Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-72/2025 19.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi – X5 Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Saatlı rayonu Qıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Qıraqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 22 dekabr 2024-cü il tarixdə saat 18:20 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 94-cü kilometrində idarə etdiyi «X17» markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun soldan birinci hərəkət zolağı ilə Qazax rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, qarşıda yolu sağdan sola doğru keçən piyada X10 avtomobilin qabaq sağ qanadı ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Tahir Hüseynovun insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran sağ baldırın yan səthinin sıyrığı, döş qəfəsinin sol hissəsinin qançırı, alın nahiyyəsinin sağ hissəsinin çapılmış yarası, sol gözün bayır bucağı nahiyyəsinin çapılmış yarası, sağ bazunun, sağ saidin soyulmuş, əzilmiş-cırılmış yaraları, başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu sümüyünün aşağı 1/3 hissəsinin oynaqdaxili açıq sınığı, sağ dirsək oynağının açıq qəlpəli sınığı, sağ said sümüklərinin, sağ mil-bilək oynağının çox qəlpəli açıq sınıqları, döş qəfəsinin sol tərəfində qabırğaların sınıqları, sol ağciyərin cırılması, baş beyinə epidural qansızma, döş boşluğunda çoxlu miqdarda duru və laxta qan xəsarətlərini yetirməklə həmin gün Şirvan şəhər xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, «BC» kateqoriyalı AC858196 seriya və nömrəli sürücülük vəsiqəsilə etibarnamə əsasında tanışı Ariz Bayramova məxsus «X17» markalı **-CP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmişdir. O, həmin minik avtomobili ilə taksi fəaliyyyətilə məşqul olduğu üçün müxtəlif vaxtlarda müxtəlif yerlərə sərnişin daşımışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Saatlı rayonuna getmək üçün yola çıxmış, Lökbatan dairəsindən Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətinə davam etdirmişdir. Minik avtomobilini yolun sol hərəkət zolağı ilə saatda təxminən 90-100 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə 1 nəfər tanımadığı sərnişin olmuşdur. Bakı-Qazax yolu ilə xeyli getdikdən sonra Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisinə çatmış və avtomobili yolun soldan birinci hərəkət zolağı ilə saatda təxminən 85- 90 km/saat surətlə idarə etmişdir. Saat təxminən 18:20 radələrində avtomobillə hərəkətdə olduğu zaman qəflətən yolun sağından soluna doğru daını sonradan bildiyi X6 piyada şəkində sakit yerişlə yolu keçdiyini görmüş, onu görən kimi piyadanı vurmamaq üçün ayağını tormoz pedalına atıb sükanı sola doğru döndərmişdir. Ancaq bunun heç bir xeyri olmamış və T.Hüseynov hərəkətinə davam etdiyi üçün avtomobilin qabaq sağ və sağ qanad hissəsilə piyadanı vurmuşdur. Zərbədən piyada T.Hüseynov yolun orta zolağına düşmüş, o, isə avtomobili yolun sol hissəsində saxlayıb düşmüşdür. Piyada kişiyə doğru getmək istəyən vaxt arxadan gələn markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı sərnişin avtobusu həmin piyadanın qolunu əzərək keçmişdir. Bundan sonra o, həmin piyadaya yaxınlaşıb ətrafdan toplaşan insanlarla birlikdə ona köməklik etmiş, dərhal təcili yardıma zəng vuraraq kömək çağırmış, lakin onların gec gələcəyin görüb həmin kişini öz avtomobilinə qoyub Şirvan şəhər xəstəxanasına çatdırmışdır. Orada onu həkimlərə təhvil verdikdən biraz sonra onun öldüyünü bildirmişlər. O, həmin piyada kişini morqa təhvil verib polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə zamanı o, heç bir bədən xəsarəti almamışdır. Onun sözlərinə görə piyadanı vurduqdan sonra həmin vaxt oradan keçən markasını və dövlət qeydiyyat nişanını görmədiyi avtobus piyadanı yerdə görüb sağa istiqamətlənmiş və piyadanın qolunun üzərindən keçib xeyli qarşıda dayanmışdır. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 hüquqi varisi ilə barışdığını ona dəymiş ziyanı tamamilə ödədiyini bildirərək baş vermiş hadisəyə görə çox peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, «BCD» kateqoriyalı AF 400263 seriya və nömrəli sürücülük vəsiqəsilə etibarnamə əsasında qardaşı Ceyhun Quliyevə məxsus olan «Mercedes Benz 0403» markalı **-BX- *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək həmin avtobusla Mingəçevir-Bakı şəhərlərarası sərnişin daşıması ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Mingəçevir şəhərinə getmək üçün Bakı Beynalxalq Avtovağzalından sərnişin götürüb yola çıxmış, Lökbatan dairəsindən Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətinə davam edərkən avtobusu yolun sol hərəkət zolağı ilə saatda təxminən 90-100 km/saat surətlə idarə edən zaman avtobus texniki cəhətdən saz olmuş, yük yerində təxminən 1 (bir) ton yük olmuş, avtobusda 46 nəfər tanımadığı sərnişin olmuşdur. O, Bakı-Qazax yolu ilə xeyli gedib Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisinə çatmış, avtobusu yolun soldan birinci hərəkət zolağı ilə saatda təxminən 70 km/saat surətlə idarə edərkən arxadan minik avtomobili işıq siqnalı verib ondan yol istədiyi üçün avtobusu sağa, yəni orta zolağa doğru istiqamətləndirib həmin zolağa keçib hərəkətinə davam etmişdir. Minik avtomobili onu ötüb keçib biraz getdikdən sonra bir nəfər piyada kişinin yolu sağdan sola doğru keçdiyini görmüş, həmin piyada onun zolağını keçib boşaltdıqdan sonra o, həmin surətlə hərəkətinə davam etmişdir. Piyada sola doğru keçib hərəkətini davam etdirərkən onu ötüb keçən Toyota markalı avtomobilin qabaq sağ qanadı ilə vurulmuşdur. Vurulma nəticəsində piyada fırlanaraq qabağa onun zolağına düşmüş, minik avtomobili isə yolun sol zolağında dəmir çəpərlərin yanında dayanmışdır. O, piyadanın üstündən keçməmək üçün avtobusu sola istiqamətləndirib onun yanından və Toyota markalı avtomobilin sağ yan tərəfindən keçib qarşıda dayanmış, avtobusu saxlayıb dərhal hadisə yerinə yaxınlaşmışdır. Ətrafdan başqa adamlar toplaşmış, sonra həmin sürücü və digər insanlarla birlikdə piyada kişini onun avtomobilinə qoyub xəstəxanaya göndərmişlər. O, isə orada xeyli dayandıqdan sonra sərnişinlərin narazılığına görə, həm də, hadisədə heç bir təqsirinin olmadığını düşündüyü üçün avtobusa oturub yoluma davam edib getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində bildirmişdir ki, 22 dekabr 2024-cü il tarixdə saat 18:20-də Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 94-cü kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxs X13 onun atasıdır. xx.xx.2024-cü ildə o, evdən çıxıb Səngəçal qəsəbəsinə getmək üçün Bakı-Qazax yolunun Bakı şəhəri istiqamətinə olan hissəsinə gəlmiş və orada dayanıb avtomobil gözləmişdir. Həmin vaxt yolun Qazax rayonu istiqamətinə olan hissəsindən bərk qəza səsi eşitmiş və nə baş verdiyini öyrənmək üçün yolu keçib oraya yaxınlaşmışdır. Həmin yerə yaxınlaşanda Toyota markalı avtomobilin atasını vurduğunu və onun yerdə uzanaraq hərəkətsiz qaldığını görmüşdür. Dərhal ətrafdakı vətəndaşlarla birlikdə atasını həmin Toyota markalı avtomobilə qoyub xəstəxanaya göndərmiş, özü isə başqa avtomobillə arxasınca getmişdir. Xəstəxanaya çatandan biraz sonra həkimlər atasının öldüyünü bildirmişlər. Ona sonradan məlum olmuşdur ki, atası yolu keçən zaman Toyota Corolla markalı avtomobil onu vuraraq yerə yıxmış və arxadan gələn avtobus atasının sağ qolunun üzərindən keçmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun 94-cü kilometrliyidir. Yol örtüyünün eni 11,1 metr, hərəkət zolaqlarının sayı 3, hərəkət hissəsinin eni 11,1 metrdir. Yolda hərəkət sürəti 90 km/saat məhdudlaşdırılmışdır. Yolun hərəkət zolağında qanabənzər ləkələr mövcuddur. Meyit xəstəxanaya aparıldığından hadisə yerində yoxdur. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Saatlı rayon İHB-nın Qıraqlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu Qıraqlı kəndində ailə üzvləri: arvadı X4, övladları - 2016-cı il təvəllüdlü X7 və 2020-ci il təvəllüdlü X11 ilə birlikdə yaşayır. Saatlı rayon İHB-nın Qıraqlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X12 zərərçəkmiş şəxsin hüquqi vasiri qismində tanınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 24 saylı rəyindən görünür ki, X6 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ baldırın yan səthinin sıyrığı, döş qəfəsinin sol hissəsinin qançırı, alın nahiyyəsinin sağ hissəsinin çapılmış yarası, sol gözün bayır bucağı nahiyyəsinin çapılmış yarası, sağ bazunun və sağ saidin soyulmuş, əzilmiş-cırılmış yaraları, başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu sümüyünün aşağı 1/3 hissəsinin oynaqdaxili açıq sınığı, sağ dirsək oynağının açıq qəlpəli sınığı, sağ said sümüklərinin, sağ mil-bilək oynağının çox qəlpəli açıq sınıqları, döş qəfəsinin sol tərəfində qabırğaların sınıqları, sol ağciyərin cırılması, baş beyinə epidural qansızma, sol ağ ciyərin cırılması. X1 ölümünə səbəb başın və bədənin müxtəlif hissələrinin küt travması nəticəsində baş beynin epidural qansızması olmuşdur. X2 ölümündən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/473 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X17” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mercedes Benz 0403 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 3-13-16/2- 70169/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, BDYPİ-nin Qeydiyyatimtahan İdarəsinin kompüter bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 858196 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhər 23 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayət, tələbinin olmamasını bildirmişdir. AC 858196 seriyalı sürücülük vəsiqəsindən məlum olur ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2029-cu il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. BB553889 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X19” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8r. “Avtomobilin maddi sübut kimi tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “X19” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. İş üzrə materiallara əlavə edilmiş qəbzdən görünür ki, “X19” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 verilmişdir. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X9 məxsus olan **-CP-*** dövlət qeydiyyat nişanlı “X17 Hibrid” markalı nəqliyyat vasitəsini idaetmə hüququ 2 il 2 ay 13 gün müddətinə Təqsirləndirilən şəxs verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. 36-cı maddəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/473 saylı rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, həmin vaxt yolu keçən piyada X10 vurmuş, nəticədə piyada T.Hüseynov aldığı xəsarətlərdən Şirvan şəhər xəstəxanasında ölmüşdür. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Lakin, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X12 ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.4, 59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 7 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 77 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “X19” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 07 (yeddi) saata görə 77 (yetmiş yeddi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən hökm elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-72/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-72/2025
19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver