Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-74/2024 22.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin nümayəndəsi – "xxxx" MMC-nin X15 Filialının nümayəndəsi X5 Təqsirləndirilən şəxs – X6, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 177.2.4, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd, əvəzsiz olaraq oğurlamaq üçün xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya hesab edilən kəlbətinlə rabitə dirəyində olan 50 metr uzunluğunda 575 manat dəyərində TPP200x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 575 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 22 yanvar 2024-cü il tarixdə saat 03 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 100 metr uzunluğunda 1150 manat dəyərində TPP200x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 1150 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 29 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 30 metr uzunluğunda 345 manat dəyərində TPP200x2 tipli və 30 metr uzunluğundan 165,90 manat dəyərində TPP100x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 510,90 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 30 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 30 metr uzunluğunda 345 manat dəyərində TPP200x2 tipli və 30 metr uzunluğunda 165,90 manat dəyərində TPP100x2 tipli, həmin tarixdə Hacıqabul şəhəri Koroğlu küçəsində yerləşən rabitə dirəyindən isə 100 metr uzunluğunda 553 manat dəyərində TPP100x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 1063,90 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 01 fevral 2024-cü il tarixdə saat 03 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 70 metr uzunluğunda 387,10 manat dəyərində TPP100x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 387,10 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 05 fevral 2024-cü il tarixdə saat 03 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 90 metr uzunluğunda 303,30 manat dəyərində TPP50x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 303,30 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 10 fevral 2024-cü il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri V.Talıbov küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 130 metr uzunluğunda 438,10 manat dəyərində TPP50x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 438,10 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 15 yanvar 2024-cü il tarixdə saat 03 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Xətai küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 165 metr uzunluğunda 387,75 manat dəyərində TPP30x2 tipli və 250 metr uzunluğunda 16382,50 manat dəyərində TPP100x2 tipli, həmin tarixdə Hacıqabul şəhəri V.Talıbov küçəsində yerləşən rabitə dirəyindən isə 185 metr uzunluğunda 623,45 manat dəyərində TPP50x2 tipli kabelləri, Hacıqabul şəhəri Koroğlu küçəsində yerləşən rabitə dirəyindən 40 metr uzunluğunda 37,6 manat dəyərində TPP10x2 kabelləri, 20 metr uzunluğundan 47 manat dəyərində TPP30x2 tipli kabelləri, 340 metr uzunluğunda 1145,8 manat dəyərində TPP50x2 tipli kabelləri, 260 metr uzunluğunda 1437,8 manat dəyərində TPP100x2 tipli kabelləri yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 5061,90 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 19 fevral 2024-cü il tarixdə saat 03 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri M.F.Axundov küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 60 metr uzunluğunda 331,80 manat dəyərində TPP100x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 331,80 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsinə daşımış, 19 fevral 2024-cü il tarixdə saat 17:50 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,574 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarın qabaq yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Nizam oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, əvvəllər Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. O, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyi üçün maddi problemləri yaranmış, pula ehtiyacı olmuşdur. O, küçədə olan kabelləri oğurlayaraq tərkibində olan misi satmaq qərarına gəlmişdir. Bu məqsədlə 12 yanvar 2024-cü il tarixdə saat 02 radələrində yaşadığı evdən kabeli kəsmək üçün kəlbətin götürüb Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində təxminən 40-50 metrə yaxın kabeli kəsib apararaq yaşadığı evin həyətində yandıraraq kabelin içərisində olan misi çıxarıb səyyar şəkildə əlvan metal qəbul edən tanımadığı şəxslərə 15 manata satmış və əldə etdiyi pulu öz məsrəfləri üçün xərcləmişdir. Onun pulu qurtardıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 03 radələrində o, yaşadığı evdən yenə də, kəlbətin götürüb Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində təxminən 80-100 metr uzunluqda kabeli kəsib aparıb yaşadığı evin həyətində yandıraraq kabelin içərisində olan misi çıxarmışdır. Sonra o, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində eyni üsulla Y.Şirəliyev küçəsində təxminən 50-60 metr uzunluqda kabeli kəsib aparıb yaşadığı evin həyətində yandıraraq kabelin işərisində olan misi çıxararaq yenə də, səyyar şəkildə əlvan metal qəbul edən tanımadığı şəxslərə 15 manata satmışdır. Bir gün sonra xx.xx.2024-cü il tarixdə saat 02 radələrində o, yaşadığı evdən yenə də, kəlbətin götürüb Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində təxminən 50-60 metr uzunluqda kabeli, Koroğlu küçəsində isə təxminən 80-100 metr uzunluqda kabeli kəsib aparıb yaşadığı evin həyətində yandıraraq kabelin içərisində olan misi çıxarmışdır. O, əldə etdiyi misi yenə də, səyyar şəkildə əlvan metal qəbul edən şəxslərə 25 manata satmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 03 radələrində təkrar olaraq Y.Şirəliyev küçəsində 60-70 metr uzunlquda kabeli kəsərək eyni üsulla yaşadığı evin həyətində yandırmış və kabeldən çıxan misi aparıb Şirvan şəhərində satmışdır. O, həmin misləri satdıqdan sonra əldə etdiyi pula tanımadığı şəxslərdən narkotik vasitə alıb istifadə etmiş, pulu qurtardıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Y.Şirəliyev küçəsində təxminən 80-90 metr uzunluqda kabeli kəsərək eyni üsulla yaşadığı evin həyətində yandırıb kabeldən çıxan misi isə yenə də, Şirvan şəhərində satmışdır. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Hacıqabul şəhəri V.Talıbov küçəsində təxminən 100-120 metr uzunluqda kabeli kəsərək eyni üsulla yaşadığı evin həyətində yandırıb kabeldən çıxan misi Şirvan şəhərində 20 manata satmışdır. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində V.Talıbov küçəsində olan rabitə dirəyindən təxminən 150-180 metr uzunluqda kabeli, Koroğlu küçəsindən təxminən 500-600 metr kabeli, Xətai küçəsindən isə təxminən 350-400 metr kabeli kəsərək oğurlayıb yaşadığı evin həyətində yandırıb mislərini çıxarmışdır. Sonuncu dəfə xx.xx.2024cü il tarixdə Hacıqabul şəhəri M.F.Axundov küçəsində olan rabitə dirəklərindən ümumi uzunluğu 50-60 metr kabeli kəsərək oğurlayıb yaşadığı evin həyətində yandrıb mislərini çıxarmışdır. Həmin misləri Hacıqabul rayonunda tanımadığı əlavan metal qəbul edən şəxsə 30 manata satmışdır. 19 fevral 2024-cü il tarixdə saat 16 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsində gəzən zaman diqqətini yerdə 1 ədəd büküm cəlb etmiş, həmin bir ədəd bükümü açıb içərisinə baxdıqda əvvəlcədən tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, narkotik vasitələrin aludəçisi olduğu üçün bükümün içərisində narkotik vasitəni dərhal tanımış və ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra içərisində narkotik vasitə olan bükülünü əynində olan göy rəngli şalvarın qabaq yan cibinə qoymuşdur. Həmin vaxtdan sonra o, üzərində olan narkotik vasitədən istifadə etməmişdir. Həmin gün, yəni 19 fevral 2024-cü il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında olan zaman ona iki nəfər şəxs yaxınlaşmış və Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa dəvət etmişlər. Polis geyimində olan və özünü Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Tural Namazov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan etmişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet varsa təqdim etməsini bildirmiş, əynində olan göy rıngli cins şalvarın qabaq sağ cibində saxladığı bir ədəd bükümün içində olan narkotik vasitə olan heroini təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,67 qram olduğu müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən həmin kütlə zərfə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş o, həmin kütlənin narkotik vasitə heroin olduğunu, Hacıqabul şəhəri H.Həmidov küçəsində gedən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa, bildirdi ki, kabelləri oğurlayan zaman onun yanında heç kim olmamışdır. O, oğurluq cinayətlərini təklikdə törətmiş, bu barədə heç kimə məlumat verməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinin baş mühəndisi vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərindən irəli gələn məsələlər üzrə "xxxx" MMC-nin X15 Filialına məxsus ərazilərdə telefon və internet xətlərinin çəkilməsinə və quraşdırılmasına nəzarət edir. Hacıqabul rayonu onun nəzarət etdiyi əraziyə daxildir. Həmin ərazilərdə baş verən telefon və internet xətləri ilə bağlı problemlər zamanı ona məlumat verilir. "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsində mantyor işləyən işçilərin verdikləri məlumata əsasən 12 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyində olan 50 metr uzunluğunda 575 manat dəyərində TPP200x2 tipli kabellər, 22 yanvar 2024-cü il tarixdə Hacıqabul şəhər Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyində olan 100 metr uzunluğunda 1150 manat dəyərində TPP200x2 tipli kabellər, 29 yanvar 2024-cü il tarixdə Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyində olan 30 metr uzunluğunda 345 manat dəyərində TPP200x2 tipli və 30 metr uzunluğunda 165,90 manat dəyərində TPP100x2 tipli, həmçinin həmin tarixdə Hacıqabul şəhəri Koroğlu küçəsində yerləşən rabitə dirəyindən isə 100 metr uzunluğunda 553 manat dəyərində TPP100x2 tipli kabellər, 01 fevral 2024-cü il tarixdə Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyində olan 70 metr uzunluğunda 387,10 manat dəyərində TPP100x2 tipli kabellər, 05 fevral 2024-cü il tarixdə Hacıqabul şəhəri Y.Şirəliyev küçəsində yerləşən rabitə dirəyində olan 90 metr uzunluğunda 303,30 manat dəyərində TPP50x2 tipli kabellər, 10 fevral 2024-cü il tarixdə Hacıqabul şəhəri V.Talıbov küçəsind yerləşən rabitə dirəyində olan 130 metr uzunluğunda 438,10 manat dəyərində TPP50x2 tipli kabellər, 15 fevral 2024-cü il tarixdə Hacıqabul şəhəri Xətai küçəsində yerləşən rabitə dirəyində olan 165 metr uzunluğunda 387,75 manat dəyərində TPP30x2 tipli kabellər, 250 metr uzunluğunda 1382,50 manat dəyərində TPP100x2 tipli kabellər, həmin tarixdə Hacıqabul şəhəri V.Talıbov küçəsində yerləşən rabitə dirəyində olan 185 metr uzunluğunda 623,45 manat dəyərində TPP50x2 tipli kabellər, Hacıqabul şəhəri Koroğlu küçəsində yerləşən rabitə dirəyində olan 40 metr uzunluğunda 37,6 manat dəyərində TPP10x2 tipli kabellər, 20 metr uzunluğunda 47 manat dəyərində TPP30x2 tipli kabellər, 340 metr uzunluğunda 1145,8 manat dəyərində TPP50x2 tipli kabellər 260 metr uzunluğunda 1437,8 manat dəyərində TPP100x2 tipli kabellər, 19 fevral 2024-cü il tarixdə Hacıqabul şəhəri M.F.Axundov küçəsində yerləşən elektrik dirəyində olan 60 metr uzunluğunda 331,80 manat dəyərində TPP100x2 tipli kabellər naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra o, baş vermiş hadisə barədə Hacıqabul RPŞ-nə məlumat vermişdir. Qeyd edilən kabellərin oğurlanması nəticəsində "xxxx" MMC-nin X15 Filialına ümumilikdə 9822 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 fevral 2024-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə edərək saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 19 fevral 2024-cü il tarixdə saat 17 radələrində X11 şəhəri H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz üzərində saxlamasında şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında şübhəli olduğuna görə polis şöbəsinə dəvət olunmuş və müdafiəçi ilə təmin olunduqdan sonra Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Tural Namazov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Ə.İbrahimova üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmiş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd bükümü çıxararaq təhvil vermişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə hesab edilən heroin olmasını, Hacıqabul şəhəri H.Həmidov küçəsində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,67 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun övladıdır və onunla eyni ünvanda yaşayır. Təqsirləndirilən şəxs əvvəllər də, Cinayət Məcəlləsinin 234.1, 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. Hazırda oğlu Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etdiyini bilir. O, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda müxtəlif ölçülərdə kabelləri yaşadıqları fərdi yaşayış evinin həyətində yandıraraq həmin kabellərin içərisində olan misləri əritdiyini görmüşdür. O, oğlu Təqsirləndirilən şəxs mis alqı-satqısı ilə məşğul olduğunu və həmin kabelləri satmaq üçün əritdiyini hesab etmişdir. Lakin Təqsirləndirilən şəxs Hacıqabul şəhəri ərazisində oğurluq etməsi barədə onun heç bir məlumatı olmamışdır. Əgər o, Təqsirləndirilən şəxs kabelləri oğurladığını bilsəydi onun oğurluq etməsinə imkan verməzdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 və Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli tarixli protokollardan görünür ki, hadisə yeri Hacıqabul şəhəri Y.Şirəliyev, Koroğlu, B.İbrahimov, M.F.Axundov, V.Talıbov küçələridir. Baxış zamanı "xxxx" MMC-nin X15 Filialının Hacıqabul şöbəsinin əməkdaşı həmin küçələrdə yerləşən rabitə dirəklərində oğurlanmış kabellərin qalıq hissələrini göstərmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkili çəkilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətidir. Həyətyanı sahədə olan köhnə tikilinin arxa hissəsində yerləşən divarın yanma nəticəsində qaralmış olduğu, həmin divarın altında isə metal və plastik materialın əriməsi nəticəsində yaranan yanğın qalıq izləri olduğu görünür. Baxış zamanı hadisə yerinin fotoşəkili çəkilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin X15 Filialı zərərçəkmiş şəxs qismində tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:50-dən azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 18:15-də Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd selofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/192 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,574 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,10 qramı sərf edildikdən sonra 1,474 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 83-cü bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram olması göstərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1, 177.2.2 və 177.2.3-2-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-14/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs yazılı izahatlar zamanı verdiyi ifadələri cinayətin törədilmə yerlərində bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, İbrəhimov X8 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 234.1, 66.2, 69.3-cü maddələri ilə təqsirili bilinərək 02 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda cəza çəkir. Hacıqabul rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixinə Təqsirləndirilən şəxs tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay təşkil edir. Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan, kimdən əldə etməsini, onun kimlərəsə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Hacıqabul rayon İHB-nın 01 saylı MİS-si tərəfindən verilmiş arayışdan görünür ki, İbrəhimov X8 şəhəri H.Z.Tağıyev küçəsi ev 71 ünvanında ailə üzvləri – həyat yoldaşı X1, övladları – 2012-ci il təvəllüdlü X13, 2015-ci il təvəllüdlü X12, 2019-cu il təvəllüdlü X14 ilə birlikdə yaşayır. Hacıqabul rayon İHB-nın 01 saylı MİS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə-tibb eskspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ibyektiv müayinəsi zamanı xx.xx.2024-cü il tarixə uyğun heç bir zədə aşkar edilməmişdir. Lakin sağ baldırın ön səthində olan köhnə sıyrıqları isə küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni yıxılaraq yerdə olan küt əşyalara dəyməsi nəticəsində əmələ gəlməsi istisna olunmur. Məhkəmə-narkoloji ekspertizasının 01 mart 2024-cü il tarixli, 1378 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/2091 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən göstərilən kabellərin 2024-cü il yanvar-fevral ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 9822 manat müəyyən olunur. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 234.1-ci maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişiklik edilərək o, həmin Məcəllənin 177.2.2, 177.2.4, 177.2.3-2, 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Həmin qərarla qalıq çəkisi 1,474 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Plenum Qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Plenum Qərarının 18-ci bəndinə əsasən şəxs tövsifedici əlamətlər olmadan özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Məhkəmə onu da, qeyd edir ki, təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərində oğurluq həmin xətlər dövlət və ictimai əhəmiyyətli olduğu hallarda Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətləri o halda dövlət və yə ictimai əhəmiyyətli sayılır ki, həmin xətlərin mülkiyyətçisi dövlət və ya yerli özünüidarə orqanı olsun, yaxud belə xətlər xüsusi mülkiyyətdə olsa da, yerli əhalinin və ya bir çox insanın tələbatını ödəmiş olsun. Hazır ki, cinayət işində Təqsirləndirilən şəxs tərəfindən talanmış rabitə xətləri dövlətin mülkiyyətində olmuşdur. Həmin Qərarın 27-ci bəndinə əsasən özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.4, 177.2.3-2, 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək cəzanın icrası zamanı hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaratmasa da, onun şəxsiyyətinin mənfi xarakterizə edilən hal kimi nəzərə alınır və təqsirləndirilən şəxs barəsində əvvəllər tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının islahedici təsirinin şəxsin islah olunması üçün yetərli olmaması və nəticə etibarı ilə cəzanın məqsədlərinə nail olunmadığı qənaətinə gəlinir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını və yaşayış yerində müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (59.1.4, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 177.2.3-2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni təkrarən dövlət və ya ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə oğurluq etməsi və nəticədə dövlət müəssisəsinə xeyli miqdarda ziyan vurulması, şəxsiyyəti nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (on dəfə çox) narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: intizam xarakterli hərbi hissədə saxlamanın bir günü, azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü, ictimai işlərin səkkiz saatı bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul rayon məhkəməsinin 4(071)-14/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 177.2.3-2, 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli barəsində tutulma tətbiq edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,474 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). Bundan əlavə, ekspertiza tədqiqatlarının dəyəri olan 81,95 (səksən bir manat doxsan beş qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 177.2.3-2, 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 177.2.3-2-ci maddələri ilə 2 (iki) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla X10 3 il 4 ay müddətinə azadlıq məhrumetmə cəzasına məhkum edilsin. Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 01 gün müddəti azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablamaqla 07 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1,474 qram qalan narkotik vasitə olan heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81,95 (səksən bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-74/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-74/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver