Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-70/2023 03.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu götürülmüş, Hacıqabul şəhəri X11 ev 2, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1985-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, satış məqsədi olmadan məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,166 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd kağız kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan qara rəngli gödəkcənin sağ cibində daşıyaraq saxlamış, 23 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Həmidov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 24 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Hacıqabul şəhəri, H.Həmidov küçəsində satış məqsədi olmadan, istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 3 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,169 qram, 0,223 qram, 0,095 qram, ümumi təmiz çəkisi 0,487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynində olan şalvarının sağ cibində daşıyaraq saxlamış, 24 mart 2023-cü il tarixdə saat 20:30 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan 3 ədəd bükümdə, ümumi çəkisi 0,487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, satış məqsədi olmadan məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,319 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitə olan heroinin 0,487 qramını tanıdığı Təqsirləndirilən şəxs1 təmənnasız mənfəət əldə etmədən vermiş, qalan 0,832 qramını isə əynində olan tünd göy rəngli şalvarın sağ cibində 1 ədəd bükümdə saxlamış, 24 mart 2023-cü il tarixdə saat 23:30 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, H.Həmidov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin 1 ədəd bükümdə ondan aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 23 yanvar 2023-cü il tarixdə səhər saatlarında Hacıqabul şəhərində H.Həmidov küçəsində piyada gedərkən yerdə 1 ədəd büküm görüb götürmüş, içərisinə baxdıqda heroin olduğunu görmüşdür. İstifadə etmək məqsədi ilə həmin bükümü cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində H.Həmidov küçəsində piyada gedərkən polis əməkdaşları ona yaxınlaşaraq onu Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Polis Şöbəsində üzərində şəxsi axtarış və götürmə aparılan zaman o, gödəkcəsinin qabaq sağ cibindən bir ədəd bükümdə heroini təqdim etmişdir. Bundan başqa, 24 mart 2023-cü il tarixdə saat 20:15 radələrində Hacıqabul şəhərində H.Həmidov küçəsində tanıdığı və əvvəldən münasibəti olan Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. O, Vüsalla görüşmüş və söhbət əsnasında Vüsala özünü pis hiss etdiyini, narkotik vasitə qəbul etməməsi səbəbindən ağrılarının olduğunu bildirmişdir. Vüsal ona özündə heroinin olduğunu bildirib ona ağrılarının aradan qalxması üçün verə biləcəyini demişdir. Sonra Vüsal bir qədər kənara çəkildikdən sonra geri qayıdıb ona bir ədəd kağız bükümdə heroini təmənnasız vermişdir. O, Vüsala minnətdarlığını bildirib yaşadığı evə tərəf getmişdir. Vüsalın ona verdiyi bir bükümü üç hissəyə bölüb cibinə qoymuşdur ki, hissə-hissə istifadə edər. Lakin, həmin heroinləri istifadə etmək imkanı olmamışdır. Çünki, yaşadığı evə tərəf piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Hacıqabul rayon polis şöbəsinə aparmışlar. O, Polis Şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zaman əynində olan qara rəngli şalvarın sağ cibində olan 3 ədəd kağız bükümdə heroini təqdim etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu və xəstə olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 24 mart 2023-cü il tarixdə narkotik vasitə olan heroindən istifadə etmək istəmiş, bu məqsədlə yaşadığım evin yaxınlığındakı küçəyə çıxmışdır. Bu zaman Rusiyada olarkən tanış olduğu bir nəfər şəxsdən istifadə etmək məqsədi ilə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni dozası artıq olmasın deyə dörd hissəyə bölmüşdür. Həmin gün axşam saatlarında H.Həmidov küçəsində yerləşən mağazaya tərəf gedərkən yolda tanıdığı və münasibəti olduğu Azadla rastlaşmışdır. Azadın vəziyyəti çox pis olmuş və o, Azaddan nə baş verdiyini soruşmuşdur. Azad ona narkotik vasitənin yaratdığı ağrılar səbəbindən özünü pis hiss etdiyini bildirmişdir. O, özü də narkotik vasitələrin istifadəsindən əziyət çəkdiyi üçün, həmin ağrıların necə olduğunu bildiyi üçün Azada yazığı gəlmiş və cibindəki üç kağız bükümündə olan heroini ona istifadə edərək ağrılarının götürülməsi üçün təmannasız vermişdir. Azad ona minnətdarlığını bildirəndən sonra yaşadığı evə tərəf getmiş, o isə öz işləri ilə əlaqədar olaraq getmişdir. Həmin günü saat 23:30 radələrində o, yaşadığı evə qayıdan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, Polis Şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zaman o polis əməkdaşına əynində olan şalvarın qabaq sağ cibində olan bir ədəd sellofan bükümdə heroini təqdim etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs1 həmin tarixdə Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ cibindən bir ədəd kağız kəsiyində narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-də əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin günü saat 20 radələrində Yusifli X6 şəhəri, H.Həmidov küçəsində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının qabaq sağ cibindən 3 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə zərfə qoyularaq möhürlənmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin günü saat 23 radələrində Xancanov X2 şəhəri, H.Həmidov küçəsində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının qabaq sağ cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanışı Rəşad adlı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə zərfə qoyularaq möhürlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən bir ədəd kağızı kəsiyi çıxaraq təqdim etmiş, həmin kağız kəsiyinə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli şalvarının qabaq sağ cibindən 3 ədəd siqaret kağızı kəsiyini çıxaraq təqdim etmiş, həmin kağız kəsiklərinə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlələri yaşadığı küçədən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan tünd göy rəngli cins şalvarının qabaq sağ cibindən 1 ədəd sellofan bükümü təqdim etmiş, həmin bükümə baxış keçirilən zaman içərsində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, aşkar edilmiş narkotik vasitəni həmin gün saat 20 radələrində tanışı Rəşad adlı şəxsdən 120 manat pul müqabilində almışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/74 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi 1,166 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra 1,116 qram qalıq qalmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/341 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təhqiqatçı:/imza/ T.Namazov Müdafiəçi:/imza/ Eyvaz əhmədov. Şübhəli şəxs:/imza/ Azad Təqsirləndirilən şəxs1...” sözləri yazılmış və imzalar olan zərfin içərisindəki 3 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,169 qr., 0,223 qr., 0,095 qr.. ümumi təmiz çəkisi 0,487 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlərdir. Ekspertiza tədqiqatına həmin maddənin 0,150 qramı (hər ob.-0,050 qr.) sərf edildikdən sonra 0,337 qram qalıq qalmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/342 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan ərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,832 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,050 qramı sərf edildikdən sonra 0,832 qram qalıq qalmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/427 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 3 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Qeyd: 1) heroinin ümumi çəkisi – 0,337 qr.. cəmi tədqiqata sərf edildi-0,09 qr (hər ob- 0,03 qr), qalıq-0,247 qram. 2) Heroinin təmiz çəkisi – 0,782 qr., tədqiqata sərf edildi- 0,03 qr, qalıq- 0,752 qram. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2825 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda və ya əlbir olmaqla narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 Həsəanağa oğlunun Təqsirləndirilən şəxs1 verdiyi və üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və kimdən əldə etməsini, “Rəşad” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 23 yanvar 2023-cü il tarixdə aşkar olunmuş təmiz çəkisi 1,166 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 1,116 qram qalığı, Təqsirləndirilən şəxs1 üzərindən 24 mart 2023-cü il tarixdə aşkar olunmuş təmiz çəkisi 0,487 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,247 qram qalığı və Təqsirləndirilən şəxs2 üzərindən 25 mart 2023-cü il tarixdə aşkar olunmuş təmiz çəkisi 0,832 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,752 qram qalığı xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Hacıqabul rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Hacıqabul rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 120 saylı arayışdan müəyyən olunur ki, Yusifli X6 şəhəri H.Həmidov küçəsi bina 2, mənzil 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Ailə üzvləri – xx.xx.1963-cü il təvəllüdlü arvadı X1 ibarətdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə aktlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər beş dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Sonuncu dəfə o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi, Yusifli X6 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdiyi dövrdə onun barəsində amnistiya aktı tətbiq edilmiş və cəzasından azad edilmişdir. Amnistiya aktına əsasən bu akt əsasında cəzasından azad edilmiş şəxslərin üzərindən məhkumluq götürülür. Amnistiya aktının 7-ci bəndi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab edilməli və onun yenidən qəsdən cinayət törətməsi cinayətin residivi kimi qiymətləndirilməməlidir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Hacıqabul rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Hacıqabul rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Xancanov X2 şəhəri, H.Həmidov küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşayır. Ailə üzvləri – xx.xx.1971-ci il təvəllüdlü arvadı X8, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü Xancanov Amir-Xan Vüsaloviçdən ibarətdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə aktından müəyyən olunur ki, Xancanov X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 2 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hacıqabul rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, məhkum Xancanov X2 rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının hazırki dövrə 3 ay 26 gününü çəkmiş, xx.xx.2023-cü il tarixə onun çəkilməmiş qalan cəzası 1 il 10 ay təşkil edir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslərin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmələri və üzərilərində daşıyaraq saxlamaları tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxslərin bu əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Təqsirləndirilən şəxsin əməlində cinayətin təkrarlığının olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Məhkumluğu olmasa belə, onun əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsinə baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzaların onun islah edilməsi üçün yetərli olmadığını deməyə əsas verir və bütün qeyd edilənlər onun cinayət törətməyə meyilli şəxs olmasına və şəxsiyyətinin mənfi xarakterizə olunmasına dəlalət edir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 da azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs əvvəllər analoji cinayəti törətməyə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə baxmayaraq, islah yoluna qədəm qoymaq əvəzinə cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətmişdir. Bu isə onu göstərir ki, təqsirləndirilən şəxsə yenidən azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi onun islah olunması üçün yetərli olmayacaqdır. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdırlar. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Odur ki, məhkəmə qanunvericiliyin həmin tələbinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunsa da, o, İİİ qrup əlil olduğundan barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunsa da, hazırki vəziyyətinə görə ona narkomaniyadan məcburi müalicə təyin edilməsinə zərurət olmadığı müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan çəkisi 1,116 qram, 0,247 qram və 0,752 qram olan narkotik vasitə heroinlər məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri aidiyyəti üzrə təqsirləndirilən şəxslərdən tutulub tutulub dövlət büdcəsinə ödənilməlidir. (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 72 manat pul köçürülməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 4 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hacıqabul rayon Məhkəməsinin 1(071)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 10 ay hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, müəyyən edilmiş 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1,116 qram, 0,247 qram və 0,752 qram olan narkotik vasitə heroinlər məhv edilsin. Cinayət işi üzrə keçirilmiş 18/342 nömrəli ekspertiza tədqiqatının dəyəri 71,94 manat (yetmiş bir manat doxsan dörd qəpik) pul Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Cinayət işi üzrə keçirilmiş 18/74 nömrəli ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Cinayət işi üzrə keçirilmiş 18/427 nömrəli və 18/341 nömrəli ekspertiza tədqiqatlarının dəyəri 121,68 manat (yüz iyirmi bir manat altmış səkkiz qəpik) pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 72 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxslərə münasibətdə isə onlara təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(071)-70/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-70/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver