Məhkəmə qərarları › İş №1(071)-79/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-79/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-79/2025 12.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda cəza çəkən, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırki cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsinə daşımış, 08 mart 2025-ci il tarixdə saat 11:54-də Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,524 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Hacıqabul rayonu Muğan qəsəbəsində avtomobil ustası kimi fəaliyyət göstərir. Əvvəllər dəfələrlə narkotik vasitəsindən istifadə etmiş və cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində yaşadığı fərdi yaşayış evdən çıxıb Hacıqabul şəhərinə gəlmişdir. Həmin tarixdə saat 12 radələrində Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində asfalt yolun kənarı ilə piyada xalasıgilə gedərkən yerdə bükülü formada olan sellofan diqqətini çəkmişdir. O, əyilib həmin sellofanın içərisinə baxdıqda əvvəllər istifadə etdiyindən narkotik vasitəni görən kimi tanımış və ətrafdan kiminsə gəlibgəlməməsini yoxladıqdan sonra narkotik vasitəsini yerdən götürüb sonradan istifadə etmək məqsədilə cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə hal-hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil onun yanında saxlamış və həmin an mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini elan etmiş, aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişlər. Əməliyyatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini ona təklif etmişdir. O, qorxduğu üçün üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Yoxlama zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə heroin aşkar edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,54 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-nə gəlmiş və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Taryel Səfərov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Orada ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla şübhəli olduğu üçün tutulduğu bildirilmiş və şübhəli şəxs kimi hüquq və vəzifələri elan edilmişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş, X6 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində imzalar edilmişdir. Onun üzərində yoxlama aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 mart 2025-ci il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olması, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradıldı. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 08 mart 2025-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada şəklində hərəkətdə olmasını gör və ona yaxınlaşaraq saxlamışlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini elan edib, yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən onun əynindəki qış gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar olunaraq götürüldü. Həmin büküm elektron tərəzidə çəkildi və çəkisinin 0,54 qram olduğu müəyyən edildi. Həmin kütlə zərfə qoyularaq möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirildi, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmadı. Daha sonra şəxsi polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra tərəfimdən şübhəli şəxsin üzərində yoxlama aparılması barədə protokol tərtib olundu və imzalarla həmin protokolu təsdiq etdik. Daha sonra Hacıqabul rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Taryel Səfərovun xidməti otağına daxil olduq. Taryel Səfərov sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildirişlər verdi, sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanının olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirdi. Şirvan Regional Vəkil Bürosunun vəkili X1 Zeynalovun hüquqlarının müdafiəçisi kimi dəvət olundu. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyaya yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirdi. Bundan sonra təhqiqatçının, mənim, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirildi, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürləndi və üzərinə hər birimiz tərəfindən imzalar edildi. Məhkəmə istintaqı zamanı Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 08 mart 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükülü aşkar edildi. Büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildi. Həmin kütlə elektron tərəzidə çəkilərək narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 0,54 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd bükülü içərisində çəkisi 0,54 qram narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/214 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,524 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1729 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınmış məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən Hacıqabul rayon MX-da (F11x2) diaqnozu ilə qeydiyyatdadır. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,474 qram narkotik vasitə heroin və 2 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:54-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 13:20-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-10/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Tutulmuş şəxsin azad edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Muğan qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zeynalov X3 rayonu Muğan qəsəbəsində ailə üzvləri – həyat yoldaşı X4 və övladı 2018-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Muğan qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazır ki cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və 2 gün ərzində Hacıqabul RPŞ-nin MSY-də saxlanılmışdır. Bundan başqa, Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək saxlamış və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 10 aprel 2025-ci ildən hesablanması nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi hazırki, cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən əvvəlki cinayət işi üzrə məhkəmə araşdırması zamanı, yəni xx.xx.2025-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, hazırki cinayət əməlindən əvvəl törətdiyi analoji cinayət əməli ilə əlaqədar məhkəmə araşdırması zamanı hazırki cinayət əməlini törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə görə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)-7/2025 saylı hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, həm əvvəlki həm də, hazırki cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduğu müddətlər təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)-7/2025 saylı hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 10 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri tətbiq edilməli və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)-7/2025 saylı hökmü ilə müəyyən edilmiş cəzanı çəkməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,474 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilməsinə ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 110 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələrinin tələblərinə əsasən 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Hacıqabul Rayon Məhkəməsinin 1(071)-7/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs 1 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu iki gün, hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu iki gün olmaqla, ümumilikdə dörd gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)-7/2025 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,474 qram narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 110 (bir yüz on) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar