Məhkəmə qərarları › İş №1(071)-7/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-7/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-7/2022 26.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Sabirabad rayonu Poladtoğay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMCdə fəhlə işləmiş, məhkumluğu olmayan, Sabirabad rayonu Poladtoğay kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1, 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri əkib, yetişdirməklə kultivasiya etmək qərarına gələrək, bu məqsədlə təxminən 2021-ci ilin aprel ayında yaşadığı Sabirabad rayonu Poladtoğay kəndində yerdən tapdığı çətənə bitkisinin toxumlarını həmin vaxt fəhlə işlədiyi "xxxx" MMC-yə gətirib Şirkətin qanuni mülkiyyətində olan, həmin şirkətə məxsus 5 saylı cücə sexinin arxasındakı torpaq sahəsində, qanunsuz olaraq 08 ədəd olmaqla xeyli miqdar təşkil edən tərkibində narkotik maddələr olan və əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini əkib, onlara aqrotexniki qaydada qulluq göstərib becərməklə, yetişdirməklə, hissələrini toplamaqla kultivasiya etmiş, 11.09.2021-ci il tarixdə saat 09:30-da Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən ümumilikdə 08 ədəd olan həmin bitki kolları onun işlədiyi Şirkətin həyətyanı torpaq sahəsində sexin arxasından aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında yaşadığı Sabirabad rayonu Poladtoğay kəndində yerdən tapdığı çətənə bitkisinin toxumlarını həmin vaxt fəhlə işlədiyi "xxxx" MMC-yə gətirib Şirkətin qanuni mülkiyyətində olan, həmin şirkətə məxsus 5 saylı cücə sexinin arxasındakı torpaq sahəsində, qanunsuz olaraq 08 ədəd olmaqla xeyli miqdar təşkil edən tərkibində narkotik maddələr olan və əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini əkib, onlara aqrotexniki qaydada qulluq göstərib becərməklə, yetişdirməklə, hissələrini toplamaqla kultivasiya etdiyi həmin bitkilərin yarpaqlarını, hissələrini toplayıb qurutmaqla satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd sellofan torbada olan 01 ədəd şüşə qabın içərisində təmiz çəkisi 170 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, əlində olan 01 ədəd sellofan torbada 01 ədəd şüşə qabın içərisində daşıyaraq saxlamış, 10.09.2021-ci il tarixdə saat 17 radələrində "xxxx" MMC-nin 1 saylı mühafizə postunda iş vaxtının sonunda işdən çıxıb gedən işçilərin yoxlanışı zamanı üzərinə və əl çantasına mühafizəçi Şahid3 Firdovsi oğlu tərəfindən baxış keçirilən zaman əl çantasında 1 ədəd şüşə balonda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş və 10.09.2021-ci il tarixdə saat 19 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən işlədiyi "xxxx" MMC-də saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd edilən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Sabirabad rayonu Poladtoğay kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin aprel ayında yaşadığı kənddə küçədə yerdən 1 ədəd kibrit qutusunda 08 ədəd narkotik tərkibli çətənə tumlarını tapmışdır. O, çətənə tumlarını gətirib işlədiyi "xxxx" MMC-yə gətirib Şirkətə məxsus 5 saylı cücə sexinin arxasındakı torpaq sahəsində əkmişdir. 08 ədəd çətənə bitkilərini əkib, onlara aqrotexniki qaydada qulluq göstərib becərməklə, yetişdirmişdir. Sonra həmin bitkilərin yarpaqlarını, hissələrini toplayıb qurutmaqla satış məqsədi olmadan, özü istifadə etmək üçün 01 ədəd sellofan torbada olan 01 ədəd şüşə qabın içərisində təmiz çəkisi 170 qram narkotik vasitə olan qurudulmuş marixuananı 10.09.2021-ci il tarixdə saat 17 radələrində "xxxx" MMC-nin 1 saylı mühafizə postunda işdən çıxıb gedən zaman üzərinə və əl çantasına mühafizəçi Şahid3 Firdovsi oğlu tərəfindən baxış keçirilmişdir. Bu vaxt əl çantasında 1 ədəd şüşə balonda içərisində saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Polisə məlumat verilmiş və 10.09.2021-ci il tarixdə saat 19 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən işlədiyi "xxxx" MMC-də saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra iştirakçıların, müdafiəçinin, aqronomun və onun özünün iştirakı ilə foto çəkilişdən istifadə edilməklə "xxxx" MMCnin həyətyanı sahəsinə işlədiyi sexin arxasına baxış keçirilən zaman orada əkib becərdiyi 8 ədəd narkotik tərkibli çətənə kollan aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən onun və orada olan şəxslərin iştirakları ilə həmin kollar sayılmış, kolların 8 ədəd olduğu müəyyən olunandan sonra ekspertizaya göndərilməsi üçün paketdə qablaşdırılaraq möhürlənmişdir. Şirkətin ərazisində çətənə kolları əkməsini heç kim bilməmişdir. O, özünü narkotik vasitənin əkliməsində və istifadəsində günahkar hesab edir. Lakin şirkətə məxsus torpaq sahəsini zəbt etməkdə özünü təqsirli bilmir. Çünki, o, "xxxx" MMC-də işləyir və onun Şirkətin ərazisində gəzməsinə hər hansı bir məhdudiyyət qoyulmamışdır. O, çətənə bitkilərini əkdiyi yeri hasarlamamış, həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmamışdır. Bu səbəbdən özünü Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilmir. Törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin Nümayəndə məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, "xxxx" MMC-də hüquqşünas işləyir. 10.09.2021-ci il tarixdə saat 17 radələrində şirkətdə fəhlə işləyən Təqsirləndirilən şəxs üzərində narkotik maddə ilə işdən çıxıb evə gedən zaman Şirkətin qapısında mühafizə postunda mühafizəçilər tərəfindən saxlanılmasını eşitmişdir. Şirkətin hüquqşünası olaraq dərhal həmin mühafizə postuna getmişdir. Mühafizəçi Şahid3 ona bildirmişdir ki, işdən çıxarkən mühafizə postunda Təqsirləndirilən şəxs əlində olan sellofan torbadakı şüşə qabın içərisində qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Şirkətin rəhbərliyi Sahibin üzərindən narkotik maddə aşkar olunması ilə bağlı Hacıqabul RPŞ-yə müraciət etmişdir. O, torbanın içərisini açıb baxan zaman torbada bir ədəd şüşə qabın olmasını və həmin qabda qurudulmuş otun, bitkinin olmasını görmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkinin adi ot olmasını bildirmişdir. Lakin o, bitkinin qurudulmuş marixuana olmasından şübhələnmiş və özü də dərhal Şirkətin rəhbərliyinə məruzə etmişdir. O, özü narkotik vasitələrdən istifadə etməsə də, həmin bitkinin qurudulmuş marixuana olmasım başa düşüb Şirkətin rəhbərliyinə bu barədə məlumat vermişdir. Daha sonra Şirkətin əməkdaşları oraya gəlmişlər, o, hadisəni olduğu kimi onlara danışmış, Şirkətin rəhbərliyi həmin faktla bağlı Hacıqabul RPŞ-yə məlumat vermişlər. Bir qədər sonra şirkətə polis əməkdaşları gəlmişlər. Polislər Sahib barəsində müvafiq sənədləşmə işləri aparmışlar. Həmin vaxt Sahibin şirkət ərazisində 5 saylı cücə sexinin arxasında çətənə kolları əkməsi, həmin kolların yarpaqlarını yığıb qurudaraq qurudulmuş marixuana əldə etməsi məlum olmuşdur. O, Sahibin Şirkətin ərazisində çətənə kollan əkməsindən xəbərsiz olmuşdur. Sahibin orada çətənə kolları əkməsini heç kim bilməmiş və Sahib bu barədə heç kimə heç nə deməmişdir. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 10.09.2021-ci il tarixdə Sabirabad rayonu Poladtoğay kəndində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə "xxxx" MMC-dən Hacıqabul RPŞ-yə müraciət daxil olmuşdur. Məlumatın yoxlanılması barədə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə "xxxx" MMC-yə getmişlər. Təqsirləndirilən şəxs 10.09.2021-ci il tarixdə saat 20 radələrində "xxxx" MMC-də saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin edildikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvləri və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Sahibdən üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində bir ədəd şüşə qabın olmasını və həmin şüşə qabda qurudulmuş marixuananın olmasını bildirərək, həmin sellofan torbanı açmış, torbanın içərisindən bir ədəd şüşə qab aşkar olunmuş və həmin şüşə qabın içərisində qurudulmuş marixuanaya bənzər narkotik maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı işlədiyi "xxxx" MMC-nin həyətində əkdiyi çətənə bitkisinin kollarından, yarpaqlarından yığıb qurutduğunu və marixuana əldə etdiyini, özü istifadə etmək üçün üzərində saxladığını və satmaq fikri olmadığını bildirmişdir. Həmin qurudulmuş marixuanaya bənzər maddə ekspertizaya göndərilmək üçün qablaşdırılmış və RPŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o, həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs ilə aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs fəhlə işlədiyi "xxxx" MMC-nin həyətində cücə sexinin arxasında çətənə kollan əkdiyini bildirmişdir. Bundan sonra 11.09.2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-yə aqronom Şahid4 dəvət edilmiş və təhqiqatçı Natiq Ağayev, Müdafiəçi və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs fəhlə işlədiyi "xxxx" MMC-nin həyətinə getmişlər, orada Təqsirləndirilən şəxs 5 saylı cücə sexinin arxa sahəsində ağacların və kolların arasında, tut ağacının altında əkib qulluq etdiyi və gizlətdiyi özünə məxsus olan 08 ədəd çətənə kollarını göstərmişdir. Həmin çətənə kolları onlar tərəfindən kökündən çıxarılaraq sayıldıqda 08 ədəd olması müəyyən edilmiş və aqronom tərəfindən baxış keçirilərək bu barədə rəy yazılmış, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi aqronom tərəfindən bildirilmişdir. Bundan sonra həmin çətənə kolları onlar tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş və bu barədə təhqiqatçı Natiq Ağayev tərəfindən protokol tərtib edildikdən sonra o, protokolu imzalamışdır. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 10.09.2021-ci il tarixdə saat 20:30-da tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun üzərindən, yəni əlində olan 01 ədəd sellofan torbanın içərisində 01 ədəd şüşə qabın içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Cinayət işində olan 11.09.2021-ci il tarixdə saat 09:30-da tərtib edilmiş baxış və götürmə protokolundan görünür ki, 11.09.2021-ci il tarixdə saat 09:30-da mütəxəssis, aqronom Hacıqabul rayonu DAİM-də bitçilik sektorunun baş məsləhətçisi işləyən Şahid4, polis əməkdaşlarının, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-nin ərazisində yerləşən və həmin MMC-yə məxsus 5 saylı cücə sexinin arxa sahəsində kolluqların arasında əkib-becərdiyi, aqrotexniki qaydada qulluq edilmiş 08 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt foto çəkiliş çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs 11.09.2021-ci il tarixdə saat 09:30-da işlədiyi Şirkətin ərazisində əkdiyi çətənə kollarına baxış keçirilməsi və götürmə aparılması ilə əlaqədar narkotik tərkibli çətənə kollarının aşkar olunmasını özündə əks etdirən fotolar iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 11.09.2021-ci il tarixli 18/987 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, 1) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs əkib becərdiyi 8 ədəd çətənə kolları...” sözləri və imzalar olan sintetik torbanı açdıqda 08 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 600 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. 2) Tədqiqata təqdim olunmuş üzərində: "... Təqsirləndirilən şəxs üzərindən..." sözləri və imzalar olan polietilen torbam açdıqda 01 ədəd şüşə bankanın içərisində təmiz çəkisi 170 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İş v. 36-39). Aqronom (mütəxəssis) - Hacıqabul rayonu DAİM-də bitçilik sektorunun baş məsləhətçisi işləyən Şahid4 11.09.2021-ci il tarixli rəyinə əsasən 08 ədəd yaş vəziyyətdə bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinə xüsusiaqrotexniki qaydada qulluq göstərilmişdir. (İş v.29-30). Məhkəmə qeyd etməyi vacib hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrinin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarının İ siyahının 19-cu sıra altında marixuana şəxsi istehlak miqdarından artıq miqdar 5 qram, külli miqdar isə 500 qram hesab olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 17.09.2021-ci il tarixli 3496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş v. 106-107). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 15.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Fizuli Qarnizonu Hərbi Tribunalının 01.09.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 243-cü maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.12.1995-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 27.12.1995-ci il tarixli 425 saylı əfv fərmanına əsasən azad edilmişdir. (İş v. 85-86). Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs oğlunun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs fəhlə işlədiyi "xxxx" MMC-nin həyətində 5 saylı cücə sexinin arxasındakı torpaq sahəsində, qanunsuz olaraq 08 ədəd olmaqla xeyli miqdar təşkil edən (08 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 600 qram) tərkibində narkotik maddələr olan və əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini əkib, onlara aqrotexniki qaydada qulluq göstərib becərmə, yetişdirmə (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayətini, daha sonra hissələrini toplamaqla kultivasiya etdiyi həmin bitkilərin yarpaqlarını, hissələrini toplayıb qurutmaqla satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 170 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş ittiham səhv ittiham kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilməlidir. Çünki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması halı məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs fəhlə işlədiyi "xxxx" MMC-nin həyətində yerləşən 5 saylı cücə sexinin arxasındakı torpaq sahəsi işçilərin ümumi istifadəsində olmaqla, Təqsirləndirilən şəxs da işçi kimi həmin əraziyə girişinə hər hansı bir qadağa olmamış, Təqsirləndirilən şəxs torpaq sahəsini özbaşına hasarlamamış, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmamışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiha səhv ittiham hesab edilir və hökm çıxarılarkən ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, məhkumluğu olmayan şəxs hesab edilməsini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 10.09.2021-ci il tarixdən 12.09.2021-ci il tarixə kimi olan 02 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli 26.01.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 169,98 qram olan qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-nin ərazisində yerləşən 5 saylı cücə sexinin arxa sahəsində kolluqların arasından əkib-becərdiyi və aqrotexniki qaydada qulluq etdiyi 08 ədəd olmaqla, qalıq çəkisi cəmi 599,84 qram olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş ittiham səhv ittiham kimi qiymətləndirilsin və Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 10.09.2021-ci il tarixdən 12.09.2021-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli 26.01.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 169,98 qram olan qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-nin ərazisində yerləşən 5 saylı cücə sexinin arxa sahəsində kolluqların arasından əkib-becərdiyi və aqrotexniki qaydada qulluq etdiyi 08 ədəd olmaqla, qalıq çəkisi cəmi 599,84 qram olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar