Məhkəmə qərarları › İş №1(071)-76/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-76/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-76/2022 23.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Şirvan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonu Abdulyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Hacıqabul rayonu Abdulabad kəndində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadıqları Hacıqabul rayonu Abdulabad kəndində yerləşən evdə arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı sonuncunu qəsdən yumruqla vuraraq, sol bazunun yan səthinin orta 1/3 hissəsinin qançırı, sol bazu oynağının yan səthinin qançırı, sol budun orta 1/3 hissəsinin yan səthinin qançırı və postravmatik ensefalapatiya kimi xəsarətlər yetirərək, qəsdən Zərərçəkmiş şəxs postravmatik ensefalapatiya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirli bilərək, məhkəməyə ərizə təqdim etdi və göstərdi ki, arvadı Zərərçəkmiş şəxs ilə barışmışdır, törətdiyi əməldən peşman olmuşdur. Zərərçəkmiş şəxs üzr istəyir. Ona görə də, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə verərək, əri Təqsirləndirilən şəxs ilə barışdığını, onu uşaqlarının mənafeyi naminə bağışladığını, hazırda ona qarşı heç bir şikayəti və tələbi olmadığı bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Hacıqabul rayon MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının 27 may 2022-ci il tarixli 108 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müyinəsi zamanı aşkar edilmiş xəsarət - sol bazunun yan səthinin orta 1/3 hissəsinin qançırı, sol bazu oynağının yan səthinin qançırı, sol budun orta 1/3 hissəsinin yan səthinin qançırı və postravmatik ensefalapatiya kimi xəsarətlər küt əşya təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarətlərdən postravmatik ensefalapatiya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(071)-91/2016 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların barışmalarına dair xx.xx.2022-ci il tarixli ərizələrini nəzərdən keçirib, ekspertiza aktını, iş materiallarındakı sənədləri araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, öhdəsində üç azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslə barışmasını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qətimkan tədbiri seçilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 43.3, 175, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar