Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-77/2022 14.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, öhdəsində üç azyaşlı uşağı olan, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Hacıqabul şəhəri D.Ağamalıyev küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saat 21:25 radələrində sərxoş halda idarə etdiyi Mersedes Benz markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Moskva şəhərində Yujnoportovoya küçəsi istiqamətində birinci Yujnoportovı tərəfdən 1422 Layihələşdirilən keçidin hərəkət hissəsi ilə gedərkən Rusiya Federasiyası Yol hərəkəti qaydalarının 1.3, 1.5, 2.7, 10.1 və 14.1-ci bəndlərinin tələblərini pozaraq, hərəkət iştirakçıları Qaydaların, svetoforların, nişan və nişanlanmaların onlara şamil edilən tələblərini bilməli və onlara əməl etməyə, habelə onlara verilmiş hüquqlar çərçivəsində hərəkət edən və müəyyən edilmiş siqnallarla hərəkəti tənzimləyən yol hərəkəti nəzarətçilərinin əmrlərinə əməl etməyə borclu olmaqla, yol hərəkəti iştirakçısı kimi yol hərəkətinə təhlükə törətməməli və zərər verməməli, nəqliyyat vasitəsini hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən də hərəkət istiqamətində görünməni nəzərə alaraq, müəyyən edilmiş həddən artıq olmayan sürətlə idarə etməli, piyada keçidinə yaxınlaşarkən yolu keçən və ya yolun hərəkət hissəsinə (tramvay yollarına) daxil olan piyadalara yolu keçmək üçün yol verməyə borclu olduğu halda, sərxoş vəziyyətdə (alkoqol, narkotik və ya digər), reaksiya və diqqəti zəiflədən dərman vasitələrinin təsiri altında, yol hərəkəti təhlükəsizliyinə təhlükə yaradan xəstə və ya yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək qadağan olunmasına baxmayaraq, həmin qaydalara riayət etməyib, avtomobili narkotik vasitənin təsiri nəticəsində sərxoş halda avtomobili metereoloji şəraiti nəzərə alaraq, avtomobili müəyyən edilmiş həddən artıq olmayan sürətlə idarə edərək, həmin vaxt tənzimlənməyən piyada keçidində avtomobilin hərəkətinə nisbətdə avtomobil yolunu sağdan sola doğru keçən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vuraraq, sonuncunun ənsə-əmgək nahiyəsinin hemotoması, döşün qapalı küt travması, qəlpələrin yerdəyişməsi ilə sağ körpücük sünüyü cisminin sınığı, qəlpələrin yerdəyişməsi olmadan orta qoltuqaltı xətt üzrə sağdam 6-7 qabırğaların qapalı mürəkkəb olmayan sınığı, qəlpələrin köndələn yerdəyişməsi ilə sol böyük baldır sümüyünün proksimal sonunun qapalı oynaq daxili qəlpəli sınığı, qəlpənin yerdəyişməsi olmadan sol balaca baldır sümüyünün proksimal metafizinin sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 1999-2018-ci illərdə müvəqqəti qeydiyyata əsasən vaxtaşırı Moskva şəhərində yaşamış və sürücü kimi işləmiş, son zamanlar Mersedes Benz markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmişdir. 23 yanvar 2018-ci il tarixdə saat 21:25 radələrində texniki cəhətdən saz vəziyyətdə olan Mersedes Benz markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Moskva şəhərində Yujnoportovıy keçidi ilə hərəkət edərək, sola 1422 Layihələşdirilən keçidi ilə Yujnoportovıy istiqamətində dönmüş, həmin vaxt avtomobilin sürəti 10-15 km/saat olmuşdur. Həmin vaxt qarşıda yerləşən piyada keçidində heç kəs olmamış, yolu kiminsə keçməsini görməmiş, hava qaranlıq və tutqun olmuş, yer isə buzlu olmuşdur. Avtomobili idarə edərkən qəflətən piyada keçidinə tünd geyimdə bir qadın çıxmışdır. O, avtomobilin əyləcini basmağa imkan tapmamış və piyadanı avtomobillə vurmuşdur. O, dərhal avtomobili saxlayıb piyadaya yaxınlaşmış, təcili yardıma zəng etmiş, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərməklə onu xəstəxanaya aparmışdır. Xəstəxanada müalicəsi üçün maddi köməklik etmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi X3 Daxili İşlər İdarəsinin İstintaq İdarəsinin müstəntiqi T.A.Zolotuxin tərəfindən fakta görə RF CM-nin 264-cü maddəsinin 2-ci hissəsi ilə 26 aprel 2018-ci il tarixdə başlanılaraq istintaq aparılmışdır. O, hadisə ilə bağlı izahat vermişdir. Daha sonra özünün səhhətində olan problemlərlə bağlı Azərbaycan Respublikasına gəlmiş və bu barədə Rusiya Federasiyasında olan vəkilinə məlumat vermişdir. Vəkili ona heç bir problem olmadığını, Azərbaycan Respublikası gedə biləcəyini demişdir. O, da buna görə Azərbaycan Respublikasına gəlmişdir. Sonradan o, baş vermiş hadisə ilə bağlı DİN Baş Cinayət Axtarış İdarəsinə çağırılmış, orada izahat vermiş və qeyd etmişdir ki, sağlamlıq durumu Rusiya Federasiyasına getməyə imkan vermir. O, İİ qrup əlildir, iki dəfə ürəyindən əməliyyat olunmuşdur. O, heç vaxt hüquq mühafizə orqanlarından gizlənməmiş və belə bir niyyəti olmamışdır. Himayəsində də 3 azyaşlı uşağı vardır. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, onun sidiyindən nə üçün kannabinoid aşkar olunmasını bilmir. Bu səbəbdən o, özünü yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilsə də, hadisəni sərxoş vəziyyətdə törətməkdə təqsirli bilmir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Rusiya Fedarasiyası vətəndaşı olduğu və ölkə hüdudlarından kənarda yaşadığı üçün məhkəmə iclasına gəlməmişdir, lakin +**********4 nömrəli mobil telefonla WhatsApp vasitəsi ilə Zərərçəkmiş şəxs ilə sms yazmaqla əlaqə saxlanılmışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra təcili yardım çağırdığını, polisin gəlməsini gözlədiyini, hazırda tam sağaldığını, Təqsirləndirilən şəxs qarşı kin güdmədiyini, ona qarşı heç bir şikayəti və maddi tələbinin olmadığını bildirmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu barədə məhkəməyə WhatsApp vasitəsi yazılıı ərizəsinin çəkərək göndərmişdir. Zərərçəkmiş şəxs ərizəsi çap edilərək cinayət işinə alavə edilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi X3 Daxili İşlər İdarəsinin İstintaq İdarəsində ibtidai istintaqda ifadə verərək bildirmişdir ki, 23 yanvar 2018-ci il tarixdə təqribən saat 21:25-də (dəqiq vaxt xatırlamır) ayıq vəziyyətdə Kojuxovskaya metro stansiyası istiqamətində getmişdir. Yujnoportovaya küçəsi ev 24 tik. 2 ünvanı ərazisində Proyektiruyemıy keçid 1422 hərəkət hissəsindən əks tərəfə keçməli olmuşdur. O, yuxarıda qeyd olunan ünvanda yerləşən, yolun piyada keçidi nişanı və zebra ilə təchiz edilmiş tənzimlənməyən piyada keçidinə çatıb, iki hərəkət istiqamətli hər istiqamət üçün olan zolaqların birində dayanıb tənzimlənməyən piyada keçidi ilə yolun hərəkət hissəsini keçə bilmək üçün gözləməyə başlamış, ondan solda piyada keçidinin kənarında avtomobil olmamışdır. O, sakit addımlarla tənzimlənməyən piyada keçidi ilə yolun hərəkət hissəsini keçməyə başlamışdır. Yol oxuna doğru birbaşa künc altında nişanın ortası ilə getmişdir. Təqribən 2 metr keçdikdə və Proyektiruyemıy keçid 1422 tərəfinə 2-ci Yujnoportovaya istiqamətində hərəkət zolağında olarkən bədəninin sol tərəfində zərbə hiss etmiş və yolun hərəkət hissəsinə yıxılmışdır. Başa düşmüşdür ki, onu avtomobil vurmuş, avtomobilin marka və modelini xatırlamır. O, avtomobilin necə hərəkət etdiyini görməmişdir. Onu vuran avtomobilin sürücüsü dərhal avtomobildən düşüb ona yardım etməyə başlamışdır. Həmin vaxt DYHTM əməkdaşları orada olmuş, onlar təcili tibbi yardım çağırmışlar. Bir neçə dəqiqədən sonra təcili yardım gəlmiş və onu xəstəxanaya aparmışdır. Təqribən 10 gün orada müalicə almış, sonra evə ambulator müalicəyə yazılmışdır. Avtomobil ilə onu vuran sürücü əməlinə görə ondan üzr istəmişdir. X7 Vladimiroviç Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi X3 Daxili İşlər İdarəsinin İstintaq İdarəsində ibtidai istintaqda ifadə verərək bildirmişdir ki, Rusiya DİN Bİ-nin CŞİD üzrə Dİİ-nin DYHTM-nin YPX-nin müfəttişidir. 23 yanvar 2018-ci il tarixdə sutkalıq növbətçiliyinə başlamışdır. Onun xidməti vəzifələrinə YNH yerinə çıxmaq daxildir. 23 yanvar 2018ci il tarixdə saat 21:30 radələrində növbətçidən məlumat daxil olmuşdur ki, Moskva şəhəri Yujnoportovaya küçəsi ev 24 ünvanı yaxınlığında YNH baş vermiş və nəticədə piyada vurulmuşdur. YNH yerinə gəldikdən sonra müəyyən etmişdir ki, tənzimlənməyən yol kəsişməsinə yaxınlaşarkən Mersedes Benz markalı avtomobil sola dönməklə Yujnoportovaya küçəsi istiqamətində 1-ci Yujnoportovıy tərəfdən 1422 layihələşdirilən keçid istiqamətində manevr etmiş və piyadanı vurmuşdur. Həmin avtomobilin sürücüsü hadisə yerində olmuşdur. Bu sürücü xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. Həmin vətəndaş izah etmişdir ki, metereoloji şərait pis olduğundan tənzimlənməyən yol kəsişməsində piyadanı gec görmüş və onu vurmuşdur. Həmin YNH zamanı piyada Zərərçəkmiş şəxs xəsarət almış və xəstəxanaya aparılmışdır. Tərəfindən protokol tərtib olunarkən müəyyən olunmuşdur ki, baxış zamanı yolun hərəkət hissəsi buzəleyhinə reagentlə emal olunmuşdur. 5.19.1-ci və 5.19.2-ci və 1.14.1-ci Yol işarələrini görüntüsünü məhdudlaşdıran nəqliyyat vasitələri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sözlərindən hadisə yerinin sxemi tərtib olunmuşdur. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, yolun hərəkət hissəsi üfuqi olmaqla örtüyü asfaltdır, örtüyün vəziyyəti buzlaşmanın qarşısını alma vasitəsilə istifadə edilmiş, yolun hərəkət hissəsi 2 zolaqlıdır, eni 17 metrdir. Hərəkət hissəsinə uzununa əks istiqamətli nəqliyyat axınlarını ayıran xətt çəkilmiş, eninə isə piyadalar üçün keçid xətlənmişdir. Hadisə yerində təkər və tormozlama izləri müəyyən edilməmiş, sürücünün yerindən avtomobilin faralarının yanma şəraitində görünüş 300 metr, sağa 50 metr, sola isə 50 metrdir. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli A-10-36 nömrəli müayinə aktında göstərilmişdir ki, müayinə nəticəsində sərxoşluq vəziyyətinin ehtimal edilməsinə kliniki əlamətlər müəyyən edilmişdir. Yekun rəy kimyatoksikoloji tədqiqatın nəticələrinə görə 5-7 iş günü ərzində hazır olacaq. Moskva elmi-praktiki narkologiya mərkəzi Dövlət büdcə müəssisəsi tərəfindən verilmiş A10- 36 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində kannabinoidlər aşkar olunmuşdur. Yol-nəqliyyat hadisəsinin hallarının, vaxtı və yerinin, təqsirləndirilən şəxsin hərəkətlərinin tövsifinin dəqiqləşdirilməsi haqqında Rusiya Federasiyası Moskva şəhəri üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsi X3 Daxili İşlər İdarəsinin İstintaq İdarəsinin müstəntiqi T.A.Zolotuxinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, baş vermiş hadisə vaxtı Əzizov X2 Benz markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən Rusiya Federasiyası Yol hərəkəti qaydalarının 1.3, 1.5, 2.7, 10.1, 14.1-ci bəndlərinin tələbləri pozulmuşdur. Habelə bu qaydalara 1 nömrəli əlavənin 5.19.1-ci və 5.19.2-ci bəninin (piyada keçidi) və 2 nömrəli əlavənin 1.14.1-ci bəndinin (zebra) tələblərini pozmuşdur. Moskva şəhər Səhiyə Departamentinin Məhkəmə-X4 xx.xx.2018-ci il tarixli 3024m/3246 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı zədələr aşkar olunmuşdur: ənsəəmgək nahiyəsinin hemotoması, döşün qapalı küt travması, qəlpələrin yerdəyişməsi ilə sağ körpücük sünüyü cisminin sınığı, qəlpələrin yerdəyişməsi olmadan orta qoltuqaltı xətt üzrə sağdam 6-7 qabırğaların qapalı mürəkkəb olmayan sınığı, qəlpələrin köndələn yerdəyişməsi ilə sol böyük baldır sümüyünün proksimal sonunun qapalı oynaq daxili qəlpəli sınığı, qəlpənin yerdəyişməsi olmadan sol balaca baldır sümüyünün proksimal metafizinin sınığı. Zədələrin xarakteri, onların birləşməsi vaxtca yaxın, demək olar eyni vaxtda zərərçəkmiş şəxsin və travma vuran amilin bir təsir mexanizmi nəticəsində yaranmasını göstərir, buna görə də qeyd olunan zədədlər birgə qiymətləndirilməlidir. Beləliklə, qeyd olunan zədələr kompleksi küt bərk əşyaların təsirindən, o cümlədən qeyd olunanlar kliniki-morfoloji, rentgenoloji məlumatlarla, o cümlədən həyata keçirilən əməliyyat müdaxiləsi xarakteri, həcmi müddəti ilə təsdiq olunur, qeyd olunan zədələrin yol-nəqliyyat hadisəsi zamanı yaranmasını istisna etmir. Ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmuşdur. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. **********4000370 nömrəli cinayət işi Rusiya Federasiyası Moskva şəhəri üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsi X3 Daxili İşlər İdarəsinin İstintaq İdarəsinin müstəntiqi T.A.Zolotuxin tərəfindən fakta görə RF CM-nin 264-cü maddəsinin 2-ci hissəsi ilə 26 aprel 2018-ci il tarixdə başlanılaraq istintaq aparılmışdır. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, sxem və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuş, sürücünün sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, məhkəmə-tibb ekspertizaları təyin olunmaqla müvafiq rəylər alınmış, dindirmələr aparılmışdır. Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə barəsində 16 iyul 2018-ci il tarixdə şübhəli şəxs qismində axtarış elan edilmişdir. 14 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi Rusiya Federasiyası Prokurorluğu Moskva şəhər Prokurorluğunun 19 noyabr 2021-ci il tarixli qərarı ilə aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, 17 yanvar 2022-ci il tarixdə isə cinayət işi aidiyyəti üzrə Hacıqabul RPŞ-yə göndərilmişdir. Cinayət işinə **********4000370/220240011 nömrəsi verilmiş və xx.xx.2022-ci il tarixdə iş üzrə istintaqın aparılması Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X6 həvalə olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 15 aprel 2022-ci il tarixli qərarı ilə iş üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 17 iyun 2022-ci il tarixə kimi uzadılmışdır. 07 iyun 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsindən həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilmişdir. 08 iyun 2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onun xəstəxanaya aparılmasını təmin etməsini, onun müalicəsi üçün maddi yardım etməsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı kin güdməməsini, ona qarşı hər hansı bir şikayəti və maddi tələbinin olmadığına dair ərizəsini, Təqsirləndirilən şəxs evli, öhdəsində üç azyaşlı övladı olmasını, ik dəfə ürəyindən əməliyyat olunmasını və 2-ci qrup əlil olmasını, fərdi əməklə məşğul olmaqla ailəsində yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətnaməyə malik olmasını, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-77/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-77/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver