Məhkəmə qərarları › İş №1(071)-73/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-73/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-73/2025 04.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul şəhəri, X11 küçəsi, ev 240 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşımaqla bir qismini üzərində, digər hissəsini isə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, ev 240-da yerləşən yaşadığı fərdi yaşayış evində saxlamış, 13 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, ev 240-da yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində saxlanılaraq üzərində yoxlama aparılan zaman bir ədəd kibrit qutusunun içərisində olan 08 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,086 qram, 0,132 qram, 0,204 qram, 0,114 qram, 0,172 qram, 0,118 qram, 0,172 qram və 0,138 qram olmaqla, ümumi təmiz çəkisi 1,136 qram xeyli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin əynində olan idman şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı fərdi yaşayış evinə baxış aparılan zaman bir ədəd sellofan bükümdə təmiz çəkisi 470 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,09 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,54 qram, bir ədəd kibrit qutusunun içərisində yerləşən 10 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,32 qram, 0,42 qram, 0,36 qram, 0,22 qram, 0,40 qram, 0,40 qram, 0,28 qram, 0,50 qram, 0,24 qram, 0,30 qram olmaqla, ümumi təmiz çəkisi 483,07 qram xeyli miqdarda orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana evin zal otağında yerləşən yatağın baş hissəsində döşəyin altından aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilkin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla əvvəlcə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü satışa görə deyil, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddə əldə etməyə görə təqsirli bilir. O, həmçinin ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyi bildirmişdir. Belə ki, istintaq zaman ifadəsində göstərmişdir ki, subaydır və anası ilə birlikdə yaşayır. O, təxminən 15 ilə yaxındır ki, “patı” kimi tanıdığı metamfetamindən istifadə edir. Həmin istifadə etdiyi metamfetamini müxtəlif vaxtlarda və məbləğlərdə tanımadığı şəxslərdən əldə etmişdir. Psixotrop maddə metamfetamindən qanunsuz olaraq əldə etdiyinə və istifadə etdiyinə görə Hacıqabul Rayon Məhkəməsinin 13 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2012-ci ilin oktyabr ayında isə Salyan Rayon Məhkəməsinin qərarı ilə 04 ay 22 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cəzaçəkmə müəssəsindən azad olunduğu gündən təxminən 6 il ərzində psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Lakin, sonralar təkrar metamfetamindən istifadə etməyə başlamışdır. Təxminən 4 ay bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə könüllü olaraq müalicə almaq məqsədi ilə getmişdir. Hacıqabul şəhərinə gəlmək üçün həmin mərkəzdən çıxıb yolun kənarında taksi gözləmişdir. Bu zaman yolun kənarında dövlət qeydiyyat nişanı və markası yadında qalmayan avtomobilin dayanmasını və içərisindən tanımadığı bir nəfər şəxsin əlində qara rəngli sellofan torba ilə yerə düşərək, yolun kənarındakı kollara tərəf hərəkət etdiyini, daha sonra əlindəki sellofan torbanı kolların arasına qoyub, həmin yerin fotoşəklini çəkdiyini və avtomobilə əyləşərək həmin yerdən uzaqlaşdığını görmüşdür. Tanımadığı şəxsin sellofan torbanı kolların arasında gizlətməsi və daha sonra fotoşəklini çəkərək uzaqlaşması onda şübhə yaratdığı üçün həmin yerə tərəf yaxınlaşmış və kolların arasında gizlədilmiş sellofan torbanı tapmışdır. Həmin torbanı açıb baxan zaman içərisində kibrit qutuları və narkotik vasitə marixuana olduğunu görmüşdür. Kibrit qutularını açdıqda, iki ədəd kibrit qutusunda narkotik vasitə marixuana olduğunu, bir kibrit qutusunda içərisində psixotrop maddə metamfetamin olan bükümlərin, digər kibrit qutusunda isə içərisində narkotik vasitə marixuana olan bükümlərin olduğunu görmüşdür. Bundan sonra tapdığı narkotik vasitə və psixotrop maddələri istifadə etmək məqsədi ilə əynindəki qış gödəkçəsinin arasına qoyub həmin hissədən uzaqlaşıb getmişdir. Tapdığı sellofan torbanı Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, ev 240 ünvanında yaşadığı evə gətirmişdir. Evdə sellofan torbanı açdıqda, bir kibrit qutusunun içərisində 9 ədəd kağız bükümlərdə psixotrop maddə mefamtemin, digər kibrit qutusunda olan 10 ədəd bükümlərdə isə narkotik vasitə marixuana olduğunu aşkar etmişdir. Tapdığı narkotik vasitə və psixotrop maddələri yaşadığı evin zal hissəsindəki yataq dəstinin üzərində olan döşəyin altında ağrıları olan zaman az-az istifadə etmək məqsədi ilə gizlətmişdir. Bu barədə isə hər hansı şəxsə heç bir məlumat verməmişdir. Tapdığı narkotik vasitə və psixotrop maddələrdən təxminən 2 gün keçdikdən sonra yalnız 01 ədəd bükümdə psixotrop maddədən istifadə etmişdir. Qalan narkotik vasitə və psixotrop maddələri gizlətdiyi yerdə saxlamışdır. 13 fevral 2025-ci il tarixdə saat 16 radələrində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, ev 240-da yaşadığı evin həyətində olan zaman mülki geyimdə olan şəxslərin yaşadığı evin həyətinə daxil olmalarını və ona tərəf yaxınlaşmalarını görmüşdür. Həmin şəxslər ona tərəf yaxınlaşaraq onu saxlayıb, Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib, özlərini təqdim etmişlər. Həmin vaxt içərisində 8 ədəd büküm, hər bükümün arasında psixotrop maddə metamfetamin olan 01 ədəd kibrit qutusu əynində olan qara rəngli idman şalvarının sol yan cibində, qalan narkotik vasitə qurudulmuş marixuana isə yataq dəstinin üzərindəki döşəyin altında olmuşdur. Özünü Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən şəxs ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməkdə, üzərində və yaşadığı evdə saxlamaqla, daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərində yoxlama aparılacağını və yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat verərək hüquq və vəzifələrini ona elan etmişdir. Daha sonra Şahid1 üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi ona təklif etmişdir. O, əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı içərisində 8 ədəd büküm, hər bükümün arasında psixotrop maddə metamfetamin olan 01 ədəd kibrit qutusunu çıxarıb Şahid1 təqdim etmişdir. Həmin kibrit qutusu Şahid1 tərəfindən açıldıqdan sonra içərisindən 8 ədəd kağız bükümlər, hər bükümün arasından isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra həmin bükümlər içərisindəki kütlələrlə birlikdə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq möhürlənmişdir. Şahid1 ondan şifahi olaraq həmin psixotrop maddələri nə üçün üzərində gəzdirməsini soruşmuşdur. O, cavab olaraq istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Şahid1 ondan yaşadığı evdə psixotrop maddə və ya narkotik vasitə olub-olmamasını soruşmuşdur. O, yaşadığı evin zal hissəsində yerləşən yataq dəstinin üzərindəki döşəyin altında narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə daxil olmuş, ev 1 mətbəx, 2 yataq otağı və 1 zaldan ibarət olmuşdur. 2 yataq otağı isə istifadə olunmamış, buna görə də, yataq dəsti qış fəsli olduğundan zal hissədə yerləşmişdir. Birlikdə mətbəxdən keçib zala daxil olduqda yatdığı yataq dəstini Şahid1 təqdim etmişdir. Şahid1 yataq dəstinin baş hissəsində döşəyin altına baxan zaman həmin hissədən 03 ədəd kibrit qutusu, 01 ədəd sellofan torba aşkar edərək götürmüşdür. Daha sonra 03 ədəd kibrit qutusuna və 01 ədəd sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı 02 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə marixuana, 01 ədəd kibrit qutusunun içərisindən 10 ədəd bükümlərdə, hər bir bükümün içərisində narkotik vasitə marixuana, 01 ədəd sellofan bükümün içərisindən isə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq möhürlənmişdir. Daha sonra yaşadığı evdə yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra onu polis şöbəsinə dəvət etmiş, birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində və yaşadığı evdə yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis Şöbəsində təhqiqatçı Zahid Salahov ona psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Ona dövlət hesabına təyin edilmiş müdafiəçi təqdim edilmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. O, 01 ədəd sellofan torbada olan narkotik vasitə marixuananın çəkisinin 488 qram olduğunu gördüyünü və əvvəl məhkum olduğu üçün məsuliyyətdən yayınmaq məqsədi ilə həmin sellofan torbadakı narkotik vasitə marixuananın ona məxsus olmadığını bildirmişdir. Əslində üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin ona məxsus olmaqla, həmin maddələri istifadə etmək üçün üzərində və yaşadığı evdə saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşan zaman, üzərində yoxlama və yaşadığı evdə baxış aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələri satmamış, sadəcə olaraq istifadə etmişdir. Üzərindən və yaşadığı evdən aşkar olunan psixotrop maddə və narkotik vasitə marixuanadan başqa kiminsə məlumatı olmamışdır. O, həmçinin ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Xeyli müddət keçdiyi üçün +**********24 saylı mobil nömrə ilə əlaqə saxladığı şəxsin kim olduğunu, hazırda həmin mobil nömrə ilə qeyd olunan məzmundakı “sms”lərin hansı mövzuda yazılmasını xatırlamır. Şahid6 və Şahid7 əvvəldən tanımış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Şahid6 uzun müddətdir ki, tanıyır, ifadəsində qeyd etdiyi hal 1 dəfə baş vermişdir. Belə ki, Şahid6 onunla əlaqə saxlayaraq çəkmək üçün marixuana istədiyini bildirmişdir. O, tapdığı narkotik vasitə marixuanadan bir büküm çəkməsi üçün vermiş, bundan sonra İbrahim qarşılığında 10 manat pulu yadında qalmayan kart hesabına göndərmişdir. Məhkəmə baxışı zamanı ilkin dindirmə zamanı təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələri polis əməkdaşları tərəfindən saxlanıldıqdan 1 ay əvvəl tapmışdır. Tapdığı narkotik vasitələri özü bükümlərə ayırmamışdır. Marixuana açıq şəkildə qalanları isə paketdə olmuşdur. 9 ya 10 büküm olmuş, o, “patı” deyilən narkotik vasitənin üzərindən istifadə etmişdir. Özünü ancaq həmin narkotik vasitə və psixotrop maddələrdən istifadə üzrə təqsirli bilir, satış üzrə təqsirli bilmir. Polis əməkdaşlarının evə keçib axtarış etmələrinə onun yazılı razılığı olmamış, polis əməkdaşları yaşadığı evə onunla birgə daxil olmuşdur. Hətta Şahid1 dindirilməsi zamanı Təqsirləndirilən şəxs müdafiəçinin çarpaz sualına cavab olaraq bir daha qeyd etmişdir ki, onun razılığına əsasən polis əməkdaşları yaşadığı evə daxil olmuşlar. Bundan başqa o, Şahid6 dindirilməsi zamanı sədrlik edən hakimin ona çarpaz sualına cavab olaraq qeyd etmişdir ki, İbrahimlə bir yerdə narkotik vasitə istifadə edən zaman, istifadə etdikləri narkotik vasitəni o, İbrahimə vermişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahid2 dindirilməsi zamanı sədrlik edən hakimin çarpaz suallarına cavab olaraq qeyd etmişdir ki, o, İbrahimə narkotik vasitəni satmaq niyyəti il deyil hədiyyə kimi vermişdir. Şahid3 dindirilməsi zamanı isə təqsirləndirilən şəxs ifadənin məzmunu ilə razılaşaraq bükümlərin ona aid olmasını təsdiq etmiş, hətta polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı yalnız bir dəfə videoçəkiliş qeydə alınmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ilkin ifadəsini təkzib edərək bildirmişdir ki, əsas videoçəkilişdən öncə bir neçə dəfə video çəkiliş aparılmışdır. Belə ki, çəkilişdən öncə polis əməkdaşları ona bildirmişlər ki, 234.1-ci maddə ilə ittiham veriləcəkdir, lakin narkotik vasitənin külli miqdarda olacağı barədə məlumatsız olmuşdur. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddə ilə ittiham veriləcəyini və həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini istəmişlər. Hazırda o, özünü 234.1-ci maddə ilə təqsirli bilir. Qapının üzərində olan işləməyən kameranı da hətta polislər sındırmışdır. xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, yaşadığı ünvana baxış keçirilməsi və götürmə haqqında” protokolda qeyd olunanların əskinə, o, polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə səhər saat 08:00 radələrində saxlanılmışdır. Belə ki, həmin protokolda onun tutulma saatının 15:21 olduğu qeyd edilmişdir. Ona qarşı fiziki zor olmamış, lakin polislər hədələmiş ki, etiraf etməsə, üzərinə külli-miqdarda narkotik maddələrin dövriyyəsinə dair ittiham qoyulacaq və anasını da şöbəyə aparacaqlar. Bundan başqa o, bildirmişdir ki, ona nağdsız formada 20 manat lazım olduğu üçün o, 20 manatı nağd şəkildə Vəliyə vermiş və o da onun kart hesabına 20 manat göndərmişdir. Buna baxmayaraq narkotik vasitəni Şahid7 özü vermiş, birlikdə istifadə etmişlər. O, narkotik vasitəni pul ilə əldə etmiş, ancaq Şahid7 narkotik vasitəni pul müqabilində deyil, hədiyyə olaraq vermişdir. Əməliyyat tədbiri zamanı anası yaşadığı mənzildə olmasına baxmayaraq çəkiliş zamanı görüntüyə düşməmişdir. Təqsirləndirilən şəxsin sonuncu ifadəsində göstərilən hər bir xüsusatla bağlı məhkəmə tərəfindən əlavə araşdırma aparılmış, məhkəmənin təşəbbüsü ilə və müdafiə tərəfinin vəsatətinə əsasən təqsirləndirilən şəxsin telefon danışıqlarında dair məlumatlar, onun və Hacıqabul RPŞ-nin əməliyyat müvəkkillərinin istifadələrində olan mobil telefon nömrələrinin anten dairələrinə dair məlumatlar götürülmüş, əlavə şahidlər dindirilmiş, sorğula verilərək cavablar əldə edilmişdir. Lakin qeyd olunan xüsusatlar təsdiqini tapmamışdır. Nəticədə Təqsirləndirilən şəxs son sözündə ibtidai istintaq tərəfindən verilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını qeyd edərək ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi sonuncu ifadəsində göstərilənləri özünümüdafiə xarakterli ziddiyyətli məlumat olaraq qiymətləndirir və onun məhkəməyədək icraat zamanı, eləcə də məhkəmə baxışı zamanı verdiyi ilkin ifadəsini mötəbər sübut olaraq qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 13 fevral 2025-ci il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin ifşa edilməsi, üzərində yoxlama və yaşadığı evə baxış aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul Rayon Polis Şöbəsinin rəisinin əmri əsasında onun rəhbərliyi ilə qrup üzvü kimi Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid5, CAB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. Təxminən saat 16 radələrində onlar Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, ev 240 ünvanında yaşadığı evdə olmasını öyrənmişlər. Qrup üzvləri ilə birlikdə hərəkət edərək Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Birlikdə evin həyətinə daxil olan zaman Təqsirləndirilən şəxs evin həyətində olmasını görmüşlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs tərəf yaxınlaşıb, özlərini təqdim edərək, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməkdə, üzərində və yaşadığı evdə saxlamaqla, daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağını və yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə məlumat verərək hüquq və vəzifələrini ona elan etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu onun tərəfindən açılaraq içərisinə baxılan zaman qutunun içərisindən 8 ədəd büküm, hər bükümün arasında psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Həmin bükümlər içərisindəki kütlələrlə birlikdə onun tərəfindən elektron tərəzidə çəkilmiş və çəkilərinin 0,27 qram, 0,30 qram, 0,37 qram, 0,25 qram, 0,34 qram, 0,33 qram, 0,32 qram və 0,26 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmişdir. O, Təqsirləndirilən şəxs şifahi olaraq aşkar olunan kütlələri nə üçün üzərində gəzdirməsini soruşmuşdur. Təqsirləndirilən şəxs cavab olaraq aşkar olunan maddələrin psixotrop maddə metamfetamin olduğunu və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə və ya narkotik vasitə olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin zal hissəsində yerləşən yataq dəstinin üzərindəki döşəyin altında narkotik vasitə marixuana olduğunu bildirmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı ev 1 mətbəx, 2 yataq otağı və 1 zaldan ibarət olmuşdur. Birlikdə mətbəxdən keçib zala daxil olduqda Təqsirləndirilən şəxs yatdığı yataq dəstini təqdim etmişdir. O, yataq dəstinin baş hissəsində döşəyin altına baxan zaman həmin hissədən 03 ədəd kibrit qutusu, 01 ədəd sellofan torba aşkar edərək götürmüşdür. Daha sonra 03 ədəd kibrit qutusuna və 01 ədəd sellofan torbaya onun tərəfindən baxış keçirilmişdir. Baxış zamanı 02 ədəd kibrit qutusunun içərisindən 8,07 qram və 7,53 qram çəkiləri olan narkotik vasitə marixuanaya bənzər kütlələr, 01 ədəd kibrit qutusunun içərisindən 10 ədəd bükümlər, hər bir bükümün içərisindən 0,56 qram, 0,39 qram, 0,67 qram, 0,68 qram, 0,80 qram, 0,68 qram, 0,63 qram, 0,65 qram, 0,46 qram və 0,42 qram çəkiləri olan narkotik vasitə marixuanaya bənzər kütlələr, 01 ədəd sellofan bükümün içərisindən isə 488 qram çəkisi olan narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə onun tərəfindən yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində və yaşadığı evdə yoxlama aparılması barədə onun tərəfindən protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Hacıqabul Rayon Polis X3 baş təhqiqatçısı Zahid Salahovun xidməti otağına daxil olmuşlar. X18 İsayevə psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Şirvan Regional Vəkil Bürosunun vəkili X6 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. X18 İsayevin üzərində və yaşadığı evdə yoxlama aparan zaman aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar olunan və qablaşdırılan əşyalara yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamış, 13 fevral 2025-ci il tarixdə saxlanıldıqda və üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə saxladığı psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etdiyi, psixotrop maddə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu müəyyən edilmişdir. Onun psixotrop maddə və narkotik vasitə əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Şahid1 əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, keçirilmiş tədbir barədə məhkəməyə və prokurorluğa məlumat verilmişdir. Şahid6 və Təqsirləndirilən şəxs arasında telefon əlaqəsi olmuşdur. Cabirin üzərinə yoxlama apardıqdan sonra evə baxmağı təklif etmiş, o da buna razı olmuşdur. Əməliyyat tədbiri keçirilməmişdən qabaq ona bu barədə yəni, narkotik vasitə və psixotrop maddələrin istifadəsi, saxlanılması və satışı barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı Şahid6 satmış, lakin saxlanılan gün deyil, başqa vaxt satmışdır. Şahid6 başqa kiməsə satdığını isə bilmir. Bundan sonra, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2025-ci il tarixdə saxlanılmışdır. Bu zaman Cabir həyətyanı sahədə olmuşdur. Cabirdən başqa evdə heç kim olmamış, evə özünün könüllü razılığı ilə baxmış, anası isə evdə olmamışdır. Narkotik vasitəni yatağın baş tərəfindən tapmış, bu zaman Cabir özü axtarışa etiraz etməmişdir. Hətta Cabir özü bildirmişdir ki, istifadəsi üçün həmin vasitələri saxlamışdır. Şahidin dindirilməsi zamanı Təqsirləndirilən şəxs onun razılığı ilə polis əməkdaşları tərəfindən yaşadığı sahəyə daxil olduqlarını təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid5, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Müdafiə tərəfi şahid ifadələrinin sübut kimi qəbul edilməsinə etirazı etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyaraq imza etmişdir. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 52, mənzil 1-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, ünvan 3 təmirlərində fəhlə kimi işləyir. Təxminən 8- 9 aya yaxındır ki, narkotik vasitə marixuanadan istifadə edir. Mütəmadi olmasa da, narkotik vasitə marixuanadan arabir istifadə edir. İstifadə etdiyi narkotik vasitə marixuananı tanımadığı şəxslərdən əldə etmişdir. Təqsirləndirilən şəxs Hacıqabul şəhər sakini olduğundan əvvəldən tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə Hacıqabul şəhərində yerləşən mərkəzi bazarda görmüş, lakin heç bir əlaqəsi olmamışdır. Təxminən 1 ay bundan əvvəl eşitmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə alveri ilə məşğuldur. Buna görə də, marixuana alıb istifadə etmək məqsədi ilə Təqsirləndirilən şəxslə əlaqə saxlamaq qərarına gəlmişdir. Təxminən 2025-ci ilin yanvar ayının sonları Təqsirləndirilən şəxs Hacıqabul şəhərində yerləşən mərkəzi bazar ərazisində görmüşdür. Həmin vaxt Cabirə yaxınlaşaraq ondan narkotik vasitə marixuana almaq istədiyini bildirib mobil nömrəsini almışdır. Cabir ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Həmin gün Cabirlə istifadəsində ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamağa başlamışdır. Bir neçə gündən sonra Cabirlə əlaqə saxlayaraq ona istifadə etməsi üçün narkotik vasitə marixuana verməsini istəmişdir. Cabir ondan nə qədər pulu olduğunu soruşduqda, 10 manatı olduğunu bildirmişdir. Bundan sonra Cabir ona hazırda yadında qalmayan kart hesabı ataraq pulu həmin kart hesabına göndərməyini istəmişdir. 10 manatı Cabirin ona göndərdiyi kart hesabına göndərdikdən sonra, Cabir ona yaşadığı evin qarşısına gəlməyini evin qarşısına onun üçün siqaret qutusunun içərisində narkotik vasitə marixuana qoyduğunu bildirmişdir. O, Cabirin dediyi kimi etmiş və Cabirin yaşadığı evin qarşısına gedərək, həmin yerdə olan siqaret qutusunu götürüb içinə baxdıqda görmüşdür ki, qutunun içərisində bir bükümdə narkotik vasitə marixuana vardır. Cabirin ona satdığı narkotik vasitə marixuananı götürüb həmin yerdən uzaqlaşıb getmişdir. Həmin vaxtdan sonra Cabirlə bir daha əlaqə saxlamamışdır. O, ilk və son dəfə Cabirdən həmin vaxt narkotik vasitə marixuana alıb istifadə etmişdir. Onun Təqsirləndirilən şəxslə arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, narkotik vasitə marixuana aludəçisidir, Təqsirləndirilən şəxs də marixuananı istifadə etmək məqsədi ilə əldə etmişdir. Məhkəmə baxışı zamanı Şahid6 ibtidai istintaq verdiyi ifadəsini qismən təsdiq edərək bildirmişdir ki, onun narkotik vasitə satması və aludəçisi olması barədə məlumatı olmayıb, o, narkotik vasitəni Cabirdən almayıb, onlar bir dəfə yeni ildə birlikdə narkotik vasitə istifadə etmişlər, həmin vaxt istifadə etdikləri vasitəni isə 10 manat müqabilində Cabir ona veribdir. İstifadə etdikləri narkotik vasitənin dəyəri olan 10 manat pul vəsaitini aparat vasitəsilə o, Cabirin istifadəsində olan kart hesabına kontur pulu olaraq göndərmişdir. Lakin hazırda Cabirin kart hesabına dair məlumatları xatırlamır. O, həmçinin qeyd etmişdir ki, Cabirlə Bakı şəhərində görüşüb narkotik vasitə qəbul etmiş, lakin dəqir məkanı xatırlamır. Sonuncu dəfə Cabirdən dəqiq tarixini xatırlamadığı vaxtda, təxminən 2024-cü ilin dekabr ayında narkotik vasitə almış, həmin vaxtdan sonra onlar rastlaşmamışlar. Şahidin dindirilməsi zamanı Təqsirləndirilən şəxs çarpaz suallara cavab olaraq, İbrahimə narkotik vasitə verməsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiqedərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qonşudur. Təqsirləndirilən şəxs narkotik vasitə satmamış, sadəcə olaraq istifadə etmişdir. O, istintaq zamanı bildirmişdir ki, Cabirlə fevral ayında bir yerdə narkotik vasitə istifadə etmişdir. İbtidai istintaq zamanı ifadəsini oxuyaraq imza etmiş, bildirmişdir ki, qonşunun qonaqlıq məclisində “nəşə” deyilən narkotik vasitə istifadə etmişdir. Qonaqlıq zamanı “nəşə” deyilən narkotik vasitə çəkmiş, lakin pul verərək almamışdır. O, 20 manat pulu Təqsirləndirilən şəxs kartına köçürmüşdür. Lakin Cabirdən narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı ifadəsinin altında olan xətt və imza onun özünə aiddir. Sonuncu dəfə yanvar ayında narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs marketdə olan terminaldan özünə məxsus kart hesabına 20 manat məbləğində pul köçürmək üçün gedərkən o, Cabirə bildirmişdir ki, 20 manatı əgər ona verərsə, onun kart hesabına 20 manat pul köçürə bilər. Təqsirləndirilən şəxs kartına 20 manat pulu narkotik almaq üçün köçürməmiş, pulu onun kartına köçürməsinin səbəbini onun marketə gedərək aparatdan istifadə etmək zərurətini aradan qaldırmaqla bağlı olmuşdur. O, ibtidai istintaqda verdiyi ifadəsini yox, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqda ifadə alarkən polis şöbəsində ona təzyiq edilmiş, lakin ona təzyiq edəni görsə belə tanımaz. Hazırda psixi problemləri olduğu üçün yaddaşı zəifdir. Dolayısıyla həmin şəxsi xatırlamır. Təqsirləndirilən şəxs ilə birlikdə 1 dəfə narkotik vasitə istifadə etmişdir. Onu polis şöbəsində olarkən heç kim fiziki şiddət göstərməmişdir. Əlavə olaraq bildirmişdir ki, onun evinə 2 nəfər mülki geyimdə polis əməkdaşı gəlmiş, onu polis şöbəsinə aparmışlar. Axşama qədər polis şöbəsində qalmış, valideynini çağırmışlar. Ondan sonra istintaqa verdiyi ifadəsini imzalamışdır. Təqsirləndirilən şəxs ilə onun üzləşməsi olmamış, ondan ifadə alan polis əməkdaşı Şahid8 olmamış, o, oxumadan ifadəsinə imza etmişdir. Narkotikdən istifadə etməsi ilə bağlı həmin vaxt müayinə olunmamışdır. Qonşuluqda keçirilən qonaqlıqdan əvvəl o, pulu Təqsirləndirilən şəxs kart hesabına köçürmüş, Cabir də əlbəəl ona 20 manat nağd pul vermişdir. Çünki onun həmin vaxt nağd pula ehtiyacı olmuşdur. O, müstəntiq Şahid8 tanımır, ifadə verərkən təzyiq altında olmuş, nə dediyini bilməmişdir. Ona təzyiqi ifadə alan şəxs göstərmişdir. O, polis şöbəsində 2-ci mərtəbəyə qalxmış, müstəntiqin otağında 2-3 nəfər olmuşdur. Polis şöbəsində olarkən ona nə kimi psixoloji təsir olması yadında deyil.Şahid araşdırma zərurəti ilə bağlı bir neçə dəfə dindirilmiş və hər dəfə Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni qəbul etməyi Cabirin ona təklif etməsini, Cabirin isə ona birlikdə istifadə etdikləri nakotik vasitəni pul müqabilində deyil, pulsuz həddiyə kimi verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs isə çarpaz dindirmə zamanı Şahid7 birlikdə narkotik vasitə istifadə edən zaman hədiyyə olaraq narkotik vasitə verməsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı yaranmış zərurətlə əlaqədar olaraq, yəni Şahid7 ifadəsində göstərilən xüsusatların araşdırılması zərurətilə, əvvəlki iclaslarda şahid qismində cəlb edilərək dindirilmiş Hacıqabul RPŞ-nin əməliyyat müvəkkili Şahid9 təkrarən dindirilmiş və o, əlavə olaraq ifadəsində göstərmişdir ki, Şahid7 və Şahid6 ilə bağlı ona əməliyyat tapşırığını müstəntiq Şahid8 vermişdir. Şahid7 yerini müəyyən edərək gətirib müstəntiq Şahid8 təhvil vermişdir. Şahid7 müstəntiq tərəfindən dindirilərkən o, orada iştirak etməmişdir. Şahid7 Təqsirləndirilən şəxs narkotik vasitə alması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat tədbirində o da iştirak etmişdir. Videogörüntülərdə olanları təsdiq edir. Həmin vaxt Təqsirləndirilən şəxs anası evdə olmamışdır. O, əməliyyat tədbirinə kömək etmək məqsədilə getmiş, əməliyyatın detalları barədə qrup üzvləri bir-birlərinə məlumat verməmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində cəlb edilərək dindirilmiş Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Şahid8 ifadəsində göstərmişdir ki, Şahid7 ifadəsi alınarkən ona qarşı hər hansı bir təzyiq və təhdid olmamışdır. Onun ifadəsini yönləndirmək halı olmamışdır. Şəxs bildiyi dildə və sərbəst şəkildə ifadə vermişdir. İfadəsini aldıqdan sonra ucadan oxumuş və şahid özü də oxuyaraq imzalamışdır. Şahid7 mobil telefonu ilə bağlı əməliyyat tapşırığı verilməmişdir. Şahidin ifadəsi alınan zaman əməlində inzibati xəta tərkibi müəyyən edildikdə onun vəzifəsi bunu aydınlaşdırmaqdır. Şahid7 narkotik vasitəni qeyri-müəyyən vaxtda qəbul etdiyi üçün müayinədən keçirilməmiş, tədbir görülməmişdir. Şahid7 polis şöbəsində saxlanılmamışdır. İfadəsi alınmış, amma telefonuna baxış keçirilməmişdir. Təqsirləndirilən şəxslə bağlı telefon danışıq məlumatları çıxarıldıqdan sonra şahid etiraf etmişdir. Şahid7 bildirdikləri yalan olmaqla, şahid ancaq onun otağında olmuşdur. Şahidlə təqsirləndirilən şəxsin qonşuluq münasibətləri olduğu üçün hazırda məhkəməyə verdiyi ifadəsini dəyişmişdir. Təqsirləndirilən şəxs ilə Şahid7 üzləşdirilməsi olmamışdır. Çünki Təqsirləndirilən şəxs etap olunmuş, Şahid7 isə olduğu yer müəyyənləşdirilə bilinməmişdir. Şahid7 ifadəsinin videoqeydə alınmamasının səbəbi Şahid7 baş vermiş hadisələri şübhəsiz sərbəst etiraf etməsi olmuşdur. Şahid7 ifadəsində göstərilənlərin yoxlanılması ilə bağlı məhkəmə tərəfindən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına ünvanlanmış sorğuya cavab olaraq müəyyən edilmişdir ki, o, hər hansı psixi və ya psixoloji xəstəliyi ilə bağlı xəstəxanaya hazıradək müraciət etməmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən Şahid7 gələcəkdə məsuliyyətə cəlb edilməsi ilə bağlı qorxu hissə keçirərək məhkəmə baxışı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir, lakin onun Təqsirləndirilən şəxslə birlikdə narkotik vasitə qəbul edərkən, sonuncunun ona narkotik vasitəni hədiyyə etməsi ilə bağlı hissədə ifadəsini mötəbər sübut olaraq qiymətləndirir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs özü də şahidə narkotik vasitə hədiyyə etməsini təsdiq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin saxlanılması vaxtı ilə bağlı ifadəsində göstərilən xüsusatlarən yoxlanılması ilə bağlı telefon məlumatları götürülmüş, lakin anten ərazilərinin dəqiq əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, izaha verilməsi üçün məhkəmə istintaqı zamanı mütəxəssis qismində cəlb edilməklə dindirilmiş X7 ifadəsində göstərmişdir ki, mobil telefon nömrələri barədə telekommunikasiya məlumatları təşkilatın imkanı xaricindədir. Bu baxımından mobil telefon nömrələri ilə bağlı suallara cavab verə bilmir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı ifadəsində göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, onun anasının şahid qismində dindirilməsi məhkəmə iclaslarında bilavasitə iştirak etməsi səbəbilə mümkün olmamışdır. Bununla yanaşı, məhkəmə onların qohumluq əlaqələrinin olmasını nəzərə alaraq əlavə şahid qismində dindirilməsini zəruri hesab etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək Hacıqabul şəhəri, X11 küçəsi, ev 240 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, yaşadığı ünvanda və üzərində satış məqsədilə narkotik vasitə və psixotrop maddə saxlaması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli 3-13-78/Ə98/2025 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid5, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 daxil edilməklə, qrupa rəhbərlik əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli, 146 nömrəli daxil olma ştampı olan, Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə” əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, yaşadığı ünvanda və üzərində satış məqsədilə narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:21-də Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, ev 240-da yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində saxlanılaraq üzərində yoxlama aparılan zaman bir ədəd kibrit qutusunun içərisində olan 08 ədəd bükümdə psixotrop maddə metamfetamin əynində olan idman şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq bir ədəd sellofan bükümdə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana evinin zal otağında yerləşən yatağın baş hissəsində döşəyin altından götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün RPŞ-nin TB-nin baş təhqiqatçısı, X12 tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, yaşadığı ünvana baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, yaşadığı ünvanda və üzərində satış məqsədilə narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli bilinən İsayev X8 RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əvvəlcə ona nə üçün saxlanıldığı izah edildikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərində yoxlama keçiriləcəyi və evinə baxış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşları tərəfindən ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilmiş, yoxlama keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol cibindən bir ədəd kibrit qutusunu çıxardaraq təqdim etmiş və həmin kibrit qutusunun içərisindən 8 ədəd kağız bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisindəki bükümdə olan metamfetaminə bənzər kütlələr elektron tərəzi ilə çəkilmiş və 0.27 qram, 0.30 qram, 0.37 qram, 0.25 qram, 0.34 qram, 0.33 qram, 0.32 qram, 0.26 qram olması müəyyən edilmişdir. Bir ədəd kibrit qutusunda 8 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən başqa əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 10 manatlıq pul əskinası iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra əməliyyat tədbiri davam etdirilmiş və Təqsirləndirilən şəxs həyətinə girərkən sağ tərəfdə olan yaşadığı evə baxış keçirilmişdir. Ev bir mətbəx və üç otaqdan ibarət olmuş, evə girdikdə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, evin “zal” adlandırdıqları otaqda yerləşən yatdığı yerdə olan döşəyin baş tərəfinin altında narkotik vasitə olan marixuana vardır və onu təqdim etmək istəyir. Təqsirləndirilən şəxs həmin yeri təqdim etmiş və baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd sellofon paketdə və 3 ədəd kibrit qutusunda marixuana vardır. Həmin kibrit qutusunun birinin içərisində 10 ədəd kağız bükümdə (0.56 qram, 0.39 qram, 0.67 qram, 0.68 qram, 0.80 qram, 0.68 qram, 0.63 qram, 0.65 qram, 0.46 qram, 0.42 qram) qurudulmuş marixuanaya bənzər maddə vardır. Digər iki kibrit qutusunun çəkiləri isə 8.07 və 7.53 qram olmuşdur. Sellofan paketdə olan qurudulmuş marixuana isə 488 qram çəkidə olmuşdur. Həmin 03 ədəd kibrit qutusu bir zərfə, sellofan paket isə digər zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, evindən aşkar edilmiş narkotik maddə onun özünə məxsusdur. Bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş başa çatmışdır. Şübhəli şəxsin üzərinin, yaşadığı evinin yoxlanılması və götürmə zamanı aparılmış videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində, yaşadığı ünvanda axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şübhəli şəxsin üstünün yoxlanılması, yaşadığı ünvana baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 15:21-dən saat 16:00-dək olan müddət ərzində Hacıqabul RPŞ-nin CAB-nin və NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş kütlələrə, daha sonra əməliyyat-axtarış tədbirinin videoqeydini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmişdir. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinə dair protokola əlavə edilmiş 01 ədəd DVD diskdə əks olunmuş videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına əsasən saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını, aşkar edilən psixotrop maddə və narkotik vasitələrin ona aid olmasını etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/137-138 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, 1. tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda 08 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,086 qram, 0,132 qram, 0,204 qram, 0,114 qram, 0,172 qram, 0,118 qram, 0,172 qram və 0,138 qram olmaqla, ümumi təmiz çəkisi 1,136 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. 2. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən....” sözləri yazılmış kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 5,09 qram, 4,54 qram, 01 ədəd kibrit qutusunda olan 10 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,32 qram, 0,42 qram, 0,36 qram, 0,22 qram, 0,40 qram, 0,40 qram, 0,28 qram, 0,50 qram, 0,24 qram, 0,30 qram, ümumi çəkisi 13,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən....” sözləri yazılmış 01 ədəd polietilen torbada təmiz çəkisi 470,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 07 mart 2025-ci il tarixli, 1393 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə“ Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə (könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq olunmaması) uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-41/2-170/2025 nömrəli məktuba əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X15 konsultativpoliklinika şöbəsinin narkoloji kabinetində “F19.2 qarışıq maddələrin qəbulundan yaranan psixi və davranış, asılılıq sindromu” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 mart 2025-ci il tarixli 854 saylı saylı rəyinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, situativlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərində qırmızı fonda "xxxx" sözləri yazılmış 01 ədəd CD disk və ona əlavə edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(071)-25/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********18 saylı mobil nömrədən göndərilən və həmin mobil nömrəyə daxil olan cinayət işi üzrə sübut əhəmiyyətinə malik olan sms mətninin olması (+**********24: xx.xx.2024-cü il, 19:34:01 - suse sen başu qacirdib; xx.xx.2024-cü il, 19:39:45 – ucdene verib mendedi indide dirsen bidenedi verdim elnura) qeyd edilmişdir. Həmçinin "xxxx" MMC tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan da görünür ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsindən mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilir. O cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləmədiyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və s hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(071)-73/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2025-ci il tarixdə saat 08:00-18:00 aralığında olan müddət ərzində kimlərlə əlaqə saxlaması və əlaqə saxladığı şəxslərin şəxsiyyətləri, onların ünvanları, onun tərəfindən edilən və ona olunan zənglərin siyahısı, həmin nömrəyə daxil olan və çıxan SMS mətnləri (whatsapp proqramı vasitəsilə ilə ötürülən sms məlumatların mətinləri daxil olmaqla) barədə məlumatlar, həmçinin qeyd olunan nömrənin həmin müddətlər ərzində anten dairəsi barədə məlumatlar "xxxx" MMC-dən, həmçinin Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 istifadəsində olmuş ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2025-ci il tarixdə saat 08:00-18:00 aralığında olan müddət ərzində anten dairəsi barədə məlumatlar "xxxx" və "xxxx" MMC-lərdən götürülməsi qərara alınmışdır. Qərar əsasında "xxxx" və "xxxx" MMC-lərdən xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə qeyd edilən şəxslərin anten dairəsi barədə məlumatları ümumilikdə 02 ədəd CD diskdə məhkəməyə təqdim edilsə də, həmin məlumatlarda məhkəmə istintaqı zamanı cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən hallar aşkar edilməmiş, odur ki, sözügedən məlumatlar sübut qismində qəbul edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ziddiyyətli ifadələr verməklə aşkar olunan narkotik vasitə və psixotrop maddələrdən sadəcə olaraq istifadə etdiyini, onların satışı ilə məşğul olmadığını bildirmişdir. Lakin təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılması zamanı videoçəkilişə baxış keçirilərkən məlum olur ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə və psixotrop maddələrin olması barədə polis əməkdaşlarına könüllü şəkildə məlumat verir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetamin kibrit qutularında olmaqla, həmin qutuların daxilində bükümlər halında qablaşdırılması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlayaraq daşıdığına əsas verir. Eyni zamanda, Təqsirləndirilən şəxs aşkar edilmiş kibrit qutularının içindəki bükümlərin çəkilərinə diqqət yetirildikdə onların hamısının təxminən eyni çəkidə olduqları müəyyən edilir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərində “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, yaşadığı evə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş videoçəkilişdən də görünür ki, aşkar edilmiş bükümlər səliqəli şəkildədir və üzərilərində heç bir toz və çirklənmiş ləkələr mövcud deyil. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, sadəcə həmin maddələrin istifadəçisi olması barədə verdiyi ifadələr iş üzrə tədqiq edilmiş digər mötəbər və bir-biriləri ilə uzlaşan sübutlarla ziddiyyət təşkil edir. Belə olan vəziyyətdə, məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini mötəbər sübut kimi qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il Qərarının 25 və 26-cı bəndlərinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərdən müxtəlif dövlət orqanlarına (prokurorluğa, məhkəməyə) şikayət etmək üçün kifayət qədər imkanlara malik olmuş, lakin o, hazıradək heç orqana şikayət etməmişdir. Həmçinin ibtidai istintaq zamanı müdafiəçisini bu barədə məlumat verməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.” X17 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyil, həmdə bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bükülməsi, onların hazırlanması üşün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı işin hallarında isə müəyyən edilir ki, şahidlər Şahid6 və Şahid7 məhkəmə baxışı zamanı öz ifadələrində Təqsirləndirilən şəxslə birlikdə narkotik vasitə qəbul etdiklərini, Cabirin onlara həmin vasitələri ödənişsiz qaydada, yəni bəxşiş kimi verməsini bildirmişlər. Hətta Təqsirləndirilən şəxs özü də qeyd olunan xüsusatı təsdiq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti narkotik vasitənin qanunsuz yayılmasına yönəlməklə ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq” anlayışı nöqteyi nəzərdən narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şahid6 və Şahid7 barəsində zəruri qanuna müvafiq tədbir görülməsi üçün zəruri materialların surəti aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 15:21-dən hesablanmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-5/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 13 fevral 2025-ci il tarixdən saat 17:30-dan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)- 73/2025 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 197 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs İsayev X8 şəhəri, X11 küçəsi, ev 240 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki olaraq yaşayır. Eyni zamanda “Elektron Məhkəmə” İnformasiya Sistemindən təqsirləndirilən şəxsin qohumluq əlaqələri sorğulanan zaman onun himayəsində azyaşlı övladının olmadığı, subay olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı yer üzrə mənfi rəy daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixli tələbnamədən və müvafiq məhkəmə aktlarından görünür ki, İsayev X8 Rayon Məhkəməsinin 13 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 oktyabr 2012-ci il tarixdə Salyan rayon Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 76-cı maddəsinə əsasən 04 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, narkotik vasitə və psixotrop maddənin çəkisini, təqsirkarın şəxsiyyətini, yəni əvvəllər də analoji olaraq narkotik vasitənin qanunsuz dövrəyyəsi ilə bağlı məhkumluğunun olmasını, o cümlədən cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmamasını, narkotik vasitənin və psixotrop maddələrin miqdarını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2- ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. X17 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı cəzaçəkmə müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 fevral 2025-ci il tarixdən hesablamalıdır. Eyni zamanda, Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,816 qram metamfetamin və narkotik vasitə 482,81 qram qurudulmuş marixuana cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 02 ədəd DVD disk, şübhəli şəxsin dindirilməsi barədə 01 ədəd DVD disk və "xxxx" MMC-dən verilmiş daxilində telefon məlumatlarının olduğu 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63,90 manat (altmış üç manat doxsan qəpik) təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,816 qram metamfetamin və narkotik vasitə 482,81 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi zamanı, qeydə alınmış videogörüntünün olduğu 03 ədəd DVD disk və "xxxx" MMC-dən verilmiş daxilində telefon məlumatlarının olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 63,90 manat (altmış üç manat doxsan qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,816 qram metamfetamin və narkotik vasitə 482,81 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 (üç) ədəd DVD disk və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 63,90 (altmış üç manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat, pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ013501**********2944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar