Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-69/2024 07.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 еəqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsi, xx xxxx 1985-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanıda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışları X5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 29 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində etibarnamə əsasında idarə etdiyi “DAEWOO Centra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus həmin ünvanda yerləşən həyətyanı sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o, kənar şəxslər gəldiyi halda X2 və Təqsirləndirilən şəxs2 xəbər vermək məqsədilə avtomobildə gözləmiş Rasim Abdullayevlə Təqsirləndirilən şəxs2 isə həyatyanı sahəyə yaxınlaşıb tövlənin qapısını açmaqla saxlanc yeri hesab olunan ətrafı hasarla əhatələnmiş Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə, daha sonra həyətdə olan tövləyə qanunsuz daxil olub cəmi 3200 manat dəyərində 2 yaşlı, erkək cinsindən, diri çəkisi təxminən 40 kq olan 1 baş yerli cins qoç, 2 yaşlı sarımtıl və qırmızı rəngli, dişi cinsindən, boğaz, hər birinin diri çəkisi təxminən 35 kq olan 4 baş yerli cins qoyun, 2 yaşlı sarımtıl və qırmızı rəngli, dişi cinsindən, hər birinin diri çəkisi təxminən 35 kq olan 2 baş yerli cins qoyun və 1 yaşlı ağ rəngli, dişi cinsindən, diri çəkisi təxminən 35 kq olan 1 baş yerli cins qoyun olmaqla, ümumilikdə 8 (səkkiz) baş xırda buynuzlu heyvanları gizli yolla talayıb, yəni oğurlayaraq etibarnamə əsasında idarə etdiyi “DAEWOO Centra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gətirdikdən sonra birlikdə oğurladıqları heyvanları avtomobilin yük yerinə və salonuna yükləyib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus 3.200 manat məbləğində yuxarıda qeyd olunan 8 (səkkiz) baş xırda buynuzlu heyvanları saxlanc yerinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli yolla talamışdır. Təqsirləndirilən şəxs2, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışları X5 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 29 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “DAEWOO Centra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus həmin ünvanda yerləşən həyətyanı sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gəldiyi halda onlara xəbər vermək məqsədilə avtomobildə gözləmiş o, Rasim Abdullayevlə həyatyanı sahəyə yaxınlaşıb tövlənin qapısını açmaqla saxlanc yeri hesab olunan ətrafı hasarla əhatələnmiş Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə, daha sonra həyətdə olan tövləyə qanunsuz daxil olub cəmi 3200 manat dəyərində 2 yaşlı, erkək cinsindən, diri çəkisi təxminən 40 kq olan 1 baş yerli cins qoç, 2 yaşlı sarımtıl və qırmızı rəngli, dişi cinsindən, boğaz, hər birinin diri çəkisi təxminən 35 kq olan 4 baş yerli cins qoyun, 2 yaşlı sarımtıl və qırmızı rəngli, dişi cinsindən, hər birinin diri çəkisi təxminən 35 kq olan 2 baş yerli cins qoyun və 1 yaşlı ağ rəngli, dişi cinsindən, diri çəkisi təxminən 35 kq olan 1 baş yerli cins qoyun olmaqla, ümumilikdə 8 (səkkiz) baş xırda buynuzlu heyvanları gizli yolla talayıb, yəni oğurlayaraq Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “DAEWOO Centra” markalı **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gətirdikdən sonra birlikdə oğurladıqları heyvanları avtomobilin yük yerinə və salonuna yükləyib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus 3.200 manat məbləğində yuxarıda qeyd olunan 8 (səkkiz) baş xırda buynuzlu heyvanları saxlanc yerinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli yolla talamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, o, X3 və Təqsirləndirilən şəxs1 tanıyır. Onlarla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Rasim Abdullayev onun qohumu olmaqla həyat yoldaşının bibisi oğludur. Təqsirləndirilən şəxs1 isə o, əvvəldən tanımırdı, Rasim vasitəsi ilə hadisə günü tanış olmuşdur. 28 dekabr 2023-cü il tarixdə Rasim Abdullayev onun Yasamal rayonunda yaşadığı ünvanda olarkən ona bildirmişdir ki, bacısıgilə gedib onlardan hind quşu almalıdır. Ona görə də Təqsirləndirilən şəxs1 zəng edib onu Yasamal rayonuna çağırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAEWOO Centra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonuna onun yaşadığı evin yaxınlığına gəlmiş, saat təxmini 17 radələrində Təqsirləndirilən şəxs1 onları Kürdəmir rayonuna aparmasını xahiş etmişdirlər və buna görə Elşən onlardan 70 manat pul istəmişdir. Lakin onlar Elşənə 60 manat verə biləcəklərini bildirmişlər. Elşən isə onlarla razılaşmışdır. O avtomobilin ön sərnişin oturacağında əyləşmiş, Rasim isə arxa oturacaqda əyləşmişdir. Onlar Kürdəmir rayonu istiqamətində hərəkətə başlamışlar. Saat təxminən 20 radələrində onlar Kürdəmir rayonu Əzimli kəndində Rasimin dediyi, yəni onun bacısıgilin yaşadığı ünvana çatmışlar. Rasim bacısıgilə daxil olmuş və bir qədər sözlə mübahisə edib oradan çıxmışdır. O da məhəllədə dayanıb Rasimin gəlməsini gözləmişdir və Rasimin yeznəsi ilə mübahisə etdiyini eşitmişdir. Elşən isə bu vaxt avtomobildə gözləmişdir. 10-15 dəqiqə keçdikdən Rasim Abdullayev geri qayıtmış və hind quşlarını ala bilmədiyini demişdir. Birlikdə avtomobilə əyləşmiş və birlikdə Kürdəmir rayonu ərazisində kafedə oturub yemək yemişlər. 29 dekabr 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Kürdəmir rayonundan Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda hərəkətdə olan zaman avtomobilə benzin vurmaq və mağazadan su, siqaret almaq üçün bir neçə dəfə yolda dayanmışdırlar. 29 dekabr 2023-cü il tarixdə saat təxmini 03 radələrində Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Rasim Abdullayev bildirmişdir ki, Bakı şəhərinə boş qayıtmaq lazım deyil ona pul lazımdır. Ona görə də kəndlərə girib heyvan oğurlamaq lazım olduğunu demişdir. Bundan sonra Elşənə yolun sağ tərəfi istiqamətdə kəndin içinə tərəf avtomobili sürməyini demişdir. Elşən də Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində mağazanın yanından sağa tərəf kəndin içinə avtomobili sürmüşdür. Bir qədər irəli getdikdən sonra avtomobili saxlamışlar. Rasim piyada düşüb heyvan axtarmağa başlamışdır. Təxmini 30-40 dəqiqədən sonra Rasim geri qayıtmış və yaxın evlərin birinin həyətində qoyunların olmasını bildirmişdir. Elşənə avtomobili ora yaxın sürməsini demişdir. O Rasimlə birlikdə Rasimin göstərdiyi evə tərəf getmiş, Elşən isə avtomobilin yanında dayanıb onları gözləmişdir. Rasim Abdullayev həyətə daş hasardan tullanaraq daxil olmuş və tövlənin dəmir qapısının keçəcəyini içəridən açmışdır. Bundan sonra təxminən 10-12 qoyunu qarşısına qatıb tövlədən çıxarmışdır. O da Rasimə kömək etmiş heyvanları avtomobilə tərəf gətirmişlər. Bundan sonra Elşən, o və Rasim hər birinə 2 qoyun tutub, avtomobilin yük yerinə 4 qoyun qoymuş, avtomobilin salonuna arxa sərnişin oturacaqlarının olduğu yerə isə 2 qoyun qoymuşlar. Digər qoyunları isə tövləyə tərəf yola salıb geri qayıtmışlar. Bundan sonra avtomobilə əyləşib yola düşmüşlər, lakin kəndə daxil olduqları istiqamətdən deyil, gəldikləri yolla düzünə hərəkət edərək kəndin ərazisini tərk edib Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə şatdıqdan sonra Zabrat qəsəbəsi yaxınlığında yerləşən “Məhəmmədi” adlanan heyvan bazarına getmişlər. Orada Elşən, o və Rasim qoyunların hər birini 200 manata tanımaqları şəxslərə satmaqla 1200 manat ümumi pul əldə etmişlər. Hər birinə 400 manat olmaqla pulu bölüşmüşlər. Verilmiş suallara əsasən Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq bildirmişdir ki, əvvəlcə oğurluq etmək niyyətində olmamışlar, sonradan Hacıqabul rayonun Sığırlı kəndinə çatdıqda pula ehtiyacları olduğu üçün Rasimin təklifi ilə oğurluq etməyi qərara alımışlar. Zərərçəkmiş şəxsə məxsus qoyunla mühafizə olunmuş tövlədə saxlanılmışdır, Rasim ilk öncə hasardan atlayaraq həyətə keçmiş, daha sonra töhlənin həyətə açılan qapısının cəftəsini içəridən açaraq qoyunları çölə buraxmışdır. Bu müddətdə Elşən çöldə onları gözləmişdir. Tövlədən təxminən 10-15 qoyun çıxarmalarına baxmayaraq, yalnız 6 ədəd heyvan avtomobilə yerləşdiyindən, hamısını deyil 6-sını aparıb 1200 manata satmışlar və əldə edilmiş vəsaiti üçü arasında bərabər şəkildə bölmüşlər. Çölə çıxardıqları digər qoyunları aqibəti barədə məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs1 taksi kimi fəaliyyət göstərməsi barədə məlumatı olmamış, ancaq qoyunların oğurlanmasında onun əsas rolu nəqliyyat vasitəsini idarə etmək olmuşdur. Hətta Bakı şəhərində Zabrat qəsəbəsində yerləşən bazarda qoyunları Təqsirləndirilən şəxs1la birlikdə satmışdır. Yəni Təqsirləndirilən şəxs1 həmin qoyunların oğurluq olması barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxs Atbulaq kəndində yerləşən yaşadığı evi isə təsadüfən seçmişlər və öncədən qoyunların sahibi barədə məlumatları olmamışdır. Təqsirləndirilən şəxs2 həmçinin son sözündə əməlindən səmimi peşman olmasını, ona qarşı irəli sürülmüş mülki iddia tələbini qismən qəbul etdiyini və mülki iddiaçıya dəymiş zərərdən onun payına düşən hissədə 1.050 (bir min əlli) manat pul vəsaiti ödəməsini, buna dair məhkəməyə təqdim etdiyi qəbzləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədə xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, ona məxsus “DAEWOO Centra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, həmin avtomobili icarəyə götürmüş və həmin avtomobil ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. X3 tanıyır. Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. Hadisə günü Təqsirləndirilən şəxs2 görmüşdür. Onlarla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Hadisə barədə bildirmişdir ki, 28 dekabr 2023-cü il tarixdə saat təxmini 17 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində avtomobilində olan müştərini düşürtdükdən sonra Rasim Abdullayev və Təqsirləndirilən şəxs2 onu görüb yaxınlaşmışlar. Rasim Abdullayevi əvvəldən həmyerlisi kimi qiyabi olaraq tanımışdır. Rasim Abdullayev ona onları Kürdəmir rayonuna aparmasını təklif etmişdir. O da onlara apara biləcəyini bildirmiş və əvəzində 70 manat taksi kimi xidmət haqqı istəmişdir. X7 60 manat pul verə biləcəyini bildirmiş və o da razılaşmışdır. Təqsirləndirilən şəxs2 avtomobilin ön sərnişin oturacağında Rasim Abdullayev isə arxa sərnişin oturacağında əyləşmiş və Kürdəmir rayonu istiqamətində hərəkətə başlamışlar. Saat təxminən 20 radələrində onlar Kürdəmir rayonu Əzimli kəndində Rasimin dediyi ünvana çatmışlar. Rasim ona bacısıgilə getdiyini və bacısının ona hindquşu verəcəyini avtomobildə bildirmişdir. O avtomobildə gözləmişdir. Rasim və Xidmət ünvana daxil olmuşdur. 10-15 dəqiqə keçdikdən sonra ünvandan səs-küy və mübahisə səsləri gəlmişdir. Bundan sonra Rasim Abdullayev və Təqsirləndirilən şəxs2 geri qayıdıb avtomobilə əyləşmişlər. Onlardan əliboş qayıtmalarının səbəbini soruşmuş, Rasim cavab olaraq bildirmişdir ki, yeznəsi hindquşunu verməkdən imtina etmişdir. Ona Bakı şəhərinə geriyə qayıtmaq istədiklərini bildirmişdirlər. O da Kürdəmir rayonunda dörd yol adlanan əraziyə sürüb bir qədər orada gözləyib ki, Bakı şəhərinə gedən sərnişin olsa götürüb elə yoluna davam etsin. Təxminən 20-30 dəqiqə orada gözləmiş, lakin sərnişin olmadığını görmüşdür. Bundan sonra Rasimgillə birlikdə Kürdəmir rayonu ərazisində kafedə oturub yemək yemiş və 29 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Kürdəmir rayonundan Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Yolda hərəkətdə olan zaman avtomobilə benzin vurmaq və mağazadan su, siqaret almaq üçün bir neçə dəfə yolda dayanmışdırlar. 29 dekabr 2023-cü il tarixdə saat təxmini 03 radələrində Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Rasim Abdullayev ona yolun sağ tərəfi istiqamətdə kəndin içinə tərəf avtomobili sürməyini bildirmişdir. O da Rasimdən səbəbin soruşanda girib fırlanıb çıxacaqlarını bildirmişdir. O da kəndin içinə tərəf avtomobili sürmüş və fırlanıb geri qayıdanda avtomobilini saxlamağını bildirmişdir. O da avtomobili Rasim Abdullayev dediyi yerdə saxlamış və onlar avtomobildən düşüb uzaqlaşmışlar. Təxmini 30-40 dəqiqədən sonra onlar geri qayıtmışlar və həmin vaxtı onlar qarşılarına qoyunları qatıb gətirirmişlər. O Rasimgildən həmin qoyunların nə olduğunu soruşanda ona avtomobilin baqajını açmağını bildirmişlər. O da avtomobilin baqajını açmış və qoyunlardan bir neçəsini dəqiq sayın bilməsə də təxmini 6-7 dənəsini tutub avtomobilinin yük yerinə qoymuşlar. Qalan qoyunları da geriyə gətirdikləri istiqamətdə qovalayıb geri qayıtmışlar. Bundan sonra avtomobilin yük yerini bağlamış və avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Rasim Abdullayev və Təqsirləndirilən şəxs2 ona bildiriblər ki, guya qohumlarının evidir və narahat olmasın. Lakin o gecə vaxtı onların bu hərəkəti etməsindən şübhələnmiş və onlara inanmadığını bildirmişdir. Bundan sonra Rasimgil oğurluq etdiklərini bildirmişlər. Dolayısı ilə qoyunları oğurluq olmasını sonradan bilmişdir. O Rasim Abdullayevin və Təqsirləndirilən şəxs2 qoyunları hardan oğurlamaqlarını dəqiq görməmişdir. Çünki o avtomobildə oturub Rasimgili gözləmişdir. Lakin həmin yerin Hacıqabul rayonu, Atbulaq kəndi olmasını bilir. Bakı şəhəri istiqamətdə hərəkətdə olan zaman Bakı şəhərinə çatmağa az qalmış avtomobili saxlamış və yük yerində olan qoyunlardan ikisini götürüb arxa sərnişin oturacaqlarının yanında yerləşən ayaq altına qoymuşlar ki, qoyunlar havasızlıqdan boğulmasınlar. Bundan sonra Bakı şəhərində Zabrat qəsəbəsi yaxınlığında yerləşən “Məhəmmədi” adlanan heyvan bazarına gemişlər. Saat təxminən 07 radələrində ora çatmışlar. Həmin qoyunlardan 3-nü onunla birlikdə cəmi 400 manata satmışlar. Həmin puldan ona 120-130 manat məbləğində pul vermişlər. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ilkin iclaslarda verdiyi ifadəsində təqsirini etiraf etməməsinə baxmayaraq, sonradan digər Təqsirləndirilən şəxs2 ilə birlikdə çarpaz suallar əsasında dindirildikdən sonra təqsirini etiraf etməklə qoyunların oğurlanmasında iştirak etməsini, əməlindən səmimi peşman olduğunu, lakin mülki iddia tələbini 3200 manat hissədə qəbul etmədiyini, yalnız onun payına düşən 120-130 manat hissədə mülki iddia tələbini qəbul etdiyini, buna baxmayaraq vurulmuş zərərdən 500 (beş yüz) manat ödəniş etdiyini bildirmişdir. O, son sözündə zərərçəkmiş şəxslə barışmasını və vurulmuş zərərdən qismən ödəniş etməsini nəzərə alaraq məhkəmədən ona yülgül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla yaşayır. O, şəxsi təsərrüfatında bir baş iri buynuzlu və 23 baş xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanları yaşadığı evin giriş qapısı darvazasının sol hissəsində yerləşən tövlədə saxlayır. 28 dekabr 2023-cü il tarixdə saat 21 radələrində həmin heyvanları tövləyə salıb tövlənin qapısını bağlamışdır. 29 dekabr 2023-cü il tarixdə saat 07:30-da həyətə düşən zaman tövlənin həyətə olan qapısının və tövlənin küçəyə olan qapılarının açıq olmasını görmüşdür. O, heyvanları saymış və məlum olub ki, 8 baş xırda buynuzlu heyvanları əskikdir. Heyvanları nə qədər axtarsa da, tapa bilməmiş və ona məlum olub ki, həmin heyvanlar oğurlanmışdır. Ona görə də bu barədə polisə müraciət etmişdir. Heyvanların hər biri təxminən 400 manat dəyərində olmuşdur. 8 baş xırdabuynuzlu heyvanların (qoyunların) oğurlanması nəticəsində ona 3200 manat maddi ziyan dəymişdir. Ona məxsus 1 baş xırdabuynuzlu heyvan olan qoyunların biri yerli cinsə aid, erkək cinsindən, 2 yaşlı, diri çəkisi təxmini 40 kiloqram olan qoç idi və digər 6 qoyunlar isə dişi cinsindən, yerli cinsə aid, 2 yaşlı, sarımtıl və qırmızı rəngli və təxmini 35 kiloqram idi. Digər bir baş dişi cinsli qoyun isə yerli cinsə aid, 1 yaşlı ağ rəngli və təxmini 35 kiloqram idi. Dişi heyvanlardan 4 ədədi boğaz olmuşdur. Həmin qoyunların oğurlanması nəticəsində ona ümumilikdə təxminən 3200 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı gedişatında iş üzrə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək, oğurluq faktı nəticəsində ona dəymiş 3200 manat zərərdən 1050 (bir min əlli) manat hissəsinin Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsi nəzərə alınaraq, qalan 2150 (iki min yüz əlli) manat pul vəsaitinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mülki iddia ərizəsi icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə mülki cavabdeh qismində tanınmışlar. Daha sonra məhkəmə baxışı gedişatında xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qəbz və ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərərdən 500 (beş yüz) manat pul vəsaitinin ödənilməsini, hazırkı təqsirləndirilən şəxslərlə barışmasını və mülki iddia tələbini ödənişlər nəzərə alınmaqla 1650 (bir min altı yüz əlli) manat hissədə müdafiə etdiyini bildirmişdir. O, həmçinin müraciətində göstərilən hallar nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan müəyyən edilir ki, hazırkı oğurluq hadisənin iştirakçısı olması ehtimal olunan X5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi materialları ayrılmış və barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları özlərinin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: Hacıqabul RPŞ-nin NH-nın məsul növbətçisi Səhhət Nadirov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan müəyyən edilir ki, Hacıqabul rayonu Atbulaq kəndi sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12:13-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, yaşadığı evin tövləsindən 8 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs müraciətinə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Atbulaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həyətyanı sahədə yerləşən tövlə hasarla və dəmir qapı ilə mühafizə edilmiş vəziyyətdədir. Həm həyətyanı sahədən, həm də çöl tərəfdən tövləyə giriş-çıxış qapısı dəmir materialdan olmaqla içəridən açılıb-bağlanır. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. Fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanların saxlanıldığı tövlənin daxilini göstərir və izahatında hadisə vaxtı tövlənin dəmir qapısının bağlı vəziyyətdə olmasını bildirir. Fotoşəkillərdən görünür ki, tövlə saxlanc yerinin xüsusiyyətlərinə uyğun gəlir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 dekabr 2023-cü il tarixində saat 3 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəsinin yanında avtomobili saxladığı ərazini və ifadəsində göstərilən digər xüsusatları yerində göstərərək təsdiq edir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və içində Təqsirləndirilən şəxs2 göstərdiyi hadisə yerinin audio-video yazısı olan 1 ədəd CD disk məhkəmə iclası zamanı tədqiq olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərilən xüsusatları hadisə yerində dəqiqliklə göstərməklə təsdiq etmişdir. Həmçinin video görüntü tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinin hadisə vaxtı saxlanılma vəziyyəti onu deməyə əsas verir ki, o, digər şəxslər, yəni Təqsirləndirilən şəxs2 tərəfindən həyətyanı sahəyə hansı qaydada daxil olması və xırdabuynuzlu heyvanların hansı qaydada tövlədən çıxarılıb nəqliyyat vasitəsinə doğru gətirilməsini mövcud araməsafədən görmək üçün kifayət qədər imkanı olmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyətin aradan qaldırılması ilə bağlı onlar arasında aparılmış xx.xx.2024-cü il tarixli üzləşdimə istintaq hərəkətinin protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ilkin olaraq oğurluq hadisəsində bilavasitə iştirak etməməsi və oğurluq faktı barədə sonradan məlumatlı olmasına dair ifadəsini özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirərək inandırıcı hesab etmir və onun bu məlumatı sübut olaraq qəbul edilə bilməz. Belə ki, məhkəmə gedişatında o, digər təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ilə çarpaz dindirilən zaman təqsirini etiraf etmiş və iş üzrə toplanmış digər sübutlarla da onun hazırkı əmələ görə təqsirinin olması tam sübuta yetirilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1097 saylı rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 2430,00 manat müəyyən edilir. O cümlədən, Zərərçəkmiş şəxs məxsus – 1 baş yerli, erkək cinsindən 2 yaşlı, diri çəkisi təxmini 40 kq olan qoç 300 manat, 4 baş yerli, dişi cinsindən 2 yaşlı, sarımtıl və qırmızı rəngli, boğaz, diriçəkisi təxmini 35kq olan qoyunun 1 baş 320 manat olmaqla, cəmi 1280 manat, 2 baş yerli, dişi cinsindən 2 yaşlı, sarımtıl və qırmızı rəngli, diri çəkisi təxmini 35 kq olan qoyun 1 baş 280 manat olmaqla, cəmi 560 manat, 1 baş yerli, dişi cinsindən 1 yaşlı, ağ rəngli, diri çəkisi təxmini 35 kq olan qoyun 290 manat dəyərində olmaqla, ümumilikdə 2430 manat müəyyən qiymətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs münasibətdə oğurlanmış əmlakın dəyəri ekspert rəyində 2430 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 3200 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən təqdim edilən 3200 manat məbləğindəki dəyər, yalnız həmin xırdabuynuzlu heyvanların bazar qiymətindən ibarət olmayıb, həmçinin onların təsərrüfatdakı rolu, gəlir gətirici potensialı və həmin heyvanların təsərrüfat fəaliyyətinə vurduğu ümumi təsir nəzərə alınaraq müəyyən edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin təqdim etdiyi qiymətin, müvafiq hüquqi təhlil və hərtərəfli qiymətləndirmə əsasında daha real və adekvat olduğunu, yəni onun iqtisadi ziyanını daha dəqiq əks etdirdiyini müəyyən etmişdir. Beləliklə, məhkəmə, ekspertizanın rəyini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxsin təqdim etdiyi dəyərin ziyanın tam həcmində düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə həmin məbləğ əsas götürməlidir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Eyni zamanda “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Plenum Qərarının 10-cü bəndinə görə özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. 11-ci bəndə görə isaə CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Plenum Qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Plenum Qərarının 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Plenum Qərarının 21-ci bəndinə görə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Plenum Qərarının 18-ci bəndinə görə əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Beləliklə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla, oğurluq cinayət əməlini törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hazırkı işin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanışları X5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində olan və mühafizə olunan tövləyə daxil olmaqla xırdabuynuzlu heyvanları gizli yolla talamışlar. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, cəzanın məqsədindən bəhs edən həmin Məcəllənin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” qərar və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı məhdudlaşdırıldığı vaxtdan, yəni 31 yanvar 2024-cü il, saat 16:30-dan hesablanmışdır. 02 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra 02 fevral 2024-cü il tarixli digər qərarla Hacıqabul RPŞ-nin müvəqqəti saxlama yerindən həmin gün saat 15:10-da azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 03 mart 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsinə dair” qərarla cinayət işi üzrə əməl CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs1 həmin maddələrlə yeni məzmunda ittiham elan edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-69/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair 16 fevral 2024-cü il tarixdə verilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və arayışa əsasən müəyyən edilir ki, Zamanov X6 şəhəri, A.Səhhət küçəsi ev 26-da qeydiyyatdadır, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur, evlidir və himayəsində azyaşlı uşaqları vardır. Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 X8 ilə evlidir, xx.xx.2010-cu il təvvəllüdlü X11 və xx.xx.2009-cu il təvvəllüdlü X10 adlı övladları vardır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli yazılı qəbz və ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona cinayət əməli nəticəsində dəymiş 3200 manat zərərdən, 500 (beş yüz) manat ödəniş edilmişdir. Həmçinin o, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” qərar və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı məhdudlaşdırıldığı vaxtdan, yəni 01 mart 2024-cü il, saat 20:45-dən hesablanmışdır. 03 mart 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsinə dair” qərarla cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs2 həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra 03 mart 2024-cü il tarixli digər qərarla o, Hacıqabul RPŞ-nin müvəqqəti saxlama yerindən həmin tarixdə saat 18:45-də azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-69/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair 16 fevral 2024-cü il tarixdə verilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli xasiyyətnamə və arayışa əsasən Təqsirləndirilən şəxs2 Kürdəmir rayonu, Sığırlı qeydiyyatdadır, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur, evlidir və himayəsində azyaşlı uşaqları vardır. Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 X9 ilə olan nikahdan xx.xx.2011-ci il təvvəllüdlü Səfərova Günay Xidmət qızı və xx.xx.2013-cü il təvvəllüdlü Səfərova Nuray Xidmət qızı və xx.xx.2016-cı il təvvəllüdlü Səfərov Əli Xidmət oğlu adlı övladları vardır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli yazılı ərizədən, eyni zamanda xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona cinayət əməli nəticəsində dəymiş 3200 manat zərərdən, iki dəfəyə 600 manat və 450 manat olmaqla, cəmi 1050 (bir min əlli) manat ödəniş edilmişdir. Həmçinin o, zərərçəkmiş şəxslə barışmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlini etiraf edib səmimi peşman olmalarını, evli olmalarını himayələrində azyaşlı övladlarının olmasını, əvvəllər məhkumluqlarının olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, həmçinin zərərçəkmiş şəxslə barışmaqla vurulmuş zərəri qismən ödəmələrini onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitlərinə təsiri nəzərə alınmalı və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və onlara həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək, tutulduğu 2 (iki) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək, tutulduğu 2 (iki) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə faktiki olaraq yaşadığı Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onların yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəyə əsasən zzadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəyə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 hər birinə ayrı-ayrılıqda məhkəmədə iştirak etdikləri 25 (iyirmi beş) saata görə 150 (yüz əlli) manat, Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Bununla yanaşı, məhkəmə iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia tələbini cinayət işi üzrə topalanmış sübutlar əsasında araşdırıb hesab edir ki, mülki iddia əsasli olmaqla təmin edilməlidir. Belə ki, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində təqsirləndirilən şəxslərə (mülki cavabdehlərə) qarşı mülki iddia ərizəsi verərək, cinayət işi üzrə ona dəymiş maddi zərər kimi 3200 (üç min iki yüz) manat məbləğdən 1050 (bir min əlli) manat pulun Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilməsi nəzərə alınmaqla və maddi zərərdən ödənilməmiş qalan 2150 (iki min yüz əlli) manat pulun cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə baxışı zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təkrar ərizə ilə məhkəməyə müraciət edərək, maddi zərərdən ödənilməmiş qalan 2150 (iki min yüz əlli) manat pulun 500 (beş yüz) manatının cinayət işi üzrə Təqsirləndirilən şəxs1 tərəfindən ona ödənildiyini qeyd etmişdir. Əlavə olaraq, mülki iddianı dəqiqləşdirmə ərizəsi verərək, cinayət işi üzrə ona dəymiş maddi zərər kimi maddi zərərdən ödənilməmiş qalan 1650 (bir min altı yüz əlli) manat pulun cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2-ci maddətyə əsasən Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş maddi zərər kimi 3200 (üç min iki yüz) manat məbləğdən 1050 (bir min əlli) manat pulun Təqsirləndirilən şəxs2 və 500 (beş yüz) manat pulun Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyi nəzərə alınmaqla, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 maddi zərərdən ödənilməmiş qalan 1650 (bir min altı yüz əlli) manat pul vəsaiti müştərək qaydada tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək, tutulduğu 2 (iki) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək, tutulduğu 2 (iki) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia tələbi təmin edilsin. Təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 1650 (bir min altı yüz əlli) manat pul vəsaiti müştərək qaydada tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 25 (iyirmi beş) saata görə 150 (yüz əlli) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 25 (iyirmi beş) saata görə 150 (yüz əlli) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-69/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-69/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver