Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-70/2022 04.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1992-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri N.Nərimanov küçəsi ev 1 mənzil 24-də daimi qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi; xx.xx.1978-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şirvan şəhəri E.Əzimov küçəsi dalan 8 ev 2-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq heç bir pul vəsaiti və ya maddi nemətlər vermədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla ümumi təmiz çəkisi 0,511 qram olan narkotik vasitə hesab edilən heroini 01 ədəd kağız bükümündə qablaşdırılmış halda əynində olan boz rəngli şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul- Şirvan yolunda yerləşən körpünün yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarında artıq miqdarda olmaqla ümumi təmiz çəkisi 0,762 qram olan narkotik vasitə olan heroinin 0,511 qram çəkidə olan hissəsini heç bir qazanc əldə etmədən və mənfəət güdmədən tanışı Təqsirləndirilən şəxs1 vermiş, heroinin qalan 01 ədəd kağız kəsiyi bükümündə 0,251 qram çəkidə olan hissəsini isə əynində olan boz rəngli şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhərində yerləşən körpünün yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd olunan narkotik maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2002-ci ildən narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. 02 mart 2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanda öz yaşadığı evdə olan zaman tanışı Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. Fəxriyə öz yaşadığı evdə olduğunu bildirmişdir. Fəxri onun yaşadığı evə gələcəyini demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Fəxri onun yaşadığı evə gəlmişdir. Onlar Fəxri ilə birlikdə narkotik vasitə heroin qəbul etmişlər. Sonra isə Fəxri ona sonradan istifadə etmək üçün 1 ədəd kağız bükümdə narkotik vasitə heroini pay vermişdir. Həmin 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroini sonradan istifadə etmək üçün əynində olan boz rəngli şalvarın qabaq sağ cibinə qoymuşdur. 02 mart 2022-ci il tarixdə işi ilə əlaqədar Hacıqabul rayonuna gəlmişdir. Həmin günü yəni, 02 mart 2022-ci il tarixdə saat 20 radələrində Hacıqabul rayonu ərazisində Hacıqabul-Şirvan yolunda körpünün altında olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan boz rəngli şalvarın qabaq sağ cibində gizlətdiyi 1 ədəd kağız bükümü təqdim edərək həmin 1 ədəd kağız bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitə heroin ona məxsusdur, həmin narkotik vasitə heroini istifadə etmək üçün 02 mart 2022-ci il tarixdə saat 12 radələrində Şirvan şəhərində yaşadığı evdə tanışı Şirvan şəhər sakini Fəxri ona pay vermişdir. Fəxri narkotik vasitə heroini ona verdikdə o, əvəzində heç bir şey verməmişdir. Fəxridən pulsuz bir neçə dəfə narkotik vasitə pay almışdır. O, narkotik vasitə qəbul etsə də, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmur. Törətdiyi cinayət əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2014-cü ildən narkotik vasitə heroindən istifadə edir. 02 mart 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərində “Köhnə” şəhər adlanan yerdə küçədən 1 ədəd kağız bükümündə narkotik vasitə olan heroin tapmışdır. Heroini istifadə etmək məqsədilə əynində olan boz rəngli şalvarın qabaq sağ cibində qoymuşdur. Həmin günü yəni, 02 mart 2022-ci il tarixdə saat 12 radələrində istifadəsində olan ***-***-**-** saylı nömrəli telefonla tanışı Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edib harada olduğunu soruşmuşdur. İlham ona öz yaşadığı evdə olduğunu demişdir. İlhamın yaşadığı evə getmişdir. O, tapdığı heroinin bir hissəsini İlhamla birlikdə istifadə etmişdir. Qalan heroini iki yerə bölüb bir hissəsini istifadə etmək üçün İlhama pay vermiş, qalan hissəsini sonradan istifadə etmək üçün 1 ədəd kağız bükümdə əynində olan boz rəngli şalvarın qabaq sağ cibinə qoymuşdur. 02 mart 2022-ci il tarixdə Hacıqabul şəhərində olan zaman Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin verməkdə və üzərində narkotik vasitə daşımaqda şübhəli olduğundan onu Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan boz rəngli şalvarın qabaq sağ cibində saxladığı 1 ədəd kağız bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroin ona məxsusdur, həmin narkotik vasitə heroini 02 mart 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərində “Köhnə şəhərdə” yerdən tapdığını, bir hissəsini Təqsirləndirilən şəxs1 istifadə etmək üçün pay verdiyini bildirmişdir. O, narkotik vasitə qəbul etsə də, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmur. Törətdiyi cinayət əməlindən peşmandır. Ayağında çürümə gedir, 2-ci qrup əlildir, “Respublika Narkoliji Mərkəzi” PHŞ-də əvəzedici terapiya proqramında iştirak edir və narkomaniyadan müalicə alır. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyir. 02 mart 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması ilə məşğul olur. O, məlumatın yoxlanılması məqsədilə təxirəsalınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Daha sonra həmin qərarın icra olunması ilə bağlı ondan və CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra adı göstərilən şəxslə birlikdə saat 20 radələrində məlumatın yoxlanılması məqsədilə Hacıqabul-Şirvan yolunda yerləşən körpünün yanına getmişlər. Həmin ərazidə olarkən Təqsirləndirilən şəxs1 görmüşlər və sonuncu barəsində məlumat daxil olduğu üçün yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu bildirərək, Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də etiraz etməyib onlarla birlikdə Hacıqabul rayon polis şöbəsinə gəlmişdir. Hacıqabul rayon polis şöbəsində olarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının qabaq sağ cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə heroindir və heroini tanışı Təqsirləndirilən şəxs2 ona pay vermişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdə olan heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Bütün iştirakçılar protokola imza etmişlər. Elə həmin gün icraatına baş təhqiqatçının Fəxri adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və təhqiqata gətirilməsi ilə bağlı verilmiş tapşırıq əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Fəxri adlı şəxsin Şirvan şəhəri N.Nərimanov küçəsi ev 1 mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Həmin gün saat 22 radələrində Hacıqabul şəhəri ərazisində Bakı dairəsi adlanan ərazidə Təqsirləndirilən şəxs2 saxlayaraq Hacıqabul RPŞ-yə gətirmişlər. Hacıqabul rayon Polis şöbəsində olarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının qabaq sağ cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu, onu yerdən tapdığını, heroinin bir hissəsini tanışı Təqsirləndirilən şəxs1 pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümdə olan heroinə bənzər maddə qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Bütün iştirakçılar həmin protokola imza etmişlər. Şahid2 məhkəmə iclasında Şahid1 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Şəxsi axtarış və götürmə barədə 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının qabaq sağ cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının qabaq sağ cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2022-ci il tarixli 18/272 nömrəli ekspert rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,511 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,251 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunmuş 02 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1845 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 178-179) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2122 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 180-181) Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki Təqsirləndirilən şəxs1 əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(032)-188/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 01 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş şəxsi istehlak miqdarında artıq miqdarda olmaqla, ümumi təmiz çəkisi 0,762 qram olan narkotik vasitə hesab edilən heroini əldə edib saxlaması və heroinin 0,511 qram hissəsini mənfəət güdmədən tanışı Təqsirləndirilən şəxs1 verməsi, heroinin qalan 01 ədəd kağız kəsiyi bükümündə 0,251 qram çəkidə olan hissəsini isə özündə saxlaması, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq heç bir pul vəsaiti və ya maddi nemətlər vermədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla ümumi təmiz çəkisi 0,511 qram olan narkotik vasitə hesab edilən heroini 01 ədəd kağız bükümündə qablaşdırılmış halda özündə saxlamaqla daşıma cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF Publik Hüquqi şəxsin 1 saylı X3 (Şirvan, Hacıqabul) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********0 nömrəli arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə qədər ümumi səbəbdən ikinci dərəcəli əlilliyə görə 180 manat sosial müavinət alır. Əsas 418986 nömrəli müavinət işi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və səhətlərinin, habelə narkomanlıq xəstəliyinə duçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 ikinci qrup əlil olması ilə əlaqədar olaraq, ona nakomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, öhdəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.1ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 02 bükümdə 0,201 qram və 0,461 qram, cəmi çəkisi 0,662 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 02 bükümdə 0,201 qram və 0,461 qram, cəmi çəkisi 0,662 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Şirvan Regional Vəkil Bürosunun vəkil X4 məhkəmə baxışı zamanı iştirak etdiyi 21 saata görə 126 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №1(071)-70/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-70/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver