Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-8/2022 10.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonu Zalqarağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, “DKT İnşaat Sənayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında yük avtomobili sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Puşkin küçəsi ev 49-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri; xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, “X6” MMC-də sürücü işləyən və VÖEN ********** olmaqla fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri; xx.xx.1991-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, "xxxx" MMC-də soba təmirçisi işləyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 10-da qeydiyyatda olmaqla, Sabirabad rayonu Şıxsalahlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri; xx.xx.1991-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, "xxxx" ASC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 29 mənzil 38-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "xxxx" MMC-də sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bölgüsünə əsasən 26 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri, MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib, avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 60 kaset, hər kasetdə 30 ədəd olmaqla, 324 manat dəyərində cəmi 1800 ədəd ərzaqlıq toyuq yumurtalarını sonuncuların avtomobilindən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və özünün idarə etdiyi "xxxx" markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx"xxxx"xxxx" MMC-yə ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat maddi ziyan vurmaqla bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, qabaqcadan əlbir bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "xxxx" MMC-də sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bölgüsünə əsasən 28 avqust 2021 -ci il tarixdə anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 30 kaset hər kasetdə 30 ədəd olmaqla 162 manat dəyərində cəmi 900 ədəd ərzaqlıq toyuq yumurtalarını sonuncuların avtomobilindən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və özünün idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx"xxxx"xxxx" MMC-yə ümumilikdə 162 (yüz altmış iki) manat maddi ziyan vurmaqla bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, qabaqcadan əlbir bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "xxxx" MM C-də sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bölgüsünə əsasən 30 avqust 2021-ci il tarixdə saat 16 radələrində anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 120 kaset hər kasetdə 30 ədəd olmaqla 648 manat dəyərində cəmi 3600 ədəd ərzaqlıq toyuq yumurtalarını sonuncuların avtomobilindən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və özünün idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx" MMC-nin ərazisini tərk etmək istəyən zaman həmin MMC-nin işçiləri tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib, bir qrup şəxs halında təkrarən oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "xxxx" MMC-də sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bögüsünə əsasən 26 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 60 kaset hər kasetdə 30 ədəd olmaqla 324 manat dəyərində cəmi 1800 ədəd ərzaqlıq toyuq yumurtalarını sonuncuların avtomobilindən özünün idarə etdiyi "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx" MMC-nin ərazisindən çıxarmaqla gizli olaraq talayıb, «Hacıqabul Quşçuluq Şirkətin” MMC-nə ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat maddi ziyan vurmaqla bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, qabaqcadan əlbir bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bögüsünə əsasən 28 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 30 kaset hər kasetdə 30 ədəd olmaqla 162 manat dəyərində cəmi 900 ədəd ərzaqlıq toyuq yumurtalarını sonuncuların avtomobilindən özünün idarə etdiyi "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib «Hacıqabul Quşçuluq Şirkətiw MMC-nin ərazisindən çıxarmaqla gizli olaraq talayıb, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 162 (yüz altmış iki) manat maddi ziyan vurmaqla bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, qabaqcadan əlbir bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bögüsünə əsasən 30 avqust 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 120 kaset hər kasetdə 30 ədəd olmaqla 648 manat dəyərində cəmi 3600 ədəd ərzaqlıq toyuq yumurtalarını sonuncuların avtomobilindən özünün idarə etdiyi "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx" MMC-nin ərazisini tərk etmək istəyən zaman həmin MMC-nin işçiləri tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib, bir qrup şəxs halında təkrarən oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bölgüsünə əsasən 26 avqust 2021-ci il tarixdə özü və Təqsirləndirilən şəxs4 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 60 kaset hər kasetdə 30 ədəd olmaqla 324 manat dəyərində cəmi 1.800 ədəd ərzaqlıq toyuq yumurtalarını Təqsirləndirilən şəxs4 və özünün avtomobilindən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat maddi ziyan vurmaqla bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən, qabaqcadan əlbir bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bölgüsünə əsasən 28 avqust 2021-ci il tarixdə özü və Təqsirləndirilən şəxs4 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 30 kaset hər kasetdə 30 ədəd olmaqla 162 manat dəyərində cəmi 900 ədəd ərzaqlıq toyuq yumurtalarını Təqsirləndirilən şəxs4 və özünün avtomobilindən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx" MMC-nin ərazisindən çıxarmaqla gizli olaraq talayıb, «Hacıqabul Quşçuluq Şirkətiw Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 162 (yüz altmış iki) manat maddi ziyan vurmaqla bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən, qabaqcadan əlbir bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bölgüsünə əsasən 30 avqust 2021-ci il tarixdə saat 16 radələrində özü və Təqsirləndirilən şəxs4 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 120 kaset hər kasetdə 30 ədəd olmaqla 648 manat dəyərində cəmi 3600 ədəd ərzaqlıq toyuq yumurtalarını özü və Təqsirləndirilən şəxs4 avtomobilindən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" markalı **- AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx" MMC-nin ərazisini tərk etmək istəyən zaman həmin MMC-nin işçiləri tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib, bir qrup şəxs halında təkrarən oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bölgüsünə əsasən 26 avqust 2021-ci il tarixdə özü və Təqsirləndirilən şəxs3 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 60 kaset hər kasetdə 30 ədəd olmaqla 324 manat dəyərində cəmi 1.800 ədəd ərzaqlıq toyuq yumurtalarını Təqsirləndirilən şəxs3 və özünün avtomobilindən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat maddi ziyan vurmaqla bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 təkrarən, qabaqcadan əlbir bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bölgüsünə əsasən 28 avqust 2021-ci il tarixdə özü və Təqsirləndirilən şəxs3 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 30 kaset hər kasetdə 30 ədəd olmaqla 162 manat dəyərində cəmi 900 ədəd ərzaqlıq toyuq yumurtalarını Təqsirləndirilən şəxs3 və özünün avtomobilindən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 162 (yüz altmış iki) manat maddi ziyan vurmaqla bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 təkrarən, qabaqcadan əlbir bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işlədiyi dövrdə həmin MMC-də sürücü işləyən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, əvvəlcədən aralarında olan razılaşmaya və vəzifə bölgüsünə əsasən 30 avqust 2021 -ci il tarixdə saat 16 radələrində özü və Təqsirləndirilən şəxs3 anbara təhvil verilməsi üçün sexdən götürüb idarə etdikləri MMC-yə məxsus yük avtomobillərində daşıyaraq anbara qəsdən təhvil verməyib avtomobillərində saxladıqları üzərində yararlılıq müddəti olmayan ərzaqlıq toyuq yumurtalarından bir ədədinin dəyəri 0,18 qəpik təşkil edən 120 kaset hər kasetdə 30 ədəd olmaqla 648 manat dəyərində cəmi 3600 ədəd ərzaqlıq toyuq yumurtalarını özü və Təqsirləndirilən şəxs3 avtomobilindən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" markalı **- AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib "xxxx" MMC-nin ərazisini tərk etmək istəyən zaman həmin MMC-nin işçiləri tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib, bir qrup şəxs halında təkrarən oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, "xxxx" MMC-də sürücü işləmiş və aylıq 360 manat əmək haqqı almışdır. Təqsirləndirilən şəxs2 da "xxxx" MMC-də "xxxx" markalı yük avtomobili sürmüşdür. Şirkətin sexində hazırlanan yumurtaları “Mercedes Ateko” markalı yük avtomobilləri şirkətin anbarına gətirib təhvil verir, onlar isə anbardan həmin yumurtaları təhvil alıb idarə etdikləri "xxxx" markalı avtomobilə doldurub Bakı, Bərdə, Yevlax, Gəncə, Ağdaş, Göyçay, Şəki və Mingəçevir şəhərlərində olan anbarlara aparıb təhvil verirlər. Həm onlar, həm də “Mercedes Ateko” markalı yük avtomobillərinin sürücüləri İsmayıl və Pərviz yumurtaları anbara təhvil-təslim aktı ilə vermişlər və təhvil-təslim aktı ilə anbardan götürmüşlər. O, və Şəşriyar “Mercedes Ateko” markalı yük avtomobillərinin sürücüləri olan İsmayıl və Pərvizlə əvvəlcədən razılaşmışlar ki, onlar anbara gətirdikləri yumurtaları anbara əksik təhvil verəcəklər və onlar əksik olan yumurtaları, onların avtomobillərindən götürüb aparıb satacaqlar və pulu aralarında böləcəklər. Bu minvalla işləməyə başlamışlar. İlk dəfə 26 avqust 2021-ci il tarixdə İsmayıl və Pərviz anbara yumurta gətirdikdə, onlar gizlincə 1800 ədəd yumurtanı onların avtomobillərindən öz avtomobillərinə yükləmişlər və sonradan həmin 1800 ədəd yumurtanı Şəhriyarla birlikdə Sabirabad rayonu Qaragüney kəndində yerləşən “Elşən” marketə aparıb Əvəz adlı mağaza sahibinə 240 manata satmışlar, həmin pulu dördünün arasında bölmüşlər. Bundan sonra 28 avqust 2021-ci il tarixdə yenə də eyni qaydada İsmayıl və Pərviz MMC-nin anbarına yumurta gətirdikdə onlar gizlincə razılaşdıqları kimi onların yük avtomobillərindən ümumilikdə 900 ədəd yumurtanı götürüb öz avtomobillərinə qoymuşlar və sonradan həmin yumurtaları Şəhriyar Sabirabad rayonu Qaragüney kəndində yerləşən “Elşən” marketə aparıb Əvəz adlı mağaza sahibinə 120 manat müqabilində satmış, lakin Əvəz mağazada olmadığı üçün pulu ala bilməmişdir. Bundan sonra 30.08.2021-ci il tarixdə saat 13:30 radələrində Şəhriyarla birlikdə şirkətin həyətində anbarın qarşısında "xxxx" markalı avtomobilləri ilə dayanmışlar, İsmayıl və Pərviz “Mercedes Ateko” markalı yük avtomobilləri ilə şirkətin sexindən yumurtaları götürüb anbara təhvil vermək üçün gəlmişlər. Həmin vaxt onlar da Şəhriyarla birlikdə anbarın qarşısında olmuşlar, həmin vaxt onlar Şəhriyarla birlikdə “Mercedes Ateko” markalı yük avtomobilindən yumurtaları götürüb öz istifadə etdikləri şirkətə məxsus **-AC-*** və **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açar və ləvazimat saxlamaq üçün nəzərdə tutulan dəmir qabın içərisinə və avtomobilin kabin hissəsinə qoymuşlar. Həmin vaxt İsmayıl və Pərviz də onlara kömək etmişdir. Belə ki, həmin vaxt onlar onun idarə etdiyi **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə hər birində 30 ədəd yumurta olmaqla 92 kaset, Şəhriyarın idarə etdiyi **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə hər birində 30 ədəd yumurta olmaqla 28 kaset yumurta yükləmişlər. Bundan sonra onlar idarə etdikləri "xxxx" markalı avtomobillərlə Hacıqabul Quşçuluq Şirkəti MMC-nin ərazisini tərk edib, MMC-nin giriş qapısından 10 metr aralıda Şəhriyara məxsus Mercedes markalı atvomobilin yanında yük avtomobillərini saxlamışlar və yük avtomobillərini yüklədikləri yumurta kasetlərini Şəhriyarın avtomobilinə yükləməyə başlamışlar. Yükləməyə başlayan anda onlara MMC-də mühafizəçi işləyən İntiqam adlı şəxs yaxınlaşıb nə etdiklərini soruşduqda, etdikləri əməl ifşa olunmuş və həmin vaxt MMC-nin başqa işçiləri də gəlib onların yük avtomobillərini yoxlamışlar və MMC-dən oğurlamaq istədikləri yumurtalar onların yük avtomobillərindən aşkar olunmuşdur. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə dəvət etmişlər. Həmin yumurtaları oğurlamaqda şübhəli olduqları onlara bildirdikdə o, onlara etdiyi əməli səmimi olaraq etiraf etmiş, daha sonra Hacıqabul RPŞ-yə polis əməkdaşları ilə birlikdə gəlmiş, etdiyi əməli RPŞ-də səmimi etiraf etmiş, daha sonra ona öz seçdiyi müdafiəçi təyin olunmaqla həmin oğurluq əməli ilə bağlı zəruri sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, oğurluq edərkən orada o, Şəhriyar, İsmayıl və Pərviz olmuş, başqa heç kim olmamışdır. Həmin şirkətdən başqa kimin oğurluq etməsini bilmir, onların oğurluq etməklərini isə başqa heç kim bilmir. Şirkətdən yumurtadan başqa heç nə oğurlamamışlar. Onlar oğurladıqları yumurtanın bir hissəsini Əvəzə satmışlar, qalan hissəsini isə sata bilməmişlər və yaxalanmışlar. Əvəzə yumurtaların oğurluq olmasını deməmişlər, şirkətdən yumurtaları oğurlamaqları barədə heç kimin məlumatı olmamışdır. Oğurluq edən zaman onları heç kim görməmişdir. Əvvəllər heç vaxt oğurluq etməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Vurulmuş maddi zərəri tam şəkildə ödəmişlər. Hazırda “DKT İnşaat Sənayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında yük avtomobili sürücüsü işləyir və ailəsinin maddi təminatını ödəyir. Ailədə yeganə qazan gətirən şəxs olmasını, evli, öhdəsində üç azyaşlı uşağı olması, dəymiş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin onlara qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxın müddətdir ki, Hacıqabul Quşçuluq Şirkəti MMC-də "xxxx" markalı avtomobil sürməklə aylıq 382 manat əmək haqqı alır. Təqsirləndirilən şəxs1 tanıyır, Elvin də onun kimi şirkətdə "xxxx" markalı yük avtomobili sürücüsü olmuşdur. Şirkətin sexində hazırlanan yumurtaları “Mercedes Ateko” markalı yük avtomobilləri şirkətin anbarına gətirib təhvil verir, onlar isə anbardan həmin yumurtaları təhvil alıb idarə etdikləri "xxxx" markalı avtomobilə doldurub Bakı, Bərdə, Yevlax, Gəncə, Ağdaş, Göyçay, Şəki və Mingəçevir şəhərlərində olan anbarlara aparıb təhvil verirlər. Həm onlar, həm də “Mercedes Ateko” markalı yük avtomobillərinin sürücüləri İsmayıl və Pərviz yumurtaları anbara təhvil-təslim aktı ilə vermişlər və təhvil-təslim aktı ilə anbardan götürmüşlər. O, və Elvin “Mercedes Ateko” markalı yük avtomobillərinin sürücüləri olan İsmayıl və Pərvizlə əvvəlcədən razılaşmışlar ki, onlar anbara gətirdikləri yumurtaları anbara əksik təhvil verəcəklər və onlar əksik olan yumurtaları onları avtomobillərindən götürüb aparıb satacaqlar və pulu aralarında böləcəklər. Bu minvalla işləməyə başlamışlar. İlk dəfə 26 avqust 2021 -ci il tarixdə İsmayıl və Pərviz anbara yumurta gətirdikdə, onlar gizlincə 1800 ədəd yumurtanı onların avtomobillərindən öz avtomobillərinə yükləmişlər və sonradan həmin 1800 ədəd yumurtanı Elvinlə birlikdə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən “Elşən” marketə aparıb Əvəz adlı mağaza sahibinə 240 manat müqabilində satmışlar, həmin pulu isə dördü aralarında bölmüşlər. Bundan sonra 28 avqust 2021-ci il tarixdə yenə də eyni qaydada İsmayıl və Pərviz MMC-nin anbarına yumurta gətirdikdə onlar gizlincə razılaşdıqları kimi onların yük avtomobillərindən ümumilikdə 900 ədəd yumurtanı götürüb öz avtomobillərinə qoymuşlar və sonradan həmin yumurtaları o, Sabirabad rayonu, Qaragüney kəndində yerləşən “Elşən” marketə aparıb Əvəz adlı mağaza sahibinə 120 manat müqabilində satmış, lakin Əvəz mağazada olmadığı üçün pulu ala bilməmişdir. Bundan sonra 30.08.2021-ci il tarixdə saat 13:30 radələrində Elvinlə birlikdə şirkətin həyətində anbarın qarşısında "xxxx" markalı avtomobilləri ilə dayanmışlar, İsmayıl və Pərviz “Mercedes Ateko” markalı yük avtomobilləri ilə şirkətin sexindən yumurtaları götürüb anbara təhvil vermək üçün gəlmişlər. Həmin vaxt onlar da Elvinlə birlikdə anbarın qarşısında olmuşlar, həmin vaxt onlar Elvinlə birlikdə “Mercedes Ateko” markalı yük avtomobilindən yumurtaları götürüb öz istifadə etdikləri şirkətə məxsus **-AC-*** və **-AC-*** dövlət qeydiyyat nişanli avtomobillərin açar və ləvazimat saxlamaq üçün nəzərdə tutulan dəmir qabın içərisinə və avtomobilin kabin hissəsinə qoymuşlar. Həmin vaxt İsmayıl və Pərviz də onlara kömək etmişdir. Belə ki, həmin vaxt onlar Elvinin idarə etdiyi **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə hər birində 30 ədəd yumurta olmaqla 92 kaset, onun idarə etdiyi **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə hər birində 30 ədəd yumurta olmaqla 28 kaset yumurta yükləmişlər. Bundan sonra onlar idarə etdikləri "xxxx" markalı avtomobillərlə Hacıqabul Quşçuluq Şirkəti MMC-nin ərazisini tərk edib, MMC-nin giriş qapısından 10 metr aralıda ona məxsus Mercedes markalı atvomobilin yanında yük avtomobillərini saxlamışlar və yük avtomobillərini yüklədikləri yumurta kasetlərini onun avtomobilinə yükləməyə başlamışlar. Yükləməyə başlayan anda onlara MMC-də mühafizəçi işləyən İntiqam adlı şəxs yaxınlaşıb nə etdiklərini soruşduqda, etdikləri əməl ifşa olunmuş və həmin vaxt MMC-nin başqa işçiləri də gəlib onların yük avtomobillərini yoxlamışlar və MMC-dən oğurlamaq istədikləri yumurtalar onların yük avtomobillərindən aşkar olunmuşdur. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə dəvət etmişlər. Həmin yumurtaları oğurlamaqda şübhəli olduqlarını onlara bildirdikdə o, onlara etdiyi əməli səmimi olaraq etiraf etmiş, daha sonra Hacıqabul RPŞ-yə polis əməkdaşları ilə birlikdə gəlmiş, etdiyi əməli RPş-də səmimi etiraf etmiş, daha sonra ona öz seçdiyi müdafiəçi təyin olunmaqla həmin oğurluq əməli ilə bağlı zəruri sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, şirkətdən oğurluq edən zaman orada o, Elvin, İsmayıl və Pərviz olmuş, başqa heç kim olmamışdır. Həmin şirkətdən başqa kimin oğurluq etməsini bilmir, onların oğurluq etməklərini isə başqa heç kim bilmir. Onlar şirkətdən yumurtadan başqa heç nə oğurlamamışlar. Onlar oğurladıqları yumurtanın bir hissəsini Əvəzə satmışlar, qalan hissəsini isə sata bilməmişlər və yaxalanmışlar. Əvəzə yumurtaların oğurluq olmasını deməmişlər. Şirkətdən yumurtaları oğurlamaqları barədə heç kimin məlumatı olmamışdır. Oğurluq edən zaman onları heç kim görməmişdir. Əvvəllər heç vaxt oğurluq etməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Vurulmuş maddi zərəri tam şəkildə ödəmişlər. Hazırda “X6” MMC-də sürücü işləyir və VÖEN ********** olmaqla fərdi əməklə məşğul olur, ailəsinin maddi təminatını ödəyir. Ailədə yeganə qazan gətirən şəxs olmasını, evli, öhdəsində iki azyaşlı uşağı olması, dəymiş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin onlara qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul Quşçuluq Şirkəti MMC-də sürücü işləmiş, işlədiyi şirkətdə həmin şirkətə məxsus olan “Mercedes Ateko” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmiş, onun işi ondan ibarətdir ki, şirkətin sexində istehsal olunan yumurtaları sexin fəhlələri onun idarə etdiyi yük avtomobilinə yükləyirlər, daha sonra avtomobilinə yüklənən həmin yumurtaları qaimə ilə təhvil-təslim edirdi. Sexdə avtomobilinə yumurtalar yüklənəndən sonra həmin yumurtaları şirkətin anbarına gətirirdi, anbarda həmin yumurtaları fəhlələrlə birlikdə avtomobildən boşaldıb anbara qaimə ilə verirdi, anbara yumurtaları təhvil verdikdən sonra onun işi bitirdi. Onun kimi Təqsirləndirilən şəxs4 da sürücü işləmişdir. Onların işləri bitdikdən sonra isə digər sürücülər qardaşı Şəhriyar və Elvin anbardan yumurtaları öz yük avtomobillərinə yükləyib Bakıya və digər rayonlardakı anbarlara aparmışlar. 2021-ci ilin avqust ayında o, Şəhriyar, Elvin və Pərviz şirkətdən yumurta oğurlayıb satmaqla pul qazanmaq qərarına gəlmişlər. Aralarında olan razılığa əsasən isə o və Pərviz anbara yumurtaları əksik təhvil verəcəkdilər, anbara verilməyən yumurtaları gizlincə Elvin və Şəhriyarın avtomobillərinə yükləyəcəkdilər, onlar yumurtaları satdıqdan sonra isə pulları yarı böləcəkdilər. Belə ki, 26.08.2021-ci il tarixdə o və Pərviz sexdən yumurtaları yük avtomobillərinə yüklədikdən sonra anbara gəlmişlər, həmin vaxt yumurtaları anbara boşaldan zaman yumurtaları əksik sayda anbara təhvil vermişlər, anbarda işləyən Aidə adlı nəzarətçi isə yumurtaları saymadan təhvil almış, o və Pərviz də Aidənin etibarından sui-istifadə edib əksik sayda yumurta boşaltmışlar, qalan 1800 ədəd yumurtaları isə Şəhriyar və Elvinin yük avtomobilinə yükləmişlər, Elvin və Şəhriyar idarə etdikləri yük avtomobilləri ilə həmin yumurtaları satıb pul əldə etdikdən sonra pulu aralarında bölmüşlər. Bundan sonra eyni qaydada 28 avqust 2021-ci il tarixdə anbarda yumurtaları əksik boşaltdıqdan sonra 900 ədəd yumurtanı Elvin və Şəhriyarın avtomobilinə yükləmişlər. Onlar yumurtaları satdıqdan sonra isə pulu aralarında yarı bölmüşlər. 30.08.2021-ci il tarixdə də eyni qaydada oğurluq etmişlər, lakin həmin gün şirkətin əməkdaşları tərəfindən yaxalanmışlar. Sexdə onun avtomobilinə yüklənən yumurtaları anbara boşaldan zaman anbarda onlardan yumurtaları təhvil alan Aidə və Günel adlı işçilər yumurtalar çox olduğu üçün onları saymamış, sexdən gətirdiyi qaimədə nə yazılırdısa həmin sayda da yumurtaları anbarın kitabına yazırdılar, o da onların etibarından sui-istifadə edib əksik sayda yumurta boşaltmış, maşında artıq qalan yumurtaları isə Elvin və Şəhriyarın avtomobilinə doldurmuşlar. Oğurluğu o, Pərviz, Elvin və Şəhriyardan başqa heç kim bilməmiş və onları görən olmamış, dördündən başqa heç kim oğurluq etməmiş və onlarla əlbir olmamışdır. Vurulmuş maddi zərəri tam şəkildə ödəmişlər. Hazırda "xxxx" MMC-də soba təmirçisi işləyir və ailəsinin maddi təminatını ödəyir. Ailədə yeganə qazan gətirən şəxs olmasını, evli, öhdəsində bir azyaşlı uşağı olması, dəymiş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin onlara qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul Quşçuluq Şirkəti MMC-də “Mercedes Ateko” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü işləmişdir. Şirkətin sexində istehsal olunan yumurtaları sexin fəhlələri onun idarə etdiyi yük avtomobilinə yükləyirlər, daha sonra avtomobilinə yüklənən həmin yumurtaları qaimə ilə təhvil-təslim edirdi. Sexdə avtomobilinə yumurtalar yüklənəndən sonra həmin yumurtaları şirkətin anbarına gətirirdi, anbarda həmin yumurtaları fəhlələrlə birlikdə avtomobildən boşaldıb anbara qaimə ilə verirdi, anbara yumurtaları təhvil verdikdən sonra işi bitirdi. Onun kimi Təqsirləndirilən şəxs3 da sürücü işləmişdir. İşləri bitdikdən sonra isə digər sürücülər Şəhriyar və Elvin anbardan yumurtaları öz yük avtomobillərinə yükləyib Bakıya və digər rayonlardakı anbarlara aparırlar. 2021-ci ilin avqust ayında o, Şəhriyar, Elvin və İsmayıl şirkətdən yumurta oğurlayıb satmaqla pul qazanmaq qərarına gəlmişlər. Aralarında olan razılığa əsasən isə o və İsmayıl anbara yumurtaları əksik təhvil verəcəkdilər, anbara verilməyən yumurtaları gizlincə Elvin və Şəhriyarın avtomobillərinə yükləyəcəkdilər, onlar yumurtaları satdıqdan sonra isə pulları yarı böləcəkdilər. Belə ki, 26.08.2021-ci il tarixdə o və İsmayıl sexdən yumurtaları yük avtomobillərinə yüklədikdən sonra anbara gəlmişlər, həmin vaxt yumurtaları anbara boşaldan zaman yumurtaları əksik sayda anbara təhvil vermişlər, anbarda işləyən Aidə adlı nəzarətçi isə yumurtaları saymadan təhvil almış, o və İsmayıl da Aidənin etibarından sui-istifadə edib əksik sayda yumurta boşaltmışlar, qalan 1800 ədəd yumurtaları isə Şəhriyar və Elvinin yük avtomobilinə yükləmişlər, Elvin və Şəhriyar idarə etdikləri yük avtomobilləri ilə həmin yumurtaları satıb pul əldə etdikdən sonra pulu aralarında bölmüşlər. Bundan sonra eyni qaydada 28 avqust 2021-ci il tarixdə anbarda yumurtaları əksik boşaltdıqdan sonra 900 ədəd yumurtanı Elvin və Şəhriyarın avtomobilinə yükləmişlər. Onlar yumurtaları satdıqdan sonra isə pulu aralarında yarı bölmüşlər. 30.08.2021-ci il tarixdə də eyni qaydada oğurluq etmişlər, lakin həmin gün şirkətin əməkdaşları tərəfindən yaxalanmışlar Sexdə onun avtomobilinə yüklənən yumurtaları anbara boşaldan zaman anbarda onlardan yumurtaları təhvil alan Aidə və Günel adlı işçilər yumurtalar çox olduğu üçün onları saymamış, sexdən gətirdiyi qaimədə nə yazılırdısa həmin sayda da yumurtaları anbarın kitabına yazmışlar, o da onların etibarından sui-istifadə edib əksik sayda yumurta boşaltmış, maşında artıq qalan yumurtaları isə Elvin və Şəhriyarın avtomobilinə doldurmuşlar. Oğurluğu o, ismayıl, Elvin və Şəhriyardan başqa heç kim bilməmiş və onları görən olmamış, dördündən başqa heç kim oğurluq etməmiş və onlarla əlbir olmamışdır. Vurulmuş maddi zərəri tam şəkildə ödəmişlər. Hazırda "xxxx" ASC-də fəhlə işləyir və ailəsinin maddi təminatını ödəyir. Ailədə yeganə qazan gətirən şəxs olmasını, evli, öhdəsində bir azyaşlı uşağı olması, dəymiş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin onlara qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadə verərək bildirdi ki, hazırda Hacıqabul Quşçuluq şirkəti MMC-də hüquqşünas işləyir. 30 avqust 2021-ci il tarixdə saat 10 radələrində MMC-nin rəhbərliyinə məlumat daxil olmuşdur ki, MMC-də sürücü işləyən Təqsirləndirilən şəxs1 və sürücü Təqsirləndirilən şəxs2 idarə etdikləri "xxxx" markalı avtomobillərin kabina və arxasında açarlar qoymaq üçün olan qutularda yumurta oğurlayıb MMCdən çıxarıb aparıb satırlar. Bu məlumatın həqiqiliyini yoxlamaq üçün MMC rəhbərliyi göstəriş vermişdir ki, Bakı şəhərindəki anbarlara mal daşıyan avtomobillər yalnız saat 16 radələrindən sonra MMC-dən çıxsınlar. Bunu ona görə etmişlər ki, bütün avtomobillər yüklənsin və nəzarət keçid məntəqəsini keçib MMC-nin ərazisini tərk edəndən sonra yoxlanılsın. Saat 16 radələrində o, MMCnin Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi üzrə qərargah rəisi Əlirza Həmzəyevlə MMC-nin ərazisini tərk edib Ağacanlı kəndi ərazisində bir yer seçmişlər və orada gözləməyə başlamışlar. Bir neçə dəqiqə sonra MMC-nin postundan zəng olunaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə postu keçib postun yaxınlığında avtomobili saxlaması bildirilmişdir. Onlar dərhal həmin yerə gəlmişlər və orada Təqsirləndirilən şəxs2 "xxxx" markalı avtomobildən öz Mercedes markalı avtomobilinə yumurta yüklədiyini aşkar etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 öz avtomobilinin yük yerinə artıq iki ədəd yumurta kasetini yükləmişdir. Elə həmin ərəfədə Təqsirləndirilən şəxs1 idarə etdiyi **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili postu keçib onlara tərəf gəlmişdir. O, Təqsirləndirilən şəxs1 işarə verib avtomobilini saxlatdırmış və sonuncunun idarə etdiyi avtomobilinə baxan zaman avtomobilin kabinasında sürücü üçün istirahətə görə nəzərdə tutulmuş yerdən üzərində yararlıq müddəti olmayan və MMC-nin anbarına mədaxil olunmayan hər birində 30 ədəd olmaqla 67 kaset, həmin avtomobilin yük hissəsinin sağ aşağı yeşiyində 9 kaset, sol aşağı yeşiyində isə 16 kaset ərzaqlıq toyuq yumurtaları aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 avtomobilinə baxdıqda avtomobilin yük yerinin sağ aşağı yeşiyində 16 kaset, sol aşağı yeşiyində 10 kaset, Təqsirləndirilən şəxs2 məxsus Mercedes markalı avtomobilin yük yerindən 2 kaset ərzaqlıq toyuq yumurtaları aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 özünə məxsus olan Mercedes markalı avtomobilinin yük yerində o, yumurta kasetləri görən vaxt artıq polisə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları da gəlmişlər və avtomobillərə baxış məhz polis əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Bundan sonra şirkətlərində işləyən Ruslan Adilzadəyə xahiş olunmuşdur ki, şirkətin yumurta qəbul edilmiş və saxlanılan anbarında olan təhlükəsizlik kameralarına baxış keçirilsin ki, həmin şəxslərin bundan başqa daha nə qədər oğurluq edib etməmələri müəyyən edilsin. Həmin təhlükəsizlik kameralarla müəyyən etmişlər ki, 30.08.2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi **-AC-*** kamaz markalı avtomobil 4-cü qapıda, Təqsirləndirilən şəxs1 idarə etdiyi **- AC-*** kamaz markalı avtomobil 5-ci qapıda dayanmışdır. Şirkətdə sürücü Təqsirləndirilən şəxs3 idarə etdiyi Mercedes Atego markalı **-AC-*** nömrəli avtomobili isə 3-cü qapının qarşısında dayanmışdır. Sürücülər Şahin və Sübhanın idarə etdikləri Mercedes Atego markalı avtomobillər isə 1-ci və 2-ci qapıların qarşısında dayanmışlar. Görüntüdən görünür ki, Təqsirləndirilən şəxs4 idarə etdiyi **-AC-*** nömrəli Mercedes Atego markalı avtomobil anbara yaxınlaşır, həmin vaxtı Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili durduğu yerdən sürüb kənara çəkir, Pərvizin idarə etdiyi avtomobil isə onun çıxdığı yerə park olunur. İsmayıl idarə etdiyi avtomobili Pərvizin və Şəhriyarın idarə etdikləri avtomobilin qarşısında görünməzlik yaradır. Bir neçə dəqiqədən sonra Şəhriyar, Elvin, İsmayıl və Pərviz sonuncunun idarə etdiyi avtomobilin yük yerindəki kasetlərdə olan yumurtaları daşıyıb Şəhriyarın və Elvinin avtomobillərinə daşıyıb yığırlar. 30.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 avtomobilində 1008 kaset yumurta yüklənmişdir, lakin həmin avtomobildən boşaldılan yumurta kasetinin sayı 888 olmuşdur. Avtomobildə 120 kaset yumurta olmamış və həmin yumurta kasetləri Şəhriyar və Elvinin idarə etdikləri yük avtomobillərdən aşkar olunmuşdur. Həmçinin hadisədən sonra apardıqları araşdırmalarla MMC-dən 26 və 28 avqust 2021 -ci il tarixlərdə də eyni qaydada cəmi 90 kaset yumurtanın oğurlanması aşkar olunmuşdur. 30 avqust 2021 -ci il tarixdə oğurlanan yumurta kasetlərinin ümumi dəyəri 576 manat təşkil edir. Əvvəlki günlərdə baş vermiş oğurluq hadisələri zamanı isə MMC-yə ümumilikdə 432 manat ziyan dəymişdir. Hazırda həmin ziyan təqsirləndirilən şəxslər tərəfindən Hacıqabul Quşçuluq Şirkəti MMC-yə tam ödənilmişdir. Hacıqabul Quşçuluq Şirkəti MMC-nin onlara qarşı hər hansı bir şikayəti və iddia tələbi yoxdur. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, hazırda Hacıqabul Quşçuluq Şirkəti MMC-də nəzarətçi işləyir. İşlədiyi şirkətdə onun işi ondan ibarətdir ki, sexdə yük avtomobillərinə yüklənən yumurtalar anbara gələn zaman həmin yumurtaları yük avtomobillərindən boşaldıb anbara toplayan fəhlələrin işinə və digər işlərə nəzarət edir, fəhlələrin iş bölgüsünə nəzarət edir. Belə ki, həmin yük avtomobilləri vasitəsi ilə sexdən anbara gələn yumurtalar bir neçə işçi tərəfindən yük avtomobilindən boşaldılır, sayılır və daha sonra həmin yumurtalar sayılıb anbara qəbul edilir, anbara qəbul edildikdən sonra həmin yumurtalar sayılıb Bakıya və digər rayonlara gedən yük avtomobillərinə yüklənilir. İşlədiyi anbarda Günel adlı fəhlə də işləyir, Günel özü yumurtaların yük avtomobillərindən boşaldılıb sayılmasına nəzarət və kömək edir. 30.08.2021-ci il tarixdə o, işə gəlmədiyi üçün onu işdə Günel əvəz etmişdir. Sonradan öyrənmişdir ki, həmin gün sexdən sürücülər Pərviz və İsmayıl yumurtaları idarə etdikləri yük avtomobilləri ilə anbara gətirmiş, daha sonra həmin yumurtaları onlar avtomobillərdən boşaltmışlar. Günel həmin yumurtaları avtomobillərdən boşaltmağa və anbara yerləşdirməyə kömək etmiş, lakin nə qədər yumurtanın anbara boşaldılmasını dəqiq bilməmiş, çünki onları saymamış və saymadan qəbul etmişdir. Həmişə sürücülər sexdən gətirdikləri yumurtaların sayının qeyd edildiyi qaimələri onlara verirlər, lakin yumurtanın sayı həddən artıq çox olduğundan onları sayıb qutarmaq çətin olduğu üçün sexin verdiyi qaimədə yazılan sayda yumurtaları anbarda dəftərə qeyd edirlər. Yumurtaları saymalı olduqları halda, yumurta sayı çox olduğu üçün onları saymadan qəbul etmişlər, lakin o, anbardan və sexdən heç vaxt oğurluq etməmiş və oğrularla heç bir halda əlbir olmamış, şirkətdən kimlərin oğurluq etdiyini bilmir, lakin son zamanlar bir neçə sürücünün oğurluq etdiyi üçün şirkətdə işdən uzaqlaşdırıldığını eşitmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, hal-hazırda Hacıqabul Quşçuluq Şirkəti MMC-də fəhlə işləyir. İşlədiyi şirkətdə onun işi ondan ibarətdir ki, sexdə yük avtomobillərinə yüklənən yumurtalar anbara gələn zaman həmin yumurtaları yük avtomobillərindən boşaldıb anbara toplamaq. Belə ki, həmin yük avtomobilləri vasitəsi ilə sexdən anbara gələn yumurtalar bir neçə işçi tərəfindən yük avtomobilindən boşaldılır, sayılır və daha sonra həmin yumurtalar sayılıb anbara qəbul edilir, anbara qəbul edildikdən sonra həmin yumurtalar sayılıb Bakıya və digər rayonlara gedən yük avtomobillərinə yüklənilir. İşlədiyi anbarda Aidə onlar kimi fəhlələrə nəzarət edir, Aidə özü yumurtaların yük avtomobillərindən boşaldılıb sayılmasına nəzarət edir. 30.08.2021ci il tarixdə Aidə işə gəlmədiyi üçün sonuncunu işdə o, əvəz etmişdir. Həmin gün sexdən sürücülər Pərviz və İsmayıl yumurtaları idarə etdikləri yük avtomobilləri ilə anbara gətirmişlər, daha sonra həmin yumurtaları onlar avtomobillərdən boşaltmışlar. O, həmin yumurtaları avtomobillərdən boşaltmağa və anbara yerləşdirməyə kömək etmiş, lakin nə qədər yumurtanın anbara boşaldılmasını dəqiq bilməmiş, çünki onları saymamış və saymadan qəbul etmişdir. Pərviz və İsmayıl gətirdikləri yumurtaların sayının qeyd edildiyi qaimələri stolun üzərinə qoyub getmişlər, o, həmin qaimələri götürüb anbarın dəftərinə qeyd etmişdir. Lakin, Pərviz və İsmayılın nə qədər yumurta gətirdiyini saymadığı üçün bilmir, onların verdiyi qaimədə yazılan sayı dəftərə qeyd etmişdir. Cinayət işində olan 30.08.2021-ci il tarixli protokoldan görünür ki, Hacıqabul Quşçuluq Şirkəti MMC-nin giriş qapısında saxlanılmış şirkətin sürücüləri olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Kamaz markalı **-AC-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs2 idarə etdiyi Kamaz markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri içərisində Hacıqabul Quşçuluq Şirkəti MMC-yə məxsus olan yumurta məhsulları var, həmin yumurta məhsulları kasetlərə yığılmış şəkildə iri karton qutuların içərisinə qoyulmuşdur. Bundan başqa sürücülər həmin yumurtaların bir hissəsini avomobilin salonuna yığıb gizlətmiş, həmçinin, avtomobilin yük hissəsinin aşağı hissəsində olan balaca qutu şəkilli ehtiyat hissələri saxlanılan yerə doldurmuşlar. Sorğu zamanı sürücülər avtomobilin salonuna və yük hissəsinin aşağı hissəsində olan balaca qutu şəkilli ehtiyat hissələri saxlanılan yerə doldurduqları yumurtaları oğurladıqlarını və satmaq niyyətinin olduğunu bildirdilər. Həmçinin, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə baxış keçirilən zaman oradan da yumurtyaların bir hissəsi aşkar olundu. Sürücülər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 işlədikləri Hacıqabul Quşçuluq Şirkəti MMC-dən idarə etdikləri yük avtomobillərində üzərində yararlılıq müddəti olmayan və şirkətin anbarına mədaxil olunmayan hər birində 30 ədəd olmaqla 67 kaset, həmin avtomobilin yük hissəsinin sag aşağı yeşiyində 30 ədəd olmaqla 9 kaset, sol aşağı yeşiyində 30 ədəd olmaqla 16 kaset, hər birində 30 ədəd olmaqla sağ aşağı yeşiyində 16 kaset, sol aşağı yeşiyində 10 kaset, Təqsirləndirilən şəxs2 məxsus “Mercedes” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilin yük hissəsindən 2 kaset ərzaqlıq toyuq yumurtasım gizli olaraq talayaraq oğurlamaq istəyərkən həmin vaxt aşkar edildiklərindən niyyətlərini, yəni oğurluğu başa çatdıra bilməyərək oğurluğa cəhd etmişlər. Videogörüntülərə baxış keçirilməsi haqqında 07.11.2021-ci il tarixli protokoldan görünür ki, Hacıqabul Quşçuluq Şirkəti MMC-nin anbarının qarşısında yük avtomobilləri düzülmüşdür, həmin yük avtomobilləri sexlərdən gətirilmiş yumurtaları anbara təhvil vermək üçün orada dayanmışlar, həmin yük avtomobillərindən yumurtalar anbara boşaldılmalıdır. Lakin bir qədər sonra bir yük avtomobili oraya gələrək sıra ilə düzülmüş yük avtomobillərinin qarşısında dayanır, anbara boşaldılmalı olan yumurtaların bir hissəsi avtomobilin salonuna doldurulur, şirkətin hüquqşünası Nümayəndə deməsinə görə “Mercedes Ateko” markalı yük avtomobillərinin sexlərdən yığılmış yumurtaları anbara gətirib təhvil verməli olduğu halda həmin yumurtaların bir hissəsi anbara yox yük avtomobillərinin salonuna və ehtiyat hissələrinin saxlanılması yeşiyinə doldurulur. Könüllü təqdim edilən əşyanın götürülməsi haqqında 31 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şahid5 təqdim etdiyi Təqsirləndirilən şəxs2 tərəfindən ona satılmış ümumilikdə 2700 ədəd yumurtadan qalan 2110 ədəd ərzaqlıq yumurta müvafiq qaydada ondan götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli 9/6862 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd ərzaqlıq toyuq yumurtasının orta bazar qiyməti nəzəri qaydada təxminən 0,18 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 06.09.2021-ci il tarixdə doldurulmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 06.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Əmənov X2 şəhər Məhkəməsinin 06.08.2020-ci il tarixli 1(032)-88/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 17.07.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 06.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Əli-Bayramlı rayon Məhkəməsinin 11.09.2007-ci il tarixli 1(032)-132/2007 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 02 il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. Məhkumluğu ödənilmişdir. Məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də maddi sübut və işdəki digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də maddi sübut, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və işdəki digər sənədlərlə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talamaqla, oğurluq etmələri, həmçinin öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib, bir qrup şəxs halında təkrarən oğurluq etməyə cəhd etmələri tamamilə sübuta yetirilmişdir. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, hazırda “DKT İnşaat Sənayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında yük avtomobili sürücüsü işləyirək ailəsinin maddi təminatını ödəməsini, ailədə yeganə qazan gətirən şəxs olmasını, evli, öhdəsində üç azyaşlı uşağı olması, dəymiş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını cəza yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, hazırda “X6” MMC-də sürücü işləməklə və VÖEN ********** olmaqla fərdi əməklə məşğul olaraq ailəsinin maddi təminatını ödəməsini, ailədə yeganə qazan gətirən şəxs olmasını, evli, öhdəsində iki azyaşlı uşağı olması, dəymiş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını cəza yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, hazırda "xxxx" MMC-də soba təmirçisi işləməklə ailəsinin maddi təminatını ödəməsini, ailədə yeganə qazan gətirən şəxs olmasını, evli, öhdəsində bir azyaşlı uşağı olması, dəymiş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını cəza yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs4 törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, hazırda "xxxx" ASC-də fəhlə işləməklə ailəsinin maddi təminatını ödəməsini, ailədə yeganə qazan gətirən şəxs olmasını, evli, öhdəsində bir azyaşlı uşağı olması, dəymiş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını cəza yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 Şirvan şəhər Məhkəməsinin 06.08.2020-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu (azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə) Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onların cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışlarını, ictimai faydalı işlə məşğul olmalarını, təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onların ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmalarını mümkün sayır və onların barəsində ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxslərin barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin, Hacıqabul rayonunun ərazisindən keçməklə işlədiyi Bakı şəhəri Qaradağ rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdlır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və faktiki yaşadığı Sabirabad rayonunun, Şirvan şəhərinin ərazisindən keçməklə işlədiyi Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdıır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin və işlədiyi Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə yaşadıqları və işlədikləri ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası müddəti onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumların yaşayış yeri üzrə çəkilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə zərər çəkmiş şəxs "xxxx" MMC-yə vurulmuş 1134 manat ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış hər birində 30 ədəd olmaqla 92 kaset, 26 kaset, 2 kaset ərzaqlıq toyuq yumurtalarının zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin, Hacıqabul rayonunun ərazisindən keçməklə işlədiyi Bakı şəhəri Qaradağ rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və faktiki yaşadığı Sabirabad rayonunun, Şirvan şəhərinin ərazisindən keçməklə işlədiyi Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat; müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin və işlədiyi Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. İş üzrə zərər çəkmiş şəxs "xxxx" MMC-yə vurulmuş 1134 manat ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış hər birində 30 ədəd olmaqla 92 kaset, 26 kaset, 2 kaset ərzaqlıq toyuq yumurtalarının zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-8/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-8/2022
10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver