Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-75/2025 02.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Salyan rayonu Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin açıq baxış iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokola əsasən Təqsirləndirilən şəxs 12 aprel 2025-ci il tarixdə saat 23 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində A.Absalamov küçəsində Fərzəliyev. Xəyan İlham oğlu ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs kərpiç parçası və təpiklə xuraraq sonuncuya başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol göz almasının iç bucağı nahiyyəsinin sıyrığı, sağ saidin arxa səthinin orta 1/3 hissəsinin sıyrığı. sol əlin 3-cü barmağının arxa səthinin sıyrığı, gövdənin arxa səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurma cinayəti törətmişdir. Məhkəmə iclasında Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs izhatında bildirdi ki, o, Hacıqabul rayonu, Atbulaq kəndində yaşayır. Zərərçəkmiş şəxs onun bacısı oğludur. Xəyan ilə düşmənçiliyi və ədavəti olmamışdır. 14 aprel 2024-cü il tarixdə Xəyan onun ailə üzvlərini təhqir etdiyi üçün həmin vaxtdan Xəyan ilə münasibətləri pozulmuşdur. Xəyan spirtli içkiyə meyilli olduğu üçün mütəmadi olaraq spirtli içki qəbul edib onun ailə üzvlərini təhqir etmişdir. 12 aprel 2025-ci il tarixdə saat 19 radələrində bacısı X1 onun mobil telefonuna zəng edib Xəyanın sərxoş vəziyyətdə olduğunu və əlində bıçaq onun oğlu Elgünü hədələdiyini bildirmişdir. O, küçəyə çıxıb Elgünü yaşadığı evə aparmışdır. Bundan 30 dəqiqə sonra Xəyan küçənin baş hissəsində dayanıb onun vəfat etmiş valideyinlərinin gorunu təhqir etmişdir. O, darvazanın qarşısına gedib Xəyana onun valideyinlərinin goruna söyüş söyməməyi bildirmişdir. Xəyan sərxoş vəziyyətdə olduğu üçün onun həyat yoldaşı və qızının ünvanına təhqiredici söyüşlər söydüyü üçün Xəyanın yanına gedib yerə tökülmüş kərpic parçasının birini götürüb Xəyana atmışdır. Kərpic parçasının Xəyanın harasına dəyməsini görməmişdir, lakin zərbənin təsirindən Xəyan yerə yıxılmışdır. Təkrar yerdən kərpic parçası götürüb Xəyanın başına vurmuş və təpiklə Xəyanın qarnına bir zərbəsi vurub söyüş söyməməsini bildirmişdir. Səsə oğlanları Elgün və Etibar darvazadan küçəyə çıxıb yanına gəlmək istədikdə o, onları geri qaytarmışdır. Özünü təqsirli bilir, səmimi peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, vurulmuş zərər ödənilmiş və ona qarşı hər hansı tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, o, Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Təqsirləndirilən şəxs onun dayısıdır. Onun Təqsirləndirilən şəxs ilə düşmənçiliyi və ədavəti olmamışdır. 12 aprel 2025-ci il tarixdə saat 21:30 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində, A.Absalamov küçəsində yaşadığı evin yaxınlığında spirtli içki içmiş və içkinin təsirindən sərxoş vəziyyətdə olmuşdur. Sonra küçədə nənəsi Minəvvərin goruna uca səslə söymüşdür. Qarşıda Salman, arxasıca oğlanları Elgün və Etibar, onun arxasıca Salmanın həyat yoldaşı Əfsanə onun yanına gəlmişlər. Salman onun yanına getdikdə sağ əlində bır ədəd kərpic olmuşdur. Salman heç bir söz demədən kərpiclə onun başına bir zərbə vurmuşdur. Elgün və Etibar onun yerə yıxmış, Salman, Elgün və Etibar yerdə onu yumuruq və təpiklə döymüşlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs S.Salmamovla barışdığını, ona vurulmuş şikayətin tam ödənildiyini və heç bir şikayət, tələbinin olmamasını bildirmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dövlət ittihamşısı Dövlət ittihamçısı çıxışında bildirmişdir ki, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Hacıqabul rayon MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının 16 aprel 2025-ci il tarixli 122 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol göz almasının iç bucağı nahiyyəsinin sıyrığı, sağ saidin arxa səthinin orta 1/3 hissəsinin sıyrığı, sol əlin 3-cü barmağının arxa səthinin sıyrığı, gövdənin arxa səthinin sıyrığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxslər tərəfindən yetirilməsi zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş 21 aprel 2025-ci il tarixli, № 18-1-41/2-346/2025 nömrəli məktubdan görünür ki, Hacıqabul rayonu. Atbulaq kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi- əsəb kabinetlərində qeydiyyatda deyildirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tamamilə ödəmişdir. Bundan başqa, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilsə də, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən cəzadan azad edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat material üzrə icraata xitam verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 11 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 121 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 175.2, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 11 (on bir) saata görə 121 (yüz iyirmi bir) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********). Qərardan qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-75/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-75/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver