Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-75/2022 04.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə saat 15:30 radələrində avtomobili idarə etmək hüququ olmaqla özünə məxsus “Toyota Pruis” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Muğan-Udulu yolunun 9,5-ci kilometrliyində Muğan istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, mövcud şəraitdə hərəkətin təhlükəsizliyinin təmin olunması, hadisənin qarşısının alınması məqsədi ilə diqqəti daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun döngəli olmasını nəzərə almaqla, avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunlara əməl etməyərək, avtomobilini yolun hərəkət hissəsindən sağ tərəfində çıxardıb aşırmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sağ İİ-İİİ qabırqaların yerdəyişən sınığı, sağ körpücük sümüyünün distal ucunun bitişməkdə olan sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəbə olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif hissələrinin sıyrığı, qançırlar, sağ göz altı nahiyyəsinin hematoması, döş qəfəsində sağ tərəfdə 2-3-4-5-ci qabırğaların orta qoltuq xətti üzrə yerdəyişməyən sınığı, baş beyinə epidural qansızmalar ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə onun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, “Toyota Pruis” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobili idarə etmək hüququ vardır. Zərərçəkmiş şəxs1 onun qohumudur. 09 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 onunla telefon vasitəsi ilə əlaqə yaradaraq arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə onları idarə etdiyi «Toyota Pruis» markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları Udulu kəndinə aparmasını xahiş etdikdə onlara etiraz etməmiş və idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1n yaşadığı Hacıqabul şəhərindəki evinə gəlmişdir. Ağamoğlan arvadı Raya ilə avtomobilə əyləşib Udulu kəndinə getmək məqsədi ilə yolda düşmüş və onların qonaq gedəcəyi Udulu kəndindəki evə aparıb düşürdüb çıxıb getmişdir. Həmin günü saat 15:15 radələrində onları avtomobilinə mindirib Udulu kəndindən Hacıqabul şəhərində gəlmək məqsədi ilə yola düşmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sağ tərəfində, onun arvadı Zərərçəkmiş şəxs2 isə arxa sağ tərəfdə əyləşmişdir. Udulu kəndindən Muğan istiqamətinə tərəf avtomobili idarə edərkən, qarşı tərəfdə olan döngədə, avtomobilin sükanını sola tərəf döndərmək istəyərkən avtomobil çınqıllığa düşdüyü üçün avtomobil sürüşüb yolun hərəkət hissəsindən sağ tərəfə çıxaraq, yolun sağ tərəfində olan dərəyə düşüb, sağ san üstə aşıb sağ dayanmışdır.Hadisədən sonra avtomobildən çölə çıxmış hadisə zamanı, özü, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsəarət aldıqları üçün, hadisə yerinə çağrılan təcili-tibbi yardım avtomobili ilə Şirvan şəhər mərkəzi xəstəxanasına aparılmışdır.Xəstəxanada həkim tərəfindən müayinə olunandan sonra hər hansı bir ciddi xəsarətinin olmadığı, lakin Ağamoğlanın sağ körpücük sümüyümün və 2-3 qabırğanın sınığı, onun arvadı Rayanın isə sağ 6-7-ci qabırğalarının sınmasını bilmişdir. Onlara xəstəxanada yardım göstriləndən sonra yaşadığı evə, Ağamoğlan ilə arvdaı Raya isə Muğan qəsəbəsində yaşayan qızı Dilbərin evinə getmişlər. 12 mart 2022-ci il tarixdə səhər saat 08 radələrində Zərərçəkmiş şəxs2 Zakir qızının rəhmətə getməsini və onu Şirvan şəhərində yerləşən morqa aparıldığını bilib morqa getmiş, morqda Rayanın meyiti tibbi ekspert tərəfindən müaiynə olunandan sonra onun meyiti Hacıqabul şəhər qəbristanlığında dəfn olunmuşdur. O, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəmişdir, dəfn və yas mərasimlərinin keçirilməsində iştirak etmişdir. Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışmışdır. Onların ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə yazılı ərizə təqdim etmişlər. Onun öhdəsində bir azyaşlı uşağı var, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Muğan qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyində təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirmişdir ki, həmin hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri tam ödəmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhrum Zərərçəkmiş şəxs2 onun anası, Zərərçəkmiş şəxs1 isə atasıdır. Təqsirləndirilən şəxs onlara dəymiş maddi zərəri tam ödəmişdir. Onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X2 ərizələrini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun nənəsi, Zərərçəkmiş şəxs1 isə babasıdır. 09 mart 2022-ci il tarixdə saat 16:30 radələrində Hacıqabul rayonu Udulu kəndində iş görən zaman qohumu Təqsirləndirilən şəxs ona zəng edərək Muğan- Udulu yolunda idarə etdiyi «Toyota Pruis» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsini, özünün və avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almalarını bildirmişdir. Onlara xəstəxanada tibbi yardım göstərilmiş və evə buraxılmışlar. Babası Ağamoğlanı və nənəsı Rayanı Muğan qəsəbəsində yaşayan qızları Dilbərin evinə gətirmişlər. O, Dilərənin evinə getmiş, baba və nənəsinə baş çəkmişdir. 12 mart 2022-ci il tarixdə səhərə vaxtlarında nənəsi Raya vəfat etmişdir. Rayanın meyiti Şirvan şəhər MXda yerləşən morqa aparılmışdır. Rayanın meyiti tibb ekspert tərəfindən müaiynə olunadan sonra, həmin gün Rayanı Hacıqabul şəhər qəbristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə maddi köməklik etmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Muğan-Udulu yolunun 9,5-ci kilometriliyində yerləşir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yol hamar, asfalt örtüklü, quru olmaqla yaşayış məntəqəsi sayılmır. Hadisə yerində yolun hərəkət hisəssi Udulu istiqamətindən Muğan istiqamətinə enişlidir. Yolun hərəkət hissəsinin eni 7 metr, sağ ehtiyyat hissəsinin eni 4,2 metr, sol ehtiyyat hissəsinin eni isə 4 metrdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Pruis» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsindən dərəyə aşırıb dayandığı yerə kimi 32,5 metr məsafə qət etmişdir. Hadisə yerində asfalt örtüyünün üzərində və yolun sağ ehtiyat hissəsində «Toyota Pruis» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 10,2 metr uzunluğunda tormoz izi var. Avtomobilin dərəyə düşdüyü yerdən, yolun hərəkət hissəsinə kimi olan düzünə məsafə 12 metrdir. Dərənin dərinliyi 2 metrdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 05 may 2022-ci il tarixli 57 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ körpücük sümüyü üzərinin qançırı, sağ İİ-İİİ qabırqaların yerdəyimşən sınığı sağ körpücük sümüyünün distal ucunun bitişməkdə olan sınığı kimi xəsarətlər vardır. Bu xəsarətlər küt əşyanın təsirindən əmələ gələklə müxtəlif şəraitdə və o, cümlədən avtomobil qəzası zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2022-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər saxlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (iş v. 62-64). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 20 aprel 2022-ci il tarixli 03 nömrəli meyitin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ baldırın yuxar 1/3 hissəsinin yan səthinin sıyrığı, sağ baldırın orta və aşağı 1\3 hissəsinin qançırı, sağ gözaltı nahiyyəsinin qançırı, alın nahiyyəsinin sağ hissəsinin hematoması, döş qəfəsində sağ tərəfdə 2-3-4-5-ci qabırqaların orta qoltuq xətti üzrə yerdəyişməyən sınığı, baş beyinin epidural qansızmalar vardır. Yuxarıda qeyd olunan xəsartlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə və o, cümlədən avtomobil qəzası zamanı avtomobil hissələrin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyati olmaqla baş vermiş hadisə zamanı əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən baş-beynə epidural qansızma, döş qəfəsində sağ tərəfdə 2-3-4-5-ci qabırğaların yerdəyişməyən sınıqları,həyat üçün təhlukəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Alın nahiyyəsinin sağ hissəsinin hematoması, sıyrıq və qançırlar isə sağlalığa zərər vurmayan olduğu üçü dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə aiddir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb başın küt travması nəticəsində baş-beyinə epidural qansızmalar olmuşdur. (iş v. 65-69). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 8/814 №-li ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Pirus markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş v.98- 99) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə özünü təqsirli bilərək özünü müdafiə etməsi üçün heç bir dəlil göstərməmişdir. Hacıqabul RMX-nın TTYS-nın xx.xx.2022-ci il tarixli 212 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir, ayıqdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(009)-232/2012 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Təyin edilmiş cərisə cəzasını xx.xx.2013-cü ildə tam ödəmişdir (İş v. 53-54, 57-59). Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına və zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs2 ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq zamanı verdikləri ifadələri, şahidin məhkəmə iclasında verdiyi ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün onları xəstəxanaya aparmasını, onlara dəymiş zərərin əvəzini tamamilə ödəməsini, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı hər hansı bir şikayətləri, maddi tələbləri və iddialarının olmadığına dair xx.xx.2022-ci il tarixli ərizələrini, öhdəsində bir azyaşlı övladı olmasını, ictimai faydalı əməklə məşğul olmasını, müsbət xasiyyətnaməyə malik olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 85 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X3 dəymiş zərərin əvəzinin ödənilməsi və onların təqsirləndirilən şəxslə barışmaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 18 saata görə 108 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 24 saata görə 144 manat olmaqla, cəmi 252 (iki yüz əlli iki) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-75/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-75/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver