Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-73/2023 25.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu Talış kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “KİA CEED” minik markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Hacıqabul rayonu Abdulabad kəndində, Abdulabad- Kolanı kənd yolunda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə zidd olaraq yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasında ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli olduğu halda bunlara əməl etməyərək avtomobili qarşı hərəkət zolağına çıxarmış, qarşıdan əks istiqamətdə hərəkət olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkəti üçün təhlükə yaratmış və “VAZ 2106” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs döş sümüyü cismində minimal yerdəyişmiş sınığı, sol Vİ, Vİİ qabırğalarının minimal yerdəyişmiş və sağ Vİİ qabırğanın yerdəyişməyən sınığı, sağ dizin əzilmiş yarası, sağ dizinin oynağının hematozu ilə müşaiyət edilən sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi özünə məxsus “KİA CEED” minik markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Hacıqabul rayonu Abdulabad kəndindən Talış kəndinə gedərkən kənd yolunda bəndin üstü ilə avtomobili 60 km/saat sürətlə idarə edərkən, qarşıdan “VAZ 2106” minik markalı avtomobilin onun yolu ilə üzərinə gəldiyini görmüşdür. O, toqquşmadan yayınmaq üçün avtomobili yolun sol tərəfinə çəkmiş, nəticədə onun avtomobili “Vaz 2106” markalı avtomobilə, daha sonra isə yolun sol hissəsində olan daş hasara dəymişdir. Sonda təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığını, ona dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi “VAZ 2106” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul rayonu Abdulabad kəndində kənd yolunda bəndin üstü 60 km/saat sürətlə idarə edən zaman qarşıda “KİA CEED” minik markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yüksək sürətlə gəldiyini görmüşdür. Həmin avtomobil idarə etməni itirib onun hərəkət istiqamətinə çıxaraq onunla toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsin barəsində hər hansı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi 27 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində, gündüz vaxtı baş vermişdir. Hadisə Hacıqabul rayonu Abdulabad kəndi ərazisində Abdulabad-Kolanı kənd yolunun sol tərəfində baş vermişdir. Həmin yol quru və əyri olmaqla asfalt örtüklüdür, Yolun sağ ehtiyat hissəsi 1,40 metr və sol ehtiyat hissəsi isə 2 metrdir. Yolun eni 5,40 metrdir. Hadisə yerində toqquşub dayanmış avtomobillər vardır. Sürücü və sərnişinlər yoxdur. Hadisə baş verən yerdə hərəkət sürətinin 50 km/saat olması barədə yol nişanı var və hadisə yeri həmin nişanın təsiri altına düşür. Toqquşma nöqtəsi yolun asfalt hissəsinə tökülmüş yağ, maye və avtomaşınlardan qopmuş hissələrə və sürtünmə izlərinə əsasən müəyyən edilmişdir. Toqquşma nöqtəsi Abdulabad Kolanı yolunda Kolanı kəndi istiqamətində yolun sol tərəfində olmaqla, avtomobillər arasında olan məsafə 0,60 metrdir. Yolun sağ kənarından KİA CEED minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə qədər olan məsafə 5,40 metr, Yolun sağ kənarından VAZ 2106 minik markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilə olan məsafə isə 4,20 metrdir. VAZ 2106 minik markalı 24-BF-l 15 qeydiyyat nişanlı avtomobilin 12,40 metr tormoz izi vardır. KİA CEED minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə tormoz izi yoxdur. Hadisə yerində hərəkət üsulu nizamlanmayandır. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli 46 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Şirvan RQTİBŞ tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə xx.xx.2023-cü il tarixdək “BC” kateqoriyalı, AE seriyalı 506510 saylı sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 43 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-Döş sümüyü cismində minimal yerdəyişmiş sınıq. Sol Vİ, Vİİ qabırğaların minimal yerdəyişmiş və sağ Vİİ qabırğanın yerdəyişməyən sınığı. Sağ dizin əzilmiş yarası. Sağ diz oynağının hemartozu. Yuxarıda qeyd oluna xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə ey zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissəslərinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd oluna xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 26 aprel 2023-cü il tarixli, 8/678 nömrəli rəyində göstərilmişdir ki, “KİA CEED” minik markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti Hacıqabul RPŞ-nə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 128 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 40, 43, 321, 346- 347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci mаddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə Hacıqabul rayon Polis Şöbəsinə göndərilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №1(071)-73/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-73/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver