Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-70/2025 29.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1974-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəlki məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda psixotrop maddə metamfetamini və xeyli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, Bakı küçəsinə daşımış, 05 fevral 2025-ci il tarixdə saat 17 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Bakı küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd sellofan bükülünün içərisindəki 02 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda çəkiləri 0,107 qram və 0,052 qram olmaqla, ümumi çəkisi 0,159 qram xeyli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,165 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin ovcuna sıxaraq gizlətdiyi sağ əlindən aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aludəçisi olmuşdur. Sonuncu məhkumluğundan sonra arabir bədənində ağrılar olduğundan şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Əvvəllər istifadə etdiyi narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxslərdən əldə etmişdir. Tutulmamışdan 2 gün əvvəl Hacıqabul şəhəri, Xətai küçəsində yaşadığı evin yaxınlığında piyada şəklində hərəkətdə olan zaman yerdə bir ədəd bükülünün olduğunu görmüşdür. Həmin bükülünü yerdən götürüb baxan zaman bükülünün içərisində ümumilikdə üç büküm olduğunu aşkar etmişdir. Həmin bükümləri tək-tək açdıqda əvvəllər istifadə etdiyi üçün iki bükümün içərisindəki maddəni metafetaminə, bir bükümün içərisindəki maddəni isə heroinə bənzətmişdir. Buna görə də, tapdığı üç ədəd bükümləri bir bükülüyə yığaraq ağrıları olan zaman istifadə etmək məqsədi ilə cibində saxlamışdır. 05 fevral 2025-ci il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri, Bakı küçəsində yerləşən adsız çayxanada vaxt keçirmək üçün yaşadığı evdən çıxaraq piyada şəklində çayxananın olduğu yerə tərəf hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda əvvəllər tanıdığı aralarında heç bir ədavət və ya düşmənçilik olmayan Hacıqabul şəhər sakini Şahid6 ilə rastlaşmışdır. Şahid6 hara getdiyini soruşduqda, Bakı küçəsində yerləşən çayxanaya getdiyini bildirmişdir. Eyni ünvana getdikləri üçün birlikdə çayxanaya tərəf addımlamışlar. Həmin vaxt 2 gün əvvəl tapdığı içərisində heroin və metamfetamin olduğunu bildiyi bükümlər əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində olmuşdur. Buna baxmayaraq, o, Şahid6 üzərində heroin və metamfetamin olması barədə heç bir məlumat verməmişdir. Bir qədər addımladıqdan sonra markası və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobilin asfaltın üzərində dayanmasını və avtomobildən yerə bir neçə mülki geyimdə olan şəxslərin düşərək videoçəkiliş apardıqlarını və onlara tərəf yaxınlaşdıqlarını görmüşdür. O, dərhal əynindəki gödəkçəsinin sağ yan cibindəki bükülünü çıxarıb, sağ əlinin içərisində gizlətmişdir. Bu zaman mülki geyimdə olan şəxslər hər ikisinə tərəf yaxınlaşıb özlərini təqdim edib Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və onları saxlamışlar. Həmin vaxt polis əməkdaşları ona və Şahid6 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməkdə və üzərlərində saxlamaqda şübhəli olduqlarını bildirmişlər və hər ikisinin qoluna qandal vurmaq istəmişlər. Polis əməkdaşları onun qoluna qandal vuran zaman sağ əlinin içərisində tapdığı bükümü aşkar etmişlər. Bundan sonra əlinin içərisində olan büküm polis əməkdaşı tərəfindən götürülmüşdür. Polis əməkdaşı şifahi olaraq əlində aşkar olunan bükülünün içərisində nə olmasını ondan soruşmuşdur. O, bükülünün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra aşkar olunan bükülü elektron tərəzidə çəkilmişdir. Həmin bükülü polis əməkdaşı tərəfindən açılmış və içərisindən tutulmamışdan iki gün əvvəl tapdığı iki bükümdə metafetamin, bir bükümdə heroin aşkar edilmişdir. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra, Şahid6 üzərində yoxlama həyata keçirilməyə başlanılmışdır. Həmin vaxt Şahid6 əynində olan qış gödəkçəsinin sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid6 üzərindən aşkar olunan metamfetamini istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra onları polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərlərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra, polis şöbəsinin təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Təhqiqatçı onlara vəkil təqdim etmiş və qanunsuz olaraq psixotrop maddə və nakotik vasitə əldə etməkdə, üzərlərində saxlamaqla daşımaqda şübhəli olduqlarından tutulduqlarını bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini onlara elan etmişdir. Təhqiqatçı onun və Şahid6 üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçilərin və onların iştirakları ilə üzərlərindən aşkar olunan və qablaşdırılan əşyalara yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Verilmiş suallara əsasən Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, üzərində yoxlama aparılan zaman və ya onlara yaxınlaşan zaman polis əməkdaşları hər hansı birinə qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, sadəcə olaraq istifadə etmişdir. Bundan başqa nə Şahid6 onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından, nə də onun Şahid6 üzərində psixotrop maddə metamfetamin olmasından məlumatı olmamışdır. Onların hər ikisindən aşkar edilmiş metamfetamin kütlələrinin eyni tərkibli olması ilə bağl heç bir fikri yoxdur. Belə ki, onlar həmin kütlələri eyni yerdən əldə etməmiş, ozü Şahid6 hər hansı miqdarda psixotrop maddə verməmişdir. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi və hazırkı əməlinə görə saxlanıldıqdan sonra hər hansı növdə narkotik vasitə qəbul etmədiyini nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 fevral 2025-ci il tarixdə Hacıqabul şəhəri, Xətai küçəsi ev 2, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və Hacıqabul şəhəri, Nəsimi küçəsi ev 24də qeydiyyatda olmaqla yaşayan xx.xx.1977-ci il təvəllüdlü Şahid6 narkotik vasitə və psixotrop maddə istifadəçisi olmaları, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərlərində saxlamaqla daşımaları barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Hacıqabul şəhəri, Xətai küçəsi ev 2, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və Hacıqabul şəhəri, Nəsimi küçəsi, ev 24-də qeydiyyatda olmaqla yaşayan Şahid6 narkotik vasitə və psixotrop maddələri əldə etdikləri mənbənin ifşa edilməsi və üzərlərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkilləri Şahid2, Şahid5 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, onlar verilən məlumata əsasən, Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 05 fevral 2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs və Şahid6 birlikdə Hacıqabul şəhəri, Bakı küçəsi ilə piyada şəklində hərəkətdə olmalarını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs və Şahid6 tərəf yaxınlaşaraq onları saxlamışlar. Bundan sonra, özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, hər iki şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərlərində saxlamaqla daşımaqda şübhəli olduqlarını, buna görə də, üzərlərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini elan edib, yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını demiş və təhlükəsizlik məqsədi ilə Təqsirləndirilən şəxs və Şahid6 qoluna qandal vuraraq üzərlərində yoxlama aparmağa başlamaq istəyən zaman Təqsirləndirilən şəxs sağ əlinin içərisində nəyisə gizlətdiyini görmüşlər. Təqsirləndirilən şəxs əlini açmasını tələb etdikdən sonra, sağ əlində gizlətdiyi 01 ədəd bükülünü aşkar etmişlər. O, şifahi olaraq Təqsirləndirilən şəxs əlindən aşkar olunan bükülünün içərisində nə olmasını soruşmuş, Təqsirləndirilən şəxs isə cavab olaraq bükülünün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra aşkar olunan bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 1,02 qram olduğu müəyyən edilmişdir. Həmin bükülü onun tərəfindən açılmış və içərisindən iki ədəd kağız kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd sellofan kəsiyi bükümündə isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra, o, Şahid6 üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Şahid6 üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. O, Şahid6 üzərində yoxlama aparmağa başlamışdır. Həmin vaxt Şahid6 əynindəki qış gödəkçəsinin sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Daha sonra hər iki şəxsi polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən şübhəli şəxslərin üzərlərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mübaşir Heybətovun xidməti otağına daxil olmuşlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs və Şahid6 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərilərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduqlarını bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini onlara elan edib bu barədə yazılı bildirişlər vermişdir. Daha sonra şübhəli şəxslərə müdafiəçilər təqdim edilmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçilərin, Təqsirləndirilən şəxs və Şahid6 iştirakları ilə aşkar olunan və qablaşdırılan əşyalara yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərlərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun Təqsirləndirilən şəxs və Şahid6la heç bir ədavət və ya düşmənçliyi, o cümlədən saxlanılan zaman həmin şəxslərə qarşı heç bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 və əməliyyat müvəkkili Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin şahid ifadəsinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Hacıqabul RPŞ-nin CAB-nin digər əməliyyat müvəkkilləri Şahid5 və Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş, lakin onlar məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Onların ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclası zamanı elan edilmiş və müdafiə tərəfinin şahid ifadələrinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır Məhkəmə istintaqı zamanı hazırda Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(071)-58/2025 saylı hökmü ilə (Hakim: Orxan Bayramov) barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Şahid6 məhkəmə iclasına gətirilərək əlavə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Buna səbəb narkotik vasitələrdən istifadə etdiyi üçün bədənində olan ağrılardır. 05 fevral 2025-ci il tarixdə, saat təxminən 12 radələrində hava almaq məqsədilə yaşadığı Hacıqabul şəhəri, Nəsimi küçəsinə çıxaraq və piyada gəzməyə başlamışdır. Həmin vaxt yolun kənarında yerdə bir ədəd kağız bükümün olduğunu görmüşdür. Kağız büküm diqqətini çəkdiyi üçün onu yerdən götürüb içərisinə baxmışdır. Orada “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Özü istifadəçi olduğu üçün kağız bükümün içərisindəki “patı” kimi tanıdığı maddəni dərhal tanımışdır. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin psixotrop maddəni yerdən götürüb əynində olan qış gödəkçəsinin sol yan cibinə qoymuş və hərəkət etməyə davam etmişdir. Daha sonra şəxsi işlərini gördükdən sonra evə qayıtmışdır. 05 fevral 2025-ci il tarixdə, saat 17 radələrində evdən çıxıb kafeyə doğru hərəkət edərkən yolda Hacıqabul şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin istifadəçisi kimi tanıyır. Talehlə söhbət edərək Hacıqabul şəhəri, Bakı küçəsinə doğru hərəkət etmişlər. O, bu müddət ərzində Talehə üzərində psixotrop maddə olmasını bildirməmişdir. Bundan 4-5 dəqiqə sonra hazırda markasını və qeydiyyat nişanını tam xatırlamadığı avtomobil qarşılarında saxlamış və mülki geyimdə olan şəxslər tez avtomobildən düşüb ona və Talehə yaxınlaşmışlar. Həmin şəxslər onların qollarından tutaraq Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Bu zaman polis əməkdaşları onları saxlayaraq qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərlərində yoxlama aparılacağını onlara bildirib hüquq və vəzifələrini elan etmişlər. İlk öncə polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində yoxlama aparacaqlarını bildirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs qandal vuran zaman sağ əlinin ovcunun içindən büküm aşkar etmişlər. Polis əməkdaşı Talehdən həmin bükümün nə olmasını soruşmuşdur. Taleh isə həmin bükümün narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Daha sonra aşkar olunan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1,02 qram olduğu müəyyən edilmişdir. Daha sonra polis əməkdaşı tərəfindən aşkar olunan bükülü açılmış və iki bükümdə metamfetaminə, bir bükümdə isə heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin bükümlər zərfə qoyularaq möhürlənmişdir. Daha sonra Talehin üzərində yoxlama davam etdirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Polis əməkdaşları daha sonra ona şifahi olaraq üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual vermişdir. O, əvvəllər məhkum olunduğundan və qorxduğundan üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmamasını bildirmişdir. Lakin polis əməkdaşları üzərində yoxlama aparmağa başlayarkən onun əynində olan qış gödəkçəsinin sol yan cibindən həmin gün saat 12 radələrində Hacıqabul şəhəri, Nəsimi küçəsi ilə piyada gedərkən yerdən tapdığı bükümü aşkar etmişlər. Həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,51 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunan bükümün içərisi açıldıqda psixotrop maddə olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Hacıqabul rayon polis şöbəsinin təhqiqatçısının xidməti otağına daxil olmuşlar. Təhqiqatçı onlara qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərlərində saxlamaqla daşımaqda şübhəli olduqları üçün tutulduqlarını bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini onlara elan etmişdir. Onlara vəkil təqdim edildikdən sonra təhqiqatçı tərəfindən onun və Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən video-çəkiliş vasitəsi ilə baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Təqsirləndirilən şəxs onun üzərində psixotrop maddə metafetamin olmasından, onun Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metafetamin olmasından məlumatı olmamışdır. 05 fevral 2025-ci il tarixdə saxlanıldıqda, onun və Təqsirləndirilən şəxs üzərində yoxlama və aşkar olunaraq götürülmüş əşyaya baxış aparılan zaman onlara ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, Talehlə hər ikisinin üzərindən aşkar edilmiş bükümlərdəki psixotrop maddələrin tərkiblərinin eyni olması barədə heç bir məlumatı yoxdur, onlar birlikdə həmin kütlələri əldə etməmiş və ya bir-birinə hər hansı miqdarda psixotrop maddə verməmişlər. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs və ünvan 4 ünvanda yaşayan Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onların ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli 3-13-78/Ə79/2025 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkilləri Şahid2, Şahid5 və Şahid3 daxil edilməklə, qrupa rəhbərlik Şahid1 həvalə edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli 111 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs və Şahid6 05 fevral 2025-ci il tarixdə saat 16:19-də Hacıqabul şəhəri, Bakı küçəsində birlikdə piyada hərəkətdə olarkən saxlanılaraq Təqsirləndirilən şəxs üzərindən ikisi psixatrop maddə metamfetaminə, biri isə narkotik vasitə olan heroinə bənzər maddə olmaqla 3 büküm, Şahid6 üzərindən isə 1 selofan bükümdə psixatrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə” barədə xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxslər Təqsirləndirilən şəxs və Cəfərov X5 şəhəri, Bakı küçəsində piyada hərəkətdə olarkən saat 16:19 dəqiqədə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və Şahid6 qoluna qandal vuraraq üzərilərində yoxlama aparılmağa başlanılan zaman Təqsirləndirilən şəxs sağ əlinin içərisində nəysə gizlətdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əlini açması tələb edildikdən sonra, sağ əlində gizlətdiyi 01 ədəd bükülü aşkar edilmişdir. Daha sonra aşkar olunan bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 1,02 qram olduğu müəyyən edilmişdir. Həmin bükülü açılmış və içərisindən iki ədəd kağız kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd sellofan kəsiyi bükümündə isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Şahid6 üzərində yoxlama aparılmağa başlanmışdır. Həmin vaxt Şahid6 əynindəki qış gödəkçəsinin sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,51 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkliş başa çatmışdır. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs və Şahid6 müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə” aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Həmçinin videogörüntüdən müəyyən edilir ki, 18:03 dəqiqə çəkiliş aparılmış, çəkiliş zamanı Təqsirləndirilən şəxs sağ əlinin ovucunda bir ədəd büküm gizlətməsi müşahidə edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün ona məxsus olmasını və içərisində narkotik vasitə və psixotrop maddə olmasını könüllü olaraq etiraf edir. Həmçinin videogörüntüdən saxlanılan Təqsirləndirilən şəxs əlindəki bükümü yerə atmağa cəhd etdiyi bu səbəbdən polis əməkdaşları tərəfindən onların qollarına xüsusi vasitə olan qandal vurulması müşahidə edilir. Polis əməkdaşları tərəfindən hər hansı qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilməmişdir. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, 05 fevral 2025ci il tarixdə saat 16:19-dan saat 16:36-dək olan müddət ərzində PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid6 üzərindən aşkar olunmuş kütlələrin qablaşdırıldığı iki ədəd zərf təkrar açılaraq həmin vasitələrə təkrar baxış keçirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Həmçinin videogörüntüdən müəyyən edilir ki, təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və o, baxış zamanı müdafiəçisinin suallarına sərbəst şəkildə cavab verərək ona qarşı təzyiq edilmədiyini, etirazının olmadığını və aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin ona aid olmaqla istifadəçisi olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş dindirmənin videogörüntüsünün əks olunduğu disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə dindirilərkən təqsirini etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/94 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, “...Şahid6...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,525 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,107 qram, 0,052 qram, ümumi çəkisi - 0,159 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş 03 ədəd bükümdə olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Rəyə əlavə edilmiş aktdan həmçinin müəyyən edilir ki, tədqiqata sərf edildikdən sonra Təqsirləndirilən şəxs aşkar olunan kütlədən 0,099 qram metamfetamin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2025-ci il tarixli 6/660 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan regional Bölməsi N°3” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,165 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəyə əlavə edilmiş aktdan həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 0,115 qram heroin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 11 fevral 2025-ci il tarixli 747 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opiodilərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F11.2” diaqnozu ilə dispanser qeydiyyatındadır. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik hesab edilən heroin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Həmin Qanunun 2-ci siyahının 67-ci bəndinə görə metamfetamin adlı psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,159 qram və narkotik vasitə heroinin təmiz çəkisi 0,165 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə həmçinin qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 16:19-dan hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2025-ci il tarixdə 0,159 qram psixotrop maddə metamfetaminin və 0,165 qram narkotik vasitə heroinin aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 14:35-də azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)-70/2025 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 100 saylı arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda tək yaşayır. Onun nikahdan kənar bir övladı olmaqla, hazırda anasının himayəsində yaşayır. Bundan əlavə, “Elektron Məhkəmə” İnformasiya Sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatları sorğulanan zaman himayəsində yetkinlik yaşına çatmayan övladının olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən və xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə onun barəsində Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. O, ünvan 5 ünvanında tək yaşayış, nikahdan kənar bir övladı olmaqla hazırda anasının himayəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 14 fevral 2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1) Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsinə əsasən təqsirli bilinərək, ona 240 saat ictimai işlər cəzası təyin edilmiş, daha sonra həmin məhkəmənin xx.xx.2009-cü il tarixli qərarı ilə həmin cəza 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir; 2) Əli- Bayramlı şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla, ona şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə cəzası təyin edilmişdir; 3) Qaradağ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək, 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 4) Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 5) Qaradağ RPİ-nin İŞ-də CM-nin 29,177.1-ci maddəsilə istintaqı aparılmış cinayət işi materialları xx.xx.2015-ci il tarixdə məhkəməyə göndərilmişdir. 6) Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir; 7) Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir; 8) Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(071)- 79/2020 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdən öncəki məhkumluqları ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, CM-nin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isaə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edildikdən sonra həmin cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətin sadə residivini yaradır. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən onun əməlində yüngülləşdirici hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqlarını nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə onun cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CMin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona əməldə residiv olmasını, əvvəlki məhkumluqlarının xarakterini nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddindən də yuxarı həddə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli o, həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilir. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin o, xx.xx.2014-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F11.2” diaqnozu ilə dispanser qeydiyyatındadır. Qeyd olunan hallara əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,099 qram metamfetamin və narkotik vasitə 0,115 qram heroin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 145,95 (yüz qırx beş manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,099 qram metamfetamin və narkotik vasitə 0,115 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk, o cümlədən məhkəmə araşdırması zamanı toplanmış digər sübutlar cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 145,95 (yüz qırx beş manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 29 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,099 qram metamfetamin və narkotik vasitə 0,115 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145,95 (yüz qırx beş manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat, pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-70/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-70/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver