspertizasının 12 aprel 2023-cü il tarixli 18/396 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıcağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd bıçaq və 2 ədəd ağac parçası iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) görünür ki, Hüseynov X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-90/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) görünür ki, Hüseynov X2 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(071)-14/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özlərinin etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 73.2ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarında olan təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar qarşılıqlı surətdə bir-biriləri ilə barışmışlar, vurulmuş maddi zərəri ödəmişlər və bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər əvvəllər CM-in 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmamışlar. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin bir-biriləri ilə barışmaları nəzərə alınmalı və onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və onların Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan 1 ədəd soyuq silah hesab edilməyən turist bıçağı və 2 ədəd ağac parçası qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,38 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 9 saat vaxt sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 54 manat pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 72 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və onlar cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan 1 ədəd soyuq silah hesab edilməyən turist bıçağı və 2 ədəd ağac parçası qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 34,80 manat pul Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 54 manat pul, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 72 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №1(071)-69/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-69/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver