Məhkəmə qərarları › İş №1(071)-72/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-72/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-72/2022 04.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olmaqla və Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 13 mənzil 1-də yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd politelin bükümdə təmiz çəkisi 0,538 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq özündə saxlamış, 04 mart 2022-ci il tarixdə saat 14:30-da Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 13 №-li evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin narkotik vasitə onun əynində olan qara rəngli qolu kəsik gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, Cəfərov Əliövsət onun yaşadığı evdə usta işləyir. 04 mart 2022-ci il tarixdə usta gec gəldiyinə görə o, gedib ustanı evindən çağırmışdır. Onlar birlikdə Hacıqabul rayon Polis Şöbəsinin yanından keçən zaman Şahid2 və digər iki nəfər polis onları saxlamışdır. Üstlərinə baxış keçirmişlər. Əliövsətin üzərindən narkotik maddə aşkar edilmişdir. Onun üzərindən isə heç nə çıxmamışdır. Sonra onları Hacıqabul rayon Polis Şöbəsinə əməliyyat müvəkkili Şahid1 otağına aparmışlar. Şahid1 onu döymüşdür. O, polisin onu döyməsi barədə heç kimə şikayət etməmiş və məlumat verməmişdir. Narkotik maddəni Samid onun cibinə qoymuşdur. O, qoxduğuna görə üzərində müdafiəçinin işirakı ilə videoçəkiliş aparılmaqla axtarış aparılan zaman üzərindən aşkar olunmuş narkotik heroinin ona məxsus olmasını bildirmişdir. Narkotik maddətinin onun cibinə vəkilin yanındla qoymayıblar və o, vəkilinə bu barədə heç nə deməmişdir. Ona bildirmişlər ki, Müşviq adlı şəxsi gətirib onun üzünə qoyacaqlar və ona daha ağır ittiham verəcəkləri ilə qoxutmuşlar. Bu səbəbdən o, ibtidai istintaq zamanı üzərindən aşkar olunan narkotik vasitə heroinin ona məxsus olmasını bildirmişdir. Əslində onun üzərində narkotik maddə heroin olmamışdır. Bu səbəbdən özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin NMQ-da baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 mart 2022-ci il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almış, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 14:30 radələrində Hacıqabul rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri İ.Qayıbov küçəsinə getmişlər, orada Təqsirləndirilən şəxs saxlayıb şəxsi axtarış aparılması üçün Hacıqabul rayon PŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolu kəsik gödəkçəsinin sağ cibində saxladığı bir sellofan bükümü təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar protokolun məzmunu ilə tanış olduqdun sonra protokolu imzalamışlar. O, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərməmiş, onu döyməmiş və hədələməmiş, onun cibinə narkotik maddə qoymamışdır. Təqsirləndirilən şəxs tək saxlamışlar, onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs birlikdə olduqlarını bildirdiyi X5 onlar Təqsirləndirilən şəxs əvvəl xx.xx.2022-ci il tarixdə saat 13:10-da saxlayıb Hacıqabul RPŞ-yə gətirmişlər. X3 üzərindən narkotik maddə heroin aşkar edildiyinə görə, Hacıqabul RPŞ-nin təhqiqatçısı Tural Namazov tərəfindən xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Yəni, onlar Təqsirləndirilən şəxs saxlayarkən artıq X1 RPŞ-də olmuşdur, bu səbəbdən onun 14:30-da Təqsirləndirilən şəxsla birlikdə olması mümkün deyildir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdikləri həqiqətə uyğun deyildir və hesab edir ki, məsuliyyətdən yayınmaq üçün belə bir ifadə verir. Şahid Hacıqabul rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin NMQ-da baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə məlumat əsasında Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs Hacıqabul şəhəri İ.Qayıbov küçəsində saxlayıb şəxsi axtarış aparılması üçün Hacıqabul rayon PŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolu kəsik gödəkçəsinin sağ cibində saxladığı bir sellofan bükümü təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə təhqiqatçı Tural Namazov tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar protokolun məzmunu ilə tanış olduqdun sonra protokolu imzalamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, döyülməmiş və hədələnməmiş, onun cibinə narkotik maddə qoyulmamışdır. Təqsirləndirilən şəxs tək saxlamışlar, onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs birlikdə olduqlarını bildirdiyi X5 onlar Təqsirləndirilən şəxs əvvəl xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində saxlayıb Hacıqabul RPŞ-yə gətirmişlər. X3 üzərindən narkotik maddə heroin aşkar edildiyinə görə, Hacıqabul RPŞ-nin təhqiqatçısı Tural Namazov tərəfindən xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Yəni, onlar Təqsirləndirilən şəxs saxlayarkən artıq X7 RPŞ-də olmuşdur. Bu səbəbdən Əliövsət Cəfərovun 14:30-da Təqsirləndirilən şəxsla birlikdə küçədə olması mümkün deyildir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdikləri həqiqətə uyğun deyildir və hesab edir ki, məsuliyyətdən yayınmaq üçün belə bir ifadə verir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:00-da Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Tural Namazov tərəfindən cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X8 tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2022-ci il saat 14:30-da məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində saxlanılarkən yanında olduğunu bildirdiyi X6 xx.xx.2022-ci il tarixdə saat 13:40-da Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Tural Namazov tərəfindən cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X8 tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. X3 faktiki azadlığı xx.xx.2022-ci il saat 13:10-da məhdudlaşdırılmışdır. Bu səbəbdən Əliövsət Cəfərovun 14:30-da Təqsirləndirilən şəxsla birlikdə küçədə olması mümkün deyildir. Təqsirləndirilən şəxs məhkəmə iclasında onun üzərində narkotik maddə olmamasına, onun polis əməkdaşları tərəfindən döyülməsinə və hədələnməsinə dair bildirdikləri həqiqətə uyğun deyildir, iş materiallarında olan sənədlərlə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, protokollar, video görüntü ilə tamamilə təkzib edilir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün məhkəmə iclasında belə bir ifadə verir. Çünki, o, tutulduğu andan müdafiəçi ilə təmin edilmiş, onun döyülməsi, ona hədə-qorxu gəlinməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verməmişdir. Videoçəkiliş zamanı üzərindən aşkar olunan maddənin heroin olduğunu, özünə məxsus olduğunu və yaşadığı binanın qarşısından tapdıığını bildirmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli qolu kəsik gödəkçəsinin sağ yan cibindən 1 ədəd polietlinin içərsindən 1 ədəd sellofana bükülmüş bükülünün içərsindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli 18/278 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümündə təmiz çəkisi - 0,538 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (İş v. 33-36). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1801 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş v. 92-93). Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(032)-39/2019 nömrəli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 07 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, şahidlərin məhkəmə icoasında verdikləri ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş çəkisi 0,538 qram çəkidə narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, onun bu ifadəsi iş materiallarında olan və məhkəmədə araşdırılmış mötəbər sübutlarla, həmçinin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, videoçəkiliş zamanı üzərindən aşkar olunan maddənin heroin olduğunu, özünə məxsus olduğunu və yaşadığı binanın qarşısından tapdığını bildirməsi ilə təkzib edilir. Onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq niyyətinin olduğunu göstərir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs öhdəsində bir azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,488 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,488 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 23 saata görə 138 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 23 saata görə 138 manat olmaqla, cəmi 276 (iki yüz yetmiş altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar