Məhkəmə qərarları › İş №1(071)-75/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-75/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-75/2023 13.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X17 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasının Həştərxan Vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Hacıqabul rayonu Rəncbər kəndində yaşayan, barəsində “polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri əkib, yetişdirməklə kultivasiya etmək qərarına gələrək, bu məqsədlə təxminən 2023-cü ilin aprel ayının əvvəllərində Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi ərazisində kənd yolundan 300 metr məsafədə yerləşən dağlıq sahənin yamacında qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan xeyli miqdarda 3 ədəd bitki kolunu (şitilini) əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əraziyə baxış keçirilərkən həmin bitki kolları (şitilləri) aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayon Rəncbər kəndində yaşayır. İki ildir marixuana istifadə edir. Təxminən bir il əvvəl tanımadığı bir nəfər İran vətəndaşından narkotik vasitə marixuana almış və aldığı marixuananın içərisində toxumları da olmuşdur. Həmişə pul verib marixuana almamaq üçün öz istifadəsindən ötrü həmin toxumları 2023-cü ilin aprel ayının əvvəllərində Qubalıbaloğlan kənd ərazisində kənd yolundan təxminən 300 metr məsafədə dağlıq sahənin yamacında əkmiş və iki dəfə həmin əraziyə gedərək əkdiyi toxumları sulamışdır. Həmin toxumlardan cəmi üç ədədi bitib inkişaf etmişdir. 19 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Hacıqabul rayon Rəncbər kəndindən çıxıb çətənə kolları əkdiyi yerə gedərkən yolda ona Hacıqabul rayon PŞ-nin polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitə əkib becərməkdə şübhəli olduğunu bildirmişlər. O üzərində narkotik vasitə olmadığını, lakin çətənə kolları əkdiyini bildirmiş və polis əməkdaşları ilə birlikdə Qubalıbaloğlan kəndinə getmişdir. Həmin yerdə becərdiyi 3 ədəd kolları polislərə təqdim etmiş və əkib becərdiyi çətənə kollarının toxumlarını bir il öncə internet vasitəsi ilə X18 Respublikası vətəndaşının kartına pul göndərməklə əldə etdiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Rəncbər kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və narkotik xassəli bitkilərin əkibilib-becərilməsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq ona narkotik xassəli bitkilərin əklib becərilməsi ilə məşğul olması və üzərində narkotik vasitənin olması barədə şübhələdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və ya predment olmadığını, lakin Qubalıbaloğlan kəndi ərazisində çətənə bitkisini əkdiyini qeyd etmişdir. Təhqiqatçı və aqronomun iştirakı ilə Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi ərazisində kənd yolundan 300 metr məsafədə yerləşən dağlıq sahənin yamacına getmişlər. Orada Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə kollarını təqdim etmişdir. Aşkar edilmiş üç ədəd çətənə kolları zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntüdən görünür ki, aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi ərazisində kənd yolundan 300 metr məsafədə yerləşən dağlıq sahənin yamacında qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan əkilmiş xeyli miqdarda 03 ədəd bitki kolu (ştili) aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə ştillərini 2023-cü ilin aprel ayının əvvəllərində özü istifadə etmək üçün əkərək, aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Hacıqabul rayon DAİM-də bitkiçilik sektorunun baş məsləhətçisi X6 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs Qubalıbaloğlan kəndi ərazisində əkdiyi bitkilərə baxış keçirilən zaman aşkar olunmuşdur ki, kənd daxili magistral yolun cənub hissəsində kiçik dağ yamacının ətəyində yoldan 300 metr aralı 3 ədəd çətənəyə bənzər bitki kolları əkilmişdir. Bitki kollarının ölçüsü 0,50-0,70 sm olmaqla əkinə qulluq işləri aparılaraq suvarılmış və becərilmişdir. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/433№-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs əkib becərdiyi...” sözləri və imzalar olan kağız paketdəki 03 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-0,12 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 03 ədəd çətənə (kannabis) bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İİİ siyahısının 1.2-ci bəndində çətənə növlü bitkilərin xeyli miqdarı dedikdə 3-15 ədəd (6-30 hissə) başa düşülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3018 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinpodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu Qubalıbaloğlan kəndi ərazisində narkotik tərkibli bitkilərin əkib becərməsi əməliyyat yolu ilə müəyyən olumuşdur. Bundan başqa onun narkotik maddələrin kultivasiya ilə məşğul olması aşkar edilmiş, lakin əvvəllər narkotik vasitələrin kiltivasiyası ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamış, onun 2022-ci ildə İran İslam Respublikası vətəndaşının kartına pul göndərməklə əldə etdiyi çətənə bitkisinin toxumalarının mənbəyini və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi ərazisində kənd yolundan 300 metr məsafədə yerləşən dağlıq sahənin yamacında əkib becərdiyi narkotik xassəli çətənə (kannabis) növünə aid olan xeyli miqdarda 3 ədəd bitki kolu maddi sübut kimi tanınmışdır. Hacıqabul RİHB-nın Rəncbər İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 228 saylı arayışdan müəyyən olunur ki, Rəcəbov X5 rayonu Rəncbər kəndində ailə üzvləri həyat yoldaşı X8, 2020-ci il təvəllüdlü qızı X1, 2021-ci il təvəllüdlü qızı X3, 2022-ci il təvəllüdlü oğlu X4 və 2010-cu il təvəllüdlü qızı X7 ilə birlikdə yaşayır. Hacıqabul RİHB-nın Rəncbər İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X9 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən, məhkəmə aktının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(101)-570/2010 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(101)-570/2010 nömrəli hökmü ilə təyin edilmiş 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti başa çatdıqdan sonra 6 il keçməmiş hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2013cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Məhkəmə iclasında tədqiq edilmiş və bir-biri ilə uzlaşan təqsirləndirilən şəxsin etirafedici ifadəsi, baxış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyi və digər sənədlərlə müəyyən edilir ki, təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan xeyli miqdar hesab edilən üç ədəd bitki kolunu (ştilini) əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə masbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuna uyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 03 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) . Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar